Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-441/2022 12.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X7, müdafiəçi 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci il ildə Cəbrayıl rayonu, Nüzgar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu, Nüzgar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 04 aprel 2022-ci il tarixdə saat 19 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarənamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Şahid1 məxsus “Opel Astra minik” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Yasamal rayonu M.Naxçıvani küçəsindən C.Cabbarlı küçəsinə dönərək saatda 20-25 kilometr sürətlə “Nizami” metrostansiyası istiqamətində hərəkətdə olan zaman ünvan 2 ünvanında yerləşən “Garden shop” gül mağazası qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sağa və ya sola dönərkən hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək yolu sağdan sola keçən piyada X8 idarə etdiyi “Opel Astra minik” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X9 baş beyin toxumasının əzilməsi ilə və hər iki alın payı nahiyəsinin subdural hematoması (sərt qişa altına qan yığılması) ilə müşaiyət olunmuş ənsə sümüyünün kəllə əsasına keçən sınığı və sağ ayağının İV-V barmaqlarının sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək həmin xəsarətlərdən zərərçəkmiş şəxs R.Qasımovanın xx.xx.2022-ci il tarixdə ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Suqovuşan və Talış kəndlərinin azad edilməsi uğrunda döyüşlərdə iştirak etmiş, döyüşlər zamanı qəlpə yarası almış, müharibə qazisidir. AR Prezidentinin xx.xx.2020-ci il tarixli 2353 №-li sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. xx.xx.2020-ci il tarixdə “BC” kateqoriyalı sürücülük vəsiqəsi almış, hazırkı vaxtadək sürücülük hüququ məhdudlaşdırılmamış və ya bu hüquqdan məhrum edilməmişdir. xx.xx.2022-ci il tarixdə o, taksi fəaliyyəti ilə məşğul olmaq üçün internet vasitəsi ilə tapdığı Şahid1 məxsus “Opel Astra” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili sonuncunun verdiyi etibarnamə əsasında idarə etməyə başlamışdır. O, buna görə Şahid1 550-600 manat məbləğində aylıq icarə haqqı verirmiş. 04 aprel 2022-ci il tarixdə saat 19 radələrində o, Nərimanov rayonu ərazisində yol hərəkəti qaydası pozuntusuna görə Bakı şəhər DYP-nin əməkdaşları tərəfindən saxlanılmış, onun sənədlərini götürərək ona sərxoşluq müayinəsindən keçib Bakı şəhər DYP-nin inzibati binasına gəlməsini bildirmişlər. O da etiraz etməyərək idarə etdiyi avtomobil ilə Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən müayinə məntəqəsinə getmişdir. Əvvəlcə o, avtomobili idarə etməklə Yasamal rayonu Z.Əhmədbəyov küçəsi ilə hərəkət edərək M.Naxçıvani küçəsinə dönmüş və avtomobili həmin küçədə yolun kənarında saxlayaraq piyada sərxoşluq müayinəsi məntəqəsinə getmişdir. Qısa müddət sonra o, müayinədən keçib avtomobilə qayıtmış və M.Naxçıvani küçəsi ilə bir qədər irəli hərəkət edərək dayanmış, işıqforun yaşıl işığının yanmasını gözləmişdir. Yaşıl işıq yandıqdan sonra o C.Cabbarlı küçəsinə, üzü “Nizami” m/s istiqamətində gedən yola dönmək üçün sükanı sol tərəfə döndərmiş, sağa tərəf baxmışdır ki, avtomobillərin gəlib-gəlmədiyinə baxsın və yol boş olduğundan həmin istiqamətdə dönməyə başlamışdır. Elə həmin zaman o, avtomobil ilə dönərkən 2-3 metr irəlilədikdən sonra qəflətən avtomobilin qabaq sol hissəsinə nəsə çırpılmışdır. O avtomobildən duşmuş və görmüşdür ki, avtomobilin qarşısında asfalt örtüyünün üzərində bir nəfər orta yaşlı qadın uzanmışdır, sonuncunun ağız və burnundan qan gəlirmiş. Lakin həmin qadın huşunda idi, danışırmış. Bundan sonra o, həmin qadını ətrafda olmuş şəxslərin köməkliyi ilə öz avtomobilinə əyləşdirərək 1 saylı KTM-nə aparmışdır. Xəstəxanada ona məlum olmuşdur ki, həmin qadın 1958-ci il təvəllüdlü X10r. Orada həkimlər Rəna xanımı reanimasiyaya yerləşdirmişlər, sonuncunu əməliyyat etmişlər. Sonradan ona məlum olmuşdur ki, R.Qasımovanın vəziyyəti ağırlaşdığından sonuncu koma vəziyyətinə düşmüşdür. Lakin xx.xx.2022-ci il tarixdə ona məlum olmuşdur ki, həmin qadın aldığı xəsarətlərdən vəfat etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, hadisə zamanı idarə etdiyi avtomobildə başqa heç kəs olmamışdır, avtomobil yüksüz və saz vəziyyətdə olmuşdur, o, yolu dönən zaman həmin piyadanı görmədiyindən hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görmək imkanı olmamışdır və həmin vaxt o, təxminən saatda 20-25 kilometr sürətlə hərəkət edirmiş. Bundan başqa özünü qismən təqsirli bilməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ikinci Qarabağ müharibəsi veteranı olmasını, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və mülki iddiaçının ifadəsi, şahidlərin ifadəsi, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X13 ifadəsində göstərmişdir ki, X12 onun anasıdır. Onun anası hadisənin baş verdiyi vaxtadək onunla eyni ünvanda yaşayırmış, 19 saylı poliklinikada həkim-terapevt işləyirmiş. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ona anasının mobil telefonundan kimsə zəng edib bildirmişdir ki, anası yolu keçərkən sonuncunu avtomobil vurmuş və hazırda anasını 1 saylı KTM-nə aparırlar. O, həmin vaxt Dənizkənarı parkda yerləşən “Dəniz Mall” ticarət mərkəzində idi və dərhal taksiyə əyləşərək anasının aparıldığı xəstəxanaya gəlmişdir. O, ora gəldiyi zaman anası artıq reanimasiyada idi. Orada olduğu zaman ona məlum olmuşdur ki, anası Rəna həmin gün saat 19 radələrində Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsində yolu keçdiyi zaman Təqsirləndirilən şəxs tərəfindən idarə edilən “Opel Astra” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuşdur. Həmin sürücü onun anasını hadisə yerindən götürərək 1 saylı KTM-nə aparmışdır. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək onun anası 1 saylı KTMdə müalicə olunurmuş, lakin baş nahiyəsindən aldığı xəsarətlər ağır dərəcəli olduğundan anası həmin müddət ərzində koma vəziyyətindən çıxmamışdır. xx.xx.2022-ci il tarixdə saat 07 radələrində ona məlum olmuşdur ki, həmin tarixdə gecə saatlarında onun anası müalicə olunduğu 1 saylı KTM-də vəfat etmişdir. Sonradan məhkəmə prosesləri vaxtı təqsirləndirilən şəxslə barışmağını və hazırda ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X2 onun qohumudur. 2022-ci ilin əvvəlində o, Fərhada hissə-hissə pul ödəyərək sonuncuya məxsus “Opel Astra minik” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır, lakin avtomobil sənəd üzərində Fərhadın mülkiyyətində qalmışdır. Ona görə ki, Fərhad Türkiyədə yaşadığından avtomobili hazırkı vaxtadək ğz adına keçirə bilməmişdir. Bundan əlavə isə Fərhad 2016-cı ildə ona bütün əmlakına dair baş etibarnamə vermişdir ki, o Azərbaycanda olmadığı müddətdə o, sonuncunun adından əmlakına sərəncam verə bilsin. O, avtomobili aldıqdan sonra internet səhifələrində elan yerləşdirmişdir ki, həmin avtomobili gündəlik ödəniş şərti ilə kirayə verməyə adam tapsın. Bununla belə, 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs onunla danışmış və həmin avtomobili kirayə götürmək istədiyini demiş, o razılaşaraq Təqsirləndirilən şəxs avtomobilə dair sürücülük etibarnaməsi vermişdir. Etibarnamə onun tərəfindən Fərhadın adından verilmişdir, çünki rəsmi olaraq avtomobil sonuncunun mülkiyyətində gedir və o, F.Əhmədzadənin mülkiyyətinə sərəncam verə bilir. Lakin onun qeyd etdiyi kimi, faktiki olaraq avtomobil onun özünə məxsusdur. 05 aprel 2022-ci il tarixdə ona məlum olmuşdur ki, Aslan keçən gün axşam saatlarında Yasamal rayonu C.Cabbarlı küçəsində qadın piyadanı vurmuşdur. Bunu Aslan özü ona telefonla bildirmişdir. O, Təqsirləndirilən şəxs ilə görüşüb avtomobilə baxdıqda ciddi zədələrin olmadığını görmüş, yalnız avtomobilin qabaq sol bufer hissəsi yüngül çatlamışdır. Aslan həmin avtomobili ustaya aparmış və təmir etdirmişdir. Avtomobilə dəymiş ziyan az əhəmiyyətli idi, onun təxmini hesablamasına görə 70-80 manat təşkil edirmiş. Hazırda həmin avtomobilə dəymiş ziyan Aslan tərəfindən tam aradan qaldırılmışdır və avtomobil onun özünə qaytarılmışdır. Avtomobilə dəymiş ziyanla bağlı onun heç bir şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ali tibbi təhsillidir, 1976-cı ildən xx.xx.2022-ci il tarixinədək məhkəmə-tibbi eksperti kimi çalışmış, hazırda isə təqaüddədir. Son iş yeri AR SN-nin Məhkəmə-tibbi ekspertizası və X4 Yasamal rayon şöbəsi olmuşdur. Yasamal RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası zamanı onun tərəfindən X5 meyitinin müayinəsi həyata keçirildikdən sonra xx.xx.2022-ci il tarixdə 56 saylı rəy tərtib edilərkən mexaniki səhvə yol verilmişdir. Belə ki, R.Qasımovada aşkar edilmiş baş beyin toxumasının əzilməsi ilə və hər iki alın payı nahiyəsinin subdural hematoması (sərt qişa altına qan yığılması) ilə müşaiyət olunmuş ənsə sümüyünün kəllə əsasına keçən sınığı və sağ ayağının İV-V barmaqlarının sınıqları xəsarətləri həmin rəydə qeyd edilməmişdir. Həmin xəsarətlər R.Qasımovanın barəsində keçirilmiş ilkin ekspertiza zamanı və ölümündən sonrakı müayinə zamanı da aşkarlanmış, ilkin rəydə qeyd edilsə də, mexaniki səbəbdən sonuncu rəydə qeyd edilməmişdir. Cinayət işinin 132-133-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X13 zərərçəkmiş şəxs mərhum X5 hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 68-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin xx.xx.2022-ci il tarixli 016-58738-1222 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AD seriyalı 225105 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 99-107-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “Opel Astra minik” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil və hadisənin video görüntüsü olan CD disk maddi sübut kimi tanınmış, avtomobil sahibi Şahid1 qaytarılmış, CD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 8/1781 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Astra markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 94-cü vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 30-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 xx.xx.2022-ci il tarixli, 99 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, X5 adına tərtib olunmuş tibbi sənədə əsasən onun almış olduğu xəsarətlər - baş beyin toxumasının əzilməsi ilə və hər iki alın payı nahiyəsinin subdural hematoması (sərt qişa altına qan yığılması) ilə müşaiyət olunmuş ənsə sümüyünün kəllə əsasına keçən sınığı və sağ ayağının İV-V barmaqlarının sınıqları küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 63-67-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X15 xx.xx.2022-ci il tarixli, 56 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki: 1. X5 adına tərtib edilmiş KTM-in 3444 saylı xəstəlik tarixinin kserosurətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya ağır vəziyyətdə gətirilmiş, xəstəxanada müvafiq müayinədən keçirilmiş, cərrahi müdaxilə aparılmış və aparılan müalicə tədbirlərinə baxmayaraq xx.xx.2022-ci il tarixdə ölüm baş vermişdir. Son kliniki diaqnoz: ağır, açıq kəllə beyin travması. Başbeyinin, hər iki alın payının hemorragik əzilməsi, sol alın payının daxili hematoması. Sağda subdural hematoma. Ənsə sümüyünün kəllə əsasına keçən az yerdəyişmiş sınığı.
2. X5 müayinəsi zamanı ənsə sümüyünün kəllə əsasına keçən sınığı, hər iki alın təpə nahiyəsində aparılmış cərrahi əməliyyatdan sonrakı sümük defektləri, baş-beyin toxumasının əzilməsindən sonra meydana çıxmış baş-beyin toxumasının kəskin postravmatik ödemi aşkar edilmişdir. 3. X6 aşkar edilmiş xəsarətlər - baş-beyin toxumasının əzilməsi ilə müşaiyət olunmuş ənsə sümüyünün sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2022-ci ildə yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür. 4. X5 ölümünə səbəb almış olduğu yuxarıda qeyd olunan xəsarət nəticəsində baş vermiş ağırlaşma baş-beyin toxumasının postravmatik ödemi olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə xəstəxanada baş vermişdir ki, bu da meyitin müayinəsi ilə inkar olunmur. Cinayət işinin 61-ci vərəqəsində olan DİN-in BƏSİİ-dən verilən xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Ş.Y.Həsənovun təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi, şikayəti və mülki iddiası yoxdur və ona yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətdə olduğu dövr ərzində müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, göy rəngli nəqliyyat vasitəsi sola manevr edərək yolu keçən piyadanı vurur. Piyadanı vuran zaman avtomobilin sürücüsü hadisənin qarşısını almaq üçün heç bir qabaqlayıcı tədbir görmür. Avtomobilin arxa işıq cihazlarından (stoplardan) görünür ki, sürücü əyləc sistemini ancaq piyadanı vurduqdan sonra işə salır. Baxış zamanı videogörüntülərin aşağı keyfiyyətdə olması səbəbindən nəqliyyat vasitəsinin markasını, dövlət qeydiyyat nişanını, eləcə də hadisə yerinin ünvanını və digər detalları müəyyən etmək mümkün olmur. Baxış zamanı iştirak etmiş Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdə olan hadisə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 2 ünvanında baş vermişdir və həmin zaman o, idarə etdiyi “Opel Astra” markalı **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolu keçən qadın piyadanı vurmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və mülki iddiaçının, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsini, gənc olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri və hərbi xidmət üzrə müsbət xarakterizə olunmasını, ikinci Qarabağ müharibəsi veteranı olmasının, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, cinayətin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərərək onu xəstəxanaya çatdırmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan “Opel Astra” markalı **- RE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi Şahid1 qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına, həmçinin Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat isə Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Ş.Y.Həsənov tərəfindən verilmiş mülki iddia rədd olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş” başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan “Opel Astra” markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobil isə sahibi Şahid1 qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X3, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq dövründə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına, həmçinin 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat isə Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı X13 tərəfindən verilmiş mülki iddia rədd olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən:Murad Məmmədov