Məhkəmə qərarları › İş №1(004)-447/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-447/2021

24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-447/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublika Məhkəməsinin 01.07.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.11.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Yasamal Rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərarına əsasən 18 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, 17.05.2021-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmış və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu İ.Qutqaşmlı küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma cinayətini törətmişdir. Belə ki, o, 30 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusun gümüşü rəngli kağızı parçasına bükülmüş vəziyyətdə təmiz çəkisi 1,052 qram təşkil edən qəhveyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 1 ünvanın qarşısına gətirdikdən sonra, həmin gün saat 09:30 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal RPİ-nin 26cı PB-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli «cins» şalvarının sağ yan cibindən qeyd olunan 1,052 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, uzun illərdir ki, bədənində mütəmadi olaraq əzələ, sümük və sair ağrılar olduğu üçün narkotik vasitə “heroini” iyləmə və iynə vurma yolu ilə qəbul edir. Bundan əvvəl narkotik vasitələri Bakı şəhərində «Kubinka», «Sovetski» və “Papanin» adlanan ərazilərdə tanımadığı müxtəlif şəxslərdən alıb sonradan da qəbul etmişdir. Hər dəfə narkotik vasitələrini ayrı-ayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Hal-hazırda isə tutulmamışdan əvvəl, yəni 30 avqust 2021-ci il tarixdə səhər saatlarında «Kubinka» adlanan yaşayış sahəsindən 20 manata bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə bükümün içində olan çəkisini dəqiq bilmədiyi narkotik vasitə heroini almış, əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Tanışı Dəyanətlə söhbətləşdiyi zaman saat 09:30-da qəflətən iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış, vəsiqələrini çıxarıb özlərini Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları kimi təqdim etmiş, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib, saxlamaqda və istehlak etməkləri ilə bağlı şübhəli olduqlarını, Yasamal RPİ-nin 26-cı PBnə getmələrini bildirmiş, onlar etiraz etməmiş, bölməyə gəlmiş, bölmədə onlar ayrı-ayrı otaqlara salınmışlar. X2 narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə axtarış və götürmə aparılacağını bildirib, ondaq vəkil istəyib-istəmədiyini soruşmuş, o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o da, həmin siyahıdan istənilən hən hansı bir vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Bundan sonra isə təhqiqatçı R.Qafarov onu və vəkil Müdafiəçi, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Polis bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkilin iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmiş və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı R.Qafarov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da, hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki göy rəngli cins şalvarının sağ yan cibimdə saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızma bükülmüş vəziyyətdəki bükümdə olan çəkisini dəqiq bilmədiyi narkotik vasitə olan heroini könüllü olaraq təqdim edərək, “Kubinka” adlanan ərazidən öz istifadəsi üçün aldığını etiraf etmişdir. Daha sonra isə X5 onun təqdim etdiyi həmin bükümə baxaraq bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli halda olan narkotik vasitə heroinə bənzər maddənin olmasını müəyyən etmişdir. Bundan sonra R.Qafarov özü onun üstünü axtırmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xidmət etdiyi bölməyə, xx.xx.1984-cü il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 saylı inzibati binada qeydiyyatda olan və Abşeron rayonu Məhəmmədi kəndi, Məhəmmədi bağları,Yeni Massiv, özbaşna tikilidə yaşayan Şahid1 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxslərin Yasamal rayonu İ.Qutqaşmlı küçəsi ev 31 saylı ünvanın qarşısında dayanıb söhbət etdiklərini müəyyən edərək dərhal yaxınlaşıb onları saxlamışlar. Onları saxlayarkən özülərini təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmalarını bildirmiş, onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getmələrini təklif etmişlər. Yasamal RPİ-nin 26-cı PB-nə gətirilərək onlar bir- birindən ayrı otaqda saxlanılmışlar. Yasamal RPİ-nin 26-cı PB-ndə xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib- istəmədiyini soruşmuş və o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs da həmin siyahıdan istənilən hən hansı bir vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Daha sonra təhqiqatçı R.Qafarov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasıı haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə vəkilinin, eləcə də onunla Şahid3 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı R.Qafarov tərəfindən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra təhqiqatçı R.Qafarov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunun gümüşü rəngli bükümünü çıxararaq təqdim etmişdir. Bundan sonra təhqiqatçı R.Qafarov Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümə və bükümün içərisinə baxış keçirilərkən bükümün gümüşü rəngli siqaret kağızı parçasının içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə oxşar heroin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin heroin adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni bu gün, yəni 30 avqust 2021-ci il tarixində səhər saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı R.Qafarov tərəfindən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunubgötürülməsi ilə bağlı təhqiqatçı R.Qafarov tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq DİN-nin 170 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3 eyni xususuatlar üzrə ifadə verərək Şahid2 ifadəsinə göstərilənləri təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, tanışı Təqsirləndirilən şəxsla dayanıb söhbətləşərkən iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış, Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları olduqlarını, onların qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib, saxlamaqda və istehlak etməkləri ilə bağlı şübhəli olduqlarını bildirərək onlardan Yasamal RPİ-nin 26-cı PB-nə getməyi tələb etmişlər. Onlarda da çıxışsız vəziyyətdə qaldıqlarından onların həmin tələbləri ilə razılaşmışlar və dərhal onları avtomobilə əyləşdirib özləri ilə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirərək onu və Vüqarı bir-birlərindən ayrıraraq başqa-başqa otaqlara salmışlar. Daha sonra Yasamal RPİ-nin 26-cı PB-nə inzibati binasında olan otaqların birində olduğu zaman digər polis əməkdaşı ona yaxınlaşaraq təhqiqatçı polis kapitanı İlqar Səfərov olduğunu və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyibistəmədiyini soruşmuş və o da cavabında, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanı olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizədə yazdırıb imzalamışdır. Bütün hüquq və vəzifələri ona izah olunduqdan sonra, vəkilin iştirakı ilə üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona üstündə qanunsuz saxladığı əşyaların olub-olmadığı soruşulmuş, o, da hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki göy rəngli şalvarının sağ yan cibində saxladığı psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim edərək həmin bükümün içərisində olan psixotrop maddə olan metamfetamini tutulmamışdan əvvəl həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidə öz istifadəsi üçün 15 manata aldığını etiraf etmişdir. Bundan başqa üstündən heçnə aşkarlanmamışdır. Vüqarla heç vaxt bir-birlərinə istər narkotik vasitə və ya psixotrop maddə verib-almamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşqul olması barədə heç bir məlumatı olmamışdır. 30.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı o, iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı ondan aşkar edilmiş qeyd olunan həmin heroini onun tərəfindən nə vaxt və haradan öz istehlakı üçün əldə edib üstündə saxlaması barədə nə əvvəlcədən və nə də sonradan Təqsirləndirilən şəxs ona heç bir məlumat verməmişdir. Onunla eyni bir gündə və eyni bir ərazidən Təqsirləndirilən şəxs narkotik vasitə heroin alması isə bir təsadüf haldır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal RPİ-nin 26-cı Polis bölməsinin təhqiqatçısı X7 tərəfindən tərtib edilmiş və əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Müdafiəçi, şəxsi axtarışa məruz qalan Təqsirləndirilən şəxs oğlu tərəfindən imzalanmış 30 avqust 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, ünvan 5 ünvanın qarşısında küçədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal RPİnin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılıb, Yasamal RPİ- nin 26-cı PB-nə gətirilərək üstünə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunun gümüşü rəngli bükümdə narkotik vasitə heroinə bənzər maddənin aşkar olunaraq götürülməsi barədə iki nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs özünün və vəkilinin iştirakı ilə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən şəxsi axtarış və götürmə aparılarkən texniki vasitə kimi «İphone» markalı mobil telefonun video kamerasından istifadə edilərək aparılmış videoçəkiliş 1 ədəd “DVD-R” markalı disk elektron maqnit daşıyıcısına köçürülərək protokola əlavə edilmişdir (cild 1, səh. 36-38). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tədqiqatının 6/3782 saylı 31.08.2021-ci il tarixli ekspertiza rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,052 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Ekspertiza tədqiqatına 0,050 qram çəkidə hissəsi sərf edilmiş, 1,002 qram çəkidə hissəsi qalıq qalmışdır (cild 1, səh. 44-49). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin Ambulator Məcburi- X3 3312 saylı 07.09.2021-ci il tarixli rəyi ilə təsdiq olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 130-131). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqları təhqiqatçı R.Qafarov tərəfindən izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunun gümüşü rəngli bükümünü çıxararaq təqdim edir və bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd gümüşü rəngli siqaret kağızı parçasına bükülmüş vəziyyətdə qəhvəyi rəngli, toz şəkilli maddəyə təhqiqatçı R.Qafarov tərəfindən baxış keçirilməsi müşahidə olunur Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən o, təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin heroin adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni bu gün, yəni 30 avqust 2021-ci il tarixində səhər saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, üzərində saxlayıb daşıdığını və həmin gün saat 09:30-da polis əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında tanıdığı Şahid1la birgə saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı R.Qafarovun Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparması və sonuncunun üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlərin aşkar olunmaması müəyyən olunur. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən ona təzyiq olub-olmaması barədə sorğu edildikdə Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən ona heç bir təzyiq göstərilmədiyini və üzərində aşkar olan bükümdə olan maddənin ona məxsus olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yuxarıda göstərilən 1 ədəd gümüşü rəngli rəngli siqaret kağızı parçasından ibarət olan kağız bükülü içərisindəki həmin qəhvəyi rəngli, toz şəkilli maddə ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2021-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1,052 qram çəkidə olan narkotik vasitə olan heroin 15.10.2021ci il tarixli qərara əsasən cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatdan qalıq qalmış 1,002 qram çəkidə olan hissəsi məhkəmə baxışmadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (cild 1, səh. 95- 96). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 04 noyabr 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, ekspertiza tədqiqatlarından sonra təmiz qalıq çəkisi 1,002 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs oğlunun barəsində aparılan şəxsi axtarış və götürmə zamanı çəkilmiş özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən videogörüntüləri əks etdirən 01 ədəd «DVD» disk maddi sübut kimi tanınmışdır (cild 1, səh. 148-160). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə hökmlərinin surətindən görünür ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublika Məhkəməsinin 14.11.2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18.08.2004-cü ildə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublika Məhkəməsinin 01.07.2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.11.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Yasamal rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını 01 saylı X6 çəkərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərarına əsasən 18 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur, 17.05.2021ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır (cild 1, səh. 97-99). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 30.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səh.24-25, 85-86). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-213/2019 nömrəli, 16.09.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, səh. 134-143). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 1(101)-833/2008 nömrəli, 01.07.2008-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, səh. 132-133). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. İş materiallarında olan tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublika Məhkəməsinin 14.11.2001-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 18.08.2004-cü ildə cəzasının sonu ilə azad olunmuş, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublika Məhkəməsinin 01.07.2008-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.11.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Yasamal rayon Məhkəməsinin 16.09.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını 01 saylı X6 çəkərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərarına əsasən 18 gün vaxtından əvvəl şərti olaraq azad olunmuşdur, 17.05.2021ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğluna münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş təhlükəli residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs oğluna cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 30.08.2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,002 qram narkotik vasitə-heroin məhv edilməli və Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 noyabr 2021-ci il tarixli, 1(004)-447/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 32 (otuz iki) iş saatına bərabər hesab edilərək, göstərilmiş 32 (otuz iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki)manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 30.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,002 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Kredo Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar