Məhkəmə qərarları › İş №1(004)-444/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-444/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-444/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Qasım-zadə Fərid Vaqif oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib əvvəlcədən aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq, X4 işçi vizası almasında köməklik göstərilməsi barədə 2017-ci ilin fevral ayında ona müraciət etmiş Abşeron rayonu, Hökməli qəsəbəsinin sakini Zərərçəkmiş şəxs2 Qasım-zadə Fərid Vaqif oğlu Bakı şəhərində yerləşən “Space” telekanalının yaxınlığında qeyd olunan vizanın alınması imkanına malik olduğunu yalandan bildirib aldadaraq, 5.000 (beş min) manat pul verilməsi müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verməklə Zərərçəkmiş şəxs2 inandırıb, həmin adla 2017-ci ilin mart ayının sonlarında Bakı şəhərində yerləşən “Space" telekanalının yaxınlığında Zərərçəkmiş şəxs2 900 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.551,96 manat məbləğində pulu, 2017-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Elmlər Akademiyası” metrostansiyasımn yaxınlığındakı “Hüseyn Cavid” parkında onun vasitəsilə 1.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 1.724,4 manat məbləğində pulu, 2017-ci ilin aprel ayının sonlarında isə Bakı şəhərində Hökumət Evinin arxasında 500 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 851,25 manat məbləğində pulu onun vasitəsilə alaraq, vahid niyyətlə əldə etdikləri həmin dövrün rəsmi məzənnələri ilə cəmi 4.127,61 manat (dörd min bir yüz iyirmi yeddi manat altmış bir qəpik) məbləğində pulu aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus əmlakı vahid niyyətlə ələ keçirərək dələduzluq etmiş, Zərərçəkmiş şəxs2 aldadıldığını başa düşüb qalan 872,39 manat məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, sonuncuya məxsus cəmi 5.000 (beş min) manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Qasım-zadə Fərid Vaqif oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, özgə əmlakının aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək barədə əvvəlcədən aralarında yaranmış ümumi cinayətkar niyyətə uyğun olaraq, 2017-ci ilin mart ayında Kanada Respublikasına işçi vizası almasında köməklik göstərilməsi üçün ona müraciət etmiş Abşeron rayonu, Masazır qəsəbə sakini Zərərçəkmiş şəxs1 20,000 (iyirmi min) manat pul verilməsi müqabilində həmin məsələni həll edəcəyini yalandan vəd verərək onu inandırmaqla aldadaraq, həmin adla 2017-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri 20 yanvar dairəsi yaxınlığında yerləşən “Rabitə texnikomu”nun qarşısında Zərərçəkmiş şəxs1 8.000 (səkkiz min) manat məbləğində pulu alıb, Qasım-zadə Fərid Vaqif oğlu ilə aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edərək, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus əmlakı ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, Zərərçəkmiş şəxs1 aldadıldığını başa düşərək qalan məbləği verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, sonuncuya məxsus 20,000 (on iki min) manat məbləğində pulu qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluğa cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu el arası Miri kimi tanıyırlar və həmin adla çağırlar. O, 2019-cü il tarixdə Azərbaycan Respublikasını tərk edərək həm yaşamaq və həm də işləmək üçün Gürçüstian Respublikasına, oradan Ukrayna Respbulikasına və sonra isə Türkiyə Respublikasına getmişdir. 23 iyun 2023-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına getmək üçün təyarə vasitəsi ilə Naxçıvan MR-nın Hava Limanına gələrkən, orada onu saxlayaraq onun axtarışda olduğu barədə məlumat verilmiş və oradan isə elə həmin günü onu Naxçıvan MR-nin Naxçıvan şəhər Polis İdarəsinə təhvil vermişlər. 25 iyun 2023-cü il tarixdə onu Yasamal RPİ-nin 26-cı PBnin əməkdaşları tərəfindən Naxçıvan MR-nin Naxçıvan şəhər Polis İdarəsindən təhvil alaraq və 26 iyun 2023-cü il tarixdə Yasamal RPİ-nin X6 təhvil vermişlər. Belə ki, o, Zərərçəkmiş şəxs1 ilə təxminən 2016-cı il tarixdə tanıyır, onun onunla heç bir ədavəti və düşmənçiliyi və ədavəti yoxdur. Təxminən 2017-ci ilin mart ayının ortalarında Seymur ona mobil telefonu ilə zəng edərək Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr bazarının yanında onunla görüşmüş və ona, işləmək üçün Kanadaya getmək istədiyini və buna görə Kanadaya özü üçün işçi vizası, ailəsi, yəni həyat yoldaşı və 2 övladı üçün normal viza almaq istədiyini bildirmişdir. Bundan sonra o, Seymura bu işi onun ortağı Şahid1 adlı şəxs görür, o, Kanadaya və Amerikaya viza düzəltmək işi ilə məşğul olduğunu və həmçinin X10 Komitəsində şöbə rəisi vəzifəsində işlədiyini bildirmişdir. Həmin vaxt o, Seymurun yanında Fəridlə telefonla danışaraq bu barədə məlumat vermiş, sonra Fərid ona telefonda bu işi həll edəcəyini və heç bir problem olmadığını, Seymurun özü üçün işçi vizası, həyat yoldaşı və 2 uşağı üçün isə normal vizanı 20.000 manata düzəldə biləcəyini bildirmişdir. Bundan bir neçə vaxt sonra, yəni 2017-ci ilin aprel ayının əvvəllərində o, Seymur və Seymurun əmisi nəvəsi Yaşarla birlikdə Fəridlə görüşmüşdür. Bundan bir müddət əvvəl Yaşar da özünə Kanadaya işçi vizası düzəltmək üçün Fəridə 2400 ABŞ dolları məbləğində pul vermiş və vizasının düzəlməsini gözləmiş və görüş zamanı Fərid uniformada gəlmiş, bundan sonra Seymur ona dediklərini Fəridə də bir daha danışmış, sonra isə Seymur Fəridə bir daha, özü üçün işçi vizası, ailəsi üçün isə normal viza almaq istədiyni bildirmişdir. Bundan sonra Fərid isə Seymura problem olmadığını, bu məsələni həll edə biləcəyini və 2017-ci ilin may ayının əvvəlinə Seymuru və Seymurun ailəsini Kanadaya göndərəcəyini və Seymura vizanı qanuni formada, yəni 10 illik işçi vizası düzəldəcəyini bildirmişdir. Bundan sonra Fərid həmçinin bildirmişdir ki, guya o, elə edəcə ki, Yaşarla Seymurun vizasını eyni vaxtda həll olunsun, bundan sonra Fərid Seymurdan onun vizası üçün lazım olan pasportları istəmiş və Seymurun iş yerindən arayış alaraq çatdırmasını xahiş etmişdir. Seymur isə həmin anda özünün, həyat yoldaşının və 2 azyaşlı övladının pasportlarını Fəridə vermişdir. Bundan sonra Seymur başa düşmüşdür ki, bu 20.000 manat vizanın rüsumu deyil bu Fəridin özünün qazancıdır, çünkü vizanın rüsumu təxminən 100-200 ABŞ dolları arasındadır. Lakin Fərid həmin 20.000 manat pulu kiməsə veribverməcəyini Seymura bildirməmişdir.Bundan başqa bildirmişdir ki, Fərid Seymura həmin 20.000 manata onun və ailə üzvlərinin Kanadaya təyyarə biletinin də pulu daxildir, yəni guya bileti özü alıb ona verəcəkdir. Fərid həmçinin Seymura, pulun bir hissəsini viza düzəlməmişdən əvvəl, qalan hissəsini isə viza hazır olduqdan sonra ona verəcəyini bildirmişdir. Eyni zamanda görüş zamanı Seymur Fəridə onu qaçqın kimi Kanadaya gedmək istəmədiyini, tam qanuni şəkildə getmək istəyir ki, həm özü işləsin, həm də övladlarının təhsil alsın, həmin vaxtı Fərid ona narahat olma, ona tam qanuni əkildə 10 illik işçi vizası düzəldəcəyini, həmin vizan olarsa Kanadada heç kim ona narahat edə bilməyəcəyini bildirmişdir. Bu görüşdən təxminən 1 həftə sonra Fəridin ona zəng edərək yəni Seymurun viza məsləsini büzəldiyini bildirmiş, elə həmin müddət ərzində o, Seymura zəng edərək, Fərid artıq onun məsələsini həll etməyə başlayıb və Fərid onun viza məsələn üçün təyyarə biletlərini almağa və digər məsələlərə görə öz cibindən 8000 manat pul xərclədiyini, sabaha Seymurun pulu təcili şəkildə Fəridə çatdırmaq lazım oldğunu bildirmişdir. Onun sonradan Seymurdan aldığı məlumata görə o, özünə məxsus Mecedes- Benz markalı avtomobilini ucuz qiymətə sataraq 2017-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisindəki 20 yanvar dairəsinə yaxın ərazidə yerləşən Rabitə texnikomunun qarşısında onunla görüşərək ona 8000 manat pulu vermişdir ki, həmin pulu Fəridə çatdırsın. Seymur ona pulu verərkən o, Fəridə zəng edərək, Seymurdan 8000 manat pulu aldığını bildirmişdir. Elə həmin vaxtı o, Fəridlə Bakı şəhərində görüşmüş və o, ona 8000 manat pulu vermiş, ona isə 1600 manat pul vermişdir. Sonra isə Fərid ona bildirmişdir ki, təxminən 2-3 gündən sonra onun iştirakı ilə Seymurla görüşsün. Təxminən 2-3 gün sonra o, və Fərid Seymurla Bakı şəhərində Nizami kinoteatrının qarşısında görüşmüş və görüş zamanı Seymur Yaşarla gəlmişdir. Görüş zamanı Fərid onlara bildirmişdir ki, onların pullarını, yəni Yaşarın verdiyi 2400 ABŞ dolları və Seymurun verdiyi 8000 manat pul ona çatmışdır. Bundan sonra Fərid onlara onun bu işdə heç bir aidiyytati yoxdur, o, onu tanıdığın, işdərini də o, həll edəcəyini bildirmişdir. Bundan bir müddət sonra Seymur Fəridin istədiyi iş yerini təsdiq edən arayışı da ona vermişdir. Bundan sonra Fərid Seymura gündə bir bəhanə gətirərək vizanı düzəltməmişdir. Lakin sonradan Fərid Seymura və Yaşara yaxın günlərdə məsələ həll olunacağını bildirmiş və heç bir iş görməmişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərində o, Seymura, Fərid deyəsən dələduzluq etdliyini, gedib yoxlatmaq lazımdır görək Fərid ümumiyyətlə ona və Yaşara görə viza üçün müraciət edib ya yox, o, Seymurla birlikdə Bakı şəhəri Məmməd Araz küçəsində yerləşən Kanada səfirliyinin viza işləri ilə məşğul olan ofisinə getmiş, orada onlar öyrənmişlər ki, ümumiyyətlə Seymura və Yaşara viza alınması üçün nə Fərid və nə dəki heç kəs tərəfindən müraciət olunmamışdır. Bundan sonra Seymur Fəridin dələduzluq etdiyini biləndən sonra Yaşara da bu barədə məlumat vermiş və həmin günü axşam Seymur, Yaşar, o, və Fərid Bakı şəhərində 20 yanvar dairəsinin yaxınlığında yerləşən Ləvəngi kafesində görüşmüşlər. Görüş zamanı Fərid onlara, guya kimsə Seymur və Yaşarın viza məsələsinin düzəlməsinə görə onun özünü də aldaldığını bildirmişdir. Seymurdan aldığı 8000 manatı və Yaşardan aldığı 2400 ABŞ dollarını geri qaytaracağını bildirmişdir. Yaşar Kanadaya tək şəkildə gedib işləmək məqsədilə işçi vizası almaq üçün onun vasitəsitəsilə Fəridə ümumilikdə 2400 ABŞ dolları pul vermişdir. Bu görüşdən təxminən 15 gün sonra Fərid Yaşardan aldığı pulu geri qaytarmışdır. Fərid Seymura təklif edərək ona Kanada əvəzinə ABŞ-a viza düzəltməsini bildirmiş, Seymur onala razılaşmış, lakin Fərid bu vədinə də əməl etməyərək ona aldatmış və Seymur ondan pulunu qaytarmağını tələb etmişdir. Bundan sonra Seymur bu barədə hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, onlara dəymiş ziyanın tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% və 10% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində vermiş olduğum ifadələrini təsdiq edir və bir daha bildirmişdir ki,2017-ei ilin mart ayında ailəmlə birlikdə Kanadaya gedərək orada işləyib yaşamaq qərarına gəlmişdir. Bununla bağlı tanışı Miriyə müraciət etmişdir. Mirinin əsl adı Təqsirləndirilən şəxsdur, sadəcə olaraq ona Miri deyə müraciət edirdilər. O, 2017-ei ilin mart ayında Vahidə zəng edərək Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr bazarının yanında onunla görüşmüş və bildirmişdir ki, işləmək üçün Kanadaya gedmək istəyir və buna görə Kanadaya özü üçün işçi vizası, ailəsi, yəni həyat yolaşı və 2 övladı üçün normal viza almaq istəyir. Vahid ona bu işi onun ortağı Şahid1 adlı şəxs görür, o Kanadaya və Amerikaya viza düzəltmək işi ilə məşğul olduğun, həmçinin X8 Komitəsində şöbə rəisi vəzifəsində işlədyini bildirmişdir. Həmin vaxt Vahid onun yanında Fəridlə telefonla danışaraq bu barədə məlumat vermiş, sonra Vahid ona Fərid problem olmadığın bildirmişdir. Seymurun özü üçün işçi vizası, həyat yoldaşı və 2 uşağı üçün isə normal vizanı 20.000 manata düzəldə biləcəyini bildirmişdir. Bundan bir neçə vaxt sonra, yəni 2017-ci ilin aprel ayının əvvəllərində o, Vahid və əmisi nəvəsi Yaşarla birlikdə Fəridlə görüşmüşlər. Bundan bir müddət əvvəl Yaşar da özünə Kanadaya işçi vizası düzəltmək üçün Fəridə 2400 ABŞ dolları məbləğində pul vermiş və vizasının düzəlməsini gözləmişdir. Görüş zamanı Fərid uniformada gəlmiş, o, Vahidə dediklərini Fəridə də demiş, yəni özü üçün işçi vizası, ailəsi üçün isə normal viza almaq istədiyni bildirmişdir. Fərid ona problem olmadığını, bu məsələni həll edə biləcəyini bildirmişdir. 2017-ci ilin may ayının əvvəlinə o, onu və ailəsini Kanadaya göndərəcəyini, ona demiş, ona vizanı qanuni formada, yəni 10 illik işçi vizası düzəldəcəkdir və elə edəcəkdir ki, Yaşarla onun vizası eyni vaxtda həll olunsun, həmçinin Fərid ondan viza üçün lazım olan pasportları istəmiş və onun iş yerindən arayış alaraq çatdırmağını xahiş etmişdir. O, həmin anda özünun, həyat yoldaşının və 2 azyaşlı övladının pasportlarını Fəridə vermişdir. O, həmin vaxt dərk etmişdir ki, bu 20.000 manat vizanın rüsumu deyil bu Fəridin özünün qazancıdır, çünkü vizanın rüsumu təxminən 100-200 ABŞ dolları arasındadır. Lakin Fərid həmin 20.000 manat pulu kiməsə verib- verməcəyini ona bildirməmişdir. Həmçinin Fərid ona həmin 20.000 manata onun və ailə üzvlətinin Kanadaya təyyarə biletinin də pulu daxildir, yəni guya bileti özü alıb ona verəcəkdi. Fərid həmçinin ona pulun bir hissəsini viza düzəlməmişdən əvvəl, qalan hissəsini isə viza hazır olduqdan sonra ona verəcəyini bildirmişdir. Eyni zamanda görüş zamanı o, Fəridə qaçqın kimi Kanadaya getmək istəmədiyni, tam qanuni şəkildə getmək istədiyni, həm özü işləməiyni, həm də övladları təhsil almasını bildirmişdir. Fərid ona narahat olmamasını ona tam qanuni şəkildə 10 illik işçi vizası düzəldəcəyini bildirmiş, həmin vizası olarsa Kanadada heçkim onu i narahat edə bilməyəcəyini bildirmişdir. Bu görüşdən təxminən 1 həftə sonra Vahid ona zəng edərək Fərid artıq onun n məsələsini həll etməyə başlayıb və Fərid onun viza məsələn üçün təyyarə biletlərini almağa və digər məsələlərə görə öz cibindən 8000 manat pul xərcləyib, sabaha o pulu təcili şəkildə Fəridə çatdırmaq lazımdır. Bundan sonra o, gecə ilə öz Mecedes-Benz markalı avtomobilini ucuz qiymətə sataraq 2017-ci ilin aprel ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu ərazisindəki 20 yanvar dairəsinə yaxın ərazidə yerləşən Rabitə texnikomunun qarşısında Vahidlə görüşərək ona 8000 manat pulu vermişdir ki, həmin pulu Fəridə çatdırsın. Pulu verərkən Vahid Fəridə zəng eədərək bildirmişdir ki, Seymurdan 8000 manat pulu götürmüş, 2-3 gün sonra Vahid onu Fəridlə görüşə çağırmışdır. Görüşə o, Yaşarla getmiş, Bakı şəhərində Nizami kinoteatrının qarşısında görüşmüşlər. Görüş zamanı Fərid ona onların pulunu, yəni Yaşarın verdiyi 2400 ABŞ dolları və onun verdiyi 8000 manat pul ona çatıb. Həmçinin Fərid bildirmişdir ki, bu işə Vahidin heç bir aidiyytatı yoxdur, onlar onu tanıyır, işiləri də o, həll edəcəkdir. Bundan bir müddət sonra o, Fəridin istədiyi iş yeriçi təsdiq edən arayışı da ona vermişdir. Bundan sonra Fərid ona gündə bir bəhanə gətirərək vizanı düzəltməmiş, hər dəfə ona yaxın günlərdə məsələ həll olunacağını bildirmiş, lakin may ayımıı əvvəli gəlib çatsa da bu məsələ düzəlməmişdir. 2017-ci ilin oktyabr ayının əvvəllərində Vahid ona Fərid deyəsən dələduzluq etdiyni, gedib yoxladsın görün o ümumiyyətlə ona və Yaşara görə viza üçün müraciət edib ya yox, o, da Vahidlə birlikdə Bakı şəhəri Məmməd Araz küçəsində yerləşən Kanada səfirliyinin viza işləri ilə məşğul olan ofisinə getmiş, orada ona öyrənmişdir ki, ümumiyyətlə ona və Yaşara viza alınmasıüçün Kanada səfirliyinə heç bir müraciət olunmayıb. Kanadanın _ Azərbaycanda səfirliyi yoxdur, Ankarada yerləşən səfirlik vasitəsilə Azərbaycan vətəndaşları viza alırlar, Məmməd Araz küçəsində isə səfirliyin viza işləri ilə məşğul olan ofisi var. O, Fəridin dələduzluq etdiyini biləndən sonra Yaşara da bu barədə məlumat vermiş, həmin günü axşam o, Yaşar, Vahid və Fərid Bakı şəhərində 20 yanvar dairəsinin yaxınlığında yerləşən Ləvəngi kafesində görüşmüşlər. Görüş zamanı Fərid guya kimsə onların viza məsələsini düzəlməsinə görə onun özünü də aldadığını bildirmişdir. Həmçinin yaxın günlərdə ondan aldığı 8000 manatı və Yaşardan aldığı 2400 ABŞ dollarını geri qaytaracağını bildirmişdir. Yaşar Kanadaya tək şəkildə gedib işləmək məqsədilə işçi vizası almaq üçün Təqsirləndirilən şəxs vasitəsilə Fəridə ümumilikdə 2400 ABŞ dolları pul vermişdir. Bu görüşdən təxminən 15 gün sonra Fərid Yaşardan aldığı pulu geri qaytarmış. Bundan sonra Fərid ona Kanada əvəzinə ABŞ-a viza düzəlməsini təklif etmiş, o, bununla da razılaşmış lakin Fərid bu vədinə də əməl etməyərək ona aldadaraq onun pulunu qaytarmağını tələb etmişdir. Fərid əvvəlcə ona onun təcili şəkildə öz avtomobilini ucuz qiymətə sataraq ona verdiyinə görə o, pulun əvəzinə ona həmin avtomiobildən alacağını bildirmişdir. Lakin Fərid yenə onu aldatmış nə avtomobil almış nə də pulu qaytarmamışdır. O, hüquq-mühafizə orqanlarına şikayət etdikdən sonra isə Fərid ona ümumilikdə 4150 manat pul qaytarmış, ibtidai istintaq dövründə isə qalan 3850 manat pulu geri qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 2017-ci ilin fevral ayında o, qohumu Zərərçəkmiş şəxs1 vasitəsilə Miri kimi tanınan, Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuş, Vahid ona , əgər Amerikaya gedib işləmək istəyirsə onun Dövlət Gömrük Komitəsində işləyən tanışı Fərid Qasım-zadə adlı şəxs bu işdə ona kömək edə biləcəyini və Fərid ona həmin ölkədə işləmək üçün işçi vizası düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, da Vahidin bu təklifilə razılaşaraq öz pasportunu Fəridə çatdırması üçün Vahidə vermişdir. Daha sonra 2017-ci ilin mart ayının sonlarında o, Vahidlə birlikdə “Space” televiziya kanalının qarşısında Fəridlə görüşmüş, görüş zamanı Fərid ona 5000 manat pulun qarşılığında onu ABŞ-a işçi vizası düzəldə biləcəyini demiş, həmçinində bu pula ABŞ-a 1 nəfərlik gediş-dönüş bileti də daxil olduğunda bildirərək və viza üçün 160 ABŞ dolları rüsum ödənilməli olduğunu qalan pul isə onun zəhmət haqqı olduğunu bildirmişdir. Bundan sonra Fərid ona 2017-ci ilin may ayında onun vizan düzələcəyini bildirmişdir. O, isə Fəridin bu təklifilə razılaşmış , həmçinin Fərid ona pulun bir hissəsini indi, qalanını' isə viza düzələndən sonra verəcəyini bildirmişdir. Beləliklə o, həmin yerdə Fəridə ilkin olaraq 900 ABŞ dolları pul vermiş, həmin görüşdən biraz sonra Vahid ona zəng edərək Fərid ona demişdir ki, ABŞ-a viza məsələsi düzəlmir, Kanadaya işçi vizası düzəldə bilər, o, isə bu təkliflə razılaşmışdır. Sonra Fəridlə Bakı şəhəri Elmiər Akademiyası metrosunun yaxınlığında yerləşən Hüseyn Cavid parkında görüşmüş, həmin zaman Fərid ona verməli olduğu puldan 1000 ABŞ dollarını sabah Vahidə çatdırmasını bildirmiş , ona görə ki, viza məsələsini həll etsin. Bundan sonra o, həmin görüşün səhərisi günü, yəni 2017-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən Hüseyn Cavid parkında Vahidlə görüşərək ona Fəridə çatdırması üçün 1000 ABŞ dolları pul vermiş və Vahid onun yanında Fəridə zəng edərək Yaşardan 1000 ABŞ dolları pulu aldığını bildirmişdir. Bundan başqa bildirmişdir ki, 2017-ci ilin aprel ayının sonlarında Vahid ona Fəridin deməsinə görə qalan puldan 500 ABŞ dolları da vermək lazım olduğunu bildirmiş, o, isə elə həmin tarixdə Bakı şəhərində Hökumət Evinin arxasında Vahidlə görüşərək ona 500 ABŞ dolları pul vermişdir. Həmin zaman da Vahid Fəridə zəng etmiş və ondan 500 ABŞ dolları aldığını bildirmişdir. 2017-ci ilin may ayı gəlib çatsa da Fərid vədinə əməl etməyərək ona viza almamış, bundan sonra o, əsəb keçirtməyə başlayaraq və Fəriddən, həmçinin onu onunla tanış edən Vahiddən ümumilikdə verdiyi 2400 ABŞ dolları pullarını tələb etməyə başlamışdır. Bundan başqa bildirmişdir ki, həmin tarixə qədər Fərid onun qohumu Seymura da 2017-ci ilin may ayında Kanadaya işçi vizası düzəltməyi vəd edərək, ondan 8000 manat pul almış və Seymuru da aldadaraq ona viza alıb verməmişdir.2017-ci ilin may ayında o, Seymur, Vahid və Fərid Bakı şəhərində Nizami kinoteatrının qarşısında görüşmüş, görüş zamanı Fərid Seymura və ona , narahat olmamasını onların verdikləri pullar onda olduğunu bildirmiş, pullarını o, geri qaytaracabğını bildirmişdir. Həmin vaxta qədər o, Fəridə ümumilikdə 2400 ABŞ dolları pul vermişdir. Beləliklə Fərid 2017-ci ilin sentyabr ayına qədər pulunu qaytaracağını bildirərək müxtəlif bəhanələrlə ona aldatmış və nəhayət 2017ci ilin sentyabr ayında Fərid özü şəxsən ona 1000 manat pul qaytarmış, qalan 1811 ABŞ dollarını isə ona Vahid qaytarmışdır. Həmin vaxtı Vahid pulu qaytararkən bu pulu Fərid verdiyni bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 istintaq dövründə verdiyi ərizəsi elan edilərək tədqiq edildi və müəyyən olundu ki, Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını göstərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qasım-zadə Fərid Vaqif oğlu ifadəsində göstərmişdir ki, 2018-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində vermiş olduğu ifadələrini bir daha təsdiq edərək, 2017-ci ilin aprel ayında tanışı camaat arasında Miri kimi tanınan Təqsirləndirilən şəxs ona müraciət edərək onun Zərərçəkmiş şəxs1 adlı tanışına Kanada Respublikasında işləmək üçün viza almaq lazım olduğunu, həmçinin onun həyat yoldaşına və 2 azyaşlı uşağına da elə viza almaq lazımdır ki, onlar da Seymurla birlikdə Kanadaya köçərək yaşaya bilmələrini bildirmişdir. Sonra Vahid ona həmin şəxslərin pasportlarını göstərmiş, o, əvvəllər turizm şirkəti işlətdiyinə görə bu sahədən məlumatlı olmuşdur. Ona görə də Vahidə Seymurun özünə işçi vizası və ailəsinə turist vizası almaq olduğunu bildirmişdir. Seymur oraya getdikdən bir müddət sonra ailəsini də Kanadaya apara bilər. Həmin zaman Vahid onun bu təklifilə razılaşmış, eyni zamanda həmin vaxt Vahid ona, viza məsələsi alınsa o, ona əlavə olaraq 2000 manat pul verəcəyini, həmçinin Vahid ona Seymur ona söz verib ki, viza məsələsi alınsa Seymur Vahidin özünə əlavə pul verəcəyini bildirmişdir. Söhbət zamanı o, Vahidə, həmin şəxslərə Kanadaya viza almaq üçün təxminən lazım olan xərcləri dəqiq öyrənib ona deyəcəyini bildirmişdir. Eyni zamanda Vahidə bunun üçün viza almaq istəyən şəxslərin pasportdan əlavə olaraq iş yerindən arayış, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nigah haqqında şəhadətnamələrinin surətlərinin ingilis dilinə tərcümə olunmuş formada ona təqdim etmək lazım olduğunu bildirmişdir. Bu söhbətdən təxminən 15 gün sonra Vahid Zərərçəkmiş şəxs1 özünün, həyat yoldaşının və 2 uşağının yuxarıda qeyd etdiyi sənədlərini gətirərək ona təqdim etmişdir. Sonra o, tanışı, əvvəllər turizm firmasında işləmiş Əlifov Hicran Əlibaxış oğluna müraciət edərək, bir nəfər şəxs Kanadaya işləməyə gedmək istədiyni və bu məqsədlə işçi vizası almaq istədiyini bildirmişdir. Bundan sonra Hicran ona onun tanışı Kanadaya işçi vizası düzəltməsi işi ilə məşğul olduğunu və bunun üçün o viza pulu, bilet pulu və ilkin olaraq təxminən oteldə 10 gün qalmaq pulu da daxil olmaqla 5000 manat pul istədiyni bildirmişdir. Həmin zaman Hicran tanışının kim olduğunu ona deməmiş, o, özü də həmin şəxsin kim olduğunu ondan soruşmamış, çünkü o, düşünürdü ki, Hicran həmin şəxsi tanıtmaq istəmir ki, sənədləri ondan götürərək viza məsələsini həmin şəxsin vasitəsilə özü həll etsin və özü də əlavə pul qazansın. Beləliklə 2017-ci ilin aprel ayında o, Vahidlə görüşərək bu barədə ona məlumat vermiş və həmin şəxsin özü üçün Kanadaya işçi vizasını 10 günlük otel pulu, Kanadaya gediş-dönüş təyyarə biletinin pulu da daxil olmaqla həmin işçi vizasını 5000 manata düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, Vahidə Seymura işçi vizası düzəldə bilsə onun ailə üzvlərinə çox rahat şəkildə viza verəcəklər, yəni onun ailə üzvləri sadəcə Kanadaya bilet alaraq bunu səfirliyə təqdim edib viza ala biləcəyini bildirmişdir. Vahid də onun dediklərilə razılaşmış və ona Seymur üçün işçi vizası alınmasını təşkil etdiyni bildirmişdir. Beləliklə Vahid Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsində Seymura işçi vizası düzətməyi üçün ona 6300 manat pul verərək bildirmişdir ki, hələ o, Seymurun işçi vizasını düzəltsin, o məsələ düzəlsə qalan 1300 manata da ailəsinin təyyarə biletlərini alar, 1300 manat çatmasa nə qədər əlavə lazım olsa o, həmin pulu Seymurdan alıb oan verəcəkdir. Daha sonra o, da Vahidin ona verdiyi Seymurun və ailə üzvlərinin sənədlərini götürərək ünvan 2 ünvanında yerləşən Caspian Plazada ofisi olan “Favorit” turizm şirkətinin müdürü işləyən dostu Vüqar Şükürovun yanına getmiş və ondan xahiş etmişdir ki, Seymur üçün viza almaq məqsədilə Kanada səfirliyinə ingilis dilində səfərinin məqsədini açıqlayan ərizə yazsın ki, o, həmin ərizə ilə birlikdə Seymurun digər sənədlərini Hicrana versin ki, öz tanışına həmin sənədləri versin və viza məsələsini həll etsin. Vüqar da özü viza üçün ingilis dilində ərizə yazaraq ona vermişdir. Bunun üçün o, Vüqara heç bir pul ödəməmişdir. Çünkü o onun tanışı idi və aralarında xətir hörmət olmuşdur. Viza alarkən səfərin məqsədini açıqlayan ərizəni ailədən 1 nəfər yazsa kifayət edir, ona görə də, o, həmin ərizəni Seymurun adından yazdırdırmışdır. Sonra o, Hicrana həmin şəxsin sənədləri hazır olduğunu və 5000 manat müqabilində Kanadaya işçi vizası almaq istədiyini bildirmişdir. Hicran isə ona, onun tanışı olduğunu Kanada səfirliyindən işçi vizası almaq məsələsi alınmadığını bildirmiş, Hicran bunun səbəbini bilmədiyini bildirmişdir. Bundan sonra o, da Vahid və Seymurla görüşərək ona Kanadaya işçi vizası verilməsi məsələsi alınmadığını, istəyirsə ABŞ-a onun və ailəsi üçün viza almağa müraciət etsin. Bundan sonra Seymura ABŞ-a ona və onun ailə üzvlərinə normal turist vizasını 7000 manata düzəldə biləcəyini bildirmiş və həmin pula 4 nəfərin təyyarə bileti, 10 günlük oteldə qalmaq pulu və viza üçün ödənilən rüsum pulu daxildir. Seymur da bu təkliflə razılaşmış və həmin 7000 manat bu işin rəsmi xərcləri olmuşdur. Bundan sonra Vahid viza məsələsini həll edəcəyi təqdirdə 2000 manat verəcəyini vəd etdiyinə görə o, Seymura əlavə pul deməmişdir.Daha sonra 2017-ci iiin sentyabr ayında o, ABŞ səfirliyindən viza almaq üçün müvafiq sənədləri vermək üçün tarix almaq məqsədilə Caspian plazada yerləşən “Abdu travel” turizim şirkətinin müdiri işləyən tanışı Vüqar Babayevə müraciət edərək bu işdə ona köməklik etsin. Vüqar da bu işi öz işçisi Aysel xanıma tapşırmışdır. Bundan sonra o, Ayselə Seymurun və ailə üzvlərinin pasportlarını vermiş, o, da viza üçün Amerika səfirliyinə müraciət etmək məqsədilə elektron formada anketi doldurdu və həmin anketi çap edərək ona vermiş, 2017-ci iiin oktyabr ayına sənədləri təqdim etmək üçün tarix aid olmuşdur. Bundan sonra Aysel xanım onun xahişi əsasında Seymur və ailəsinin ABŞ-ın New-york şəhərində 10 günlük qalmaları üçün otel otağı rezerv etmiş, eyni zamanda elektron qaydada viza üçün 160 ABŞ dolları rüsum ödəmişdir. Həmin ödəməni Vahidin ödəmə etmək üçün ona göndərdiyi bank kartının seriya nömrələrini daxil etməklə Aysel xanım həyata keçirmişdir. Bundan sonra o, turzim şirkətinə gedərkən Vahidə səfirliyə rüsum ödəmək üçün bank kartı vasitəsilə ödəmə etmək lazım olduğunu, lakin onun kartı olmadığından onda kart varsa onun seriya rəqəmlərini ona gönmiş, o, ödəməni etdikdən sonra onun ona verdiyi 6300 manat puldan götürərək həmin pulu ona versin. Vahid də bununla razılaşmış və kartın şəkilini ona telefon vasitəsilə göndərmişdir. Bundan sonra o, həmin şəkili telefonundan sildiyinə görə şəkil onda qalmamışdır. Aysel xanım bütün bunları etdikdən sonra o, sağollaşaraq turizm şirkətindən çıxmışdır. Bunun üçün o, həmin xanıma heç bir pui ödəməmışdır. Daha sonra o, hal-hazırda xatırlamadığım bir nəfər şəxsdən eşitdim ki, yaxın vaxtlarda 2 ailəyə Amerika səfirliyi viza verməkdən imtina etmişdir. Ona görə də o, Amerika səfirliyinə Seymurun və ailəsinin sənədlərini təqdim etməkdən imtina etmiş, çünkü səfirlik Seymura və ailəsinə viza verməkdən imtina edərdisə gələcəkdə viza almaq onlar üçün böyük problemə səbəb ola bilərdi. Sonra o, Seymura Amerikaya da viza alınmadığını bildirmiş və Vahid ona verdiyi 6300 manat pulu təxminən 2017-ci ilin avqust-sentyabr aylarında ondan geri istəmiş və ona onun nəsə problemi var, həmin pul kiməsə qaytarmaq üçün ona lazım olduğunu bildirmişdir. Seymurun ABŞ-a viza məsələsi alınsa o, özü həmin pulu düzəldib ona verəcəyini bildirmişdir. Bundan sonra o, da həmin 6300 manat pulu Vahidə qaytarmış, Vahid 2017-ci ilin aprel və iyul aylarında ümumilikdə ona şəxsi problemlərinə 6300 manat borc vermişdir.Seymurun viza məsələsi alınmayandan sonra, 2017-ci ilin təxminən sonlarında o, və Vahid birlikdə görüşmüş və görüş zamanı Vahid ona onun onsuzda ona 6300 manat borcun var, ona görə də Seymurun 6300 manatını sən özü qaytarın. Daha sonra o, Seymurla görüşərək ona onun pulunu o, qaytaracağını bildirmiş, 2018-ci ilin may ayında o, Seymura 2500 manat pul qaytarmış, 2018-ci ilin oktyabr-noyabr aylarında isə ümumilikdə 1650 manat pul qaytarmışdır. Seymur hüquq-mühafizə orqanlarına müraciət etdikdən sonra ona məlum olmuşdur ki, viza məsələsinə görə Vahidə 6300 manat yox 8000 manat pul verib, həmçinin Seymur ona guya o, ondan özünə və ailə üzvlərinə viza düzəltməyi üçün 20.000 manat pul istəmiş, əslində isə belə bir hal olmadığını, o, heç vaxt Seymurdan 20.000 manat pul istəmədiyni bildirmişdir. Seymurun Vahidə verdiyi 8000 manat puldan ona bir məbləğdə pul çatmamış, lakin Seymur bu işdə zərər gördüyünə görə və onunda Vahidə 6300 manat borcu olduğuna görə o, 8000 manatı artıq Seymura ödəmişdir. Seymurun istintaqa təqdim etdiyi və onun səsini yazdığı telefon danışıqlarındakı danışan şəxslər o, və Seymurdur, həmin danışıqlardan da görünür ki, o, həqiqətən Seymura bildirmişdir ki, onun pulunu o, geri qaytaracaqdır, nunu deməkdə məqsədim ondan ibarə olmuşdur ki, onun Vahidə 6300 manat borcu olmuş və Vahid ona olan borcunu Seymura ödəməsini bildirmişdir. Bundan başqa bildirmişdir ki, 2017-ci ilin mart ayında Vahid ona, onun Zərərçəkmiş şəxs2 adlı tanışı X3 turist vizası almaq istədiyni bildirmişdir. Bundan sonra o, problem olmadığını, görüşməsini və bu işlə bağlı danışmağını bildirmiş, sonra isə o, Vahid və Yaşar 2017-ci ilin mart ayında Bakı şəhərində, “Space” telekanalının yaxınlığında görüşmüşlər. Həmin vaxtı Vahid ona Yaşara vizanın qiymətini 5000 manat deməsini, həmin puldan 900 ABŞ dollarını sən götürməsini, qalanını isə o, götürəcəyini bildirmişdir. Həmin görüş zamanı Yaşara təxminən 20 gün sonra 5000 manat pul qarşılığnda ona ABŞ-a turist vizası düzəldə biləcəyini demiş, həmin pula həm 10 günlük otel pulu və ABŞ-a gediş-dönüş təyyarə biletinin pulu daxildir, onları o, özü elektron qaydada alaraq səfirliyə müraciət etmək üçün lazım olan müvafiq sənədləri hazırlayıb ona təqdim edəcəyini və o, özü səfirliyə həmin sənədləri təqdim etməyini daha sonra ona ABŞ-a gedmək üçün səfirlik tərəfindən turist vizası veriləcəyini bildirmişdir. Onun ABŞ səfirliyində tanıdığı heç kəs olmamış, sadəcə olaraq o, düşünmüşdür ki, bütün bu sadaladıqlarıolsa Yaşara turist vizası verilməməsi üçün bir səbəb qalmadığını bildirmişdir. Bundan sonra o, Yaşara xırdalamadı ki, otel otağını və təyyarə biletini neçəyə alır. Onlar həmçinin Vahidlə razılaşmışlar ki, o, götürdüyü 900 ABŞ dollarına sadəcə olaraq Yaşar üçün 10 günlük otel otağı alacaq, qalan xərclər isə Vahidə aid idi, yəni təyyarə biletini Vahid almalı idi, həmin biletin qiyməti ABŞ-a gediş-dönüş təxminən 2000 manat idi. Yəni 5000 manatdan 1530 manatını o, götürmüş, qalan təxminən 2000 manata təyyarə bileti alınacaqdı, yerdə isə təxminən 1500 manat pul qalacaqdır. Vahid də ona bu iş həll olunandan sonra o, ona özü üçün 300 manat pul verəcəyini bildirmişdir. Görüş zamanı Yaşar öz pasportunun əslini ona vermişdir ki, o, oteli və təyyarə biletini alaraq bu prosesə başlasın. Daha sonra onlar sağollaşaraq ayrılmış, lakin görüşdən bir gün sonra Vahid ona hələ Yaşar üçün ABŞ- da 10 günlük otel otağı almamasını bildirmiş, həmçinin Yaşarın səfirliyə müraciət etməsi üçün anket və digər lazım olan müvafiq sənədlərini hazırlama, çünkü ola bilər ki, onun Seymur adlı əmisi oğlu da onlara Kanadaya viza alması üçün müraciət etsin və Yaşar da ABŞ-a yox, onunla birlikdə Kanadaya getsin. O, isə Vahidin sözünə əsasən Yaşar üçün oteldə yer almamış, həmçinin viza anketi doldurmamış və gözləməyə başlamışdır. X7 işçi vizası almaq üçün Vahid vasitəsilə ona müraciət etmiş və həmin zaman Vahid Yaşar da Kanadaya işçi vizası aimaq istədiyni bildirmişdir. Bundan sonra Seymur üçün Kanadaya işçi vizası alınmadığına görə Yaşara da həmin vizanı düzəldə bilməmişd, o, Yaşar üçün ABŞ-a turist vizasını normal qaydada müraciət əsasında almağı düşünmüşdür. O, Yaşar üçün anket doldurub, özünə verəcəkdir ki, Amerika səfirliyinə təqdim etsin və eyni zamanda turizm firmasından onun üçün otel otağı alacaqdır. Daha sonra o, Vahid, Yaşar və Seymur Ləvəngi kafesində görüşmüş, görüş zamanı o, bilmişdir ki, Vahid Yaşardan onun götürdüyü puldan əlavə pul götürüb,lakin dəqiq miqdarını bilməmişdir. Hətta görüşdən sonra Vahidə , o, özü götürdüyü pulu geri qaytaracağını bildirmiş, o, da öz götürdüyün pulu qaytarsın. Beləliklə bir müddət sonra o, Yaşarla görüşərək ona 1000 manat pul qaytarmış, o, ondan 900 ABŞ dolları yəni 1530 manat pul götürmüş, qalan pulu qaytarmağa imkanı olmadığına görə Vahiddən xahiş etmişdir ki, onun Yaşardan aldığı qalan pulu qaytarsın, daha sonra Yaşarın ona dediyinə görə Vahid həmin pulu Yaşara geri qaytarmış,yəni o, Yaşardan cəmi 900 ABŞ dolları pul almışdır. Seymurdan isə ümumiyyətlə pul atmamış, buna baxmayaraq Yaşara 1000 manat, Seymura isə 8000 manat pulu geri qaytarmışdır. Yaşara qalan pulu isə özünün dediyinə görə Vahid geri qaytarmışdır. Bundan başqa bildirmişdir ki, Vahid ona bu viza məsələsində aldadmış, Seymurdan artıq pulun almasına baxmayaraq həmin pulu ödəməyib, həmin pulu o, Vahidin əvəzinə Seymura ödəmişdir. O, Hicrana viza ilə bağlı müraciət edərkən ona deməmişdir ki, bu işi Təqsirləndirilən şəxs vasitəsilə görür, həmçinin bildirməmişdir ki, Seymurdan bu işə görə 6300 manat pul alınıb. Yəni o, heç vaxt bu işə görə Hicrana pul verməmiş, sadəcə olaraq aralarında belə bir şifahi söbət olmuşdur ki, Hicranın tanışı 5000 manata Kanadaya işçi vizası düzəldə bilər. Yəni Hicranın onunla Vahid arasında viza məsələsinə görə olan pul söhbətindən məlumatı və həmin məsələdə iştirakı yoxdur. Yaşara isə o, normal müraciət əsasında viza almağı planlaşdırmış, Yaşarla əvvəl ABŞ-a turist vizası düzəltməyi razılaşsam da, sonradan Vahid Yaşar da Seymurla birlikdə işləmək üçün Kanadaya işçi vizası almaq istəyini bildirmişdir. Kanadaya işçi vizası məsələsi də alınmadığına görə o, Yaşara viza düzəldə bilməmişdir. Təxminən 2019-cu ilin mart ayının sonunda onun barəmdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində cinayət üzrə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri təsqsirli bilinərək aidiyyəti üzə işin baxılması üçün Yasamal rayon məhkəməsinə göndərilmiş və həmin ildə isə məhkəmənin hökmü ilə 01 il 06 ay müddətində azadlığın məhdudlaşdırma cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 23 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstğintaq İdarəsində vermiş olduğu ifadəsini təsdiq edərək bir daha göstərmişdir ki, o, təxminən 2017-2018-ci illər arasında “Abdu” traveldə tur meneceri vəzifəsində işləmişəm. Həmin vəzifədə işləyərkən biz turizm firması olaraq təyyarə biletlərinin satışı, otellərdə qonaqlar üçün yer alınması, viza alınması üçün müraciət edən vətəndaşlara elektron anket doldurulmasında köməklik etmişdir. Təxminən 2017-ci ilin sentyabr ayında “Abdu taravel" turzim şirkətində işləyərkən müdürü Vüqar Babayevin tapşırığına əsasən Qasım-zadə Fərid Vaqif oğlunun müraciəti əsasında Zərərçəkmiş şəxs1 X2 Bakıdakı səfirliyinə viza alması üçün tarix almaq məqsədilə elektron formada anket dolduraraq çap etmiş və Fəridə vermişdir. Həmçinin Fəridin xahişi əsasında ABŞ-da yerləşən hal-hazırda adını xatırlamadığı otellərin birində 10 günlük yer rezervasiya etmiş, lakin otelin pulu ödənilməmişdir. Həmçinin Fəridin seriya nömrələrini dediyi bank kartı vasitəsilə o, səfirliyə viza alınması üçün 160 ABŞ dolları rüsumu elektron qaydada ödəmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1 kim olduğunu bilməmiş və onu görməmişdir. Bundan başqa bildirmişdir ki, barədə heç bir məlumatı verməmiş, onun ümumuiyyətlə Fəridin nə işlə məşğul olmasından məlumatım olmamışdır. O, sadəcə travel şirkətin müdürü olmuş Vüqar Babayevin tapşırığı əsasında Fəridə maddi marağı olmadan pulsuz formada köməklik etmişdir. O, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 Həsərət oğlu və Zərərçəkmiş şəxs1 tanımadığı və onlar ona hər hansı bir viza düzəltməsi barədə müraciət etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qərarı ilə həbsetmənin əvvəl tutulduğu andan hesablandığı üçün, 25 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə seçilmiş “həbs” qismində qətimkan tədbiri “ev dustaqlığı” ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2023-cü il tarixli tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs onlara dəyən ziyanı tamamilə ödəmiş, sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3030 və 1290 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 73-1.2, 73-1.3 və 73-2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatmadığı hallarda, şəxsin həmin maddələrdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməsi məsələsinə baxılarkən, dövlət büdcəsinə ödəniş başa çatmayan cinayətə görə qəsdin yönəldiyi əmlakın on faizi miqdarında müəyyən olunur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% və 10%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. X5 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar