Məhkəmə qərarları › İş №1(004)-431/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-431/2025

04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-431/2025 04.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 14:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Saatlı rayonu Saatlı çəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda faktiki yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcidxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə, naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq xeyli miqdarda 0,310 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib gələcəkdə satışını həyata keçirmək üçün təmiz çəkiləri 0,0.99 qram, 0,122 qram və 0,089 qram olan ayrı-ayrı hissələrə böldüyü üç ədəd qara sellofan bükümləri əynindəki cins şalvarının sağ yan cibində gizlətməklə saxlayaraq 20 dekabr 2024-cü il tarixdə ünvan 2 ünvanınadək üzərində daşımış, 20 dekabr 2024-cü il tarixdə saat 19:15 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Nizami Gəncəvi” stansiyasına sərnişin qismində daxil olarkən hərəkətləri şübhə doğurduğundan orada xidmət aparan Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis idarəsinin post-patrul xidməti bölüyünün əməkdaşı tərəfindən saxlanılaraq həmin ünvanda yerləşən stansiyadakı xidməti polis otağına gətirildikdən sonra üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Nizami Gəncəvi” stansiyasında daşıdığı üç ədəd qara sellofan bükümlərdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 0,122 qram, 0,089 qram və 0,099 qram olmaqla ümumilikdə 0,310 qram çəkidə narkotik vasitə hesab edilən heroin və əynindəki gödəkçənin sol iç cibindən narkotik vasitələrin satışında çəkisini müəyyən etmək üçün istifadə etdiyi üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun üzərində bir bükümdə cüzi miqdarda narkotik vasitə olmuşdur. Tərəzi isə ümumiyyətlə onun üzərində olmamışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, sadəcə olaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. İfadəsinin sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, hal-hazırda anket məlumatında göstərildiyi kimi Bakı Şəhər Baş Polis idarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 20 dekabr 2024-cü il tarixdə “Bakı Metropoliteni" QSC-nin "Nizami Gəncəvi” stansiyasının girişində xidmətdə olarkən saat təxminən 19:15 radələrində vətəndaşların metrostansiyasına daxil olması zamanı zahiri görkəminə görə, həmçinin hərəkətlərində narkotik vasitələrin istifadəsində şübhə yaratdığı üçün o sonradan tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim edərək, stansiyasının xidməti otağına dəvət etmişdir. Orada olarkən üzərində qeyri-qanuni əşya olub-olmaması barədə Təqsirləndirilən şəxs maraqlandıqda həmin şəxs üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bu barədə o Polis İdarəsinə aidiyyəti üzrə məlumat verildikdən sonra həmin otağa təhqiqatçı və CAB-nın kiçik inspektoru yaxınlaşıb, öncədən hüquq və vəzifələri Təqsirləndirilən şəxs izah edilməklə video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni əşya varsa, onları təqdim etsin. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd elektron tərəzi və əynindəki cins şalvarın sağ yan cibindən üç ədəd qara sellofan bükümündə olan narkotik vasitə olan heroini təqdim etmişdir. Tərəzinin düyməsi basıldıqda ekranda göy fonda işığı yanmış, hər üç büküm ayrı-ayrılıqda tərəzinin üstünə qoyulduqda tərəzinin düzgün işləmədiyi müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində olan kütlə heroindir, “Kubinka” deyilən ərazidə olarkən üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi şəxsdən özü üçün istifadə etməkdən ötrü, həmçinin müştəri tapa biləcəyi təqdirdə satmaq üçün 250 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan heroin bükümləri zərfə qablaşdırılaraq DİN-nin 37 Ns-li möhürü ilə möhürlənmişdir. Daha sonra bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin cinayət axtarış bölməsinin kiçik inspektoru Şahid1 şahid qismində dindirilmiş Şahid2 ifadəsini təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 20 dekabr 2024-cü il tarixdə (saat 19:15 dəqiqədən) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 15). «Şəxsi axtarış və götürmə aparılması haqqında» 20 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla baxış zamanı Təqsirləndirilən şəxs ona edilmiş təklifə əsasən əynində olan gödəkçəsinin sol iç cibində saxladığı bir ədəd elektron tərəzini və əynindəki cins şalvarın sağ yan cibindən üç ədəd qara sellofan bükümündə qəhvəyi rəngli spesifik qoxuya malik maddələri çıxararaq təqdim etmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kütlə narkotik vasitə heroindir. Həmin narkotik vasitə heroini özü üçün istifadə etməkdən ötrü, həmçinin müştəri tapa biləcəyi təqdirdə satmaq üçün tanımadığı şəxsdən almışdır. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələrin götürülməsinin videoçəkilişi bir ədəd DVD diskə köçürülərək cinayət işi materiallarına əlavə edilmişdir. (İ/V. 22-24). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 20 dekabr 2024-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, üzərində “CMC BİNGO 16X" markalanma yazısı və "DVD-R”, “4.38 GB” və s. qeydlər olan "DVD” diskdə 01 ədəd “VİD_20241220_201751” adlı videofayl mövcuddur. Fayl açıldıqda müəyyən edildi ki, həmin videogörüntü 15 dəqiqə 01 saniyə müddətindədir. Videogörüntünün birinci saniyəsindən etibarən Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin Təhqiqat qrupunun sabiq təhqiqatçısı, polis mayoru Mübariz Cəfərov özünü və iştirakçıları təqdim edərək şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirəcəyini elan edir. Şəxsi axtarışda şübhəli şəxsin müdafiəçisi Arzu Cavadov və Bakı Şəhər Baş Polis İdarəsinə tabel olan Bakı Metropolitenində Polis İdarəsinin CAB-ın kiçik inspektoru və Nizami hissəsinin polis nəfəri iştirak edir. Daha sonra sabiq təhqiqatçı Mübariz Cəfərov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir, Təqsirləndirilən şəxs isə əynində olan hərbi geyim formasına oxşar isti gödəkçəsinin sol iç cibindən 01 ədəd elektron tərəzini, həmin gödəkçənin sağ yan cibindən 01 ədəd siqaret və 01 ədəd kibrit qutularını, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 03 ədəd ayrı-ayrı qara rəngli sellofan bükümləri masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirir ki, 03 ədəd ayrı-ayrı qara rəngli sellofan bükümlər “kakos”dur, daşımaqda məqsədinin satıb pul əldə etmək, 01 ədəd elektron tərəzini daşımaqda məqsədi isə həmin sellofan bükümlərin çəkisini müəyyən etmək, həmin sellofan bükümləri 250 manata üzdən tanıdığı İran İslam Respublikasının vətəndaşından əldə etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq tərəzinin işlədiyini bildirir və sabiq təhqiqatçı Mübariz Cəfərov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd ayrı-ayrı qara rəngli sellofan bükümlər elektron tərəzi vasitəsilə çəkilir. Daha sonra sabiq təhqiqatçı Mübariz Cəfərov elektron tərəzinin düzgün işləmədiyini qeyd edir. Bununla bağlı Təqsirləndirilən şəxs müdafiəçisi Arzu Cavadov ona verilən suala cavab olaraq elektron tərəzinin maddi sübut kimi götürüləcəyini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd ayrı-ayrı qara rəngli sellofan bükümlərin ekspertizaya göndərilməli olduğunu bildirir. Daha sonra sabiq təhqiqatçı Mübariz Cəfərov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində əlavə hər hansı əşya və ya predmetin olub-olmamasını soruşduqda Niyaməddin üzərində heç bir əşyanın olmadığını bildirir. Sabiq təhqiqatçı Mübariz Cəfərov şübhəli şəxs Niyamədin Vəliyevin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini həyata keçirir. Sabiq təhqiqatçı Mübariz Cəfərov şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və şəxsi axtarışın keçirilməsi ilə bağlı hər hansı etirazının olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə tanış olaraq heç bir etirazının olmadığını, ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi və 03 ədəd ayrıayrı qara rəngli sellofan bükümlər sabiq təhqiqatçı Mübariz Cəfərov tərəfindən ağ rəngli boş kağız zərfə qoyularaq üzərində zəruri qeydlər aparılır və zərfin üzəri bütün iştirakçılar tərəfindən imzalandıqdan sonra möhürlənir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması ilə bağlı vəsatəti yaxud əlavəsi yoxdur. Təqsirləndirilən şəxs müdafiəçisi Arzu Cavadovun da sualına cavab olaraq bildirir ki, heç bir şikayəti yoxdur. Bununla da, sabiq təhqiqatçı Mübariz Cəfərov şəxsi axtarış və götürmə istintaq hərəkətinin yekunlaşdığını elan edir və videogörüntü bitir. Məhkəmə-Kimyəvi Ekspertizasının 21 dekabr 2024-cü il tarixli 6/5531 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 37” dairəvi möhür əksi olan, ‘‘Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan 1 N°-li kağız paketdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,122 qram, 0,089 qram, 0,099 qram ümumi təmiz çəkisi 0,310 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. 2 №-li kağız paketdə olan bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. (İ/V. 32-37). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 69-71). Məhkəmə-Narkoloji Ekspertizasının 10 fevral 2024-cü il tarixli 732 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 99-100). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının köhnə Cinayət Məcəlləsinin 143.2 və 144.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin tarixdə hökmün icrası təxirə salınmaqla məhkəmə zalından azad edilmişdir. Təqsirləndirilən şəxs Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının köhnə CM-in 88.2-ci maddəsinin 1.2 bəndi və 145.1.2-ci maddələri ilə təqsirli bilinərək 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və xx.xx.2003-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və xx.xx.2007-ci il tarixdə AR Milli Məclisin Amnistiya haqqında xx.xx.2007-ci il tarixli qərarına əsasən cəzadan azad olunmuşdur. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 11,03.2008-ci il tarixli hökmü ilə AR CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək 11 ay islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (İ/V. 74-76). 13 iyun 2025-ci il tarixli “elektron məlumat daşıyıcısının yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin 26 may 2025-ci il tarixli, BKC/LGL-5087/25 saylı müşayiət məktubu ilə istintaqa daxil olmuş diskə baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin müstəntiqi, polis leytenantı X6 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51, 85 və 236-cı maddələrini rəhbər tutaraq, tərtib edirəm həmin protokolu ondan ötrü ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********19, +**********53, +**********84, +**********70, +**********23 və +**********23 saylı mobil telefon nömrəsinin 01 yanvar 2022-ci il tarixdən 20 dekabr 2024-cü il tarixədək olan dövr ərzində mövcud olan müştəri zənglərinin detallaşması, SMS detallaşması və zənglərin məxsusluq tarixçələrinə dair məlumatları özündə əks etdirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 26 may 2025-ci il tarixli, BKC/LGL-5087/25 saylı müşayiət məktubu ilə daxil olmuş bir ədəd diskdə olan məlumatlara xidməti iş otağımda baxış keçirilmişdir. Baxış zamanı təqdim olunan diskdə aşağıdakılar müəyyən olunmuşdur:

1. "Mushteri zenglerinin detallashmasi_MSİSDN_9********.pdf" adlı pdf faylı

2. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_5********.pdf” adlı pdf faylı

3. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_5********.pdf” adlı pdf faylı

4. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_5********.pdf” adlı pdf faylı

5. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_5********.pdf” adlı pdf faylı

6. “Mushteri zenglerinin detallashmasi_MSİSDN_5********.pdf” adlı pdf faylı

7. “SMS detallashmasi_MSİSDN_9********.pdf adlı pdf faylı

8. “SMS detallashmasi_MSİSDN_5********.pdf’ adlı pdf faylı

9. "SMS detallashmasi_MSİSDN_5********.pdf” adlı pdf faylı

10. "SMS detallashmasi_MSİSDN_5********.pdf adlı pdf faylı

11. “SMS detallashmasi_MSİSDN_5********.pdf” adlı pdf faylı

12. “SMS detallashmasi_MSİSDN_5********.pdf” adlı pdf faylı

13. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_9********.pdf” adlı pdf faylı

14. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_5********.pdf’ adlı pdf faylı

15. "Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_5********.pdf” adlı pdf faylı

16. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_5********.pdf” adlı pdf faylı

17. “Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_5********.pdf’ adlı pdf faylı

18. "Zenglerin mexsusluq tarixcheleri_MSİSDN_5********.pdf” adlı pdf faylı «SMS detallashmasi_MSİSDN_5********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********23 saylı mobil telefon nömrəsi ilə X1 istifadəsində olan +**********03 saylı mobil telefon nömrəsi arasında 20 iyul 2023-cü il tarixdən 21 iyul 2023cü il tarixədək olan müddət ərzində sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2023 19:14:38 “+**********23”»»»“+**********03” Mənəm elton təzə nömrəmdi məni niə alatin gəlmədin camahata 20 manatix duxu zakaz verdirib gua onan mənə nese oldu ? Olan sənə oldu 1 həfdəyəmi 1 aya mi nəvaxtsa isin duşucek adam kişi olar sənə həmşə ürəyim agriyirdi ama gorem yox sənə kim neyniyir Duz elir sənöl onan indi mənim qabaximda üreyin isdiyən qəderdi ama bunan soram nəysə ruslan yada qalsin elediyin 2.3 gunə mende derman al iri ar gua sənə de verecəkdim ama bunan sora sene zerede yazixi gelen q...ə olar sagol qaqaw! xx.xx.2023 14:47:23 “+**********23’’ »»» “+**********03" Bax hecolmasa pulda duz qow elede duxu isdəməsə pul verim xx.xx.2023 14:50:47 “+**********03” »»» “+**********23” Pul yoxdu duxunu gətirim yoxsa yox dəqiq bir soz də xx.xx.2023 14:54:25 “+**********23” »»» “+**********03" Danişdim isdəmir duxu dir pul lazimdi xx.xx.2023 20:24:09 “+**********23” »»» “+**********03” Hüsü aga bidənə ətiri var adamin ayağların əsdirir dəhşəhti 15 düzəlt zir duzunda cox elib getirim prixodu adami necə əsdirir «SMS detallashmasi_MSİSDN_5********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********23 saylı mobil telefon nömrəsi ilə +**********06 saylı mobil telefon nömrə arasında 27 sentyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2022 17:19:07 +**********06 »»» +**********23 qaqaw gozdeyim zegvi yoxsa yox? xx.xx.2022 21:28:39 xx.xx.2022 21:28:40 +**********06 »»» +**********23 ne yaxwi sene arxayin olmadım emi olerdim yoxsa bayaq yqrdim qonaq eleyim sizi gordim yoxe siz adami azdirisuz allah komeyviz olsun xx.xx.2022 12:45:10 xx.xx.2022 12:45:10 +**********60 »»» +**********23 Qaqas 5m vurda mana «SMS detallashmasi_MSİSDN_5********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********23 saylı mobil telefon nömrəsi ilə +**********35 saylı mobil telefon nömrə arasında 01 noyabr 2022-ci il tarixdə sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2022 16:02:10 xx.xx.2022 16:02:11 +**********23»»» +**********35 Mennen mezelenirsen xx.xx.2022 16:04:55 xx.xx.2022 16:04:55 +**********23»»» +**********35 Camahatdan goturub qalmiwam burda sen hardasan men gelim ora xx.xx.2022 16:09:04 xx.xx.2022 16:09:04 +**********23 »»» +**********35 Ne uwaqliq edirsen ac men cixim gedim «SMS detallashmasi_MSİSDN_5********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********23 saylı mobil telefon nömrəsi ilə +**********29 saylı mobil telefon nömrə arasında 12 noyabr 2022-ci il tarixdə sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2022 13:42:39 xx.xx.2022 17:06:24 +**********29»»» +**********23 X3 sizin Soliton Q. Qarayev magazasina Qqk6165362 sayli muqavile uzre 73 man. gecikme borcunuz var. Million odeme terminali vasitesi ile, yaxud www.soliton.az saytindan istifade ederek online formada odenis ede bi lersiniz. Zehmet olmasa odenis edin. Mağaza tel: *** *** ** ** «SMS detallashmasi_MSİSDN_5********.pdf » adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********23 saylı mobil telefon nömrəsi ilə +**********06 saylı mobil telefon nömrə arasında 31 yanvar 2023-cü il tarixdə sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2023 00:32:37 xx.xx.2023 00:32:37 +**********23 »»» +**********06 Vezyetim yaxşı deyil «SMS detallashmasi_MSİSDN_5********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********23 saylı mobil telefon nömrəsi ilə +**********73 saylı mobil telefon nömrə arasında 22 iyul 2023-cü il tarixdə sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2023 10:30:18 xx.xx.2023 10:30:18 +**********23 »»» +**********73 Ata nömrə getirəm hecnə isdəmirəm hərəsinən 5 diy ver qardaşiva öl xx.xx.2023 10:30:23 1.1.**********23 1.1.**********73 ənervə rəhmət oxuyaram lap başva dönüm qardaşim «SMS detallashmasi_MSİSDN_5********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********53 saylı mobil telefon nömrəsi ilə +**********60 saylı mobil telefon nömrə arasında 24 sentyabr 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2022 09:24:54 xx.xx.2022 09:24:54 +**********60 »»» +**********53 Bratan xaşin jeri var idi ha.... xx.xx.2022 05:21:08 +**********60 »»» +**********53 Neca vaxt dedim ki sana 5-10 m Qaz vuraq eva - jijib ican biz ik - sanin da q....a dejil -qazirsan ozuncun .. Mani firradirsan.. «SMS detallashmasi_MSİSDN_5********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********53 saylı mobil telefon nömrəsi ilə +**********52 saylı mobil telefon nömrə arasında 15 oktyabr 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2022 04:56:06 +**********53 »»» +**********52 X14 X11 X12 xx.xx.2022 07:13:10 +**********53 »»» +**********52 X8 X13 «SMS detallashmasi_MSİSDN_5********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********53 saylı mobil telefon nömrəsi ilə +**********11 saylı mobil telefon nömrə arasında 12 noyabr 2022-ci il tarixdə sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2022 05:59:52 +**********53 »»» +**********11 X10 Yix Meni «SMS detallashmasi_MSİSDN_9********.pdf» adlı pdf faylında iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********19 saylı mobil telefon nömrəsi ilə +**********60 saylı mobil telefon nömrə arasında 15 iyul 2022-ci il tarixdə sms tipli ismarıclar (mesajlar) qeydə alınmışdır. Həmin mesajlardan istintaq əhəmiyyəti kəsb edənləri protokola əlavə edilir: xx.xx.2023 23:34:06 xx.xx.2023 23:34:06 +**********60 »»» +**********19 Qaqas sanin ..Temavi.. Saxlamısam .. Sabahda saxlijacam mandadi .. Prosto man ora pul vermalijam.. San mani podvodit elama.. xx.xx.2023 23:44:32 +**********19 »»» +**********60 flxıubi “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ/V. 241-242). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 03 ədəd bağlamada ümumilikdə təmiz çəkisi 0,310 qram olan narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,03 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,280 qram təşkil edən həmin narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi saxlanılması üçün Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsinə təhvil verilmişdir. Eləcə Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD" disk və "xxxx" MMC-nin 26 may 2025-ci il tarixli, BKC/LGL-5087/25 saylı məktubla daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. (İ/V. 223-239). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri və işin digər materialları ilə tam, xüsusən də ona məxsus mobil telefon nömrəsində olan digər şəxslərlə arasında olan SMS yazışmalarla, üzərində elektron tərəzinin mövcudluğu ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi ona məxsus olmuş mobil telefon nömrəsində mövcud olan, digər şəxslərlə arasında aparılan SMS yazışmalarla habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarina görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitələrdir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə, «narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablama vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin psixotrop maddələrin qanunsuz daşınması (маd.1.0.8); miqdarından asılı olmayaraq qanunveriliciklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləlsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məxsus +**********19, +**********53, +**********84, +**********70, +**********23 və +**********23 saylı mobil nömrələr ilə istifadə olunan telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında "xxxx" MMC-nin 26 may 2025-ci il tarixli, BKC/LGL-5087/25 saylı məktubla daxil olmuş 01 ədəd CD diskdə olan yazışmalardan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs İİİ dərəcəli əlilliyinin olmasını onun cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2, 180.2.4, 180.2.5, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə görə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halı ona təyin olunacaq cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD və 02 ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,280 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-431/2025 saylı, 2 iyul 2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 30 (otuz) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD və 02 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhər Baş Polis İdarəsinin Təchizat şöbəsində saxlanılan çəkisi 0,280 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar