Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-443/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1972-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülmüş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, ərazisində günlük evlərdə kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı və onun komplekt hissəsini əldə edərək gəzdirmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd odlu silah hesab edilən zavod üsulu ilə Çin Xalq Respublikasında istehsal olunmuş nömrəsi silinmiş 7,62 kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyalı AKS-47 (TİP-56-1) modelli avtomatı 01 ədəd "Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş darağı 2023-cü ilin may ayının ortalarında Bakı Şəhəri Nəsimi rayonu ərazisində keçmiş “Voladarski” fabrikinin yaxınlığında məişət tullantılarının atıldığı qutuların yanında tapıb əldə edərək üzərində gəzdirmiş, həmçinin özü ilə ünvan 3 ünvanına daşıyaraq orada saxlamış, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində həmin ünvanın qarşısında olan zaman Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış aparılan zaman həmin odlu silah və onun komplekt hissəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci və 180.1-ci maddələri ilə məhkum olunmuş, hal-hazırda heç bir işlə məşğul deyil. Belə ki, maddi vəziyyəti pis olduğundan küçələrdə dəmir və əlvan metal, eləcədə plastik tullantılar yığıb satmaqla gündəlik maddi ehtiyaclarını ödəmişdir. Təxminən 10-15 gün əvvəl Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən keçmiş “Voladarski” fabrikinin yaxınlığında məişət tullantılarının atıldığı qutuların yanında plastik tullantı və enerji içkilərinin qutularını yığan zaman qutuların yanında ağ rəngli kisədə bükülmüş bükülünü görüb diqqətini cəlb etdiyi üçün həmin bükülünü götürmüş və açıb içərisinə baxnda bir ədəd avtomat silahı və bir ədəd avtomat silahına aid daraq görmüşdür. Sonra həmin bükülmüş bağlamanı götürüb əvvəllər yaşadığı Bərdə rayonuna aparmaq məqsədi ilə Yasamal rayonu, 1-ci Alatava qəsəbəsində yaşayış olmayan ərazidə kolluq yerdə otların arasında gizlətmişdir. 01 iyun 2023- cü il tarixdə saat 18 radələrində həmin silahı gizlətdiyi yerdən götürüb əvvəllər yaşadığı Bərdə rayonuna aparmaq məqsədi ilə 20 yanvar metrostansiyası tərəfə getmək istəyən zaman mülki şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim etmiş və əlində olan un kisəsinin içərisində nə olduğunu soruşub şübhələndiklərini bildirib onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. PB-nə gəldikdən sonra müdafiəçi dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə keçirməmişdən əvvəl hər hansı dövriyyəsi qanunla qadağan edilmiş əşya predmet olub olmadığı soruşulmuşdur. O da əlində olan ağ un kisəsinin içərisində avtomat silah olduğunu bildirmiş və təqdim etmişdir. Təqdim etdiyi avtomat silah və daraq polis əməkdaşları tərəfindən götürələrək protokol tərtib olunmuşdur. İfadəsinin sonunda özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 01 iyun 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 5 ünvanının yaxınlığında xidmətdə olan zaman 1 nəfər şəxsin əlində şübhəli bağlama ilə birlikdə hərəkətdə olması nəzərini çəkmişdir. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş və bağlamanın içərisində nəyin olduğunu soruşmuşdur.Vətəndaş ilk öncə əlində olan bağlamanın içərisində dəmir tullantı olduğunu bildirsə də bağlamaya baxan zaman bağlamanın içərisində qara rəngli silaha bənzər dəmir predmet olduğunu aşkar etmişdir. Baş verə biləcək hadisənin qarşısını almaq məqsədilə dərhal PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və əməliyyat müvəkkili polis leytenantı Şahid2 kömək çağırdıqdan sonra həmin şəxsi birlikdə əlində gəzdirdiyi bağlama ilə PB-ə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib birlikdə Polis Bölməsinə gəlmişdir. Bölmədə müəyyən olunmuşdur həmin şəxs xx.xx.1972-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. Polis Bölməsində xidməti otaqlarının birində video çəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin.Təkliflərindən sonra Təqsirləndirilən şəxs əlində saxladığı sellofana bükülmüş vəziyyətdə olan avtomat silahına bənzər pridmeti və bir ədəd içi boş olan patron darağını çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi pridmetin obdlu silah avtomat olduğunu, 10-15 gün əvvəl Nəsimi rayonu ərazisində yerləşən “Voladarski” fabrikinin yaxınlığındakı məişət tullantılarının atıldığı qutuların yanında yerdən tapdığını, tapdığı silahı sonradan əvvəllər yaşadığı Bərdə rayonuna aparmaq məqsədilə Yasamal rayonu 1-ci Alatava qəsəbəsində yaşayış olmayan ərazidə kolluq yerdə otların arasında gizlətdiyini. 01 iyun 2023-cü il tarixdə gizlətdiyi avtomat silahını götürüb yaşadığı Bərdə rayonuna aparmaq, Bərdə rayonuna aparmaqda məqsədi həmin silahı müvəqqəti olaraq son qərar verənədək yaşadığı evin həyətində saxlamaq istəməsini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd odlu silaha bənzər pridmet və 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəifndən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürüldü və bu barədə protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, düzgün tərtib olunduğuna dair həmin protokol və zərfin üzəri imza edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB əməkdaşları Şahid1 və Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2023-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdən saat 18:30-dan tutularaq 27-ci PB-nə gətirilmişdir.(i/v 19). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində sellofanana bükülmüş vəziyyətdə odlu silah avtomata bənzər predmet və bir ədəd patron darağı aşkar olunaraq götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır.(i/v 27). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsini 02 iyun 2023-cü il tarixli 23/414R №-li rəyindən görünür ki;
1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Çin Xalq Respublikasında istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKS-47 (TİP-56-1) modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.(i/v 34-41). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 1/230090374 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham irəli sürülmüşdür. (i/v 51). Məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-418/2023 qərarından görünür ki, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən olmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i/v 71-75). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 1(004)- 443/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyun 2023-cü il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru X3 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 27ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və polis leytenantı Şahid2 ştirakları Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərindəəldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuşəşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı sellofana bükülmüş vəziyyətdə olan avtomat silahını çıxarıb təqdim təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi pridmetin obdlu silah avtomat olduğunu, 10-15 gün əvvəl Nəsimi rayonu. Ərazisində yerləşən «Voladarski» fabrikinin yaxınlığındakı məişət tullantılarının atıldığı qutuların yanında yerdən tapdığını, tapdığı silaha bənzər dəmir predmeti sonradan əvvəllər yaşadığı Bərdə rayonuna aparmaq məqsədiləYasamal rayonu 1-ci Alatava qəsəbəsində yaşayış olmayan ərazidə kolluq yerdə otların arasında gizlətmişdir. 01 iyun 2023-cü il tarixdə saat 18:30 radələrində gizlətdiyi silaha bənzər predmeti götürüb 20 Yanvar metrostansiyası tərəfə getmək istəyərkən polis əməkdaşları tərəfındənsaxlanılmışdır. İştirak edənlər və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi ağ və göy rəngli un kisəsinə baxış keçirildi və un kisəsinin içərisində bir ədəd qararəngli silaha bənzər dəmir predmet və bir ədəd içi boş olan patron daraq aşkar edildi. İştirak edənlər vəmüdafıəçinin iştirakı ilə bir daha Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş silaha bənzər predmetin nədənibarət olması barədə sual verilərkən, sonuncu bildirdi ki, əlində gəzdirdiyi un kisəsinin içərisindəki dəmir əşya avtomat silahıdır, həmin silahı təxminən 10-15 gün əvvəl Nəsimi rayonu ərazisində yerləşən“Voladarski” fabrikinin yaxınlığındakı məişət tullantılarının atıldığı qutuların yanında yerdən tapmışdır və tapdığı silahı sonradan əvvəllər yaşadığı Bərdə rayonuna aparmaq məqsədilə Yasamal rayonu 1ci Alatavaqəsəbəsində yaşayış olmayan ərazidə kolluq yerdə otların arasında gizlətmişdir. Bu gün saat 18:30 radələrində gizlətdiyi avtomat silahını götürüb 20 Yanvar metrostansiyası tərəfə getmək istəyərkən polisəməkdaşları tərəfindən saxlanılmışdır. Tapdığı avtomat silahı yaşadığı Bərdə rayonuna aparmaq istəməkdə məqsədi həmin silahı müvəqqəti olaraq son qərar verənədək yaşadığı evin həyətində saxlamaq olmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd odlu silaha bənzər pridmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəifndən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürülmüşdür.(i/v 48-50). Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmə aparılmasına dair video görüntüyə baxış keçirildi və yuxarıda qeyd edilən protokolda əks olunanlar öz təsdiqini tapdı. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 avqust 2023-cü il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd odlu silah hesab edilən zavod üsulu ilə Çin Xalq Respublikasında istehsal olunmuş nömrəsi silinmiş 7,62 kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyalı AKS-47(TİP-56-1) modelli avtomatı 01 ədəd "Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş darağ sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur.(i/v 102-109). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Nəsimi rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddələri ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. (i/v 89-91). Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspertiza rəyi, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlaması, daşıması və gəzdirməsi cinayətini törətməsi kifayət qədər sübuta yetirildi. Onun əməli ibtidai sitintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edildiyindən o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, şəxsin həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd odlu silah hesab edilən zavod üsulu ilə Çin Xalq Respublikasında istehsal olunmuş nömrəsi silinmiş 7,62 kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyalı AKS-47 (TİP-56-1) modelli avtomatı 01 ədəd "Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 1(004)-443/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1- ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 01 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsində saxlanılan 01 ədəd odlu silah hesab edilən zavod üsulu ilə Çin Xalq Respublikasında istehsal olunmuş nömrəsi silinmiş 7,62 kalibrli atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyalı AKS-47 (TİP-56-1) modelli avtomatı 01 ədəd "Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rəşad Cavadzadə