Məhkəmə qərarları › İş №1(004)-449/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-449/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-449/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 mart 2024-cü il tarixdə Bakı Şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay 06 (altı) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs növündə qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 14 aprel 2025-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan bükümdə 0,568 qram olmaqla xeyli miqdarda ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 20 manata əldə edib üzərində saxlamaqla ünvan 2 ünvana daşımış, Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadəsində şübhəli kimi 14 aprel 2025-ci il tarixdə saat 13:00 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılıb, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilərək orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükülüdə təmiz çəkisi 0,568 qram olmaqla ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, artıq bir neçə müddətdir ki, psixotrop maddə aludəçisi olduğu üçün, müxtəlif vaxtlarda həmin maddələrdən istifadə etmiş, psixotrop maddələri qəbul etməyə heç kim məcbur etmir, özü könüllü olaraq istifadə edir. Geyindiyi şalvarın cibində saxladığı şəffaf sellofan bükümün içərisində psixotrop maddə aşkar olunması ilə bağlı isə səmimi olaraq bildirir ki, 14 aprel 2025-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nəsimi rayonundakı “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfər şəxsdən 20 manat pul müqabilində psixotrop maddə metamfetamin əldə etmiş, elə həmin gün saat 13:00 radələrində, ünvan 6 ünvanının qarşısından piyada keçən zaman polis əməkdaşları saxlayıb, Yasamal RPİ-nin 26-cı Polis bölməsinə apardıqdan sonra şübhəli şəxsin tutulması haqqında qərar çıxarılaraq polis bölməsinin inzibati binasında videoçəkliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmçinin video çəkiliş vasitəsi ilə axtarış keçirilməyə başlamazdan əvvəl paltarında hər hansı bir əşya və ya predmet varsa onları könüllü olaraq təqdim etmək təklif edilmiş və o, könüllü olaraq geyindiyi boz rəngli cins şalvarın sağ yan cibindən içərisində psixotrop maddə olan bir ədəd şəffaf sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümü açıb içərisinə baxdıqdan sonra orada olan psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir.Ondan başqa üzərinə baxış keçirilsə də, təqdim etdiyi psixotrop maddədən başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Törətdiyi əməldən çox peşman olduğunu bildirərək həmçinin göstərmişdir ki, psixotop maddənin və ya narkotik vasitələrin satışı ilə məşğul olmur, şəxsi istifadə üçün əldə edir, psixotrop maddə və ya narkotik vasitələri aldığı şəxsi sadəcə üzdən tanıyır, adını və anket məlumatlarını bilmir. Əldə etdiyi psixotrop maddəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, narkotik alüdəçisi olduğuna görə həmin maddəni almış və istifadə etmək üçün üzərində saxlamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini etiraf etməsini və həmin əməldən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 26-cı PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadəsində göstərmişdir ki, 14 aprel 2025ci il tarixdə saat 13 radələrində xidməti ərazidə olarkən Yasamal rayonu, S.Rəhimov küçəsi 26 ünvanın qarşısmdabir nəfər şəxsin narkotik vasitə və ya psixotrop maddə aludəçisi olması ilə bağlı şübhəli davranışları diqqəti cəlb etdiyi üçün ona yaxınlaşıb 26-cı PB-nə dəvət etmişlər və onun xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, şifahi sorğu zamanı o, psixotrop maddə metamfetamin aludəçisi olduğunu və şalvarının cibində bir bükümdə həmin maddəni saxladığını bildirmişdir. Ona görə də, raportla bölmənin rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalann, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi bölmənin təhqiqatçısı Ramil Qafarova tapşınlmışdır.X3 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi zamanı onun hüquqlarının təmin edilməsi məqsədilə vəkil dəvət etmiş, vəkil gəldikdən sonra ona hüquq və vəzifələri izah edilərək onun şəbhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində videçəkilişlə şəxsi axtarış və götürmə keçiriləcəyi izah edilmiş və şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl o, qərarla tanış edilərək ona təklif olunmuşdur ki, paltannda, əşyalarında vəya bədənində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü olaraq təqdim etsin.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüsünü çıxarıb təqdim etmiş, bükülü açıldıqda içərisində ağ rəngli kristal formasında maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində olan maddənin şüşəpatı adlandarılan psixotrop maddə metafetamin olduğunu, həmin madəni 14 aprel 2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata alıb sonradan özü qəbul etməkdən ötrü üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qoyularaq möhürlənmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Bununla bağlı tərtib edilmiş protokol ucadan oxunmuş və iştirakçıldar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs izahatında da qeyd edilənləri səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş maddənin nə olması və təmiz çəkisinin müəyyən edilməsi məqsədlilə məhkəmə kimyəvi ekspertiza təyin edilmiş, müəyyən olunmuşdur ki, həmin maddənin təmiz çəkisi 0,568 qram olmaqla kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir.Fakta bığlı toplanmış material isintaqa verilmişdir. Şahid2 həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddəni kimdən əldə etməsi ilə ilə əlaqədar əməliyyat tədbirlərinin keçirilməsinə baxmayaraq müsbət nəticə ələ olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı Şahid1 ifadəsində digər Şahid2 ifadəsindəki xüsusatları deyərək bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 aprel 2024-cü il tarixdə (saat 14:00 dəqiqədən) Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 19). xx.xx.2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması" haqqında protokoldan görünür ki. şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd şəffaf selofan bükülüdə psixotrop maddəyə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. (İ/V.30-31). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, videoçəkiliş 14 aprel 2025-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmənin” gedişatmı özündə əks etdirir. Diskə baxış zamanı müəyyən edilir ki, baxışda şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Müzamil oğlu, 26-cı PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, həmin PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 iştirak edir.X3 şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək ona hüquq və vəzifələrini izah edir, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarımın sağ yan cibində olan şəffaf sellofan bükülüsünü təqdim etmiş, təqdim etdiyi bükülü içərsində olan maddənin psixotrop maddə metametamin olduğunu, həmin maddəni 14 aprel 2025-ci il tarixdə saat 11 radələrində Nəsimi rayonu, “Kubinka” adalanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 20 manata şəxsi istifadəsi aldığını və üzərində saxladığını bildirir.Həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılır və həmin zərf möhülə möhürlənir, zərf işirakçılar tərəfindən imzalanır. Bundan sonra şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilir, ucadan oxunduqdan sonra tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və şəxsi axtarış keçirilən zaman iştirak edən digər şəxslərin imzalan ilə təsdiq edilir. Bu barədə protokol tərtib edildikdən sonra iştirak edən digər şəxslərin imzalan ilə təsdiq edilir. xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/1368/2025 nömrəli rəyindən görünür ki. təhqiqata təqdim olunmuş üzərində “Zərf-içərisində metamfetaminə oxşar maddə... 3) Təqsirləndirilən şəxs (imza)...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,568 qram olan ağ rəngli, kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ/V. 40-43). xx.xx.2025-ci il tarixli məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsin verdiyi 2118 nömrəli rəyindən görünür ki. müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyutarorların birgə qəbul edilməsi nəticəsində Asıllıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Respublika NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. (İ/V. 110-111). xx.xx.2025-ci il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 303/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 82-86). Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01 mart 2024-cü il tarixli Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay 06 (altı) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (İ/V. 94-97, 106-108). xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,568 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq qalmış 0,518 qram psixotrop maddə - metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (İ/V.113-121). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması özünün və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 036 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cinayətlərin residivi qaydasında cinayət əməlini törətməsini cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 01 mart 2024-cü il tarixli Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 (bir) ay 06 (altı) gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü madəsinə əsasən cəzadan azad edildiyi vaxtdan hesablanmaqla həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi üçün nəzərdə tutulmuş iki illik müddət keçmədən yenidən qəsdən cinayət törətməsi onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkməsinin əvvəli 14 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsaən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 0,518 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 449/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 iş saatına bərabər hesab edilərək, göstərilmiş otuz iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 14 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə materiallarında olan məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 80 (səksən) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,518 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar