Məhkəmə qərarları › İş №1(004)-437/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-437/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-437/2024 04.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs «Cüdo-klub 2012» İctimai birliyinin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-ci il tarixdə saat 23 radələrində ünvan 3 ünvanında yerləşən “Cüdo-klub 2012” ictimai birliyinin mühasibatlıq otağının qapısım boru dəstəkli dəmir çəkiçlə sındıraraq içəriyə qanunsuz daxil olub, həmin otaqda olan dəmir seyfi əlində olan boru dəstəkli dəmir çəkiçlə sındıraraq dəmir seyfdə müxtəlif əskinaslarla 11849 (on bir min səkkiz yüz qırx doqquz) manat pulu, daha sonra binanın giriş hissəsində olan masanın dolabından 450 (dörd yüz əlli) manat pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs “Cüdo-klub 2012” ictimai birliyinə vahid niyyətlə ümumilikdə 12299 (on iki min iki yüz doxsan doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəlidir 4 övladı var. Müxtəlif yerlərdə mühafizəçi kimi işləmişdir. Hal-hazırda ünvan 4 ünvanında yerləşən “Cüdo-klub 2012" ictimai birliyində təxminən 1 ilə yaxındır ki, mühafizəçi işləyirmiş. 1 gün gündüz növbəsi, 1 gün gecə növbəsi işlədikdən sonra 2 gün istirahət edirmişdir. İşlədiyi müddət ərzində mühasibatlıq otağında vətəndaşların ödənişlərini etməsi üçün mühasibatlıq otağına mühafizəçilərin aparması səbəbindən həmin otaqda seyfin olmasını və pulların həmin seyfdə saxlanıldığını görmüşdür. Belə ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında direktor Şahid əmək haqqından avans olaraq istəmişdir, lakin o, hal hazırda pul verə bilmədiyini yalnız maaş vaxtı pul verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə “Cüdo-klub 2012” ictimai birliyində gecə növbəsində xidmətdə olan vaxt saat 23 radələrində “Cüdo-klub 2012” ictimai birliyinin həyətində olan dəmir parçasını götürərək mühasibatlıq otağının qarşısına gəlmişdir. Həmin dəmir parçası ilə qapıya zərbə endirdikdən sonra qapı açılmışdır. Qapı açıldığı üçün içəri daxil olaraq seyfin yanına yaxınlaşmışdır. Həmin dəmir parçası ilə bir dəfə seyfin qapı hissəsinə zərbə endirdikdən sonra seyfin qapısı qırılmışdır. Seyfin içərisində olan bütün pulları götürmüşdür. Bundan sonra çıxış tərəfə gələrək orada olan masanın altında olan şakfdan təxminən 450 manat pulu götürərək çıxıb getmişdir. Daha sonra Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşən “Papaq Loungc” kafesində oturaraq təxminən 8 bakal pivə içədikdən sonra həmin pulları bir hissəsini həmin kafedə xərclədikdən sonra çıxıb yaşadığı ünvan 5 ünvanına getmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Cüdo-klub 2012” ictimai birliyinin rəhbəri Elşən müəllim zəng etdiyini görüb telefonu açmamışdır. Təxminən 1 saat sonra yaşadığı evin qapısının döyüldüyünü görüb qapını açan zaman Elşən müəllimi görmüşdür. O ondan oğurluq etydiyini və daxildə quraşdırlnıış videomüşahidə kameralarından baxdığını bildirdiyi üçün oda həmin vaxt etdiyi əməli dana bilmədiyi üçün oğurladığı lakin xərclədikdən sonra üzərində qalan pulları Elşən müəllimə təqdim edərək birlikdə işlədiyi “Cüdo-klub 2012" ictimai birliyinə gəlmişdir. Orada olan zaman polis əməkdaşları yaxınlaşaraq oğurluq hadisəsində şübhəli olduğu bildirilərək Yasamal RPİ-nin 26-cı PB-ə dəvət olunmuşdur. Həmin vaxt polis əməkdaşlarına etiraz etməyərək polis bölməsinə getmişdir.ünvan 4 ünvanında yerləşən “Cüdo-klub 2012” ictimai birliyinin mühasibatlıq otağından kassadan oğurladığı pulları saymadığı üçün məbləğ barədə məlumatı yoxdur.Həmin pullar 10 manatlıq, 20 manatlıq, 50 və 100 manatlıq əski nazlar halında imiş. Oğurluq hadisəsini tək törətmişdir. Kənar kimsə kömək etməmişdir. Oğurladığım pulların bir hissəsini təxminən 500 manat hissəsini Bakı şəhəri, Yasamal rayonu. Cəfər Cabbarlı küçəsində yerləşən “Papaq Lounge" kafesində xərcləmişdir. Oğurluq hadisəsindən sonra pulu saymadığı üçün məbləğin nə qədər olması barədə məlumatı yoxdur. Lakin oğurladığı pulların təxmini qeyd olunan 12299 (on iki min iki yüz doxsan doqquz) manat məbləğində ola bilərmiş Oğurladığı pulların bir hissəsini xərclədikdən sonra qalan hissəsini Llşən müəllimə təqdim etmişdir. Nə iş vaxtdı nədə qeyri iş vaxtı xidməti otaqlara həmçinin mühasibatlıq otağına daxil olmağa icazə rəhbərlik tərəfindən verilmirmiş.Etdiyi əməli səmimi etiraf edərək, peşmançılıq hissi yaşadığım bildirmişdir. Sonda ailəli olmaqla himayəsində 4 azyaşlı uşağının olmasını, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın ödənilməsini və zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs «Cüdo-klub 2012» İctimai birliyinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “Cüdo-klub 2012” ictimai birliyininin hüquqşünası həmdə etibarnamə ilə müddətsiz etibarnamə ilə “Cüdo-klub 2012" ictimai birliyininin nümayəndəsidir və 2022-ci ildən etibarən işləməyə başlamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə Şahid telefon vasitəsi ilə əlaqə saxlayaraq ünvan 4 ünvanında yerləşən “Cüdo-klub 2012" ictimai birliyininin mühasibatlıq otağının giriş qapısının sındırılaraq daxil olunduğunu və otaqda yerləşən dəmir seyfin qapısının qırlmaqla içərisində olan pulların oğurlanmasını bildirmişdir. Bundan sonra qeyd olunan ünvana gələrək daxildə quraşdırılmış videomüşahidə kameralarına baxan zaman mühafizəçi kimi işləyən Təqsirləndirilən şəxs oğurluq etməsində əsaslı şübhələr yarandığı üçün bu barədə polisə müraciət edilmişdir. Müraciət əsasında yaxınlaşan polis əməkdaşları müvafiq ekspert tərəfindən əl barmaq izləri götürüldükdən sonra Şahid gündəlik mədaxil və məxaric cədvəlinə əsasən 11849 manat pulun mühasibatlıq otağından, zalın girişində yerləşən dolabdan isə 450 manat pulun oğurlanmasını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə Şahid və digər işçilər tərəfindən gedilən zaman o etdiyi əməli səmimi etriraf edərək oğurladığı pullardan xərclədikdən sonra geri qalan pulu könüllü olaraq qaytarmışdır. xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində “Cüdo-klub” ictimai birliyininə 12299 manat maddi ziyan dəymişdir. Hadisə zamanı Adilov X2 Şəfiyevə yaşadığı evin qarşısında olan zaman 8230 manat pulu könüllü olaraq qaytarmışdır. Hazırda şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2024-cü ilin yanvarından “Cüdo-klub 2012" ictimai birliyininin direktoru vəzifəsində fəaliyyət göstərir. Təqsirləndirilən şəxs “Cüdo- klub 2012” ictimai birliyininin mühafizəçisi kimi fəaliyyət göstərirmişdir. xx.xx.2024-cü il tarixdə işdən çıxaraq yaşadığı evə getmişdir. Ertəsi gün yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında işə gəlmişdir. Giriş qapısının açıq olduğunu görüb içəri daxil olmuş, lakin “Cüdo-klub 2012” ictimai birliyininin mühafizəçisi Təqsirləndirilən şəxs qapıda olmadığını görüb düşünmüşdürki yeqin sanitar qovşağına gedib. İçəri daxil olduqdan sonra mühasibatlıq otağının giriş qapısının sındırıldığını görmüşdür. Otaqa baxan zaman isə otaqda olan dəmir seyfin qapağının qırıldığını və içərisində olan pulun oğurlandığı görüb mühafizəçini axtrasada tapmayaraq oğurluq olduğunu qənaətinə gələrək dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Daha sonra “Cüdo-klub 2012” ictimai birliyininin daxilində quraşdırlmış videomüşahidə kameralarına baxan zaman gecə saatlarında “Cüdo-klub 2012” ictimai birliyininin mühafizəçisi Təqsirləndirilən şəxs idman otağında olan boru dəstəkli dəmir çəkiçlə mühasibatlıq otağının giriş qapsını sındırdığını və otağa daxil olduğunu görmüşdür. Bu barədə “Cüdo-klub 2012” ictimai birliyininin hüquqşünasına məlumat vermişdir. Bundan mühafizəçi Təqsirləndirilən şəxs istifdəsində olan mobil nömrəyə zəng etsədə telefona cavab almaq mümkün olmamışdır. Polis əməkdaşları baş vermiş oğurluq hadisəsi zamanı maddi ziyanın ümumi dəyəri barədə soruşduqda gündəlik mədaxil və məxaric çeklərinə əsasən mühasibatlıq otağında olan dəmir seyfdən 11849 manat pulun oğurlanmasını bildirmişdir. Bundan sonra “Cüdo-klub 2012” ictimai birliyininin giriş qapısında olan dolaba baxan zaman orada olan 450 manat pulunda olmadığını aşkar etmişdir. Bundan sonra şəxsi avtomibili ilə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə gedilən zaman qapını özü açaraq etdiyi əməli səmimi etiraf edərək oğurladığı pullardan xərclədikdən sonra geri qalan 8230 nıanal pulu könüllü olaraq qaytarmışdır. Bundan sonra yaxınlaşan polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişlər. “Cüdoklub 2012” ictimai birliyininin hüquqşünası Zərərçəkmiş şəxs hadisə ilə bağlı polisə gedərək olanlar barəsində ətraflı məlumat vermişdir. Hadisənin səhərisi günü xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs atası yaxınlaşaraq oğlunun etdiyi əməlin doğru olmadığını və geri qalan maddi ziyanı ödəmək istədiyini bildirmişdir. Bundan sonra Adilov Adilşah maddi ziyanı ödəməsi ilə baxlı akt tərtib edilərək dəymiş ziyanın tam ödənilməsi barədə akt tərtib edilərək Yasamal RPİ-ə məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə nəticəsində “Cüdo-klub 2012” ictimai birliyininə ümumilikdə 12299 manat maddi ziyan dəymişdir. Mühasibatlıq otağında olan seyfdən 11849 manat, girişdə yerləşən dolabın çəkməsində isə 450 manat oğurlanmışdır Təqsirləndirilən şəxs ilə heç bir ədavət və ya düşmənçiliyi olmamışdır.Təqsirləndirilən şəxs direkotru olduğum “Cüdo-klub 2012” ictimai birliyininin mühafizəçisi kimi işlədiyi müddət ərzində onun hərəkətlərində hər hansı neqativ hal aşkar etməmişdir. Təqsirləndirilən şəxs əmək haqqından avans istəməmişdir. Cinayət işinin 83-84-cü vərəqələrində olan 22 aprel 2024-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 119-126-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cinayət işinin 127-128-ci vərəqələrində olan 24 aprel 2024-cü il qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 142-145-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024 il tarixli 3-16-16/2-3/758 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən seyfin və onun qapısının üzərində rəəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Seyfin gövdəsinin çərçivəsində (qapının oturan hissəsi) və qapısının üzərində olan zədələr bərk küt predmetin təsirindən yaranmağa xarakterikdir. Belə predmetə əzici xassəyə malik olan, tədqiqata təqdim edilən çəkic də aiddir.Təqdim edilmiş 1 əddə dəmir seyfin qıfılının daxilində kənar predmetlərin izləri aşkar edilmədi.Seyf qapısının qıfıllarının səthində bu cür zədələr yaratmaqla seyfin qapısının açılması mümkündür. Cinayət işinin 143-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 64 (altmış dörd) manat təşkil etmişdir. Cinayət işinin 146-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin xx.xx.2024 il tarixli, 1218 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir.Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-c maddələrinin təsiri altına düşmür.Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 137-138-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Binəqədi RPİ-nin TŞ tərəfindən barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi olan ********* saylı iş üzrə Azərbaycan Respublikası CPM-nin 40.3-cü və Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə xitam olunmuşdur. Cinayət işinin 152-157-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, “Cüdo-klub 2012” ictimai birliyinindən götürülmüş 01 ədəd boru dəstəkli dəmir çəkiç və 01 ədəd dəmir seyf, həmçinin 01 ədəd CD disk maddi sübut kimi tanınmış, 01 ədəd boru dəstəkli dəmir çəkiç və 01 ədəd dəmir seyf saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, CD disk isə iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş hüquqi şəxs «Cüdo-klub 2012» İctimai birliyinin nümayəndəsinin ərizəsiindən görünür ki, təmsil etdiyii hüquqi şəxsə vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, görüntülər 00:24 və 00:07 saniyədən ibarətdir. Videogörüntünün davamında Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirdi. Onun koridorla əlində dəmir alət ilə gəlməsi müşahidə edilir. 00:14 saniyədə əlində dəmir ələt olan Təqsirləndirilən şəxs koridorun sol hissəsində olan otağın qarşısında dayanaraq əlində olan alətlə otağın qapısına zərbə endirməsi və daha sonra həmin otağa daxil olması müəyyən edilir. Videogörüntünün davamında ikinci faylda olan görüntüdə 00:01 saniyədə Təqsirləndirilən şəxs əlində sellofan torba ilə giriş istiqamətində hərəkətdə olması müəyyən edilmişdir. Qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni hal aşkar olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə saxlanc yerinə qanunsuz daxil olub oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspert rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla talayıb zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-ci, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində 4 azyaşlı uşağının olmasını, zərəçəkmiş hüquqi şəxslə barışmasını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 22 aprel 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd dəmir seyf hökm qanuni qüvvəyə mindikdən sonra «Cüdo-klub 2012» İctimai birliyinə təhvil verilməli, iş üzrə digər maddi subut olan 01 (bir) ədəd boru dəstəkli dəmir çəkic məhv edilməli, 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 64 (altmış dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 36 və Bakı şəhəri 32 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 aprel 2024-cü il tarixdən 24 aprel 2024-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd dəmir seyf hökm qanuni qüvvəyə mindikdən sonra «Cüdo-klub 2012» İctimai birliyinə təhvil verilsin, 01 (bir) ədəd boru dəstəkli dəmir çəkic isə məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 64 (altmış dörd) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 isə məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri 36 və Bakı şəhəri 32 saylı Vəkil Bürolarının hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar