Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-431/2024 21.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Cabrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 9 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Sumayıt şəhəri, Corat qəsəbəsi, Corat Bağlar ərazisi 2377 T ünvanında yerləşən 0,012 ha və Sumqayıt şəhəri, Novxanı bağ massivi 2388 C ünvanında olan 0,0248 ha torpaq sahələrinə müştəri tapmaq və satılması üçün hazırlıq işləri görməkdən ötrü torpaq sahələrinin mülkiyyətçisi Şahid3 ona etibarnamə verməsindən istifadə edərək, qeyd olunan torpaq sahələrini Zərərçəkmiş şəxs satacağına dair sonuncuya yalan vəd verib inandırıb, aldadaraq, Şahid3 bu barədə heç bir məlumat vermədən öz adından Zərərçəkmiş şəxs qeyd olunan torpaq sahələrinə görə etibarnamə verib, sonuncunun ona olan inam və etibarını daha da möhkəmləndirərək, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, “Şamlıq” restoranının qarşısında Zərərçəkmiş şəxs Şahid1 və Şahid2 vasitəsi ilə göndərdiyi Azərbaycan manatı ilə məzənnəsi 17.000 manat olan 10.000 ABŞ dolları və 3000 manat pulu nağd qaydada, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, “Divan” restoranının qarşısında Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə göndərdiyi 5650 manat pulu nağd qaydada, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Şahid1 vasitəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Nmed” klinikası ilə üzbəüz olan marketin daxilində yerləşdirimiş ödəmə terminalı vasitəsi ilə istintaqla müəyyən olunmayan kart hesabına göndərdiyi 7000 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək cinayət əməlini başa çatdırıb, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs ümumilikdə 32.650 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hazırda Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Şahid2 ilə Sumqayıtda yaşadığı üçün tanışlıq yaranıb. Zərərçəkmiş şəxs isə əmisi oğlu olan Şahid1 vasitəsi ilə tanımışdır. Təxminən 2 il bundan qabaq Elnur adlı şəxsə borcu olduğundan həmin şəxs ondan pulunu tələb etmişdir. Onun 20.000 manat borcu olmuşdur. Bu səbəbdən o, pul tapıb borcunu qaytarmaq məcburiyyətində olmuşdur. Ona görə də o, pul axtarırmış. Bu məsələni Tural və Amilə bildirmişdir. Həmin söhbətdə Tural ona bildirmişdir ki, əmisi oğlu Zərərçəkmiş şəxs pul var və ondan götürə bilərlər. Həmin vaxt Tural bildirmişdir ki, Ramil əmisi oğlu olsa da, etibar etmir, ona görə də Ramildən pulu Amil istəsə verər. O, da Amilə bildirmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində 0,03 ha torpaq sahəsi var və bazar qiyməti 40.000 manat dəyərindədir. Bunu Ramilə təklif etməsini və ona lazım olan pulu bilavasitə Ramildən istəməsini xahiş etmişdir. Qeyd etdiyi torpaq onun tanışı Nəsir adlı şəxsə məxsus olmuşdur. Nəsirlə də əvvəldən danışmışdır ki, 1 həftə ərzində ya torpağın sənədini, ya da bazar qiyməti olan pulu geri qaytaracaqdır. Nəsir də onunla razılaşmış, torpaq sahələrini etibarnamə ilə əsasında ona vermişdir. O, da əldə olunmuş razılığa əsasən ona etibar olunan torpaq sahələrini Zərərçəkmiş şəxs adına mülkiyyətçi kimi etibarnamə vermişdir. Həmin etibarnaməni o, yerini bilmədiyi ərazidə notarial qaydada vermişdir. Həmin bu məsələdən sonra onun Turala göndərdiyi kart hesabına 5000 manat, əlbə əl isə onun borclu olduğu Elnura onun iştirakı ilə və sözü ilə 20.000 manatı Tural və Amil vermişlər. Bundan sonra o, əvvəlki razılaşmaya əsasən 1 həftə ərzində pul tapa bilmədiyinə görə Turala bildirmişdir ki, Ramillə danışıb ona bir az vaxt versin. Tural da ona bildirmişdir ki, az da olsa hörmət etməklə müəyyən qədər vaxt ala bilər. Ancaq götürülmüş vəsait yerində qalmaq şərti ilə. O, da bununla razılaşaraq belə qərara gəlmişdir ki, Turalın bu sözü ilə razılaşıb bir qədər vaxt əldə etmək daha məqsədəuyğundur. Ona görə də o, Turalın ona göndərdiyi kart hesablarına yaxud əlbə-əl müxtəlif vaxtlarda təxminən ümumilikdə 2-3 min manat çərçivəsində pul vermişdir. Həmin pullara görə də Tural Ramillə danışıb həmin məsələni təxminən 1 aya qədər uzatmışdır. Həmin 1 ay müddətində Nəsir ona bildirmişdir ki, ya pulu, ya da torpaq sahələrinin sənədlərini geri qaytara bilmirsə, verdiyi etibarnaməni və çıxarışları geri qaytarsın. Əks halda etibarnamələri ləğv edəcək. O, da Nəsirə bildirmişdir ki, 3-4 gün də səbr etsə, məsələ öz həllini tapar. Nəsir də nəticə olmadığını görüb etibarnaməni ləğv etdi. Bundan təxminən 1 ay sonra Tural zəng vuraraq demişdir ki, əmisi oğlu Ramillə birlikdə torpaq sahələrini adına keçirtməkdən ötrü notariusa getmiş, notariusda həmin etibarnamənin və çıxarışların ləğv olunduğunu bilmişlər. O, da Turala demişdir ki, o bunu bilirmiş, Nəsir ona bu barədə demişdir. Bu sözündən sonra Tural ona bildirmişdir ki, pulu Amilə verdikləri üçün Amildən tələb edəcəklər. Bundan bir müddət sonra həbs olunduğundan daha heç nədən məlumatı olmamışdır. Hazırda həmin pulu Ramil Amilə verdiyindən o, da Amilə bildirmişdir ki, gedib Ramillə danışsın, aralarında borc müqaviləsi bağlasınlar. Onun da həbsdən çıxmaq imkanı olsa köməklik edər. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun Elnura 20.000 manat borcu olmuş, Elnur adlı şəxsin anket məlumatlarını bilmir, bildiyinə görə həbs olunmuşdur. Nəsir adlı şəxsin mobil nömrəsini bilmir. Ona gələcək pul bir qədər gecikmişdir. Pulu qaytaracağına görə Turala bildirmişdir ki, təxminən 2-3 min manat pulu Ramilə verməklə müddətin uzadılması üçün Ramildən qısa müddətli vaxt alsın. Amilin vasitəsi ilə Ramildən 25.000 manat pul almış, həmin puldan Amilə nə də ki, Turala verməmişdir. O, Amilin vasitəsi ilə Ramildən ümumilikdə 2 dəfəyə, birinci dəfə xatırlamadığı karta göndərdikləri 5.000 manat, ikinci dəfə isə əlbə-əl 20.000 manat pul almışdır. Qalan 8.000 manat puldan onun xəbəri yoxdur.Özünü qismən təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidlərin ifadələri, CD diskdə olan səs yazıları və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şahid2 təxminən 2022-ci ili təxmin mart və ya aprel ayından tanıyır. Şahid1 onun əmisi oğludur. 2022-ci ilin təxminən may ayında əmisi oğlu Şahid1 Sumqayıt şəhərində sahəsini demədiyi iki torpaq sahəsinin 33.000 manata satıldığını bildirmiş və həmin torpaq sahərini almağını təklif etmişdir. Lakin o, həmin torpaq sahələrini almaq istəmədiyini bildirmişdir. Həmin gün Amil ona zəng edərək iki ədəd torpaq sahəsi olduğunu deyib, həmin torpaq sahələrini almağını təklif etmişdir. O, tərəddüd etsə də, Amil təkid edərək onun həmin torpaq sahəsini almaq üçün 33.000 manat pul verməyini, bir həftə sonra ona adını demədiyi makler dostunun vasitəsilə həmin torpaq sahələrini 40.000 manata sataraq ondan aldığı 33.000 manat pulu geri qaytaracağını bildirmişdir. O, da Amil ilə razılaşmışdır. Belə ki, təxminən 16 may 2022-ci il tarixdə o, ilk dəfə əmisi oğlu Turala ünvan 4 ünvanında yerləşən «Nmed» klinikasının içərisində 10.000 ABŞ dollar və 3.000 manat pul verib xahiş etmişdir ki, aparıb Amilə versin. Tural da ondan pulu götürüb Sumqayıt şəhərinə gedərək orada Amil ilə görüşüb pulu əlbə-əl tam şəkildə Amilə vermişdir. Amil Turalın yanında olarkən onunla telefon vasitəsilə danışıb pulu Turaldan götürdüyünü təsdiq etmişdir. Bundan sonra Amil 6.000 manat pulu verməyini istəmiş və həmin puldan 350 manatını özünün hazırda xatırlamadığı banka olan kredit borcunu ödəməyini, qalan 5650 manat pulu isə göndərməyini xahiş etmişdir. O, da Amil ilə razılaşaraq 17 may 2022-ci il tarixdə əmisi oğlu Turala ünvan 4 ünvanında yerləşən «Nmed» klinikasının içərisində 5.650 manat pul verib xahiş etmişdir ki, aparıb Amilə versin. Bundan başqa həmin gün, yəni 17 may 2022-ci il tarixdə, saat 18:45-də Yasmal rayonu, Şərifzadə küçəsi 154A ünvanında yerləşən «Bizim» marketdə quraşdırılmış ödəmə terminalı vasitəsilə Amilin istəyi ilə sonuncunun ona göndərdiyi "xxxx" ASC-yə aid hesaba 350 manat pul göndərmişdir. Tural ondan pulu götürüb Sumqayıt şəhərinə gedərək orada Amil ilə görüşüb pulu tam şəkildə əlbə-əl Amilə vermişdir. Amil Turalın yanında olarkən onunla telefon vasitəsilə danışıb pulu Turaldan götürdüyünü təsdiq etmişdir. Bundan sonra sonuncu dəfə o, 20 may 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən «Nmed» klinikasının qarşısında Amil ilə görüşüb orada Amilə eyni məqsədlə əlbə-əl 7.000 manat pul vermişdir. Bununla da o, Amilə ümumilikdə 33.000 manat pul vermiş olmuşdur. 20 may 2022-ci il tarixdə Amil ona bildirmişdir ki, «Rəhim gəlib sənə etibarnamə verəcək, onsuz da həmin torpaq sahələri 40.000 manata satılanda sənə 33.000 manat pul verəcəm, qalan 7.000 manat pulu isə özümə götürəcəm» Belə ki, 20 may 2022-ci il tarixdə əvvəllər əmisi oğlu Turalın iş yoldaşı kimi tanıdığı Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonunda yerləşən ünvan 5 ünvanında yerləşən 0,012 ha torpaq sahəsi və Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2388C ünvanında yerləşən 0,0248 ha torpaq sahəsinə dair AR-İİ 693322 və AR-İİ 693333 nömrəli etibarnamələr vermişdir. O, bir həftə gözlədikdən sonra Amil ilə əlaqə saxlayıb torpağın satılıbsatılmaması barədə soruşmuşdur. Amil ona bildirmişdir ki, «gözlə, bəlkə torpaq sahəsi satılmadı, mən sənə başqa yerdən pul tapıb verəcəm». Sonradan o, Yasamal rayonu ərazisində yerləşən, nömrəsini xatırlamadığı notariat ofisinə getmiş, lakin həmin torpaq sahəsinin sahibinin həyat yoldaşının qeyd olunan torpaq sahəsinin satılmasına razılığının olmadığını bildirdikləri üçün o, həmin torpaq sahələrini öz adına keçirə bilməmişdir. Sonradan Amil ona bildirmişdir ki, «mən Rəhimi tapa bilmirəm, Rəhimin mənə verəcəyi var, sən Rəhimi çağır görüş, mən də gəlib ora, sənin pulunu verim, Rəhimlə öz haqqhesabım var, Rəhimdən özüm pulumu alacam». Təxminən 3 həftə sonra sonra o, Rəhimə zəng edib görüşə çağırmışdır. Rəhim razılıq verdikdən sonra Amilə də görüşəcəyi yer, yəni Saray qəsəbəsində işıqforun yanında görüşəcəyini bildirmişdir. O, Rəhimlə görüşdükdən sonra Amil də ora gəlmişdir. O, orada Amildən pulunu Rəhimin yanında istəmişdir. Amil orada ona bildirmişdir ki, «sən get, mənim Rəhimlə söhbətim var, sənin pulunu özüm çatdıracam». Lakin buna baxmayaraq həmin söhbətdən sonra Amil telefonunu söndürmüş, bir müddət sonra isə o, Amil ilə əlaqə saxladıqda səhhətində problemlər olduğunu deyərək müxtəlif vədlər verməklə bəhanələr gətirməyə davam edərək onun 33.000 manat pulunu hazırki vaxta kimi qaytarmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Amilə ümumilikdə 33.000 manat pul vermişdir. Amil hazırki vaxta kimi ona hər-hansı bir məbləğdə pul verməmişdir. Rəhim qeyd olunan torpaq sahələrinə görə ona etibarnamələr vermiş, qalan şəxsləri isə tanımır. Ona yalnız Amil vəd vermişdir. O, 10.000 ABŞ dollar və 3000 manat pulu Turalın vasitəsilə Amilə göndərmiş, bundan sonra Turalın vasitəsilə Amilə 5.650 manat pul göndərmiş və həmin gün Amilin dediyi hesaba 350 manat pul göndərmişdir. Sonuncu dəfə o, işlədiyi klinikanın yanında Amilə 7.000 manat pul verməklə ümumilikdə 33.000 manat pul vermişdir. Abşeron RPİ-nə yazmış olduğunuz ərizəsində Eldar şəxsin Gədəbəy rayonu Təhsil Şöbəsində qalıb işləməsindən ötrü Əlizaminin vasitəsilə «Kobra» ləqəbli Sahib adlı şəxsə 63.000 manat pul verməsi xüsusatı ilə bağlı Bakı şəhəri Baş Polis İdarəsində araşdırma aparılmış, lakin nəticəsi ona məlum deyildir. Həmin müraciətlə bağlı DİN-də cinayət işinin ibtidai istintaqının aparıldığını bildirmişdir. Həmçinin üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, Rəhim ona qeyd olunan torpaq sahələrinə görə etibarnamə verdikdən bir həftə sonra adına keçirməyini deməmişdir. Torpaq sahələri barədə onun Rəhimlə danışığı olmamışdır. Onun bütün danışıqları Amil ilə olmuşdur. O, bütün pulları özü və əmisi oğlu Turalın vasitəsilə Amilə vermişdir. Bu səbəbdən Rəhimə nə qədər məbləğdə pul çatmasını bilmir. 10.000 ABŞ dollar və 3000 manat pulu o, Turalın vasitəsilə Amilə göndərmiş, bundan sonra Turalın vasitəsilə Amilə 5.650 manat pul göndərmiş və həmin gün Amilin dediyi hesaba 350 manat pul göndərmişdir. Sonuncu dəfə 20 may 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən «Nmed» klinikasının qarşısında Amilə 7.000 manat pul verməklə ümumilikdə 33.000 manat pul vermişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir, evlidir, 2010 və 2016-cı il təvəllüdlü qız övladları vardır. 2008-ci il tarixdən 2023-cü ilin yanvar ayına kimi Sumqayıt RPİ-nin PPX-də polis serjantı vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs, sonuncunun əmisi oğlu Şahid1 və Təqsirləndirilən şəxs təxminən iki ildir ki, tanıyır. Belə ki, 2022-ci il tarixdə o, Ramilin direktor olduğu «Nmed» klinikasında olduğu zaman Ramilin əmisi oğlu Şahid1 və sonuncunun dostu Təqsirləndirilən şəxs gəlib əlində olan sənədləri Ramilə verib bildirmişlər ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində iki yerdə torpaq sahələri vardır, həmin torpaq sahələrinin sənədləridir. Həmin sənədləri Ramilə verib 26.000 manat pul istəmişlər. O, həmin torpaq sahəsinin sənədlərini götürüb baxan zaman torpaq sahəsinin Corat qəsəbəsində yerləşdiyindən Ramilə bildirmişdir ki, «həmin yer yaxşı yerdir» və torpaq sahəsini öz adına sənədləşdirməsini məsləhət görmüşdür. Ramil bildirmişdir ki, səhəri gün Yasamal rayonunda yerləşən notariat ofisinə gəlsinlər və həmin torpaq sahəsinə görə etibarnamə aldıqdan sonra pulu verəcəyini Tural və Rəhimə bildirmişdir. İlk dəfə Zərərçəkmiş şəxs əmisi oğlu Turala 10.000 ABŞ dollar pulu və 3.000 manat pul verib Sumqayıt şəhərinə göndərmişdir. Tural da həmin pulu Sumqayıt şəhərində yerləşən «Şamlıq» restoranın yaxınlığında onun yanında Rəhimə vermişdir. Rəhim də həmin pulu Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən «Esmira» şadlıq sarayının yaxınlığında Turalın və onun yanında tam şəkildə Elnur adlı şəxsə vermişdir. Belə ki, Rəhimin Elnura borcu olmuşdur. Bundan təxminən 1-2 gün sonra Ramil ona zəng edərək Turalın vasitəsilə Rəhimə 6.000 manat pul göndərdiyini bildirmişdir. Həmin gün o, Ramildən 300 manat borc pul istəmişdir. Ramil də onun nömrəsini hazırda xatırlamadığı "xxxx" ASC-yə aid kartına 300 manat borc pul göndərmişdir. Sonuncu dəfə, yəni 2022-ci ilin ayını və gününü xatırlamadığı vaxtda ünvan 4 ünvanında yerləşən «Nmed» klinikasının qarşısında Zərərçəkmiş şəxs onun yanında əmisi oğlu Turala 7.000 manat pul verib Rəhimə aparıb verməsini demişdir. Tural «Nmed» klinikasi ilə üzbə-üz yerləşən marketə gedib geri qayıtdıqda Rəhimin borcu olduğu tanımadığı şəxsə 5.000 manat pul göndərdiyini, qalan 2.000 manat pulu öz sevgilisinə olan borcunu qaytaracağını demişdir. Belə ki Rəhim və Tural sonuncunun sevigilisindən borc almışlar. Bu borcu da Tural qaytarmalı imiş. Bununla da Zərərçəkmiş şəxs əmisi oğlu Turalın vasitəsilə Rəhimə 33.000 manat pul göndərmişdir. Sonradan o, Ramilə təklif etmişdir ki, etibarnamə almış olduğu torpağı öz adına rəsmləşdirsin. Təxminən dörd ay keçdikdən sonra ona məlum olmuşdur ki, Ramil qeyd olunan torpaq sahəsini öz adına sənədləşdirmək istəyən zaman adına verilmiş etibarnamənin ləğv edilməsini müəyyən etmişdir. O, Ramilə Rəhimə zəng etməsini demişdir. Ramil isə Rəhimin axtarışda olduğunu demişdir. O, Ramilə torpaq sahəsinin sahibi ilə əlaqə saxlamasını demişdir. Həmin vaxt o, Sumqayıt RPİ-nin PPX-də polis serjantı vəzifəsində işləyirmiş. O, Ramilə qeyd olunan torpaq sahəsinin yaxşı yerdə olmasını deyərək məsələhət gördüyü üçün sonradan Ramil ondan şikayət etdikdən sonra o, bu məsələ ilə bağlı öz istəyi ilə DİO-dan xaric olunmuşdur. Ramilə onun 300 manat borcu vardır, belə ki, Ramil onun kartına 300 manat pulu borc şəklində göndərmişdir. 2022-ci ilin ayını və gününü xatırlamadığı vaxtda Rəhim dələduzluq etdiyinə görə həbs olunmuşdur. Bundan sonra Elnur iki nəfərin ölümü ilə əlaqədar həbs olunmuş və hazırda Cəza çəkmə Müəssisəsində cəza çəkirlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Tural ona hər hansı bir məbləğdə pul verməmişdir. Zərərçəkmiş şəxs əmisi oğlu Turalın vasitəsilə Rəhimə verilməsi üçün 33.000 manat pul vermişdir. Elnur adlı şəxsin anket məlumatlarını bilmir. Şahid3, X5 və X3 tanımır, həmin şəxslərlə heç bir danışığı və görüşü olmamışdır. Həmin şəxslər, bildiyi qədər Təqsirləndirilən şəxs tanışlarıdır. Həmçinin iş üzrə şahid qismində dindirilmiş Şahid2 əlavə olaraq ifadəsində göstərmişdir ki, Rəhim onun yanında Ramilə Sumqayıt şəhərində yerləşən topaq sahələrini adına keçirməyi təklif etmiş və bunun müqabilində 33.000 manat pul istəmişdir. Həmin vaxt Ramil Rəhimə inanmadığından ondan soruşmuşdur. O, da torpaq sahəsinin yaxşı ərazidə yerləşdiyini bildirmiş və demişdir ki, əgər Rəhim pulunu verməsə torpağı öz adına keçirib saxlaya və ya baha qiymətə sata bilər. Lakin Ramil onun sözü ilə əvvəlcə razılaşmamışdır. Onlar ayrıldıqdan sonra o, tək olarkən Ramil ona zəng edib həmin torpaq sahələrinin həqiqətən də yaxşı yerdə olub-olmadığını soruşmuşdur. O, da həmin torpaq sahələrinin həqiqətən də yaxşı ərazidə yerləşdiyini bir daha bildirmişdir. Bua görə Ramil Rəhimə pul verməyə razılaşmışdır. Ramil ona demişdir ki, Rəhim və Tural gəlsinlər notariat ofisində torpaq sahələrinə görə etibarnamə versinlər pulu versin. Bundan sonra Rəhim həmin torpaq sahələrinə görə Ramilə etibarnamələr vermişdir. Həmin vaxt o, Sumqayıt şəhərində olduğu üçün Ramil ona zəng edib etibarnamələri aldığını və pulu da iki üç saatdan sonra əmisi oğlu Turalın vasitəsilə Rəhimə göndərəcəyini demişdir. Təxminən 1-2 saatdan sonra Ramil Turalın vasitəsilə 10.000 ABŞ dollar və 3.000 manat pul göndərmişdir. Sumqayıt şəhərində ilkin olaraq o, əvvəlcə Tural ilə görüşmüş və Rəhimlə görüşməkdən ötrü birlikdə «Esmira» şadlıq sarayının yanına gedib Rəhim və Elnur ilə görüşmüşdür. Orada Tural onun və Elnurun yanında 10.000 ABŞ dollar və 3.000 manat pulu Rəhimə vermişdir. Rəhimə də orada həmin pulu tam şəkildə Elnura vermişdir. Bundan sonra ayrılıb getmişlər. İkinci dəfə Ramil ona zəng edib Rəhimə verməsindən ötrü Turala 6.000 manat pul verdiyini demişdir. Lakin Tural həmin pulu onun yanında hər-hansı bir şəxsə verməmişdir. Həmin ərəfədə o, Rəhim ilə danışarkən sonuncu həmin 6.000 manat pulu Turaldan götürdüyünü təsdiqləmişdir. Sonuncu dəfə Ramil onun yanında əmisi oğlu Turala 7.000 manat pul verib Rəhimə aparmasını demişdir. Tural 7.000 manat pulu Ramildən götürüb «Nmed» klinikası ilə üzbə üz yerləşən mağazaya daxil olmuşdur. Həmin vaxtı o, Ramil ilə klinikanın qabağında dayanmışdır. Təxminən 10 dəqəqədən sonra Tural onların yanına qayıdıb 5.000 manat pulu Rəhimin dediyi şəxsə göndərdiyini, 2.000 manat pulu isə öz sevgilisindən aldığı borc pula görə həmin qıza göndərdiyini demişdir. Lakin Tural pulları köçürən zaman o, Turalın yanında olmadığı üçün görməmiş, bunu Tural özü ona demişdir. Rəhim ona hər-hansı bir məbləğdə pul verməmşdir. Tural və Rəhim ona hər-hansı bir məbləğdə pul verməmişlər. Tural Ramildən aldığı 7.000 manat puldan 5.000 manat pulu ödəmə terminalı vasitəsilə Rəhimin dediyi şəxsə göndərdiyini, 2.000 manat pulu isə öz sevgilisinə olan borcuna göndərdiyini demişdir. Ramil pul verdikdən bir həftədən sonra bir neçə gün keçdikdə Rəhim ona dedikdən sonra o, Ramilə bildirmişdir ki, həmin torpaq sahələrini öz adına keçirsin. Rəhimin dediyinə görə Nəsirdən borc istəyib, Nəsir pulunun olmadığını, iki torpaq sahəsini satmaq məqsədilə Rəhimə verməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2387 ünvanında yerləşən 0,0248 ha torpaq sahəsini 17 sentyabr 2021-ci il tarixdə X2 19.137 manat pulun müqabilində almış və bununla bağlı Xuraman Quluyeva ilə arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun adına çıxarış verilmişdir. Bundan başqa Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2377T ünvanında yerləşən 0,012 ha torpaq sahəsini 05 oktyabr 2021-ci il X1 9.700 manat pulun müqabilində almış və bununla bağlı Ədilə Xəlilova ilə onun arasında Sumqayıt şəhər 4 saylı notariat ofisində daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2021-ci il tarixdə həmin torpaq sahəsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən onun adına çıxarış verilmişdir. O, hər iki torpaq sahəsini Sumqayıt şəhərində torpaq alqı-satqısı işləri ilə məşğul olan X4 vasitəsilə almışdır. Həmin ərəfədə o, qeyd olunan torpaq sahələrini satmaq istədiyini Ədalətə demişdir. 2022-ci ilin təxminən may ayında o, Ədalətin vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur.Söhbət əsnasında Rəhim ona məxsus qeyd olunan iki torpaq sahəsini bir neçə gün ərzində müştəri tapıb, təxminən 40.000 manata satışını təşkil edəcəyini demişdir. O, da Rəhim ilə razılaşmış və həmin ərəfədə səhhəti ilə bağlı qeyd olunan torpaq sahələrini satmasından ötrü müəyyən hazırlıq işlərini həyata keçirməsi üçün Rəhimə Sumqayıt şəhəri 3 saylı notariat ofisində etibarnamə vermişdir. Rəhim ilə onun arasında olan razılaşma belə olmuşdur ki, Rəhim bir neçə gün ərzində qeyd olunan torpaq sahələrini özü tapdığı müştərilərə satmaqdan ötrü torpaq sahələrini göstərməli və bu istiqamətlə bəzi işləri görməli imiş. Lakin torpaq sahələrinin satıldığı vaxtda alqı-satqıda o və həyat yoldaşı iştirak edəcəkdir. Lakin bir neçə gün keçdikdən sonra Rəhimdən heç bir xəbər çıxmadığını görüb Rəhimə zəng etmişdir. Rəhim ondan bir iki vaxt istəmişdir. Lakin o, Rəhimə verdiyi torpaq sahələrinin sənədlərini Rəhimdən geri istəmişdir. Lakin Rəhim torpaq sahələrinin sənədlərini ona vermədiyi üçün o, məcbur olub Rəhimə vermiş olduğu etibarnamələri Sumqayıt şəhəri 3 saylı notariat ofisində ləğv etdirmişdir. Bundan sonra həmin torpaq sahələrinə öz adına yeni çıxarış almışdır. Lakin sonradan o, qeyd olunan torpaq sahələrini özü hazırda adlarını xatırlamadığı şəxslərə satmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Xuramana məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 2388C ünvanında yerləşən 0,2387 ha torpaq sahəsindən o, 0,0248 ha torpaq sahəsi aldığı üçün qeyd olunan torpaq sahələri bölündüyü üçün ona verilmiş çıxarışda torpaq sahəsinin ünvanı dəyişmişdir. O, həm səhhəti ilə əlaqədar, həm də Rəhimin müştəri tapıb bəzi sənədləşmə işləri aparması üçün Rəhimə etibarnamələr vermişdir. Lakin alqı satqıda özü və həyat yoldaşı iştirak etməli idi. Rəhimlə onun arasında sonuncunun dediyi kimi danışıq olmamışdır. Rəhimə etibarnamə verdikdən 3-4 gün sonra Rəhimdən xəbər çıxmadığı üçün və ona məxsus torpaq sahələrinin sənədlərini ona qaytarmadığı üçün o, Rəhimə vermiş olduğu etibarnamələri ləğv etdirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs təxminən 2019-cu il tarixdən əvvəllər birlikdə işlədiklərindən tanıyır. 16 may 2022-ci il tarixdə ilk dəfə əmisi oğlu Zərərçəkmiş şəxs ünvan 4 ünvanında yerləşən «Nmed» klinikasının içərisində 10.000 ABŞ dollar və 3.000 manat pulu ona verib xahiş etmişdir ki, aparıb Amilə versin. O, həmin pulu götürüb Sumqayıt şəhərində yerləşən «Şamlıq» restoranının qarşısında özünə məxsus «Chevrolet Cruze» markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində əlbə-əl Şahid2 vermişdir. Həmin vaxt Amilin iş yoldaşı olan, Rüfət adlı şəxs avtomobilin yanında olmuşdur. Şahid2 ondan xahiş etmişdir ki, avtomobili bir qədər qarşı tərəfə sürsün. Belə ki, bir qədər qarşı tərəfdə Təqsirləndirilən şəxs və Elnur adlı şəxs avtomobilin arxa oturacağına əyləşmişlər. Amil ondan götürdüyü pulları tam şəkildə Rəhimə vermişdir. Bu vaxt həmin şəxslər avtomobildən düşüb çıxıb getmişlər. 17 may 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən «Nmed» klinikasının qarşısında əmisi oğlu Zərərçəkmiş şəxs ona 5.650 manat pulu verib Rəhimə verməyini xahiş etmişdir. O, həmin pulu Amildən götürüb Sumqayıt şəhərində yerləşən «Divan» restoranının yaxınlığında tam şəkildə əlbə-əl Rəhimə vermişdir. Bundan başqa həmin gün əmisi oğlu Zərərçəkmiş şəxs Amilin dediyi hesab nömrəsinə 350 manat pul göndərmişdir. Sonradan Ramilin ona deməsinə görə Ramil özü həmin klinikanın qarşısında Amilə əlbə-əl 7.000 manat pul vermişdir. Lakin o, bunun şahidi olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, 1-ci pulu, yəni 10.000 ABŞ dollar və 3.000 manat pulu o, Ramildən götürüb Sumqayıt şəhərində əlbə-əl Amilə vermişdir. 2-ci pulu, yəni 5.600 manat pulu o, Ramildən götürüb Sumqayıt şəhərində əlbə-əl Rəhimə vermişdir. Həmin gün əmisi oğlu Zərərçəkmiş şəxs Amilin dediyi hesab nömrəsinə 350 manat pul göndərmişdir. Sonuncu 7.000 manat pulu isə əmisi oğlu Ramil özü Amilə vermiş və sonradan bu barədə Ramil ona demişdir. O, ödəmə terminalı vasitəsilə heç kimə pul göndərməmişdir. O, Rəhimlə birlikdə Sumqayıt şəhərində iki torpaq sahəsinə baxdıqdan sonra, Rəhim və Amilin təklifi ilə bu barədə əmisi oğul Ramilə demişdir. Lakin o, Ramilə dedikdə sonuncu torpaq sahəsini almaq istəmədiyini deməmişdir. Təqsirləndirilən şəxs, Elnur və Rüfət adlı şəxslərin anket məlumatları və əlaqə nömrələrini bilmir. Rəhim və ya Amil ona hər-hansı bir məbləğdə pul verməmişlər. Həmçinin şahid qismində dindirilmiş Şahid1 əlavə olaraq ifadəsində göstərmişdir ki, o, 10.000 ABŞ dollar və 3.000 manat pulu Sumqayıt şəhərində əlbə-əl Amilə vermişdir. Qarşı tərəfdə Amil ondan götürdüyü pulu Rəhimə vermişdir. O, Rəhimə əmisi oğlu Amildən pul almağın mümkün olduğunu deməmişdir. 5.600 manat pulu o, Ramildən götürüb Sumqayıt şəhərində əlbə-əl Rəhimə vermişdir. Rəhim özü Ramildən pulu qaytarmağa görə müddət istəmişdir. Bununla bağlı Rəhim ona hər-hansı bir məbləğdə kartına və ya nağd şəkildə pul verməmişdir. O, cəmi bir dəfə əmisi oğlu Ramilə Rəhimin pulu qaytaracağını demişdir. Bunu da Rəhimin dediyi kimi ona verdiyi və ya verəcəyi pul müqabilində deməmişdir. Qeyd olunan torpaq sahələrini öz adına keçirməsi barədə heç kim heçnə deməmiş və o, bu barədə əmisi oğlu Ramilə heç bir söz deməmişdir. İş materiallarında olan tələbnamədən və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinmiş, 7 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi 01 ədəd «CD» formatlı disk, 02 vərəqdən ibarət «Vhatsapp» tətbiqində olan yazışmalardan çıxarış və 01 vərəqdən ibarət qəbzin surəti iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 01 ədəd «CD» formatlı diskə, 02 vərəqdən ibarət «Vhatsapp» tətbiqində olan yazışmalardan çıxarışa və 01 vərəqdən ibarət qəbzin surətinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskin içərisində 08 ədəd olmaqla «WhatsApp Audio 2024-04-03 at 5.23.37 PM», «WhatsApp Audio 2024-04-03 at 5.24.51 PM», «WhatsApp Audio 2024-04-03 at 5.25.41 PM», «WhatsApp Audio 2024-04-03 at 5.27.08 PM (1)», «WhatsApp Audio 2024-04-03 at 5.27.08 PM», «WhatsApp Audio 2024- 04-03 at 5.28.59 PM (1)», «WhatsApp Audio 2024-04-03 at 5.28.59 PM» və «WhatsApp Audio 2024-04-03 at 5.41.35 PM» adlı səs yazılarının və «WhatsApp İmage 2024-04-03 at 5.32.02 PM» və «WhatsApp İmage 2024-04-03 at 5.32.03 PM (1)» adlı foto şəkillərin olması müəyyən edilmişdir. Həmin fayllar ayrı-ayrı dinlənildikdə həmin səs yazılarının Zərərçəkmiş şəxs və Şahid2 aid olması müəyyən olunmuş, Zərərçəkmiş şəxs vermiş olduğu pulları Şahid2 istəməsi, Şahid2 isə narahat olmamağını Zərərçəkmiş şəxs bildirməsinə dair səs yazılarının olması müəyyən edilmişdir. «WhatsApp İmage 2024-04- 03 at 5.32.02 PM» və «WhatsApp İmage 2024-04-03 at 5.32.03 PM (1)» adlı foto şəkillərə baxış keçirilərkən Şahid2 «WhatsApp» tətbiqində Zərərçəkmiş şəxs gözləməsini qeyd etməsi müəyyən olunmuşdur. Bundan başqa 02 vərəqdən ibarət «WhatsApp» tətbiqində Şahid2 ilə Zərərçəkmiş şəxs arasında aparılmış danışıqlardan çıxarılmış danışıqların məmzmunudan görünür ki, Şahid2 Zərərçəkmiş şəxs gözləməsinə dair ismarıclar göndərməsi müəyyən olunmuşdur. Bundan başqa 01 vərəqdən ibarət qəbzin surətində gönünr ki, 17 may 2022-ci il tarixdə, saat 18:44-də ünvan 8 ünvanında yerləşən «Bizim Market» mağazasında quraşdırılmış «E-manat» ödəmə terminası vasitəsilə "xxxx" ASC-yə aid ********** nömrəli müştəri koduna 350 (üç yüz əlli) manat pul göndərilməsi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi özünün qismən etirafı, zərərçəkmiş şəxs, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılandan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü hökmlə təyin edilmiş cəza ilə qismən toplanıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 09 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə hazırki hökmlə ona təyin olunacaq cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 30 sentyabr 2022-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək olan çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, onun üzərində qəti cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «CD» formatlı disk, 02 vərəqdən ibarət «Vhatsapp» tətbiqində olan yazışmalardan çıxarış və 01 vərəqdən ibarət qəbzin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 30 sentyabr 2022-cü il tarixdən 21 oktyabr 2024-cü il tarixədək olan çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, onun üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd «CD» formatlı disk, 02 vərəqdən ibarət «Vhatsapp» tətbiqində olan yazışmalardan çıxarış və 01 vərəqdən ibarət qəbzin surəti cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini mülki qaydada tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-431/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-431/2024
21.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver