Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-441/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə və nümayəndəsi Bakı Şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2002-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 12 yanvar 2025-ci il tarixdə saat 19:30 radələrində BD 117451 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Grandeur” minik markalı, **-JO-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ünvan 2 ünvanın qarşısında yolu ona nəzərən soldan sağa doğru keçən piyada X6 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, alın sümüyünün sağ yarısının kəllə əsasına keçən sınığı, sağ körpücük sümüyünün, İ-İİ-İİİ-İV- V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların sınıqları, sağ alın nahiyəsinin və sağ qaşın əzilmiş yaraları və sıyrığı, sağ gözaltı nahiyəsinin qançırı, burun belinin və sağ baldırın səthi əzilmiş yaraları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək zərərçəkmiş şəxs Şaiq Mansurovun ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 12 yanvar 2025-ci il tarixdə o, qardaşı Şahid2 ilə görüşmək məqsədilə evdən çıxaraq atası X7 tərəfindən ona verilmiş, etibarnamə əsasən idarə etdiyi “Hyundaı Grandeur” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib idarə etməyə başlamışdır. Həmin vaxt qardaşı Şahid2 və onun dostu Xəyyam da onun arxası ilə digər avtomobillə gəlirmişlər. O avtomobili Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehtiyev küçəsi ilə təxminən 50-60 km/saat sürətlə idarə edirmiş. Həmin vaxt iki zolaqlı yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan zaman yolun sol tərəfində hərəkətdə olan yük maşının qarşısından çıxan piyadanı idarə etdiyi avtomobilin qabaq sağ tərəfi ilə vurmuş və həmin şəxs zərbənin təsirindən yerə yıxılmışdır. O dərhal avtomobili saxlamış və avtomobildən düşüb vurduğu piyadanın yanına getmişdir. Daha sonra onun arxasınca gələn qardaşı onun yanına gəlmiş və qardaşı yerə yıxılan piyadanı onun idarə etdiyi avtomobilə qoyaraq dərhal xəstəxanaya aparmışdır. Əməlindən peşmandır. Yekun olaraq o əməlindən peşman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsini törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Qanuni nümayəndə ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində göstərilmiş Qanuni nümayəndə ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 73-74-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, mərhum X8 onun əridir. Baş vermiş hadisə ilə əlaqədar olaraq bildirir ki, 12 yanvar 2025-ci il tarixdə axşam saatlarında yaşadığı ünvan 3 ünvanında imiiş. Həmin vaxt dəqiq xatırlamadığı qohumlardan bir nəfər ona zəng edərək əri X5 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını, onu Bakı şəhərində yerləşən X10 apardıqlarını bildirmişdir. O dərhal sonra həmin kliniki mərkəzi xəstəxanaya getmişdir. Xəstəxanaya daxil olanda məlum olub ki, əri Şaiq Mansurov aldığı xəsarətlərdən ölmüşdür. Hadisə ilə bağlı ona sonradan məlum olub ki, əri X13 adlı tanışı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən “Edem” çay evinin yaxınlığında yolu digər tərəfdən həmin çay evinə tərəf keçərkən Hundaı-Grandeur markalı, **-JO-*** dövlət nömrə nişanlı avtomobili idarə edən şəxs avtombilin qabaq tərəfi vuraraq ona xəsarət yetirmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ərim Şaiq Mansurov aldığı xəsarətlərdən dünyasını dəyişmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X7 onun qardaşıdır. 12 yanvar 2025-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxsla görüşərək şəhərdə çay içmək qərarına gəlmişlər. Bu məqsədlə o, Bakı şəhəri, Yasamal rayonu,Ş.Mehtiyev küçəsi ilə dostunun idarə etdiyi avtomobillə hərəkətdə olan zaman “Lider” televizyasının yaxınlığındakı işıqfordan geriyə dönüş edib Elmlərə doğru istiqamətlənmişdir. İşıqfordan geri qayıdıb təxminən müəyyən qədər hərəkət edən zaman qarşıdakı maşınların dayandığını, tanımadığı şəxslərin yığışdıqlarını görmüşdür. Dərhal avtomobildən düşüb gedəndə qardaşı Məzahir idarə etdiyi “Hyundaı Grandeur” markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini və nəticədə piyada şəxsin xəsarət alaraq yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür. O, piyadanı dərhal Məzahirin idarə etdiyi “Hyundaı Grandeur” markalı, **-JO-*** d.q.n-lı avtomobilin arxa oturacağına mindirərək xəstəxanaya aparmışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 71-73-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2010-cu ildən tanıdığı mərhum X8 ilə dostluq münasibətləri vardır. Şaiq Mansurovla tez-tez görüşür, onunla birlikdə Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən “Edem” çay evində əyləşib çay içirmişlər. 12 yanvar 2025-ci il tarixdə saat 19:15-də Şaiq Mansurov ona zəng edib gedib birlikdə çay içməyi təklif etmişdir. O da onunla razılaşmış və onu yaşadığı evdən gəlib götürməsini demişdir. Bir neçə dəqiqə sonra Şaiq Mansurov yaşadığı evin yaxınlığına gəlmiş və ona aşağı düşməyi demişdir. O da evdən çıxıb Şaiq Mansurovun yanına getmiş, onun idarə etdiyi avtomobilə əyləşmişdir. Birlikdə onun avtomobili ilə Yasamal rayonu, Ş.Mehtiyev küçəsinə gedib “Edem” çay evinin qarşı tərəfində dayanmışlar. Şaiq avtomobili çay evi ilə üzbəüz yolun əks tərəfində saxlamışdır. Avtomobildən düşmüşlər, Şaiq avtomobilin arxasına keçmiş, yük yerini açıb oradan əl çantasının içərisindən pul qabını götürmüşdür. Birlikdə hərəkət edib yolun ortasında olan qoşa xəttə qədər hərəkət getmişlər. Sağ tərəfdən ağ rəngli tanımadığı mikroavtobus gəlirmiş. Mikroavtobusun onlara çatmasına təxminən 10 metr qalmışdır. Mikroavtobusun onlara çatana qədər yolu keçə biləcəklərini görmüşlər və hərəkət edib yolun qırıq-qırıq xətlərlə ayrılan ikinici hərəkət zolağına çatmışlar. Hərəkət istiqamətinə nəzərən o sol tərəflə, Şaiq isə sağ tərəfi ilə hərəkət edirmiş. İkinci hərəkət zolağının xətlərinin üzərində olarkən hərəkət edib yolu keçmək istəmişdir. O iti addımlarla hərəkət edib yolu üç dörd metr qarşı tərəfə doğru keçə bilmiş, hərəkət edərkən Şaiq də onun yanı ilə hərəkət etməyə başlamışdır. Şaiqlə onun arasında təxminən 2 metr məsafə var imiş. O yolu keçəndə tormuz səsi eşitmiş və dərhal geri çönüb baxanda görüb ki, sağ tərəflərindən gələn “Hyundaı Grandeur” markalı, ** JO *** d.q.n-lı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin qabaq sağ qanadı ilə Şaiq Mansurovu vuraraq qabağa atmışdır. Şaiqi avtomobil vurduğunu görmüş və dərhal geri çönüb onun yanına doğru qaçmışdır. Şaiqi vuran avtomobilin sürücüsü isə dərhal avtomobili saxlamış və maşından düşüb yanlarına gəlmişdir. Adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi sürücü və o dərhal Şaiqi sürücünün idarə etdiyi avtomobilin arxa oturacağına uzatmış və dərhal xəstəxanaya getmişlər. Orada Şaiqə ilkin tibbi yardım göstərilsə də Şaiqin həyatını xilas etmək mümkün olmamış və o xəstəxanada vəfat etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 12 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, X5 “Hyundaı Grandeur” minik markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulma hadisə yeri ünvan 4 ünvanın qarşısında baş verməsi müəyyən edilmişdir. (i.v. 3-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/2088 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq vəziyyətdə olmuşdur. (i.v. 13) xx.xx.2023-cü il tarixli BD seriyalı 117451 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1, C” kateqoriyalı sürücüdür. (i.v. 26) "xxxx" MMC tərəfindən verilmiş etibarnamədən görünür ki, “Hyundai Grandeur” markalı **-JO-*** dövlət qeydiyyat nişnalı avtomobil xx.xx.2024-cü il tarixdən-xx.xx.2025-ci il tarixədək Təqsirləndirilən şəxs idarə etmək üçün verilmişdir. (i.v. 28) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 38-39) “Baxış keçirilməsi haqqında” 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən “Edem” çay evinin qarşısını qeydə alan kameralarının xx.xx.2025-ci il saat 19:30 radələrində olan video görüntülərinə baxış keçirilmiş və baxış zamanı müşahidə kamrerasının qeydə aldığı kadrda xx.xx.2025-cü il tarixdə saat 19:30 radələrində qaralmış vəziyyətdə olan hava şəraitində Bakı şəhəri, Yasamal rayon, Ş.Mehtiyev küçəsində yerləşən “Edem” çay evi adlanan yerin qarşısı ilə üzü Yasamal rayonu, Ə.B.Haqverdiyev küçəsi istiqamətində “Hyundaı Grandeur” minik markalı **-JO-*** dövlət nömrə nişanlı avtomobilin sağdan sola doğru 1-ci hərəkət zolağı ilə hərəkət etməsi, yolu ona nəzərən sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada Şaiq Mansurovu “Hyundaı Grandeur” minik markalı **-JO-*** avtomobilin qabaq sağ tərəfi ilə vurması müəyyən olunmuşdur. (i.v. 60) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X16 İdarəsinin 05 mart 2025-ci il tarixli məktubundan görünür ki, xx xxxx 2002-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə (xx.xx.2033-cü ilədək etibarlı olan BD 117451 nömrəli «B1 B C1 C» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 66) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X11 xx.xx.2025-ci il tarixli, 05 saylı ekspert rəyindən görünür ki, “X14"" X11 xx.xx.2025-ci il tarixdə tərtib etdiyi 56267 saylı xəstəlik tarixinin kserosurətində qeyd edilir ki, vət X8 xx.xx.2025-ci il tarixdə saat 20:59 radələrində Baş beynin ocaqlı travması" diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstədə xx.xx.2025-ci il tarixdə saat 21:30-da bioloji ölüm baş verdi Ölümə səbəb: Politravma fonunda ürək-ağciyər çatmamazlığıdır.
2. X5 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdaki xəsarətlər aşkar edildi: baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, alın sümüyünün sağ yarısının kəllə əsasına keçən sınığı, sağ körpücük sümüyünün, İ-İİ-İİİ-İV- V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların Sınıqları, sağ alın nahiyəsinin və sağ qaşın əzilmiş yaraları və sıyrığı, sağ gözaltı nahiyəsinin qançırı, burun belinin və sağ baldırın səthi əzilmiş yaraları,
3. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir.
4. X5 ölümünə səbəb almış olduğu kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, yumşaq beyin qışası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölüm "X12" X11də xx.xx.2025-ci il tarixdə saat 21:30-də baş vermişdir, bunu ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi də təsdiq edir.
5. X5 meyidində aşkar edilmiş xəsarətlərin yerləşmə yerini və xarakterini nəzərə alıb göstərmək olar ki, Ş.Ə.Mansurov xəsarət alarkən bədəninin sağ ön səthi hərəkətdə olan avtomobilin hissələrinə tərəf yönəlmiş olmuşdur, ilkin zərbə sağ baldır nahiyəsinə yetirilmişdir. 6.X5 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir. (i.v. 74-81) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29 aprel 2025-ci il tarixli 8/493 saylı, rəyindən görünür ki, “Hyundaı Grandeur” minik markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbacan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsini tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 85-88) “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyun 2025-ci il tarixli qərardan görünür ki, DİN-nin X2 Xidmətin təhlükəsizlik kamerlarına baxış keçirilməklə götürülüb hadisə yerinə baxış keçirilməsi barədə protokola əlavə edilmiş 01 ədəd CD disk iş üzrə sübut növu kimi qəbul olunmuş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Grandeur” minik markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən həmin avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. (i.v. 91-97) X7 tərəfindən verilmiş qəbzdən görünür ki, ona məxsus “Hyundai Grandeur” markalı “sedan” tipli **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. (i.v. 98) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 58-59) “Qətimkan tədbiri seçilməsi haqqında” 05 iyun 2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 120-121) Qanuni nümayəndə tərəfindən verilmiş 03 noyabr 2025-ci il tarixli notarial təsdiq edilmiş ərizələrdən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Bununla əlaqədar ona qarşı iddia, şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş səxsin yaxın qohumu olan hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Grandeur” markalı “sedan” tipli **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınmalıdır. 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmaldır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Maddi sübut “Hyundai Grandeur” (minik) markalı **-JO-*** dövlət qeydiyyat nişanlı avtomobilin X3 qaytarılması nəzərə alınsın. 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov