Məhkəmə qərarları › İş №1(004)-44/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-44/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-44/2021 26.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X8 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, məhkum olunmuş, “xxxx” QSC-də gözətçi işləyən, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi ev 5-də qeydiyyatda olan və Nardaran qəsəbəsi Ləhic bağları, 4-cü döngədə kirayədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 5000,00 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla) məbləğində əsas borcun və 173,25 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(011)-2559/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş xx.xx.2018-ci il tarixli icra sənədini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(004)-881/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq şəxsi maraq niyyətilə hərəkətlərini davam etdirməklə qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli icra etməyərək həmin qətnamə üzrə göstərilən borc məbləğini tələbkara ödəməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)-2559/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 5000,00 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borcu və 173,25 manat məbləğində ödənilmiş dövlət rüsumunun ondan alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödəməli olsa da icra məmurunun qanuni tələblərinə məhəl qoymadığından Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(004)-881/2019 nömrəli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində inzibati həbs edildiyini, lakin bundan sonra borcundan cəmi 750,00 ABŞ dollarını Zərərçəkmiş şəxs ödəsə də yenidən icra məmurunun qanuni tələblərinə əməl etməyərək 2020-ci ilin mart ayının 04-nə kimi 4250,00 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində əsas borcu və 173,25 manat məbləğində ödənilmiş dövlət rüsumunun Zərərçəkmiş şəxs ödəməkdən yayınmış və ödənişi etməməsinə səbəb kimi isə həmin borcun ödənilməsi üçün müvafiq əmək haqqının olmamasını göstərmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstrəmişdir ki, 2011-ci ildə təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs Nəsir oğlundan X9 məxsus «Mersedes E-320» markalı, ** MX *** dövlət qeydiyyat nişanlı minik maşınını onun adından xx.xx.2011-ci il tarixli baş etibarnamə əsasında hərəkət edən Təqsirləndirilən şəxs 7.000,00 ABŞ dollarına əldə etmiş və Təqsirləndirilən şəxs ona Bakı şəhəri 32-ci notariat kontorunda reyestrdə 7E/5980 nömrə ilə qeydə alınmış xx.xx.2011-ci il tarixli etibarnamə vermiş və bununla da həmin maşın üzərində sahiblik, istifadə və sərəncam hüququ ona keçdikdən və bir müddət həmin avtomaşından istifadə etdikdən sonra hiss etmişdir ki, avtomaşın bir qədər nasazdır. Buna görə də həmin avtomaşını başqa bir şəxsə baş etibarnamə ilə satmışdır. xx xxxxxx 2016-cı il tarixdə maşını ondan almış X14 ona qarşı pul tələbinə dair iddia ilə əlaqədar Xətai rayon Məhkəməsinə dəvət olunarkən ona məlum olmuşdur ki, həmin avtomaşının alqı-satqısı zamanı Təqsirləndirilən şəxs tərəfindən qanuna zidd hərəkətlər olmuşdur və bu səbəbdən də onun tərəfindən avtomaşını satdığı X10 8 800,00 ABŞ dolları məbləğində ödəniş edərək, öz növbəsində Təqsirləndirilən şəxs və avtomaşının əsl sahibi X9 qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Xətai rayon məhkəməsinə müraciət edərək 7 000,00 ABŞ dolları məbləğində əsas borcun və tərəfindən ödənilmiş 57,75 manat məhkəmə xərclərini onlardan müştərək qaydada alınaraq onun xeyrinə tutulmasını xahiş etmiş və Xətai Rayon məhkəməsi onun bu iddiasına baxaraq təmin etmiş və 5 000,00 ABŞ dollarının (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və məhkəmə xərclərinə görə 173,25 manat Təqsirləndirilən şəxs tutularaq ona verilməsi və eləcə də 2 000,00 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və məhkəmə xərclərinə görə 57,75 manat X4 tutularaq ona verilməsi barədə xx xxxxx 2018-ci il tarixli 2(011)-2559/2018 saylı qətnamə çıxarılaraq icraya yönəldilmiş və həmin qətnamə üzrə X11 ona ödəməli olduğu 2 000,00 ABŞ dolları məbləğində pulu ödəsə də qeydiyyat yeri Bakı şəhəri, Yasamal rayonu olduğu üçün icra sənədi Yasamal rayonu İcra və Probasiya şöbəsinə göndərilmiş Təqsirləndirilən şəxs qətnamə üzrə borclu olduğu məbləği qismən ödəmiş, lakin də əsas borcu hazırki günə tam kimi ödəməkdən yayınmış və dəfələrlə tərəfindən fərdi qaydada Təqsirləndirilən şəxsla apardığı söhbətlər zamanı ona borclu olduğu məbləği ödəyəcəyinə söz versə də hər dəfə Namiq onu aldadaraq pulu ödəməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixinə kimi Təqsirləndirilən şəxs tərəfindən ona cəmi 750,00 ABŞ dolları məbləğində pul ödənilsə də 4 250,00 ABŞ dolları və məhkəmə xərclərinə görə 173,25 manat ödənilməmiş qalmışdır. Baxmayaraq ki, icra dövründə Yasamal rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək 15 gün müddətinə həbs etmişdir, lakin Təqsirləndirilən şəxs öz inadından əl çəkməyərək ona borclu olduğu məbləği ödəmir. Dəfələrlə Namiqlə onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna zəng edərək apardığı fərdi söhbətlər zamanı ondan borcunu qaytarmaq üçün möhlət istəməsinə baxmayaraq hər dəfə aldadaraq borcunu qaytarmayaraq hərdən onun etdiyi zənglərə cavab verməmiş və bunun da Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsinə dəlalət etdiyini, özünün də təqaüdçü olduğunu və ailəsini aldığı təqaüdlə güclə dolandırdığını, buna görə də ona borclu qaldığı pulun Təqsirləndirilən şəxs alınaraq qaytarılmasına köməklik göstərilsini xahiş etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs yığılmış borcunu ümumiyyətlə ödəməmişdir, pulunu tələb edir, ondan şikayətçidir, ağır formada cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, icraatına daxil olmuş 2(011)-2559/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsi icraatına daxil olduqdan sonra müvafiq icra tədbirləri keçirərək həmin icra sənədi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin könüllü icra edilməsi üçün Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş qaydada vaxt verilmiş, borclu Təqsirləndirilən şəxs ona verilən könüllü müddət ərzində icra sənədinin icrasını təmin etməmiş, qanunvericiliklə nəzərdə tutulmuş zəruri məcburi icra tədbirləri həyata keçirilmiş, lakin sonuncu tərəfindən məhkəmə qətnaməsində göstərilmiş tələb yerinə yetirilməmiş, müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini Təqsirləndirilən şəxs üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək Bakı şəhər, Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 3(004)-881/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün xx xxxx 2019-cu il tarixdə yenidən müddət təyin olunmaqla bidirişin verilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə təqdimat verilən günə kimi, borclu olduğu 5000,00 ABŞ dolları məbləğdən, yalnız 750,00 ABŞ dolları məbləğində ödəniş etsə də xx xxxx 2020-ci il tarixə 4250,00 ABŞ dolları məbləğində əsas borcu və 173,25 manat məbləğində ödənilmiş dövlət rüsumunu tələbkar X5 ödəməmişdir. Buna baxmayaraq borclu öz hərəkətlərini davam etdirməklə qətnaməni icra etmədiyi üçün Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyi İstintaq idarəsinə təqdimat göndərildiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 məhkəmədə dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(011)- 2559/2018 saylı qətnaməsinə və həmin qətnamə əsasında xx.xx.2018-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 5000 ABŞ dolları ödəmə günü Azərbaycan manatına məzənnə ilə pul və məhkəmə xərclərinə görə 173,25 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmişdir İş materiallarınd olan Yasamal Rayon Məhkəməsinin 3(004)-881 /2019 saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən icra vərəqəsində göstərilən tələbləri icra etmədiyinə və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X1 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 08 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əməli CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilmiş və azadlıqdan məhrum etmə cəzasının müddəti 05 ilə endirilmişdir, cəzasının əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmışdır. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X3 ödənilmək üçün 144 (yüz qırx dörd manat) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X6 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar