Məhkəmə qərarları › İş №1(004)-44/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-44/2024

03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-44/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 18:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1976-cı ildə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, S.Əsədov küçəsi ev 4, mənzil 8-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs real əsaslara söykənən hədələr səsləndirərək öldürməklə hədələmişdir. Belə ki, o, 20 oktyabr 2022-ci il tarixdə saat 08:00 radələrində ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs arvadı Şahid1 xərclədiyi pulları onun ödəməsini tələb etməsi səbəbindən baş vermiş münaqişə zamanı üzərində olan soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağını çıxardıb nümayiş etdirməklə Zərərçəkmiş şəxs qarşı real əsaslara söykənən hədələr səsləndirərək öldürməklə hədələmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 08 radələrində övladını Yasamal rayonunda yerləşən 20 saylı tam orta məktəbə oxuduğu üçün ora dərsə aparmış və övladını sinifə yola salmışdır. O, məktəbdən çıxarkan evə getməkdən ötəri dayanacaqa yaxınlaşmışdır. Bu zaman ona əvvəllər tanıdığı Azər adlı şəxs yaxınlaşaraq ondan pul tələb etmiş və bildirmişdir ki, dostu Emin onun arvadına xərclədiyi pulu qaytarmaq lazımdır. O, həmin vaxt Azərə bildirmişdir ki, «mənim Sizə verəcəyim pul yoxdur bundan başqa mənə ümumiyyətlə pul verməmisiniz». Həmin vaxt o, Azərin yanında gedərək 18 saylı avtobusa minmişdir. Bu zaman Azər onun ardınca düşmüşdür. Onlar Azərlə birlikdə İçəri Şəhər metrostansiyasının yaxınlığında avtobusdan enmiş və Azər yaxınlıqda olan polis əməkdaşlarını çağıraraq sonunculara guya onun üstünə bıçaq çıxartmağını bildirmişdir. Bu zaman polis əməkdaşları onu saxlayaraq 9-cu polis bölməsinə aparmışlar. Sonradan hadisə 26 polis bölməsinin ərazisidə baş verdiyi üçün ora aparmışlar. 26 PB-də o, ərizə və izahat vermiş, üzərində olan 1 ədəd bıçaqı polis əməkdaşları götürmüşlər. O, Emin adlı şəxsi telefon vasitəsi ilə tanımış, həmin vaxt ondan arvadına xərclədiyi pulları tələb edirmiş, lakin o, Emini üzdən tanımırmış, o, Emini hadisə baş verən vaxt polis bölməsində tanımışdır. Onların vəkilə ehtiyacı olduğu üçün övladı oxuduğu məktəbin sinif yoldşının valideyni Emini arvadı Gülnarla tanış etmişdirlər. O, Eminin üstünə bıçaqla hücüm etməmiş, ölümlə hədələməmişdir. Bıçağı suvenir məqsədi ilə daşıyırmış, həmin bıçaqla sürücü işlədiyi müddətdə üstünə açarlarını taxmaq üçün istifadə etmişdir. İfadəsinin sonunda ittiham olunduğu cinayət hadisəsi ilə bağlı heç bir əlaqəsinin olmamasını nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını və ona qarşı verilmiş mülki iddianın rədd edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə bağlı ona verilmiş suala cavab olaraq bildirmişdir ki, o, məktəbdən çıxarkan evə getməkdən ötəri dayanacağa yaxınlaşmışdır. Bu zaman yeraltı keçidə düşərkən arxadan bir nəfərin “eskalatra düşür” dediyini eşitmişdir. Sonra, ona əvəllər tanıdığı Azər adlı şəxs yaxınlaşaraq ondan pul tələb etmiş və bildirmişdir ki, dostu Eminin onun arvadına xərclədiyi pulu qaytarmaq lazımdır. Mən həmin vaxt Azərə bildirmişəm ki, «mənim Sizə verəcəyim pul yoxdur bundan başqa mənə ümumiyyətlə pul verməmisiniz». Həmin vaxt Azər mənim qolumdan tutaraq kəmərimin üstündə olan bıçağa əlini uzatmış və demişdir ki, sən üstündə bıçaq gəzdirirsən?. Və bu anda bıçağı açmış və mənim əlimə vermişdir. Kənardan bir nəfərə çək videoya bıçaqla üstümüzə gəlir deyə bildirmişdir. Mən vəziyyətin pis olduğunu görüb qaçmaq üçün 18 saylı avtobusa minmişəm. Bu zaman Azər mənim ardımca düşmüşdür. Biz Azərlə birlikdə İçəri Şəhər metrostansiyasının yaxınlığında avtobustan enmiş və Azər yaxınlığda olan polis əməkdaşlarını çağırmışdır. O Azərlə əvvəllər görüşdüyü üçün onu tanımışdır, lakin Emin adlı şəxsi telefon vasitəsi ilə tanımış, həmin vaxt ondan arvadı Gülnara xərclədiyi pulları tələb edirmiş, lakin o Emini üzdən tanımamışdır, Emini hadisə baş verən vaxt polis bölməsində tanımışdır. O, Eminin üstünə bıçaqla hücum etməmişdir, ölümlə hədələməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında tanışı Zərbəliyeva Günel adlı şəxs ona zəng edərək sonuncuya yaxın bir şəxs olduğundan, valideyn yoldaşı Gülnar adlı qadının ailəsində problemlər olduğunu və yoldaşından ayrılmaq qərarına gəldiyindən hüquqi məsləhətə və köməyə ehtiyacı olduğundan onun nömrəsini Gülnara vermək üçün müraciət etmişdir. O, isə Günelə heç bir problem olmadığını bildirmişdir. Bundan sonra Gülnar ona zəng edərək nömrəsini tanışı Günel adlı qadının verdiyini və onunla görüşüb köməklik göstərməyini bildirmişdir. O, isə Gülnara boş vaxtı olduğu zaman xəbər verəcəyini, o zaman görüşə biləcəyini bildirmişdir. Bir müddətdən sonra Gülnar yenə onunla əlaqə saxlayaraq israrla görüşmək istədiyindən, o, sonuncuya vaxtı məhdud olduğundan ayaqüstü hardasa görüşə biləcəyini bildirmişdir. Belə ki, onlar Yasamal rayonu ərazisində yerləşən, Şərifzadə küçəsində olan “Şəbəkə” olan məkanda görüş təyin etmiş və Gülnar həmin azyaşlı oğlan övladı ilə birlikdə gəlmişdir. Həmin vaxt Gülnar yoldaşından boşanmaq istədiyini bildirmişdir və sonuncu onun üzünə baxaraq ara-sıra gülümsəməyə başlamışdır. Əslində Gülnarın hərəkəti ona biraz müəmmalı və qeyri-adi gəlmişdir. Bu görüşdən sonra Gülnar ona zəhmət haqqını verəcəyini söz vermiş və birdə onun məhkəməyə gəlməməyini bildirmişdir. Çünki dediyinə görə yoldaşı Rəşadət çox qısqancdır və onun işi ancaq boşanmaq haqqında ərizəni məhkəməyə yazmaqdan və alimentin tələb etməkdən ibarət olacaqmış. Buna baxmayaraq ilk əvvəl o, Gülnardan boşanmamasını, hər bir ailədə çətinlik ola biləcəyini diqqətinə çatdırsada Gülnar inadkarlıq edərək boşanacağını bildirirmişdir. O, yenə Gülnarın istəyi ilə razılaşmış və boşanmaq haqqında ərizənin tərtib edə biləcəyini, eləcədə alimentin məhkəmə qaydasında tutulması qərarından sonra icradan tələb olunmasından, həmçinin bunlarla bağlı ona hüquq verilməsi üçün etibarnamə verilməsinin vacib olduğunu bildirmişdir. Bundan sonra onlar razılaşmışlar ki, bu işlərin müqabilində Gülnar ona 500 manat verəcəkmiş. Lakin sonradan Gülnar yenə ona zəng vuraraq maddi cəhətdən imkanı olmadığını və anası xaricdə Türkiyədə yaşadığından sonuncu ilə danışıb, ondan pul alıb bir neçə ay ərzində verə biləcəyini bildirmişdir. O, yenə Gülnarın dediyi ilə razılaşmış və sonuncunun imkansız olduğunu nəzərə alıb heç bir problemin olmadığını bildirmişdir. Gülnar ona yalvararaq bildirmişdir ki, «ay müəllim çoxsağolun Siz məni anladığınız üçün və mənə dəstək olduğunuza görə, mən həyatımın sonuna ki sizə duaçıyam, sizin necə gözəl ürəyiniz varmış, açığı deyim ki, elə mən Sizin wp.profilinizdəki şəkilinizə baxan kimi sizə qarşı simpatiyam yarandı». O, Gülnarın bu cür xoş münasibətini və ona bu cür yanaşmasını görüb hesab eləmişdir ki, sonuncunun ondan xoşu gəlmişdir. Gülnarın ona qarşı bu cür münasibətini gördükdən sonra, sonuncunun ərli olmasını bildirmiş və biraz düşünməyini tələb etmişdir. Gülnar isə ona bildirmişdir ki, rəsmi nikahda olsa belə əri Rəşadətlə 2 (iki) ildir ki ər-arvad münasibətləri yoxdur və qarşısına məqsəd qoymuşdur ki, sonuncu ilə heç bir zaman bir yerdə olmayacaq. Hətta bildirmişdir ki, əri Rəşadət daim xəyanətlər etdiyindən, ona heç bir diqqət ayırmadığından, ərinə qarşı prinsipiallıq nümayiş etdirərək oda öz növbəsində sonuncuya qarşı xəyanətlər edəcəyini və heç kəsin onun bu işinə qarışa bilməyəcəyini özü özlüyündə haqq qazandırmış olmuşdur. O, nə qədər Gülnarın bu cür hərəkətlərinə və davranışlarına görə düzgün addım atmadığını dəfələrlə bildirsədə, Gülnar bildiyindən əl çəkməyəcəyini israrla bildirmişdir. Beləliklə Gülnar ona yaxınlıq etmək istədiyini və onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, bir qədər fikirləşdikdən sonra Gülnarın təklifi qəbul etmiş və Gülnarla cinsi əlaqədə olmuşdur. Həmin cinsi əlaqə bitdikdən sonra Gülnar bildirmişdir ki, əri Rəşadətin boynunun arxasından indi qan çıxır. Əslində o, Gülnarın bu cür ifadəsinə çox təəcüblü qalmış. Gülnardan həmin vaxt ərindən boşandığını soruşanda sonuncu bildirmişdir ki, artıq ərindən ayrılıb və ərsizdir, istədiyi kimi hərəkət edə bilər. Gülnarla artıq onların münasibəti sevgi münasibətinə çevrildiyindən Gülnar ona heç bir pul verməmiş və nədə ki, o, da yaranmış isti münasibətə görə istəməmişdir. Gülnar ilk vaxtlar onunla pul qarşılığında görüşürmüş. Gülnar onu yaşadığı evə çağıraraq, yemək içmək hazırladığını və evdə tək olduğunu bildirirmiş. Onların görüşü ən çox həftənin 2-ci gününə özünün yaşadığı evdə təsadüf edirmiş. O, həmin vaxt Gülnarın evində olan zaman bir neçə dəfə cinsi əlaqədə olurmuşlar. Hətta Gülnar ona yaşadığı binasının giriş açarını və ev qapısının açarına kimi vermişdir ki, o, rahat sonuncunun evinə gedib-gələ bilsin və heç bir ləngiməsi olmasın. O, Gülnarın evinə getməmişdən öncə evdə kimin olmamasını soruşduqda, Gülnar ona bildirirmiş ki, uşaqlar dərsdədilər axşam çıxacaqlar məktəbdən və ona hər həftənin 2-ci günü görüşüb cinsi əlaqədə olmaq münasibdir. Belə ki, Gülnarla görüşdükdən sonra sonuncu ondan hər dəfə pul istəyirmiş, o, da Gülnarın ona göstərdiyi xidmətə görə, yəni cinsi əlaqədə olduğuna görə 50-100 azn pullar ödəyirmiş və sonralar bank kartına yükləmiş olurmuş. Bir müddətdən sonra Gülnar ona bildirmişdir ki, onu sevir və onunla ömrünün sonuna kimi sevgili olmaq istəyir. Gülnarla aralarında hətta o qədər sevgili kimi münasibəti yaranmışdır ki, Gülnarın ailə üzvləri, yəni anası, bacıları, övladları və digər qohumlarıda onu şəxsən tanıyırmışlar. Gülnarla bir ailə kimi olmuş, yəni Gülnarın uşaqlarının maddi cəhətdən ehtiyaclarını və problemlərini həmişə yaxından köməklik göstərmişdir. Hətta Gülnarın övladları xəstələnəndə o, Gülnarla birlikdə getmiş və elə anlar olmuşdur ki, xəstəxanada olarkən maddi və mənəvi cəhətdən hər zaman daim dəstək olmuşdur. Belə ki, 2021-ci ilin oktyabr ayında Gülnar ona bildirmişdir ki, anasının sənədləri ilə əlaqədar Kürdəmirə getməlidir və ondan getməyinə icazə verməyini istəmişdir. O, isə ona etirazını bildirmişdir ki, tək onun nə işi var yollarda. Lazım olarsa onu aparar, yada ki özü gedər, ona ehtiyac qalmaz. Gülnar isə ona bildirmişdir ki, «gəl bir yerdə gedək rayona, həm ziyarət həm ticarət eliyək». O, ilk vaxtlar istəməmiş, lakin Gülnar ona yalvar-yaxar etdikdən sonra razılaşmışdır. Bundan sonra Gülnarla gün və vaxt təyin etmişlər. Gülnar öz uşağını, yəni oğlu Hüseyni özü ilə götürmüş və onlar ilk əvvəl Şamaxı aşırımında oturmuş, daha sonra isə maşını ilə İsmayıllı və Lahıc rayonlarına gedib gəzmiş olmuşlar. Elə həmin gecəni isə Lahıcda otelde birlikdə gecələmiş və həmin vaxt yenə cinsi əlaqədə olmuşlar. Səhəri gün isə onlar birlikdə maşını ilə Gülnarın anası Rəhimənin sənədləri ilə əlaqədar Kürdəmir rayonuna getmiş olmuşlar. Həmin vaxt rayonda işləri bir neçə saat ərzində həll etsələrdə yarımçıq qalmışdır. Daha sonra isə onlar axşamı Bakıya qayıtmalı olduqlarından yol üstü yenə Şamaxı aşırımında oturub yeyib içdikdən sonra Bakıya qayıtmışlar. Artıq axşam saat 10 radələri olarmış o, Gülnarı oğlu Hüseynlə birlikdə yaşadığı Yeni ünvan 3 ünvanına düşürtmüşdür. Onların Kürdəmirdə işləri yarımçıq qaldığından, Gülnar və anası Rəhimə ona zəng edərək Kürdəmir rayonuna yenidən gedib sənəd məsələni həll etməyi xahiş etmişdir. Belə olan vəziyyətdə o, sonuncuların xahişini nəzərə almış və təxminən 1 həftədən sonra Gülnar yenə oğlu Hüseyni özlərilə götürəcəyini yoxsa evdən tək heç cürə çıxa bilməyəcəyini və buna görə rayonda bir yerdə istirahət edib qala bilməyəcəyini bildirmişdir. Hətta Gülnar ona bildirmişdir ki, «istəyirsən oğlunuda götür bir yerdə qalarlar və bizdə rahat istirahət edərik». O, Gülnarın təklifi ilə razılaşmış və oğlu Muhammədi özü ilə, Gülnarda öz oğlunu, yəni Hüseyni özü ilə götürmüşdür. Onlar birlikdə maşını ilə eyni qaydada rayonları (Ağsu, Göyçay, Lahıc, İsmayıllı və s.) gəzməyə davam etmişlər. Hətta 1 gecəni isə hamısı 3 otaqlı otaqda Lahıcdakı oteldə birlikdə qalmışlar. Səhəri gün səhər və nahar yeməklərini yedikdən sonra isə onlar yollanmış, Kürdəmir rayonuna və Gülnarın anası Rəhimənin sənəd məsələsini həll etməyə. Beləliklə Rəhimənin sənəd məsələsi həll olunduqdan sonra onlar həmin gecəni Bakıya qayıtmışlar. Ümumiyyətlə o, Gülnarla mütəmadi olaraq bir çox əyləncəli məkanlarda oturub yeyib içmişdir. O, Gülnarın bu cür rahat olduğunun səbəbini soruşduqda özünün dediyinə görə, çox vaxt oğlu Hüseyni özü ilə ona görə götürürmüş ki, əri Rəşadət ondan heç vaxt şübhələnməsin və o, da onunla bir neçə saat və yaxud sərbəst vaxtını keçirdə bilsin. O, bir neçə dəfə Gülnardan soruşmuşdur ki, «bəs sən deyirdin ki, Rəşadətdən boşanacaqsan nə oldu, boşanmadın?» Gülnar ona demişdir ki, o, Rəşadəti həyatından birdəfəlik siləcəkdir. O, bunun necə olduğunu və nə cür reallaşdırmaq istədiyini soruşmuş, Gülnar demişdir ki, Rəşadət onun əl ayağına çox dolaşır, sonuncunun yeməyinə, yada ki içkisinə siçan dərmanı qatıb öldürəcək, başqa yolu yoxdur, bununlada Rəşadəti həyatından birdəfəlik siləcək və sonra onunla çox rahat yaşaya biləcək. Hətta ona bildirmişdir ki, əgər onu sonra saxlamış olsalar və yaxud tutmuş olsalar ölüm hadisəsinə görə ona köməklik göstərər. O, dəfələrlə Gülnarı bu yollardan çəkindirərək sonuncuya imkan verməmişdir ki, bu cür qanunsuz hərəkəti etmiş olsun və ona hər şeyin yalnız sivil yolla həll etməyi məsləhət görmüşdür. Bundan sonra Gülnar ona söz vermişdir ki, ona görə heç vaxt belə şeylər etməyəcək. Çünki Gülnarın ona dəfələrlə dediyi sözlərə əsasən onu çox istəyir, hörmət qoyur və onun sözündən heç vaxt yerə salmaz. Beləliklə Rəhimənin həmin sənədlərini Bakıya gətirmiş və burada tam qaydasına salındıqdan sonra, o, həmin sənədləri Rəhimənin yaşadığı Türkiyənin Adana şəhərinə sonuncunun ünvanına dediyi kimi göndərmişdir. Bir müddətdən sonra, yəni 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində Rəhimə Türkiyədən Bakıya gəlmişdir. Bundan sonra onun Gülnarla arasında olan münasibətlər yavaş-yavaş soyumağa başlamışdır. Amma buna baxmayaraq ara sıra onlar bir-birilə danışırmışlar. Gülnarın hərəkətləri və xəyanətləri ona çox pis təsir edirmiş və onların aralarında söz söhbətlər yaranmağa başlamışdır. Onların münasibəti birdən-birə soyuması, yəni Gülnarın ona verəcəyi pulu istəyəndə sonuncunun anası bildirmişdir ki, «sən ondan pul istəyə bilmərsən, çünki Gülnar səninlə gəzib dolanıb, sən gedib başqasıynanda gəzsən 3-4 saatlığına sən ona da pul verəcəksən. Ona görə Gülnarın sənə verəcəyi heç bir pul yoxdur. Sən mənim qızımdan pul istəsən mən səni polisə verəcəm və üzünə duracam ki, bizdən şantaj adıyla pul istəyir. Belə olan təqdirdə o, artıq Gülnarın anası Rəhimənin təsiri altına düşdüyündən biraz səbr etməyə başlamış və Gülnara zəng vurub pulu istəyəndə sonuncu onu anası ilə birlikdə özünü və ailə üzvlərini söyüb təhqir etməyə başlayırmış. Belə ki, bu söz söhbətdən sonra 2022-ci ilin fevral ayında Gülnar ona zəng vuraraq anası Rəhimənin DİN-nin İnsan Alverinə qarşı Mübarizə İdarəsinin İman adlı əməkdaşının həmin İdarəyə təcili çağırdığını bildirmiş və ondan sonuncunun anasından harasa şikayət etdiyini soruşduqda o, heç bir orqana şikayət etmədiyini bildirmiş və bu məsələdən tam xəbərsiz olduğunu bir daha nəzərinə çatdırmışdır. Daha sonra isə Gülnar Qorxmaz qızı ilə onunla yaxınlıq edərək, işsiz olduğundan və maddi cəhətdən sıxıntısı olduğundan işləmək istədiyini bildirmişdir. İlk vaxtlar o, Gülnara hər cür maddi cəhətdən köməklik göstərirmiş və Gülnar ona borcunu nə vaxtsa qaytaracağını bildirirmiş. Bir müddətdən sonra Gülnar ona bildirmişdir ki, birlikdə iş qurub pul qazanmaq niyyətindədir. Belə olan halda onun Gülnara artıq inamı yarandığından və Gülnar daima balalarının canına and içiyindən və aralarında olan münasibətə əsasən etibarı biraz da artmış və heç vaxt düşünməzmiş ki, nə vaxtsa Gülnar onun etibarından sui-istifadə etmiş olar. Gülnarın bu sözlərinə inanıb o, sonuncunu “Sibirskiy Zdorovye” adlı şirkətə işə düzəltdirmiş və həmin an Gülnar ona bildirmişdir ki, «sən biznesə pul qoyacaqsan, mən isə satışla məşğul olacam. Bundan sonra həmin qazancı yarı böləcəklər. Həmçinin Gülnarın təklifi ilə bu işlə əlaqədar birlikdə İnstagram səhifəsidə yaratmış olacaqlarmış ki, malların satışı yaxşı olsun. O, Gülnara inandığından və etibar etdiyindən hesab eləmişdir ki, Gülnarla iş qurmaq olar. Belə ki, həmin instagram səhifəsi “gulya_baku_40” adından onun tərəfindən qoyulmuşdur, bir müddətdən sonra səhifənin adı dəyişdirilmiş “sağlamhəyat” olmuşdur. Daha sonra Gülnar həmin səhifənin əvvəlki adına qaytarmışdır. Hal-hazırda da həmin səhifənin adı dəyişdirilərək “sibir_saqlıq” kimi fəaliyyət göstərir. İlk vaxtlar bir neçə dəfə həmin instagram səhifəsi ilə mallar satılmış və həmin mallar sifariş olan zaman onunla birlikdə gedib alışını etmişlər. Daha sonra isə Gülnar ona bildirirmiş ki, sifariş olduğundan gedib malları alıb ona gətirsin. O, isə Gülnarın dediyi kimi edirmiş. Bu hal bir neçə dəfə baş vermişdir. Hətta elə olurmuş ki, Gülnar özünə Kapitakbank da kart açdırmış və ona bildirirmiş ki, o, sonuncunun kartına pul qoyu özü gedib alıb satacaqdır. O, yenə sonuncuya inanıb kartına ayn ayrı vaxtlarda 200+200+100 azn pul qoymuşdur. Bir müddətdən sonra o, Gülnardan pulnan maraqlananda ona bildirmişdir ki, malları nisyə verib guya pulları almayıb. O, Gülnarın sözlərinə inanıb, fikirləşmişdir ki, Gülnar onu aldatmaz və verdiyi vədə əməl edər. Ümumiyyətlə onun Gülnarla iş birliyi 2020-2021-ci illəri əhatə etmişdir. O, hər dəfə Gülnardan pulu istəyəndə sonuncu əvvəllər pulu qaytaracağını və əgər ona vermiş olmasalar işləyib qaytaracağı vədləri vermişdir. Sonuncu dəfə, yəni 2021-ci ilin sonlarından o, Gülnardan pulları istərkən Gülnar ona bildirmişdir ki, ona heç bir pul vermiyəcək, nə istəyirsə gedib onu eləsin, sübut etsin, ona pul verməmişdir, özünü öldürəcək və əvvəlcə yazıb qoyacaq ki, «ölümümün səbəbi sənsən, gör sənin başına nə oyun açıram, mən sənin üzünə duracam ki sən məni şantaj edirsən!» Həmin bu söhbətləri Gülnarın anası Rəhimədə əvvəlcədən bilirmiş və sonuncu da qızı Gülnarı öyrədərək eyni qaydada guya ondan pullarını şantaj niyyətində olaraq özünə qazanc kimi tələb etdiyini şər böhtan atmağa başlamışlar. Bütün bunların hamısı araşdırma zamanı sübut edə bilər. O, Gülnara həm nağd, həmdə bank kartı vasitəsi ilə ödənişlər etmiş və kartımdan çıxarışıda əldə etmişdir. Həmin ödənişlərdə bir sübut olaraq öz əksini tapmışdır. xx.xx.2020-ci ili tarixində səhər saat 8:00 radələrində o, övladını Yasamal rayonu ərazisində yerləşən 20 saylı orta məktəbə aparan zaman qiyabi olaraq tanıdığı son zamanlar şəxsi ədəva zəmnində Təqsirləndirilən şəxs, küçədə insanların gözü və kameraların qarşısında onun üstünə qəflətən gələrək bıçaq çıxardaraq onu öldürmək istəmişdir. Rəşadət onun üstünə gələn zaman demişdir ki, «qaçma gəl bura səni öldürəcəm, səni harda tutsam öldürəcəm. Sən əlimdən heç cürə qurtara bilməyəksən!». Həmin vaxt yanında olan azyaşlı övladı qorxaraq və böyük stress keçirdərək qışqır-bağır edərək ağlamağa başlamışdır. O, özündə böyük stress keçirtmiş olmuşdur. Rəşadət onun sonuncunun niyyətini anladığınıı gördükdə Rəşadət daha da üstünə gəlməyə başlamışdır. Rəşadət onun üzərinə bıçaqla hücum edərkən, həmin an yaxınlıqda olan tanışı və dostu Azər sonuncunun qollarından tutaraq saxlamış və o Azəri itələyərək yenədə onun üstünə biçaqla hücum edirmiş. Həmin an qorxudan, stressdən o, adamlarda kömək etməyə çağırmış və dərhal AR DİN-nin 102 qaynar xəttinə şikayət etmişdir. Bu zaman küçədə olan insanlar Rəşadətə iradlarını bildirmişlər və ictimai qaydanı və asayişi pozmamağı tələb etmişlər. Rəşadət artıq insanların ona təpkisini görüb, eləcədə DİN-nin 102 qaynar xəttinə şikayət etdiyi görüb və polislərin onu tutacaqlarmı görüb əlindəki bıçağı qatdayaraq, həmin vaxt avtobus dayanacağında dayanmış 18 nömrəli avtobusa tez-tələsik minərək hadisə yerindən ayrılmışdır. Belə olan vəziyyətdə dostu Azər sonuncunun cinayət hadisəsindən yayındığına görə və polislərə kömək məqsədilə bərabər həmin avtobusa minmişdir. O, isə öz növbəsində övladının bu hadisə ilə bağlı dərsə gecikdiyindən tez tələsik sonuncunu məktəbə qoyub, avtomobililə həmin avtobusun marşrutu ilə hərəkət etmişdir. Belə ki, yolda Azər ona zəng vuraraq Rəşadətin İçərişəhər metrosunun yaxınlığındakı avtobusda düşdüyünü bildirmiş və yaxınlıqdakı YPX-nin polis əməkdaşından hadisə ilə bağlı məlumat vermiş və yaxınlıqdakı polislər Rəşadəti saxlayaraq Səbail RPİ-nin 9-cu PB-nə təhvil vermişlər. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş maddi və mənəvi zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən şikayətçidir və qanunverciliyə uyğun cəzalandırılmasını və mülki iddianın təmin edilməsini xahiş edir. Ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər canlı şəkildə görməmişdir, onun şəklini Gülnar ona göstərmişdir, həmçinin Təqsirləndirilən şəxslə bir neçə dəfə mobil telefon vasitəsilə danışmışdır, sonuncu onu Gülnardan pul tələb etdiyi üçün hədələyərək təhqir etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 Müşviq oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixində dostu Eminlə maşın məsələsi olduğundan səhər saat 07:30 radələrində görüş təyin etmiş və danışdığları kimi əvvəlcədən bir yerdə Eminin azyaşlı övladı Muhammədi FHN-nin yaxınlığında yerləşən 20 saylı orta məktəbə apararaq sonra işlərini davam etməli olmuşlar. Yolda olarkən Zərərçəkmiş şəxs ona bildirmişdir ki, onu deyəsən Şahid1 əri Rəşadətə oxşayan bir nəfər təqib edir. Çünki Eminin dediyinə görə həmin adam bir neçə gündür ki, azyaşlı övladını məktəbə aparan zaman Eminin yoluna çıxır və ona «qanlı-qanlı» düşmən kimi baxır. Halbuki, Eminin yolu daim Gülnarın dediyinə görə Hüseyn Cavid pr.yerləşən Musiqi Gimnaziyisanm qarşısındakı dayanacaqda 77 saylı avtobusa minib evinə gedir. Bu işlərdə birbaşa Gülnarın əli var və (Gülnarı əri) Rəşadətə onu öldürtmək istəyir, ona görə ki, Gülnarın onunla prinsipləri və düşmənçiliyi vardır. Çünki Gülnardan başqa heç kəs onun hərəkət trayekroriyasını bilmirmiş. Həmçinin Rəşadət telefonda ona daim bildirirmiş ki, «səni öldürəcəm və sən görəcəksən gününü, sən əlimdən heç cür qurtara bilməyəcəksən, geci- tezi var zaman özü göstərəcək». Onlar saat 8:00 radələrində məktəbin yaxınlığında binaların həyətinə çatmış və Emin ona bildirmişdir ki, «Azər sən məni gözlə mən oğlumu aparım qoyub qayıdıram». O, isə Eminə demişdir ki, «gəl səninlə bir yerdə gedək birdən Rəşadət yenə oyun çıxardar heç olmasa yanında olum». Emin ona israrla bildirmişdir ki, narahat olmasın uşağı piyada keçidindən keçib məktəb qoyub tez gəlir. O, nə qədər Eminə desədə Emin yenə bildirmişdir ki, narahat olmasın, özü aparacaq. Eminin ona yolda etdiyi söhbət onun ürəyində qaranlıq qaldığından o, sonuncu ilə bir yerdə maşından düşüb addımlamış və Eminə demişdir ki, «yaxşı qardaşım sən onda yoluna davam elə, mən səni dayanacağın yaxınlığındakı musiqi məktəbinin qabağında gözləyirəm». Həmin musiqi məktəbi isə Hüseyn Cavid pr.FHN-nin üzbəüz yerləşir. Emin oğlu Muhammədi aparmış məktəbə və ondan xeyli aralanmışlar. Görmüşdür ki, sağ salamat getmiş və o, da özü özlüyündə arxayınlaşıb siqaret çəkməyə başlayırmış ki, bir an arxadan qulağına günün pik saatında səs-küy gəlməyə başlamış «gəl hara qaçırsan, qaçma gəl bura səni öldürəcəm, səni harda tutsam öldürəcəm. Sən əlimdən heç cürə qurtara bilməyəksən!» sözləri və uşaq ağlamaq səsi eşidilmişdir. Həmin an tez geriyə dönmüş və görmüşdür ki, Rəşadət sağ əlində Eminin üstünə tərəf qaçır əlində bıçaqla və Emində azyaşı övladının əlində tutaraq geriyə qaçırmış. O, həmin an hadisənin görüb şoka düşmüş və dərhal hadisəyə müdaxilə etməyə başlamışdır. Rəşadət onu görməyirmiş, Rəşadətin sifətində aqressiv baxışlar olmuş və sonuncunun Emini öldürmək niyyətində olduğunu görmüşdür. Sanki bu adam vampirləşmişdir. Rəşadət onun yanından keçdikdən sonra o, sonuncunu arxadan iki qolunu qucaqlamış imkan verməmişdir ki, Eminə və azyaşlıya qarşı hər hansı bir cinayət hadisəsi törətsin. Əgər o, orda olmasaymış Rəşadət Emini öldürmək istəyirmiş. Rəşadətdən əlindəki bıçağı yığışdırmağını və sakitləşməyini tələb etmişdir. Həmin vaxt səhər saatlarında olduğundan küçədə olan insanlarda hadisəni görüb Rəşadətə qarşı sərt təpki və etirazlarını bildirməyə başlamışlar. Həmin vaxt çox gərgin bir vəziyyət olmuş, insanlar bir-birinə qarşımış və Eminin oğlu Muhamməd də möhkəm səslə qışqırıb ağlayırmış «qoymayın atamla məni oğru öldürmək istəyir» deyirmiş. Rəşadəti nə qədər sakitləşdirmək istəsədə sonuncu Emindən əl çəkmirmiş, onu və digər insanları itələyib qışqıraraq deyirmiş ki, «buraxm məni gedib onu öldürəcəm, ay camaat Emin mənim arvadımı şantaj edib mən gedib onu öldürməliyəm». Həmin vaxt Emin Rəşadətə demişdir ki, gözlə AR DİN-nin 102 xidmətinə məlumat vermişəm indi gözlə polislər gəlir. Elə bu an qəfildən Rəşadət tez-tələsik bıçağı yığışdıraraq qatlayıb cibinə qoymuş və dayanacada insanların gözü qarısında qaçaraq 18 nömrəli avtobusa minmişdir. Həmin vaxt o, bilmirmiş neyləsin, Emin ona demişdir ki, «Azər səndə min avtobusa get onunla bərabər və yanında ol, mən polislərə demişəm, uşağı tez məktəbə qoyub gəlirəm arxanızca». O, həmin avtobusa minmiş və sakit formada digər insanlar kimi içtimai asayişə riayət edərək dayanmışdır. Rəşadət onun arasında 3-4 metr məsafə olmuşdur. Müəyyən bir vaxtdan sonra Rəşadət onu görən kimi telefonunu çıxardaraq DİN-nin 102 qaynar xəttinə zəng edərək qərəzli və yalan məlumat verərək guya onun sonuncuya avtobusda hücum etməsini bildirməklə şantaj edirmiş. Həmin an avtobusda olan sərnişinlərdə ona birtəhər baxmağa başlamışlar və demişlər ki, “ yekə adamsan camaata şər atırsan, sənə kim neynir ki, utanmırsan yalandan olmaya şeyləri deyirsən, ayıb olsun sənə!” Rəşadət insanların ona bu cür təpkisini gördüyündən çox keçməmiş, İçəri Şəhər metrosu yaxınlığında olan dayanacaqda tez-tələsik düşmüşdür. O, da sonuncu ilə birlikdə düşmüşdür və dərhal ərazidə xidmət aparan YPX əməkdaşına hadisə ilə məlumat vermişdir ki, belə bir hadisə olmuşdur və zor göstərdiyi bıçağı cibinə qoyub hadisə yerindən uzaqlaşmışdır. Belə olan vəziyyətdə polis əməkdaşı üzərində gəzdirdiyi rabitə vasitəsi ilə polis naryadım köməyə çağırmış və sonuncularda gələn kimi Rəşadəti saxlamışlar, şəxsiyyətini müəyyən etmişlər və Emini öldürmək istədiyi, eləcədə üzərində gəzdirdiyi bıçağı sonuncudan götürmüşlər. Həmin vaxt Emin ona zəng vuraraq harda olmağı barədə soruşmuş, özü isə yolda olmasını bildirmiş və o, da sonuncuya yerləri barədə məlumat vermişdir ki, məsələyə artıq tez polis əməkdaşları müdaxilə etmişlər. Bundan sonra isə Rəşadətin özünü PPX-nin avtomaşının arxasına otuzduraraq bıçaqla bir yerdə Səbail RPİ-nin 9-cu PB-nə təhvil verməyə apararkən, həmin an Emin artıq özünü çatdırmış və onunla bir yerdə özləri polislərin maşınına minərək birlikdə getmişlər. Səbail RPİ-nin 9-cu PB-nə çatmış, Rəşadəti bıçaqla bir yerdə təhvil vermişlər həmin bölmənin polislərinə və hadisəni sənədləşdirmişlər. Daha sonra 9-cu PB-nə sonradan bildiyi Yasamal RPİ-nin 26-cı PB- nin 2 əməkdaşı gəlmiş və Rəşadəti özləri ilə aparmışlar. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə saat təxmini 15:40 radələrində uşaqlarının təhsil aldığı Bakı şəhər Yasamal rayonunda yerləşən 20 saylı orta məktəbin valideynlər kollektivindən ona zəng edilərək bildirmişlər ki, bir şəxs tərəfindən qrup açılaraq onun şərəf və ləyaqətini təhqir edici ifadələrlə mesaj yazmaqla alçaldıblar. Araşdırmanın nəticəsində qrupu açan şəxslərin Zərərçəkmiş şəxs və onun arvadı X3 olduğu ona məlum olmuşdur. Həmin qrup qızının oxuduğu 7B və oğlumun oxuduğu 4Ə sinifinin valideyn və müəllimlərini bu qrupa əlavə edərək ona aid olan videolar atmışlar ki, onu rüsvay etsinlər və qrupa səs ataraq bildirmişlər ki, Gülnarın hələ çılpaq şəkilləri də var, onları da atacaqlar. 21 oktyabr 2022- ci il tarixdə səhər saatlarında Vüsalə ona səs ataraq deyirmiş ki, «gəl məktəbə səni baldızımla gəlib məktəbdə gör nə hala salacağıq». O, da qorxusundan məktəbə uşağını özü apara bilməmişdir. Anasından xahiş etmişdir ki, uşaqlarını məktəbə anası özü aparsın. Anasını uşaqları ilə məktəbə yola saldıqdan sonra Zərərçəkmiş şəxs və sonuncunun arvadı X3 şantaj yolu ilə onu təhdid etmələrinə, onu hədələmələrinə dözə bilməyərək sonuncuların bu rüsvayedici hərəkətlərindən cana doyaraq özünə qəsd etmək qərarına gələrək dərman içib intihara cəhd etməyə çalışmışdır. Həmin an nə edəcəyini bilməyərək evdə əlinə keçən dərmanları ovucuna yığaraq udmuşdur. Daha sonra nələr baş verdiyini bilməmiş, gözünü açdığımda «Semaşko» xəstəxanasının toksokologiya şöbəsində olduğunu görmüşdür. Zərərçəkmiş şəxs uşaqları da onun uşaqları oxuduğu məktəbdə təhsil alırmışlar. Zərərçəkmiş şəxs ondan əvvəl valideynlərə özünü vəkil kimi təqdim etmiş, həmin ərəfələrdə onun ailəsində yaşamağa yer olmadığından vaxtaşırı mübahisələri yarandığı üçün ilk öncə onlara məcburi köçkün kimi ev düzəldilməsinə köməklik etməsini daha sonra isə boşanmaq barədə sənədləşmə işlərinə köməklik etməsini istəmişdir. Beləliklə Eminlə aralarında tanışlıq yaranmağa başlanmışdır. Boşanma işlərini aparması üçün özünü məktəbdə valideynlərə vəkil kimi təqdim edən Emin Əliyedən ona hüquqi yardım göstəməsinin müqabilində ondan 400 manat ödəniş etməli olduğunu bildirmişdir. Bundan sonra Emin onunla bir neçə dəfə zəng edərək görüşmək istədiyini bildirərək onu ofisinə yox, ofis kimi təqdim etdiyi evinə çağırmışdır. Ona hansı sənədləri təqdim edəcəyinin məlumatın verdikdən sonra o, həmin yeri tərk etmişdir. Zərərçəkmiş şəxs bir neçə dəfə onunla telefon danışıqları apararaq müxtəlif ünvanlarda görüş təyin etmiş, lakin məhkəmə işilə bağlı heç bir yazışmalar aparmamışdır. Beləliklə Zərərçəkmiş şəxs ona hüquqi yardım göstərmək əvəzinə başqa cür yaxınlıq etmək niyyətində olduğunu hiss etmiş, ona görə də sonuncu ilə olan əlaqəni kəsmək istəmişdir. Lakin Emin müxtəlif bəhanələrlə ondan ayrılmamaq üçün onu hər cür şantaj və təhdidlərlə hədələyərək ondan ayrılmamağını tələb edirmiş. Bundan sonra Zərərçəkmiş şəxs bir neçə dəfə onu təhdid və şantaj edərək 600 manat dəyərində olan boyunbağısını və qızıl sırğasını lombarda girov qoyduraraq pul götürtmüşdür. Zərərçəkmiş şəxs hədə-qorxu ilə bu günə kimi 1530 manat nəğd pulumu mənimsəmiş, eyni zamanda boğazından 750 əyyarda 500 manat dəyərindəki qızıl klonu ilə birlikdə təqribən 6 qram çəkisi olan boyunbağını dartıb qopararaq götürmüşdür. Zərərçəkmiş şəxs ona qarşı şantaj və təhdidlərinə öz arvadı X4 və özünü gah Azər, gah da Anar kimi təqdim edən dostunu da cəlb etməklə davam etdirmişdir, sonuncular qabaqcadan əlbir olaraq ailəsini dağıtmaq məqsədi ilə əri Təqsirləndirilən şəxs yolunu kəsərək sonuncuya onun barəsində xoşagəlməz alçaldıcı ifadələr işəldərək ərini də hədələmişlər və onun barəsində yalan və böhtan xarakterli məlumatlar deyərək şərəf və ləyaqətini alçatmışlar. Bundan başqa valideynlərlə birlikdə olduğları tədbir zamanı lirik musiqi oxunan zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq rəqs etmək istədiyini bildirmiş, xəbəri və icazəsi olmadan əyilərək onu öpmək istəyən zaman çəkilmiş bir video görüntünü ərinə, bacısının ərinə və övladlarının oxuduğu məktəbin valideynlərindən ibarət yaratdıqları qrupa ataraq onu rüsvay etmişdir. Onlar razılığı olmadan icazəsiz şəxsi həyatı ilə bağlı məlumatları yayaraq ona qarşı qrup şəklində cinayət əməli törətmişlər. Sonuncuların bu təhdid və təhqirlərindən bezərək dəfələrlə daxili işlər orqanlarına və polisin 102 qaynar xəttinə şikayətlər etmişdir. Lakin şikayətləri təmin edilməmişdir. Ona görə də, təkrar Zərərçəkmiş şəxs, sonuncunun arvadı X6 və Zərərçəkmiş şəxs dostu özünü gah Azər gah Anar kimi təqdim etmiş şəxs (077 228- 82-84) saylı nömrədən ona, anası X1, (055 528-98-96) və əri Təqsirləndirilən şəxs (055 782-71-12) saylı nömrələ zəng edərək hədə qorxu gələrək pul tələb etmiş, pulu ödəməyəcəklərini təqdirdə axırımızın yaxşı olmayacağmı bildirərək bizi uşaqlarımla təhdid etmişlər. Zərərçəkmiş şəxs təhdidlərindən əl çəkməyərək az yaşlı qızını güdərək sonuncunun arxasınca düşmüş və hədə qorxu gələrək qorxutmuşdur. Emindən bu əməllərinə son qoymağı tələb etməyinə baxmayaraq sonuncu hal-hazırda kirayədə yaşadığı X14 Bünyadzadə küçəsi ev 6, mənzil 69 ünvanına gələrək əri Təqsirləndirilən şəxs güdmüş, əri işə getdikdən sonra mənzilin qapısını döyərək uşaqlarını qorxutmuşdur. Bundan əlavə Zərərçəkmiş şəxs dəfələrlə ona və az yaşlı qızına təcavüz edəcəyini deyərək onu təhdid etmişdir. Yuxarıda adlarını qeyd etdiyi şəxslər barəsində polis və hüquq mühafizə orqanlarına etdiyi şikayətlər həll edilmədiyinə və sonuncuların barəsində cəza tədbirləri görülmədiyinə görə həmin şəxslər bu gün də onun şəxsi həyatına təhdid və qanunsuz müdaxilə etdikləri üçün özünü öldürmək həddinə çatdırmışlar. Adına olan kapital banka dair 4169 7385 3620 4823 saylı plastik kartını tapmadığı üçün kartı itmiş hesab edirmiş. İndi həmin plastik kartın avtomobildə Zərərçəkmiş şəxs şəklini çəkərək arvadı ilə əlbir olaraq adına açılan valideynlər qrupuna ataraq qeyri etik sözlər yazırlar. Həmin plastik kartdan son bir neçə ay ərzində 2022-ci ilin mart ayından sonra hansı bankomatlardan pul çıxarılması aydınlaşdırılsa hər şey məlum olacaqdır. Ona görə də, xx.xx.2022 -ci il tarixdə günorta saat 1 radələrində adlarına və sayma fikir vermədən bir ovuc dərman içərək intihara cəhd etmişdir. Çünki Zərərçəkmiş şəxs ona hədə qorxu gələrək deyirmiş ki, Yasamal rayon polisi də prokurorluğu da hamısı onu yaxşı tanıyırlar, həm özü belə şərləməklə pullar yeyir, həm də lazımi adamları yedizdirir. Qələmi də iti və güclüdür Ona heç kim heçnə edə bilməz. Ona görə də sonuncular əlbir olaraq qrup şəklində ondan və ailə üzvlərindən şantaj və hədə qorxu ilə pul tələbb edirmişlər. Hətta uşağım təcavüzə məruz qoymaqla hədələyirlərmiş. İcazəsi və razılığı olmadan şəxsi həyatı ilə bağlı məlumatları yayaraq onun şərəf və ləyaqətini alçatmaqda davam edirmişlər. Onun Zərərçəkmiş şəxs barəsində Baş Prokurorluğa, DİN-nə, və sair aidiyyət üzrə orqanlara xx.xx.2022-ci il tarixdə yazdığı şikayət ərizələrindən sonra Zərərçəkmiş şəxs ondan əl çəkməyərək qanunsuz əməllərin davam etdirməklə onu təhqir və təhdidlər etməyə başlamış, xx.xx.2022-ci il tarixdə onun 055 *** ** ** saylı mobil nömrəmə zəng edərək bacısının əri Rəşadın da niyə onların aralarında olanlardan xəbəri olmamalıdır deyib onu şantaj etməklə pul tələb etmişdir. Bu barədə elə həmin günü xx.xx.2022-ci il tarixdə DİN 102 çağrı xidmətinə və prokurorluğun 961 saylı qaynar xəttinə şikayətlər etdikdən sonra Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 20:24 və 21:26 radələrində yenidən dayısına zəng edərək onun dayısı olmasını aydınlaşdırmaq istədiyini bildiməklə bütün şəxsi həyatı ilə bağlı olan məlumatları yayacağı hədələri ilə onu şantaj edirmiş. Eminin bu qanunsuz əməllərinə isə nə polis tərəfindən nə də prokurorluq orqanları tərəfindən heç bir cəza tədbiri görülməmişdir. Zərərçəkmiş şəxs, arvadı X3 və sonuncuların əlbir olan özünü Eminin dostu kimi təqdim edərək adının gah Anar, gah da Azər olduğunu bildirmiş bu şəxslərdən dəfəlrələ etdiyi şikayətlər araşdırılmadığından təkrar aidiyyəti qurumlara şikayətlər yazaraq onu intihara cəhd etməyə məcbur etmiş, şəxsi həyatı ilə bağlı olan foto və ya videonun yayılması hədə qorxusu gəlməklə ondan şantaj yolu ilə pul tələb etmiş Zərərçəkmiş şəxs, sonuncunun arvadı X3 və sonuncularla əlbir olan özünü Eminin dostu kimi təqdim edərək adının gah Anar, gah da Azər olduğunu bildirmiş ***-***-**-** saylı mobil nömrədən zəng edən həmin şəxsi də cinayət məsuliyyətinə cəlb edərək barələrində qanunvericilikdə nəzərdə tutulmuş qayda ciddi cəza tədbiri görülməsini xahiş etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində ifadə verimiş Şahid4 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə, saat təqribən 10:00 radələrində iş yerində, xidməti otağında olan zaman iki nəfər qadın otağa daxil olmuş, 26cı PB-nin təhqiqatçısı, polis mayoru Şahid3 tərəfindən araşdırılması aparılan materialla bağlı Emin adlı şəxsin onları şantaj etməsi, yəni hədə-qorxu gəlməsi ilə əlaqədar uca səslə sonuncunu ittiham etməyə başlamışlar. Həmin qadınlardan biri eyni zamanda Emin adlı şəxsin köynəyinin yaxa hissəsindən tutaraq danışmağa davam etmişdir. Qeyd olunan hadisə baş verən zaman həmin qadınlar Zərərçəkmiş şəxs vurmamış, sonuncunun köynəyini cırmamış və ona qarşı heç bir zorakı hərəkətlər etməmişlər. Həmin vaxt otaqda olan 26-cı PB-nin təhqiqatçısı, polis mayoru R.Mustafzadə və 26-cı PB-nin təhqiqatçısı, polis mayoru Şahid3 hadisənin şahidi olmuşlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X7 məhkəmə iclasında elan ediləmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixində səhər saat 8:00 radələrində atası ilə (Zərərçəkmiş şəxs nəzərdə tutur) bir yerdə məktəbə gedirmişlər. O, atası ilə maşından düşüb məktəbə tərəf gedəndə yolda, musiqi məktəbinin qabağına atasına bir oğru qarşı tərəfdən üstünə bıçaqla gəlmişdir. O, görmüşdür ki, oğrunun əlində bıçaq var, atasını öldürmək istəyir, çox pis qorxmuş, qışqırmış və ağlamışdır. Sonra atası ilə bir yerdə qaçmışdır ki, oğru onları öldürə bilməsin. Çünki oğru atası ilə onun üstünə əlində bıçaqla qışqırırmış ki, gəl bura səni öldürəcəm. O, çox qorxmuşdur ki, həmin şəxs atası ilə onu öldürəcək. Həmin şəxs onların üsütünə gəlirmiş və atası ona demişdir ki, «qorxma yanmdayam». Sonra həmin şəxsi atasının dostu Azər tutmuş, qoymamışdır ki, atası bıçaqlasın. Həmin şəxs Azəridə itələmiş və qışqırmışdır ki, «qaç qabağımdan onu ödürəcəm». Atası isə tez telefonla polisə zəng eləmişdir ki, oğrunu tutsunlar. Sonra küçədə olan adamlar oğrunun üşünə qışqırmışlar ki, ayıb deyil bu nə hərəkətdi, yekə adamsan, səhər-səhər qanımızı niyə qaraldırsan, uşağıda ağladırsan. Sonra oğruda tez qırmızı avtobusa minib qaçmışdır ki, polislər onu tutmasınlar. Atası da Azərə demişdir ki, «Azər tez min avtobusa onunla bir yerdə get məndə gəlirəm». Çünki ataçı oğruya çox əsəbiləşmişdir. O, çoxlu ağlamış və qorxmuşdur. Evə getmək istəyirmiş, anasını istəyirmiş. Amma atası onu məktəbə aparmış, o, məktəbə getmək istəməsə də. O, oğrunu tanımış, həmin şəxs onların qabağına hadisədən 1 gün əvvəl binaların arasında çıxmışdır. Sonra atası onu məktəbdən götürmüş və o, bir neçə gün dərsə getməmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki, azyaşı şahid X12 mütəxəssisin iştiraki ilə ifadə verərək qeyd etmişdir ki, “hadisə günü atamla məktəbə gedirdik, Azər əmiatamı ağacın yanında gözləyirdi. Məktəbə doğru gedəndə musiqi məktəbinin qabağında bir oğru qarşı tərəfdən atasının və onun üstünə bıçaqla gəlmişdir. Mən gördüm ki, oğrunun əlində bıçaq var, atamı öldürmək istəyir, çox pis qorxdum, qışqırdım və ağladım. Sonra ata ilə bir yerdə qaçmışam ki, oğru bizi öldürə bilməsin.” Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması barədə” 27 mart 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (Cild 1. İ/V. 1-2). “Baxış keçirilməsi haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 6 ünvanının qarşısıdır. (Cild 1. İ/V.13-17). “Bıçaqla hədələmə haqqında” 20 oktyabr 2022-ci il tarixli HK-1 N 1096 saylı raportdan görünür ki, vətəndaş Əliyev X9 rayonu, FHN-nin yanında Rəşadət adlı şəxs tərəfindən bıçaqla hədələnməsi hadisəsi ilə bağlı 20 oktyabr 2022-ci il tarixdə saat 08:01də DİN-nin 102 z/x-nə məlumat vermişdir. (Cild 1. İ/V.29). “Təhqir etmə barədə” 20 oktyabr 2022-ci il tarixli 2 MK-1640 saylı raportdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 20 saylı məktəbin yanında Zərərçəkmiş şəxs adlı şəxslə mübahisə etmələri hadisəsi ilə bağlı 20 oktyabr 2022-ci il tarixdə saat 08:06-da DİN-nin 102 z/x-nə məlumat vermişdir. (Cild 1. İ/V.30). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 1103 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. (Cild 1. İ/V.67-69). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 3/1487 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. (Cild 1. İ/V.97-99). "xxxx" MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli psixoloji rəydən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Şahid5 xx.xx.2022-ci il tarixində "xxxx" MMC-yə müraciət edib. Mərkəzin baş uşaq psixoloqu Naibə Cəfərova tərəfindən ilkin dəyərləndirmə zamanı pasientdə qorxu, həyəcan-təşviş pozuntusu, diqqət cəmləyə bilməmə, telefon asılılığı əlamətləri müşahidə edilib. Konsultasiya zamanı verilən məlumatlara əsasən, pasiyentdə yaranan daxili gərginlik səbəbilə məktəbə getmək istəməmə isterik halları yaşayır. İlkin diaqnostika zamanı uşağa proyektiv testi tətbiq edilib. Testin nəticəsinə əsasən, pasiyentdə stress, atasını itirmə qorxusu, həyəcan hallları müşahidə edilib. (Cild 1. İ/V.135). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/368 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir. (Cild 1. İ/V.168-171). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)- 1496/2023 saylı qərarından görünür ki, məhkəmə təqdim edilmiş protokolda göstərilən əməllərdə cinayət əlamətlərinin olmasına dəlalət etmiş və İXM-nin 510-cu maddəsi ilə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilib və iş üzrə materiallar Yasamal Rayon Prokuroruna göndərilmişdir. (Cild 1. İ/V.187). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 6 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (Cild 1. İ/V.230). “Üzləşdirmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (Cild 1. İ/V.247-255). “Üzləşdirmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Şahid2 Müşviq oğlu ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (Cild 2. İ/V.4-10). “Üzləşdirmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, aralarında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri Şahid1 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (Cild 2. İ/V.12-18). “Sübutların qiymətləndirilməsi haqqında” 5 iyun 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı turist bıçağı maddi sübut kimi tanınmışdır. (Cild 2. İ/V. 56-70). “Qətimkan tədbirinin seçilməsi haqqında” 6 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 2. İ/V. 104). "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2013-cü il təvəllüdlü Şahid5 xx.xx.2022-ci il tarixində "xxxx" MMC-də konsultasiya olunub. X10 yanında terapiya keçib. Şahid5 xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək ümumilikdə 330 (üç yüz otuz) manat ödəniş edib. İş materiallarında olan mülki iddia ərizəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək ondan maddi zərər olaraq 1000 manat məbləğində, 1000 manat isə mənəvi ziyan qismində cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. “Azemis” Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü Xədicə və xx.xx.2013-cü il təvəllüdlü Hüseyn adlı iki uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulan əməli törətməsi zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, üzləşdirmə protokolları, ekspertiza rəyi və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olmasını təsdiq edilməsi üçün kifayət edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxslə bərabər həmçinin hadisənin baş verməsinin əvvəlindən axırına kimi bilavasitə iştirakçıları olmuş şahidlər Şahid2 və Əli Muhamməd öz ifadələrində məhz Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsini bildirmiş, onun yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdirlər. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmənin gəldiyi qənaətə təsir edən amillərdən biri də məhkəmə istintaqı zamanı mübahisəsiz qaydada müəyyən edilmiş, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb edən bir sıra aşağıda qeyd edilmiş halların öz təsdiqinin tapması, ən əsası həmin halların xüsusilə təqsirləndirilən şəxsin cinayət hərəkətinə təhrik edən daxili amilin - cinayətin motivinin müəyyənləşdirilməsi baxımından və hədənin icra ediləcəyi üçün real əsasların mövcud olub olmaması baxımından qiymətləndirici rol oynamasıdır. Bu hallar ondan ibarətdir ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən arvadı Şahid1 ona olan borcunun qaytarılmaması səbəbindən həmin borcun onun tərəfindən ödənilməsini tələb etməsi və bu səbəbdən aralarında bir neçə dəfə qarşılıqlı təhqiramiz ifadələr işlədilməsi ilə baş tutmuş telefon danışıqlarının olması, hazırda cinayət işi üzrə şahid qismində iştirak edən Şahid2 Təqsirləndirilən şəxslə (Zərərçəkmiş şəxs pulunun qaytarılması ilə bağlı) görüşüb danışmaları, hadisə baş verən gün Təqsirləndirilən şəxs üzərində zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir ədəd təsərrüfat məişət təyinatlı turist bıçağının olması, hadisə baş verdikdən dərhal sonra Təqsirləndirilən şəxs avtobusa minərək həmin ərazini tərk etməsidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu “yeraltı keçidə düşərkən ona əvəllər tanıdığı Azər adlı şəxs yaxınlaşaraq ondan pul tələb etmiş və bildirmişdir ki, dostu Eminin onun arvadına xərclədiyi pulu qaytarmaq lazımdır. Mən həmin vaxt Azərə bildirmişəm ki, «mənim Sizə verəcəyim pul yoxdur, bundan başqa mənə ümumiyyətlə pul verməmisiniz». Həmin vaxt Azər mənim qolumdan tutaraq kəmərimin üstündə olan bıçağa əlini uzatmış və demişdir ki, sən üstündə bıçaq gəzdirirsən?. Və bu anda bıçağı açmış və mənim əlimə vermişdir. Kənardan bir nəfərə çək videoya bıçaqla üstümüzə gəlir deyə bildirmişdir. Mən vəziyyətin pis olduğunu görüb qaçmaq üçün 18 saylı avtobusa minmişəm.” məzmunlu ifadəsi ağlabatan, inandırıcı və obyektiv həqiqəti əks etdirən ifadə kimi qəbul qəbul edilə bilinməz. Məhkəmə hesab edir ki, bu kimi ağlabatan olmayan ifadənin verilməsində yeganə məqsəd məsuliyyətdən yayınmaq olmuşdur, eyni zamanda bu hal digər şahid ifadələrinin mötəbər və əsaslı olmsına dəlalət edir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-ci maddəsində nəzərdə tutulmuş öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olması hallarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər.Məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz və təqsirləndirilən şəxsin himayəsində olan şəxslərin həyat şəraitinə mənfi təsir göstərər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, onun üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilməlidir. Məhkəmə iclasında həm də müəyyən edildi ki, cinayət prosesinin gedişində Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, o, törədilmiş cinayət hadisəsi ilə bağlı azyaşlı övladının psixoloji vəziyyətin müalicəsi üçün çəkmiş olduğu ona dəymiş 1000 (bir min) maddi zərər, 1000 (bir min) mənəvi zərər, həmçinin ödənilmiş dövlət rüsumunun məbləğinin iş üzrə təqsirləndirilən və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs Qabil oğlundan tutularaq ona ödənilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Qabil oğlu ona qarşı cinayət hadisəsi olan günü özbaşınalıq etdiyindən, onun azyaşlı övladına qarşı psixoloji təzyiqlər göstərmişdir. Bundan sonra azyaşlı övladı, uzun müddət oxuduğu 20 saylı məktəbə getməmişdir və psixoloji gərginliyinə görə AR SN-nin 13 saylı uşaq poliklinikasına apararaq müraciət etmişdir. Belə ki, poliklinikanın həkimlərinin (nervpatoloq, psixoloq və s.) müayinəsindən keçirtdirmiş və bu rəsmi sənədlərdə də öz təsdiqini tapmışdır. Həmin sənədlər ibtidai istintaq dövründə də cinayət işinə əlavə olunmuşdur. Beləliklə cinayət işinə təqdim olunmuş “LOQOS” psixoloji mərkəzin rəyinə əsasən, azyaşlı övladında ilk vaxtlar müayinə zamanı atanı itirmək təhlükəsini yaşamış, məktəbə getməmək istəyi, yəni bir sözlə azyaşlı uşağın gərgin psixoloji vəziyyətə düşməsi açıq-aydın qeyd olunmuşdur. Lakin həmin mərkəzin psixoloqlarının uzun müddət müalicəsindən sonra, psixoloji gərginlik biraz azalmışdır. Belə ki, həmin mərkəzdə o, azyaşlı övladını bütöv kurs müalicəsini keçirtdirmişdir, həmin müalicə üçün 500 azn pul xərcləmiş və digər məsrəflər üçün isə 500 azn yaxın pul xərcləmişdir. İbtidai istintaq dövründən hal-hazırda bu günə kimi təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın heç biri ödənilməmişdir. Bu səbəbdən hesab edir ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs Qabil oğlu həmçinin 1000 manat məbləğində maddi və 1000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1096.2-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə mülki iddiaların dəlillərini cinayət işinin materialları ilə birlikdə araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia vurulmuş maddi ziyana münasibətdə qismən təmin edilməlidir. Belə ki, mülki iddiaçı iddia ərizəsində ona dəymiz maddi ziyanın 1000 manat təşkil etdiyini iddia etsə də iş materiallarndan görünür ki, Şahid5 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də konsultasiya olunub, psixoloq yanında terapiya keçməsinə görə həmin tibb müəssisinə ümumilikdə 330 manat məbləğində vəsait ödənilmişdir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin oğlu Şahid5 bilavasitə cinayət törədildiyi vaxt orada olması, baş vermiş hadisənin onun gözü qarşısında cərayan etməsi səbəbindən yetkinlik yaşına catmayan şəxsin psixoloji sarsıntı keçirməsinə səbəb olduğu aşkardır onun üçün valideynləri tərəfindən onun psixoloji vəziyyətinin yaxşılaşdırılmasına çəkilmış, zəruri maddi xərclər günahkar şəxsə aid edilməklə ondan tutulmalıdır. Başqa sözlə desək təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri ilə zərərçəkmiş şəxsin uşağının müalicəsi ilə əlaqədar psixoloji mərkəzə müraciət etməsi və müalicə xərclərini ödəməsi arasında bir başa səbəbli əlaqə mövcuddur. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs Qabil oğlunun törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı mülki cavabdeh Təqsirləndirilən şəxs Qabil oğlu tərəfindən cinayət törədilməsi nəticəsində iddiaçıya müəyyən məbləğdə maddi zərər dəyməsi sübuta yetirilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissəsində qismən təmin edilməli, cavabdehdən 330 (üç yüz otuz) manat məbləğində pul vəsaiti tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda göstərilən hüquq normalarının tələbləri baxımından belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən cinayət törədilməsi nəticəsində zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən azyaşlı övladını müalicə etdirmək zərurətində qalmaqla maddi zərərə düçar olması ilə yanaşı həm də iddiaçının dəfələrlə əsəb və mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur. Belə ki, baş vermiş cinayət hadisəsi nəticəsində həm özü, həm də övladı mənəvi və psixoloji sarsıntı keçirmişdirlər. Mülki iddiaçı Zərərçəkmiş şəxs azyaşlı övladı baş vermiş hadisə nəticəsində mənəvi və psixoloji sarsıntı keçirmiş, buna görə də bir müddət təhsilinə davam edə bilməmiş, eləcə də psixoloji müalicə almaq məcburiyyətində qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində qismən təmin edilməklə, cavabdehdən mənəvi ziyana görə 200 (iki yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa mülki iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun 75 faizi mülki iddiaçıya, 25 faizi mülki cavabdehə aid edilməklə, mülki cavabdeh Təqsirləndirilən şəxs 10 (on) manat pul mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçidən imtina etdiyindən və müdafiəçinin əvəz edilməsinə razılıq verdiyi üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 44/2024 saylı, 20 avqust 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 20 avqust 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilməklə, 20 (iyirmi) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi 36 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan bir ədəd bıçaq məhv edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs vurulmuş maddi zərərə görə 330 (üç yüz otuz) manat, mənəvi zərərə görə isə 200 (iki yüz) manat olmaqla ümumilikdə 530 manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun 75 faizi mülki iddiaçıya, 25 faizi mülki cavabdehə aid edilməklə, mülki cavabdeh Təqsirləndirilən şəxs 10 (on) manat pul mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar