Məhkəmə qərarları › İş №1(004)-446/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-446/2022

27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-446/2022 27.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X2 və Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1979-cu ildə Kəlbəcər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq elmişdir. Belə ki. o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakmı ələ keçirmək məqsədi ilə X8 və onun həyat yoldaşı Şahid1 özünü işgüzar şəxs kimi təqdim edərək onları və övladları Şahid2 və Kənan Qədirlini qanuni və rəsmi yollarla Polşanın Azərbaycan Respublikasında yerləşən Səfirliyindən həmin ölkəyə getmələri üçün hər birinə bir illik müddətə viza alacağı, sonradan Polşa Respublikasına göndərərək orada qarşılanacaqları, həmin ölkədə ev və müvafiq işlə təmin etdirəcəyi barədə yalan vədlər verib aldadaraq bu adla 2019-cu ilin iyil ayında sonuncuların yaşadığı Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi məhəllə 1055 ev 3 mənzil 153-də X3 etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə sonuncuya məxsus 10000 (on min) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxs İ.Şahid2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayında Polşa Respublikasında yaşayan dostu Orxan Nemətovun vasitəsi ilə Füzuli Qədiyev və onun qayını olan Niyaməddin Əliyevi həmin ölkədə fəaliyyət göstərən zavodunda işləmək uçün göndərmişdir. 2019-cu ilin aprel-may ayında ona Şahid1 adlı şəxs zəng edərək Füzuli Qədiyevin yoldaşı Güldəstənin rəfiqəsi olduğunu bildirmişdir. Danışıq zamanı Zərifə ondan xahiş etmişdir ki, onu və 3 nəfər ailə üzvlərini Polşaya işləmək üçün göndərsin. Bu məqsədlə o, 2019-cu ilin may ayında Şahid1 və onun həyat yoldaşı X12 rayonu ərazisində yerləşən “Yasamal parkı" adlanan ərazidə görüşmüşdür. Söhbət zamanı İlham Qədirov və Şahid1 ona bildirmişlər ki, 2 övladı ilə birlikdə Polşada işləmək istəyirlər. Onların bu təklifinə cavab olaraq o bildirmişdir ki, Polşaya getmək üçün ilk olaraq Polşada yerləşən "Falqo LTD" zavodundan onlar üçün dəvətnamə alınmalı, sonradan həmin dəvətnamə əsasında bir illik viza ilə bağlı Polşanın Azərbaycandakı Səfirliyinə müraciət etməli, viza təsdiqindən sonra isə onları həmin ölkəyə işləmək üçün göndərə və zavodun balansında olan evlərdə yerləşdirilməsini təmin edə bilər. Əlavə olaraq bildirmişdir ki, qeyd edilən işləri 10.000 manat müqabilində görə bilər. İlham Qədirov isə hazırda həmin məbləğdə pulunun olmadığını bildirmiş və ondan pulu düzəlmək üçün vaxt istəmişdir. 2019-cu ilin iyun ayının axırlarında o, yenədə həmin parkda İlham Qədirov və Şahid1 ilə görüşmüş, onlar özlərinə aid sənədlərin surətlərini təqdim edərək 10.000 manat pulu da yaxın vaxtlarda verəcəklərini demişlər. Təxminən 2019-cu ilin iyul ayının əvvəllərində İlham Qədirov ona zəng edərək 10.000 manat pulu vermək üçün görüşməyi təklif etmiş və yaşadığı Yasamal rayonu, Ə.Salamzadə küçəsində yerləşən mənzillərinə dəvət etmişdir. Bundan sonra o, İ.Qədirovun yaşadığı mənzilə getmiş və görüş zamanı İlham Qədirov həyat yoldaşı Şahid1 yanında ona 10.000 manat pul vermişdir. Pulu aldıqdan sonra o bildirmişdir ki, 3 ay müddətində onları 2 övladı ilə birlikdə Polşa Respublikasında yerləşən "Fargo LTD" zavodunda işləmək üçün getməsini təşkil edəcəkdir. Bundan sonra o, səfirliyə müraciət etmək üçün sənədləri toplamış, lakin həmin müddətdə Polşaya gedənlərin sayı çox olduğu üçün sənədləri Polşanın Azərbaycandakı Səfirliyinə təqdim edə bilməmiş və gözləmək məcburiyyətində qalmışdır. Daha sonra növbənin çatmasına az qalmış bütün dünyada karantin rejimi tətbiq edildiyi üçün Səfirlik sənəd qəbulunu dayandırmışdır. Bu səbəbdən o Zərifə və İlhama verdiyi vədi yerinə yetirə bilməmişdir. Bundan sonra Zərifə və İlham ondan ona verdikləri 10.000 manat pulu tələb etmişlər, lakin həmin pulu xərclədiyi üçün qaytara bilməmişdir. Yekun olaraq o həbsdə olduğu üçün zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyə bilmədiyini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Şahid1 onun həyat yoldaşıdır. Zərifə ona bildirmişdir ki, əvvəllər işlədiyi uşaq bağçasından tanıdığı Güldəstə adlı qadın Almaniyaya işləmək məqsədi ilə getmək istədiyir və Güldəstənin viza məsələsini Təqsirləndirilən şəxs adlı bir şəxs qanuni və rəsmi yollarla həll edir. Həmin ərəfədə onlarda Polşa Respublikasına işləmək məqsədi ilə getmək istədikləri üçün, Zərifə Namiqin mobil telefon nömrəsini öyrənmişdir. 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs telefon nömrəsinə zəng edib həyat yoldaşı ilə birlikdə “Lider TV”-nin yaxınlığında olan “Yasamal parkı” adlandırılan ərazidə Namiqlə görüşmüşlər. Görüş zamanı onlar Namiqə ailə üzvləri ilə birlikdə Polşa Respublikasına işləmək üçün getmək istədiklərini dedikdə Namiq Polşanın Azərbaycan Respublikasında yerləşən Səfirliyində tanıdığı şəxslərin köməkliyi ilə onları istədiyi Avropa ölkəsinə göndərə biləcəyini demişdir. Bundan sonra o ailəsi ilə birlikdə Polşaya getmək istədiklərini Namiqə demiş, Namiq isə onlar üçün endirim edərək həmin məsələni 4 nəfər üçün 10.000 manata həll edəcəyini ona bildirmişdir. 2019-cu ilin iyun ayında o, Zərifə ilə birlikdə Namiqlə görüşən zaman Namiq onlara Polşa səfirliyində işləyən tanışı ilə artıq danışıqlar apardığını və onu ailə üzvləri ilə birlikdə Polşaya göndərəcəyi ilə bağlı razılıq aldığını onlara bildirmişdir. Həmin vaxt onun 10.000 manat pulu olmadığı üçün Namiqdən bir ay vaxt istəmişdir. 2019-cu ilin iyul ayının 5-də o, Namiqin istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ona həmin məbləğdə pulu düzəltdiyini demiş və görüşməyi təklif etmişdir. Bundan sonra o Namiqi yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilinə dəvət etmiş və orada Zərifənin yanında Namiqə 10.000 manat pul vermişdir. Pulu aldıqdan sonra Namiq söz vermişdir ki, onu və ailə üzvlərini 3 ay müddətinə Polşaya göndərəcək, onları Polşada qarşılayacaqlar, sonra işlə təmin edəcək, əlavə olaraq müəyyən sənədləri sürətini istəmişdir. O da özünə və ailə üzvlərinə aid lazımi sənədləri Namiqə çatdırmışdır. Bır müddət sonra Namiqlə telefonla danışan zaman öyrənmişdir ki, Namiq onların sənədlərini səfirliyə təqdim etmişdir. Namiq vəd etdiyi 3 ay vaxt gəlib çatsa da onlar Namiqdən müsbət cavab ala bilməmişlər. Bundan sonra Namiq müxtəlif bəhanələr gətirərək onları aldatmağa başlamışdır. Bundan sonra Namiq həmin pulun əvəzində onlara santexnika malları təklif etmişdir, lakin o həmin malları baxdıqda görmüşdür ki, yarasızdır. Namiq və onun atası İbrahimlə uzun sürən danışıqlar heç bir nəticə vermədiyi üçün o bu məsələ ilə bağlı DİN orqanlarına məlumat vermək məcburiyyətində qalmışdır. Son olaraq ona dəymiş 10000 manat məbləğində zərərin Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X10 onun həyat yoldaşıdır. Əvvəllər bir yerdə işlədiyi Güldəstə Almaniyaya işləmək məqsədi ilə getmək istədiyir və Güldəstənin viza məsələsini Təqsirləndirilən şəxs adlı bir şəxsin qanuni və rəsmi yollarla həll edir. Həmin ərəfədə onlarda ailə üzvləri ilə birlikdə Polşa Respublikasına işləmək məqsədi ilə getmək istəmişlər. Bu məqsədlə o Namiqin mobil telefon nömrəsini öyrənmişdir. 2019-cu ilin aprel ayında İlham Namiqin telefon nömrəsinə zəng edib onunla birlikdə “Lider TV”-nin yaxınlığında olan “Yasamal parkı” adlandırılan ərazidə görüşmüşlər. Görüş zamanı onlar Namiqə ailə üzvləri ilə birlikdə Polşa Respublikasına işləmək üçün getmək istədiklərini dedikdə Namiq Polşanın Azərbaycan Respublikasında yerləşən səfirliyində tanıdığı şəxslərin köməkliyi ilə onların istədiyi Avropa ölkəsinə viza ala biləcəyini demişdir. Bundan sonra İlham, o və 2 övladı ilə birlikdə Polşaya getmək istədiklərini Namiqə demişlər, Namiq isə onlar üçün endirim edərək həmin məsələni 10.000 manata həll edəcəyini İlhama bildirmişdir. 2019-cu ilin iyun ayında o, İlhamla ilə birlikdə Namiqlə görüşən zaman Namiq onlara Polşa səfirliyində işləyən tanışı ilə artıq danışıqlar apardığını və onların ailəsini Polşaya göndərəcəyi ilə bağlı razılıq aldığını onlara bildirmişdir. Həmin vaxt onların 10.000 manat pulları olmadığı üçün İlham Namiqdən bir ay vaxt istəmişdir. 2019-cu ilin iyul ayının 5-də İlham Namiqə zəng edərək ona həmin məbləğdə pulu düzəltdiyini demiş və görüşməyi təklif etmişdir. Bundan sonra Namiq onların yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilə gəlmiş və orada İlham onun yanında Namiqə 10.000 manat pul vermişdir. Pulu aldıqdan sonra Namiq söz vermişdir ki, onların ailə üzvlərini 3 ay müddətinə Polşaya göndərəcək, onları Polşada qarşılayacaqlar, sonra işlə təmin edəcək, əlavə olaraq müəyyən sənədlərin sürətini istəmişdir. İlham da özünə və ailə üzvlərinə aid lazımi sənədləri Namiqə çatdırmışdır. Bir müddət sonra İlham Namiqlə telefonla danışan zaman Namiq ona demişdir ki, onların sənədlərini Səfirliyə təqdim edib. Namiq vəd etdiyi 3 ay vaxt gəlib çatsa da verdiyi vədi yerinə yetirməyib onun həyat yoldaşı İlhama qarşı dələduzluq edərək 10.000 manat pulunu ələ keçirmişdir. İş üzrə şahid qismində göstərilmiş X11 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 193-195-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının 5-də evdə olmadığı üçün atası İlhamın yaşadığı evdə 10.000 manat pulu Təqsirləndirilən şəxs verərkən bunun şahıdı olmadığını, amma valideynləri Polşaya gedəcəkləri barədə Namiqlə aparılan danışıqlardan və sonuncunun bununla bağlı onlardan 10.000 manat pul aldığında xəbəri olmuşdur. Namiqin Səfirlikdə işləyən yüksək vəzifə daşıyan yaxınlarının vasitəsi ilə onları Polşaya göndərəcəyi barədə verdiyi vədlə bağlı ona və qardaşı Kənan Qədirliyə vəlideyinləri tərəfdən məlumat verildiyini, hətta valideynlərindən onun da bütün ailə ilə birlikdə Polşaya gedəcəkləri ilə bağlı eşidiyində çox sevindiyini və buna etiraz elmədiyini, o və qardaşı Kənanın Namiqi görmədiklərini və sonuncu ilə bu söhbətlərdə iştirak etmədiklərini. Namiqin onların yaşadığı evə cəmi bir dəfə gəldiyini və həmin vaxt o və qardaşı Kənanla birlikdə evdə olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yerini Şahid1 təqdim etmişdir. Həmin yer ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzildir. Baxış zamanı Şahid1 bildirmişdir ki, 2019-cu ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs Polşa Respublikasına iş üçün viza təşkil etmək adı ilə ondan 10.000 manat pul almış vədinə əməl etməyərək pulunu geri qaytarmamışdır. (Cild İ, i.v. 8-9) xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X10 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 1-4) “Diskə baxış keçirilməsi haqqında” 12 avqust 2021 il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********22 saylı GSM nömrəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə qarşılıqlı olaraq 4 dəfə bir-birinə zəng edərək danışıq aparmışlar. Bundan başqa müəyyən edilmişdir ki, X10 istifadəsində olan ***-***-**-** saylı GSM ııömrəi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs İbralıim oğlunun istifadəsində olan **********22 saylı GSM nömrəsinə 2 dəfə zəng edərək danışıq aparmışdır. (Cild İİİ, i.v. 1-3) “Diskə baxış keçirilməsi haqqında” 12 avqust 2021 il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı GSM nömrəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddətdə X5 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə qarşılıqlı olaraq 3 dəfə bir-birinə zəng edərək danışıq aparmışlar. Bundan başqa müəyyən edilir ki. Təqsirləndirilən şəxs istifadəsində olan ********* saylı GSM nömrəsi ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cıı ıl tarixədək olan müddətdə Şahid1 istifadəsində olan ***-***-**-** saylı GSM nömrəsi ilə qarşılıqlı olaraq 10 dəfə bir-birinə zəng edərək danışıq aparmışlar. (Cild İİİ, i.v. 4-5) 12 avqust 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, X5 ifadənin yerində yoxlanılan zaman sonuncu yaşadığı ünvan 3-ü göstərərək 10000 manat pulu məhz həmin ünvanda Təqsirləndirilən şəxs verdiyini bir daha təsdiq etmişdir. Bununla bağlı protokol tərtib edilmiş və çəkilmiş fotoşəkil həmin protokola əlavə edilmişdir. (Cild İİİ, i.v. 6-9) “Mobil telefona baxış keçirilməsi haqqında” 12 avqust 2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X10 özünün istifadəsində olan mobil telefonun “facebook” sosial şəbəkəsi və həyat yoldaşı Şahid1 istifadəsində olan mobil telefonun “whatsapp” proqramından Təqsirləndirilən şəxs ilə apardıqları (skrin edilmiş fotogörünlülər olan) yazışmalar köçürülmüş 01 ədəd CD diski istintaq orqanına təqdim etmişdir CD diskdə Şahid1 mobil telefonundan köçürülən 8 ədəd fotogörüntüyə baxış zamanı aşağıdakı yazılar aşkar edilmişdir. -xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən "Elektron ünvan , bu mənim emailimdir Kənan pasportunu skan edib bu adresə atsın” -xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən “salan zərifə xanım, bu formada olmalıdır SKAN (orada Şahid2 fotosu vardır) Kənana göndərin bilsin” -xx.xx.2019-cu il Şahid1 tərəfindən göndərilən “nəsə danışa bildiz”. -xx.xx.2019-cu il Təqsirləndirilən şəxs tərəfindən göndərilən “bəli danışmışam, ev məsələsi və iş siz gedib çatana qədər həll olunacaq, inşallah. Nə lazımdır demişəm bilir” -xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən “gəlmisiniz siz Bakıya” -xx.xx.2019-cu ildə Şahid1 tərəfindən göndərilən “yox. 2-3 günə gəlirik, elə vizalar gələn kimi gəlirik” -xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən “oldu salam deyin hamıya, xəbərləşərik inşallah” -xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən “salam Zərifə xanım. Dünən danışa bilmədik. Bir iki günə tam yekunlaşdıracayıq uşaqların işini” -xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən “Zərifə xanım gəlin 3 gün görüşək, çünki sənədləri sizə verməliyəm və məsləhət etməliyik, sabah axşam uşaqların paket sənədləri mənə veriləcək” -xx.xx.2019-cu ildə Şahid1 tərəfindən göndərilən “bank arayışının vaxtı ayın 7-si qurtarır" xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən “slam Zərifə xanım necəsiniz. Sizin və İlham müəllimin sənədləri hazırdır artıq. Görüşəcəm sizinlə bu həftə içi” -tarixi görünməyən vaxta Təqsirləndirilən şəxs tərəfindən göndərilən “mən uşaqların sənədlərini verəcəm sizə, içəri nə vaxt keçəcəklər, sabah dəqiq biləcəm və sizə deyəcəm, arayışlara görə narahat olmayın". Diskə baxış zamanı X5 Təqsirləndirilən şəxs ilə apardığı 3 ədəd fotogörüntüdəki yazışmalar aşağıdakı kimidir; -xx.xx.2020-ci ildə X10 tərəfindən göndərilən “telefon nömrəsini də gizlədirsən, neçə dəfə zəng etməyə söz verdin, yalan oldu" -xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən "yaxşı portaldan icazəm ləğv olunub, onu sahmana salım zəng edim görüşək, mal verəcəm saxlayın özünüzdə, qalan məsələləri qoyaq qaydasına”, -xx.xx.2021-ci il tarixdə İ.Qədirov tərəfindən göndərilən “yenə yayındın. Bir görün, danışası məsələlər var. hər dəfə bir bəhanə gətirirsən" -04 yanvar 2021-ci ildə Təqsirləndirilən şəxs tərəfindən göndərilən “Bu yaxında görüşək, danışarıq hərşeyı. Mən xəbər edəcəm sizə hər şeyə aydınlıq gətirək. Öz aramızda həll olunmayacaq qədər çətin problem deyil bizim məsələ”. -tarixi görünməyən Təqsirləndirilən şəxs tərəfindən göndərilən “inanmırsız vallah sizdən qaçmıram, yəni qaçacaq bir şey yoxdur, indi-indi işlər açılır, vəziyyəti qaydaya salmağa çalışıram. Nə mümkündü edəcəm narahat olmayın. Azca səbirli olun". Bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild İİİ, i.v. 12-24) “Sübutların qiymətləndirilməsi və cinayət işinin nəticəsi haqqında” 15 avqust 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X9 facebook sosial şəbəkəsi və həyat yoldaşı Şahid1 “whatsapp” proqramı üzərindən Təqsirləndirilən şəxs ilə apardığı yazışmaların fotogörüntüsü köçürülmüş 1 ədəd CD disk iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (Cild İİİ, i.v. 26- 38) Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2, 188-ci maddələri ilə təqsirli bilinərək hər ay qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci ıl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.3.2. 320.1. 320.2. 318.2-ci maddələri ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş və sonuncu Azərbaycan Respublikası CM-nin 177.3.2. 318.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzası 07 il 06 aya endirilmiş, Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv ediliərək iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci ıl tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilərək Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası CM-nin 177.3.2. 320.1 və 320.2-ci maddələri xaric edilmiş, sonuncuya Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası dəyişdirilmədən saxlanılmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci ıl tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 21 06.2017ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs 05 ay 06 gün cəzasını çəkmək üçün 9 saylı Çəzaçakmə Müəssisəssinə geri qaytarılmış, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild İ, i.v. 18-20) “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 03 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da saxlanılmışdır. (Cild İ, i.v. 231-232) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-184/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 03 mart 2022-ci il tarixdən hesablanmaqla 01 ay 25 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 30-34) AZ-İV №640153 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X6 atası Təqsirləndirilən şəxsdur. (Cild İİ, i.v. 170) Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2017-ci il tarixli 1(103)-556/2017 saylı qərarına əsasən məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 avqust 2015-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs ittihamından Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi və Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəa hökmdən xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 avqust 2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin maddələrlə ona cəza təyin edilməməsi nəzərə alınmışdır. Hökmlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmışdır. Hökmlə Təqsirləndirilən şəxs cəzasının əvvəlinin 22 aprel 2014-cü ildən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmışdır. (Cild İİ, i.v. 228-240) Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2017-ci il tarixli 7(103)-466/2017 saylı qərarına əsasən Apellyasiya protesti təmin olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizənin təmin edilməsi haqqında Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 may 2017-ci il tarixli qərarı ləğv edilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizə təmin edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2017-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş 05 (beş) ay 06 (altı) gün müddətini çəkməsi üçün məhkəmə iclas zalından həbs olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Cəzasının əvvəli 21 iyun 2017-ci il tarixdən hesablanmışdır. (Cild İİ, i.v. 242-245) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2017-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CMnin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, bir azyaşlı övladının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86), onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili X7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 03 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar