Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-447/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: İsmayılzadə Turan tahir qızı, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun nümayəndəsi və vəkili Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi X4 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobu park 3 ünvanında yerləşən ünvan 2iyi tərəfindən sosial internet şəbəkəsi hesab edilən və 42 iştirakçısı olan “Whatsapp” müəllimlər qrupu yaradılmışdır. Bu məktəbdə müəllimə işləyən, ünvan 3 ünvanında qeydiyyatda olan və hazırda ünvan 4vin 12 №li mənzilində yaşayan X5 42 iştirakçısı olan “Whatsapp” müəllimlər qrupunda yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yaymış, onun şərəf və ləyaqətini qəsdən nalayiq formada alçaltmışdır. Belə ki, X5 2022-ci il 4 iyul tarixində yaşadığı Bakı şəhəri Yasamal rayonu, M.Xiyabani küçəsi, 4 saylı evin 12 №li mənzilindən həmin “Whatsapp” müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, “sən ərli ola-ola sevgili tapıb onun vasitəsilə ərinin xəbəri olmadan boşanıb, uşaqlarının dədəsinin, atasının adını belə dəyişdirən insansan”. X1 onu ərinə xəyanət etməkdə ittiham edərək onun şərəfini və nüfuzunu ləkələmişdir. Bundan başqa, X5 2022-ci il 4 iyul tarixində yaşadığı ünvan 4vin 12 №li mənzilindən yuxarıda qeyd edilən “Whatsapp” müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, “mənim anam kiminsə, hansısa bir kişinin evinə girib, o kişinin başına oyun açıb, onu çölə atıb, bomj gününə salıb onun evini əlindən almayıb. Onun anası kiməsə faizə pul verib, qızıllarını əlindən alıb, sonra faizə verdiyi pulu alandan sonra da o qızılları geri qaytarmayıb. Bunların hamısını o danışıb. Bundan başqa, X5 2022-ci il 4 iyul tarixində yaşadığı ünvan 4vin 12 №li mənzilindən yuxarıda qeyd edilən “Whatsapp” müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, “oğlun səni alt paltarında döyüb, bloka atıb, başında stol sındırıb, ağı-burnunu küçə söyüşləri ilə söyüb”, lakin onun oğlu o hərəkətləri etməyib, çünki bilir ki, anası ona layiq qadın deyil. Xəstə ananı, uşağını atıb hansısa sevgilidən ötrü küçəyə düşməmişəm. Bundan əlavə “bir sevgilidən ötrü az qalmışdın dəli olub çöllərə düşəsən” deyə qeyd etmişdir. Bununla da, X5 onun şərəfini və nüfuzunu yalan olduğunu bilə-bilə ləkələyici məlumatlarla ləkələmiş, onun ləyaqətini nalayiq formada alçaltmışdır. Həmin qrupda iştirak edən müəllimlərin bir çoxu həm də həmin məktəbin valideynləridir. Buna görə də bu səsləri müəllimlərlə yanaşı həm də şagirdlər də dinləyib. Onu xüsusi ittihamçı qismində tanımaqla onun, anasının və oğlunun şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, onu ərinə xəyanət etməkdə əsassız olaraq ittiham etməklə haqqında böhtan xarakterli yalan məlumatlar yaymış və onun və oğlunun şərəf və ləyaqəini qəsdən nalayiq formada alçaltmış X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza ilə cəzalandırılması, həmçinin 50000 AZN (əlli min) məbləğində mənəvi zərərin ödənilməsi barədə ittiham hökmü qəbul etməyi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayətin icraata qəbul edilməsini, X2 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən vəkil Nümayəndə şikayətin icraata qəbul edilməsini və X2 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi X6 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı bəndi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması dəqiq göstərilməmişdir. Həmçinin şikayət verilmiş yer qeyd edilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.5-cı cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-ci maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-447/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-447/2022
05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver