Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-436/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1992-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-259/2021 nömrəli, 10.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəza Çəkmə müəssisəində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə, özgənin əmlakını talama məqsədilə Bakı şəhər sakini azyaşlı X3 xəstəliyi ilə bağlı sonuncuya yardım edilməsi üçün instagram.com sosial şəbəkə səhifəsində aşkar etdiyi “ayline_destek_qrupu” adlı elanla əlaqədar həmin elanın sahibi Şahid1 ilə “whatsapp” sosial ünsiyyət proqramı vasitəsi ilə əlaqə yaradıb şəxsiyyəti barədə məlumat vermədən özünü anonim xeyriyyəçi kimi təqdim edərək X3 xəstəliyinin müalicəsi üçün 50000 (əlli min) manat pul yardım edəcəyi barədə yalandan vəd edib, Şahid1la danışaraq azyaşlının anası Zərərçəkmiş şəxs1 məxsus "xxxx" ASC-yə aid 4203-8321-2861-9338 nömrəli plastik ödəniş kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini aldıqdan sonra e-pul.az saytındakı rekvizitləri tamamlamaqla virtual hesab açıb vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla 02 yanvar 2019-cu il tarixdə saat 15:59:13-də 1015 manat, saat 15:59:56-da 1015 manat, saat 15:03-də 450 manat, saat 15:04- də 495 manat, saat 21:14-də 495 manat, 03 yanvar 2019-cu il tarixdə saat 00:48-də 510 manat, saat 00:52-də 510 manat, 00:55-də 510 manat, saat 01:01-də 450 manat məbləğində pul vəsaitlərini informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs1 göstərilən hesabından özünün e-pul.az saytındakı hesabına köçürərək gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 5450 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə, özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Sumqayıt şəhər sakini azyaşlı X5 xəstəliyi ilə bağlı sonuncuya yardım edilməsi üçün atası Zərərçəkmiş şəxs2 məxsus “Kapital Bank”a aid 4169 7413 1927 0763 nömrəli plastik ödəniş kartının fotoşəkilini və sosial şəbəkədə yerləşdirilmiş elanı görüb, guya həmin hesaba uşağın müalicəsi üçün 1000 (bir min) manat pul yardım edəcəyini vəd edib, Zərərçəkmiş şəxs2 ilə “whatsapp” sosial ünsiyyət proqramı vasitəsi ilə əlaqə yaradıb danışaraq həmin hesab kartının fərdi məlumatlar olan hissəsinin fotoşəkilini sonuncudan aldıqdan sonra 03.11.2020-ci il tarixdə saat 16:32-də həmin hesabda olan 465 (dörd yüz altmış beş) manat 52 qəpik pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə tanışı Şahid4 məxsus “Kapitalbank”a aid kart hesabına (kartın bağlı olduğu hesab ********************), 07 manat pul vəsaitini istifadəsində olan ***-***-**-** mobil nömrəyə köçürərək gizli olaraq talayıb, həmin pul vəsaitini 03.11.2020-ci il tarixdə Yasamal rayonu Mətbuat prospekti, 529-cu məhəllədə yerləşən bankomatdan çıxarmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 472 (dörd yüz yetmiş iki) manat 52 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 yanvar 2019-cu il tarixdə 17 radələrində, kirayə yaşadığı ünvan 3 ünvanında olarkən, özünə məxsus olan “İphone 6” markalı mobil telefon vasitəsi ilə “instagram.com” sosial şəbəkə saytına özünə məxsus “renatkerimli90” adlı səhifədən daxil olan zaman “ayline_destek_qrupu” adlanan səhifə ilə rastlaşmışdır. Sözü gedən səhifəyə daxil olduqda, bir nəfər azyaşlı qız uşağının xəstəliyi ilə əlaqədar xeyriyyə məqsədi ilə pul vəsaitlərinin yığılması barədə elan görmüşdür. Həmin səhifədə olan elanla bağlı yerləşdirilmiş 070 *** ** ** mobil nömrəni götürərək telefonunun yaddaşına yazmış və dərhal «watsapp» ünsiyyət proqramı vasitəsi ilə həmin nömrəyə ismarıc yazaraq Aylin adlı uşağın müalicəsi üçün maddi cəhətdən, daha dəqiq 50000 (əlli min) manat məbləğində köçürmə edərək, kömək edəcəyi barədə yalan vəd vermişdir. Onunla «watsapp» sosial şəbəkəsində yazışan şəxsə yalandan özünün guya Rusiya Federasiyasında olduğunu və yaşadığı yerin yaxınlığında bank olmadığını deyərək, ona köçürülmə aparılacaq kartın hər iki tərəfinin fotoşəkilini, Aylin Dadaşovanın fotoşəkilini, anasının şəxsiyyət vəsiqəsinin fotoşəkilini göndəməsini tələb etmişdir. Onunla «whatsapp» sosial şəbəkəsində yazışma aparan adını bilmədiyi şəxs buna etiraz etməyərək tələb etdiyi şəkilləri ona göndərmişdir. Bundan dərhal sonra o, e-pul.az səhifəsinə daxil olaraq özünə virtual hesab açmışdır. Ona whatsapp vasitəsi ilə fotoşəkili göndərilən kartın rekvizitlərini həmin e-pul.az səhifəsində göstərməklə 5450 (beş min dörd yüz əlli) manat pulu həmin virtual hesaba köçürmüşdür. 135 manat pulu isə kartda saxlamışdır. Hesabdan çıxardığı 5450 (beş min dörd yüz əlli) manat pul vəsaitini hesabdan hissə-hissə olaraq öz virtual hesabına göndərmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, e-pul.az saytın qaydalarına görə eyni anda bütün pulu hesabdan çıxarmaq və həmin saytda olan virtual hesabdan nağd pul çıxarmaq mümkün olmadığından pulu hər hansı digər həqiqi hesaba yatırmaq lazım olmuşdur. Bundan sonra o, yaşadığı evin icarə haqqına görə ev sahibi Şahid3 “Beynəlxalq Bank”-da olan hesabına 490 (dörd yüz doxsan) manat ödəmiş və Şahid3 xahiş etmişdir ki, icarə haqqı olan 190 (yüz doxsan) manat pulu çıxıb qalan 300 (üç yüz) manatı onun özünə versin. Şahid3 da o dediyi kimi edib həmin pul vəsaitini hesabdan çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Daha sonra həmin puldan özünə onlayn q-satqı vasitəsi ilə tap.az səhifəsindən 1 (bir) ədəd 550 (beş yüz əlli) manat dəyərində kompyuter almışdır. Bundan başqa dəqiq xatırlamadığı məbləğdə pul vəsaitini isə «odnoklassniki.ru» saytında olan ödənişli oyunlara sərf etmişdir. Hadisədən sonra ona məlum olmuşdur ki, virtual hesabına köçürdüyü və xərcləməyə imkan tapmadığı 2400 (iki min dörd yüz) manat pul vəsaitləri geri öz sahibinin hesabına qaytarılmışdır. 12.01.2018-ci il tarixdə saat 15:20-radələrində siqaret almaq üçün yaşadığı evdən çıxıb yaxınlıqda olan mağazaya piyada gedərkən mülki geyimdə iki şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis bölməsinə dəvət etmişlər. O, isə bölmədə olarkən törətdiyi əməli səmimi etiraf etmişdir. +79-852-270-60- 90 mobil nömrəsi Rusiya Federasiyanda fəaliyyət göstərən MTS-operatoruna məxsus olmasını və «smsactive.ru» internet sosial şəbəkəsindən 2 (iki) rubla aldığını bildirmişdir. Həmin nömrə ilə yalnız «whatsapp» ünsiyyət proqramını istifadə etdiyini demişdir. Qeyd etdiyi əməli törədən zaman heç kimlə heç bir əlbirliyi olmamışdır. 8- 9 yaşlarından proqramist fəaliyyəti ilə məşğul olduğundan və onlayn köçürmə proseslərindən yaxşı başı çıxır, bunu ona heç kim öyrətməmiş, özü öyrənmmişdir Plastik kartın rekvizitlərindən istifadə edərək müxtəlif hesablara pul köçürməyin mümkün olduğunu bilmişdir. Şahid3 hesabına pul köçürəndə həmin pulları hansı yolla əldə etdiyindən xəbəri olmamışdır. Kompyüteri tap.az səhifəsindən elandan tapmışdır. Həmin komöyteri ona Şahid2 satmış, 03 yanvar 2019-cu il tarixdə e-pul.az sehifesində olan hesabından onun “Bank Respublikada” olan hesabına 550 manat pul köçürmüşdür. Bundan başqa 03.11.2020-ci il tarixdə hal-hazırda xatırlamadığı sosial şəbəkə saytında Ömər Nəcəfli adlı şəxsin şəkilini və xəstəliyi ilə əlaqədar xeyriyyə məqsədi ilə pul vəsaitlərinin yığılması barədə elanı görmüşdür. Həmin səhifədə olan elanla bağlı yerləşdirilmiş xatırlamadığı mobil nömrəni götürərək istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəli telefonunun yaddaşına yazmışdır. Həmin gün saat 16 radələrində «whatsapp» ünsiyyət proqramı vasitəsi ilə həmin nömrəyə ismarıc yazaraq Ömər Nəcəfli adlı uşağın müalicəsi üçün maddi cəhətdən, daha dəqiq desə, 1000 manat məbləğində köçürmə edib, kömək edəcəyi barədə yalan vəd vermişdir. Həmin şəxs də ona Ömər Nəcəflinin atası olduğunu bildirmiş və təklifinə etiraz etməmişdir. O da Ömər Nəcəflinin atasına plastik kartının hər iki tərəfinin şəkilini “Whatsap” proqramı vasitəsilə ona göndərməyi təklif etmişdir. Həmin uşağın atası onunla razılaşaraq kartın hər iki tərəfinin fotoşəkilini çəkib “Whatsap” proqramı vasitəsilə onun istifadə etdiyi mobil nömrəsinin “Whatsap” nömrəsinə göndərmiş, həmin vaxt o Yasamal rayonu Mətbuat prospekti 529-cu məhəllədə yerləşən “Kapital” Banka məxsus bankomat aparatının yanında olmuşdur. Həmin vaxt tanışı Salyan rayonu Xalac kənd sakini Şahid4 hal-hazırda nömrəsini xatırlamadığı plastik kartının nömrəsi onda olmuş, o, Mirziyada tanışının ona pul göndərmək istədiyini, kartının nömrəsinə pul köçürüləcəyini bildirib xahiş edib plastik kartınının nömrəsini istəmişdir. Mirziyad da etiraz etməyərək plastik kartını nömrəsini ona vermişdir. «Kapital” Banka məxsus qeyd olunan bankomat aparatında Ömər Nəcəflinin atasının «whatsap» vasitəsi ilə fotoşəkili göndərilən plastik kartın rekvizitlərindən istifadə edərək onlayn mobil əməliyyat apararaq həmin kartdan 465 manat pulu Şahid4 adına olan plastik kartına köçürmüşdür. 7 manat isə mobil telefon nömrəsinin hesabına köçürmüşdür. Daha sonra Şahid4 plastik kartına köçürülmüş 465 manat pulu çıxarıb ona verməsi üçün sürücüsü Şahid5 ilə birlikdə bankomata göndərmişdir. Onlar birlikdə gedərək pulu çıxardıqdan sonra 465 manat pulu ona təhvil vermişlər. Həmin puldan 35 manat pulu Şahid4, 45 manat pulu isə Şahid5 vermişdir. Şahid4 hesabına pul köçürəndə həmin pulları hansı yolla əldə etdiyini bildirməmiş, Şahid4 və Şahid5 pulu hansı yolla ələ keçirməyindən xəbərləri olmamışdır. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, bir zərərçəkənə münasibətdə zərərin ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. 09.11.2001-ci il təvəllüdlü X18 anadangəlmə ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. X18 Türkiyə Respublikasında xəstəxanada müalicə alır, müalicə xərcləri baha olduğundan müalicə xərcini qarşılamaq üçün “Kapital Bankda” bank hesabı yaratmışdır. Həmin kart hesabına xeyriyyəçi şəxslər müxtəlif məbləğdə pul vəsaitlər yatırmışdır. 03.11.2020-ci il tarixdə saat 15:53 radələrində Sumqayıt şəhəri 16-cı məhəllə ərazisində yerləşən “Ana və uşaq” kafesinin qarşısından keçən zaman ***-***-**-** saylı mobil nömrədən tanımadığı şəxs “Whatsapp” sosial şəbəkəsi vasitəsilə mesaj göndərərək sosial şəbəkələrin birində X18nin şəkilini və xəstə olduğu üçün müalicəsinə pul ehtiyacı olduğunu əks etdirən elanı gördüyünü bildirmiş və ona maddi köməklik göstərmək istədiyini bildirdiyindən etiraz etməmişdirHəmin şəxs də ona hesab kartının hər iki tərəfinin şəkilini “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərməyini söyləmiş, Ona kartın arxa hissəinin şəkilinə ehtiyac olmadığını bildirmişdir. Həmin şəxs telefon vasitəsilə əməliyyat edəcəyini, buna görə də kartın hər iki tərəfinin də şəkilini ona göndərməyini bildirmişdir. O da hesab kartın hər iki tərəfinin fotoşəkilini çəkib “Whatsapp” sosial şəbəkəsi vasitəsilə həmin şəxsə göndərmişdir. Həmin şəxs də tez bir zamanda 1000 manat pul göndərəcəiyni bildirmişdir. Bir neçə dəqiqə sonra onun mobil telofonuma 4169 7413 1927 0763 saylı kart hesabından iki dəfə əməliyyat olunaraq 465 manat və 7 pul çıxarılması barədə mesaj gəlmişdir. Dərhal Sumqayıt şəhəri 40-cı məhəllə ərazisində “Kapital Bank” filialına gedib bu barədə məlumat vermiş və orada ona məlum olmuşdur ki, kartda olan hesabından ümumilikdə 472 manat 53 qəpik pul çıxarılmışdır. “Kapital Bank”ın “196” qaynar xəttinə zəng vurub həmin hesabı bağlatdırmışdır və hadisə barədə DİN-in 102 xidmətinə müraciət etmiş və eyni zamanda Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə bu barədə ərizə və izahat vermişdir. Bu hadisə nəticəsində ona 472 manat 53 qəpik miqdarında ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ona görə də şikayətçidir, ağır şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs təqribən 2020-ci ilin oktyabr ayının sonlarından tanıyır. O, həmin vaxtlarda “tap.az” saytında elan paylaşaraq işləmədiyi üçün iş axtardığını bildirmişdir. Həmin vaxtı dəqiq xatırlamadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gələrək “tap.az” saytında yerləşdirilən iş elanı ilə bağlı zəng etdiyini bildirmişdir. Həmin şəxs onun işləmədiyinə əmin olduqdan sonra onunla görüşmək istədiyini bildirmişdir. Ona Yasamal rayonu Mətbuat prospektində Nəşriyyatın yanına gəlməyinii bildirmişdir. O, taksi ilə həmin şəxsin dediyi ünvana getmiş, orada həmin şəxs özünə işçi axtardığını, pandemiya ilə əlaqədar işlərinin müvəqqəti olaraq bağlandığı üçün əvvəlki işçiləri çıxardığını və yeni işçi götürmək istədiyini bildirmişdir. Onun məişət avadanlıqları satılan mağazasının olduğunu və həmin mağazalar açıldıqdan sonra onu orada satıcı hesabdar kimi işləyəcəyini bildirmişdir. Həmin şəxs ona özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, işləməyinə görə 700 manat maaş verəcəyini bildirmişdir.Ramilə pandemiya ilə əlaqədar mağazaların nə vaxt açılacağını soruşduqda o, yaxın 2-3 gün ərzində mağazaların açılacağını deyib görüşdükləri gündən işə qəbul edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs ondan heç bir sənəd istəmədən sağollaşıb 2-3 gün ərzində xəbər edəcəyini deyib ayrı İm işdir. 2-3 gün gözlədikdən sonra Ramilə yenidən zəng etmiş və kənddən gəldiyini işləmədiyi üçün dolana bilmədiyini ona bildirmişdir. O,işin nə vaxt açılacağını ondan soruşduqda o, sabah görüşək söhbət edərik demişdir. Sabahsı gün yenidən Nəşriyyat adlanan ərazidə Ramillə görüşmüşdür. Ramilin yanında onun sürücüsü olduğunu və adının sonradan Şahid5 olduğunu öyrəndiyi şəxsdə olmuşdur. Ramildən işin nə vaxt başlayacağını soruşduqda ona rayondan gəldiyini cibində pulu olmadığını bildirmişdir. Ramil ona bir azda gözləməyini bildirmişdir. 2-3 gün gözlədikdən sonra Ramilə yenidən zəng etmiş, Ramil mağazanın bağlı olduğunu, icazə verilmiyənədək mağazanı aça bilməyəcəyini deyərək onu mağazaya aparmaqdan imtina etmişdir Təqribən 3-4 gün sonra yenidən Ramillə görüşmüş, Ona yenə pulu olmadığını , ona biraz pul işləyəndə maaşından çıxmalı olduğunu ona dedikdə o bankomat kartında müvəqqəti problem olduğunu ona demişdir. Ramildən mağazanın kirayə pulunu necə aldığını soruşduqda o bankomat kartına köçürüldüyünü demişdir. Ramilin sözlərində qeyri səmimilik gördüyü üçün ona rayona getməyi üçün pul verməsini xahiş etmişdir. Ramil «atam mənə pul göndərməlidir» deyərək özünün bankomat kartı olmadığın bildirmişdir. Ramilə həmin vaxt Kapital Banka məxsus bankomat kartı olduğunu, istəyərsə, pul onun kartına göçürülə bilər demişdir. Həmin zaman Ramilin yanında sürücüsü Yusifdə olmuşdur. Yusifdə ondan pulu almadığı üçün pul istəmişdir. Ramil ona məxsus olan bankomat kartına pul göndərəcəklərini deyərək bankomata getməklərini bildirmişdir. Bankomata yaxınlaşaraq pul çəkmək istədikdə bankomatda pul olmadığını görmüşlər. Ramilə zəng edib karta pul gəlmədiyini dedikdə «biraz gözləyin gələcək» dediyi üçün təqribən 1 saat yarım gözlədikdən sonra bankomat kartına 465 manat pul köçürülmüşdür. Bankomatdan pulu Yusif çəkmişdir. Yusif həmin puldan 35 manat pulu ona vermiş, 45 manat pulu özünə götürmüşdür. Geri qalan 385 manat pulu Ramilin özünə təhvil vermişlər. Ramilə «sənin heç bir işini görməmişəm nəyə görə mənə pul verirsən» dedikdən o, «səni rayondan bura gətirmişəm, istəmirəm ki, mənə görə çörəksiz qalasan. İşlər açılsın maaşını tam ödəyəcəm, səndə işə başlayacaqsan» demişdir.lşi olduğu üçün Salyan rayonuna gedəcəyini ona demişdir. Ramil ona yaxın zamanlar işlər açılan kimi onu çağıracağaqna demişdir. Salyan rayonunda olarkən xəbərlərdən Ramilin dələduzluq cinayəti törətdiyinə görə həbs olunduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs ümumlikdə işlədiyi müddətdə cəmisi 35 manat pul almışdır. Günədlik olaraq onun siqaretini və yol pulunu ödəmişdir. Maaşını sonda ödəyəcəyini dediyi üçün ondan göstərdiyi məbləğdən başqa pul almamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ilin oktyabr ayında az yaşlı qızı X1 problemlər olduğuna görə onu qardaşı Şahid1 ilə birlikdə müayinə olunması üçün xəstəxanaya aparmışlar. Xəstəxanda Aylin müayinə olunduqdan sonra məlum olmuşdur ki, o, “Leykoz L-1 Lenfoblas” xəstəliyinə tutulmuşdur. Zərərçəkmiş şəxs1 keçmiş əri X7 bədbəxt hadisə nəticəsində vəfat etdiyindən Aylini müalicə etdirməyə maddi imkanlarının olmadığına görə onun müalicəsi üçün xeyriyyə məqsədi ilə öz adına "xxxx" ASC-də 3801000GB33622A66 nömrəli hesab açdırmışdır. X3 xəstəliyi ilə bağlı sosial şəbəkədə elanlar yerləşdirilmiş və xeyriyyəçi insanların Aylinin müalicəsinə maddi yardım etmələri xahiş edilmiş və elanda qardaşı Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi qeyd olunmuşdur. Bir müddətdən sonra xeyriyyəçi insanlar tərəfindən hesaba pullar köçürülmüş və Aylin 2018-ci ilin noyabr ayında Hemotomologiya və X9 institutuna yerləşdirilmişdir. Həmin ərəfələrdə Aylin müalicə olunduğuna görə, bütün işlərə qardaşı Şahid1 ona köməklik etmişdir. 02 yanvar 2019-cu il tarixdə Şahid1 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq Rusiya Federasiyasında yaşayan adının bilinməsini istəməyən azərbaycanlı şəxsin onunla WhatsApp vasitəsi ilə +79-85-270-60-90 nömrəsi ilə əlaqə saxladığını və Aylinin müalicəsi üçün lazım olan 50.000 manat məbləğində maddi yardım etmək istədiyini söyləmişdir. Lakin həmin şəxsin Rusiya Federasiyasında olduğunu bank vasitəsi ilə hesaba pul köçürə bilmədiyi deyərək, ona məxsus şəxsiyyət vəsiqəsinin, 3801000GB33622A66 hesaba məxsus plastik kartın və Aylinin foto şəkillərini WhatsApp vasitəsi ilə ona göndərməyini xahiş etmişdir. O, da dərhal platik kartın, özünə məxsus şəxsiyyət vəsiqəsinin, Aylinin şəxsiyyət vəsiqəsinin mobil telefon vasitəsilə çəkilmiş foto şəkillərini qardaşına WhatsApp ünsiyyət proqramı vasitəsi ilə göndərmişdir. 03 yanvar 2019-cu il tarixdə Şahid1 onunla əlaqə saxlayaraq qeyd olunan hesabda 135 manat pul qaldığını söyləmiş və onun hesabdan pul çıxarıb-çıxartmadığını soruşmuş, o isə hesabdan hər hansı bir pul çıxartmadığını bildirmişdir. Baş vermiş məsələyə aydınlıq gətirmək üçün qardaşı ilə birlikdə qeyd olunan banka getmiş və orada məlum olmuşdur ki, 3801000GB33622A66 nömrəli hesabdan 02 yanvar 2019-cu il tarixdə ümumilikdə 5450 manat pulun naməlum şəxs tərəfindən hissə-hissə www.E-pul.az sosial şəbəkəsi vasitəsi ilə virtual oyulara köçürülmüşdür. Bankın əməkdaşları plastik kartın üzərində olan rekvizitləri kiməsə göstərib-göstərmədiyini soruşduqda o, 02 yanvar 2019-cu il tarixdə Şahid1 aralarında baş tutmuş danışığını xatırlamış və bankın rekvizitlərini həmin tarixdə özünü xeyriyyəçi kimi təqdim edən şəxsə plastik kartın foto şəkilərini göndərdiklərini xatırlamışdır. Həmin əməlin özünü xeyriyyəçi kimi təqdim edən şəxs tərəfindən törədildiyini yəqin etmişlər. Bundan sonra 03 yanvar 2019-cu il tarixdə qardaşı Şahid1 baş vermiş hadisə ilə bağlı DİN-in 102 xidmət mərkəzinə zəng vurub məlumat vermişdir. Daha sonra zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 02 yanvar 2019 və 03 yanvar 2019-cu il tarixlərdə ümumilikdə ona məxsus hesabdan çıxarılmış pul vəsatindən 2400 manat pul "xxxx" tərəfindən hesabına geri qaytarılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq edərək göstərmişdir ki, baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng xidmətinə məlumatı o, versə də, hadisə nəticəsində ona deyil bacısı Zərərçəkmiş şəxs1 maddi ziyan vurulduğundan məhz bacısı zərərçəkmiş şəxs kimi tanınmalı olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən evini kirayə verdiyindən 27.12.2018-ci il tarixdə əvvələr tanımadığı Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq kirayə verdiyi evə baxmaq istədiyini söyləmişdir. R. Rüstəmov evin şəraitinə baxaraq bəyənmiş və onunla şifahi sövdələşərək, aylıq 250 (iki yüz əlli) manat ödəniş müqabilində həmin evi kirayə götürmüşdür. Təqsirləndirilən şəxs ilkin olaraq 60 manat pul vəsaitini ona vermiş və qısa müddət ərzində qalan 190 manat pulu ödəcəyinə söz vermişdir. 02 yanvar 2019-cu il tarixdə Təqsirləndirilən şəxs onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq kirayə haqqının qalan 190 manatını ödəmək istədiyini, lakin nəğd pulunun olmadığını söyləyərək, onun bank hesabına pul köçürməyi təklif etmişdir. Təqsirləndirilən şəxs öz telefonu vasitəsi ilə Şahid3 “Beynəlxalq” bankda olan **********135168 nömrəli hesabına 490 manat pul köçürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs səhvən onun hesabına 490 (dörd yüz doxsan) manat pul vəsaiti köçürdüyünü deyərək 190 manat kirayə haqqını götürdükdən sonra qalan 300 (üç yüz) manat pulu ona nəğd şəkildə geri qaytarmasını xahiş etmişdir. Odur ki, 02 yanvar 2019-cu il tarixdə 22:30-da Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən ləğv olunmuş “X6 komitəsi”nin inzibati binasının qarşısına gələrək yaxınlıqda yerləşən “Beynəlxalq Bank” terminalından özünə məxsus hesabdan 290 (iki yüz doxsan) manat pul vəsaiti çıxartmış və cibində olan 10 (on) manat pulu 290 (iki yüz doxsan) manat pulun üzərinə qoyaraq Təqsirləndirilən şəxs ümumilikdə 300 manat pul qaytarmışdır. Öz hesabında isə 200 manat pul vəsaiti qalmışdır. O, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs onun hesabına köçürdüyü pul vəsaitini hansı yolla əldə etməsindən heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 4 (dörd) aydır ki, ünvan 6 ünvanında qeyri yaşayış sahəsini icrayə götürərək, orada kompyüter və digər elektron əşyaların alqı-satqısı ilə məşğul olur. Əlavə müştəri cəlb etmək məqsədi ilə www.tap.az səhifəsində mağazadan satışda olan kompyüter və digər texniki vasitələrin satışı ilə bağlı elanlar yerləşdirmişdir. 03 yanvar 2019-cu il tarixdə istifadə olan ***-***-**-** nömrənin watsapp ünsiyyət proqramından :+79- ***-***-**-** ismarıc yazaraq adının Ramil olduğunu bildirən şəxs www.tap.az səhifəsində onun tərəfindən yerləşdirilmiş elanda olan kompyüter dəstini bəyəndiyini və onu almaq istədiyini bildirmişdir. Danışıq əsanasında Təqsirləndirilən şəxs sözü gedən kompyüter dəstini 550 (beş yüz əlli) manata almağa razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs nəğd pul ödənişi edə bilməyəcəyini, bank hesab nömrəsinin olub-olmadığını soruşmuşdur. Bunun qarşılığında Şahid2 özünə aid **********60585201 nömrəli “Bank Respublika” bankına məxsus hesab nömrəsini ismariclə ona göndərmişdir. Həmin günü axşam saatlarında Ramil adlı şəxsin sifariş etdiyi kompyüter dəstini Bakı şəhəri Yasamal rayonu, Salamzadə küçəsində yerləşən “Karvan” restoranın qarşısına gətirmiş və orada Ramillə görüşərək kompyüter dəstini ona təhvil vermişdir. Təqsirləndirilən şəxs da bunun qarşılığında ona aid **********60585201 nömrəli “Bank Respublika” bankına məxsus hesabına 550 manat pul köçürmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs təqribən 2020-ci ilin oktyabr ayından tanıyır. Həmin vaxtlarda “tap.az” saytında elan paylaşaraq işləmədiyi üçün iş axtardığını bildirmişdir. Həmin vaxtı dəqiq xatırlamadığı mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gələrək “tap.az” saytında yerləşdirilən iş elanı ilə bağlı zəng etdiyini bildirmişdir. Həmin şəxs onun işləmədiyinə əmin olduqdan sonra onunla görüşmək istədiyini bildirmişdir. Ona Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən meyvə-tərəvəz bazarının yaxınlığına gəlməyini bildirmişdir. O taksi ilə həmin şəxsin dediyi ünvana getmişdir. Onunla Abşeron rayonu Xırdalan qəsəbəsində yerləşən meyvə-tərəvəz bazarının yaxınlığında çay evlərinin birində görüşmüşdür. Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmişi və ona sürücü ehtiyacı olduğundan onu özünə sürücü götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs rentecarların birinə zəng edərək avtomobil icarəyə götürmək istədiyini bildirmişdir. Sonuncu avtomobilin Xırdalan şəhərinə gətirilməsini istədiyi üçün adını bilmədiyi rentecar icarədarı Ford Fushion markalı qara rəngli avtomobili Xırdalan şəhərinə gətirmişdir. İcarədarla müqavilə onun adına bağlanmışdır. Təqsirləndirilən şəxs avtomobilin pulunu ödədikdən sonra açarlarını ona təqdim etmiş və onun sürücsü kimi işləməyə başlamışdır. Təqsirləndirilən şəxs ona gündəlik 20 (iyirmi) manat pul verəcəyini demişmişdir. Onunla Bakı şəhərində və ətraf ərazilərdə müxtəlif vaxtlarda gəzintilərdə olmuşlar. Konkret olaraq bir ünvana getməmişlər. O, bir yerə getmək lazım olduqda həmin yerə çatdıqdan sonra ona avtomobildən düşməyini bildirərək telefon danışacağını deyib ona zəng etdikdən sonra avtomobilə gəlməyni bildirmişmişdir.Təqribən on beş gün müddətə yaxın Təqsirləndirilən şəxs yanında olmiş, Təqsirləndirilən şəxs “Uğur telecomun” sahibi olduğunu. İşlərində problemlər yarandığı və pandemiya ərəfəsində olduğundan müvəqqəti olaraq işlərini dayandırdığını ona demişmişdir. Buna görə də Şahid4 ona mühasib kimi təqdim edərək şirkətdə mühasib kimi işə götürəcəyini bildirmişdir. Şahid4 təqribən 4-5 gün müddətində Ramillin yanında olmuşdur. Ziyad və o pulunun olmadığından Ramildən pul tələb etmişlər. Ramil onlardan bankomat kartlarının olub-olmadığını soruşaraq özünün bankomat kartının olmadığını, yeni kart sifariş verdiyini, lakin hazır olmadığı üçün götürə bilmədiyini onlara demişdir. Mirziyad üzərində bankomat kartı olduğunu Ramilə dedikdə Ramil bir nəfərə zəng edərək atasının olduğunu demişdir. Həmin karta pul göndərəcəklərinionlara deyərək bankomata getməklərini bildirmişdir. Onlar bankomata yaxınlaşaraq pul çəkmək istədikdə bankomatda pul olmadığını görmüşlər.Ramilə zəng edib karta pul gəlmədiyini dedikdə «biraz gözləyin gələcək» dediyi üçün təqribən 1 saat yarım gözlədikdən sonra bankomat kartına 465 manat pul köçürülmüşdür. Xatırladığı qədəri ilə bankomatdan pulu o özü çəkmişdir. O, həmin puldan 35 manat Mirziyada vermiş, 45 manat pulu özü götürmüşdür. Geri qalan 385 manat pulu Ramilin özünə təhvil vermişlər. Mirziyad işi olduğu üçün Salyan rayonu getmiş, O da, yaşadığı ünvana getmişdir. Bu hadisədən sonra paltarımı dəyişmək üçün evə gedərəkən Təqsirləndirilən şəxs da onun yanımda olmuş, paltarımı dəyişib gəlirərkən Ramilin DTXnin əməkdaşları tərəfindən saxlanıldığını görmüşdür. Sonradan ona məlum olmuşdur ki, Ramil kasıb insanlara kömək adı ilə yığılan pulları cinayət yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs ümumlikdə işlədiyi müddətdə cəmi 45 manat pul almış, həmin pulu da bankmatdan çəkdiyi pul olmuşdur. Günədlik olaraq onun siqaretini və yol pulunu ödəmişdir. Maaşını sonda ödəyəcəyini dediyi üçün ondan göstərdiyi məbləğdən başqa pul almamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 5450 manat miqdarında maddi ziyan dəymiş və istintaq zamanı həmin maddi ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs2 472 manat 52 qəpik miqdarında maddi ziyan dəymiş və istintaq zamanı həmin maddi ziyan ödənilməmişdir. İş materiallarına əsasən Təqsirləndirilən şəxs 03.10.2014-cü il təvəllüdlü X8 və 27.03.2017-ci il təvəllüdlü X10 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, zərərin qismən ödənilməsini, ailəli olmasını, 2 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(011)- 259/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan əlavə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 1(011)-443/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs həmin hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 05 dekabr 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza çəkdiyindən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmışdır. Həmin hökmdə Təqsirləndirilən şəxs cəzasını ağırlaşqdıran halların olmaması müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan əməlləri 2019-cu ilin yanvar ayında və 2020-ci ilin noyabr ayında törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10.06.2021-ci il və 12.11.2021-ci il tarixli hökmləri çıxarılmazdan əvvəl, həmin hökmlər qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməllərini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin iş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair Göstərişin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 1(011)-443/2021 saylı hökmü 03.12.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əvvəllər ilk dəfə 12.01.2019-cu il tarixdə tutulmuş, Yasamal Rayon Məhkəməsinin 4(004)-31/2019 saylı, 14.01.2019-cu il tarixli qərarı ilə barəsində 05 aprel 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Sonradan Yasamal Rayon Məhkəməsinin 02.04.2019-cu il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri 05 iyun 2019-cu il tarixədək uzadılmışdır. Yasamal rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Elgiz Məmmədovun 05 iyun 2019cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti başa çatdığından azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 12.01.2019-cu il tarixdən 05.06.2019-cu il tarixədək, yəni 04 ay 24 gün həbsdə qalmışdır. Sonradan barəsində cəza təyin edildiyindən həmin “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədən düşmüşdür. Hazırkı iş üzrə barəsində qətimkan tədbiri mövcud deyildir. Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli hökmü ilə cəzasının əvvəlinin 05.12.2020-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və təqsirləndirilən şəxsə məxsus şəxsiyyət vəsiqəsinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin olunmuş 04 il (dörd il) müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 il 06 ay (dörd il altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə əvvəllər ibtidai istintaq dövründə həbsdə saxlanıldığı 04 ay 24 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 04 il 01 ay 06 gün (dörd il bir ay altı gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 dekabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan əvvəlki hökmə əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-436/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-436/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver