Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-441/2024 25.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Müdafiəçilər - Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Müdafiəçi4, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Qanuni nümayəndə1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş ittiham aktı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.2-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasında tərəflərin iştirakı ilə iş üzrə aparılmış ibtidai araşdırma zamanı Cinayət-Prosessual Məcəllənin tələblərinin pozulubpozulmaması barədə məsələlərə də baxılır. Belə ki, cinayət işi üzrə keçirilən məhkəmə hazırlıq iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində (müstəntiq Sərxan Ramazanov) aparılan ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuş və cinayət prosesi üzrə kobud pozuntu hesab edilən aşağıdakı nöqsanlara yol verilmişdir: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirmişlər ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində 16 oktyabr 2023-cü ildə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə cəmi 3 dəfə Bakı şəhəri Yasamal rayon Polis İdarəsində olsalar da heç vaxt müdafiəçilərinin üzünü görməmişlər. Ona görə hesab edirlər ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Sərxan Ramazanov tərəfindən aparılan ibtidai araşdırma zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin onun müdafiə hüququ ilə bağlı tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə hazırlıq iclasında Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində 16 oktyabr 2023-cü ildə başlanmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Sərxan Ramazanov tərəfindən aparılan ibtidai araşdırma zamanı müdafiə hüququnun pozulması ilə bağlı bildirdiklərini qəbul edir və onlarla razılaşır. Həqiqətən də, ********* nömrəli cinayət işi üzrə cəmi 3 dəfə Bakı şəhəri Yasamal rayon Polis İdarəsində olsalar da heç vaxt müdafiəçilərinin üzünü görməmişlər. Bundan başqa iş materiallarında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və eyni tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi müdafiəçinin iştirakı olmadan aparılmış və Təqsirləndirilən şəxs1 qanuni nümayəndə təyin olunması barədə qərar iş materiallarında yoxdur və ittiham aktında da onun şəxsiyyətinin xarakterizə edən hal qismində onun qanuni nümayəndəsi ilə bağlı heç bir qeyd mövcud deyil. Halbuki qanunda təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra qanuni nümayəndə təyin edilməli, qanunda nəzərdə tutulan hüququ və vəzifələri izah olunmalı idi. Təqsirləndirilən şəxslər Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müstəntiq Sərxan Ramazanovun otağına gəlmiş, müdafiəçilərinin iştirakı olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini və təqsirləndirilən şəxs qismində dindirilməsinin başa çatdığını görmüş, həmin prosessual sənədlərə məzmunu ilə tanış olmadan, faktiki olaraq isə sonradan imza etmişlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi4 da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etdi. Dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X4 cinayət işinin məhkəmə baxışına təyin edilməsini təklif etdi. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin hazırlıq iclasında ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş kobud pozuntulara görə cinayət işinin baxılmasına xitam verilməli və yol verilmiş kobud pozuntuların aradan qaldırılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində 16 oktyabr 2023-cü ildə başlanaraq istintaq edilən ********* nömrəli cinayət işi üzrə 22 aprel 2024-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsindən ötrü ibtidai araşdırmanı aparan müstəntiq X3 22 aprel 2024-cü il tarixli qərarı əsasında eyni tarixli Orderlə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində, Müdafiəçi1 isə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində cinayət işinə buraxılmış, lakin təqsirləndirilən şəxslərin ifadələrindən göründüyü kimi həmin cinayət işi üzrə təqsirləndirilən şəxslərin iştirakı ilə aparılan istintaq hərəkətlərində müdafiəçi qismində iştirak etməmişlər. Belə olan halda aydın olur ki, cinayət işində müdafiəçi qismində işə buraxılmış və bir sıra prosessual hərəkətlərin keçirilməsində müdafiəçi qismində iştirak etmiş müdafiəçilər təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsində və eyni tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsində iştirak etməmiş, həmin istintaq və prosessual hərəkətlər müdafiəçinin iştirakı olmadan aparılmış, onlara öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt verilmədiyini və müvafiq imkan yaradılmadığını təsdiq edir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 19.1-ci maddəsinə görə cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. 19.4-cü maddəsinə görə cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək; hüquqlarını izah etmək; öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq; onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək. 91.4-cü maddəsinə görə müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. 91.5-ci maddəsinə görə təqsirləndirilən şəxs bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:.. 91.5.5. müdafiəçinin yardımından pulsuz istifadə etmək, 91.5.15. öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək. 91.9-cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan təqsirləndirilən şəxsin hüquqlarını onun əvəzinə bu Məcəllədə nəzərdə tutulmuş qaydada qanuni nümayəndə həyata keçirir. 104.1. 14 yaşına çatmamış habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. [176] 104.2-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir: 104.2.1-ci maddəsinə əsasən təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; 104.2.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə təmsil etdiyi şəxsə məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək; 104.2.3 -ci maddəsinə əsasən vəsatət vermək; 104.2.4 -ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı etiraz etmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokoluna qeyd edilməsini tələb etmək; 104.2.5 -ci maddəsinə əsasən təmsil etdiyi şəxslə birgə iştirak etdiyi cinayət işi üzrə məhkəməyədək icraatda İstintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və ya məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, məhkəmə iclasının protokolu və ona əlavə edilmiş audioyazı ilə tanış olmaq, protokola qeydlər vermək; 104.2.6 -ci maddəsinə əsasən təmsil etdiyi şəxs üçün nümayəndə qismində vəkil dəvət etmək; 101.1 -ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli, yaxud təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin valideynləri, övladlığa götürənləri, qəyyumları və ya himayəçiləri olmadıqda, cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir. 101.4 -ci maddəsinə əsasən zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin qanuni nümayəndəsi qismində tanındıqdan sonra şəxsin həmin qisimdə qalmasına əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına xitam verilir. Zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs yetkinlik yaşına çatdıqda və ya fəaliyyət qabiliyyətini əldə etdikdə cinayət prosesində onun qanuni nümayəndəsinin iştirakına da xitam verilir. 101.5.1-ci maddəsinə əsasən ittihamın (şübhəli şəxsin qanuni nümayəndəsi şübhənin) mahiyyətini bilmək; 101.5.2. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək və onu müşayiət etmək; 101.5.3 -ci maddəsinə əsasən söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təmsil etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq; 101.5.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək; 101.5.5-ci maddəsinə əsasən izahatlar vermək; 101.5.6-ci maddəsinə əsasən cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək; 101.5.7 -ci maddəsinə əsasən etirazlar etmək və vəsatətlər vermək; 101.5.8 -ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək; 224.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin şəxsiyyətini müəyyən etdikdən sonra müstəntiq ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarı elan edir və elan edilən ittihamın mahiyyətini izah edir. Bu hərəkətlərin yerinə yetirilməsi, ittihamın elan edildiyi saat və tarix, təqsirləndirilən şəxsin və müstəntiqin imzaları ilə qərarda təsdiq edilir. Hər hansı şəxsə ittihamın elan edilməsində təqsirləndirilən şəxsin müdafiəçisi iştirak etmək hüququna malikdir. 233.1-ci maddəsinə görə müstəntiq təqsirləndirilən şəxsin dindirilməsini ona ittiham elan edildikdən dərhal sonra aparmalıdır. 233.5-ci maddəsinə görə təqsirləndirilən şəxsin dindirilməsində müdafiəçi iştirak etmək hüququna malikdir. 233.5-1-ci maddəsinə görə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməməli və ya onun dindirilməsi vəkilin iştirakı olmadan davam etdirilməməlidir. Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cinayət-Prosessual Qanunvericilik öz müdafiəsini hazırlamaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verməyi və imkan yaratmağı, habelə hüquqi yardım istədiyini bildirən təqsirləndirilən şəxs hüquqi yardımı almayanadək dindirilməni və ya onun dindirilməsinin vəkilin və yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndənin iştirakı olmadan davam etdirilməsinin yolverilməzliyini tələb edir. Bunun hər hansı bir formada pozulması isə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilir. Bundan başqa həm də müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə iş üzrə şahid Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi qismində anası Qanuni nümayəndə1 təyin edilmişdir. Lakin sonradan yəni 22 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilməsinə baxmayaraq, şübhəli şəxsin qanuni nümayəndəsi qismində iştirakına xitam verilməmiş, yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsin qanuni nümayəndəsi qismində təyin edilməmiş, bununla da Təqsirləndirilən şəxs1 CPM-də nəzərdə tutulan hüquqularını pozmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ilə bağlı aparılan bütün prosesual hərəkətlər daha əvvəl şahidin qanuni nümayəndəsi qismində cəlb edilmiş Qanuni nümayəndə1 tərəfindən bütün cinayət işinin materialları eyni qara qələmlə sonradan eyni rəngli qələmlə əlavə olunmaqla bir gündə imzalanmış, həm də qanunda nəzərdə tutulan hüquq və vəzifələri izah olunmamış, izahatı alınmamış və CPM-nin 101-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticə etibarilə təyin edilməmiş qanuni nümayəndənin izahatı alınmamış, alınmadığından da ittiham aktında həm də yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxsi səciyyələndirilən hallarda əksini tapmamışdır. Azərbaycan Respublikası CPM-in 9.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və yaşərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10cumaddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Təsvir olunanlarla müəyyən edilir ki, yuxarıda qeyd olunan həmin nöqsanlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsi ilə nəzərdə tutulan kobud pozuntuya, yəni Təqsirləndirilən şəxs1 müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3, 303.3.1-ci və 303.3.6. -cı maddələrinə əsasən, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, həmçinin təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün)cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasının əsaslarından biridir. Beləliklə də, ********* nömrəli cinayət işi üzrə ibtidai araşdırma (məhkəməyədək araşdırma) zamanı yol verilmiş nöqsanlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci və 303.3.6-cı maddəsi ilə nəzərdə tutulan kobud pozuntuya, yəni təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına və ittiham aktının düzgün tərtib olunmamasına səbəb olmuşdur və bu pozuntuya görə cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına (o cümlədən də, 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntuya) yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1 və 300.1.5-ci maddələrinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X5 tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.1.6-cı maddələrində nəzərdə tutulan kobud pozuntuya yol verildiyi üçün - cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X3 22 aprel 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı, qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 barəsində yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300, 303 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.2.1-ci maddələri təqsirləndirilmələrinə dair olan ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və həmin cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs1 barəsində "yetkinlik yaşına çatmayan şəxsi nəzarət altına vermə” qətimkan tədbiri, Təqsirləndirilən şəxs2 barəsində isə “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-441/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-441/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver