Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-432/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxsnın, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiiştirakları ilə, xx.xx.2001-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Neftçala rayonunun Kürkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2021-ci il tarixdə saat 21:50 radələrində ünvan 2 ünvanında yerləşən «Simit Hause» kafesinin həyətində ofisiant işlədikləri kafedə gündəlik yığılmış zibilləri birlikdə atmasını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə iş yoldaşı Zərərçəkmiş şəxs sifətindən, başından və qollarından vuraraq sonuncuya burunun sümüyünün sağ tərəfli yerdəyişməyən xətti sınığı və baş-beyin silkələnməsi ilə müşayiət olunmuş burun və sağ göz ətrafının qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, 10.10.2021-ci il tarixdən Yasamal rayonu, B.Vahabzadə küçəsi ev 44b ünvanında yerləşən «Simit House» kafesində ofisiant işləyir. 11.10.2021-ci il tarixdən orada ofisiant işləyən Zərərçəkmiş şəxs tanımışdır. 14.10.2021-ci il tarixdə saat 21:50 radələrində o, Fədainin təklifi ilə onunla birlikdə kafedə gün ərzində yığılmış zibilləri atmaq üçün kafenin həyətindəki zibilxanaya getmişdir. Orada Fədai onunla söyüşlə danışıb özünün əsəbi olduğunu bildirərək onu təhqir etmişdir. Fədainin söyüşlərinə cavab qaytardıqda isə Fədai onu vurmaq üçün üstünə gəlmiş və o, Fədaini qabaqlayaraq yumruqları ilə onun sifətindən ardıcıl iki zərbə vurduqda Fədai yerə yıxılmışdır. Fədai uzanmış vəziyyətdə yenidən onu təhqir edib şifahi olaraq öldürəcəyi ilə hədələdikdə o, yenidən Fədainin sifətindən yumruqları ilə vurub ondan uzaqlaşmışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 11.10.2021-ci il tarixdən Yasamal rayonu, B.Vahabzadə küçəsi ev 44b ünvanında yerləşən «Simit House» kafesində ofisiant işləyir. Həmin gündən orada ofisiant işləyən Təqsirləndirilən şəxs tanımışdır. 14.10.2021-ci il tarixdə saat 21:50 radələrində Xəyalla gün ərzində kafedə yığılmış zibilləri atmaq üçün kafenin həyətində olan zibilxanaya getdikdə Xəyal əlində iki ədəd yüngül həcmli selofan torba götürmüş, o isə iri plastik materialından olan zibil qutusunu özü ilə aparmışdı. Xəyal əlindəki selofan torbaları zibilxanadakı konteynerə atdıqdan sonra çıxıb getmək istədikdə onu saxlamış və kafenin ümumi zibilini özünün tək deyil, onun köməkliyi ilə atmalı olacaqlarını bildirmişdir. Buna cavab olaraq Xəyal zibili atmaqda ona köməklik etməyəcəyini bildirdikdə o, Xəyala bu barədə kafenin inzibatçısına şikayət edəcəyini söyləmişdir. O, sözünü bitirməmiş Xəyal yumruqları ilə sifətindən ardıcıl iki zərbə endirmiş və zərbələrin təsirindən ani olaraq huşunu itirib yerə yıxılmışdır. Lakin Xəyal bununla da kifayətlənməmiş, o, yerdə uzanmış vəziyyətdə olarkən başının üstündə dayanıb sifətindən və başından yumruq zərbələri vurmuş, daha sonra ayağa qalxaraq ayağı ilə başından bir dəfə təpik vuraraq oradan uzaqlaşmışdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Hadisə yerinə baxış keçirmək barədə” 14 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Simit House” kafesinin həyətindədir. Həyətin ətrafında 5 mərtəbəli binalar vardır. Həyətin ortasında 5 zibil konteynerlərindən ibarət zibilxana yerləşir. Vətəndaş Zərərçəkmiş şəxs göstərmişdir ki, 15.10.2021-ci il tarixdə saat 21:50 radələrində həmin zibil konteynerlərinin yanında iş yoldaşı Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirmişdir. (i.v. 9-10) Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X2 Ərazi Bölmələrinin İdarəetmə X4 Mərkəz X3 15.10.2021-ci il tarixli 811 nömrəli məktubundan və KT müayinəsinin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs sağ burun sümüyündə yerdəyişmiş sınıq aşkar olunmuşdur. (i.v. 14-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X3 19.10.2021-ci il tarixli 1027 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – burun sümüyünün sağ tərəfli yerdəyişməyən xətti sınığı və baş-beyin silkələnməsi ilə müşayiət olunmuş burun və sağ göz ətrafının qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 14.10.2021-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. 24-27) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 19.10.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartoçkasında heç bir məlumat yoxdur. (i.v. 51) İş materiallarında olan 17.11.2021-ci il tarixli Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Xəyal Quliyev məhkəmədə ərizə yazaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş üzrə vurulmuş maddi ziyan olmadığından və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-432/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-432/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver