Məhkəmə qərarları › İş №1(004)-45/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-45/2021

10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-45/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2002-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilməmiş, subay, orta təhsilli, işləməyən, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyəti ilə, özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə dayısı oğlu X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə təxminən saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi ev 70-in yaxınlığında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs arxa tərəfdən yaxınlaşaraq sol əli ilə onun boğazında olan 583 əyarlı, 12.1 qram çəkili, 787 (yeddi yüz səksən yeddi) manat dəyəri olan bir ədəd qızıl boyunbağını dartıb qıraraq ələ keçirib həmin yerdən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o 2007-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kənd orta məktəbinə gedərək 10-cu sinfədək natamam orta təhsil almış, lakin ailə şəraiti çətin olduğundan 2018-ci ildə 10-cu sinifdən orta məkbətdən çıxmışdır. Əsasən kənddə təsərrüfat işləri ilə məşğul olur. Arada bəzən Bakı şəhərinə gəzməyə gəlir. X2 onun dayısı oğludur. Şahinlə hər zaman mehriban qohumluq münasibətləri olmuşdur. O, xx.xx.2019-cu il tarixdə təxminən səhər saatlarında Bakı şəhəri, metronun “20 Yanvar” stansiyasının yaxınlığında təsadüfən Şahinlə rastlaşmış, onunla bir qədər söhbətləşdikdən sonra Şahin ondan nə üçün Bakıya gəlməyi barədə soruşduqda o, Şahinə bildirib ki, burda tikintidə fəhlə işi axtarmağa gəlmişdir. Şahin ona deyib ki, neyniyirsən fəhlə işini, get oğurluq elə, oğurluq nəticəsində sən daha yaxşı dolanarsan, oğurladığın malları gətirib mənə verərsən, bunun müqabilində isə mən sənə pul verəcəm, oğurluq etmək fəhləçilik etməkdən daha yaxşıdır. Şahin onunla bu məzmunda xeyli danışmış və buna görə onda tamah niyəti yaranmışdır. Bir neçə gün Bakı şəhəri, Yasamal rayonu, Alatava yaşayış massivində kirayə yaşadıqdan sonra xx.xx.2019-cu il tarixdə təxminən saat 10 radələrində oğurluq etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu metronun “İnşaatçılar” stansiyasının yaxınlığda Şahinlə birlikdə dayanmışdır. Həmin an təxminən 55-60 yaşlarında əvvəllər tanımadığı bir nəfər balaca boylu, dolu bədənli qadının metrodan çıxaraq getməsini görmüşlər. Şahin ona deyib ki, mən səni gözləyəcəm, sən get bu qadının arxasınca, heç kim olmayan yerdə onun boğazından boyun bağını dartıb qırmaqla qaç, sonra həmin boyun bağını gətirib mənə verərsən. O, Şahinin dediyi qaydada həmin qadının boyun bağını dartıb qırmaqla həmin yerdən uzaqlaşmağı planlaşdırmışdır. Bu məqsədlə həmin qadının arxasınca təxminən 500 metr məsafə qət etdikdən sonra R.Tağıyev küçəsində ətrafda heç kimin olmamasına əmin olaraq arxadan qaça-qaça həmin qadına yaxınlaşmış, sol əlini ani olaraq həmin qadının boğazına atmaqla boyun bağını dartıb qıraraq özü ilə aparmış və qaçaraq həmin yerdən uzaqlaşmışdır. Vaxt itirmədən metronun “20 Yanvar” stansiyası yaxınlığına gəlmişdir. Orada “Xan Qalası” kafesinin qarşısında Şahinlə görüşmüşdür. Adətən Şahin həmin kafenin özündə ya da qarşısında olurmuş. Şahinə qadının boğazından qızıl boyunbağını dartıb qırmağı barədə deyərək həmin boyunbağını ona təqdim etmişdir. Şahin həmin boyunbağını götürərək ona deyib ki, bu boyunbağını aparıb satıb pul əldə etdikdən sonra sənə də pay ayıraraq pul verəcəm və bundan sonra onunla sağollaşaraq ayrılmışdır. Bir neçə gün sonra o yenidən Şahinlə həmin kafenin qarşısında görüşərkən Şahin ona deyib ki, boyunbağını satıb pulunu xərcləyib ona görə ona pul verə bilməyəcək. xx.xx.2019-cu il tarixdə o tək yaşadığı Kürdəmər rayonu, Sığırlı kəndinə qayıtmışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 15 radələrində kənddə yolla gedərkən bir neçə nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını deyərək onu həmin şöbəyə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə həmin polis şöbəsinə gəlmiş, xx.xx.2019-cu il tarixdə törətdiyi talama cinayətini etiraf edərək qadının boğazından boyunbağını qıraraq aparmasını etiraf etmişdir. Sonradan bilib ki, cinayət nəticəsində əldə edərək Şahinə verdiyi qızıl boyunbağını Şahin digər qohumu X3 göstərərək yalandan deyib ki, guya bir nəfərin ona borcu var, ona görə borcunun müqabilində ondan boyunbağını götürmüşdür və onlar birlikdə Bakı şəhəri ərazisində olan lombardların birinə gedərək həmin boyunbağını girov qoyub 470 manat pul almış, Şahin həmin puldan 70 manatını Zamiqə borc vermişdir. Sonradan bilib ki, boynundan qızıl boyun bağını dartıb qıraraq soyğunçuluq cinayəti törətdiyi qadın Zərərçəkmiş şəxsdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, bir daha belə hallara yol verməyəcəyinə dair söz verməsini, cavan olmasını. ilk dəfə cinayət məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin qismən aradan qaldırılmasını və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, xx.xx.2019-cu il tarixdə təxminən saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyasından çıxaraq tək piyada qızı Elmiranın yaşadığı Yasamal rayonu, Rahid Xanlarov küçəsi 70 ünvanına qonaq gedirmiş. Metronun yaxınlığındakı kiçik marketlərin birindən bir qədər ərzaq aldıqdan sonra yenidən yoluna davam etmiş, hər iki əlində içi ərzaq dolu sellofanlar olmuşdur. Yasamal rayonu, R. Tağıyev küçəsi ilə piyada hərəkət edərkən qızı Elmira ilə rastlaşmış, Elmiranın əlində məişət tullantıları yığılmış sellofan olmuş, o onunla görüşərək deyib ki, ana sən get evə, mən tullantıları zibil qutusuna ataraq gəlirəm. O Elmiradan ayrılaraq yoluna davam etmiş, Elmiragilin mənzilinin həyət qapısına çatmağına bir qədər qalmış arxadan bir nəfər tanımadığı şəxs ona yaxınlaşmış, ani olaraq sol əli ilə boğazında olan bir ədəd qızıl boyunbağı tutub dartaraq qırmış və özü ilə birlikdə aparmaqla həmin yerdən 11-ci Xrebtovu küçəsi istiqamətinə qaçaraq uzaqlaşmışdır. Həmin şəxsin arxasınca bir neçə metr qaçsa da, onun surətinə çata bilmədiyindən çıxılmaz vəziyyətdə qalaraq dayanmış, Elmiragilə gəlmiş, Elmira da bir neçə dəqiqədən sonra evə gəlmişdir. O, baş vermiş hadisə barədə Elmiraya danışmış, Elmiranın mənzilinin giriş qapısının üst tərəfində olan Rahid Xanlarov küçəsini müşahidə edən kameranın yaddaşına diqqət etdikdə görmüşlər ki, həmin şəxsin onun qızıl boyunbağını dartaraq qaçması qeydə alınmışdır. O, Elmiranın istifadəsində olan (051) ***-**-** mobil nömrəsindən DİN-in 102 xidmətinə zəng edərək naməlum şəxsin ona yaxınlaşmaqla boynunda olan bir ədəd qızıl boyunbağını dartaraq çıxartması və hadisə yerindən qaçması barədə məlumat vermişdir. Bir qədər sonra Yasamal RPİ-nin 29-cu polis şöbəsinin əməkdaşları həmin ünvana gələrək hadisə yerinə baxış keçirmişlər. Daha sonra o polis əməkdaşlarının dəvəti ilə polis şöbəsinə gedərək orada ərizə ilə müraciət etmiş və hadisə barədə izahat vermişdir. Talanmış boyunbağı Rusiya Federasiyasının istehsalı olan təxminən 40 il əvvəl istehsal edilmiş qızıldan, 583 əyarlı, təxminən 18 qram çəkili, 50 sm uzunluğu olan, 0.70-0.80 sm diametrli idi, dəyəri isə təxminən 900 (doqquz yüz) manat olmuşdur. Həmin qızıl boyun bağının boğazından dartıb qırılması nəticəsində ona 787 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığında, Şərifzadə 249 ünvanında yerləşən “Lombard-Zade” adlı lombardda zərgər işləyib.Hazırda orada işləmir. Lombardın əsas fəaliyyəti qızıl-zinyət əşyalarını girov götürərək vətəndaşlara həmin predmetlərin dəyəri həcmində nağd pulun verilməsi, qızıl-zinyət əşyalarının alışı və təmirindən ibarətdir. X1 və Şahid1 əvvəllər tanımamış, onlarla heç bir münasibəti və qərəzçiliyi olmamışdır. xx.xx.2019-cu il tarixdə təxminən günorta saatlarında Şahin və Zamiq onun işlədiyi lombarda gəlib bir ədəd qadınlara məxsus qızıl boyunbağını təqdim edərək demişlər ki, bu qızıl boyunbağı onlara məxsusdur, maddi sıxıntıları olduğundan onu satmaq məcburiyyətindədirlər. Bir neçə dəfə onlardan soruşub ki, siz bu boyunbağını cinayət nəticəsində əldə etmisiz. Onlar, əsasən də Şahin qətiyyətlə cavab verib ki, bu boyunbağı cinayət nəticəsində əldə olunmayıb, onların özlərinə məxsudur. Onları xəbərdar edib ki, əgər sonradan bu boyunbağının cinayət nəticəsində əldə olunmasını bilsə, dərhal bu barədə aidiyyatı polis orqanına məlumat verəcək. Onlar isə onunla razılaşaraq heç bir narahatçılığın olmayacağını bildirmişlər. Boyunbağının xarici əlamətlərinə və çəkisinə diqqət yetirdikdə onun həqiqətən də qızıldan qadın boyunbağının olmasını, kardinal təsviri naxışlarının olmasını, 583 əyarlı, 12.1 qram xalis çəkisinin, 12.1 qram ümumi çəkisinin olmasını müəyyən etmişdir. Boyunbağının çəkisinə uyğun olaraq Zamiqə 470 (dörd yüz yetmiş) manat pul vermiş, qızıl-zinyət əşyalarının qiymətləndirmə və qəbulu şəhadətnaməsini tərtib edərək Zamiqə imzalatmış, onun şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Bundan sonra onlar hər ikisi də onunla sağollaşaraq getmişlər. O isə kompüterdə xüsusi yazı proqram-cədvəli vasitəsi ilə alqı-satqı etməyi barədə qeydiyyat aparmışdır. Həmin gün Zamiqlə Şahindən qızıl boyunbağını almasını və onlara pul verməyini lombardın salonunda olan müşahidə kamerası video qeydə almış, lakin həmin müşahidə kamerasının yaddaş həcmi hər ayın tamamında avtomatik olaraq silinməklə yeniləndiyindin xx.xx.2019-cu il tarixli video qeyd də silinmişdir. Həmçinin alqı-satqıda zamanı qızıl-zinyət əşyalarının qiymətləndirmə və qəbulu şəhadətnaməsini tərtib edərkən alqı-satqının tarixini fikirli olduğundan texniki olaraq xx.xx.2019-cu il tarix kimi qeyd etmiş, əslində isə onunla Zamiq və Şahin arasında alqı-satqı xx.xx.2019-cu il tarixdə təxminən günorta saatlarında baş tutmuşdur. Alqı-satqıdan əvvəl konkret olaraq həmin qızılın kimə məxsus olmasını onlardan soruşduqda Zamiq deyib ki, həmin qızıl özümüzündü, ailə üzvlərin qızıl-zinyət əşyasıdı. Alqı-satqıdan sonra pulu Zamiqə vermişdir. Pulu ona verərkən ətrafda yalnız Şahin olmuş və bunu Şahin görmüşdür. Zamiq pulu götürdükdən sonra onlar sağollaşmışlar və ani olaraq lombardı tərk etmişlər. Onun yanında Zamiqlə Şahin arasında həmin 470 manat pulun bölüşdürülməsinə dair hər hansı söhbət olmamışdır. Onlar lombarddan çıxdıqdan sonra istifadəsində olan Samsung A 10 modelli mobil telefonla boyunbağının bir ədəd fotosunu çəkərək telefonun yaddaşında saxlamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, X2 və Təqsirləndirilən şəxs onun qohumlarıdır. Onların hər ikisi ilə normal qohumluq münasibəti var, heç bir qərəzçiliyi və ədavəti yoxdur. Şahin və Vaqif onun yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndində yaşayırlar. xx.xx.2019-cu il tarixdə təxminən saat 13 radələrində mən Bakı şəhəri “20 Yanvar” metrostansiyasının yaxınlığındakı çayçıların birində Şahinlə görüşərək çay içərkən Şahin cibindən bir ədəd qızıl boyunbağı çıxarıb ona göstərərək deyib ki, bu boyunbağını hansısa ona borclu şəxs borclu olduğu pulun müqabilində vermiş, əgər halhazırda onun üstündə şəxsiyyət vəsiqəsi varsa onun birlikdə gedərək həmin şəxsiyyət vəsiqəsi əsasında boyunbağını lombarda qoyaraq pul götürsün. Çünki özünün şəxsiyyət vəsiqəsi yoxdur, ona görə də həmin boyunbağını onun şəxsiyyət vəsiqəsi əsasında onun vasitəsi ilə lombarda qoymaq istəyir. O, ilk əvvəl tərəddüd edərək Şahindən soruşub ki, əgər həmin boyunbağını cinayət yolu ilə əldə edibsə, bu barədə desin, əgər belədirsə onunla lombarda getməyə razı deyil, sonra gələcəkdə onun üçün problem yaranar. Şahin dəfələrlə and içərək deyib ki, həmin qızıl boyunbağını cinayət nəticəsində əldə etməyib, ona hansısa borcu olan şəxs borclu olduğu pulun müqabilində həmin qızıl boyunbağını ona verib. Bundan sonra inanaraq Şahinlə razılaşmış, lakin Şahinlə birlikdə lombarda gedərək boyunbağını girov qoyacaqlarının müqabilində Şahindən heç bir təmənna istəməmiş və bu barədə aralarında heç bir danışıq olmamışdır. Şəxsiyyət vəsiqəsi olduğu üçün yalnız bir qohum kimi onunla lombarda getməyə hazır olmuşdur. O, Şahinlə birlikdə ünvan 1 ünvanında “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən lombarda gedərək sonradan adının Müqəddim olmasını bildiyi şəxsə öz şəxsiyyət vəsiqəsi əsasında həmin qızıl boyunbağını girov qismində qoyaraq əvəzində 470 (dörd yüz yetmiş) manat pul əldə etmişlər, lombartdan çıxdıqdan sonra həmin pulu Şahinə vermiş və Şahindən 70(yetmiş) manat borc istədikdə Şahin etiraz etməyərək ona 70(yetmiş) manat borc vermişdir. Bundan sonra onlar ayrılmışlar. Bir neçə gün sonra o həmin 70(yetmiş) manat pulu Şahinə qaytarmışdır. xx.xx.2019-cu il tarixdə təxminən axşam saatlarında eşidib ki, həmin boyunbağını Vaqif Bakı şəhəri Yasamal rayonu, R.Xanlarov küçəsində hansısa tanımadığı qadının boynundan dartıb qıraraq aparmış, sonra gətirib Şahinə vermiş, Şahin isə həmin boyunbağınını borcunun müqabilində başqa bir şəxsdən aldığını yalandan deyərək onu aldatmış və onunla birlikdə lombarda gedərək onun şəxsiyyət vəsiqəsi əsasında və onun vasitəsi ilə boyunbağını girov qoymuşdur. Əvvəldən Şahinin həmin qızıl boyunbağını cinayət nəticəsində əldə etməsini bilsəydi, heç vaxt onunla lombarda gedib boyun bağını girov qoymazdı və dərhal Şahinlə Vaqifin cinayət əməli barədə polisə məlumat verərdi.Şahid1 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, onun istifadəsində heç bir mobil nömrə və mobil telefon yoxdur. Bir neçə il əvvəl (070) ***-**-** və (070) ***-**-** mobil nömrələri istifadəsində olmuş, lakin sonradan mən həmin mobil nömrələri atdığından onlar deaktivdir. Şahinlə birlikdə lombarda girov qoyduqları həmin qızıl boyunbağı kardinal təsvirli, 583 əyarlı, 12.1 qram xalis çəkili olmuş, Şahinlə birlikdə lombarda gedərkən onun şəxsiyyət vəsiqəsi olduğundan boyunbağını onun adından girov qoymuşlar və qızıl-zinyət əşyalarının qiymətləndirmə və qəbulu şəhadətnaməsinə o imza etmişdir. O, Vaqiflə Şahinin həmin qızıl boyunbağını cinayət nəticəsində əldə etməsini əvvəldən bilməmişdir, bu barədə əvvəldən heç bir məlumatım olmamışdır, Şahin qızıl boyunbağını ona göstərərkən bu barədə heçnə deməmişdir. Şahin və Vaqif onunla birlikdə qabaqcadan əlbir olaraq digər cinayətləri törətmişlər. Şahinlə Vaqifin isə qabaqcadan əlbir olaraq digər cinayətləri törətib-törətməmələri barədə heç bir məlumatı yoxdur. Cinayət işinin 47-ci vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 78-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Cinayət işinin 79-cu vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 156-cı vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 23051 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən ortada olmayan bir ədəd 583 əyarlı 12,1 qram qızıl boyunbağının, 2019-cu ilin iyul-avqust aylarına, respublikadaxili orta bazar pərakəndə satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 787.00 manat müəyyən olunur. Cinayət işinin 155-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50.00 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 183-196-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, bir ədəd disk, bir ədəd A4 kağız formatında qızıl-zinyət əşyalarının qiymətləndirmə və qəbulu şəhadətnaməsinin surəti bir ədəd foto-şəkillə birlikdə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 126-cı vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmiş və o, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskin daxilində Untitled adlı, xx.xx.2019-cu il tarixdə saat 15:55-də yazılmış, 8 760 KB yaddaş tutumlu bir ədəd video görüntü faylı var. Video görüntünün ümumilikdə müddəti 00:23 saniyədir. Video görüntüyə diqqət yetirərkən məlum olur ki, təxminən 55-60 yaşları arasında, alcaq boylu, dolu bədənli, əynində açıq rəngli, ağqara naxışlı don geymiş bir qadın hər iki əlində ağ sellofanlarda yüklə piyada hərəkət edir. Onun arxa tərəfində isə bir nəfər təxminən 18-20 yaşlarında, arıq bədən quruluşlu, hündür boylu, qara saçlı, əynində qara qısaqol köynək və göy rəngli cins şalvar olan oğlan hərəkət edir. Həmin şəxs ani olaraq sol əlini arxa tərəfdən qadının boğazına aparıb boyunbağından yapşır, daha sonra yapışdığı boyunbağını qıraraq həmin qadından qaçmaqla uzaqlaşır, həmin qadın da onun arxasınca qaçır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə onun özgənin əmlakını açıq talamaqla soyğunçuluğ cinayətin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətə cəlb olunmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin qismən aradan qaldırılmasını və zərərçəkmiş şəxslə barışdığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalında həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli həbsə alındığı, yəni hökmün çıxarıldığı xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilərkən onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk, 01 (bir) ədəd A4 kağız formatında qızıl-zinyət əşyalarının qiymətləndirmə və qəbulu şəhadətnaməsinin surəti 01 (bir) ədəd fotoşəkillə birlikdə cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50,00 (əlli) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə 210 saata görə 1260 (bir min iki yüz altmış) manat və məhkəmədə iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manat, ümumilikdə 1650 (bir min altı yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk, 01 (bir) ədəd A4 kağız formatında qızıl-zinyət əşyalarının qiymətləndirmə və qəbulu şəhadətnaməsinin surəti 01 (bir) ədəd fotoşəkillə birlikdə cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə 210 saata görə 1260 (bir min iki yüz altmış) manat və məhkəmədə iştirak etdiyi 65 saata görə 390 (üç yüz doxsan) manat, ümumilikdə 1650 (bir min altı yüz əlli) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar