Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-438/2021 09.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1994-cü ildə Masallı rayonu, Köhnə Alvadı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Köhnə Alvadı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndlisi Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması, tanışları vasitəsi ilə milli valyuta ilə olan pulların ABŞ dollarına dəyişdirmək imkanına malik olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, həmin ərəfələrdə Zərərçəkmiş şəxs özünə mənzil almaq üçün topladığı milli valyuta ilə olan pulları ABŞ dollarına dəyişdirmək niyyətində olmasını öyrəndikdən sonra onunla əlaqə saxlayaraq guya tanışlarında 20000 ABŞ dolları olmasını və həmin pulları Azərbaycan manatına çevirmək istəmələri barədə Zərərçəkmiş şəxs yalandan bildirib əslində həmin pulu ələ keçirmək niyyəti ilə 30 iyun 2021-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, ünvan 3 saylı üvnanda yerləşən binanın qarajında Zərərçəkmiş şəxsla görüşmüş, həmin yerdə müvəqqəti icarəyə götürməklə idarə etdiyi Hundai Elantra markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda Zərərçəkmiş şəxs 33960 (otuz üç min doqquz yüz altmış) manat pulu alıb binanın həyətində 20000 ABŞ dollarına dəyişib geri dönəcəyi adı ilə həmin yerdən gedərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs məxsus 33960 (otuz üç min doqquz yüz altmış) manat pulu ələ keçirib sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatdadır, təxminən 01 il olar ki, Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında kirayədə yaşayır. Bakı şəhərində yaşadığı müddət ərzində gündəlik icarəyə götürdüyü avtomobil ilə taksi fəaliyyəti ilə məşğuldur. Zərərçəkmiş şəxs onun həmkəndlisi olsada aralarında yaxınlıq və dostluq münasibətləri olmamışdır. Bir müddət əvvəl tanışı Şahid2la birlikdə “Sədərək” ticarət mərkəzində olan zaman Ceyhunu görmüşdür. Aralarında olan söhbət əsnasında Ceyhun ona aylıq faiz müqabilində borc pul verə biləcəyini təklif etmiş, o isə özünə iş qurmaq barədə düşündüyü üçün Ceyhunun bu təklifini qəbul etmişdir. Beləlikdə onlar aylıq 15 faiz ödəməklə 2 ay müddətinə 20.000 ABŞ dollarını Ceyhunun ona verəcəyi barədə razılaşmışlar. Bundan bir müddət sonra o, icarəyə götürdüyü “Hyundai Elantra” markalı avtomobili ilə Yasamal rayonu Xiyabani küçəsində yerləşən “Qismət” şadlıq sarayının yaxınlığında Ceyhunla görüşmüşdür. Bir qədər söhbət etdikdən sonra Ceyhun onun avtomobilinə əyləşmiş və onlar Yasamal rayonu Yeni Yasamal ərazisində onun tanışının yaşadığı binanın yeraltı dayanacağına getmişlər. Qeyd edilən yerə çatdıqdan sonra o Ceyhundan 20.000 ABŞ dollarını götürmüşdür və onlar sagollaşaraq hər ikisi avtomobildən enərək müxtəlif istiqamətlərə getmişlər. O həmin binada adını və şəxsiyyət məlumatlarını bilmədiyi dostugilə, Ceyhun isə yeraltı dayanacağın çıxışı istiqamətinə getmişdir. Həmin vaxt onun maddi imkanı yaxşı olduğu üçün o idarə etdiyi avtomobilin yanacağına qənaət etməmişdir və avtomobili işlək vəziyyətdə saxlamışdır. Bundan bir müddət sonra o həmin yerə qayıdan zaman avtomobilinin yerində olmadığını görmüş və belə qerara gəlmişdir ki, Ceyhun onun icarəyə götürdüyü avtomobili onun icazəsi olmadan sürüb oradan getmişdir. Lakin o bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etməmişdir. O Zərərçəkmiş şəxs ittihamda qeyd edilən məbləğdə yəni 33.960 manat pulu borca götürmüşdür, hazırda barəsində həbs qətimkan tədbiri seçildiyi üçün o həmin məbləğdə pulu qaytarmaq iqtidarında deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində kirayədə yaşayır və özünə ev almaq məqsədi ilə müəyyən məbləğdə pul yığmışdır. Bir müddət evvəl onunla bir kənddən olan Elnur adlı şəxslə “Sədərək” ticarət mərkəzində görüşərkən Elnurla birlikdə Masallı rayonu, Köhnə Alvadı kəndindən tanıdığı Təqsirləndirilən şəxs da görmüşdür. Elnurla etdiyi söhbət əsnasında pul yığdığını və Bakı şəhərində ev almaq isədiyini bildirmişdir. O, Elnurla söhbət edərkən Zaur da onların danışıqlarını eşitmişdir. 30.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs onun mobil telefon nömrəsinə mesaj yazaraq tanışında 20.000 ABŞ dolları olduğunu və həmin pulu Azərbaycan manatına çevirmək istədiyini bildirmişdir. Zaur onunla həmkəndli olduğundan o, Zaurun bu təklifi ilə razılaşaraq bildirmişdir ki, onda olan 20.000 ABŞ dollarını ala bilər. Bundan sonra o, yaşadığı evə gedib özünə məxsus olan 33.960 manat pulu götürüb Zaura zəng edib, onu Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Qismət Şadlıq sarayının yanına dəvət etmiş və idarə etdiyi avtomobili ilə “Qismət” şadlıq sarayının yanına getmişdir. O, “Qismət” şadlıq sarayının qarşısına çatmış, həmin vaxt Zaur icarəyə götürdüyü “Hyundai Elantra” markalı avtomobil ilə ora gəlmişdir. Bundan sonra Zaur onu öz avtomobilinə dəvət etdiyi üçün o, Zaurun avtomobilinə əyləşmiş və onlar ünvan 3 ünvanında yerləşən binanın qarajına getmişlər. Yolda olan zaman Zaur bir nəfər şəxsə zəng edib onu həmin binanın həyətinə dəvət etmiş və Zaurun dediyinə görə həmin şəxs Zaurdan binanın yuxarısına qalxmasını tələb etmişdir. Bundan sonra Zaur ondan 33.960 manat pulu istəmişdir ki, həmin pulun müqabilində telefonla danışdığı şəxsdən 20.000 ABŞ dolları pul alıb gətirib ona versin. O, da 33.960 manat pulu Zaura vermiş, Zaur da pulu sayaraq avtombildən düşüb binanın liftinə minib yuxarı mərtəbəyə qalxmış, o, isə həmin vaxt avtomobilin içərisində gözləmişdir. Təxminən 7-8 dəqiqə sonra Zaur özünə məxsus olan +**********71 saylı mobil nömrəsindən ona mesaj yazaraq Zaurun idarə etdiyi “Hyundai Elantra” markalı avtolmobili tez biz zamanda qarajdan çıxartmasını tələb etmişdir. O, da Zaurun avtomobilini idarə edərək “Qismət” şadlıq sarayının yaxınlığına getmişdir. Bundan sonra o, Zaura dəfələrlə zəng etsə də Zaur onun zənglərinə cavab verməmişdir. Bu zaman o, başa düşmüşdür ki, Zaur onu aldadaraq valyuta dəyişmək adı ilə ona məxsus 33.960 manat pulunu ələ keçirmişdir. Son olaraq ona dəymiş 33.960 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridirlər. O, Bakı şəhərində olan zaman Zaur onun yanına gələrək işsiz olduğunu bildirib, iş tapmaqda ondan köməklik etməyini xahiş etmiş, o isə Zaura iş tapmaqdan köməklik etməyə çalışmışdır. Bir müddət əvvəl o, Zaurla birlikdə “Sədərək” ticarət mərkəzində öz evi üçün məişət əşyası almağa gedərkən həmkəndlisi Zərərçəkmiş şəxsla rastlaşmışdır. Onlar öz aralarında söhbət edərkən, Ceyhun ona Bakı şəhərində ev almaq istədiyini bildirmişdir. Bu zaman Zaur onların etdiyi söybəti eşitmişdir. Həmin vaxt Zaurun ona 7.700 manat borcu olmuşdur. 30 iyun 2021-ci il tarixdə təxminən saat 12 radələrində o, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən “Qismət” şadliq sarayının yanında olan zaman Zaur ona 7.700 manat borcunu qaytaracağını bildirmişdir. Bundan əlavə Zaur ona həmkəndliləri olan Ceyhunun gələcəyini, ona tanımadığı adama məxsus 20.000 ABŞ dolları verib 33.960 manat götürəcəyini və Ceyhundan götürdüyü puldan ona olan borcunu qaytaracağını bidirmişdir. Zaur və Ceyhun görüşdükdən təxminən 15-20 dəqiqə sonra Ceyhun onun yanına gələrək Zaurun onu aldadıb 33.960 manat pulunu ələ keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və onlar bir ünvanda yaşayırlar. Həmçinin Təqsirləndirilən şəxs da onun uzaq qohumudur. 01 iyul 2021-ci il tarixdə gecə saatlarında o, Masallı rayonu, Köhnə Alvadı kəndində yaşadığı evdə olan zaman oğlu Zərərçəkmiş şəxs evə gəlib ona bildirmişdir ki, Təqsirləndirilən şəxs 20.000 ABŞ dolları almaq məqsədi ilə ondan 33.960 manat pulu götürüb getmiş, lakin geri qayıtmayaraq ona qarşı dələduzluq edərək qeyd edilən məbləğdə pulu ələ keçirmişdir. Həmin gün səhər tezdən o, Zaurun əmisi Ədalətin yaşadığı evə getmiş və hadisəni olduğu kimi ona danışmışdır. Ədalət də ona demişdir ki, Zaur tapılsın çalışıb pulu qaytaracaqlar. Bundan sonra o, görmüşdür ki, onlar həmin pulu qaytarmaq istəmirlər. Buna görə də oğlu Zərərçəkmiş şəxs bu barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 30 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən 20 mərtəbəli yeni tikili (Şərur MTK) binadır, binanın birinci və qaraj mərtəbəsində “Bazar Store” mağazası və müxtəlif iaşə obyektlərinin olması müəyyən edilmişdir, hadisə yeri ilə üz-üzə “Bravo market” və “Bizim market” yerləşir. Həmin yaşayış binası Ə.Əhmədov küçəsinə bir başa çıxışı vardır. Sonra isə bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, ərizə və şikayət daxil olmamışdır. (i.v. 7- 8) “Diskə baxış keçirilməsi haqqında” 25 avqust 2021 və 23 sentyabr 2021-ci il tarixli protokollardan görünür ki, DVD-R diskdə 8 faylı vardır, həmin faylın 7-si audio yazısıdır, bir faylda isə video yazı var. Video yazı olan fayldan görünür ki, binanın həyətindən qraja giriş hissəsidir, həmin çıxışdan iki nəfər qadın xeylağı əllərində sellofan torba çıxıllar, onların arası ilə isə bir nəfər əynində ağ köynək, boz şalvar və ağ ayaqqabısı olan şəxs çıxır, onun sol əlində əlində qara torba, sağ əlində isə mobil telefon vardır. Diskə baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, həmin şəxs adını ifadəsində qeyd etdiyi Təqsirləndirilən şəxsdur və onun əlində olan qara rəngli torbanın içərisində 33960 manat pul ilə birlikdə Təqsirləndirilən şəxs o, vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt onun yanından ayrılaraq binanın həyətinə daxil olur və oradan uzaqlaşıb gedir. 1-ci faylda yerləşən audio səs yazıslına baxış keçirilərkən müəyyən olunur ki, bir nəfər şəxs (Ceyhun qadası, başına dönüm sən maksimum tez gələ bilsən əla olar, çünki Elnur da gözləyir məni rayona gedəcəyik, səni gözləyirik, sən gəlki bunu həll edim biz çıxaq rayona) sözlərini deyir. 2-ci faylda yerləşən audio səs yazıslına baxış keçirilərkən müəyyən olunur ki, bir nəfər həmin şəxs (lap qaqa on min dolları gətir problem deyil, bizə onsuzda ordan on min manat veriləcək prosto deyim on min dolları bu gün xırdalayın on min dolları sabah yox biri gün, onda nito çıxacaq) sözlərini deyir. 3-cü faylda yerləşən audio səs yazıslına baxış keçirilərkən müəyyən olunur ki, bir nəfər şəxs (qaqa çıxma da dayıya zəng elədim deyir şəhərdədi oda gəlib çatsın xəbər edəcək) sözlərini deyir. 4-cü faylda yerləşən audio səs yazıslına baxış keçirilərkən müəyyən olunur ki, bir nəfər şəxs (onsuz belə pis çıxmasın pulu sən sayıb götürürsən sən məni tanıyırsan mən də səni əgər orda başqa bir şey varsa maşında pulunu sayıb təhvil alacam, maşında da sayıb pulunu təhvil verəcəm o nə deməkdir) sözlərini deyir. 5-ci faylda yerləşən audio səs yazıslına baxış keçirilərkən müəyyən olunur ki, bir nəfər şəxs (qaqa indi onu verəcəyik ki, ordan bizə də pul verilməlkidir ona görə xırdalatdırıb bizə pul verilməlidi saat necəyə kimi edə biləcəksən, belə deyək da on iki bir demisən heç olmasa ikiyə alındaracaqsan, başına dönüm yəni sənə ümüd oldum ona görə) sözlərini deyir. 6-cı faylda yerləşən audio səs yazıslına baxış keçirilərkən müəyyən olunur ki, bir nəfər şəxs (olar problem yoxdur bir kəlmə deyərik düşər qaraja sayaram verərəm qarajda pulu götürüb gedərik vsyo) sözlərini deyir. 7-ci faylda yerləşən audio səs yazıslına baxış keçirilərkən müəyyən olunur ki, bir nəfər şəxs (qaqa başına dönüm yox on on beş dəqiqə eləmə bir üçün gəl da ne olar xahiş edirəm, bir üçün gələ bilərsən mən də ona deyim bir üçün hazır olsun) sözlərini deyir. Zərərçəkmiş şəxs bildirdi ki, həmin səslər Təqsirləndirilən şəxs məxsusdur və Təqsirləndirilən şəxs həmin səsləri 30 iyun 2021-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “Watsapp” yazışması zamanı atmışdır. (i.v. 43-44, 80-81) 23.09.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (i.v. 77-79) 24 sentyabr 2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yerləşən hündürmərtəbəli binanın qarajında dayanaraq bildirmişdir ki, 30 iyun 2021-ci il tarixdə həmin yerdə idarə etdiyi “Hyundai Elantra” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində tanışı Zərərçəkmiş şəxs 20.000 ABŞ dolları almaq adı ilə 33960 manat pulu götürüb liftə minib binanın həyətinə keçərək oradan uzaqlaşıb gedərək sonuncuya qarşı dələduzluq etmişdir. (i.v. 92-93) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Masallı rayonu Köhnə Alvadı kəndində qeydiyyatdadır, Bakı şəhəri Xətai rayonu ünvan 1 ünvanında kirayədə tək yaşayır. Təxminən 01 il olar ki, Bakı şəhərində yaşayır və 1 il ərzində taksi sürücüsü kimi fəaliyyət göstərmiş, avtomobili gündəlik icarə əsasında idarə edir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir və o, Zərərçəkmiş şəxs təxminən 5 il olar ki, tanıyır. Təxminən 08 ay bundan əvvəl tanışı Şahid2la birlikdə Sədərək ticarət mərkəzində olarkən Ceyhunu görmüş, söhbət əsnasında Ceyhun banklarda dolların illik limitlə satıldığını, ona öz adından 9200 ABŞ dolları almaq üçün 15650 manat pul vermişdir. O, da Sədərək ticarət mərkəzində yerləşən Paşa Banka daxil olub və 15650 manat verərək Ceyhun üçün 9200 ABŞ dolları almıdır. O, pulu Ceyhuna verərəkən Ceyhun ona dollar satan tanışı olduğunda deməsini xahiş etmişdir. O, avtomobil alıb satmaqla qazanc əldə etmək istəyirmiş, lakin əlində pulu olmadığından Ceyhunu aldadaraq tanışında 20000 ABŞ dolları olduğunu və manata çevirmək istədiyini demək qərarına gəlmişdir. Onun Ceyhunu aldatmaqda məqsədi onun pulu ilə avtomobil alıb üszərinə pul qoyaraq satıb pul qazanmaq və yenidən Ceyhunun pulunu qaytarmaq olmuşdur. 30 iyun 2021-ci il tarixdə o, istifadəsində olan 070 ***-**-** simkrat nömrəsindən Ceyhunun istifadəsində olan 077 ***-**-** simkart nömrəsinə sms yazaraq tanışında 20.000 ABŞ dollar pulu olduğunu həmin dolları Azərbaycan manatına çevirmək istədiyini təklif etmiş, Ceyhun onunla razılaşaraq pulu düzəldərək zəng vuracağını bildirmişdir. Həmin gün danışıqlarından təxminən 2 saat sonra 14 radələrində Ceyhun onunla əlaqə saxlayaraq pulu hazır etdiyini bildirmişdir. O, Ceyhunu Yasamal rayonu Xiyabani küçəsində yerləşən Qismət şadlıq sarayının yanına dəvət etmişdir. Ceyhun gəlməmişdən qabaq mobil nömrəisini, soyadını və ata adını xatırlamadığı Əfqan adlı tanışına zəng vuraraq ona zəng vuracağnı, “aşağı düş sözünü işlədəcəyini, həmin şəxsin isə ona sən yuxarı qalx sözünü işlətməsini xahiş etmişdir. Bunu etməkdə məqsədi Ceyhunu aldadaraq pulunu ələ keçirmək olmuşdur. Təxminən 15 dəqiqə sonra Ceyhun idarə etdiyi VAZ 2107 markalı **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qismət şadlıq sarayının yanına gelmişdir. Həmin vaxt o, orada həmkəndlisi Elnurla dayanaraq söhbət edirmiş. O, Ceyhuna idarə etdiyi Rent-A-Cardan götürdüyü **-VO-*** dövlət qeydiyyat nişanlı Hyundai Elantra markalı avtomobili ilə Ceyhunun yanına gəlmiş, Ceyhunu öz avtomobilinə dəvət etmiş, Ceyhun da avtomobilə əyləşmişdir. O, idarə etdiyi avtomobilini ünvan 8 ünvanında yerləşən binanın qarajına sürmüşdür. O, planladığı kimi tanışı Əfqana zəng vurarq aşağı düşməsini xahiş etmiş, Əfqan isə onun istəyinə uyğun olaraq yuxarı qalxmağını tələb etmişdir. O, Ceyhuna pulu ona verməsini və tanışı ilə görüşüb 20000 ABŞ dollarını alaraq gətirəcəyini bildirmişdir. Ceyhun da onunla razılaşaraq 33960 manat pulu onun yanında sayaraq ona vermişdir. O, avtomobildən düşərək 10-15 dəqiqəyə qayıdacaığını bildirmiş, sonra isə qarajdan binanın həyətinə qalxaraq oradan uzaqlaşıb dərhal markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşərək oradan uzaqlaşmışdır. Təxminən 7-8 dəqiqə sonra Ceyhun ona zəng vurasa da, o, telefonlarına cavab verməmişdir. Daha sonra isə mobil telefonunu söndürmüşdür. O, Novxanı qəsəbəsinə gedərək orada yerləşən Spring hoteldə 8 gün qalmış və pulun təxminən 11000 manatını orada xərcləmişdir. Daha sonra Yasamal rayonu H.Cavid prospektində yerləşən ünvanın xatırlamadı mənzildə 17 gün kirayədə qalmış və 17 gün üçün 1020 manat, həmçinin Yasamal rayonunda yerləşən Nizami metrostansiyasının yaxınlığında ünvanını xatırlamadığı mənzildə 18 gün kirayədə qalmış və 18 gün üçün 900 manat pul vermişdir. Daha sonra Xətai rayonu Babək prospekti 94 saylı mənzili 02 aylıq kirayə götürmüş və 1000 manat ödəniş etmişdir. Qalan pulları isə gündəlik xərcləmişdir. (i.v. 102-106) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 16 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə götürülmüş bir ədəd DVD disk, iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə qeyd olunan ilkin materiallar, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ifadənin yerində yoxlanılması protokolu və üzləşdirmə protokolu sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 121-127) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilmədiyini göstərsə də, məhkəmə bu ifadələrə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 22 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də saxlanılmışdır. (i.v. 58) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli 4(004)-560/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22.09.2021-ci il tarixdən hesablanmaqla 14 dekabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 101-105) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 02.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Qarayev X1 rayon Məhkəməsinin 25.02.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 326.1, 66.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 04 ay 13 güm azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlıqdan məhrum etmə cəzası 03 il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 05.06.2013-cü il tarixli qərarına əsasən 25.02.2013 il tarixli hökm dəyişdirilmədən saxlanılmış, 06.06.2016-cı ildə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 109-111) Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86), habelə onun əvvəllər mülkiyyət əleyhinə olan cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına və həmin məhkumluğun ödənilməsinə baxmayaraq məhkəmə bunu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 22.09.2021-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, ona bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs vurduğu maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə 33960.00 (otuz üç min doqquz yüz altmış) manat maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddia tam təmin edilməli, cinayət nəticəsində vurulmuş 33960.00 (otuz üç min doqquz yüz altmış) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 22 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 33960.00 (otuz üç min doqquz yüz altmış) manat məbləğində maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-438/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-438/2021
09.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver