Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-45/2022 25.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X12, Təqsirləndirilən şəxs: xx xxxxxx 1987-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8-də yerləşən inzibati binada qeydiyyatda olan və Abşeron rayonu, Məhəmmədi kəndi, Məhəmmədi bağları, Yeni Massivdə yerləşən özbaşına tikilidə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 avqust 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız parçasına bükülmüş vəziyyətdə təmiz çəkisi 1,022 qram təşkil edən ağ rəngli kristaldan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 1 ünvanın qarşısına gətirdikdən sonra, həmin gün saat 09:30 dəqiqədə Bakı şəhəri Yasamal RPl-nin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən qeyd olunan 1,022 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, bədənində mütəmadi olaraq əzələ və sair ağrılar olduğu üçün psixotrop maddə olan metamfetamini “folqa” adlanan dəmirin üzərində yandırıb tüstüsünü iyləmək yolu qəbul edir. Bundan əvvəl psixotrop maddələri Bakı şəhərində «Kubinka», «Sovetski» və “Papanin» adlanan ərazilərdə tanımadığı müxtəlif şəxslərdən alıb sonradan da qəbul etmişdir. Hər dəfə psixotrop maddələri ayrıayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Belə ki, tutulmamışdan əvvəl, yəni 30 avqust 2021-ci il tarixdə səhər saatlarında o, növbəti dəfə psixotrop maddə almaq məqsədi ilə yaşadığı evdən çıxıb, Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan yaşayış sahəsinə gələrək orada bir qədər ora-bura gəzərək narkotik satan şəxsləri axtarmağa başlamış və təxminən 5-6 dəqiqədən sonra oraya bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi orta yaşlı, orta bədən qurluşlu, qara saç, qarabuğdayı, yumrusifət, əynində göy rəngli kəynək və qara rəngli şalvarı olan təxminən 35-40 yaşlı kişi gəldikdə ona yaxınlaşıb, psixotrop maddə metamfetamin olubolmamasını soruşmüş və həmin şəxs də üstündə 15 manata satdığı bir ədəd bükümdə metamfetamin olduğunu ona bildirmişdir. O da razılaşıb, özündə olan 15 manat pulu həmin kişiyə verərək ondan bir büküm siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə olan çəkisini dəqiq bilmədiyi metamfetamini almış və sonradan qəbul etmək məqsədi ilə onu əynində olan göy rəngli şalvarının sağ yan cibinə qoyaraq dərhal oradan uzaqlaşmışdır. Bundan sonra o, piyada hərəkət edib Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ilə gedərkən yolda təsadüfən tanışı Şahid1la rastlaşdığı üçün orada olan 31 saylı ünvanın qarşısına dayanıb söhbətləşməyə başlamış və təxminən 10-15 dəqiqədən sonra, yəni saat 09:30-da iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq vəsiqələrini çıxarıb özlərini Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib, saxlamaqda və istehlak etməkləri bağlı şübhəli olduqlarını bildirərək onlardan Yasamal RPİ-nin 26-cı PB-nə getməyi tələb etmişlər. Onlar da çıxışsız vəziyyətdə qaldıqlarından onların həmin tələbləri ilə razılaşmışlar və dərhal onları avtomobilə əyləşdirib özləri ilə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirərək onu və Vüqarı bir birləindən ayrıraraq başqa-başqa otaqlara salmışlar. Daha sonra Yasamal RPİ-nin 26cı PB-nə inzibati binasında olan otaqların birində olduğu zaman digər polis əməkdaşı ona yaxınlaşaraq təhqiqatçı polis kapitanı İlqar Səfərov olduğunu və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə şəxsi axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da cavabında, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə, dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizədə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o, həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Təxminən 10-15 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Müdafiəçi kimi təqdim edən şəxs gəldiyi üçün təhqiqatçı həmin vəkili ona təqdim etmiş və o da etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı İlqar Səfərov onu və vəkil Müdafiəçi, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Polis bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil Müdafiəçi iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı İ.Səfərov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə və ya psixotrop maddə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da, hər bir halda tutulduğundan ifşa olunacağımı anladığı üçün məcbur olub özü əynindəki göy rəngli şalvarının sağ yan cibində saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız parçasına bükülmüş vəziyyətdə olan psixotrop maddə olan metamfetamini könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan psixotrop maddə olan metamfetamini tutulmamışdan əvvəl həmin gün səhər saatlarında “Kubinka” adlanan ərazidə yalnız üzdən tanıdığı və barəsində heç bir anket məlumatını bilmədiyi şəxsdən öz istifadəsi üçün 15 manata almış və göstərilən bükümü də əynindəki şalvarının sağ yan cibinə qoymaqla sonradan istifadə etməkdən ötrü üstündə saxlayıb gəzdirmiş və saat 09:30-da ünvan 4 ünvanın qarşısında tanışı Şahid1la rastlaşdığı üçün orada durub onunla söhbətləşdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Vüqarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Daha sonra isə təhqiqatçı İ.Səfərov təqdim etdiyi bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızından ibarət olan bükümə baxdıqda içərisində həqiqətən də qeyd olunan ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddənin olması aşkar olunmuşdur. Bundan sonra İ.Səfərov özü onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Bununla da, təhqiqatçı İ.Səfərov, onun və vəkili Müdafiəçi, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarımın iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan psixotrop maddə metamfetaminin ondan aşkar olunub-götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Həmçinin, ondan aşkar olunmuş həmin büküm içindəki psixotrop maddə metamfetaminlə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, o həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Bundan əvvəl və ya bilavasitə 30 avqust 2021-ci il tarixdə aldığı psixotrop maddə hesab olunan həmin metamfetamini satmaq niyyətində olmmamışdır Bədənimdə ağırlar olduğuna görə yalnız öz istehlakı üçün də əldə edərək şalvarının cibində daşımışdır. Həmin psixotrop maddə hesab olunan metamfetamini ona satmış şəxsin anket məlumatları, hər hansı bir anket məlumatlarını, eləcə də iş və ya yaşayış yerini və telefon nömrəsini bilmir. Göstərilən bir ədəd kağız bükümündə psixotrop maddə hesab olunan həmin metamfetamini 30.08.2021-ci il tarixdə alarkən tək olmuşdur. Bundan əvvəl və ya bilavasitə 30.08.2021-ci il tarixdə aldığı həmin psixotrop maddə metamfetaminin qalıqları hər hansı bir yerdə və ya yaşadığı evdə qalıbmamışdır, üzərimə keçirilmiş qeyd olunan üzərinə geçirilmiş şəxsi axtarış zamanı onun tərəfimdən təhqiqatçı i.Səfərova təhvil verilmişdir. 30 avqust 2021-ci il tarixdə aldığı psixotrop maddə hesab olunan metamfetamindən o, Şahid1 verməmiş, eləcə də, Şahid1 da ona hər hansı bir narkotik vasitə və ya psixotrop maddə verməmişdir. Belə ki, Şahid1 narkoman olmasından və bundan əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı həbs edilərək məhkum olunmasından onun xəbəri olmuşdur. Lakin Şahid1 onunla birlikdə polis əməkdaşları tərəfindən 30.08.2021-ci il tarixdə saat 09:30 da İ.Qutqaşınlı küçəsi 31 saylı ünvanda saxlanıldıqda onun üzərində metamfetamin olmasından onun xəbəri olmamışdır. Belə ki, həmin vaxt Şahid1la küçədə təsadüfən rastlaşaraq durub söhbətləşmişlər. Şahid1la tanış olduğu üçün son iki-üç ay ərzində ara-sıra orda- burda və Yasamal rayonu ərazisində görüşüb söhbətləşmişlər və çayxanada oturub çayda içmişlər. Həmçinin, aralarında olan söhbətləri zamanı ikisi də bilmişdir ki, hər ikisi ara-sıra narkotik və ya psixotrop maddələr qəbul edirlər. Lakin buna baxmayaraq nə o və nə də Vüqar heç vaxt bir-birlərinə narkotik vasitə və ya psixotrop maddə verib-almamışlar. Bununla yanaşı o, nə narkotik vasitə və nə də psixotrop maddələrin satışı ilə məşqul olmamış və olmur. Eyni olaraq Şahid1 da narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşqul olması barədə heç bir məlumatım olmamışdır. Yalnız bilmişdir ki, Vüqar narkoman olduğu üçün bu kimi hərəkətlərinə görə əvvəllər məhkum olunaraq türmədə cəza çəkmişdir. 30.08.2021-ci il tarixdə o, Şahid1 üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı iştirak etməmiş və həmçinin, onun üzərində gümüşü rəngli kağız kəsiyi bükümündə təmiz halda çəkisi 1, 052 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin qanunsuz olaraq əldə edib saxlamasından xəbəri olmamış, eləcə də həmin maddəni nə vaxt, haradan və kimdən hansı məqsədlər üçün alması barədə məlumatı yoxdur. Şahid1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı ondan aşkar edilmiş qeyd olunan həmin heroini onun tərəfindən nə vaxt və haradan öz istehlakı üçün əldə edib üstündə saxlaması barədə nə əvvəlcədən və nə də sonradan Şahid1 ona heç bir məlumat verməmişdir. Bu barədə də, onun ümumiyyətlə heç bir məlumatım olmamışdır. Onunla eyni bir gündə və eyni bir ərazidən Şahid1 narkotik vasitə heroin alması isə bir təsadüf haldır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xidmət etdiyi bölməyə 30 avqust 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1984-cü il tarixdə ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Şahid1 və xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 saylı inzibati binada qeydiyyatda olan və Abşeron rayonu Məhəmmədi kəndi, Məhəmmədi bağları, Yeni Massiv, özbaşna tikilidə yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəlidirlər. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 26-cı PB-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahid2lə birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar və həmin gün saat 09:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxslərin Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 31 saylı ünvanın qarşısında dayanıb söhbət etdiklərini müəyyən edərək dərhal yaxınlaşıb onları saxlamışlar. Həmin şəxsləri saxlayıb, onların şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə onlardan biri xx.xx.1984-cü il tarixdə ünvan 6 ünvanda qeydiyyatda olan və yaşayan Şahid1, digəri isə xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Sülh küçəsi 8 saylı inzibati binada qeydiyyatda olan və Abşeron rayonu Məhəmmədi kəndi, Məhəmmədi bağları,Yeni Massiv, özbaşna tikilidə yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Şahid1 və Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmaları barədə məlumatlarının olduğunu bildirərək onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getmələrini təklif etmişlər. Şahid1 və Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 26-cı PBnə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs və Şahid1 yaxalanaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilərək onlar bir-birindən ayrı otaqda saxlanılaraq tərəflərindən dərhal hər biri barəsində raport əsasında rəhbərliyə məruzə edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsla bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi PB-nin təhqiqatçısı polis kapitanı X3 və Şahid1la bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi isə təhqiqatçı polis mayoru X7 həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı İlqar Səfərov tərəfindən Yasamal RPİ-nin 26-cı PB-də xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və Təqsirləndirilən şəxs da həmin siyahıdan istənilən hər hansı bir vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Təxminən 15 dəqiqədən sonra oraya göstərilən büronun vəkili Müdafiəçi gəlmiş, təhqiqatçı onu Təqsirləndirilən şəxs təqdim etmiş və o da, etiraz etmədiyi üçün təhqiqatçı İ.Səfərov bu barədə protokol tərtib etmişdir. Daha sonra təhqiqatçı İ.Səfərov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmasıı haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və bundan sonra Təqsirləndirilən şəxs üstünə vəkilinin, eləcə də onunla Şahid2 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı İ.Səfərov tərəfindən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra təhqiqatçı İ.Səfərov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunun gümüşü rəngli bükümünü çıxararaq təqdim etmişdir. Bundan sonra təhqiqatçı İ.Səfərov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin metamfetamin adlanan psixotrop maddə olmasını, həmin psixotrop maddəni bu gün, yəni 30 avqust 2021-ci il tarixində səhər saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını, üzərində saxlayıb daşıdığını və bu gün saat 09:30-da polis əməkdaşları tərəfindən Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 31 ünvanın qarşısında tanıdığı Şahid1la birgə saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümə və bükümün içərisinə baxış keçirilərkən gümüşü rəngli siqaret kağızı parçası bükümünün içərisində ağ rəngli kristall şəkilli psixotrop maddəyə metanfetaminə oxşar maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin metamfetamin adlanan psixotrop maddə olmasını, həmin psixotrop maddəni bu gün, yəni 30 avqust 2021-ci il tarixində səhər saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını, üzərində saxlayıb daşıdığını və bu gün saat 09:30-da polis əməkdaşları tərəfindən Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 31 ünvanın qarşısında tanıdığı Şahid1la birgə saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı İ.Səfərov tərəfindən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddələrin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı təhqiqatçı İ.Səfərov tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq DİN-nin 170 saylı möhürü ilə möhürlənərək götürüldü. Mən də, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin təhqiqatçı R.Qafarov Yasamal RPİ-nin 26-cı PB-də xidməti otağında Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmüş və o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və Şahid1 da həmin siyahıdan istənilən hən hansı bir vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Təxminən 15 dəqiqədən sonra oraya göstərilən büronun vəkili X8 gəlmiş, təhqiqatçı onu Şahid1 təqdim etmiş və o da, etiraz etmədiyi üçün təhqiqatçı R.Qafarov bu barədə protokol tərtib etmişdir. Daha sonra təhqiqatçı R.Qafarov Şahid1 şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etdi və bundan sonra Şahid1 üstünə vəkilinin, eləcə də onunla Şahid2 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, təhqiqatçı R.Qafarov tərəfindən Şahid1 üstündə şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmişi və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra təhqiqatçı R.Qafarov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Şahid1 bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunun gümüşü rəngli bükümünü çıxararaq təqdim etmişdir. Bundan sonra təhqiqatçı R.Qafarov Şahid1 təqdim etdiyi həmin bükümə və bükümün içərisinə baxış keçirilərkən bükümün gümüşü rəngli siqaret kağızı parçasının içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitəyə oxşar heroin olması aşkar edilmişdir. Şahid1 üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən Şahid1 təqdim etdiyi 1 ədəd bükümdə olan maddənin heroin adlanan narkotik vasitə olmasını, həmin narkotik vasitəni bu gün, yəni 30 avqust 2021-ci il tarixində səhər saatlarında “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, üzərində saxlayıb daşıdığını və həmin gün saat 09:30-da polis əməkdaşları tərəfindən ünvan 8 ünvanın qarşısında tanıdığı Təqsirləndirilən şəxsla birgə saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı R.Qafarov tərəfindən Şahid1 üstünə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddələrin Şahid1 aşkar olunub-götürülməsi ilə bağlı təhqiqatçı R.Qafarov tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq DİN- nin 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. O da şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra isə Şahid1, həmçinin Təqsirləndirilən şəxs aşkar olunubgötürülmüş həmin maddələr ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəylərə əsasən müəyyən olunmuşdur ki, Şahid1 üzərindən aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,052 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroindir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,022 qram təşkil edən ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Beləliklə də, Şahid1 əməlində qanunsuz olaraq narkotik vasitənin, Təqsirləndirilən şəxs əməlində isə qanunsuz olaraq psixotrop maddəni ələ etmə və saxlama cinayətin tərkibi olduğu üçün hər biri barəsində toplanmış toplanmış materiallar aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində bu istiqamətdə Şahid1 və Təqsirləndirilən şəxsun aralarından hər hansı bir əlaqənin olması barədə heç bir məlumatlar əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat tədbirləri zamanı Şahid1 əldə etdiyi narkotik vasitə olan heroindən hər hansı bir miqdarda Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs isə əldə etdiyi psixotrop maddə olan metamfetamindən hər hansı bir miqdarda Şahid1 hədiyyə və ya satmasını müəyyən etmək mümkün olmamışdır. Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə heroinin, həmçinin Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin kimlərə satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında hələki dəqiq və tam məlumat yoxdur, həmçinin üzərlərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə menamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Bu sahədə zəruri əməliyyat tədbirləri həyata keçirilməkdədir və gələcəkdə müsbət nəticələr əldə olunacağı təqdirdə dərhal müvafiq qaydada istintaqa məlumat veriləcəkdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanda yaşayır. O, əvvəllər bir neçə dəfə məhkum olunmuş və məhkumluqları qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə bağlı olmuşdur.Sonuncu dəfə 30.04.2021-ci il tarixdə cəzadən azad olunmuş, lakin bu kimi məhkumluq və cəzaya baxmayaraq o, azadlıqa buraxıldıqdan sonra yenidən narkotik vasitə istehlak etməyə başlamışmışdır. Ona görə ki, uzun illərdir ki, bədənində mütəmadi olaraq əzələ, sümük və sair ağrılar olduğu üçün narkotik vasitə “heroini” iyləmə və iynə vurma yolu ilə qəbul edir. Bundan əvvəl narkotik vasitələri Bakı şəhərində «Kubinka», «Sovetski» və “Papanin» adlanan ərazilərdə tanımadığı müxtəlif şəxslərdən alıb sonradan da qəbul etmişdir. Hər dəfə narkotik vasitələrini ayrı-ayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Hal- hazırda isə tutulmamışdan əvvəl, yəni 30 avqust 2021-ci il tarixdə səhər saatlarında o, növbəti dəfə narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan yaşayış sahəsinə gəlib, həmin ərazidə ora-bura gəzərək narkotik satan şəxsləri axtarmağa başlamış, təxminən 15-20 dəqiqədən sonra oraya bir nəfər üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanını bilmədiyi təxminən 45-50 yaşlı, arıq bədən qurluşlu, qara saç, bığlı, sarışın, ovalvari sifətli, əynində qara rəngli qısaqol kəynək və göy rəngli cins şalvarı olan kişi gəldikdə ona yaxınlaşıb, narkotik vasitəsi olub-olmamasını soruşmuş və həmin şəxsdə üstündə bir ədəd bükümdə narkotik vasitə heroinin olduğunu və onu 20 manata satdığını ona bildirmişdir. O da razılaşıb, özündə olan 20 manat pulu həmin kişiyə verərək ondan bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə bükümün içində olan çəkisini dəqiq bilmədiyi narkotik vasitə heroini alıb, sonradan qəbul etmək məqsədi ilə dərhal həmin bükümü əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Bundan sonra o, oradan piyada olaraq yaşadığı ünvan 10 ünvanda yerləşən evinə gəlmiş, lakin evə daxil olduqdan sonra yadıma düşmüşdür ki. siqareti qurtarıb və buna görə də məcbur olub evdən küçəyə çıxararaq siqaret almaq üçün mağazaya tərəf getmişdir. Məhz bu zaman həmin küçədə olan 31 saylı ünvanın qarşısında təsadüfən tanışı Təqsirləndirilən şəxsla rastlaşdığı üçün orada dayanıb Təqsirləndirilən şəxsla söhbət etməyə başlamışdır. Bu yolla da, o, həmin yerdə durub təxminən 5-10 dəqiqə ərzində Dəyanətlə söhbətləşdiyi zaman saat 09:30-da qəflətən iki nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış və vəsiqələrini çıxarıb özlərini Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib, saxlamaqda və istehlak etməkləri ilə bağlı şübhəli olduqlarını bildirərək tələb etmişlər ki, onlarla birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getsinlər.O da, eləcə də Dəyanət çıxılmaz vəziyyətdə qaldıqlarından polislərin həmin tələbləri ilə razılaşdıqları üçün onları avtomobilə əyləşdirib özləri ilə bir başa Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirərək onu və Vüqarı bir-birlərindən ayırıb, başqa-başqa otaqlara salmışlar. Təxminən 15 dəqiqədən sonra isə həmin otağa digər polis əməkdaşı gəlib, ona yaxınlaşaraq təhqiqatçı Ramil Qafarov olduğunu və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə axtarış və götürmə aparılacağını bildirib, ondaq vəkil istəyib-istəmədiyini soruşmuş, o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən «Yusif Allahverdiyev və partnyorları» Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o da, həmin siyahıdan istənilən hən hansı bir vəkil tərəfindən dövlət hesabına hüquqlarının müdafiə edilməsini xahiş etmişdir. Təxminən 15 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili X2 təqdim edən şəxs gəldiyi üçün təhqiqatçı həmin vəkili ona təqdim etmiş və o da, etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı R.Qafarov onu və vəkil F.Yusubovu, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Polis bölməsinin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil Müdafiəçi iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmiş və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı R.Qafarov, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O da, hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki göy rəngli cins şalvarının sağ yan cibimdə saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş vəziyyətdəki bükümdə olan çəkisini dəqiq bilmədiyi narkotik vasitə olan heroini könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin büküm içərisində narkotik vasitə heroindir və onu tutulmamışdan bir neçə saat əvvəl, yəni 30 avqust 2021-ci il tarixdə səhər saatlarında "Kubinka” adlanan ərazidə yalnız üzdən tanıdığı və barəsində heç bir anket məlumatını bilmədiyi bir kişi cinsli şəxsdən öz istifadəsi üçün 20 manata almış və göstərilən bükümü də əynindəki şalvarının sağ yan cibinə qoymaqla sonradan istifadə etməkdən ötrü üstündə saxlamışdır.Daha sonra isə təhqiqatçı Ramil Qafarov onun təqdim etdiyi həmin bükümə baxaraq bükümün içərisində tünd qəhvəyi rəngli, toz şəkilli halda olan narkotik vasitə heroinə bənzər maddənin olmasını müəyyən etmişdir. Bundan sonra R.Qafarov özü onun üstümü axtırmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Bununla da, təhqiqatçı R.Qafarov, onun və vəkili F.Yusubovun, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarımın iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan narkotik vasitələrin ondaq aşkar olunub-götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ilə təsdiq etmişdir. Həmçinin, ondan aşkar olunmuş həmin büküm içindəki narkotik vasitə heroinlə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, o, həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Bundan əvvəl və ya bilavasitə 30 avqust 2021-ci il tarixdə aldığı narkotik vasitə heroini satmaq niyyətində olmamış, yalnız bədənində ağırlar olduğuna görə həmin heroini öz istehlakı üçün alaraq şalvarının cibinə qoyaraq üstündə daşımışdır. Həmin narkotik vasitə heroini ona satmış şəxsin anket məlumatları, iş və yaşayış yeri və ya telefon nömrəsi haqqında heç bir məlumatı yoxdur. Göstərilən bir ədəd kağız bükümündə narkotik vasitə heroini 30.08.2021-ci il tarixdə alarkən, yanında hər hansı bir digər şəxslərdə olmamış, həmin vaxt tək olmuşdur. Bundan əvvəl və ya bilavasitə 30.08.2021-ci il tarixdə aldığı həmin narkotik vasitə heroinin qalıqları onda, yəni hər hansı bir yerdə və ya yaşadığı evdə qalmamışdır. 30.08.2021-ci il tarixdə aldığı həmin bükümdə olan heroini isə o, yuxarıda göstərilən qaydada Yasamal RPİ-nin 26-cı PB-də üzərinə keçirilmiş şəxsi axtarış zamanı tamlıqla təhqiqatçı R.Qafarova təhvil vermişdir. Onunla birlikdə polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs narkoman olmasından xəbəri olsa da, bir-birlərinə narkotik vasitə və ya psixotrop maddə verməmişlər, o cümlədən 30 avqust 2021-ci il tarixdə aldığı heroindən Təqsirləndirilən şəxs verməmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə polis əməkdaşları tərəfindən 30.08.2021-ci il tarixdə saat 09:30 da ünvan 8 ünvanda saxlanıldıqda üzərində heroinin olmasından Təqsirləndirilən şəxs xəbəri olmayıb, çünki həmin vaxt onunla küçədə təsadüfən rastlaşaraq durub söhbətləşmişlər. Təqsirləndirilən şəxs ilə tanış olduğu üçün təxminən son üç ay ərzində ara-sıra müxtələif yerlərdə və Yasamal rayonu ərazisində görüşmüşlər və hətta çayxanada oturub çayda içərək söhbətləşmişlər. Buna görə də, hər ikisi ara-sıra narkotik və ya psixotrop maddələr qəbul etdiklərini bilmişlər, amma buna baxmayaraq nə o və nə də Təqsirləndirilən şəxs heç vaxt bir-birlərinə istər narkotik vasitə və ya psixotrop maddə verib-almamışlar. Həmçinin, o, nə narkotik vasitə və nə də psixotrop maddələrin satışı ilə məşqul olmamış və olmur. O cümlədən, Dəyanətində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşqul olması barədə heç vaxt nə eşitməmiş və nə də bu kimi halların şahidi olmamışdır. 30.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı o, iştirak etməmiş və həmçinin, onun üzərində 1,022 qram çəkidə psixotrop maddə metamfetaminin qanunsuz olaraq əldə edib saxlamasından xəbəri olmayıb, eləcə də həmin maddəni nə vaxt, haradan və kimdən hansı məqsədlər üçün alması barədə onun nə xəbəri olmayıb və nə də Dəyanət özü bu barədəona heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş metamfetamini öz istehlakı üçün onunla eyni bir gündə və eyni bir ərazidən Dəyanətin metamfetamin alması isə bir təsadüf haldır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 31.08.2021-ci il tarixli, 6/3783 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 1,022 qram təşkil edən ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (Qeyd: Metamfetaminin ümumi təmiz çəkisi 1,022 qram, tədqiqata sərf edilmiş 0,050 qram və 0,972 qram qalıq qalmışdır.) İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 02.11.2021-ci il tarixli 4262 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 30.08.2021-ci il tarixdə tutulmuş, Yasamal Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət təmin edilməmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmuşdur. Həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin 10.12.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, 05.02.2022-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 ay (on ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 09 ay 28 gün (doqquz ay iyirmi səkkiz gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 05 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,972 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X9 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-45/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-45/2022
25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver