Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-438/2025 09.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1960-cı ildə Naxçıvan MR, Şərur rayonu, Oğlanqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Milli Elmlər X5 İttifaqının sədr müavini vəzifəsində işləmiş, hazırda işsiz, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, ev 54, mənzil 4-də qeydiyyatda olmaqla Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Azərbaycan Milli Elmlər X5 İttifaqı sədrinin 01 oktyabr 2020-ci il tarixli, 72 nömrəli sərəncamına əsasən həmin İttifaqın sədr müavini vəzifəsinə təyin edilməklə qeyd olunan vəzifədə işləyərkən öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda özgə əmlakını ələ keçirtmək məqsədilə Zərərçəkmiş şəxs işlə təmin edilməsinə köməklik göstərilməsi üçün sonuncunun anası Şahid1 2022-ci ilin ortalarında cinayətdən xəbərsiz olan tanışı X10 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasında yüksək vəzifədə işlədiyinə görə işgüzar və çoxşaxəli əlaqələrə malik olduğunu, həmin əlaqələrdən istifadə edərək guya Zərərçəkmiş şəxs Bakı şəhəri, “Ağ şəhər” adlanan ərazidə yeni açılacaq hamam aksessuarları mağazasına müdir təyin etdirəcəyini, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu rəhbər vəzifədə işləyən səlahiyyətli şəxsə maddi nemət olan 4.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində veriləməsini cinayətdən xəbərsiz Şaidin Şiriyev vasitəsilə Şahid1 aldatmaqla bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs anası Şahid1 tərəfindən 4.000 manat məbləğində pul vəsaitinin Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 21 nömrəli tam orta məktəbin həyətində cinayətdən xəbərsiz Şaidin Şiriyevə təqdim edilməsindən sonra həmin tarixdə qeyd olunan pul vəsaitini Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının dəhlizində cinayətdən xəbərsiz tanışı Şaidin Şiriyevdən alıb, eyni niyyətlə, cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs ilə birbaşa əlaqə saxlayıb, mağazanın açılışının gecikdiyini, lakin guya Zərərçəkmiş şəxs Sumqayıt şəhər İcra Hakimiyyətində və ya Sumqayıt şəhər Səhiyyə idarəsində işə düzəldəcəyinə nail olacağını, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduğu rəhbər vəzifədə işləyən səlahiyyətli şəxsə əlavə olaraq maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində veriləməsini Zərərçəkmiş şəxs aldatmaqla bildirib, sonuncunun razılığını alaraq sövdələşdikdən sonra, həmin adla 2022-ci ilin dekabr ayında işlədiyi, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasının xidməti otağında şəxsən Zərərçəkmiş şəxs 3.000 manat məbləğində pul vəsaitini alıb, əldə etdiyi cəmi 7.000 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 7.000 (yeddi min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən 2023-cü ilin mart ayınadək Azərbaycan Milli Elmlər Akademiyasının X1 baş elmi işçi vəzifəsində işləmişdir və artıq 4 ildir ki, həmin İnstitut Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla yanaşı 2017-2022-ci illərdə Azərbaycan Milli Elmlər X5 İttifaqının sədr müavini vəzifəsində işləmişdir və hazırda təqaüdçüdür, işləmir. Mahiyyəti üzrə bildirmişdir ki, 2022ci ilin təxminən may ayında, əvvəllər qonşusu olan və uzun illərdən bəri ailəvi olaraq yaxın münasibətdə olduğu Şaidin Şiriyev onunla əlaqə saxlayıb 21 nömrəli orta məktəbdə iş yoldaşı olan Afilə adlı xanımın oğlu Eminin işsiz olduğunu, Afilənin oğluna iş axtardığını, bu işdə ona kömək edə bilib-bilməyəcəyini soruşduqda o, müsbət cavab verib bu barədə maraqlanıb xəbər edəcəyini demişdir. Sonra özü Şaidinlə əlaqə saxlayıb Emini Bakı şəhəri, “Ağ şəhər” adlanan ərazidə yaxın zamanlarda açılacaq, səhv etmirsə mərmər mağazasına mağaza müdiri təyin etdirəcəyi barədə vəd verib bunun müqabilində 4.000 manat pul istəmişdir. Onlarda razılaşmış və beləliklə, 2022-ci ilin may ayında Şaidin iş yoldaşı Afilədən 4.000 manat məbləğində pulu alıb həmin vaxtlar ictimai əsaslarla işlədiyi Milli Elmlər Akadenmiyasının inzibati binasında şəxsən ona vermişdir. Həmin vaxt ailə məsələlərinə görə pul lazım olduğundan həmin pulu şəxsi ehtiyaclarına xərcləmiş və Eminin iş məsələsinə görə 1-2 nəfər tanışlarına desə də, real heç bir iş görə bilməmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan pulu əvvəldən almağı düşünmüşdür ki, sonradan məsələni həll edərsə pul ona qalar, edə bilməsə pulu geri qaytarar. Emini vəd etdiyi yerə işə düzəldə bilməmiş və Emin onunla əlaqə saxladıqda mağazanın açılışının gecikdiyini söyləyib vaxt qazanmağa çalışmışdır. Belə ki, tanışları vasitəsilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən mərmər mağazalarından birinə satıcı lazım olduğunu öyrənib Eminə müvəqqəti olaraq həmin mağazada satıcı kimi işləməsini bildirmişdir. Eminə həmin mağazada və satıcı işinə düzəldəcəyini vəd verməmiş, bununla müvəqqəti olaraq vaxt qazanmağa çalışmışdır ki, ya onu işə düzəltsin, ya da ki, pulunu qaytara bilsin. Adını xatırlamadığı mağazada bir müddət işlədikdən sonra Emin onunla əlaqə saxlayıb iş məsələsinin nə yerdə olduğu barədə soruşduqda o, Emini yeni iş yerinə, yəni Sumqayıt Səhiyyə Şöbəsində mühasib düzəldəcəyinə dair söz verib əlavə olaraq 3.000 manat pul istəmişdir. Həmin vaxt tanışlarından belə bir vakant iş yeri olduğunu eşitdiyinə görə bu barədə Eminə təklif etmiş, lakin bu məsələ ilə bağlıda real heç bir iş görə bilməmişdir. Emində ailəsi ilə danışdıqdan sonra müsbət cavab verib razı olduğunu demiş və 2022-ci ilin dekabr ayında Emin onunla həmin vaxt ictimai əsasla işlədiyi Milli Elmlər Akademiyasında iş otağında görüşərək şəxsən ona 3.000 manat pul vermişdir. Həmin pulu da şəxsi ehtiyaclarına sərf etmiş və real olaraq heç bir iş görməmişdir. Həmin vaxtda pula ehtiyacı olduğundan ilk öncə pulu almış, sonra Emini işə düzəldərsə pulun özündə qalacağını, iş alınmayacağı halda isə pulu qaytaracağını düşünmüşdür. Lakin xeyli müddət keçsə də, Emini işə düzəldə bilməmiş və pulunu qaytarmaq imkanı olmamışdır. Sonra Eminə pulun müqabilində Hökməli kəndində yerləşən 10 sot torpaq sahəsi təklif etmiş, ilk başda Emin razılaşıb torpağı qəbul etsədə, sonradan imtina edib pulunu istəmiş, lakin o, pulu toparlayıb qaytara bilməmişdir. Zərərçəkmiş şəxs ilk olaraq mağaza müdiri, sonra isə Sumqayıt Səhiyyə Şöbəsində mühasib vəzifəsinə düzəldəcəyinə dair vədlər verib 2022-ci ildə ondan 7.000 manat pul almışdır. Törətdiyi əməlini səmimi olaraq etiraf edir, əməlindən peşmandır, hazırda həmin puldan 2850 manat məbləğini Eminə geri qaytarmışdır və qarşı günlərdə qalan məbləğidə tamamilə geri qaytaracağına söz verir. Bundan başqa Emin həmin pulu faizə götürdüyünü bildirib ondan pulu istədikdə əvvəllərdə bir dəfə 1.000 manat faiz borcunun əvəzi olaraq Eminə pul vermişdir. Əlavə olaraq bildirmişdir ki, Baş İdarədə ilkin araşdırma zamanı vermiş olduğu izahatında və bundan öncə Eminin şikayəti əsasında Yasamal RPl-nin 28-ci PŞ-də aparılan araşdırma zamanı vermiş olduğu izahatında ittiham olunacağından, tutulacağından qorxub fikrini düzgün ifadə edə bilməmiş, izahatlarında pulu borca aldığını bildirmişdir. Həmin vaxtlar çox həyəcanlı olmuş, qorxmuş və yanlış məlumat vermişdir. Əsl həqiqəti hazırki ifadəsində bildirmiş, Emindən işə düzəltmək adı ilə 7.000 manat pul almış, hazırki vaxtadək 2850 manat qaytarmış, faiz borcunun əvəzi olaraqda 1400 yox 1000 manat Eminə ödəməsi üçün pul vermişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs işə düzəldəcəyi barədə tanışlarına ümumi olaraq bildirməyinə baxmayaraq, faktiki olaraq heç kimlə bu barədə danışıb razılaşmamış, aldığı 7.000 manat pulu heç kimə verməmiş, şəxsi ehtiyaclarına sərf etmişdir. Eminlə danışıq zamanı ümumi olaraq yüksək vəzifəli tanışı vasitəsilə məsələni həll edəcəyini demiş, lakin konkret olaraq heç bir ad çəkməmişdir. Qeyd edilən xüsusatla bağlı vədini yerinə yetirmək üçün faktiki olaraq heç bir real addım atmamış, ümumi olaraq tanışlarından haradasa vakant iş yeri olub-olmaması barədə soruşsa da, heç bir iş görməmişdir. Faktiki olaraq müvafiq məsələlərin həll edilməsi ilə bağlı heç bir vəzifəli şəxslə danışıb razılaşmamış, faktiki olaraq belə bir şəxs və ya razılaşma olmamış, pullarıda özü istəmişdir. Maddi vəziyyəti çox pis olduğundan pulları alaraq şəxsi problemlərini həll etmək və şəxsi ehtiyaclarına sərf etməyi əvvəldən düşünmüş və pulları da aldıqdan sonra belə edərək həmin məbləğləri yalnız şəxsi ehtiyaclarına sərf etmişdir. Sonradan ya Emini işə düzəldəcəyini ya da pulu qaytaracağını düşünsə də, heç birini yerinə yetirə bilməmişdir. Bu məsələ ilə bağlı heç kəslə danışmadığına görə həmin puldan da heç kəsə verməmişdir. Bununla yanaşı, Şaidin Şiriyevə də həmin puldan heç bir məbləğ verməmiş, Şaidin onu Emingillə tanış edib həqiqətəndə onlara kömək edəcəyini bilmişdir. Eminlə arasında olan səs yazısı ona təqdim olundu, həmin səs yazılarını diqqətlə dinlədi, danışıqlar Eminlə onun arasında olan danışıqların səs yazısıdır, danışıqlardakı səs ona məxsusdur, onun səsidir. Həmin səs yazısında da o, Emini inandırmaq üçün o formada danışaraq vaxt qazanmaq istəmişdir. Törətmiş olduğu əməlləri özü etiraf edir. Səs yazılarının qeydə alındığı vaxt Emin pulunu tələb etdiyi üçün sonuncunun yanında vaxt qazanmağa çalışmaq istəmiş və buna görə də, belə bir fikir irəli sürüb, yəni oğlunun avtomobilini sataraq topladığı 60.000 manat məbəğində pul vəsaitini Akademiyanın tabeliyində olan institutlardan birinə direktor təyin edilməyi müqabilində hansısa vəzifəli şəxsə verdiyini bildirib guya özünün direktor təyin ediləcəyini və Emini də yanında işə götürəcəyini şifahi olaraq Eminə demiş, əslində isə 60.000 manat müqabilində vəzifəyə təyin edilməyi üçün heç kəslə sövdələşməmiş, heç kəsə pul verməmiş, belə bir şəxsdə olmamış, belə bir danışıq heç kəslə aparılmamış və sadəcə vaxt qazanmaq üçün yalan danışmışdır. Özünün istifadəsində ***-***-**-** saylı mobil və ***-***-**-** saylı “Whatsap” nömrəsi olmuş, Eminlə həmin nömrələri vasitəsilə həm adi qayda da, həmdə “Whatsap” proqramı vasitəsilə əlaqə saxlamışdır. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin ortalarında işsiz olduğundan özünə iş axtarmış, bununla bağlı həm özü, həm də ailə üzvləri müxtəlif tanışlara iş üçün müraciətlər etmişlər. Həmin ərəfədə Sumqayıt şəhərində yerləşən 21 saylı tam orta məktəbdə müəllim işləyən anası Şahid1 əvvəllər həmin məktəbdə bədən tərbiyəsi müəllimi işləmiş X10 ilə bu barədə danışarkən sonuncu, Milli X2 İttifaqının sədr müavini vəzifəsində çalışan Təqsirləndirilən şəxs ilə bu barədə məsləhətləşəcəyini bildirmişdir. Bir müddət sonra Şaidin Şiriyev anası ilə əlaqə saxlayaraq onun iş məsələsi barədə Təqsirləndirilən şəxs ilə danışdığını, sonuncunun 4.000 manat müqabilində onu Bakı şəhərində yerləşən “Ağ şəhər” adlanan ərazidə yaxın zamanlarda açılacaq hamam aksessuarları mağazasına yüksək maaşla mağaza müdiri təyin etdirəcəyini vəd etdiyini anasına bildirmiş, anası da bu barədə onunla danışdıqdan sonra onlar bu təkliflə razılaşmışlar. Beləliklə, 2022-ci ilin may ayında anası Şahid1 Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 21 saylı tam orta məktəbin həyətində Şaidinlə görüşərək qeyd edilən məsələnin həll edilməsi müqabilində Təqsirləndirilən şəxs çatdırması üçün Şaidinə 4.000 manat pulu vermişdir. Həmin vaxt hələ nə özü, nə də anası Təqsirləndirilən şəxs ilə şəxsən tanış olmamışdır. 4.000 manatı verdikdən sonra Şadin həmin məbləği Təqsirləndirilən şəxs çatdırdığını bildirmiş və sonuncunun nömrəsini ona verərək əlaqə saxlaya biləcəyini demişdir. Bundan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxs ilə danışaraq iş məsələsinin nə vaxt həll ediləcəyi ilə maraqlanmış, sonuncu isə yuxarıda göstərilən mağazanın açılmasının biraz gecikdiyini bildirərək onu müvəqqəti olaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən mərmər mağazalarından birinə işə düzəldəcəyini bildirib onu həmin mağazaya yönləndirmişdir. “ARZ-İnşaat” adlı həmin mağazada bir neçə ay satıcı işlədikdən sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq iş məsələsinin nə vaxt həll ediləcəyi ilə maraqlandıqda sonuncu onu Sumqayıt şəhər İcra Hakimiyyətində və ya Sumqayıt Səhiyyə İdarəsində işə düzəldə biləcəyini, lakin bunun üçün əlavə olaraq 3.000 manat verməli olduğunu bildirmiş, o isə göstərilən qurumların dövlət qurumları olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs inanıb həmin məbləği verməyə razı olduğunu demişdir. Lakin konkret olaraq bu məsələ ilə bağlı Şaidin Şiriyevə məlumat verməmiş, sonuncunun yalnız yuxarıda göstərdiyi 4.000 manatla bağlı məlumatı olmuşdur. Beləliklə, 2022-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Təqsirləndirilən şəxs Milli X2 İttifaqının sədr müavini vəzifəsində işlədiyi xidməti otağında görüşmüş və ondan Sumqayıt şəhər İcra Hakimiyyətində və ya Sumqayıt Səhiyyə İdarəsində işə düzəlməyinə köməklik göstərməsi müqabilində əlavə olaraq tələb etdiyi 3.000 manatı şəxsən özü əlbəəl Təqsirləndirilən şəxs vermiş, sonuncu isə 1-2 ay ərzində işə düzələcəyini bildirmişdir. Həmin müddət keçsə də, Təqsirləndirilən şəxs vədinə əməl etmədiyini gördüyündən onunla mütəmadi olaraq əlaqə saxlayaraq işi ilə maraqlanmış, Təqsirləndirilən şəxs isə hər dəfə müxtəlif bəhanələr deyərək vaxt qazanmağa çalışmışdır. Sonradan Təqsirləndirilən şəxs hətta özünün hansısa instituta rektor təyin ediləcəyini, onu da həmin instituta baş mühasib təyin etdirəcəyini də vəd etmişdir. O, israrla pulunu geri istədiyindən həmin ərəfədə Təqsirləndirilən şəxs 7.000 manat pulun müqabilində Bakı şəhəri, Hökməli qəsəbəsi ərazisində yerləşən 10 sot torpaq sahəsini ona verəcəyini bildirmiş, özü həmin fikirə müsbət yanaşsa da, sonradan ona pul lazım olduğundan və torpağın yerləşdiyi ərazi vəd edilən yerdə olmadığından torpaq sahəsindən imtina etmişdir. Xeyli müddət keçdikdən sonra Təqsirləndirilən şəxs vədinə əməl etmədiyini gördüyündən daxili işlər orqanlarına müraciət etmiş, müraciəti üzrə Yasamal RPİ-nin 28-ci Polis Şöbəsində aparılan araşdırma zamanı Şaidin Şiriyev həqiqəti etiraf etməmiş, pulun borc kimi alındığını bildirdiyindən məsələyə mülki qiymət verilməklə xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin müraciətindən sonra Raya ondan çoxlu xahişlər edib heç bir dövlət orqanına müraciət etməməyini, pulunu qaytaracağını, onun qadın olmasını nəzərə almağını bildirmiş, o da, sonuncunun çox saylı xahişlərini nəzərə alıb birazda gözləmək qərarına gəlmişdir. Lakin yenə də, Təqsirləndirilən şəxs verdiyi sözə əməl etmədiyini görüb onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətlə müraciət etmişdir. Əlavə olaraq ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin may ayında ona faizlərini ödəmək üçün 1.000 manat pul vermişdir. Belə ki, Rayaya 3.000 manatı vermək lazım olduqda o, ailəsinin qızıllarını lombarda qoyub faizə pul götürmüş, Təqsirləndirilən şəxs da 1.000 manatı həmin faizlərə görə vermiş, danışıqlarına əsasən həmin 1.000 manat əsas məbləğdən çıxılmamışdır. Daha sonra isə xx.xx.2025-ci il tarixdə 200 manat, barəsində Baş İdarəyə şikayət etdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə 500 manat, xx.xx.2025-ci il tarixdə 1.000 manat olmaqla Təqsirləndirilən şəxs ona vermiş olduğu 7.000 manat puldan cəmi 1.700 manatını geri qaytarmışdır. Təqsirləndirilən şəxs ondan 7.000 manatı borc kimi deyil, onu aldadaraq işə düzəldəcəyi vədi ilə almışdır. Təqsirləndirilən şəxs məsələni kiminlə həll edəcəyi barədə ona dəqiq bir ad deməsə də, yüksək vəzifədə işləyən tanışı vasitəsilə məsələni həll edəcəyini bildirmişdir və Təqsirləndirilən şəxs həmin məbləğdən başqa şəxsə verib-verməməsi barədə dəqiq məlumatı yoxdur. Raya ilə arasında olan telefon danışıqlarının səs yazıları vardır ki, həmin səs yazılarını ilkin araşdırma dövründə təqdim etmişdir. Həmçinin Yasamal RPİ- də aparılan araşdırma zamanı Şaidin Rayaya pulu guya borca verdiyini dedikdən sonra isə həqiqətin müəyyən edilməsi üçün Şaidinlə arasında olan telefon danışığının səs yazısını da qeydə almışdır ki, həmin səs yazısını da ilkin araşdırmaya təqdim etmişdir. Təqsirləndirilən şəxs istifadəsində 050 və 070 ***-**-** saylı mobil nömrələri olmuş, o, istifadəsində olan 055-673-67- 73 saylı mobil nömrəsi ilə Rayanın hər iki nömrəsi ilə əlaqə saxlamış, danışıqları adi zəng qaydasında və “Whatsap” proqramı vasitəsilə həyata keçirilmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X7 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs anası Şahid1 ilə Sumqayıt şəhəri 21 nömrəli məktəbdə işlədiyi dövrdə tanış olmuş, müəllim yoldaşı kimi yaxşı münasibətləri olmuş, aralarında düşmənçilik, ədavət və ya qohumluq əlaqələri olmamışdır. Təqsirləndirilən şəxsm isə 1988-ci ildən tanıyır, Sumqayıt şəhərində qonşu olmuşlar və sonuncu ilə də çox yaxşı münasibətləri vardır. 2022-ci ilin ortalarında iş yoldaşı Afilə oğlu Eminin işsiz olduğuna görə ona iş axtardığını bildirib ondan oğlunun iş tapmasına kömək etməyini istəmişdir. Həmin vaxtlar Təqsirləndirilən şəxs Milli X2 İttifaqının sədr müavini vəzifəsində işləmiş və onun geniş əlaqələri olmuşdur. Afilədə onun Təqsirləndirilən şəxs ilə yaxşı münasibəti olduğunu bildiyi üçün oğlunun iş məsələsi barədə Rayadan xahiş etməyini istəmiş, o da, Afilə xanımın xatirinə görə bu barədə Təqsirləndirilən şəxs bildirmiş, sonuncu Emini işə düzəldə biləcəyini demişdir. Belə ki, Raya xanım Emini Bakı şəhərində yerləşən, hazırda xatırlamadığı mağazalardan birinə satış müdiri düzəldə biləcəyini bildirib bunun müqabilində 3.000 ya 4.000 manat pul istəmiş, o da, bu barədə Afilə xanıma bildirmiş, sonuncu da ailəsi ilə məsləhət etdikdən sonra razılaşdıqlarını ona demişdir. Danışıqlarına əsasən 2022-ci ilin may ayında Şahid1 ilə işlədikləri Sumqayıt şəhərində yerləşən 21 saylı tam orta məktəbdə görüşmüş və həmin vaxt Afilə ona 3.000 ya 4.000 manat pul vermişdir. Həmin vaxtdan artıq 2 il keçdiyinə görə hazırda məbləği dəqiq olaraq xatırlamır. Ona təqdim olunan pulu səhəri gün Raya xanımın iş yerinə gedərək orada, yəni Milli Elmlər Akadenmiyasının inzibati binasının dəhlizində şəxsən Raya xanıma verərək həmin vaxt Raya xanımla Afilə və oğlu Emini əlaqələndirib Raya xanımın mobil nömrəsini onlara vermişdir. Bundan sonra baş verənlərdən xəbəri olmamış, başqa heç bir məsələyə qarışmamışdır. Sonradan Raya xanımın Emindən əlavə olaraqda iş məsələsinə görə pul aldığını, Emini bir müddət hansısa mağazada işə düzəltdiyini, Eminin həmin işlə razılaşmadığını, Raya xanımın Emindən aldığı 7.000 manat pul əvəzində Eminə torpaq sahəsi verdiyini, Eminin isə imtina etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs Emini işə düzəltmək üçün sonuncudan cəmi 7.000 manat pul almış, onların arasında baş verən məsələlərdən onun xəbəri olmamışdır. Belə ki, artıq onlar özləri Təqsirləndirilən şəxs ilə birbaşa əlaqə saxladıqlarından ona heç bir söz deməmişlər, öz aralarında danışıb razılaşmışlar. O, yalnız ilk dəfə Afilə xanımın xatirinə bu məsələyə qarışıb onun verdiyi pulu Raya xanıma vermişdir. Afilənin Raya xanıma vermək üçün ona təqdim etdiyi pulun 3.000 ya 4.000 manat olduğunu dəqiq xatırlamasa da, onların Eminin işinə görə Təqsirləndirilən şəxs verdiyi ümumi məbləğin 7.000 manat olduğunu deyə bilər. Əlavə olaraq bildirmişdir ki, Emin qeyd edilənlərlə bağlı daxili işlər orqanlarına müraciət etdikdə Yasamal RPİ-nin 28-ci PŞ-də aparılan araşdırma zamanı və həmçinin Baş İdarədə aparılan ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs ilə arasında olan münasibətlərə, yaxın əlaqəyə, sonuncunun qadın olmasına və sair bu kimi hallara görə Təqsirləndirilən şəxsy ziyan gələcəyindən, onun tutula biləcəyindən ehtiyat edib, həmdə həyəcanlı olduğundan fikrini düzgün ifadə edə bilməyib onun vasitəsi ilə Rayaya verilən pulun borca görə verildiyini, Rayanın guya ondan borc istədiyini bildirmiş, əsl həqiqətdə isə həmin pul məbləği Eminin işə düzəlməsi vədi müqabilində Rayaya verilmişdir. Özünün bu işdə heç bir qazancı, maddi marağı və sair niyyəti olmamış, o, Rayanın bu işi həll edə biləcəyinə inandığı üçün və Afilə xanıma olan hörmətinə görə sonucunun övladına kömək etmək məqsədilə onun xahişi əsasında bu barədə Təqsirləndirilən şəxs bildirmişdir. Əlavə olaraq ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxslə arasında baş tutmuş görüşə dair səs yazısı ona təqdim edildi, səs yazısını diqqətlə dinlədi, həqiqətən də danışıqlar aralarında baş tutmuş görüş zamanı olmuşdur və həmin səs ona məxsusdur. Təqdim edilmiş səs yazısında “dələduzluq cinayətində iştirakçı kimi ittiham edilməkdən qorxduğu üçün fərqli izahat verdiyi, bu dəfə düzgün izahat verərək pul vəsaitlərinin Eminin işə düzəldilməsi adı ilə alındığını bildirəcəyinə dair söz verdiyi” barədə cümlələri o, demişdir və ittiham edilməkdən qorxduğundan, həmçinin Raya xanımında tutula biləcəyinə, onun qadın olmasına görə ehtiyat edib izahatlarında pulun borca alındığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 29 aprel 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Kamil Rahmanov tərəfindən toplanmış material üzrə qəbul edilmiş 9 may 2024-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərar əsassız olduğundan ləğv edilmişdir. (İ/V. 11). xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi” haqqında” protokoldan görünür ki, “CD diskdə” 06 ədəd səs yazısı faylları olduğu müəyyən olunmuşdur. İlk olaraq ardıcıl qaydada AUD-20250402-WA0002 yazılı fayla daxil olub səs yazısına qulaq asdıqda səs yazısının 32 saniyədən ibarət olmaqla Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında aparılan danışığın səs yazısı olduğu müəyyən olunur. Səs yazısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edərək sonuncunun dediyi məbləği 5- ci günə kimi hazırlamalı olduğunu bir daha soruşur, Təqsirləndirilən şəxs isə bəli deyərək təsdiq etməklə yanaşı “birdə sənədləri” deyərək geniş tərcümeyi hal yazmasını da Zərərçəkmiş şəxs bildirir. Zərərçəkmiş şəxs isə elə bankın qarşısında olduğunu, məbləği götürmək üçün bir daha dəqiqləşdirmə aparmaq istədiyini bildirir və danışıq başa çatır. Növbəti AUD-20250402- WA0003 yazılı fayla daxil olub səs yazısına qulaq asdıqda səs yazısının 1 dəqiqə 37 saniyədən ibarət olmaqla Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında aparılan danışığın səs yazısı olduğu müəyyən olunur. Səs yazısında Təqsirləndirilən şəxs dediyi rəhbər vəzifəli şəxsin sürücüsünün gəldiyini, sonra həmin şəxsin özünədə özünün zəng edib yanvar ayında, çox qısa zamanda bu məsələni həll etməsini xahiş etdiyini, həmin şəxsin danışacağı şəxslərində çox böyük adamlar olduğunu, bunu özünün başa düşdüyünü, dediyi şəxsin həmin şəxslərin qəbuluna hər dəfə düşə bilmədiyini, amma buğun düşəcəyini Zərərçəkmiş şəxs bildirərək əlavə olaraq dövlət işi olmasına çalışacağını deyir və Emindən ona faizə pul tapmasını xahiş edir. Zərərçəkmiş şəxs isə belə bir tanışının olmadığını, özünün pulu bankdan götürdüyünü deyir və onlar sağollaşırlar. Növbəti AUD-20250402-WA0005 yazılı fayla daxil olub səs yazısına qulaq asdıqda səs yazısının 5 dəqiqə 32 saniyədən ibarət olmaqla Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında aparılan danışığın səs yazısı olduğu müəyyən olunur. Səs yazısında Təqsirləndirilən şəxs sabah pulunun göndəriləcəyini, 2 aydır işsiz olduğunu bildiyini Zərərçəkmiş şəxs bildirərək özünün işinində biraz uzandığını, onun yanında işləsə Eminə rahat olacağını, bununla yanaşı ola bilsin Emini Sumqayıt Səhiyyə İdarəsində mühasib vəzifəsinə düzəldəcəyini, yaxşı işlərin olduğunu, lakin Eminin Bakıya gəlibgetmək istəmədiyini deyir. Zərərçəkmiş şəxs, onun(Rayanın) işinin niyə uzandığını soruşduqda isə Təqsirləndirilən şəxs öz təyinatı ilə bağlı artıq 60.000 manat pul verdiyini, öz yanına, mühasibatlıq işinə etibarlı bir şəxs götürməli olduğunu, özünün həmin işə Emini götürmək istədiyini, onun yanında mühasib işləməyin Eminə çox sərf edəcəyini, lakin işlədiyi qurumun rəhbərinin hələki icra edən olduğunu, buna görə təyinatının gecikdiyini,birdən yeni gələcək rəhbərin onunla işləmək istəməməsini Zərərçəkmiş şəxs bildirir. Sonuncu isə bankların onu çox sıxdığını, Təqsirləndirilən şəxs verdiyi əmanəti bankdan kredit götürüb verdiyini, əlavədə krediti olduğunu dedikdə Təqsirləndirilən şəxs özünün ona kömək edəcəyini deyir, Zərərçəkmiş şəxs aylıq kreditinin 374 manat olduğunu bildirir və Təqsirləndirilən şəxs həftə sonuna həmin pulu göndərəcəyini bildirir. Növbəti AUD-20250402-WA0008 yazılı fayla daxil olub səs yazısına qulaq asdıqda səs yazısının 4 dəqiqə 36 saniyədən ibarət olmaqla Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında aparılan danışığın səs yazısı olduğu müəyyən olunur. Səs yazısında Təqsirləndirilən şəxs buğun ya sabah Eminə 1.000 manat göndərəcəyini, həmin məbləğin 4.000 manata aid olmadığını, Eminin bu gün onunla görüşmək üçün Bakıya gəlməsini istəmədiyini bildirdikdə Emin maddi imkanın onu çox sıxdığını, çox pis vəziyyətdə olduğunu deyir. Danışıq zamanı Təqsirləndirilən şəxs rəhbəri təyin olunacağını gözlədiyi İnstitutdan başqa daha yaxşı digər İnstituta rəhbər təyin olunacağını, Emini ora baş mühasib götürəcəyini deyərək Eminə vədlər verir. Emin isə bütün bunları başa düşdüyünü, bunların hamısının sonrakı məsələ olduğunu, hazırda pis durumda olduğunu bildirdikdə vəziyyətdən çıxması üçün Təqsirləndirilən şəxs sabah ona(Eminə) 1.000 manat göndərəcəyinə söz verir. Ses.1 yazılı fayla daxil olub səs yazısına qulaq asdıqda səs yazısının 42 saniyədən ibarət olmaqla Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs arasında aparılan danışığın səs yazısı olduğu müəyyən olunur. Səs yazısında Təqsirləndirilən şəxs yalançı çıxdığını, pul götürəcəyini və Eminə yaxşı pul göndərəcəyini, 2-ci gündə ətraflı danışacaqlarını bildirir, Emin isə özünün çıxılmaz vəziyyətdə qaldığını dedikdə Təqsirləndirilən şəxs özünün həmin vəziyyətlərdə çox olduğunu, onu(Emini) başa düşdüyünü deyərək ona pul köçəcəyini, pul köçdüyü halda ən azı 1.000 manat göndərəcəyini Eminə bildirir. Bunlarla yanaşı “Saidin@*** *** ** **” yazılı fayla daxil olub səs yazısına qulaq asdıqda səs yazısının 6 dəqiqə 29 saniyədən ibarət olmaqla Zərərçəkmiş şəxslə Şaidin Şiriyev arasında aparılan danışığın səs yazısı olduğu müəyyən olunur. Həmin səs yazısında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs artıq neçənci dəfədirki söz versə də, sözünə əməl etmədiyini, onu müxtəlif bəhanələrlə aldatdığını, pulunu qaytarmadığını, məsələni uzatdığını Şaidin Şiriyevə bildirib artıq məhkəmə orqanlarına müraciət etmək istədiyini deyir. Həmçinin Zərərçəkmiş şəxs polisdə olduğu kimi, bu dəfə də, Şaidin Şiriyevin səhv danışmamasım, məsələnin borc olmasını deməməsini, düzgün danışaraq özünün işə düzəldilməsi ilə bağlı Təqsirləndirilən şəxs pul verməsini sonuncununda bildirməsini Şaidin Şiriyevdən tələb edir. Şaidin Şiriyev belə olacağı halda özü, Emin və Eminin anası Afilənin bu məsələdə başları ağrayacağını deyib onlara hansısa problem yarana biləcəyini güman etdikdə, Emin özlərinin heç bir qanunsuz iş görmədiyini, hadisəni olduğu kimi danışmaq lazım olduğunu qeyd edir. Emin Təqsirləndirilən şəxs onu aldadıb pulunu ələ keçirməsi ilə bağlı özü yenidən müraciət etdikdə Şaidin Şiriyev pulu Afilədən borcla bağlı alıb Rayaya verdiyini desə məsələnin qarışacağını bildirir. Emin düzgün olan qaydada, yəni onu işə düzəltmək üçün Təqsirləndirilən şəxs pul verdiyini, ilk mərhələdə pulu anasının Şaidinə, sonuncunun isə Rayaya verdiyini, ikinci mərhələdə özünün pulu birbaşa Rayaya verdiyini bildirdik də, Şaidin Şiriyev bunu təsdiq edərək düz olduğunu deyir. Şaidin Şiriyev belə olan halda Rayanın və özünün dələduzluqda ittiham olunacağından ehtiyat etdiyini qeyd etdikdə, Emin Şaidinin burada kömək etməkdən başqa digər bir məqsədinin olmadığını, onun işə düzəldilməsinə kömək etmək istədiyini, Rayanın onu aldadacağını əvvəldən bilmədiyini dedikdə Şaidin Şiriyev bunu təsdiq edərək, Rayanın belə bir iş tutacağını əvvəldən bilmədiyini, özünə həmin məbləğdən heçnə çatmadığını, özünün heç bir marağı olmadığını qeyd edir. Emin bir daha Şaidinin onun işə düzəldilməsində kömək etmək məqsədilə anası Afilədən pulu alıb Rayaya verdiyini soruşduqda Şaidin bəli deyərək bunu təsdiq edir və Emin Rayanın onların hər ikisinə qarşı düzgün olmayan hərəkət etdiyini, hər ikisini pis vəziyyətdə qoyduğunu bildirir. Şaidin Şiriyev isə Zərərçəkmiş şəxs ona vaxt verməsini, özünün Təqsirləndirilən şəxs zəng edib bu barədə onunla danışacağını, sonra hər hansı bir problem çıxarsa Rayanın ondan inciməməsini, buna görə sonuncu ilə danışmaq istədiyini, sabah çağırılarsa düzgün olanı deyəcəyini, sonra Təqsirləndirilən şəxs onun (Şaidinin) onun (Rayanın) üzünə durduğunu fikirləşməməsini, bunlarla bağlı Təqsirləndirilən şəxs ilə danışıb özünün Zərərçəkmiş şəxslə yenidən əlaqə saxlayacağını sonuncuya bildirir və danışıq başa çatır. (İ/V. 180-182). xx.xx.2025-ci il tarixli “texniki vasitələrə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" və "xxxx" MMClərdən daxil olmuş 2 ədəd CD diskə 14 iyun 2024-cü il tarixdə baxış keçirilmişdir. Həmin baxış protokolundan görünür ki, 2022 və 2023-cü illər ərzində Təqsirləndirilən şəxs istifadəsində olan 050-213- 98-99 saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mütəmadi olaraq çoxsaylı zənglər edilmiş və SMS-lər göndərilmişdir. Sorğu edilən müddət ərzində qeyd edilən nömrələr arasında ilk zəngin xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə saat 15:16:36-da olduğu, danışığın 280 saniyə müddətdə davam etdiyi, sonuncu zəngin isə xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə saat 20:13:41-də olduğu, danışığın 38 saniyə müddətində davam etdiyi müəyyən olunmuşdur. SMS yazışmalarına baxış zamanı sorğu edilən müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan 055- ***-**-** saylı mobil telefon nömrəsi arasında vaxt ardıcıllığı ilə müvafiq olaraq “Emin Bawa duwdum tedbirdeyem 3 cu gun Zeng vur”, “Raya xanim ayin 12 si Bankin vaxtlaridi.demisdiz buğun zeng vurum,indide 3 cu gun.menim veziuuetim yaxsi deyil.4 gundu gecikdirirem”, “İNWALLAH yaxwi olacaq”, “Emin Sabah gelersiz saat 12 ucun yaxwi xeberim de var”, “Emin uzurlu say konfedrasiyadayam”, “Men xestexanadaya”, “Emin Sabah kocurdecem kartini at”, “Emin 15 deq Zeng vuracam”, “Emin Sabah saat 3- 4 de kocurdecem”(orfoqrafik üsul saxlanılmışdır) məzmunlu sms yazışmalarının mövcud olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı sorğu edilən müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X7 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi arasında mütəmadi olaraq çoxsaylı zənglər edildiyi və SMS-lər göndərildiyi, həmin sms yazışmalarının mövzusuna əsasən danışıqların iş məsələsinin həlli, işin alınmaması, pulun geri qaytarılması barədə olduğu müəyyən olunmuşdur. Belə ki, sms mətnlərinin məzmununa əsasən X16 Nəcəfovaya dəfələrlə zənglər edir və əksər hallarda sonuncu zənglərə cavab verməyərək müxtəlif bəhanələr gətirib sonra yığacağını bildirir, Şahid2 pis vəziyyətdə qaldığını, müvafiq məsələdən bezdiyini və sair bu kimi smslər yazmaqla Təqsirləndirilən şəxs pulu tələb edərək nə vaxt qaytaracağı barədə soruşur, Təqsirləndirilən şəxs isə pul axtardığı, pul alacağı, pul götürəcəyi barədə smslər yazmaqla vaxt qazanmağa çalışır və Şahid2 onu yalançı və dələduz adlandırır. Daha sonra, növbəti olaraq "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı "xxxx" MMC tərəfindən təqdim edilmiş diskdə olan məlumatlarla "xxxx" MMC tərəfindən təqdim edilmiş diskdə olan məlumatların eynilik təşkil etdiyi müəyyən edilmişdir. Əlavə olaraq sorğu edilən xx.xx.2022-ci ildən xx.xx.2025-ci ilə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 070- ***-**-** saylı mobil telefon nömrəsi arasında da çoxsaylı zənglər edildiyi və SMS-lər göndərildiyi müəyyən edilmişdir. Zənglərin detallaşması faylına baxış zamanı ilk zəngin eyni ilə xx.xx.2022-ci il tarixdə ***-***-**-** və 050-213- 98-99 saylı mobil nömrələr arasında olduğu, sonuncu zəngin isə xx.xx.2025- ci il tarixdə ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr arasında saat 19:34:06-da baş tutduğu, danışığın 427 saniyə müddətində davam etdiyi müəyyən olunmuşdur. Bundan başqa SMS tarixçəsi faylına baxış zamanı ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında yuxarıda qeyd edilən SMS-lərlə yanaşı ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “EMİN SENE ZENG OLACAQ SABAH GEDECEKSİZ MENDE ZENG VURACAM YARİM SAATA”, “EMİN CUME AXŞAMİNDAYAM EVE GEDİM ZENG VURACAM”, “EVDE DEYİİEM MENİM BALAM SABAH AŞAM TEREFİ SUMQAYİTDA GÖRÜŞƏRİK HER ŞEY YOLUNDADİ”, “EVE CATİM ZENG VURACAM MENİM BALAM”, “EMİN MEN PUL DALİYCA GEDİREM AYİN 25 QEDER ORDA OTURASİ DEYİLEM BAZAR GUNU GELİREM”, “YAS YERİNDEYEM BU GUN KOCURECEM SAAT 7 KİMİ MENİM BALAM”, “Mawindayam ozum zeng vuracam Menim balam hell olacaq”, “EMİN!! MEN HELE HEC KİMİN QARWİSİNDA YALVARMAMİWAM! YOLDAWİMLA OQLUMLA QARDAWİMLA 2 İL İDİ DANİWMİRDİM QARDAWİM QİZİNA GORE TEZE BARİWMİWAM AYİN 25 KİMİ DEDİYİM MEBLEQİ KOCURDECEM SENİ ATANİN RUHUNA AND VERİREM SABAH GETME 1 Cl GUN GEDERSEN”, “UTANİRAM TELEFONUDA ACA BİLMİREM”, “SABAH SAAT 2 KİMİ PUL KOCURDECEM VE AYİN 24 DE DE KOCURDECEM”, “SENDEN ACİZANE XAHİW EDİREM” və ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “5239 1517 7699 7267 X14” (orfoqrafik üsul saxlanılmışdır) məzmunlu SMS-lər göndərildiyi müəyyən olunmuşdur. (İ/V. 212-214). Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş 7.000 manat ziyandan 4.000 manatı Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. (İ/V. 271-272). Azərbaycan Milli Elmlər Akademiyasının xx.xx.2025-ci il tarixli məktubu və məktuba əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Milli Elmlər X8 İttifaqı sədrinin xx.xx.2019-cu il tarixli, 72 nömrəli sərəncamı ilə 19 noyabr 2019cu il tarixindən AMEA X11 0,5 ştat vahidinə baş mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Milli Elmlər X8 İttifaqı sədrinin xx.xx.2020-ci il tarixli, 10 nömrəli sərəncamı ilə 04 fevral 2020-ci il tarixindən AMEA X11 0,5 ştat vahidindən tam ştat vahidinə baş mütəxəssis vəzifəsinə keçirilmiş, Azərbaycan Milli Elmlər X8 İttifaqı sədrinin xx.xx.2020-ci il tarixli, 72 nömrəli sərəncamı ilə və AMEA X12 Rəyasət Heyətinin xx.xx.2020-ci il tarixli 09 saylı protokolundan çıxarışa əsasən Təqsirləndirilən şəxs 01 oktyabr 2020-ci il tarixindən AMEA X11 baş mütəxəssis vəzifəsindən sədr müavini vəzifəsinə keçirilmiş, Azərbaycan Milli Elmlər X8 İttifaqı sədrinin xx.xx.2023-cü il tarixli, 05 nömrəli sərəncamı ilə 17 yanvar 2023-cü il tarixindən AMEA X11 0,5 ştat sədr müavini vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Milli Elmlər X8 İttifaqı sədrinin xx.xx.2023-cü il tarixli, 75 nömrəli sərəncamı ilə 01 noyabr 2023-cü il tarixindən AMEA X9 0,5 ştat vahidi sədr müavini vəzifəsindən azad edilməklə Azərbaycan Milli Elmlər X8 İttifaqı sədrinin xx.xx.2023-cü il tarixli 75 nömrəli əmrinə əsasən onun əmək müqaviləsinə xitam verilmişdir. (İ/V. 183-198). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs KQMBİ tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.2 və digər maddələri ilə cinayət məsuliyətinə cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. (İ/V 199-201). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-188/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 02 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri üzrə ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında aparılan telefon danışıqlarının səs yazılarının yükləndiyi 01 ədəd CD disk və “Azercell” və "xxxx" MMC-lərdən daxil olmuş 02 ədə CD disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (İ/V 217-238). Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən və məhkəməyə ünvanlanmış teleqramın mətnindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. xx.xx.2025-ci il tarixli, 21097 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə 1750,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X3 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən peşman olması halını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmi şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tamamilə ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında aparılan telefon danışıqlarının səs yazılarının yükləndiyi 01 ədəd CD disk və “Azercell” və "xxxx" MMC-lərdən daxil olmuş 02 ədə CD disk cinayət işində saxlanılmalıdır. Bundan başqa göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 1(004)-438/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında aparılan telefon danışıqlarının səs yazılarının yükləndiyi 01 ədəd CD disk və “Azercell” və "xxxx" MMClərdən daxil olmuş 02 ədə CD disk cinayət işində saxlansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-438/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-438/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver