Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-44/2019 15.02.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı vəkil bürosunun vəkili X4, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə daircinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları X1, Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2018-ci il tarixdə saat 03:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi ünvan 3 ünvanda yerləşən «Samovar» çay evinin alüminium çərçivəli giriş qapısını dəmir armatur parçası ilə basıb açmaqla çay evinin içinə qanunsuz olaraq daxil olduqdan sonra piştaxtanın üstündə olan kassa aparatının daxılından 1700 manat nəğd pulu, hər birinin qiyməti 5 manat olan 5 ədəd «Parliament» və 5 ədəd «Marlboro» siqaretləri, dəyəri 1485 manat təşkil edən videomüşahidə kameralarının yaddaş bloku olan «HİKSVİSİON» markalı «DVR» qurğusunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3235 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid1 o, uşaqlıqdan tanıyır. Musa Şahverdiyev və Şahid2lə onu Həsən tanış etmişdir, lakin elə ciddi münasibətləri olmamışdır. xx xxxx 2018-ci il tarixdə Əhmədli qəsəbəsində çayxanada o, Həsən, Musa və Cəsarətlə birlikdə əyləşib çay içərkən söhbət əsnasında Həsən bildirmişdir ki, Yasamalda «Samovar» çay evi var, əvvəllər orada işləmiş, orada çoxlu pulun olduğunu görmüş və təklif elmişdir ki, birlikdə oradan oğurluq etsinlər. O, Həsənə bildirmiş ki, problem istəmir, anasının gözlərinin yaşlı qalmasını istəmir, buna görə də onların təklifindən imtina etmişdir. Sonuncular ona demişlər ki, elə-belə onlarla birlikdə getsin, özləri oğurluğu edəcəklər. Bundan sonra onlar gecə yarı vaxtlarında axırıncı reyslə «Əhmədli» metro stansiyasından «Elmlər Akademiyası» metro stansiyasına gəlmiş, oradan çıxıb birlikdə üzü Bakı Dövlət Univesiteti istiqamətində qalxıb yaşayış evlərinin arasında gəzmiş, vaxtı keçirmişlər. Təxminən saat 03:00-dan sonra birlikdə yönəlmişlər «Samovar» çay evinə, həmin zaman ora bağlı olmuş, o, yenə də bildirmişdir ki, sonuncularla birlikdə oğurluq etməyəcək. Sonra birlikdə qalxmışlar «Ovçular» dükanın qarşısına, orada Həsən, Cəsarət və Musa kolların arasından yerə vurulmuş armaturu dartıb çıxarmış, o, isə qarışmamışdır, kənarda durmuşdur. Bundan sonra birlikdə yola çıxıb «Samovar» çay evinə qayıtmışlar, həmin zaman o, sonunculardan bir qədər aralıya aralaşmış və digər üçü həmin çay evinin qapısını aralamışlar. Sonuncular onu da içəriyə daxil olmağa dəvət etsələr də, o, bildirmiş ki, onluq deyil və daxil olmamışdır. Sonra sonuncular üçü daxil olmuşlar çay evinin içinə və bir qədər sonra oradan çıxaraq binaların arasına ona yaxınlaşmışlar. Orada Cəsarət aparatı bir binanın zirzəmisində gizlətmiş, daha sonra yola çıxıb yoldan keçən tanımadığı bir taksi maşını tutub oradan taksi ilə qayıtmışlar Əhmədli qəsəbəsinə. Əhmədli qəsəbəsində kafedə sonuncular üçü oğurladıqları pulu öz aralarında bölərək ona demişlər ki, o, heç bir əziyyət çəkməmiş, ona görə də ona pay düşmür, ona yalnız bir qutu nazik «Marlboro» siqaretini vermişlər və 50 manat pul vermişlər ki, çayın hesabını ödəsin, qalanı özünə qalsın. Bundan sonra Cəsarətlə Həsən qayıtmışlar Yasamala aparatı götürməyə, Musa da işinin olduğunu bildirib çıxıb getmiş, o da çıxıb getmişdir öz evinə. Bir qədər sonra o, Həsənlə Cəsarətin tutulduqlarını eşitmişdir. Əməlindən səmimi peşman olmasını, ziyanı tmamilə ödəməsini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx xxxx 2018-ci il tarixdən ünvan 4 ünvanda yerləşən «Samovar» çay evini icarə müqaviləsi əsasında işlədir, fiziki şəxs kimi VÖEN-i var. Şahid1 həmin çay evində təxminən 1,5 ay ərzində mart-aprel aylarında ofisiant kimi işləmiş, xəstə olduğu üçün işə çıxa bilmədiyindən özü işdən çıxmışdır. xx xxxx 2018-ci il tarixdə təxminən saat 01:45 radələrində o, çay evinin alüminium metaldan olan giriş qapısını kilidlə bağayıb evə getmişdir. Səhərisi günü, yəni xx xxxx 2018-ci il tarixdə saat 10:00 radələrində o, çay evinə gəlib qapını açmaq istədikdə aşkar etmişdir ki, giriş qapısının çərçivəsi zədələnmiş və açıq vəziyyətdədir. O, içəriyə daxil olub sağ tərəfdə yerləşən bara yaxınlaşanda aşkar etmişdir ki, kassanın daxili açıq vəziyyətdədir, içərisində olmuş müxtəlif xırda və iri əskinaslarla 1700 manat pul yerində yoxdur. Sonra baxıb görmüşdür ki, həmçinin təxminən ümumilikdə 10 ədəd «Parlament» və «Marlboro» markalı siqaretlər, eləcə də videomüşahidə kameralarının yaddaş bloku olan «DVR» aparatı da oğurlanmışdır. Bundan sonra o, oğurluq hadisəsi barədə polisə ərizə yazmışdır. Həmin cinayət nəticəsində kassadan ona məxsus 1700 manat nəğd pul, biri 5 manatdan hesabladığı ümumilikdə 50 manat dəyərində 5 ədəd «Parlament» və 5 ədəd «Marlboro» siqaretləri, 895 manata aldığı «HİKSVİSİON» markalı DVR aparatı oğurlanmışdır. Eyni zamanda, bir qədər əvvəl o, həmin DVR aparatının yaddaşını çoxaltmaq məqsədilə hər birini 295 manata iki ədəd 4 teqabaytlıq «hard disk» qurğularını alıb həmin aparatın içinə quraşdırmışdır. Beləliklə də, şəxsən ona ümumilikdə 3235 manat məbləğində maddi ziyan vurulmuş, lakin hazırda həmin ziyan tam şəkildə ona ödənildiyi üçün heç kimə qarşı heç bir şikayəti və ya tələbi yoxdur və bu barədə ərizə də vermişdir. Kassada 1700 manat olduğunu çay evinin işçisi təsdiq edə bilər. Çay evinin giriş qapısı normal açılıb bağlandığı üçün təmirə ehtiyyacı olmamış, ona görə də cinayət nəticəsində qapıya və ya başqa əmlaka heç bir ziyan vurulmamışdır. O, «Musa» və «Murad» adlı şəxslərin kim olmalarını bilmir. Hal hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, onun həbs edilməsini istəmir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, istintaqa verdiyi əvvəlki ifadələrində hər şeyi olduğu kimi göstərmiş və hazırda da bir daha təsdiq edir. Onun əvvəllər işlədiyi Yasamal rayonunda yerləşən «Samovar» çay evindən pul oğurlamaq məqsədilə 12 iyun 20İ8-ci il tarixdə o, Şahid2, çoxdan tanıdığı Təqsirləndirilən şəxs və həmin günü sonuncunun vasitəsilə tanış olduğu X1 ilə dördü Əhmədli qəsəbəsində çayxanada birlikdə görüşüb məsləhətləşərək qərara gəlmişlər ki, birlikdə həmin oğurluğu etsinlər. Həmin təşəbbüsü Muradla Musa onlara etmişlər və təgidlə Cəsarətlə onu əmin etmişlər ki, özləri oğurluq prosesini idarə edəcəklər və hər şey problemsiz başa çatacaq. Orada onlar «Samovar» çay evindən oğurluq etməyi razılaşmış və qaranlıq düşməsini gözləmiş, gecə yarı vaxtlarında axırıncı reyslə «Əhmədli» metro stansiyasından «Elmlər Akademiyası» metro stansiyasına gəlmişlər. Oradan dördü də çıxıb birlikdə üzü Bakı Dövlət Univesiteli istiqamətində qalxaraq yaşayış evlərinin arasında olan məhəllələrlə gəzmişlər ki, vaxt keçsin, 2-3 saat vaxtı belə keçirib təxminən saat 03:30 radələrində dördü də gəlmişlər «Samovar» çay evinin qarşısına, ətrafa diqqətlə baxıb əmin olmuşlar ki, heç kim yoxdur. Bundan sonra «Ovçular» dükanının qarşısında olan yaşıllıq zolağında ağac tingisinə dirək kimi yerə vurulmuş armatur parçasını yerdən çıxarıb yaxınlaşmışlar çay evinin qapısına. Həmin zaman o, bir qədər aralıda gözətçi kimi qalıb ətrafa baxmağa başlamış, Cəsarət, Musa və Murad alüminium metaldan olan giriş qapısını basıb armaturu arasına keçirib qapını açmışlar. Sonra o, sonunculara yaxınlaşmış, bu dəfə Murad gözətçi kimi qapının yanında küçədə qalmış, üçü, yəni Cəsarət, Musa və o, daxil olmuşlar çay evinin içinə. Onlar giriş qapısından sağa çönüb keçmişlər «bar» adlanan piştaxtanın arxasına, orada o, kassa aparatının daxilini açmış və oradan müxtəlif əskinaslarla olan nəğd şəkildə kağız pulları götürüb cibinə basmağa başlamışdır. Müxtəlif dəyərində əskinaslar daxılın ayrı-ayrı özəklərində dəstələnib yığılmışdır, o, tələm-tələsik həmin pul əskinaslarını tez-tez əli ilə götürüb saymadan və səliqəli toplamadan əynində olmuş sarı rəngli gödəkcənin sağ yan cibinə üst-üstə basmış, hansı məbləğdə olduğunu bilməmişdir. Həmin zaman onun yanında olan Cəsarət və Musa da bunu görmüşlər. Kassanın yanından Cəsarət siqaretləri götürüb qoymuş şalvarının ciblərinə və elə orada olan videokameraların yaddaş bloku olan «DVR» aparatını da götürmüşdür. Onlar tez bir zamanda oranı tərk etmiş və gəldikləri istiqamətdə deyil, «Mətbuat» prospektinə tərəf gedərək bir binanın zirzəmisinin pəncərəsində «DVR» aparatını gizlətmişlər ki, sonra qayıdıb götürsünlər. Bundan sonra yoxuş istiqamətində gedib yoldan keçən bir taksi saxladıb həmin maşınla çıxıb getmişlər «Neftçilər» metro stansiyasının yanına. Oradan onlar başqa bir tanımadıqları taksi maşınını saxladıb əyləşərək gəlmişlər «Əhmədli» metro stansiyasının yaxınlığında düşmüşlər. Sonra o, çay evindən oğurladığı pulu çıxararaq saydıqda məlum olmuşdur ki, 1140 manat puldur. Həmin pulu onlar bərabər 4 yerə bölmüş və hər birinə 2X5 manat pul çatmışdır. Cəsarətin oğurladığı siqaret qutularını da aralarında bölmüşlər. Belə ki, Cəsarət çay evindən altı ədəd siqaret götürmüş, dörd ədəd nazik «Marlboro» və iki ədəd qalın «Parliament» siqaret qutularını. Onlar həmin siqaretləri də aralarında bölmüş, o, bir ədəd «Parlament» siqaretini götürmüş, Cəsarət hərəsindən bir ədəd iki qutu, qalan üç ədəd «Marlboro» siqaretləri isə Muradla Musa götürmüşlər. Bundan sonra Muradla Musa çıxıb getmiş və Cəsarətlə o, başqa bir taksi maşını ilə qayıtmışlar «DVR» aparatını qoyduqları yerə, oradan həmin aparatı götürüb həmin taksi maşını ilə qayıtmışlar «Əhmədli» metrostansiyasına tərəf. Orada onlar zibilliyin yaxınlığında ikisi həmin «DVR” aparatını daşlarla vurub bir neçə yerə parçamış və içini də yararsız hala salaraq atmışlar zibil konteynerlərinin içinə. Sonra oradan çıxıb getmişlər hərəsi öz evinə. Bundan sonra o, Musa ilə Muradı bir daha görməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Hazırkı cinayət hadisəsi ilə əlaqədar iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 1 (004) - 316/2018 saylı xx.xx.2018-ci il tarixli hökmü ilə Şahid2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay (bir il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişlər. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib səmimi peşman olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 03 ay 29 gün həbsdə olmuşdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasənhəbsdəsaxlanıldığı 03 ay 29 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 04 ay 28 gün (bir il dörd ay iyirmi səkkiz) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-44/2019
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-44/2019
15.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver