Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-440/2022 05.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu ödənilməmiş, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış binasına qanunsuz daxil olmaqla, özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olaraq gizli olaraq təkrarən talayıb, zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, o, oğlu tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 fevral 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 1500 manat dəyərində 107 diaqanallı LG markalı televizoru, qonaq otağında olan 300 manat dəyərində 50 diaqanallı «Philips» markalı televizoru, 100 manat dəyərində kameranın yadaş aparatını, 100 manat dəyərində stablizatoru, yataq otağında kiçik seyfdə olan 4000 manat dəyərində qızıl dəstini, yataq otağındakı paltar dolabında olan 1500 manat dəyərində qadın kürküsünü, 350 manat dəyərində olan “Uspa” markalı dəri gödəkçənin, 80 manat dəyərində geyinilməmiş açıq bönövşəyi rəngli qadın gödəkçəsini gizli olaraq talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 7930 manat məblğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 fevral 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan 800 manat dəyərində olan 88 diaqanallı LG markalı televizoru, 20 manat dəyərində su matorunun, 80 manat dəyərində su matorunu gizli olaraq talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 900 manat məblğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 fevral 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol ünvanında yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, oradan bir ədəd 500 manat dəyərində xalça, bir ədəd 800 manat dəyərində xalça, 35 manat dəyərində qızdırıcı radiator, bir ədəd 180 manat dəyərində çəhrayı rəngli yol çantası, 100 manat dəyərində Tefal markalı ütünü, 50 manat dəyərində Beko markalı mikser, 70 manat dəyərində blenderi, 1000 manat dəyərində kombi aparatını, 150 manat dəyərində yeni yataq örtüyü dəsti, 100 manat dəyərində hamamda olan asılqan quruducu, 50 manat dəyərində hamamda olan asılqan quruducusunu həyətə yığaraq ümumilikdə 2035 manat dəyərində əmlakı gizli olaraq talamağa cəhd etmiş, lakin Zərərçəkmiş şəxs hadisə yerinə gəlməsi səbəbindən o, özündən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə oğurluq cinayət əməlini törətməyinə görə məhkum olunmuşdur. Uzun müddət işsiz olduğundan və maddi çətinlikləri olduğundan oğurluq cinayət əməli törətmişdir. 09 fevral 2022-ci il tarixdə saat 16 radələrində yeni Avtovağzaldan taksiyə minib dairəvi yolla Sədərək ticarət mərkəzinə gedirmiş. O, yeni dairəvi yola daxil olduqda yanacaqdoldurma məntəqəsini keçdikdən sonra fərdi yaşayış evləri görmüş və oradan oğurluq edə biləcəyini fikirləşib taksidən yolun kənarında düşmüşdür. Ətrafa baxıb orada olan evlərdən birində yaşayış olmadığından şübhələnmişdir. Hasara qalxaraq ev yiyəsini səsləmiş və hasardan keçərək evin həyətinə daxil olmuşdur. Evin həyətinin təmiz olmadığını görüb başa düşmüşdür ki, həmin evdə uzun müddətdir ki, heç kim qalmır. O, evin pəncərələrindən evin içinə baxmış və evdə televizor oldğunu görmüşdür. Həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Lakin həmin günü oğurluq etməmiş və evin həyətindən çıxmışdır. Həmin günü elektrik avadanlqların alqı-satqısı ilə məşğul olan Yasamal rayonu ərazisində yaşayan İsgəndər adlı şəxslə əlaqə saxlamış və sonuncuya özünə məxsus televizoru satmaq istədiyini bildirmişdir. İsgəndər ona televizorun pulunu satıldıqdan sonra verə biləcəyini bildirmişdir. İsgəndərlə razılaşmış, 10 fevral 2022-ci il tarixdə yenidən qeyd olunan ünvana gəlmişdir. Özü ilə iri selofan torbalar gətirmişdir. Evdən oğurluq etmək məqsədi ilə evin yan tərəfində olan pəncərənin qarşısına gəlmiş və həmin plastik pəncərəni əli ilə itələyib açaraq oradan evə daxil olmuşdur. Həmin günü evdən bir neçə qazan, mətbəxdə olan «LG» markalı televizoru, «Wifi» aparatı, evə quraşdırılmış kameranın yaddaş aparatını, kiçik ölçülü «Filips» markalı telelvizor, «DVD» aparatını, işıq tənzimləyici qurğunu, elektrik çaydanı, hamam aksesuarlarını, yataq otağında olan kiçik seyfi sındırıb orada olan qızılları, qadın kürkünü oğurlamışdır. Oğurladığı əşyaları bağlamalara bükmüş və naqillə bağlayıb hasardan keçirmişdir. Bundan sonra həmin əşyaları taksiyə yükləmiş və ilk əvvəl İsgəndərin yaşadığı evə getmişdir. Orada İsgəndərə oğurladığı «LG» markalı televizroru vermişdir. İsgəndər ondan televizorun oğurluq olub-olmaması barədə maraqlanmış, o, İsgəndərə televizorun özünə məxsus olduğunu, pula ehtiyacı olduğundan satdığını bildirmişdir. İsgəndər həmin televizora baxmış və satıldıqdan sonra ona 100 manat pul verə biləcəyini bildirmişdir. O, razılaşmış və televizoru İsgəndərə verib evdən çıxmışdır. Bundan sonra həmin taksi ilə yaşadığı Xocasən qəsəbəsinə gəlmişdir. Evdən oğurladığı «Wifi» aparatı, evə quraşdırılmış kameranın yaddaş aparatını, «DVD» aparatını, kiçik ölçülü «LG» markalı televizoru isə yaşadığı evdə saxlamışdır. Bundan sonra yenidən həmin taksiyə minmiş və Binəqədi rayonu ərazisinə gəlmişdir. Hamam aksesuarlarını, elektrik çaydanını, stablizatoru, qazanları orada olan metal-qəbul məntəqəsinə satmışdır. Qadın kürkünü isə yol ilə keçən tanımadığı şəxsə 50 manata satmışdır. Əldə etdiyi puldan taksini ödənişini etmiş və bundan sonra isə avtobusla yaşadığı evə gəlmişdir. Həmin ərəfədə o, Corat qəsəbəsində yaşayan tanışı Bayram adlı şəxslə əlaqə saxlamış və sonuncuya pula ehtiyacı olduğundan televizoru ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Bayram ona ucuz qiymətə televizor ala biləcəyini bildirmişdir. 12 fevral 2022-ci il tarixdə saat 14 radələrində yenidən həmin evə oğurluq etmək məqsədi ilə gəlmişdir. Həmin evə yenidən eyni qayda ilə plastik pəncərədən daxil olmuş, həmin günü qonaq otağında olan böyük ölçülü «LG» markalı televizor, iki ədəd su matorunu oğurlamışdır. O, həmin əşyaları qablaşdırmış və sifarişlə çağırdığı taksiyə yükləmişdir. Bundan sonra Binəqədi rayonu ərazisində olan metal qəbul məntəqəsinə gəlmişdir. Orada oğurladığı su nasoslarını 30 manat pul müqabilində satmışdır. Bundan sonra isə Corat qəsəbəsinə gələrək oğurladığı «LG» markalı televizoru Bayrama 200 manat pul müqabilində satmışdır. Bundan sonra isə yaşadığı evə gəlmişdir. 27 fevral 2022-ci il tarixdə yenidən Yasamal rayonu, dairəvi yolda yerləşən fərdi yaşayış evinə gəlmiş, evə eyni qayda ilə daxil olmuşdur. Oradan iki ədəd xalça, qızdırıcı radiator, çəhrayı rəngli yol çantası, «Tefal» markalı ütü, «Beko» markalı mikser, 1 ədəd blender, 1 ədəd yataq örtüyü dəsti, 2 ədəd hamamda olan asılqan quruducunu evin arxa tərəfində yığmışdır. Bundan sonra o, kombi otağından kombini acıb qablşadıran zaman ev sahibi evin həyətinə daxil olmuş, sonuncu onun üzərinə hücum etmiş və bu zaman o, hasardan tullanaraq qaçıb ərazini tərk etmiş və oğurluq əməlini başa çatdıra bilməmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən aradan qaldırılmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 25 yanvar 2022-ci il tarixdə ailəsilə birlikdə qeyd olunan evdən çıxmış və Tər-Tər rayonuna getmişlər. 27 fevral 2022-ci il tarixdə saat 16.30 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, dairəvi yolda yerləşən fərdi yaşayış evinə gəlmişdir. O, həyətin qapısını açdıqda həyətdə olan kombi otağının qarşısında bir nəfər tanımadığı şəxs görmüşdür. Həmin şəxs kombini söküb qablaşdırmışdır. O, ani anda anlamışdır ki, həmin şəxs oğurluq məqsədi ilə evə daxil olmuşdur. Həmin şəxs ona baxaraq “sən kimsən” sözlərini demişdir. Bundan sonra o, sonuncunu tutmaq istəyərkən həmin şəxs hasardan tullanaraq qaçıb getmişdir. Bundan sonra o, evin qapısına yaxınlaşmış və qapının açıq vəziyyətdə olduğunu görmüşdür. O, evə daxil olmuş və ev əşyalarının oğurlandığını müəyyən etmişdir. O, DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. O, evə baxdıqda ona məlum olmuşdur ki, qonaq otağında olan 1500 manat dəyərində 107 dioqanallı LG markalı televizorun, mətbəxdə olan 800 manat dəyərində olan 88 diaqanallı LG markalı televizorun, qonaq otağında olan 300 manat dəyərində 50 dioqanallı «Philips» markalı televizorun, 100 manat dəyərində kameranın yadaş aparatının, 100 manat dəyərində stablizatorun, yataq otağında kiçik seyfdə olan 4000 manat dəyərində qızıl dəstinin, yataq otağındakı paltar dolabında olan 1500 manat dəyərində qadın kürküsünün, 350 manat dəyərində olan “Uspa” markalı dəri gödəkçənin, 80 manat dəyərində geyinilməmiş açıq bönövşəyi rəngli qadın gödəkçəsinin, 1000 manat dəyərində kombi aparatının, 20 manat dəyərində su matorunun, 80 manat dəyərində su matorunun oğurlandığını aşkar etmişdir. Evin arxa tərəfində isə evdən çıxarılmış, lakin oğurlanmamış əşyaların gizlədildiyini müəyyən etmişlər. O, həmin əşyalara baxdıqda ona məlum olmuşdur ki, orada bir ədəd 500 manat dəyərində xalça, bir ədəd 800 manat dəyərində xalça, 35 manat dəyərində qızdırıcı radiator, bir ədəd 180 manat dəyərində çəhrayı rəngli yol çantası, 100 manat dəyərində Tefal markalı ütü, 50 manat dəyərində Beko markalı mikser, 70 manat dəyərində blender, 150 manat dəyərində yeni yataq örtüyü dəsti, 100 manat dəyərində hamamda olan asılqan quruducu, 50 manat dəyərində hamamda olan asılqan quruducu vardır. Həyətdə olan kombi otağında isə 1600 manat dəyərində olan kombi aparatını isə həmin naməlum şəxs yerindən çıxardaraq qablaşdırıb oğurlamaq üçün hazır vəziyyətə gətirmişdir. Həmin əşyaları naməlum şəxs oğurlamağa cəhd etsədə oğurlaya bilməmişdir. Baş vermiş hadisə ilə bağlı polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və o, hadisə ilə bağlı ərizə yazmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə tanışlıq münasibəti vardır. Təxminən 2022-ci ilin fevral ayının əvvələri Səxavət ona zəng vurmuş və maddi çətinliyi olduğundan evində olan televizoru satmaq istədiyini bildirmişdir. O, Səxavətə münasib qiymətə olduğu halda televizoru ala biləcəyini bildirmişdir. Bundan təxminən 2 gün sonra axşam vaxtı Səxavət ona yenidən zəng vurmuş və televizoru satmaq üçün yaşadığı Corat qəsəbəsinə gətirdiyini bildirmişdir. O, Səxavətə televizorun vəziyyətindən aslı olaraq 200 manat puldan artıq pul verə bilməyəcəyini deymişdir. Səxavət onunla razılaşmış və bir az sonra yaşadığı evə gəlmişdir. Səxavət «LG» markalı televizoru göstərmiş və o, həmin televizoru bəyənmişdir. O, bir daha Səxavətdən həmin televizrun kimə məxsus olduğunu soruşmuş, Səxavət həmin televizorun özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan satdığını bildirmişdir. Səxavətə inanmış və 200 manat pul müqabilində həmin televizoru sonuncudan almışdır. Bundan sonra Səxavət harasa getmiş, o, isə həmin televizoru yaşadığı evə qoymuşdur. Sonradan o, polis əməkdaşlarından öyrənmişdir ki, Səxavətdən aldığı «LG» markalı televizor oğurluq və bu səbəbdən həmin televizoru istintaq könüllü şəkildə təqdim etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs həmin televizoru satan zaman oğurluq olması barədə heç bir məlumat verməmişdir. Cinayət işinin 71-ci vərəqəsində olan 01 mart 2022-ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 105-108-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 mart 2022-ci il tarixdən hesablanmaqla 02 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN- Kriminalistik Tədqiqatlar İdarəsinin 02 mart 2022-ci il tarixdə 011-2426-1222 nömrəli məktubundan görünür ki, 27 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu Dairəvi yol nömrəsiz ərazidə yaşayan Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-in ADİS-in məlumat bankından olan şəxslərin əl əksləri ilə müqayisə edildikdə əl izlərindən 02 ədədi xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sol əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. Cinayət işinin 140-149-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 18 may 2022-ci il tarixli 3/557 saylı nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, ********* saylı cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1,2,3,4 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 5 saylı daktilolentin səthindəki əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki «a» və «b» əl-barmaq izləri, 7 saylı daktilolentin səthindəki «a» və «b» əl-barmaq izləri, 8 saylı daktilolentin səthindəki əl-barmaq izi müqayisəli tədqiqat üçün yararlıdır. Cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol əlinin ovucundan, 2 saylı daktilolentin səthindəki ovuc izi isə onun sağ əlinin ovucundan qalmışdır. Tədqiqata təqdim edilmiş 3,4 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 5 saylı daktilolentin səthindəki əl-barmaq izi, 6 saylı daktilolentin səthindəki «a» və «b» əlbarmaq izləri, 7 saylı daktilolentin səthindəki «a» və «b» əl-barmaq izləri, 8 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır. Tədqiqata təqdim edilmiş 9-26 saylı daktilolentlərin səthlərindəki əl-barmaq, ovuc və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Cinayət işinin 141-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 61 manat 29 qəpik müəyyən edilmişdir. Cinayət işinin 215-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 25 iyul 2022-ci il tarixli, 1929 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Onda yüngül debillik dərəcəsində oliqofreniya əlamətləri aşkar olunur. Törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Cinayət işinin 217-220-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 05 avqust 2022-ci il tarixli, 9/5570 saylı nömrəli rəyinə əsasən müəyyən olmuşdur ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ümumi dəyəri təxminən 1820 manat müəyyən edilmişdir. Cinayət işinin 218-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Cinayət işinin 221-231-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 1 ədəd «Philips» markalı, 1 ədəd «LG» markalı televizorlar, «SAZZ» modem, «Hikvision» markalı kamera aparatı, «LG» markalı «DVD» aparatı, «Gümüş» markalı xalça, 3x4 m ölçülü xalça, «Zass Germany» markalı radiator, «Çəhrayı rəngli yol çantası, «Tefal» markalı ütü, «Beko» markalı mikser, «Kemer» markalı blender, yataq örtüyü dəsti, «AMİ» markalı kombi aparatı, 2 ədəd asılqan quruducu maddi sübut kimi tanınaraq məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Cinayət işinin 183-185, 206-213-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən müəyyən olmuşdur ki, Qurbanov X2 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 100 saat ictimai işlər cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsinin Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 221.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 05 il 11 ay 09 gün müdətinə azadlıqdan məhrum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs yaşayış binasına qanunsuz daxil olmaqla, özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olaraq gizli olaraq təkrarən talayıb, zərərçəkmişə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmiş, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməyə cəhd etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 sentyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğu götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 01 mart 2022-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd «Philips» markalı, 1 ədəd «LG» markalı televizorlar, «SAZZ» modem, «Hikvision» markalı kamera aparatı, «LG» markalı «DVD» aparatı, «Gümüş» markalı xalça, 3x4 m ölçülü xalça, «Zass Germany» markalı radiator, «Çəhrayı rəngli yol çantası, «Tefal» markalı ütü, «Beko» markalı mikser, «Kemer» markalı blender, yataq örtüyü dəsti, «AMİ» markalı kombi aparatı, 2 ədəd asılqan quruducu saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 111 manat 29 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili R.R.Qarayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 66 saata görə 396 manat, 4 saylı Vəkil Bürosunun vəkili R.R.Qarayevə isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq 22 saylı və 4 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sikom” markalı PRF-11/2400 modelli şirniyyat hazırlayan qurğu, 1 ədəd Çin istehsalı olan lazer printeri və 1 ədəd 50 litr həcmli latun materialdan hazırlanmış samovarı məsul saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 111 manat 29 qəpik Təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 66 saata görə 396 manat, 4 saylı Vəkil Bürosunun vəkili X5 isə məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq 22 saylı və 4 saylı Vəkil Bürolarının hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-440/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-440/2022
05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver