Məhkəmə qərarları › İş №1(004)-446/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-446/2025

08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-446/2025 08.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Hilton Garden otelində aşbaz işləyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək iltizam qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 1 ədəd sellofan bükümdə 7,78 qram tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq və daşımış, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 13 yanvar 2025-ci il tarixdə saat 00:30-da Yasamal rayonu Əsəd Əhmədov 31A ünvanın qarşısında saxlanılaraq şöbənin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 ünvanında yerləşə inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə 7,78 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuana hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, o, “Hilton Garden” otelində aşpaz işləyir. Narkotik vasitə istifadəçisidir. O, narkotik vasitə almaq məqsədi ilə tanımadığı şəxsin bank kartına 70 manat yükləmiş və ona ünvan göndərilmişdir. 13 yanvar 2025-ci il tarixində işdən qayıdan zaman İnşaatçılar metrostansiyasının yaxınlığında taksi sifariş verərək ona göndərilən ünvana, yəni Gənclik metrostansiyasının yaxınlarına gedib orada sifariş verdiyi narkotik vasitə olan qururudulmuş marixuananı götürmüşdür. Bundan sonra o yaşadığı evə gəlmiş və anası evdə olduğu üçün narkotik vasitədən istifadə edə bilməmişdir. Bu zaman başqa yerdə narkotik vasitə olan marixuannadan istifadə etmək üçün evdən çıxmışdır. Yaşadığı binanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. Orada ona təqdim olunmuş müdafiəçinin iştirakı ilə ona üzərində daşınması qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş və o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 büküm narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. 01 ədəd elektron atasına məxsus olmuşdur. Atası zərgər olduğu üçün həmin elektron tərəzidən istifadə edirmiş. Atası vəfat etdikdən sonra həmin tərəzini istifadə etdiyi narkotik vasitəni çəkmək üçün istifadə etmişdir. O hesab edir ki, bükümün içərisində olan marixuananın miqdarı təxminən 4-5 qram olmuşdur. O, həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə almış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Evdə ankoloji xəstə anası olduğundan narkotik vasitə istifadə etmək istəmədiyi üçün tərəzini özü ilə aparmışdırki, narkotik vasitədən istifadə edən zaman miqdarını düz müəyyən edə bilsin. Narkotik vasitə olan marixuananı əldə edərək üzərində saxlayıb daşıdığı və ümumiyyətlə, həmin narkotik vasitədən istifadə etdiyi üçün əməlindən peşmandır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 yanvar 2025-ci il tarixdə Yasamal RPİ-nin 29-cu X11 Elvin Baloğlan oğlunun Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli bilinməsi barədə daxil olmuş məlumat RPİ-nin 29-cu Polis Şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra, şöbənin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 və digər əməkdaşlardan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 13 yanvar 2025-ci il tarixdə ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs Baloğlan oğlu və qardaşı X5 yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli bilinməsi izah edilmiş və onlar 29-cu Polis Şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsinin inzibati binasında xidmət otaqlarından birində Təqsirləndirilən şəxs müdafiəsinin təmin olunması məqsədilə vəkil dəvət olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilmiş, hüquq və vəzifələri izah edildikdən sonra, Təqsirləndirilən şəxs əgər üzərlərində hər hansı qeyri-qanuni əşya və ya predmet varsa, könüllü təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü və bir ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunanlar zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Həmin zərf və şəxsi axtarış və əşyaların götürülməsi ilə bağlı protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı məlumat yoxdur. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 150-152-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, heç bir yerdə işləməyən, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Baloğlan oğlunun Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli bilinməsi barədə daxil olmuş məlumat RPİ-nin 29-cu Polis Şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra, şöbənin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və digər əməkdaşlardan ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, 13 yanvar 2025-ci il tarixdə saat 00:30-da ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs Baloğlan oğluna yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələri saxlamaqda və istifadə etməkdə şübhəli bilinməsi izah edilmiş və o, 29-cu Polis Şöbəsinə dəvət olunmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs saxlanılan zaman onun qardaşı X7 da Polis Şöbəsinə dəvət olunmuşdur. Hər iki şəxs polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə yola salınmışdır. Polis şöbəsinin inzibati binasında xidmət otaqlarından birində Elvin və Elçin Bağıyevin müdafiəsinin təmin olunması məqsədilə vəkil dəvət olunmuşdur. Onlara vəkil təqdim edildikdən sonra, hər iki şəxs vəkilə heç bir etirazlarının olmadığını bildirmişdir. Daha sonra Elvin və Elçin Bağıyev şübhəli şəxs qismində tutulmuşlar. Bundan sonra vəkilin iştirakı ilə videoçəkiliş həyata keçirilmiş, hüquq və vəzifələri izah edildikdən sonra, şübhəli şəxslərdən Elvin və Elçin Bağıyevdən əgər üzərlərində hər hansı qeyri-qanuni əşya və ya predmet varsa, könüllü təqdim etmələri təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümü və bir ədəd elektron tərəzini çıxararaq masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan marixuana olduğunu, narkotik vasitə heroini isə saxlanılmasından iki gün əvvəl Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Gənclik" deyilən ərazidə tanımadığı şəxsdən 70 manat müqabilində əldə etdiyini, onu qəbul etməsi üçün özündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisinə baxış keçirilmiş və orada spesifik qoxuya malik narkotik vasitə - qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Elçin Bağıyevin üzərinə də şəxsi axtarış aparılmış, lakin qanunla qadağan edilmiş heç bir predmet aşkarlanmayıb. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən, içərisində narkotik maddə – marixuanaya bənzər maddə olan 1 ədəd büküm və 1 ədəd elektron tərəzi sübut əhəmiyyəti daşıdığına görə bir ədəd içi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və rəsmiləşdirilmişdir. Həmin zərf iştirakçılar və tərəflər tərəfindən imzalanmışdır. Elvin və Elçin Bağıyevin üzərində şəxsi axtarış və əşyaların götürülməsi ilə bağlı protokol tərtib olunaraq, digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış aparılması və və maddi sübutun götürülməsi haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, sonuncu əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə 7,78 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi olduğunu, narkotik vasitə marixuananı Bakı şəhəri Gənclik- Nərimanov adlanan ərazi yaxınlığında ünvanını dəqiq xatırlamadığı yerdə tanımadığı şəxsdən online əlaqə saxlayaraq 70 manata aldığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə marixuana və bir ədəd elektron tərəzi zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. (i.v. 74-78) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 13 yanvar 2025-ci il tarixli 7/64 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs Baloğlan oğlunun üzərindən aşkar edilmiş “Marixuanaya” bənzər kütlə və tərəzi...” yazı və imzalar olan zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,78 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin zərfin içərisində olan bir ədəd elektron tərəzinin üzərində cüzi miqdarda narkotik vasitə olan marixuana hissəcikləri vardır. Marixuana hissəcikləri cüzi miqdar olduğundan onun çəkisi müəyyən etmək və eynilik aparmaq mümkün deyildir. Ekspertiza tədqiqatında tədqiq olunmuş marixuana təmiz çəkisi 7,78 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 7,73 qram təşkil edir (i.v. 89-90) “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. (i.v. 114-115) “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd elektron atasına məxsus olmuşdur. Atası zərgər olduğu üçün həmin elektron tərəzidən istifadə edirmiş. Atası vəfat etdikdən sonra həmin tərəzini istifadə etdiyi narkotik vasitəni çəkmək üçün istifadə etmişdir. (i.v. 124-125) “Baxış keçirilmə haqqında” 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş "Redmi 14C" markalı mobil telefonun "Redmi 14C" markalı smartfon olması, sensor ekranlı, içərisində sim- kart nömrəsi üçün yuvası olması, həmin yuvanın içərisində Bakcell MMC-yə aid ***-***-**-** və ***-***-**-** saylı nömrələr olması, korpusu və ekranının qara rəngli olması, telefon elektrik cərəyanına qoşulduqda çərəyanı qəbul etməsi müəyyən olunur. Telefonun təhlükəsizlik şifrəsi olduğu üçün menyusuna baxmaq mümkün olmamışdır. Telefonun yaddaşında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı və iş üçün əhəmiyyətli məlumatlar aşkar olunmadı. (i.v. 144) “Diskə baxış keçirilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs Baloğlan oğlu və X4 üzərinə müdafiəçilərin iştirakı ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs Baloğlan və X12 «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Baloğlan oğlu könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü və 01 ədəd eletron tərəzini masanın üzərinə qoymaqla təqdim edir və həmin bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını, həmin narkotik vasitəni saxlanılmazdan iki gün əvvəl, yəni 11 yanvar 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Gənclik adlanan ərazidən tanımadığı şəxsdən 70 manat pulun müqabilində əldə etməklə özü qəbul etməsi üçün üzərində saxlamaqla daşıdığını polis əməkdaşlarına bildirir. Bundan başqa üzərində olan Redmi 14C markalı mobil telefon təqdim edir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Baloğlan oğlunun üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxs X6 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansısa əşya aşkar edilmədi. Şübhəli şəxs X6 üzərindən Samsung J2 markalı mobil telefon aşakr olunur. Şübhəli şəxs Təqsirləndirilən şəxs Baoğlan oğlunun təqdim etdiyi, içərisində narkotik vasitə olan marixuanaya bənzər maddə olan 01 ədəd büküm və 01 ədəd elektron tərəzi sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb 169 saylı möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Şübhəli şəxs Təqsirləndirilən şəxs Baoğlan oğlu tərəfindən imzalanır. (i.v. 149) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2025-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (+), MOP (+) aşkar olunmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 153-154) “Diskə baxış keçirilməsi haqqında” 03 may 2025-ci il tarixli protokoldan görünür ki, istintaq materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Bakcell Telekom MMC-dən bir ədəd 01 ədəd CD diskdə içərisində excel proqramı vasitəsi ilə açılan 05 ədəd fayllar vardır. Həmin fayllara baxış zamanı Təqsirləndirilən şəxs Baloğlan oğlunun istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil nömrəsinə daxil və xaric olan zəng məlumatları, sms yazışmaları və anten dairələrinin əksini tapdığı müəyyən edildi. Həmin yazışma və danışıqlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-cü il tarixdə aşkar olunaraq götürülmüş 7,78 qram narkotik vasitə olan qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və 01(bir) ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,73 qram qurudulmuş marixuana saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01(bir) ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 176- 183) Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və baxış aparılarkən qeydə alınmış videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-45/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs özünü narkotik vasitələrin satışı ilə təqsirli bilmədiyini, marixuana istifadəçisi olduğunu və onun satışı ilə heç vaxt məşğul olmadığını, evindən çıxan tərəzinin atası zərgər olduğu üçün ona məxsus olduğunu və o da öz istifadəsi üçün marixuana alanda çəkisini öyrənmək üçün həmin tərəzidə çəkdiyini, göstərilənləri nəzərə alaraq barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin təmin edilməməsini xahiş etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə edilməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Cinayət əməlinin törədildiyi zaman qüvvədə olan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu qərarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə izah verilmiş və məsuliyyətin yaranması üçün iki müxtəlif hal müəyyən edilmişdir: “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin 1. əvəzli və ya qazanc əldə etmək; 2. digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” Həmin qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satmaq niyyətində olub-olmaması müəyyən edilərkən nəzərə almaq lazımdır ki, istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş, narkotik vasitəni aldıqdan sonra onu çəkib xırda bağlamalara bükməmiş, avadanlıq (elektron tərəzi) üzərindən aşkar olunsa belə sözügedən tərəzi həmin bükümlərin hazırlanması üçün deyil, şəxsi istifadəsi zaman istifadə olunmuş, ümumiyyətlə narkotik vasitəni satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə etməsi istintaq orqanı tərəfindən heç bir mötəbər sübutla təsdiq olunmamış və məhkəmə araşdırması zamanı da, bu hal öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkar edilməsi isə narkotik vasitəni satış məqsədi ilə qanunsuz əldə etməsi kimi qiymətləndirilə bilməz. Satış məqsədi olmadığı halda bu əməl CM-nin 234.2-ci maddəsi ilə tövsif oluna bilməz. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər istər ibtidai istintaq dövründə istərsə də məhkəmə baxışı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı şəxslərə narkotik vasitə satması ilə bağlı əməliyyat məlumatının olmadığını bildirmişlər. Belə ki, 13 yanvar 2025-ci ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə 7,78 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə marixuana hissəcikləri olan elektron tərəzi istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir digər predmet – kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Bundan əlavə cinayət işi üzrə müəyyən edilmiş hallara görə Təqsirləndirilən şəxs satılan narkotik vasitənin 01 ədəd polietilen bükümdə olmuş, xırda bağlamalara bölünməmiş, o narkotik vasitəni əldə etdikdən qısa müddət sonra polis əməkdaşları tərəfindən ifşa edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş bank kartına müəyyən mədaxil və məxaric əməliyyatlarının olmasının narkotik vasitələrin satışı ilə əlaqəli olması barədə sübutlar əldə olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məxsus bank kartına müəyyən məbləğdə pulların mədaxil və məxaric olması onun narkotik vasitələrin satışı ilə əlaqəli olması kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2025-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində THC (+), MOP (+) aşkar olunmuşdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə sidik nümunəsində eyni olması sonuncunun həmin narkotik vasitənin öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq edir. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin aşkar olunmasını, habelə istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri digər bir avadanlığa (kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 05 qram qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın təmiz çəkisi 7,78 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunubolunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin tarixdə saat 00:30-da məhdudlaşdırılmışdır; (i.v. 29-31;) “Təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 110-111) “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir və istintaqın davam etdirilməsi qərara alınmışdır. (i.v. 114-115) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(004)-45/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. (i.v. 132-136) “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 141-142) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 163) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdən (saat 00:30) 14 yanvar 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini müəyyən vaxtlarda tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Bakı şəhər Yasamal Rayon Polis İdarəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,73 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 13 yanvar 2025-ci il tarixdən 14 yanvar 2025-ci il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-nin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 7,73 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 385 (üç yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar