Məhkəmə qərarları › İş №1(004)-44/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-44/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-44/2023 10.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, xx.xx.2019-cu il tarixli 1(006)-62/2019 nömrəli Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 66.2, 66.5-ci maddələri tətbiq edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş, (Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 10 ay vaxından əvvəl şərti olaraq azad olunmuşdur, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və məhkəmə zalından həbs edilmişdir) işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz olaraq yaşayış sahəsinə girməklə özgənin əmlakını gizli talamaqla zərərçəkmiş şəxslərə ümumilikdə xeyli miqdarda ziyan vurmaqla oğlurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 3 ünvanında yerləşən 19 saylı mənzilin giriş qapısının açıq olmasından istifadə edərək qanunsuz olaraq mənzilə daxil olaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə giriş qapısının sağ tərəfində yerləşən yataq otağında yerləşən paltar dolabda saxlanılan heç bir dəyəri olmayan ağ rəngli mobil telefon qutusuna və kosmetika qabının içərilərinə yerləşdirilmiş Zərərçəkmiş şəxs1 məxsus dəyəri 2620 manat olan bir dəstdən ibarət olan üzərində sarı, gümüşü, qara, qırmızımtıl-sarı rəngli metal kürələr olan bir ədəd qızıl kulonu, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbağı, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyü, dəyəri 800 manat olan 01 ədəd “Versace” markalı qızıl bilərziyi, dəyəri 140 manat olan üzərində “RZA” yazısı həkk olunmuş 01 ədəd qızıl bilərziyi, dəyəri 1000 olan 01 ədəd brilliant qaşlı qızıl nişan üzüyü, dəyəri 90 manat olan 01 ədəd qaşlı qızıl uşaq sırğası və dəyəri 100 manat olan göy muncuqlu 01 ədəd qızıl uşaq kulonunu və Zərərçəkmiş şəxs2 məxsus dəyəri 2000 manat olan 01 ədəd qalın sadə toxunma qızıl bilərziyi və dəyəri 1200 manat gizli olaraq talayıb zərərçəkmiş şəxslər-Aysel Həsəsnova və Zərərçəkmiş şəxs2 cəmi 8650 manat olmaqla xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3. və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, Yevlax şəhərindən ünvan 2 ünvanının qarşısına gəlmiş, bir qədər binanın qarşısında gözlədikdən sonra həmin binanın ikinci blokuna daxil olmuş, orada oturacaq oturmuşdur. Daha sonra yuxarı qalxmış, ikinci mərtəbəyə qalxıb oradakı iki mənzilin qapısının açıq olub-olmadığını əli ilə yoxlamış, qapıların hər ikisi bağlı olduğu üçün birinci mərtəbəyə enmişdir. Orada sol qapının açıq olub-olmadığını əli ilə yoxladıqda qapının açıq olduğunu görmüşdür. Səssizcə içəri daxil olaraq mənzilin dəhlizində sol tərəfdə yerləşən mətbəxtə bir nəfər uşaqla qadının danışıqlarını eşitmiş, vaxt itirmədən mənzilin giriş qapısının sağ tərəfində yerləşən qapısı açıq vəziyyətdə olan yataq otağına daxil olmuş, orada giriş qapısının sağ tərəfində olan paltar dolabının orta hissəsindəki yuxarıdan aşağı istiqamətdə ikinci rəfdə kvadrat formasında olan ağ rəngli qutu görmüşdür. Həmin qutunu götürərək içərisinə baxdıqda orada qızıl-zinət əşyaları olduğunu görmüş və onları həmin qutu ilə birlikdə götürərək dərhal həmin mənzili tərk etmiş, binanı tərk edəndən sonra ağ rəngli qutunun içərisində olan qızılları götürmüş və həmin qutunu da xatırlamadığı yerdə tullamışdır, qızıl-zinət əşyalarını isə cibinə qoymuşdur. Sonra Yevlax rayonuna yaşadığı evə qayıtmışdır. Yaşadığı evə qayıdanda anası Şahid3 həmin mənzildən oğurladığı 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl üzüyü, 01 ədəd bilərziyi və 01 cüt sırğanı göstərib dostunun olduğunu, satmağı üçün ona verdiyini bildirərək onları satmasını xahiş etmişdir. Anası Şahid3 isə başqasının qızılını satmaq üçün qəbul etdiyi üçün onu danlasa da, qızılları ondan tam şəkildə alaraq xx.xx.2022-ci il tarixdə Yevlax şəhərində qızıl alış-verişi ilə məşğul olan adını sonradan öyrəndiyi Şahid2 2487 manata satıb pulunu ona vermişdir. O da həmin puldan 300 manat anasına vermişdir ki, evə ərzaq alsın, qalan pulu isə 4-5 gün ərzində şəxsi tələbatları üçün tam şəkildə xərcləyib qurtarmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğurluq əməlini törətdiyini, lakin mənzildən oğurladığı ağ rəngli mobil telefon qutusunun içərisində 01 ədəd “Versace” markalı qızıl bilərzik, üzərində “RZA” yazısı həkk olunmuş 01 ədəd qızıl bilərzik, 01 ədəd brilliant qaşlı qızıl nişan üzüyü və 01 ədəd qalın sadə qızıl bilərzik, 01 ədəd «Qazelli» markalı qaşlı qızıl üzük, 01 ədəd qaşlı qızıl üzük oğurlamadığını bildirmişdir. O, ancaq həmin qutunun içərisindən 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl üzüyü, 01 ədəd bilərziyi və 01 cüt sırğanı götürmüşdür. Həmin qutunun içərisində başqa qızıl zinət əşyaları və digər əşyalar olmamışdır. Həmçinin həmin ağ rəngli mobil telefon qutusunun üzərində kosmetika qabını görməmişdir, həmin kosmetika qabını və həmin qabın içərisində 01 ədəd qaşlı qızıl uşaq sırğası və 01 ədəd göy muncuqlu qızıl uşaq kulonunu da oğurlamamışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə oğurladığı qızılların qeyd ediləndən az olması ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq və gələcəkdə ona qarşı verilə biləcək mülki iddiadan yayınmaq məqsədi güdmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, hadisə nəticəsində mənzildən yataq otağında olan paltar dolabının orta hissəsindəki yuxarıdan aşağı istiqamətdə ikinci rəfdə kvadrat formasında olan ağ rəngli mobil telefon qutusunun içərisində ümumi dəyəri təxminən 2500 manat olan “Pandora” markalı bir dəstdən ibarət 01 ədəd qızıl boyunbağlı, 01 ədəd qızıl kulon, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl bilərzik, 01 ədəd qızıl üzük, dəyəri təxminən 800 manat olan üzərində “Versace” firmasının emblemi əks olunmuş 01 ədəd “Versace” markalı qızıl bilərzik, dəyəri 140 manat olan 01 ədəd üzərində “RZA” yazılı qızıl bilərzik, dəyəri 1000 olan brilliant qaşlı 01 ədəd qızıl nişan üzüyü, dəyəri 2000 manat olan 01 ədəd qalın sadə toxunma qızıl bilərzik, dəyəri 1200 manat olan «Qazelli» firmasına məxsus 01 ədəd qaşlı qızıl üzük, dəyəri 700 manat olan 01 ədəd qaşlı qızıl üzük, həmin qutunun üzərinə qoyduğu kosmetika qabının içərisidə dəyəri 90 manat olan 01 ədəd qaşlı uşaq qızıl sırğası və dəyəri 100 manat olan göy rəngli müncüqlu 01 ədəd qızıl uşaq kulonu həmin qutu və kometika qabi ilə birlikdə oğurlanmışdır. Sadaladığı yuxarıda qeyd olunan qızıl-zinət əşyalarından dəyəri 2000 manat olan 01 ədəd qalın sadə toxunma qızıl bilərzik, dəyəri 1200 manat olan «Qazelli» firmasına məxsus 01 ədəd qaşlı qızıl üzük, dəyəri 700 manat olan sarı 01 ədəd qaşlı qızıl üzük qaynanası Zərərçəkmiş şəxs2, qalanları isə ona aid olmuşdur. Hadisə nəticəsində oğurlanmış qızıl-zinət əşyalarının Zərərçəkmiş şəxs1 məxsus hissəsinin ümumi dəyəri 4630 manat, Zərərçəkmiş şəxs2 məxsus hissəsinin isə ümumi dəyəri 3900 manat təşkil edir. Talanmış əmlaka aid maddi ziyanın miqdarının cəmi 8650 manat olması müəyyən edilmiş, istintaq zamanı vurulmuş maddi ziyanın 2620 manatı Zərərçəkmiş şəxs1 ödənilmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun barəsində ən ağır cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, qızıl-zinət əşyalarını təxminən iki-üç gün əvvəl mənzilin giriş qapısının sağ tərəfində yerləşən özlərinə aid yataq otağında olan paltar dolabının orta hissəsindəki yuxarıdan aşağı istiqamətdə ikinci rəfdə kvadrat formasında olan ağ rəngli mobil telefon qutusunun içərisinə qoyub həmin qutunun üzərinə balaca ölçülü kosmetika qabını, onun üzərinə isə şalvar qoymuşdur. xx.xx.2022-ci il tarixdə, saat təxminən 13:30 radələrində çörək almaq üçün həmin otağa daxil olub sözügedən rəfdə qızıl-zinət əşyalarını qoyduğu qutunun yanında olan əl çantasından pul götürmək istəmiş, lakin çantada pul olmadığı üçün otaqdan çıxıb dəhlizdəki dolabda saxladığı 65 qəpik pul götürüb övladı Rzaya vermişdir ki gedib çörək alsın. Özü isə mətbəxə keçmişdir. O mətbəxdə olarkən Rza evdən çıxıb çörək almağa getmiş, təxminən 2 dəqiqədən sonra evə qayıtmış və mətbəxə keçərək orada o, uşaqları Nazlı və Rza birlikdə yemək yemişlər, daha sonra o, mətbəxdə ev işləri görmüşdür. Bir qədər sonra (nə qədər müddət keçdiyini tam xatırlamır) o, evin içərisində hava axınının olduğunu hiss edib hansısa pəncərənin açıq olduğunu düşünmüş və dəhlizə doğru gedəndə mənzilin giriş qapısının yarı açıq vəziyyətdə olduğunu görmüş və düşünmüşdür ki, Rza evə qayıdarkən qapını tam bağlaya bilmədiyi üçün hava axını nəticəsində qapı yenidən yarım açıq vəziyyətə gəlmişdir. Buna görə də qapını bağlayıb yenidən mətbəxə keçmişdir. Daha sonra qızıl-zinət əşyalarının olduğu qutunu qoyduğu paltar dolabının rəfində həmin qutunun, üzərində olan balaca ölçülü kosmetika qabının olmadığını, şalvarın isə həmin rəfdə kənara qoyulduğunu görmüşdür. Dərhal qızılları axtarmağa başlamışdır, lakin tapa bilmədikdə oğurlandığını düşünüb bu barədə əri Elsevərə məlumat vermişdir. Bu hadisə nəticəsində kvadrat formasında olan ağ rəngli mobil telefon qutusunun içərisində ümumi dəyəri təxminən 2500 manat olan “Pandora” markalı bir dəstdən ibarət 01 ədəd qızıl boyunbağlı, 01 ədəd qızıl kulon, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl bilərzik, 01 ədəd qızıl üzük, dəyəri təxminən 800 manat olan üzərində “Versace” firmasının emblemi əks olunmuş 01 ədəd “Versace” markalı qızıl bilərzik, dəyəri 140 manat olan 01 ədəd üzərində “RZA” yazılı qızıl bilərzik, dəyəri 1000 olan brilliant qaşlı 01 ədəd qızıl nişan üzüyü, dəyəri 2000 manat olan 01 ədəd qalın sadə toxunma qızıl bilərzik, dəyəri 1200 manat olan «Qazelli» firmasına məxsus 01 ədəd qaşlı qızıl üzük, dəyəri 700 manat olan 01 ədəd qaşlı qızıl üzük, həmin qutunun üzərinə qoyduğu kosmetika qabının içərisidə dəyəri 90 manat olan 01 ədəd qaşlı uşaq qızıl sırğası və dəyəri 100 manat olan göy rəngli müncüqlu 01 ədəd qızıl uşaq kulonu həmin qutu və kometika qabi ilə birlikdə oğurlanmışdır. Sadaladığı yuxarıda qeyd olunan qızıl-zinət əşyalarından dəyəri 2000 manat olan 01 ədəd qalın sadə toxunma qızıl bilərzik, dəyəri 1200 manat olan «Qazelli» firmasına məxsus 01 ədəd qaşlı qızıl üzük, dəyəri 700 manat olan sarı 01 ədəd qaşlı qızıl üzük qaynanası Zərərçəkmiş şəxs2, qalanları isə ona aid olmuşdur. Qaynanası Zərərçəkmiş şəxs2 adətən qızıllarını saxlamaq üçün həmişə ona vermiş, həmin qızıllları öz qızılları ilə birlikdə saxlamışdır.Hadisə nəticəsində oğurlanmış qızıl-zinət əşyalarının ona məxsus hissəsinin ümumi dəyəri 4630 manat, qaynanası Zərərçəkmiş şəxs2 məxsus hissəsinin isə ümumi dəyəri 3900 manat təşkil edir. xx.xx.2022-ci il tarixdə oğurluq hadisəni aşkalayanadək yaşadığı mənzilə kimsə gəlməyib, əri Şahid1 saat 09 radələrində evdən çıxıb işə getmiş, hadisə baş verən anadək evdə o və iki övladı olmuşdur. Mənzilə kiminsə gəlməsini görməmiş və heç bir şey hiss etməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 kompleks məhkəmə fiziki-kimyəvi-əmtəəşünaslıq ekspertizanın xx.xx.2022-ci il tarixli 6/3635-6/4726 nömrəli rəyi ilə əlaqədar əlavə dindirilərkən ifadələrdə ekspertizanın yaşadıqları mənzildən oğlurlanmış 1 dəstdən ibarət sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qara .qırmızımtıl sarı rəngli metal kürələr olan bir ədəd qızıl kulon, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyün oğurlandığı övrdə orta bazar qiymətinin ümumilikdə dəyərinin 2620 manat məbləğində olmasının müəyyən etməsi ilə razı olduğunu göstərmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, özünə aid qızıl-zinət əşyalarını saxlamaq üçün adətən gəlini Ayselə verir, o da həmin qızılları yaşadıqları mənzildə öz qızılları ilə bir yerdə saxlayırdı. Aysel də sonuncu dəfə qızılları mənzilin giriş qapısının sağ tərəfində yerləşən onlara aid yataq otağında olan paltar dolabının orta hissəsindəki yuxarıdan aşağı istiqamətdə ikinci rəfdə kvadrat formasında olan ağ rəngli mobil telefon qutusunun içərisinə qoyub saxlamışdır. xx.xx.2022-ci il tarixdə naməlum şəxs tərəfindən həmin hadisə vaxtı ümumi dəyəri təxminən 2500 manat olan “Pandora” markalı bir dəstdən ibarət 01 ədəd qızıl boyunbağlı, 01 ədəd qızıl kulon, 01 cüt qızıl sırğa, 01 ədəd qızıl bilərzik, 01 ədəd qızıl üzük, dəyəri təxminən 800 manat olan üzərində “Versace” firmasının emblemi əks olunmuş 01 ədəd “Versace” markalı qızıl bilərzik, dəyəri 140 manat olan 01 ədəd üzərində “RZA” yazılı qızıl bilərzik, dəyəri 1000 olan brilliant qaşlı 01 ədəd qızıl nişan üzüyü, dəyəri 2000 manat olan 01 ədəd qalın sadə toxunma qızıl bilərzik, dəyəri 1200 manat olan «Qazelli» firmasına məxsus 01 ədəd qaşlı qızıl üzük, dəyəri 700 manat olan 01 ədəd qaşlı qızıl üzük, həmin qutunun üzərinə qoyduğu kosmetika qabının içərisidə dəyəri 90 manat olan 01 ədəd qaşlı uşaq qızıl sırğası və dəyəri 100 manat olan göy rəngli müncüqlu 01 ədəd qızıl uşaq kulonu həmin qutu və kometika qabi ilə birlikdə oğurlanmışdır. Sadaladığı yuxarıda qeyd olunan qızıl-zinət əşyalarından dəyəri 2000 manat olan 01 ədəd qalın sadə toxunma qızıl bilərzik, dəyəri 1200 manat olan «Qazelli» firmasına məxsus 01 ədəd qaşlı qızıl üzük, dəyəri 700 manat olan 01 ədəd qaşlı qızıl üzük ona, qalanları isə Zərərçəkmiş şəxs1 aid olmuşdur. Bu oğlurluq hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 ümumilikdə 4750 manat məbləğində, ona isə ümumilikdə 3900 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 kompleks məhkəmə fiziki-kimyəvi-əmtəəşünaslıq ekspertizanın xx.xx.2022-ci il tarixli 6/3635-6/4726 nömrəli rəyi ilə əlaqədar əlavə dindirilərkən ifadələrdə ekspertizanın yaşadıqları mənzildən oğlurlanmış 1 dəstdən ibarət sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qara .qırmızımtıl sarı rəngli metal kürələr olan bir ədəd qızıl kulon, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyün oğurlandığı övrdə orta bazar qiymətinin ümumilikdə dəyərinin 2620 manat məbləğində olmasının müəyyən etməsi ilə razı olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Yevlax rayonunda bazarda yerləşən və icarə müqaviləsi əsasında işlətdiyi mağazada qızılzinət əşyalarının alğı-satqısı ilə məşğul olur. 22 ilə yaxındır ki, bu işlə məşğuldur. Şahid3 uşaq yaşlarından tanıyır. Onun ovladı Təqsirləndirilən şəxs isə Sevdanın övladı olduğunu bilsə də, onunla münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Sevda mağazaya gələrək ehtiyacı yarandığı üçün qızıl-zinət əşyalarını satdığını bildirərək dəst formasında olan və üzərində “İtaly 585” sözləri yazılmış bir dəstdən ibarət 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl bilərzik, 01 ədəd qızıl üzük, 01 cüt qızıl sırğanı təqdim etdi. O da onları qəbul edərək qızıl materialından olduğunu dəqiqləşdirmiş və tərəzidə çəkərək ümumilikdə 31,5 qram olduğunu müəyyən edib ona həmin qızılların hazırda qramının 80- 81 manata qəbul edildiyini bildirib ümumilikdə 2487 manata alacağını Sevdaya bildirmişdir. Sevda da onunla razılaşmış və o, həmin qızıl əşyalarını qəbul edərək Sevdaya ümumilikdə 2487 manat vermişdir. Sevda da 2487 manat pulu götürərək getdi, qızıllar da onda qalmışdır. Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının sorğusu əsasında həmin qızılların onda olduğunu bildirdikdə onlar onu Yasamal rayon polis orqanına dəvət etmişlər, Şahid3 ona satdığı qızıl zinət əşyalarını könüllü olaraq istintaq təqdim etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, arvadı Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını mənzilin giriş qapısının sağ tərəfində yerləşən özlərinə aid yataq otağında olan paltar dolabının orta hissəsindəki yuxarıdan aşağı istiqamətdə ikinci rəfdə kvadrat formasında olan ağ rəngli mobil telefon qutusunun içərisinə qoyub saxlamışdır. O, həmin qutunun orada saxlanıldığını bilsə də, uzun müddətdir ki, ora baxmamışdır. xx.xx.2022-ci il tarixdə, saat 09 radələrində evdən çıxıb 28 May Metrostansiyasının yaxınlığında yerləşən mənzildə santexnik işi görmək üçün getmiş və orada işləmişdir. Həmin gün saat 16:07 radələrində arvadı Zərərçəkmiş şəxs1 zəng edərək qızıl zinət əşyalarının oğurlanmasını bildirmiş, o da dərhal evə gəlmiş və oğurluq hadisəsinin baş verdiyi qənaətinə gəlib təxminən 2000 manatlıq qızıl zinət əşyalarının oğurlanması barədə DİN-in 102 Xidməti-zəng Mərkəzinə məlumat vermişdir. Hadisə nəticəsində ona məxsus qızılzinət əşyası oğurlanmamışdır, oğurlanan qızıllar yalnız anası Bəsti və arvadı Ayselə məxsusdur. xx.xx.2022-ci il tarixdə oğurluq hadisəsinin aşkalananadək yaşadıqları mənzilə kiminsə gəlib getməsi barədə arvadı Zərərçəkmiş şəxs1 soruşduqda o mənzilə kimsənin gəlmədiyini, yalnız onun özünün və iki övladının mənzildə olduqlarını bildirmişdir. Qızılzinət əşyalarının oğurlandığı aşkarladıqdan sonra mənzildə digər əşya və hissələrdə hər hansı dağınıqlıq, zədə və ya diqqətini cəlb edəcək digər hal müşahidə etməmişdir. Qızılzinət əşyalarını qeyd etdiyi formada və qeyd etdiyi yerdə saxlamasını arvadı Zərərçəkmiş şəxs1, anası Zərərçəkmiş şəxs2 və ondan başqa heç kim bilməmişdir. Sonradan arvadı Zərərçəkmiş şəxs1 ona dediklərindən ehtimal edir ki, mənzilin giriş qapısının açıq qalması səbəbindən naməlum şəxs mənzilə daxil olaraq həmin oğurluq hadisəsini törətmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Elşad ona Bakı şəhərinə getdiyini bildirmiş, həmin gün gecə saat 23:30-radələrində oğlu Təqsirləndirilən şəxs Yevlax şəhərinə yaşadığı evə qayıtmışdır. Həmin vaxt söhbət zamanı oğlu Təqsirləndirilən şəxs ona bir dəst formasında olan 01 ədəd boyunbağı, 01 ədəd kulon, 01 ədəd üzük, 01 ədəd bilərzik, 01 cüt sırğanı göstərib onların dostuna məxsus olduğunu, satması üçün ona verdiyini bildirərək onları satmağını xahiş etmişdir. O isə qeyd olunan qızıl əşyalarını Elşaddan tam şəkildə götürmüşdür. Oğlu Təqsirləndirilən şəxs götürdüyü qızıl əşyalarını götürüb xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Yevlax şəhərində bazarda yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına getmişdir. Həmin mağazada qızıl əşyalarının alqı- satqısı ilə məşqul olan Şahid2 ehtiyacı yarandığı üçün qızıl-zinət əşyalarımı satmaq istədiyni bildirərək oğlu Təqsirləndirilən şəxs ona satmaq üçün verdiyi bir dəst formasında olan 01 ədəd boyunbağı, 01 ədəd kulon, 01 ədəd üzük, 01 ədəd bilərzik, 01 cüt sırğanı göstərmişdir. Şahid2 həmin qızıl zinət əşyalarını qəbul edərək qızıl materialından olduğunu dəqiqləşdirmiş və onların hər birini elektron tərəzidə çəkib qiymətlərini hesablamış, ümumilikdə 2487 manat təşkil etdiyini bildirmişdir. O da həmin qiymətlə razılaşmışdır. 2487 manat pulu Şahid2 götürüb qeyd olunan qızıl əşyaları ona təhvil vermişdir. Həmin qızıl əşyalarının oğurluq olduğunu bilmədiyi üçün onları satdığı Şahid2 da bu barədə məlumatsız olmuşdur. Şahid2 pulu götürüb yaşadığı evə qayıtmışdır. Həmin pulun hamısını, yəni 2487 manat pulu oğlu Təqsirləndirilən şəxs vermişdir. Elşad həmin puldan 300 manatını evə ərzaq almaq üçün vermiş, pulun qalan hissəsini özündə saxlamış və həmin pulun sonrakı aqibəti barədə məlumatı olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 iyun 2022-ci il tarixli “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılarkən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən ev 3 saylı göstərərək xx.xx.2022-ci il tarixdə saat 13 radalərində hər hansı bir mənzildən oğurluq etmək məqsədilə gəldiyini, həmin binanın ikinci blokuna daxil olduğunu, blokun girişində çöldə qoyulmuş oturacaq olduğunu görüb bir qədər orada əyləşib gözlədiyini, az sonra bir nəfər azyaşlı oğlan uşağının pilləkanlardan düşdüyünü, həmin üşaq binanın blokundan çıxıb az müddət keçəndən sonra əlində çörəklə geri qayıdıb pilləkanlarla yuxarı qalxdığını gördüyünü, uşağın daxil olduğu mənzilin qapısının bağlanma səsini eşidib pilləkanlarla yuxarı ikinci mərtəbəyə qalxıb oradakı iki mənzilin qapısının açıq olub-olmadığını əli ilə yoxladığını, həmin mənzillərin giriş qapıların hər ikisi bağlı olduğu üçün birinci mərtəbəyə enəndə sol tərəfdə yerləşən mənzilin, yəni 19 saylı mənzilin giriş qapısının açıq olub-olmadığını əli ilə yoxladıqda qapının açıq olduğunu gördüyünü və səssizcə içəri daxil olaraq mənzilin dəhlizində sol tərəfdə yerləşən mətbəxtə bir nəfər uşaqla qadının danışıqlarını eşitdiyini, onlardan gizli olaraq vaxt itirmədən mənzilin giriş qapısının sağ tərəfində yerləşən qapısı açıq vəziyyətdə olan yataq otağına daxil olduğunu, orada giriş qapısının sağ tərəfində olan paltar dolabının orta hissəsindəki yuxarıdan aşağı istiqamətdə ikinci rəfdə kvadrat formasında olan ağ rəngli qutu gördüyünü, həmin qutunu götürərək içərisinə baxdıqda orada qızıl-zinət əşyalarının olduğunu gördüyünü və onları gizli olaraq qutu ilə birlikdə götürərək dərhal gizli talayıb oğurlayaraq həmin mənzili tərk etdiyini bildirib əyani olaraq göstərməklə ifadəsində bildirdiyi halları və faktları təsdiq etmişdir (cild 01, səh. 165-173). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 avqust 2022-ci il tarixli “əşyaların tanınması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 3, mənzil 19 saylı mənzildən xx.xx.2022-ci il tarixdə oğurladığı qızıl-zinət əşyalarından Yevlax şəhərində qızıl-zinət əşyalarının alqı-satqısı mağazasında işləyən X1 və onun xx.xx.2022-ci il tarixdə istintaqa könüllü olaraq təqdim etdiyi və xx.xx.2022-ci il tarixli protokol əsasında götürülmüş bir dəstdən ibarət üzərində sarı, gümüşü, qara, qırmızımtıl sarı rəngli metal kürələr olan bir ədəd qızıl qızıl kulon, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük tanma üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanıma üçün vahid nüsxələrdə təqdim edilmiş, həmin qeyd olunan qızıl zinət əşyalarını tanıyaraq ona məxsus qızıl zinət əşyaları olduğunu təsdiq etmişdir (cild 02, səh. 143). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 25 avqust 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı təqsdiq edərək hadisə vaxtı mənzilin yataq otağında olan paltar dolabının orta hissəsindəki yuxarıdan aşağı istiqamətdə ikinci rəfdə heç bir dəyəri olmayan kvadrat formasında olan ağ rəngli mobil telefon qutusu və kosmetika qutusunun içərisinə qoyub saxladıqları gəlini Zərərçəkmiş şəxs1 məxsus dəyəri 2620 manat olan bir dəstdən ibarət üzərində sarı, gümüşü, qara, qırmızımtıl sarı rəngli metal kürələr olan bir ədəd qızıl kulonu olan bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük, dəyəri 800 manat olan 01 ədəd “Versace” markalı qızıl bilərzik, dəyəri 140 manat olan, üzərində “RZA” yazısı həkk olunmuş 01 ədəd qızıl bilərzik, dəyəri 1000 olan 01 ədəd brilliant qaşlı qızıl nişan üzüyü və özünə məzsus dəyəri 2000 manat olan 01 ədəd qalın sadə toxunma qızıl bilərzik, dəyəri 1200 manat olan 01 ədəd «Qazelli» markalı qaşlı qızıl üzük, dəyəri 700 manat olan 01 ədəd qaşlı qızıl üzüyü, həmin qutunun üzərində olmuş heç bir dəyəri olmayan kosmetika qabının içərisdə gəlini Zərərçəkmiş şəxs1 məxsus dəyəri 90 manat olan 01 ədəd qaşlı qızıl uşaq sırğası və dəyəri 100 manat olan 01 ədəd göy muncuqlu qızıl uşaq kulonunu yerləşdirildikləri həmin qutu və kosmetika qabı ilə birlikdə oğurladığını, bu oğlurluq hadisəsi nəticəsində gəlini Zərərçəkmiş şəxs1 ümumilikdə 4750 manat, ona isə ümumilikdə 3900 manat məbləğində maddi ziyan dəydiyini bildirmişdir (cild 02, səh. 169- 172). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Şahid3 arasında keçirilmiş üzləşdirmə zamanı Şahid3n üzünə qarşı ifadəsini təsdiq edərək Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 3 ünvanında yerləşən 19 saylı mənzildən oğurladığı bir dəstən ibarət 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl üzük, 01 ədəd bilərzik, 01 cüt sırğanı dostunun ona satmaq üçün verdiyini təsdiq etmiş və üzərində “RZA” yazısı həkk olunmuş qızıl bilərziyi və başqa qızıl zinət əşyalarını vermədiyini bildirmişdir (cild 02, səh. 20-22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Götürmə aparılması haqqında” qərardan görünür ki, Şahid2 könüllü olaraq təqdim etdiyi bir dəstdən ibarət 01 ədəd qızıl boyunbağı, 01 ədəd qızıl kulon, 1 ədəd qızıl üzük, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl bilərzik götürülmüş, baxış zamanı üzərlərində “İtaly 585” yazı və rəqəm göstəriciləri olması müəyyən edilmişdir (cild 01, səh. 92-95). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “qızıl və briliantların alqı-satqı kitabına baxış keçirmə haqqında” protokoldan görünür ki, kitabın üzərində əl yazma ilə “Zümrüd qızıl mağazası, adı Rafiq, Soyadı Aslanov, qızıl və brilliantların alqı satqı kibatı sözləri yazılmışdır. Həmin kitabda “Alqı satqı qəbzi” adlanan 120 vərəq var. Həmin vərəqlərin arxa tərəfi boşdur. 1-ci vərəqədən 69-cu vərəqdə daxil olmaqla alqı satqı ilə əlaqədar alqı satqı qəbzləri tərtib edilmişdir. 70-ci vərəqdən 99-cu vərəqə kimi boş qalmışdır. Həmin kitabın 67-ci vərəqəsində “ALQİ-SATQİ QƏBZİ xx.xx.2022-ci il, təhvil verənin adı: Sevda soyadı, atasının ad Əliyev Talışxan qızı, Pasport: aa№2642132 Verilib:Yaşadığı ünvan: Baxşeyiş küçəsi.Tel 6-337-83-14 .mob:a) təhvil verilən qızıl əşya öz şəxsi malımdır, satdığım mal mübahisəli deyil, hüquq-mühafizə orqanları tərəfindən həbs qoyulmayıb. Alqı-satqıda göstərilən şərtlər pozulduğu halda bütün cavabdehlik təhvil verənin öz üzərinə düşür və bundan ötəri mağaza heç bir məsuliyyət daşımır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177,178-ci maddələrinə əsasən satılan mal oğurluq olarsa həmən şəxs barədə hüquq mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunacaq. Alınan malın pulu danışıq yolu ilə nəqd ödənilir. Cədvəl № Malın adı: bir dəst qızıl boyunbağı, qızıl klon, qızıl bilərzik, qızıl üzük, 01 cüt qızıl sırğa, ölcü vahidi:31,5 qram sayı 6 alış qiyməti 2487 m. Mal özümə məxsusdur, Özüm satıram, qeyri qanuni deyil, Cavabdehəm. İmzamla təsdiq edirəm. İmza, Qəbul edənin imzası: imza” qeyd edilmişdir (cild 01, səh. 88-91) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev küçəsindəki 3 saylı binanın 1-ci mərtəbəsində yerləşən 19 saylı mənzil olması, mənzilin bir dəhliz, iki yataq otağı, bir qonaq otağı, bir mətbəx, bir hamam və bir sanitar qovşaqdan ibarətdir, mənzilin dəmir barmaqlıqla örtülü dörd pəncərəsi mövcud olması, giriş qapısı dəmir konstruksiyalıdır, mənzildə mühafizə və ya müşahidə kameraları quraşdırılmaması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs1 qızıl-zinət əşyalarını mənzilin giriş qapısının sağ tərəfində yerləşən yataq otağında olan paltar dolabında saxladığını göstərərək həmin dolabdan qızıl zinət əşyalarının oğurlandığını bildirmişdir, baxış zamanı mənzildən və mənzilin giriş qapısının üzərindən əl izləri aşkar edilərək 23 ədəd lent kəsiyinə köçürülmüş, həmçinin mənzilin giriş qapısının üzərində olan həmin qıfıl mexanizminin içliyi və iki ədəd açarları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, səh. 7-17) İş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Fərruz oğlu tək Şəfayət Mehdiyev küçəsi ilə Akim Abbasov küçəsinin kəsişdiyi yerdə Şəfayət Mehdiyev küçəsi istiqamətdən gələrək yolu piyadalar üçün nəzərdə tutulmuş yolun nişanlanmış hissəsi ilə tək halda iti addımlarla hərəkət edərək saat 13:41:30-da Akim Abbasov küçəsinin kənarına tərəf keçməsi və orada dayanararaq siqaret keçməsi müşahidə olunur, daha sonra isə müşahidə kamerasının hərəkətdə olmaqla fırlandığından sonradan həmin yerdən hansı istiqamətə getməsi müşahidə olunmur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidməti tərəfindən xx.xx.2022-ci il tarixli 003-12097-1222 nömrəli məktubla istintaqa daxil olmuş, yuxarıda göstərilən hadisəyə aid məlumatları özündə əks etdirən 5 ədəd DVD disk elektron maqnit məlumat daşıyıcısı obyektiv həqiqəti təsdiq etdiyindən iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılmışdır. Hadisə yerindən götürülmüş məhkəmə trosoloji ekspertizaya təqdim edilmiş 7 saylı daktilolentin səthindəki “a”,“b” əl-barmaq izləri, 7 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi onun sağ əlinin şəhadət barmağından və 8 saylı daktilolentin səthindəki əl-barmaq izi, CD diskin yaddaşına yazılmış Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əl-barmaqlarının izləri xx.xx.2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında əlavə edilməklə cinayət işinin materiallarında saxlanılır. Təqsirləndirilən şəxs tərəfindən oğlurlanmış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1 dəstdən ibarət sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qara .qırmızımtıl sarı rəngli metal kürələr olan bir ədəd qızıl kulon, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyün dəyəri yuxarıda göstərilən kompleks məhkəmə-fiziki-kiməyəvi- əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilən qiymət real olduğundan xx.xx.2022-ci il tarixli qərarı ilə əsas götürülmüşdür. 1 dəstdən ibarət sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qara «qırmızımtıl sarı rəngli metal kürələr olan bir ədəd qızıl kulon, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük xx.xx.2022-ci il tarixli qərarımla iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin qurtarması ilə əlaqədar proses iştirakçıları cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmə baxışınadək məsul saxlanıması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Hadisə yerindən götürülmüş, qıfıl mexanizminin içliyi və iki ədəd açarları xx.xx.2022-ci il tarixli qərarımla maddi sübut kimi tanınmış, cinayət işinin qurtarması ilə əlaqədar proses iştirakçıları cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məsul saxlanıması üçün Yasamal Rayon Polis idarəsinə təhvil verilmişdir (cild 02, səh. 173-196, 230) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 011-6789-1222 nömrəli məktubdan görünür ki, aparılmış müqaisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 4 ədədi ( ADİS-in məlumat Bankına BƏSİİ və Xətai RPİ-dən daxil olmuş) xx.xx.1990-cı ildə Yevlax şəhərində doğulmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhatəd və orta (03 ədəd ) barmağının əksi ilə eynilik təşkil etmişdir (cild 01, səh.70-71). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-8040-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əl-barmaq izlərinin əksləri dakitloskopik xəritəyə və 1 ədəd CD diksin yaddaşına köçürülərək istintaqa təqdim edilmişdir (cild 02, səh.10-12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının xx.xx.2022ci ci il tarixli 3/997 nömrəli rəyi ilə təsdiq olunur ki, hadisə yerindən götürülmüş ekspertizaya təqdim edilmiş 23 ədəd daktilolentlərdən 7 saylı daktilolentin səthindəki “a”,“b” əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 7 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi onun sağ əlinin şəhadət barmağından və 8 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin orta barmağından qalmışdır (cild 02, səh.99-127). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının xx.xx.2022ci il tarixli 6/3635-6/4726 nömrəli ekspertiza rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs1 qızına məxsus olmaqla Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış qızıl zinət əşyalarından araşdırma zamanı tapılaraq götürülmüş «Pondora» markalı bir dəstdən ibarət 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl kulon, 1 ədəd qızıl bilərzik, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzüyün sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qara,qırmızımtıl-sarı rəngli metal kürələr olan kulonlu-boyunbağı-qolbaq-sırğa cütü-üzük dəstidir, üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 30,82 qramdır. Məmulat küstar üsulla hazırladığı üçün istehsal yerini müəyyən etmək mümkün olmamışdır. Həmin ekspertizaya təqdim edilmiş həmin dəstin 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 2620,0 manat müəyyən edilmişdir (cild 02, səh.86- 89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının xx.xx.2022ci ci il tarixli 3/886 nömrəli rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş silindrik mexanizmin səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində mexaniki təsir nəticəsində, fiziki qüvvənin təsiri nəticəsində, o cümlədən, kənar alətin təsirindən yaranmağa xarakterik olan izlər və zədələr yoxdur. Həmin silindrik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, ştat açarına uyğunlaşdırılmış açarla və ya alət ilə, o cümlədən, kənar predmetlə izqoymadan açılması mümkündür (cild 02, səh. 90-93). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Məhkəmə X2 Publik Hüquqi şəxsin kompleks məhkəmə-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 891 saylı rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs yüngül əqli gerilik (debillik dərəcəsində oliqofreniya) müəyyən olunur. Təqsirləndirilən şəxs müəyyən edilən yüngül əqli gerilik (debillik dərəcəsində oliqofreniya) psixi xəstəlik hesab edilmir və kəmağıllılıq kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs qeyd olunan kəmağıllıq əlamətləri o dərəcədə ifadə olunmayıb ki, onu öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM- nin 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik aşkar olunur. Hövsələsizlik, məsuliyyətsizlik, səthilik, emosional qeyri- sabitlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında yüngül gerilik əlamətləri müəyyən edilməsinə baxmayaraq sosial adaptasiya olunması, məktəbə getməməsinə baxmayaraq elmi vərdişləri (saymaq, yazmaq, oxumaq) qazana bilməsi, məişət mövzularında kifayət qədər məntiqli danışması və fikir yürütməsi ilə əlaqədar belə qənaətə gəlinir ki, o, qərarın təsviri hissəsində göstərilən etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs hüquqazidd hərəkətlər etməzdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs əqli inkişafında yüngül əlamətləri müəyyən edilir (cild 02, səh.94-98) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 28-ci PB-nin 094-13582-1222 saylı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri Yasamal rayonu Ş.Mehdiyev küçəsindəki 3 saylı evin 1-ci mərtəbəsində yerləşən 19 saylı mənzildən Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış qızıl zinət əşyalarından - bir ədəd ağ rəngli mobil telefon qutusunun içərisində 01 ədəd “Versace” markalı qızıl bilərziyi, üzərində “RZA” yazısı həkk olunmuş 01 ədəd qızıl bilərzik, 01 ədəd brilliant qaşlı qızıl nişan üzüyü və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd qalın sadə toxunma qızıl bilərzik, 01 ədəd «Qazelli» markalı qaşlı qızıl üzük, 01 ədəd qaşlı qızıl üzük, kosmetika qabını içərisinə Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd qaşlı qızıl uşaq sırğası və 01 ədəd göy muncuqlu qızıl uşaq kulonun olduqları yerləri müəyyən etmək mümkün olmamış, iş üzrə müvafiq əməliyyat tapışırları tərtib olunaraq icra üçün ərazi aidiyyəti üzrə Yasamal RPİ-nin 28-ci PB-nə göndərilmiş, lakin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 02, səh.128). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və məhkəmə hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək İxtisaslaşdırılmış psixotriya stasionarında məcburi müalicəyə göndərilmiş, xx.xx.2005-ci il tarixdə Salyan Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 70-ci maddə tətbiq edilməklə 2 il müddətinə azadıqdan məhrum edilməklə həmin müddət ərzində şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2006-cı il tarixdə Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 67.1-ci maddə tətbiq edilməklə 3 il 4 ay 2 gün müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2009-cu il tarixt 662 saylı əfv fərmanına əsasən cəzasının çəkilməmiş hissəsinqdən azad edilmişdir. xx.xx.2010-cu il tarixdə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublika Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.3, 234.1. və 326.2-cü maddələri ilə təqsirli bilinərək 66.3, 93.14-cü maddələri tətbiq edilməklə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur. Şəki Rayon Məhkəməsinin 21,12.2017-ci il tarixli qərarı ilə cəzası 7 il müddətinə endirilmiş və cəzasını çəkib qurtardığı üçün azad edilmişdir. xx.xx.2018-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddələri ilə təqsirli bilinərək 2 il 06 ay müddətinə azadıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3,234.1-ci maddələri ilə təqsirli bilinərək 66.2, 66.5-ci maddələri tətbiq edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 10 ay vaxından əvvəl şərti olaraq azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və məhkəmə zalından həbs edilmişdir (cild 02, səh.49-52,57-73). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət törənməsində şübhə yarandıqda şəxsintutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutularaq saxlanılması üçün Yasamal RPİ-nin MSY-nə yerləşdirilmişdir (cild 01, səh. 105-106,108). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-519/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi üçün Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir (cild 01, səh. 134- 135,179-180). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 177.2.3,234.1-ci maddələri ilə təqsirli bilinərək 66.2, 66.5-ci maddələri tətbiq edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuşdur, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 10 ay vaxından əvvəl şərti olaraq azad olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və məhkəmə zalından həbs edilmişdir. O, sonuncu cəza çəkilib qurtarmadan və məhkumluq ödənilmədən o, yuxarıda göstərilən cinayət əməlini törətmişdir. Nəticədə onun əməllərində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Belə ki, Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən isə şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə-məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə qeyd edilən residiv halını cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı giriş qapısının üzərindən götürülmüş qıfıl mexanizminin içliyi və iki ədəd açarlar məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 1 dəstdən ibarət sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qara qırmızımtıl sarı rəngli metal kürələr olan bir ədəd qızıl kulon, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş məhkəmə trosoloji ekspertizaya təqdim edilmiş 7 saylı daktilolentin səthindəki “a”,“b” əl-barmaq izləri, 7 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi və 8 saylı daktilolentin səthindəki əl-barmaq izi, 05 ədəd DVD və 1 ədəd CD markalı disk elektron maqnit məlumat daşıyıcıları cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məhkəmə iqtisad ekspertizası, 64 manat məhkəmə trosoloji ekspertizası, 161,11 manat məhkəmə daktiloskopik ekspertizası xərcə olmaqla cəmi 325 (üç yüz iyirmi beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 1(004)-477/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Təqsirləndirilən şəxs vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı giriş qapısının üzərindən götürülmüş qıfıl mexanizminin içliyi və iki ədəd açarlar məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 dəstdən ibarət sarı rəngli metaldan, üzərində sarı, gümüşü, qara qırmızımtıl sarı rəngli metal kürələr olan bir ədəd qızıl kulon, bir ədəd qızıl boyunbağı, bir ədəd qızıl qolbaq, bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük zərərçəkmiş Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən götürülmüş məhkəmə trosoloji ekspertizaya təqdim edilmiş 7 saylı daktilolentin səthindəki “a”,“b” əl-barmaq izləri, 7 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi və 8 saylı daktilolentin səthindəki əl-barmaq izi, 05 ədəd DVD və 1 ədəd CD markalı disk elektron maqnit məlumat daşıyıcıları cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məhkəmə iqtisad ekspertizası, 64 manat məhkəmə trosoloji ekspertizası, 161,11 manat məhkəmə daktiloskopik ekspertizası xərcə olmaqla cəmi 325 (üç yüz iyirmi beş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar