Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-434/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə və X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ermənistanın Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi tamah niyyəti ilə informasiya resurslarına biləbilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamışdır. Belə ki, o, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** dövlət qeydiyyat nömrəsi ilə (VÖEN) Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Badamdar 11-ci, ev 40, mənzil 29 ünvanında dövlət qeydiyyatına alınmış və faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, məhəllə 518, ev 6 ünvanında fəaliyyət göstərən “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, xxxxxxx001300 nömrəli əmək müqaviləsinə əsasən həmin MMC-də maddi məsul şəxs kimi baş mühasib vəzifəsində işləyərkən müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etməli, daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etməli olduğu halda, bunların əksinə olaraq tamah niyyətilə ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə öz qulluq mövqeyindən istifadə edərək "xxxx" gücləndirilmiş mobil elektron imza vasitəsilə cəmiyyətin "xxxx" ASC-də açılmış şəxsi elektron kabinetinə daxil olub cəmiyyətin rəhbərliyinin müvafiq əmri olmadan təyinatını guya “əmək haqqı” və “mükafat” kimi qeyd etməklə tamah niyyətilə bilə-bilə müvafiq informasiya resursuna həmin yalan və təhrif olunmuş məlumatları daxil edərək vəzifə saxtakarlığı edib cəmiyyətin AZ13AİİB******************** saylı hesablaşma hesabından onunla bağlanılmış əmək müqaviləsinə əsasən nəzərdə tutulmuş faktiki əmək haqqı məbləğindən əlavə olaraq, xeyli miqdar təşkil edən 42.581.34 (qırx iki min beş yüz səksən bir manat 34 qəpik) manat məbləğində vəsaiti "xxxx" ASC-də açılmış **********21437 saylı şəxsi hesab nömrəsinə köçürərək əldə etdiyi həmin pul vəsaitlərini şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxs kimi tamah niyyəti ilə informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməklə cəmiyyətə məxsus 42.581.34 (qırx iki min beş yüz səksən bir manat 34 qəpik) manat məbləğində xeyli miqdarda pul vəsaitini mənimsəyərək talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 20 ildən çoxdur ki, mühasib vəzifəsində işləyir. İşlədiyi dövrdə onun barəsində heç bir şikayət və narazılıq olmamışdır. 2021-ci ildə Şahid1 tərəfindən "xxxx" MMC təsis olunmuş və həmin şirkət Samirin həyat yoldaşı X5 adına olmuşdur. O, "xxxx" MMC-nin direktoru Şahid2 tərəfindən işə götürülmüşdür. Bir neçə il "xxxx" MMC-də işləmiş, daha sonra Şahid2 tərəfindən "xxxx" MMC yaradılmışdır. Bundan sonra o, həmin şirkətlərdə mühasib vəzifəsində işləmiş və ondan heç bir narazılıq olmamışdır. Bir müddət sonra Şahid1 qardaşı tərəfindən «X7» MMC təsis olunmuş və həmin şirkətin də mühasibatlıq işləri ona həvalə olunmuşdur. Mühasib vəzifəsində işləyərkən o, «X7» MMC-dən rəsmi 550 manat əmək haqqı almışdır. Bundan başqa o, rəsmi əmək haqqı ilə yanaşı, qeyri-rəsmi əmək haqqı da almışdır. 2024cü ildə əmək haqlarının verilməsində gecikmələr yaranmış, daha sonra rəsmi əmək haqları ödənilsə də, qeyri-rəsmi əmək haqları ödənilməməyə başlamışdır. Şirkətin vəsaitlərinə sərəncam verən şəxs Nümayəndə olsa da, faktiki olaraq vəsaitin sahibi Şahid1 olmuşdur. 2024-cü ilin payız aylarında şirkət tərəfindən ona ödənilməli olan qeyrirəsmi əmək haqları ödənilmədiyi üçün borcu yığılmişdir. Bu səbəbdən Şahid1 ona «X7» MMC-yə pul köçürüləcəyini bildirib və həmin puldan öz hesabına köçürüb borcu bağlamasını tapşırmışdır. O bununla razılaşaraq təyinatını “əmək haqqı” və “mükafat” kimi qeyd etməklə xx.xx.2025-ci il tarixdə «X7» MMC-nin hesabında olan pulun 34.003 manat hissəsini özünə məxsus əmək haqqı kartına köçürmüşdür. Ona qarşı olan ittihamda qeyd edilən məbləğdə pulu 42.531,34 manat məbləğində pulun 34.000 manat hissəsi hər üç şirkətdən qeyri-rəsmi əmək haqqı və son haqq-hesabla birlikdə almalı olduğu borcu olmuşdur. Həmin pul vəsaitini öz hesabına köçürməsinə S.MəXXmmədovun razılığı olmuşdur. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, onlara dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, «X7» MMC-nin direktorudur. Şirkət 2024-cü ilin may-iyun aylarında yaradılsa da, fəaliyyətə daha sonra başlamışdır. "xxxx" MMC-nin direktoru Şahid2 ilə onlar arasında işgüzar münasibətlər olmuşdur. Bu səbəbdən "xxxx" MMC-nin mühasibi çalışan Təqsirləndirilən şəxs ilə razılıq əldə olunmuş və Təqsirləndirilən şəxs 05 avqust 2024-cü il tarixdən etibarən «X7» MMC-də baş mühasib vəzifəsində işləməyə başlamış, MMC-yə məxsus "xxxx" Təqsirləndirilən şəxs həvalə olunmuşdur. 2025-ci ildə MMC-nin hesabından digər şirkətə pul köçürülməli olmuş, o da Elbənizə bununla bağlı tapşırıq vermişdir. Təqsirləndirilən şəxs qeyd olunan şirkətlərə həmin məbləğləri köçürdüyünü bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, hesaba pul köçürülməmişdir. O, Elbənizdən şübhələnmiş və "xxxx"nı götürmək məqsədilə əlaqə saxlayıb "xxxx" metrostansiyasının yaxınlığında görüşmüşdür. Ondan MMC-yə məxsus "xxxx"nı geri götürmüşdür. Şirkətin hesabına baxış keçirərkən hesabda pul olmadığını, müəyyən şirkətlərə hər hansı məbləğdə pul köçürülmədiyini aşkar etmişdir. O, bu barədə Elbənizdən soruşduqda eyni vaxtda mühasib vəzifəsində işlədiyi "xxxx" MMC və "xxxx" MMC-nin ona borcu olduğunu, xeyli müddətdir həmin borcu vermədiklərini, bu səbəbdən "xxxx" MMC və "xxxx" MMC-nin ona olan borcunu “X7” MMC-nin hesabından çəkdiyini bildirmişdir. “X7” MMC-nin hesabına baxış keçirərkən Elbənizin şirkətin hesabından işlədiyi dövr ərzində ümumilikdə 46.064,50 (qırx altı min altmış dörd manat əlli qəpik) manat məbləğində pulu əmək haqqı kartına köçürdüyü müəyyən olunmuşdur. Şirkətin təşəbbüsü ilə keçirilmiş audit yoxlaması nəticəsində Elbənizin baş mühasib vəzifəsində işlədiyi müddət ərzində cəmiyyətin hesabından onunla bağlanılmış əmək müqaviləsinə əsasən nəzərdə tutulmuş faktiki əmək haqqından əlavə olaraq 42.531 manat məbləğində vəsaiti cəmiyyətin rəhbərliyinin müvafiq əmri olmadan “əlavə əmək haqqı” və “mükafat” adı ilə şəxsi bank hesablarına köçürməklə cəmiyyətə 42.531 manat məbləğində maddi ziyan vurduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs “X7” MMC-də baş mühasib vəzifəsində işlədiyi dövr ərzində qeyri-rəsmi qaydada hər hansı əmək haqqı verilməmişdir və MMC-nin ona hər hansı məbləğdə borcu olmamışdır. Bundan başqa, işlədiyi müddət ərzində Elbənizin xahişi ilə şəxsi istifadəsində olan bank hesabından Elbənizin istifadəsində olan hesaba hissə-hissə olmaqla ümumilikdə 3.000 manat pulu borca vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, tikinti şirkətində layihə rəhbəri vəzifəsində işləyir. “X8” MMC-nin təsisçisi Taleh Məmmədov onun qardaşı, "xxxx" MMC-nin təsisçisi Günay Məmmədova həyat yoldaşıdır. "xxxx" MMCnin direktoru vəzifəsində işləyən Şahid2 yaxın dostudur. Həmin şirkətin işləri əsasən Gəncə şəhəri və ətraf ərazilərdə olduğu üçün həyat yoldaşı G.Məmmədova Gəncə şəhər qeydiyyatında olduğundan "xxxx" MMC-nin təsisçisi kimi onun adına qeydiyyata alınmışdır. “X7” MMC- rəhbəri ilə yaxın dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin mühasibi vəzifəsində çalışmışdır. Sonradan “X7” MMC təsis olunduqdan sonra o, Elbənizi mühasib kimi məsləhət görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs “X8” MMC-də baş mühasib vəzifəsində işlədiyi müddət ərzində cəmiyyətin hesabından onunla bağlanılmış əmək müqaviləsinə əsasən nəzərdə tutulmuş faktiki əmək haqqından əlavə olaraq təxminən 40000-50000 manat arası vəsaiti cəmiyyətin rəhbərliyinin müvafiq əmri olmadan “əlavə əmək haqqı” və “mükafat” adı ilə şəxsi bank hesablarına köçürməklə mənimsədiyini öyrənmişdir. İşçiyə əlavə əmək haqqı yazılması üçün direktorun göstərişi olmalıdır. Elbəniz Ona “X8” MMC-yə köçürüləcək pulları öz hesabına köçürməsi barədə hər hansı məlumat verməmiş, habelə buna səlahiyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC onun şəxsi şirkətidir. Həmçinin "xxxx" MMC-nin baş direktorudur, formal olaraq təsisçi isə yaxın dostu Şahid1 həyat yoldaşı X4r. Onun şirkətlərinin “X7” MMC-yə heç bir aidiyyəti yoxdur, aralarında sadəcə tanışlıq vardır. Təqsirləndirilən şəxs dörd ildən artıq müddətdə "xxxx" MMC-nin mühasibi vəzifəsində işləmişdir. Onun Təqsirləndirilən şəxs “X7” MMC-də mühasib vəzifəsində işləməsindən sonradan xəbəri olmuşdur. Sonradan Təqsirləndirilən şəxs ona demişdir ki, guya "xxxx" MMC və "xxxx" MMC-nin ona xeyli miqdarda borcları olması səbəbindən Şahid1 göstərişi ilə “X7” MMC-nin hesabından 30 min manatdan yuxarı məbləğdə pulu öz hesabına köçürmüşdür. "xxxx" MMC və "xxxx" MMC ilə “X7” MMC-nin hər hansı əlaqəsi olmamışdır. Sözügedən məsələdən sonra onlar Təqsirləndirilən şəxsla əlaqəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək digər Şahid2 ifadəsində göstərdiyi xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun ekspertiza təyin edilməsinə dair qərarına əsasən aparılmış ekspertiza nəticəsində 2025-ci ilin yanvar ayı ərzində Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına 38.133,75 manat pul köçürüldüyü görünsə də, texniki səhv olaraq 38.233,75 manat qeyd olunmuş və bununla da, ümumi hesablamada texniki səhvə yol verilmişdir. Odur ki, dəqiq hesablama apardıqda 2024-cü ilin avqust ayından 2025-ci ilin fevral ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına 3.483,17 manat pul vəsaiti köçürülməli olduğu halda 46.064,51 manat məbləğində pul vəsaiti köçürüldüyü müəyyən olunmuşdur. Nəticədə, "X11" MMC tərəfindən Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına köçürülməli olan və köçürülən pul vəsaitləri arasındakı fərq məbləği 46.064,51 - 3.483,17 = 42.581.34 (qırx iki min beş yüz səksən bir manat 34 qəpik) manat məbləğində müəyyən edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 182-185-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs “X11” MMC-nin baş mühasibi vəzifəsində işlədiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək cəmiyyətin "xxxx" ASC-də açılmış AZ13AİİB******************** saylı hesablaşma hesabından onunla bağlanılmış əmək müqaviləsinə əsasən nəzərdə tutulmuş faktiki əmək haqqından əlavə olaraq "xxxx" ASCdə açılmış **********21437 saylı şəxsi hesab nömrəsinə 42.531,34 (qırx iki min beş yüz otuz bir min manat otuz dörd qəpik) manat məbləğində vəsaiti cəmiyyətin rəhbərliyinin müvafiq əmri olmadan “əlavə əmək haqqı” və “mükafat” adı ilə şəxsi bank hesablarına köçürməklə cəmiyyətə 42.531,34 (qırx iki min beş yüz otuz bir min manat otuz dörd qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Auditor hesabatının təsviri-əsaslandırıcı hissəsində "X11" MMC tərəfindən baş mühasib vəzifəsində işlədiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına köçürülən pul vəsaitlərinin dövriyyəsinə dair cədvəldə Təqsirləndirilən şəxs sosial ayırmalar nəzərə alınmaqla ödənilməli əmək haqqı məbləği 3.483,17 (üç min dörd yüz səksən üç manat 17 qəpik) manat, faktiki ödənilmiş məbləğ isə 46.064,51 (qırx altı min altmış dörd manat 51 qəpik) manat olmaqla düzgün hesablanmış, lakin həmin rəqəmlər arasındakı fərqin hesablanılması zamanı texniki səhvə yol verilərək Təqsirləndirilən şəxs cəmiyyətə ümumilikdə 42.531,34 (qırx iki min beş yüz otuz bir min manat otuz dörd qəpik) manat məbləğində maddi ziyan vurduğu qeyd olunsa da, dəqiq hesablama zamanı vurulmuş maddi ziyanın 46.064,51 - 3.483,17 = 42.581.34 (qırx iki min beş yüz səksən bir manat 34 qəpik) manat məbləğində olduğu müəyyən olunur. Bundan başqa Şahid5 hesablama zamanı texniki səhvə yol verildiyini, aparılmış auditor hesabatında göstərilən dəqiq hesablanmış rəqəmlərə əsasən Təqsirləndirilən şəxs "X11" MMC-nin baş mühasibi vəzifəsində işlədiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində cəmiyyətə 42.581.34 (qırx iki min beş yüz səksən bir manat 34 qəpik) manat məbləğində maddi ziyan vurduğunu göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdə “X6” MMC-nin direktoru Nümayəndə ilə Təqsirləndirilən şəxs arasında elektron əmək müqaviləsi bağlanılaraq baş mühasib vəzifəsinə işə qəbul edilmiş, müqavilənin 3-cü bəndində göstərilənlərə əsasən müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etməyi, daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etməyi və həmin bənddə qeyd olunan digər əmək funksiyalarının icrasını işçi kimi öhdəsinə götürür. “Əmək müqaviləsinə xitam verilməsi barədə” “X6” MMC-nin direktorunun xx.xx.2025-ci il tarixli, 04/K nömrəli əmri ilə Təqsirləndirilən şəxs ilə bağlanılmış xxxxxxx001300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2.”a” – tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən həmin tarixdən xitam verildiyi görünür. (i.v. 38-47) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin çıxarışından görünür ki, “X6” MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Təsisçisi 100 faiz payla X10, direktoru Nümayəndədur. Cəmiyyətin hüquqi ünvanı ünvan 2ləşsə də, faktiki olaraq ünvan 3 ünvanında fəaliyyət göstərir. (i.v. 56-57) “Mobil telefona baxış keçirilməsi haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, “X6” MMC-nin direktoru Nümayəndə iştirakı ilə onun təqdim etdiyi istifadəsində olan “İphone 13 mini” markalı mobil telefonda Təqsirləndirilən şəxsla arasında olmuş “Whatsapp” yazışmalarına baxış keçirdim. Nümayəndə həmin telefonda (050) ***-**-** saylı mobil nömrəni istifadə etdiyini, Təqsirləndirilən şəxs isə (050) ***-**-** saylı mobil nömrədən istifadə etdiyini qeyd etdi. Baxış zamanı Nümayəndəla Təqsirləndirilən şəxs arasında olan yazışmalar tarixi göstərilməklə məzmunu aşağıdakı kimi olmuşdur: xx.xx.2025 Təqsirləndirilən şəxs (səsli mesaj): Müəllim ödəniş eliyə bilmir, xəta baş verir sistemə daxil ola bilmirlər, dünəndən nəsə bunlarda xarab olub bu "xxxx"da. Nümayəndə: Bu gün həll edək. Təqsirləndirilən şəxs: Ok Nümayəndə: xx.xx.2025-də ofise gelersiz zehmet olmasa. Tehvil verilesi seyleri tehvil verersiz zehmet olmasa. Təqsirləndirilən şəxs: Ok Nümayəndə: Ödenis ede bildiz? Təqsirləndirilən şəxs ödəniş etdiyinə dair 02 (iki) ədəd ödəniş tapşırığının “pdf” formatında fotoşəklini göndərir. Bunun ardınca yazır ki, 10245+4000. Nümayəndə: Tesekkur Bundan təxminən 1 saat yarım sonra aralarında 54 saniyə “Whatsapp” danışığı olur. xx.xx.2025 Nümayəndə 2 dəfə “Whatsapp”la Təqsirləndirilən şəxs cavabsız zəng edir. xx.xx.2025 Nümayəndə əvvəlcə 1 dəfə “Whatsapp”la Təqsirləndirilən şəxs cavabsız zəng edir, ardınca 34 saniyəlik səsli mesaj göndərərək salamlaşır və “EG İnshaat”la “İsh Group” şirkətlərinin nümayəndələrinin onunla əlaqə saxlayaraq onlara şirkətlərinə ödənilən pulların şirkətlərinin hesablarına oturmadıqlarını dediklərini bildirir, problemin nə olduğunu maraqlanır, ardınca 2 dəfə “Whatsapp”la Təqsirləndirilən şəxs cavabsız zəng edir. Təqsirləndirilən şəxs: Zeng edecem muellim. Nümayəndə: ok. Elbəniz bəy, İş qrup və EG İnşaata ödənişlər getməyib. Təqsirləndirilən şəxs: Hekimdeyem çıxanda baxacam. Nümayəndə: ok. Ardınca Nümayəndə 1 dəfə “Whatsapp”la Təqsirləndirilən şəxs cavabsız zəng edir. Təqsirləndirilən şəxs: Zehmet olmasa yazin. Telefon Elbenizde deyil. Danişa bilmeyecek. Hekimdedi. Çıxandan sonra cavablandirar. Nümayəndə: Nə olub Elbənizə? Nümayəndə Təqsirləndirilən şəxs az əvvəl göndərmiş olduğu (Elbəniz bəy, İş qrup və EG İnşaata ödənişlər getməyib.) – bu mesajı işarələyərək “Bu təcilidir” yazır, ardınca 2 dəfə “Whatsapp”la Təqsirləndirilən şəxs cavabsız zəng edir, daha sonra “Elbeniz m. Hansi xestexanadasiz? Komeklik lazimdirsa gelim” məzmununda mesaj yazır və daha sonra 6 dəfə “Whatsapp”la Təqsirləndirilən şəxs cavabsız zəng edir, sonuncu zəngdən 20 dəqiqə sonra “Whatsapp”la Təqsirləndirilən şəxsla aralarında 5 dəqiqə telefon danışığı olur. Nümayəndə 14 saniyəlik səsli mesaj göndərərək “EG İnshaat”la “İsh Group”a edilməli ödənişləri təsdiqləməsini və bu barədə məlumat verməsini tapşırır, ardınca aralarında 19 saniyə “Whatsapp”la telefon danışığı olur, 1 dəfə “Whatsapp”la Təqsirləndirilən şəxs cavabsız zəng edir və 7 saniyəlik səsli mesaj göndərərək Təqsirləndirilən şəxs problemi aradan qaldırıb-qaldırmadığını maraqlanır. Təqsirləndirilən şəxs: Rauf bey, ödenisleri deyishibler. Ödenishler xetali idi. Gun erzinde oturacaq. Oturmasa seher oturacaq. Biraz gozlesinler. Nümayəndə: Ok. Tesekkur. Təqsirləndirilən şəxs: Buyurun. Nümayəndə: EG İnsaatin odenis tapşırığını atarsiz zehmet olmasa. Təqsirləndirilən şəxs: Odenis tapşırığı eynidi. Sadece olaraq tesdiqini gozleyirik. xx.xx.2025 Nümayəndə 22 saniyəlik səsli mesaj göndərərək yenidən onunla əlaqə saxladıqlarını, pullarının sistemə oturmadığını, bankla əlaqə saxladıqlarını, bank əməkdaşlarının ödəniş tapşırıqlarını təsdiqləmədikləri üçün ödənişin icra edilmədiyini dediklərini bildiriri və bu problemi aradan qaldırmasını xahiş edir, Təqsirləndirilən şəxs isə 37 saniyəlik səsli mesaj göndərərək günortaya qədər gözləmələrini, məsələnin həll olunacağını deyir və işlərini çatdıra bilmədiyini, Gövhər xanıma onun sistemdən çıxarması barədə xahiş edəcəyini, daha sonra aralarında təhvil-təslim prosesini icra etmələrini bildirir. Nümayəndə “olsun” yazır və 41 saniyəlik səsli mesaj göndərərək işçilərin maaşını gün sonunadək hesablarına köçürməsini, bundan sonra təhvil-təslim prosesini həyata keçirmələrini xahiş edir, təxminən 3 saat sonra 7 saniyəlik səsli mesaj göndərərək işçilərin maaşını köçürüb-köçürmədiyini maraqlanır, bu müddət ərzində 2 dəfə “Whatsapp”la Təqsirləndirilən şəxs cavabsız zəng edir. Təqsirləndirilən şəxs: 10 deq yigiram. Nümayəndə: Hardasiz men gelim. “Whatsapp”la Təqsirləndirilən şəxsla aralarında 22 dəqiqə telefon danışığı olur, Təqsirləndirilən şəxs ardınca 2 dəfə səsli mesaj göndərərək tıxacda olduğunu, 10 dəqiqəyə tıxacdan çıxıb yanına gəldiyini bildirir, Nümayəndə səsli mesaj göndərərək “Perla” mebel salonu ilə üzbəüz onu gözlədiyini bildirir, Təqsirləndirilən şəxs da 10 dəqiqəyə çatacağını deyir. Bun danışıqlar xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində baş tutur. xx.xx.2025-ci il tarixdə saat 17:46-da Nümayəndə 5522-0993-6867-0824 saylı hesab kartının şəklini göndərir və altından “Abb” 1300 AZN yazır. Saat 18:03-də Təqsirləndirilən şəxs “Rauf bey, kartimda azdi. Yoldayam. Gerek aparatdan negd shekilde otuzdurmu kartiniza. Çatdira bilsem bu gun atacam. Çatdirmasam seher.” Mezmununda cavab yazır. xx.xx.2025-ci il Nümayəndə (səsli mesaj): Salam Elbəniz bəy sabahın xeyir. Sən mənə hesabatı göndərəcəkdin. Onu təcili göndər də. Ardınca Təqsirləndirilən şəxs əmək haqqı hesabatını göndərir. (i.v. 83-104) "xxxx" ASC-nin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətdə baş mühasib vəzifəsində işlədiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində "xxxx" ASC-də açılmış **********21437 saylı şəxsi hesab nömrəsinə hissə-hissə olmaqla 2024-cü ilin avqust ayında təyinatı “əmək haqqı” kimi göstərilməklə 900 manat, 2024-cü ilin sentyabr ayında təyinatı “əmək haqqı” kimi göstərilməklə 1.650 manat, 2024-cü ilin oktyabr ayında ayında təyinatı “əmək haqqı” və “mükafat” kimi göstərilməklə 2.160 manat, 2024-cü ilin noyabr ayında təyinatı “əmək haqqı” kimi göstərilməklə 1.500,38 manat, 2024-cü ilin dekabr ayında təyinatı “əmək haqqı” kimi göstərilməklə 1.720,38 manat, 2025-ci ilin yanvar ayında təyinatı “əmək haqqı” və “mükafat” kimi göstərilməklə 38.133,75 manat, ümumilikdə 46.064,51 manat pul köçürülmüşdür. Qeyd olunan köçürmələr iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə məxsus 510307******1770 saylı ödəniş kartı üzrə çıxarışla təsdiq olunur. (i.v. 110-122) “X9” MMC-nin 17 mart 2025-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs “X11” MMC-nin baş mühasibi vəzifəsində işlədiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək cəmiyyətin "xxxx" ASC-də açılmış AZ13AİİB******************** saylı hesablaşma hesabından onunla bağlanılmış əmək müqaviləsinə əsasən nəzərdə tutulmuş faktiki əmək haqqından əlavə olaraq "xxxx" ASC-də açılmış **********21437 saylı şəxsi hesab nömrəsinə 42.531,34 (qırx iki min beş yüz otuz bir min manat otuz dörd qəpik) manat məbləğində vəsaiti cəmiyyətin rəhbərliyinin müvafiq əmri olmadan “əlavə əmək haqqı” və “mükafat” adı ilə şəxsi bank hesablarına köçürməklə cəmiyyətə 42.531,34 (qırx iki min beş yüz otuz bir min manat otuz dörd qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. Auditor hesabatının təsviriəsaslandırıcı hissəsində "X11" MMC tərəfindən baş mühasib vəzifəsində işlədiyi xx.xx.2024cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına köçürülən pul vəsaitlərinin dövriyyəsinə dair cədvəldə Təqsirləndirilən şəxs sosial ayırmalar nəzərə alınmaqla ödənilməli əmək haqqı məbləği 3.483,17 (üç min dörd yüz səksən üç manat 17 qəpik) manat, faktiki ödənilmiş məbləğ isə 46.064,51 (qırx altı min altmış dörd manat 51 qəpik) manat olmaqla düzgün hesablanmış, lakin həmin rəqəmlər arasındakı fərqin hesablanılması zamanı texniki səhvə yol verilərək Təqsirləndirilən şəxs cəmiyyətə ümumilikdə 42.531,34 (qırx iki min beş yüz otuz bir min manat otuz dörd qəpik) manat məbləğində maddi ziyan vurduğu qeyd olunsa da, dəqiq hesablama zamanı vurulmuş maddi ziyanın 46.064,51 - 3.483,17 = 42.581.34 (qırx iki min beş yüz səksən bir manat 34 qəpik) manat məbləğində olduğu müəyyən olunur. (i.v. 123-126) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən ofisdir. Ofisin ümumi sahəsi 43 kv.metr ərazini əhatə edir. Ofis 01 zal, 01 direktor otağı, 01 mətbəx otağı və 01 sanitar qovşaqdan ibarətdir. Hadisə yerinə baxışda iştirak edən “X6” MMC-nin direktoru Nümayəndə həmin ofisin “X6” MMC-nin fəaliyyət göstərdiyi ofis olduğunu, Təqsirləndirilən şəxs həmçinin həmin ofisdə vəzifəsini icra etdiyini bildirmişdir. (i.v. 141-150) “X6” MMC-nin xx.xx.2025-ci il tarixli, 01 nömrəli məktubunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək "X6" Məhdud Məsuliyyətli Cəmiyyətdə baş mühasib vəzifəsində işləmişdir. 31 yanvar 2025- ci il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. İşlədiyi müddət ərzində ona şirkət tərəfindən hər hansı əlavə əmək haqqı, mükafat yaxud qeyri-rəsmi ödəniş edilməmişdir. 24 yanvar 2025-ci il tarixədək olan müddətdə və hazırki tarixdə "X6" MMC-nin Təqsirləndirilən şəxs hər hansı borcu olmamışdır. (i.v. 154) 17 iyun 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Nümayəndə istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. (i.v. 178-181) “Maddi ziyanın ödənilməsi haqqında” 20 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "X6" MMC-yə 10.000 (on min) manat məbləğində ödəniş etmişdir. (i.v. 214) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 23 iyun 2025ci il tarixli 9/3097 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən "X11" MMC tərəfindən Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına ümumilikdə 3.483,17 manat pul vəsaiti köçürülməli olunduğu halda 46.164,51 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "X11" MMC tərəfindən Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına köçürülməli olan və köçürülən pul vəsaitlərinin arasında fərq məbləği ümumilikdə 42.681.34 manat (46.164,51-3.483,17) məbləğində müəyyən edilir. Ekspertiza rəyinin təsviri-əsaslandırıcı hissəsində "X11" MMC tərəfindən baş mühasib vəzifəsində işlədiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına köçürülən pul vəsaitlərinin dövriyyəsinə dair cədvəldə 2025-ci ilin yanvar ayında 38.233,75 (otuz səkkiz min iki yüz otuz üç manat 75 qəpik) manat pul köçürüldüyü qeyd olunsa da, iş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə məxsus 510307******1770 saylı ödəniş kartı üzrə çıxarışdan və “X9” MMC-nin auditoru Şahid5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli müstəqil auditor hesabatından görünür ki, 2025-ci ilin yanvar ayı ərzində "X11" MMC tərəfindən Təqsirləndirilən şəxs məxsus əmək haqqı kart hesabına 38.133,75 (otuz səkkiz min yüz otuz üç manat 75 qəpik) manat pul köçürülmüşdür. (i.v. 253-257) “Maddi ziyanın ödənilməsi haqqında” 23 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs "X6" MMC-yə 4.800 (dörd min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. (i.v. 260) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-493/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, daimi yaşayış və iş yerinin olmasını, istintaqın gedişinə mane olmadığını və olmayacağını, azadlıqda qalacağı təqdirdə istintaq orqanının bütün çağırışlarına vaxtlıvaxtında gələcəyini, həmçinin ziyanın qismən ödənilməsini nəzərə alaraq barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyun 2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 267-281) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli 1(004)-434/2025 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni 42.581.34 manat pulun 34.003 manat hissəsi cəmiyyətin ona olan borcunun əvəzi olaraq götürməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına biləbilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 313-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 18 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 195-196) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-493/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. (i.v. 240- 246) “Qətimkan tədbiri seçilməsi haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 247) X1 Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı məlumat yoxdur. Azərbaycan Respublikasının DİN-in sistemindən yoxlanılmışdır. (i.v. 251) Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Xətai Rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 89 saylı MKİS-nin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu 89 saylı MKİS-dən daxil olmuş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, X15 küçəsi, ev 14, mənzil 166 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində 89 saylı MKİS-ə yazılı və şifahi şikayət daxil olmamışdır. (i.v. 259) İş materiallarında olan zərərçəkmiş hüquqi şəxs “X6” MMC-nin direktoru Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, bir yetkinlik yaşına çatmayan uşağının olmasını və ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 18 iyun 2025-ci il tarixdən 20 iyun 2025-ci il tarixədək 02 (iki) gün müddət ona təyin edilmiş cərimə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs “X6” MMC-də mühasib vəzifəsində işləyərək öz qulluq mövqeyindən istifadə edərək hazırki cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, ona CM-nın 46.2-ci maddəsinə əsasən əsas cəzadan əlavə olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növündə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, həmçinin hüquqi şəxslərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2200 (iki min iki yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 18 iyun 2025ci il tarixdən 20 iyun 2025-ci il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən 200 (iki yüz) manat ona təyin edilmiş cərimə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, həmçinin hüquqi şəxslərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2000 (iki min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-434/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-434/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver