Məhkəmə qərarları › İş №1(004)-448/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-448/2024

30.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-448/2024 30.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anda yaşayan, barəsində 21 aprel 2024-cü il tarixdə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Ağ Çiçəyim” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə təmiz çəkisi 0,517 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış. 19 aprel 2024-cü il tarixdə saat 17:50-də Bakı şəhəri, Yasamal rayonu. A.M.Şərifzadə küçəsi. 9 nömrəli ünvanın qarşısında Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zaman saxlanılaraq Polis İdarəsinə aparılmış və orada üzərinə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,517 qram olan tünd qəhvəyi rəngli, qətrana bənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 aprel 2024-cü il tarixdə günorta vaxtı, təxminən saat 15 radələrində Bakı şəhəri, Yasamal rayonu, "Ağ Çiçəyim” adlanan ərazidən özünün istifadəsi üçün həmişə olduğu kimi üzdən tanıdığım, lakin, anket məlumatlarım bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində sellofana bükülmüş 01 (bir) ədəd bükümdə narkotik vasitə tiryək almışdır. Həmin narkotik vasitəni bir neçə saatdan sonra şəxsi istifadə etməyi üçün əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinə qoyub üzərimdə saxlamaqla daşıyaraq piyada olaraq Bakı şəhəri, Yasamal rayonu, yaşadığı ünvan istiqamətində hərəkət etmişdir. Təxminən biriki vaxt piyada olaraq hərəkət edib müəyyən işlərini görmüş, daha sonra, yaşadığı ünvana doğru hərəkətdə olarkən, yəni, ünvan 6 ünvana doğru hərəkət etmişdir. Elə həmin günü, yəni, 19 aprel 2024-cü il tarixdə təxminən saat 17:50 radələrində ünvan 7 ünvanın qarşısından olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin X1 əməkdaşları olduqlarını bildirmişlər. Həmin polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən şübhə etdiklərini deyərək onu Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə onlarla birlikdə getməyə dəvət etmişlər. Polis əməkdaşlarını görüb özünü itirmiş, hər hansısa bir başqa hərəkət etməyə macal tapmamış və onlarla birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin inzibati binasına getmişdir. Polis İdarəsində öz istəyi ilə oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri ona izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə, narkotik vasitə və ya psixotrop maddə, ümumiyyətlə üzərində qeyriqanuni olan nə varsa təqdim etməyi təklif olunmuşdur.Bu zaman şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı şəffaf polietilenə bükülmüş 01 (bir) bükümdə olan narkotik vasitə tiryəki əynimdəki tünd göy rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etmişdir. Bundan başqa, həmin vaxt özünə məxsus, içərisində ***-***-**-** saylı mobil telefon nömrəsi olan boz rəngli, "Nokia” markalı mobil telefonunu həmin tünd göy rəngli şalvarının sol yan cibindən çıxardıb təqdim etmişdir. Daha sonra həmin 01 (bir) bükümdə narkotik vasitə olan bildiyi tiryək və həmçinin mobil telefonu orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakıyla içi boş zərfə qoyulub möhürlənmiş və üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs adına qeydiyyata alınmış və istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan mesajları və onların mətnlərini, bundan başqa, sözügedən məzmunda mesajları yazan nömrələri, həmin mobil telefon nömrələrinin kimə məxsus olmaları, sahiblərinin anket məlumatlarını xatırlamadığını, bu barədə hər hansısa bir fikir ifadə edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Zakir oğlu ifadəsində göstərmişdir ki. Bakı şəhəri. Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələr və psixotrop maddələrin əldə etməsi, saxlaması və qəbulu ilə məşğul olması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 19 aprel 2024-cü il tarixdə o. Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin günü, yəni, 19 aprel 2024-cü il tarixdə saat 17:50 radələrində ünvan 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və birlikdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinə gəlməyə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə qeyd etdiyi idarəyə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs təklif edilmişdir ki. üstündə hər hansı bir qeyri-qanuni nə varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü \ə sol van cibindən isə 01 ədəd ***-***-**-** CSM nömrə ilə istifadə olunan "Nokia" markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi həmin bükümün içərisində olan narkotik vasitə tiryəkdir. Həmin narkotik vasitə tiryəki, 19 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri. Yasamal rayonu ərazisində yerləşən "Ağ çiçəyim» şadlıq evinin arxasından tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında alıb əynindəki tünd göy rəngli şalvarının sağ yan cibinə qoyaraq Bakı şəhəri. Yasamal rayonu. A.M.Şərifzadə küçəsi. 9 nömrəli ünvanın qarşısına daşıyaraq üzərində saxlamışdır. Bundan sonra. Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə tiryəkə bənzər maddə və 01 ədəd "Nokia" markalı mobil telefon qablaşdırılaraq DİNnin möhürü ilə möhürləndi və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Şahid2 Zakir oğlunun ifadəsinə analoji ifadə verərək onun göstərdiyi xüsustatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edildiyi, hansı səbəblə Yasamal RPİ- nə gətirildiyi, üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri könüllü təqdim etməsi təklif edildiyi qeyd olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü və sol yan cibindən isə 01 ədəd ***-***-**-** CSM nömrə ilə istifadə olunan “Nokia” markalı mobil telefonu təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, təqdim eldiyi həmin bükümün içərisində olan narkotik vasitə tiryəkdir. Həmin narkotik vasitə tiryəki, 19 aprel 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Ağ çiçəyim" şadlıq evinin arxasından tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında alıb əynindəki tünd göy rəngli şalvarının sağ yan cibinə qoyaraq ünvan 10 ünvanın qarşısına daşıyaraq üzərində saxladığını bildirir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdəki kütlə və mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəfindən kağız zəridə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Arayışlar üçün» 42 saylı möhürü ilə möhürlənərək götürüldü (i.v.33-34). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2154 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim olunmuş üzərində «AR DİN-nin Zərflər üçün № 42....» dairəvi möhür əksi. «...Şübhəli şəxs Təqsirləndirilən şəxs Dövnməz oğlu...» və .s. yazılar, imzalar olan 01 ədəd kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,517 qram tünd qəhvəyi rəngli, qətrana bənzər maddə küitləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (i.v.42-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin verdiyi 23 aprel 2024-cü il tarixli 2609 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostumlyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbur müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhə görülür (i.v.185-186). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 26 aprel 2024-cü il tarixli 1150 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki. Təqsirləndirilən şəxs əvəllər psixiatrik müəssisələrə müraciət elməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış,həmçinin hazırki müayinə zamanı psixi xəsmtəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.Buna görə də ona ittiiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanan şəxs Təqsirləndirilən şəxs cinayət törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs da xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Yoxlanan şəxs Təqsirləndirilən şəxs cinayəl əməlini törədən anda öz hərəkətlərini ölçüb biçmək və ona cavab vermək iqtidarında olmuşdur. Yoxlanan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar oluunmur. Yoxlanan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyacı yoxdur. ( i.v.182-184) Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,517 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 0,417 qram kustar üsulla hazrlanmış narkotik vasitə tiryək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanmasından ötrü Bakı Şəhər Yasamal RPİ-in maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. ( i.v.217) Cinayət işinə əlavə olunmuş “Azercell" MMC-dən 08 may 2024-cü il tarixdə Bakı Şəhər Yasamal RPİ-nə daxil olmuş 07 may 2024-cü il tarixli 9566 nömrəli məktuba əlavə edilmiş telefon danışıqlarının və əhatə dairəsin qeyd olunduğu 01 (bir) ədəd diskə baxş keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs məxsus olması, ***-***-**-** saylı nömrə ilə istintaqa məlum olmayan şəxslərin istifadəsində olan mobil nömrəsindən oktyabr 2023-cü il tarixdən 21 aprel 2024-cü il tarixə qədər müxtəlif vaxtlarda müxtəlif antenlər vasitəsi ilə aşağıdakı fərqli danışıqlar və sms yazışmaları aparılmışdır. Belə ki. 11/01 2024 10:32:35. **********29. **********75. Gor ne deyirem saat var Samsung super saatdi telidə qosmag olur gornusde superdi veziyyet pisdi nerman emide deyise bilersen. 470 manat qiymet var 1 qrama, xx/xx/2024 14:06:27, **********29, **********59. Manam qaqas rustajm, xx/xx/2024 19:20:59, **********29, **********75. Olürem lonmkadan acda ne olar boyreylerim dagilir. xx/xx/2024 23:19:00, **********29, 99-**********. Menem vüsal. 164) 1/2024 18:02:40. **********29. **********75, Aygundi cixda qapiya gelirem men. 15'02 2024 01:40:47, **********86. **********29, farman yiq zang ele mene, xx/xx/2024 18:52:36. **********56. **********29. basi Tural məndə pul eliyim tema istiyen çoxdu pul eliyim atim jaga, xx/xx/2024 18:53:22. **********56. **********29, ya karta dasda qoy kalan daşcun gəlirlər almisam gotupoxludan tele, 23 02 2024 15:34:13. **********29. **********14. Emin menem xeqan yigda mene nomreme pisem, xx/xx/2024 19:36:41,**********29, **********34. Heci rustamdi brat yaşamaldayam gotirda qaqas elimda narmalni pulda var qalmisam agridaj dunenki puldanda verecem sene ayqaqas cavab verde eseb verme), xx/xx/2024 01:03:57, 994 775525275, **********29, Qaqaş tema məndədi prosto bu yanimdadi bidənə aralaşim bunnan yiğir, xx/xx/2024 04:24:58. **********29. **********20, Salam qaqaw necesen menem nicat ibonun qardawi imkan varsa bidene menen sivyaza cixda, xx/xx/2024 04:57:45. **********93, **********29, Menem şoşu, xx/xx/2024 16:09:22, **********28. **********29, Qapivizdayam ay Ferman. xx/xx/2024 03:29:25. **********29, **********17, Qaqas menem nicaddi ac bir soz dide qaqas niye bele eliyirze ala telfonu acmaq cetin birseydi, xx/xx/2024 00:16:27, **********77. **********29. menem efqan. 13/04/ 2024 00:09:53. **********83, **********29, gedib getirmisem sene bir dene baliq qalib elimde camat pulunu isdeyir. xx/xx/2024 06:32:53. **********36. **********29. nərman mənəm faiqdi. yetim .koku varındi. 18 manatım var bir şəy de -məzmunlu ismarıclar müəyyən olunmuşdur. Bundan başqa digər ismarıclar iş üzrə əhəmiyyət kəsb etmədiyindən protokola əlavə olunmadı. Diskdən çıxarışlar protokola əlavə olunmuşdur. ( i.v.153-154) “Sübutların qiymətləndirilməsi haqqında” 26 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək onun əməli AR CM-nin 234.2-ci maddəsinə tövsif edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə" qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,517 qram çəkidə narkotik vasitə tiryəkin maddi sübut kimi tanınması nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD diskin, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi qiymətləndirilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertiza mərkəzinin verdiyi 20 aprel 2024-cü il tarixli 3-16-16/2-6/2154 saylı rəyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 23 aprel 2024-cü il tarixli 2609 nömrəli rəyi sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v.190-197). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların məzmunundan, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,5 (daxil olmaqla)qramdan artıq olan tiryək xeyli miqdar, 50 qramdan artıq olduqda isə külli miqdar və 5000 qramdan artıq xüsusilə külli miqdar hesab olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməmiş və narkotik vasitəni şəxsi istifadəsi üçün əldə edərək daşıdığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə tənqidi yanaşaraq həmin narkotik vasitəni satış məqsədilə əldə etməməsinə, saxlamamasına, daşımamasına və satmamasına dair ifadəsini özünümüdafiə xarakterli ifadələr kimi qiymətləndirir, həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS yazışmaları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs təkidlə narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, iş materiallarında olan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrəyə daxil olan və həmin nömrədən göndərilmiş SMS mətnləri səsləndirilərək təqsirləndirilən şəxsdən həmin nömrənin ona məxsus olub-olmaması, yazan şəxslərin onun tanışlarının olub-olmamasına dair sual ünvanlandıqda o, ***-***-**-** mobil nömrənin ona məxsus olduğunu, ona yazan və özünün yazdığı şəxslərin tanışları olduqlarını, həmin SMS-ləri istifadəçi kimi yazdığını bildirsə də, SMS-lərin mətnlərindən açıq-aydın ayrı-ayrı şəxslərin ondan pul müqabilində narkotik vasitələri istəməsinin səbəbi soruşulduqda isə Təqsirləndirilən şəxs susaraq suala cavab verə bilməmişdir. Bununla yanaşı, yuxarıda sadalanan SMS yazışmaları tədqiq edilməklə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrin satışı ilə məşğul olması və hazırki iş üzrə üzərindən aşkar edilmiş narkotik vasitəni də satış məqsədi ilə əldə etməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, təqsirləndirilən şəxsin istifadəsində olan mobil nömrəyə daxil olan və həmin nömrədən çıxan SMS yazışmaların, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdə, saat 17:50-dən tutulmuş hesab edilmişdir (i.v.21). Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(004)-358/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtima edilmişdir. (i.v.83-85). 21 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata və Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib. 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2007-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1 və 67-ci maddələri ilə təqsirli bilinib 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu il tarixdə Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin şökmü ilə CM-nin 234.1 və 93.1 və 67-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin şökmü ilə CM-nin 234.4.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib 06 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu dəfə Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinib. 04 il 03 ay 12 gün müddətinə azadlıqdan məhrum edilmiş.01,04.2022-ci il taprixdə Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 04 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2004-cü il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 234.2-ci maddəsi ilə, xx.xx.2007-ci il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 234.1-maddəsi ilə, xx.xx.2009-cu il tarixdə Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən CMnin 234.1 və 93.1 və 67-ci maddələri ilə, xx.xx.2013-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən CM-nin 234.4.3 və 93.1.4, xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddələri ilə, xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini (əvvəllər də AR CM-nin eyni maddəsi ilə dəfələrlə məhkum edilməsini, məhkumluğu ödənilmədən yenidən eyni cinayəti törətməsini) nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə baxışı zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilməli, məhkəmə iclas zalından həbsə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44,197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 aprel 2024-cü il tarixdən 21 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 30 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin və Təqsirləndirilən şəxs həbsdə saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan narkotik vasitə olan - 0, 417 qram tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar