Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-440/2024 09.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X8, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin nümayəndəsi: Nümayəndə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: “Aktualinfo.orq” xəbər portalının rəhbəri X3 “Aktualinfo.orq” xəbər portalının rəhbəri X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Aktualinfo.orq” xəbər portalının rəhbəri X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət xx.xx.2024-cü il tarixdə “Aktualinfo.orq” internet saytında yayılmış “X7 kimə tapşırıb?” başlıqlı məqalənin mətnindəki məlumatla əlaqədar olmuşdur. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs “Aktualinfo.orq” xəbər portalının rəhbəri X3 bildirdi ki, rəhbəri olduğu “Aktualinfo.orq” internet saytı xx.xx.2007-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Aktual qəzet” ictimai-siyasi, analitikinformasiya qəzetinin elektron portalıdır. Həmin qəzet onun özü tərəfindən, ********** saylı VÖEN ilə təsis edilmişdir. Qəzetin hüquqi şəxs qismində hər hansı hüquqi ünvanı yoxdur, özü isə Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatdır. Ona görə də şikayətin aidiyyəti üzrə baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi Nümayəndə ərazi aidiyyəti ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə aşağıdakılara əsasə hesab edir ki, hazırkı iş aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə görünür ki, xüsusi ittiham qaydasında şikayət “Aktualinfo.orq” internet saytında yayılmış məlumatla əlaqədar olmuşdur. Buna görə də hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyət kəsb edən məsələ həmin internet saytının hüquqi ünvanıdır. Hüquqi ünvanı müəyyən edilmədikdə və yaxud həmin hüquqi ünvan Azərbaycan Respublikasında yerləşmədikdə isə, məlumatı yayan şəxsin yaşayış yeri üzrə ərazi aidiyyəti müəyyən edilməlidir. Hüquqi anlamda, həmçinin ərazi aidiyyətinin müəyyən ediməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Təşkilatın “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb etmir. Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Bununla da iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Aktualinfo.org xəbər portalı xx.xx.2007-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Aktual qəzet” (Qeydiyyat N 2242) ictimai-siyasi, analitik-informasiya qəzetinin elektron portalıdır. Həmin qəzet fiziki şəxs X3 tərəfindən təsis edilmiş (VÖEN **********, qeydiyyat ünvanı Şəmkir rayonu, Çənlibel kəndi), qəzetin hüquqi şəxs qismində hər hansı hüquqi ünvanı mövcud deyildir. Belə olduğu təqdirdə hazırkı şikayətə barəsində şikayət verilmiş şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarında olan sənədlərə əsasən X1 yaşayış və qeydiyyat ünvanı ünvan 3sessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Belə olduğu təqdirdə, Azərbaycan Respublikası CPM-nin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 302.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 302.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında həmin işin məhkəməyə aid olmadığını müəyyən etdikdə belə qərarın qəbul edilməsinin hüquqi əsaslarını və işin göndərildiyi məhkəməni göstərməklə, məhkəmə cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasi CPM-nin 300, 302-ci maddələrini tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Aktualinfo.orq” xəbər portalının rəhbəri X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət Baxılması üçün ərazi aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-440/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-440/2024
09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver