Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-449/2023 19.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, döyüş sursatını onun komplekt hissəsini əldə edərək saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd odlu silah hesab edilən 1976-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 307620 nömrəli 7,62 kalibrli zavod üsulu ilə hazırlanmış atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyalı AKM modelli avtomatı, 10 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli "Kalaşnikov" konstruksiyalı silahın ştat patronlarını və 01 ədəd "Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş darağı əldə edib üzərində gəzdirməklə özü ilə ünvan 2 ünvanına daşıyaraq orada yerləşən qarajların arxa hissəsində gizlədərək saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmin ünvanda gizlətdiyi odlu silahı, döyüş sursatı hesab edilən patronları və odlu silahın komplekt hissəsi olan darağı şəxsiyyəti istintaqa məlum olmayan Elman adlı şəxsə göstərmək üçün gizlədib saxladığı yerdən çıxararaq üzərində gəzdirərkən Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş və polis bölməsində üzərində keçirilən şəxsi axtarış zamanı ağ və göy rəngli zolaqlı kisəyə bükülmüş bağlamanın içərisindən həmin 01 ədəd odlu silah hesab edilən 1976-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 307620 nömrəli 7,62 kalibrli zavod üsulu ilə hazırlanmış atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyalı AKM modelli avtomat, 10 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli "Kalaşnikov" konstruksiyalı silahın ştat patronları və 01 ədəd "Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadə məhkəmədə tədqiq edilmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X2 1-ci Qarabağ müharibəsi zamanı Qarabağdan gələrkən özü ilə Kalaşnikov markalı avtomat, 10 ədəd patron və bir ədəd daraq gətirərək yaşadığı evin həyətində saxlamışdır. 2011-ci ildə X2 vəfat etmiş və vəfat etdikdən sonra həmin bir ədǝd Kalaşnikov silahı, onun darağını və 10 ədəd patron qardaşının gizlətdiyi yerdən çıxaraq qardaşından yadigar kimi götürmüşdür. Həmin silahı onun komplekt hissələrini və patronları evdə saxlamaqdan qorxduğu üçün ünvan 3 ünvanda qarajların arxasında saxlamışdır. 22 may 2023-cü il tarixdə saat 14:00-da ünvan 3 ünvanda qarajların arxasında gizlətdiyi həmin silahı tanışı Elmana göstərmək istəmiş, bu məqsədlə həmin silahı gizlətdiyi yerdən götürüb dostuna göstərmək üçün gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi taqdim etmiş və onun qanunsuz olaraq odlu silah, döyüş sursatı və odlu silahın komplekt hissəklərinin saxlanılmasından daşınmasında və gəzdirilməsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 28-ci polis bölməsinə getməyə dəvət etmişlər. O, heç bir etiraz etməyərək həmin şəxslərlə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə getmişdir. Polis bölməsində ona dövlət hesabına müdafiəçi təyin edilmiş və müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edilmiş, həmçinin üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi də elan olunmuşdur. Bundan sonra həmin polis əməkdaşlarının, onun, müdafiəçinin və təhqiqatçının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, şəxi axtarış zamanı o, ağ rəngli torbanın içərisində olan dəmir predmetin odlu silah olan "Kalaşnikov" avtomatı olduğunu bildirmişdir. Bundan sonra həmin ağ rəngli torbaya bükülmüş bağlama açılmış və torbanın içərisində olan ona məxsus olan 01 ədəd "Kalaşnikov" markalı avtomatı, həmin avtomatın darağını və 10 ədəd həmin avtomat üçün nəzərdə tutulmuş patronu iştirakçılara təqdim etmişdir. Təqdim etdiyi avtomatdan, onun darağından və 10 ədəd patrondan başqa üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Ondan aşkar edilmiş 01 ədəd avtomat, 01 ədəd daraq və 10 ədəd patron şəxsi axtarış zamanı qablaşdırıldıqdan sonra həmin bağlamanın üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o 28-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 22 may 2023-cü il tarixdə o və əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 22 may 2023-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanın qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsin əlindəki bağlamanın içərisində qara rəngli silaha bənzər dəmir predmet olduğunu aşkar edib onu 28-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqlarının birində video çəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində daşınması qanunla qadağan olunmuş əşyaları təqdim etsin. Bundan sonra Əli əlində saxladığı ağ və göy rəngli zolağlı torabaya bükülmüş vəziyyətdə olan avtomat silahına bənzər pridmeti və bir ədəd içərisində 10 ədəd patron olan darağı çıxarıb təqdim etmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs həmin predmetin Kalaşnikov" markalı oğlu silah olduğunu və həmin silahı qardaşı 1-ci Qarabağ mübahiribəsi zamanı özü ilə gətirib yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd odlu silahı və 10 ədəd qablaşdırılaraq möhürlənmiş və imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 91-93-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi və saxlaması barədə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 22 may 2023-cü il tarixdə o və Yasamal RPİ-nin 28-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin günü, yəni 22 may 2023-cü il tarixdə saat 14 radələrində ünvan 4 ünvanın qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar həmin şəxsin əlindəki bağlamanın içərisində qara rəngli silaha bənzər dəmir predmet olduğunu aşkar etmiş və həmin şəxsi birlikdə əlində gəzdirdiyi bağlama ilə PB-ə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib birlikdə Polis Bölməsinə gəlmişdir. Polis Bölməsində həmin şəxsin xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis Bölməsində xidməti otaqlarının birində video çəkiliş vasitəsi və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qeyri qanuni əşya varsa çıxarıb təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əlində saxladığı ağ və göy rəngli zolağlı torabaya bükülmüş vəziyyətdə olan avtomat silahına bənzər pridmeti və bir ədəd içərisində 10 ədəd patron olan darağı çıxarıb təqdim etmişdir. Sorgu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi pridmetin odlu silah avtomat olduğunu, həmin silahı X2 tərəfindən 1-ci Qarabağ mübahiribəsi zamanı özü ilə gətirib yaşadığı evdə saxlamasını, qardaşı evi sökülən zamanı silahı saxlaması üçün ona verdiyini, silahı yadigar saxlaması üçün ünvan 6 ünvanında gizlətdiyini,həmin silahı saxladığı yerdən götürüb Elman adlı şəxsə göstərməsi üçün gizlətdiyi yerdən götürdyünü bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd odlu silaha bənzər pridmet və içərisində 10 ədəd patron olan daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, təhqiqatçı tərəifndən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhür ilə möhürlənərək götürüldü və bu barədə protokol tərtib edilmiş. Tərtib olunmuş protokol ucadan oxunmuş, düzgün tərtib olunduğuna görə həmin protokola və zərfin üzərinə imza etdik. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əlində ağ və göy rəngli zolağlı kisəyə bükülmüş vəziyyətdə üzərində 1976 307620 yazısı həkk olunan silaha bənzər dəmir predmet, bir ədəd içərisində 10 ədəd güllə olan patron darağı aşkar olunaraq götürülmüşdür. (i.v. 35-36) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23 may 2023-cü il tarixli ekspertin rəyindən görünür ki: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd 307620 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1976-cı ildə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2.Tədqiqata təqdim edilmiş 10 ədəd patronlardan 07 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində və 03 ədədi isə Rusiya dövlətində istehsal olunmuş 7,62x39 mm Kalibrli olmaqla, həmin X1 silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. 3.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin X1 avtomatların komplekt hissəsidir- darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır və odlu silah hesab edilmir. 4.Experimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ- də yerləşən «güllə-giliz» Kartotekasında olan açılmamış, cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. “Diskə baxış keçirilməsi haqqında” 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hələlik istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd odlu silah hesab edilən 1976-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 307620 nömrəli 7,62 kalibrli zavod üsulu ilə hazırlanmış atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan "Kalaşnikov" konstruksiyalı AKM modelli avtomatı, 10 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahın ştat patronlarını və 01 ədəd "Kalaşnikov" konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş darağı əldə edərək üzərində saxlamış həmçinin özü ilə ünvan 2 ünvanına daşımış,xx.xx.2023-cü il tarixdə saat 14 radələrində həmin ünvanın qarşısında olan zaman Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş və polis bölməsində üzərindən həmin odlu silah,döyüş sursatı və onun komlekt hissələri aşkar edilərək götürülmüşdür. Odur ki, iş üzrə «şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 71) “Sübutların qiymətləndirilməsi haqqında” 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd odlu silah hesab edilən 1976-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 307620 nömrəli 7,62 kalibrli zavod üsulu ilə hazırlanmış atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomatı, 10 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahın ştat patronlarını və 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş darağ maddi sübut kimi tanınsını və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (i.v. 104- 112) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 1, 3, 5 və 6-cı bəndlərinə əsasən silah - canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah - özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı - müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır; soyuq silah - konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır; 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi, ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi, xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbədağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır; 21-ci maddəsinin İİİ hissəsinə əsasən mülki silah sahibi bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli, bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməlidir; 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 22 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:05-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 26) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(004)-396/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 may 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 80- 82) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 207 maddəsinin 3-cü hissəsinə və 215-ci maddəsinə əsasən təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsinə əsasən təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 84- 87) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(010)-219/2021 saylı hökmünə əsasən xx.xx.2019-cu il tarixli 7(010)-646/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli hökm ilə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkmək üçün X8 müəssisəsinə keçirilmişdir. İş materiallarından görünür ki, 9 saylı X8 Müəssisəsinin 28 iyul 2021-ci il tarixli 17/49-469 nömrəli arayışına əsasən məhkum Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixinə cəzasının çəkilmiş hissəsi 02 il 05 ay 27 gün, cəzasının çəkilməmiş hissəsi 06 ay 03 gün hesablanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 1(002)- 85/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasının barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixədək çəkilməmiş 06 ay 03 gün hissəsi yeni hökmlə təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilərək, üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(007)-118/2022 saylı qərarına əsasən Məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin olunmuş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən, 6 ay azaldılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 15 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və Bakı Şəhəri Surxanı Rayon Məhkəməsinin 12 avqust 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 12 avqust 2021-ci il tarixli hökmlər üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.2-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut 01 ədəd odlu silah hesab edilən 1976-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 307620 nömrəli 7,62 kalibrli zavod üsulu ilə hazırlanmış atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomatı, 10 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahın ştat patronlarını və 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli həbs edildiyi gündən, yəni 22 may 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu edildiyi vaxtdan, yəni 22 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd odlu silah hesab edilən 1976-cı ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş 307620 nömrəli 7,62 kalibrli zavod üsulu ilə hazırlanmış atəş üçün yararlı və texniki cəhətdən saz vəziyyətdə olan “Kalaşnikov” konstruksiyalı AKM modelli avtomatı, 10 ədəd döyüş sursatı hesab edilən zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan 7,62x39 mm kalibrli “Kalaşnikov” konstruksiyalı silahın ştat patronlarını və 01 ədəd “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi sayılan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhər “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-449/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-449/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver