Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-45/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:35 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qıznın katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13, zərərçəkmiş şəxslər X22, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-147/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natəvan küçəsi, 5025-ci məhəllə, ev 2, mənzil 13-də qeydiyyatda olmaqla faktiki olaraq yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs4 özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, sonuncunun etibarından sui-istifadə edib onun oğlu X23 Türkiyə Respublikasının Ondokuz Mayıs Samsun Universitetinin Memarlıq fakültəsinə qəbul edilməsinə və orada təhsil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 28 avqust 2019-cu il tarixdə 2500 manat və 2019-cu ilin sentyabr ayında 1050 manat pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 3550 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs5 özünü “X115’' şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, sonuncuya Kanada Respublikasına gedə bilməsi üçün turist vizası alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 18 dekabr 2019-cu il tarixdə 2000 manat pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, sonuncunun Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına və orada oturum vizası alacağına dair yalan vəd verib aldadaraq, 2020-ci ilin yanvar ayının əvvəlində 600 manat pulunu ünvan 1 ünvanda “X84”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, X14 etibarından sui-istifadə edib, sonuncunun qızı X15 Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul edilməsində və orada təhsil almasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2 avqust 2019-cu il tarixdə 1000 manat, 19 avqust 2019-cu il tarixdə 6000 manat, 2019-cu ilin avqust ayının sonlarında 2800 manat və 2020-ci ilin yanvar ayında 7000 manat pulunu ünvan 1 ünvanda “X84”in 7ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs X24 ümumilikdə 16800 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs11 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 17 fevral 2020-ci il tarixdə 1666 manat pulunu ünvan 1 ünvan “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115'’ şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 25 dekabr 2019-cu il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə 1020 manat təşkil edən 600 ABŞ dolları və 24 fevral 2020-ci il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə 1190 manat təşkil edən 700 ABŞ dolları pulunu ünvan 1 ünvanda “X85”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs7 ümumilikdə 2210 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 30 dekabr 2019- cu il tarixdə 1105 manat və 24 fevral 2020-ci il tarixdə 1 105 manat pulunu ünvan 1 ünvanda “X85”in 7-ci mərtəbəsində yerləşən ofisində vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 2210 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, X32 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 24 fevral 2020-ci il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə 850 manat təşkil edən 500 ABŞ dolları pulunu ünvan 1 ünvan “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib, sonuncunun qızı X33 iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 30 dekabr 2019-cu il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə 1105 manat təşkil edən 650 ABŞ dolları və 2020-ci ilin fevral ayının sonlarında həmin dövr üçün Azərbaycan manatına nisbətdə 1105 manat təşkil edən 650 ABŞ dollar pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs8 ümumilikdə 2210 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs16 etibarından sui-istifadə edib, sonuncunun Rusiya Federasiyasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 09 yanvar 2020-ci il tarixdə 400 manat və 03 mart 2020-ci il tarixdə 400 manat pulunu ünvan 1 ünvanda “X85”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs16 ümumilikdə 800 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakım ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 08 mart 2020-ci il tarixdə 1600 manat pulunu ünvan 1 ünvanda “X85”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, X56 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 2019-cu ilin dekabr ayının sonlarında 1666 manat və 2020-ci ilin mart ayının əvvəllərində 1666 manat pulunu ünvan 2 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində , alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs X70 ümumilikdə 3332 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, X16 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 15 mart 2020-ci il tarixdə 1600 manat pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, X57 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 09 mart 2020-ci il tarixdə 1600 manat və 22 mart 2020-ci il tarixdə 1660 manat pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs X71 ümumilikdə 3260 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, sonuncunu iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq, 06 mart 2020-ci il tarixdə 1600 manat və 17 aprel 2020-ci il tarixdə 1600 manat pulunu ünvan 1 ünvanda “X85”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 3200 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə edib, sonuncunun X21 “Univercity of Art” universitetinə qəbul edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 11 may 2020-ci il tarixdə həmin dövr üçün Azərbaycan manatına nisbətdə İ 1651 manat 80 qəpik təşkil edən 6854 ABŞ dolları pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, zərərçəkmiş şəxs X47ma xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, X22 etibarından sui-istifadə edib, sonuncunun Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 11 fevral 2020-ci il tarixdə 750 manat və 12 may 2020-ci il tarixdə 750 manat pulunu ünvan 1 ünvanda “X87”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs X34 ümumilikdə 1500 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək. Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib, sonuncunun Türkiyə Respublikasında ali təhsil müəssisələrinin birində uzmanlıq dərəcəsinin alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 13 may 2020-ci il tarixdə 2000 manat, 16 iyun 2020-ci il tarixdə 500 manat və 30 iyun 2020-ci il tarixdə 500 manat pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs9 ümumilikdə 3000 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək X58 etibarından sui-istifadə edib, sonuncunun həyat yoldaşı X17 Türkiyə Respublikasının İstanbul Universitetinə qəbul olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 03 iyul 2020-ci il tarixdə 1800 manat və 10 iyul 2020-ci il tarixdə 1100 manat pulunu ünvan 1 ünvanda “X84’in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs X72 ümumilikdə 2900 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib, sonuncunun oğlu Şahid2 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq. 25 may 2020-ci il tarixdə 250 manat, 23 iyun 2020-ci il tarixdə 700 manat və 13 iyul 2020-ci il tarixdə 350 manat pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs13 ümumilikdə 1300 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edib, sonuncunun Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 25 noyabr 2019-cu il tarixdə 1750 manat, 2020-ci ilin yanvar ayında 200 manat və 20 iyul 2020-ci il tarixdə 1870 manat pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs10 ümumilikdə 3820 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə edib, sonuncunun Rusiya Federasiyasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 19 mart 2020-ci il tarixdə 625 manat və 21 iyul 2020-ci il tarixdə 700 manat pulunu ünvan 1 ünvanda “X84”-in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, Zərərçəkmiş şəxs12 ümumilikdə 1325 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, X9 etibarından sui-istifadə edib, sonuncunun qızı X25 Macarıstan Respublikasının “PECS” Universitetinə qəbul olunmasında və orada təhsil almasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 25 may 2020-ci il tarixdə 1350 manat. 02 iyun 2020-ci il tarixdə 1216 manat və 21 iyul 2020-ci il tarixdə 882 manat pulunu ünvan 1 ünvanda “X84”in 7-ci mərtəbəsində yerləşən ofisində alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş şəxs X35ma ümumilikdə 3448 manat maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə özünü “X115” şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, sonuncunun və qızı X26 Rusiya Federasiyasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq, 21 iyul 2020-ci il tarixdə 1219 manat pulunu ünvan 1 ünvanda “X84”in 7ci mərtəbəsində yerləşən ofisində alıb ələ keçirərək, təkrar dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, 2013-cü ildən etibarən fərdi sahibkar kimi fəaliyyətə başlamış, təhsilə yardım sahəsində sahibkar kimi qeydiyyatdan keçmişdir. İş üzrə adı keçən zərərçəkmiş şəxslərlə qarşı dələduzluq etməmişdir belə ki, həmin şəxslərə göstərmiş olduğu xidmətlə əlaqədar öz imzası və möhürü ilə müqavilə bağlamışdır. Cinayət işinin materiallarında güya onun özünü Azər Əliyev kimi təqdim edib müştərilərlə müqavilə bağladığı göstərilir. Lakin bu həqiqəti əks etdirmir. Belə ki, bəzi günlər ərzində 30-a yaxın müqavilə bağlanmış və fiziki cəhətdən bunu çatdırmağı mümkün olmadığından Azər Əliyev adlı işçisi printerdən çap olunmuş onun imzası və möhürü olan müqavilələrlə müqavilə bağlamışdır. Bundan başqa “Xəzər”, Space” və başqa telekanallarda olan verilişlərdə dəfələrlə şirkətin rəhbəri kimi iştirak etmişdir, dediklərinin həqiqət olub olmamasını hazırda internet resurslarından istifadə edərək həmin verlişlərin təkrarına baxıla bilər. Bundan başqa o, bütün müştərilərlə müqavilələri öz otağında kamera altında müqavilələri yüksək səslə oxuyaraq və müştəriləri müqavilənin şərtləri ilə tanış edərək bağlamışdır. Həmin müqavilələrdə şirkətin öhdəsinə tələbənin universitetə daxil olması, tələbənin universitetə nəqliyyat vasitəsi ilə aparılması, tələbənin tibbi sığortası və tələbənin həmin ərazidə polis qeydiyyatına salınması daxil olmuşdur. Onun şirkəti yeganə şirkətdir ki, ödənişlər tələbə universitetə daxil olduqdan sonra alınmışdır. Bu onun “Xəzər” televizyasında olan çıxışından da görünür. Ödənişin universitetə daxil olduqdan sonra verilməsi müştərilərlə bağlanmış müqavilələrdə də göstərilmişdir. Tələbələr universitetə daxil olduqdan sonra onların vasitəsilə universitetin olduğu yerə göndərilmiş, orada xəstəxanada qan analizi verərək sığortalarını əldə etmişlər. Türkiyə təhsil qanununa görə, əgər tələbənin adı siyahıda çıxmazsa o, nə sığorta ala bilər, nə polisdə qeydiyyata düşə bilər, nə də ki, Türkiyədə 3 aydan çox qala bilməzlər. Bu isə onun doğru dediyini göstərən amillərdən biridir. O, pandemiya başladıqdan sonra tələbələrlə bağlanmış müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 1 gün ərzində 270 min dollar pulu tələbələrə geri qaytarmışdır. Onun dələduzluq etmək fikri olsaydı, həmin pulları qaytarmazdı. Həm də ki, onun Amerikada “Social security” kartı, Türkiyədə yaşayış icazəsi kartı və Kanadada daimi yaşamaq icazəsi vardır, yəni o, dələduzluq etmək istəsəydi həmin pulları alıb rahatlıqla həmin ölkələrə qaça bilərdi. Bundan başqa əgər onun dələduzluq niyyəti olsaydı, o, müqavilədə öhdəsinə düşməyə-düşməyə, valideynlər rahat olsun deyə “Dəmirçi Plaza”da və “Hyat Regency”də təlimatlar və konfranslar keçirməzdi. Tələbələrin ondan şikayət etməsinin səbəbi pandemiya başladıqdan sonra bütün quru sərhədlərin bağlanması və Türkiyədə distant təhsilə keçilməsi olmuşdur. Eyni zamanda qeyd etmişdir ki, onun göstərdiyi fəaliyyət tam şəffaf olmuşdur "İnstagram” və "Facebook" sosial şəbəkələrində səhifə açıb həmin səhifədə şirkətin fəaliyyəti ilə bağlı elanlar yerləşdirmişdir. Belə ki, şirkətin fəaliyyəti sahələri kimi xaricdə təhsil, xaricə iş və səyahət proqramları, xarici ölkələrə iş və vizaların təşkili, xarici ölkələr tərəfindən qoyulmuş deportların götürülməsinə köməklik göstərilməsi və s. kimi xidmət göstərilməsi qeyd edilmişdir. İfadəsinin sonunda bildirmişdir ki, zərərçəkmiş şəxslərdən bir çoxunun zərəri tamamilə ödənilmişdir və onlarla barışıq əldə edilmişdir, onların heç bir şikayət və tələbləri yoxdur. Üç nəfər zərərçəkmiş isə baxmayaraq ki, onların ödədikləri məbləğin böyük hissəsi aviabilet, viza rüsumu və s. xərclənmişdir, onlar həmin məbləğləri də əsassız olaraq tələb edirlər. Qeyd edilənləri nəzərə alaraq, eləcə də cinayət işinin başlanmasından 5 ildən çox vaxt keçməsini nəzərə alaraq hazırki cinayət işinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsinə əsasən xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı verdiyi ifadələrindən, elcə də zərəçəkmiş şəxslərlə aparılmış üzləşdirmə protokollarından görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərməklə işin hallarını tam təsvir edir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və şəxsən özünün əlyazma üsulu ilə doğruluğunu imzası ilə təsdiq etdiyi ifadələrindən (cild 4 səh. 236-242, cild 5 səhifə 10-16) görünür ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrilə elanan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu iİ tarixdə “X115” MMC şirkətini təsis etmişdir. Lakin, qeyd olunan şirkət hüquqi şəxs kimi Azərbaycan Respublikasının Dövlət Vergi Xidmətində qeydiyyatdan keçməmişdir. 2013-cü il tarixdə özüm fiziki şəxs kimi Dövlət Vergi Xidmətində qeydiyyatdan keçmişdir. Müştərilərə özünü təsis etdiyi "X115” MMC şirkətinin icraçı direktoru Azər Əliyev adı ilə təqdim etmişdir. Bundan başqa şirkətin fəaliyyət ofisi kimi Bakı şəhəri Səbail rayonu Həsən Seyidbəyli küçəsində yerləşən binanın zirzəmisindəki ofisi, daha sonra isə ünvan 3 ünvanında yerləşən “X84”in 7-ci mərtəbəsində olan ofisi icarə əsasında götürmüşdür. Eyni zamanda "İnstagram" və “Facebook" sosial şəbəkələrində səhifə açıb həmin səhifədə şirkətin fəaliyəti ilə bağlı elanlar yerləşdirmişdir. Belə ki, şirkətin fəaliyyəti sahələri kimi xaricdə təhsil, xaricdə iş səyahət proqramları, xarici ölkələrə iş və vizaların təşkili, xarici ölkələr tərəfindən qoyulmuş deportların götürülməsinə köməklik göstərilməsi və s. kimi xidmət göstərilməsi qeyd edilmişdir. Bundan başqa Şahid5 internet səhifəsində şirkətin ofisində xidmət işlərinə baxan xanım işçi elanı yerləşdirməyi ilə bağlı ona zəng vurub əlaqə saxlamışdır, Zibeydə xanımla ofisdə görüşdükdən sonra ona ofisdə olan iş fəaliyyətini yəni, ofisə gələn müştəriləri qarşılamaq, ona və müştərilərə çay gətiribaparmaq, lazım olanda sənədləri çap etmək, kserosurətlər çıxarmaq və s. olmasını izah etmək, eyni zamanda onunla həmin xidmətlərin qarşılığında aylıq 200-300 manata məvacib alması ilə bağlı razılaşmışlar. Hazırda ifadəsində aşağıda qeyd edəcəyi şəxslər şirkətin internet səhifəsində olan yuxarıda qeyd etdiyi xidmətləri görüb əvvəlcə internet səhifəsində onunla əlaqə saxlamış, daha sonra isə ətraflı söhbət etmək üçün həmin şəxsləri şirkətin qeyd etdiyi ünvanlarda yerləşən ofislərinə dəvət etməklə görüşmüşdür. Belə ki, 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs4 əvvəlcə onunla şirkətin internet səhifəsində əlaqə saxlayıb oğlu Şəfəqin Türkiyədə təhsil alması məsələsi ilə maraqlandıqda onu ətraflı söhbət etmək üçün “X84”-in binasında yerləşən ofisə dəvət etmişdir. Mehrac ofisə gəldikdən sonra onun X76 Samsun Universitetinin Memarlıq fakültəsində təhsil alması ilə bağlı razılaşmışlar, onunla müqavilə bağlamışlar və Zərərçəkmiş şəxs4 ona dəqiq tarixləri yadında olmayan vaxtlarda, hissə-hissə olmaqla 2500 manat və 1050 manat oğlunun Türkiyədə təhsili ilə bağlı pul vermişdir. Həmin pulların bir hissəsi Zərərçəkmiş şəxs4 oğlu Şəfəq Novruzovun təhsili ilə bağlı Türkiyəyə uçuş biletlərinə, yataqxanada qalmasına, oturum vizasına, sığortasına və Türkiyədə lazım olan sair məsələlərə ödənmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 2019-cu ilin noyabr ayında “instaqram” sosial şəbəkəsində “X115” MMC şirkətinin səhifəsində -onunla əlaqə saxlayıb Kanadaya turist vizası əldə etmək istədiyini bildirmiş, onu ofisinə dəvət etmişdir. Ofisdə onunla müqavilə bağlamışlar və Kanadaya viza təşkil etməyi ilə bağlı ona 2000 manat pul ödəmişdir. Mən həmin pulu qəbul etdikdən sonra onun sənədlərini tərcümə etdirib Kanada səfirliyinə göndərmiş, xeyli müddət onlardan cavab gözləmişdir. Səfirlikdə həmin vaxt viza işini yubatmağa başlamışlar, bundan 3 ay sonra isə pandemiya dövrü başlanmış və səfirlik bunu səbəb gətirərək viza verilməsi məsələlərini qeyri-müəyyən müddətə tamamilə dayandırmışdır. Bu səbəbdən o, Zərərçəkmiş şəxs5 işini alındıra bilməmiş və həmçinin onun pulunu da qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 2020-ci ilin yanvar ayının əvvəli “X84”-in binasında yerləşən ofisinə gələrək Türkiyədən deport olunması ilə bağlı deportun götürülməsinə köməklik göstərməyi və bir illik oturum vizası üçün dəqiq adında qalmayan tarixdə müqavilə bağlayıb 600 manat pul ödəmişdir. Pandemiya ilə bağlı səfirliklərdə müəyyən yubatmalar olduğu üçün onun məsələsi həll olunmamışdır. Buna görə də, Elnarəyə ödəmiş olduğu puldan 300 manat pul qaytarılmışdır. Qalan pul ona müəyyən sənədlərin hazırlanması üçün xərclənmişdir. Bundan başqa X14 qızı Fatimənin Türkiyədə təhsili ilə bağlı onun həyat yoldaşı Gülcahan Həsənova ilə 2019-cu il tarixdə şirkətin ofisində müqavilə bağlayıb sonuncu tərəfindən hissə-hissə olmaqla ümumilikdə 7000 manat məbləğində pul ödənilmişdir. Həmin pulu H.Həsənovun yoldaşı Gülcahan Həsənovadan -almışdır, həmin pulu isə o sonuncunun qızı Fatimənin Türkiyəyə uçuş biletlərinə, yataqxanada qalmasına, oturum vizasına, sığortasına və Türkiyədə lazım olan sair məsələlərə xərcləmişdir. Bununla bağlı qəbz də tərtib edilib G.Həsənovaya təqdim edilmişdir. H.Həsənovun özü şəxsən ona heç bir məbləğdə pul verməmişdir. Bundan əlavə, Fatimənin Türkiyədə təhsil müəssisəsinə qəbul olunması üçün əlavə ödənişlər də olunmalı idi, o da bunu Gülcahana demişdir, lakin buna baxmayaraq həmin ödənişlər olunmadı və bu səbəbdən də Fatimənin müəssisəyə qəbulu baş tutmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs11 2020-ci ilin fevral ayında ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlanmış və ona bu proqram çərçivəsində ABŞ-na göndərilməkdə köməklik göstərə biləcəyini bildirmişdir. Bununla bağlı ofisində onunla müqavilə bağlamışlar və Ceyhun tərəfindən ona 1666 manat pul ödənmişdir. Belə ki, həmin pul dərslərə başlayıb təlimlər keçməsi üçün ödənilmişdir. Sonrakı mərhələdə viza əldə edilməsi üçün isə ayrıca ödəniş etməli olacaqdı. Həmin pulun müqabilində bir neçə həftə ərzində ona və digər müştərilərə Şahid3 qızı tərəfindən ingilis dilində dərslər və təlimlər keçirilmişdir. Şahid3 ilə “Work and travel” proqramı izrə xarici ölkələrə göndəriləcək şəxslərə ingilis dili kurslarını keçmək üçün onunla 10 nəfər tələbəyə görə 750 manat məbləğində pul ödənilməsi ilə bağlı aramızda razılaşma olmuşdur. Ceyhuna ödədiyi puldan 300 ABŞ dolları pul qaytarmışdır. Bundan başqa X73 2020-ci ilin fevral ayında onunla əlaqə saxlayıb səyahət proqramı üzrə ABŞ-na getmək üçün ümumilikdə 500 ABŞ dolları pulu Yasamal rayonu C.Cabbarlıküçəsi 44A ünvamnda. yerləşən" “Caspian Business . Center”-in 7-ci mərtəbəsində yerləşən ofisimdə müqavilə bağlamaqla ona ödəniş etmişdir. Həmin ödəniş üçün ona qəbz verilmişdir. Lakin, sonradan Ramal Məmmədov müqaviləni ləğv etmək istədiyini bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 2019-cu ilin dekabr ayının əvvəlində “instaqram” sosial şəbəkəsində qeyd olunan şirkətin səhifəsində xaricdə iş və səyahətin təşkili proqramı ilə bağlı onunla əlaqə saxlamışdır. Daha sonra onun dəvəti ilə ofisə gələrək, proqram çərçivəsində ABŞ-a göndərilməklə bağlı aralarında razılaşma olmuşdur. Müqavilə bağladıqdan sonra qeydiyyatdan keçmək üçün və təlim dərslərinə başlayıb sonrakı mərhələdə viza əldə edilməsi üçün 1105 manat pul ödəmişdir. Pandemiya ilə bağlı artıq bu proqramın həyata keçirilməsinə inanmadığı üçün müqaviləni ləğv etmək istəmişdir. Bundan başqa X79 iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün 2020-cf ilin fevral ayında “X84” binasında yerləşən ofisində müqavilə bağlayıb ona ümumilikdə 1300 ABŞ dolları ödəniş etmişdir. X102 müqaviləni ləğv etdirib pulunu geri istədiyi üçün ona 600 ABŞ dolları pul qaytarmışdır. Qalan pulu isə müalicə və müayinələrimə xərclədiyi üçün qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs8 ABŞ-na iş və səyahət proqramı üzrə "X84” binasında yerləşən ofisində müqavilə bağlayıb 2019-cu ilin dekabr ayında və 2020-ci ilin fevral ayında hissə-hissə olmaqla ümumilikdə 1300 ABŞ dolları ödəniş etmişdir. Sonradan Zərərçəkmiş şəxs8 da ofisinə gələrək müqaviləni ləğv etmişdir. Bundan başqa X93 ABŞ-na iş və səyahət proqramı üzrə "X84” binasında yerləşən ofisində müqavilə bağlayıb 2019-cu ilin dekabr ayında və 2020-ci ilin mart ayında hissəhissə olmaqla - ümumilikdə 3332 manat pul ödəmişdir. Başqa başqa Zərərçəkmiş şəxs16 İzzət oğlu 2020-ci ilin yanvar ayından mart ayınadək olan müddət ərzində hissə-hissə “X84”-in 7-ci mərtəbəsində ofisində Rusiya Federasiyasında ona qoyulmuş deportu aradan qaldırmaq və oturum vizası almaq üçün mənimlə müqavilə bağlayıb ümumilikdə 800 manat ödəniş etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs15 2020-ci ilin mart ayında "Work and Travel” proqramı üzrə ABŞ-da təhsil və səyahətin təşkili üçün ona ümumilikdə 1600 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən — “Caspian Business Center”-in 7-ci mərtəbəsində yerləşən şirkətinin ofisində vermişdir. Ruslan Cəfərli ilə də müqavilə bağlanmış və ona ödəniş etməsi ilə bağlı tərəfimdən qəbz tərtib edilib verilmişdir. Ruslana ödədiyi puldan 300 ABŞ dolları pul qaytarmışdır. Bundan başqa X48 dəqiq tarix yadında olmayan “Work and travel” proqramı üzrə ABŞ-da təhsil və səyahətin təşkili üçün ona ümumilikdə 1600 manat pul ödəmişdir. O, həmin pulun 650 ABŞ dolları hissəsini “United Work and Travel’in ABŞ-da yerləşən ofisinin hesabına köçürmüşdür ki, “DS-2019” formasını əldə etsin. Həmin formanı əldə etdikdə artıq qeydiyyata düşürdü, onunla ingilis dili səviyyəsinə uyğun olaraq ABŞ-da işlər təklif edilirdi və intervyu alınırdı ki, dil biliyi səviyyəsi müəyyən edilsin. Bundan başqa, o “Work and travel” proqramı üzrə müraciət etmiş şəxslər üçün ayrıca təşkil etdiyi ingilis dili kursu keçirilmişdir. O, qeyd etdiyi kimi hər müştəridən aldığı pul vəsaitlərindən 200 manat pulu həmin kursa görə ödəmişdir. Bundan əlavə müştərilərə ABŞ səfirliyindən vizalar alınmalı idi, bununla bağlı səfirliyə müraciət edilmişdir. Lakin pandemiya düşdüyündən viza verilməsi məsələsi dayandırılmışdır, bu səbəbdən həmin işləri sonadək alındıra bilməmişdir. Elcana ödədiyi puldan 300 ABŞ dolları pul qaytarmışdir. Bundan başqa X94 2020-ci ilin mart ayında Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində yerləşən ofisində "Work and travel” proqramı üzrə ABŞ-da təhsil və səyahətin təşkili üçün onunla müqavilə bağlayıb hissəhissə olmaqla ümumilikdə 3260 manat pul ödəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs6 dəqiq hazırda yadında qalmayan tarixdə "Work and fravel” proqramı üzrə ABŞ-da təhsil və səyahətin təşkili üçün ona ümumilikdə 3200 manat pul ödəmişdir. O, həmin pulun 650 ABŞ dolları hissəsini “United Work and Travef’in ABŞ-da yerləşən ofisinin hesabına köçürmüşdür. Qeyd etdiyi kimi hər müştəridən aldığı pul vəsaitlərindən 200 manat pulu onlar üçün ingilis dili kursuna ödəmişdir. ABŞ səfirliyindən vizalar alınmalı olduğu üçün də səfirliyə müraciət edilmişdir. Lakin pandemiya düşdüyündən viza verilməsi məsələsi dayandırılmışdır. Bundan başqa Zərərçəkmiş şəxs14 dəqiq yadında qalmayan tarixdə ABŞ- da təhsil üçün ilkin olaraq ona 6854 ABŞ dolları pul ödəmişdir. Həmin vaxt həmin pulu şirkət rəhbəri olaraq adına “Azərbaycan Beynəlxalq Bankı”nda olan depozit hesabına köçürmüşdür ki, sonradan Univercity of Art-ın hesabına köçürsün. İlkin olaraq o həmin universitetdən “application form” adlanan sənəd əldə etmiş və o sənədi doldurmuşdur, bundan sonra universitetin hesabına depozit kimi ilkin məbləğ köçürülməli və sonra isə universitetdən ona “id number” adlanan kod verilməli idi. O, həmin “application form’un şəkilini Səbinə xanıma göndərmişdir. O, heç bir saxta sənəd hazırlamamışdır, yəni həmin “application form” universitetin internet səhifəsində doldurulur və adi bir anket forması şəkilində olur. Lakin Səbinə xanıma verdiyi pulu universitetin depozitinə daxil etməmişdir, bu səbəbdən ona “id number” verilməmişdir. Bundan başqa X2 ona qoyulmuş deportun aradan qaldırılmasına və bir illik oturum vizası üçün ona hazırda yadında qalmayan tarixdə ofisində hissə-hissə, yəni ümumilikdə 1500 manat pul ödəmişdir. Qeyd olunan məsələ ilə bağlı Arifə xanımla aralarında ofisində müqavilə bağlanmışdır və pulların alınması ilə bağlı tərəfindən qəbzlər tərtib edilib sonuncuya təqdim edilmişdir. Qeyd etdiyi kimi bunun üçün Səfirliklərə müraciət etsə də, pandemiya ilə və səfirliklərdə olan müəyyən yubanmalarla bağlı tam köməklik göstərə bilməmişdir. Bundan başqa Əhmədova X44 uzmanlıq dərəcəsini almaq üçün hazırda yadında qalmayan tarixlərdə ümumilikdə 3000 manat pulu "X84”-in 7-ci mərtəbəsində yerləşən ofisində onunla müqavilə bağlayıb hissə-hissə olmaqla vermişdir. Bundan başqa X95 "Work and travel” proqramı üzrə həyat yoldaşının xaricdə təhsilinin təşkili üçün hazırda yadında qalmayan tarixlərdə ofisində onunla müqavilə bağlayıb ümumilikdə 2900 manat ona ödəniş etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs13 oğlu Əlinin Türkiyədən deportu ilə bağlı köməklik göstərməyi məqsədilə ona qeyd olunan ofisində hissə-hissə olmaqla oğlu Əlinin vasitəsilə ümumilikdə 1300 manat pul ödəmişdir. Bundan başqa Zərərçəkmiş şəxs10 ona ümumilikdə 3820 manat pulu hazırda yadında qalmayan tarixlərdə Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində şirkətinin ofisində hissə-hissə olmaqla Türkiyədə ona qoyulmuş deportu aradan qaldırmaq və oturum vizasının təşklili üçün vermişdir. Bunun üçün Gülarə xanımla da digər müştərilər kimi aralarında müqavilə bağlanmışdır. Bundan başqa Zərərçəkmiş şəxs12 ona hazırda yadında qalmayan tarixdə 1325 manat pul ödəmişdir ki, onun barəsində Rusiya tərəfindən qoyulmuş ölkəyə giriş qadağasının aradan qalxması üçün ona köməklik etsin. O, həmin vaxt onun pasportunda qoyulmuş giriş qadağasının ləğv edilməsi üçün Rusiya Səfirliyinə müraciət etməli imiş. Lakin məlum olduğu kimi, düşdüyü avtoqəza nəticəsində bu işi sonadək çatdıra bilməmiş, işin həllinə görə aldığı pulları isə müalicələrinə xərcləməyə məcbur olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs1 hazırda yadında qalmayan tarixdə gəlini və özü üçün ümumilikdə 1219 manat pul ödəmişdir ki, onun və gəlininin barəsində Rusiya tərəfindən qoyulmuş ölkəyə giriş qadağasının aradan qalxması üçün köməklik etsin. Lakin, qeyd etdiyi kimi ondan asılı olmayan səbəblərə görə işləri yekunlaşdıra bilməmişdir. Bundan başqa X27 hazırda yadında qalmayan tarixdə ofisinə yaxınlaşmış və qızı Zümrüdün xaricdə təhsil proqramı üzrə Macarıstan Respublikasının Budapeşt şəhərində yerləşən "PECS" universitetini seçmişdir. Onunla aralarında müqavilə bağlanmış, PECS universitetində qeydiyyatdan keçmək üçün 1350 manat ödəniş etmişdir. Eyni zamanda Budapeşt şəhərində qarşılanma, depozit, oturum icazəsi, DHL Express ilə göndərmə və yataqxanada yerləşdirmək üçün 1216 manat, daha sonra isə 882 manat pul ödəmişdir. Yuxarıda qeyd etdiyi kimi adları qeyd olunan şəxslərdən aldığı pulların bir hissəsi onların ödəniş etdikləri məsələ ilə bağlı müvafiq yerlərə xərclənmişdir. Bir hissəsi isə düşdüyü avtoqəza nəticəsində həmin işləri sonadək çatdıra bilmədiyi üçün müalicələrinə xərcləməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, üzləşdirmə protokollarını və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmək cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X59 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyun ayında Türkiyə Respublikasından deport olunmuş və işləri orada olduğuna görə tez bir zamanda deportu aradan qaldırıb Türkiyəyə qayıtmalı idi. 2020-ci ilin fevral ayında “instaqram” sosial şəbəkəsində “X115” səhifəsinə rast gəlmiş və həmin səhifədə elanlara baxan zaman görmüşdür ki, elanların birində deportların götürülməsi ilə bağlı təkliflər var. Həmin səhifə ilə əlaqə saxladıqda özünü həmin şirkətin direktoru Azər Əliyev adlı şəxs kimi təqdim edən şəxs ona cavab vermiş, həmin zaman Azərdən deportun götürülməsi ilə bağlı maraqlandıqda sonuncu ona bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X85”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Qeyd olunan ofisə getdikdə orada Azər Əliyev ona bildirmişdir ki, ümumi olaraq 1500 manat ödəniş müqabilində deport məsələsi və İ illik oturum vizası da təşkil ediləcək. Bundan sonra xx.xx.2020-ci il tarixdə həmin ofisə gedib A.Əliyev ilə müqavilə bağlamış və ona ilkin olaraq 750 manat məbləğində pul ödəmişdir. Həmçinin Azər adlı şəxs həmin vaxt ona bildirmişdir ki, sənədlər hazır olan vaxt özü ona zəng edib ofisə dəvət edəcək. Bundan bir müddət sonra, 12 may 2020-ci il tarixdə A.Əliyev ona zəng edib bildirmişdir ki, sənədlər hazırdı və onu ofisə dəvət etmişdir. Həmin gün ofisə getmiş və orada A.Əliyevə müqavilə üzrə qalan 750 manat pulu ödəmiş, Azəşr ona yenidən qəbz vermişdir. A.Əliyev həmin zaman bildirmişdir ki, artıq hər şey hazırdı, vizanın cavabı gəlmişdir, qalıb ki, səfirlikdən pasportu verilsin. Yenə Azərə inanıb gözləmək qərarın gəlmiş, bir ay keçdikdən sonra A.Əliyevin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib işin gedişatı ilə maraqlanmaq istədikdə onun mobil nömrəsinə zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, A.Əliyev işlədiyi ofisi bağlayıb və onunla heç bir əlaqə yaratmaq olmur. Bundan sonra başa düşmüşdür ki, Azər adlı şəxs onu aldadıb pulunu ələ keçirmişdir. Azər adlı şəxsə ümumilikdə 1500 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X87”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2020-ci il tarixdə 750 manat və xx.xx.2020-ci il tarixdə 750 manat olmaqla Türkiyədə ona qoyulmuş deportu aradan qaldırmaq üçün vermişdir. Həmin pulu verərkən A.Əliyevin yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər tamamilə ödənilmişdir, Təqsirləndirilən şəxsla barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, qızı X60 Azərbaycan Diplomatik Akademiyasının İqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsidir. 2019-cu ilin sonlarında qızı “instaqram” sosial şəbəkəsi vasitəsi ilə ABŞ-a iş və səyahət proqramı üzrə tələbələrin göndərilməsi ilə məşğul olan “X115” şirkətinə rast gəlmişdir. Həmin səhifə ilə əlaqə saxlamış və orada ona özünü həmin şirkətin direktoru Azər Əliyev adlı şəxs kimi təqdim etmiş şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı qızı üçün maraqlandıqda sonuncu bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X85”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. xx.xx.2019-cu il tarixdə həmin ofisə getmiş və orada Azər Əliyev ona bildirmişdir ki, ümumi olaraq 1300 ABŞ dolları ödəniş müqabilində qızının ABŞ-da işlə təmin edilməsini və səyahət etməsini təşkil ediləcəkdir. Həmin ödənişin hissə-hissə edilməsinin də mümkün olduğunu bildirmişdir. Həmin tarixdə A.Əliyevə 650 ABŞ dolları nağd pul ödəmiş və onunla qızı Şəfanın adından müqavilə bağlanmış, ödənişlə bağlı A.Əliyev qəbz tərtib etmiş və həmin müqavilə ilə qəbzin surətini ona vermişdir. Bundan sonra 2020-ci ilin fevral ayının sonunda yenidən həmin ofisə gedərək qalan 650 ABŞ dolları pulu da A.Əliyevə ödəmiş, Azər yenidən qəbz tərtib edib surətini ona vermişdir. Bundan bir müddət keçdikdən sonra Covid-19 virusu ilə bağlı pandemiya başlanmış və qızının xarici ölkəyə göndərmək fikrindən daşınmışdır. 2020-ci ilin aprel ayında A.Əliyevə zəng edərək bildirmişdir ki, müqaviləni ləğv etmək istəyir. Azər onu qızı ilə birlikdə ofisinə dəvət etmiş və orada müqaviləni iki tərəfli ləğv etmişlər, onlara təqdim edilmiş müqavilənin və qəbzlərin surətlərini Azər onlardan götürüb özündə saxlamışdır. Azərə verdiyi 1300 ABŞ dolları nağd pulu tələb etdikdə sonuncu bildirmişdir ki, pulu yaxın zamanda geri qaytaracaq. Azərə inanaraq onu bir müddət gözləmiş, sonra Azər yenidən bu məsələni uzatmağa davam etmiş və son olaraq bildirmişdir ki, iyul ayının sonlarında pulu bütöv şəkildə bank vasitəsi ilə qızının adına köçürməklə qaytaracaqdır. Azərə yenə də inanıb gözləmiş, iyul ayının sonlarına yaxın ona məlum olmuşdur ki, Azər ondan başqa bir sıra şəxsləri də aldadıb və pullarını ələ keçirmişdir. Azərin ofisinə getdikdə isə, ofisinin bağlı olduğunu öyrənmiş, bundan sonra 27-ci PB-nə şikayət etmək qərarına gəlmişdir. Azər adlı şəxsə ümumilikdə 1300 ABŞ dolları pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2019-cu il tarixdə 650 ABŞ dolları və 2020-ci ilin fevral ayının sonlarında 650 ABŞ dolları olmaqla qızıbın ABŞ-da iş və səyahət proqramı üçün vermişdir. Həmin pulu Azər adlı şəxsə verərkən A.Əliyevin yanında bir nəfər əvvəllər tanımadığı, həmin şəxsin katibəsi qismində çalışan Zibeydə adlı qadın olmuşdur. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 2019-cu ildə X61 orta məktəbi bitirdikdən sonra onun Türkiyədə təhsil alması məsələsi ilə maraqlanmağa başlamış və internet şəbəkəsində bununla bağlı proqramlarla maraqlanmışdır. Həmin vaxt yəni, 2019-cu ilin avqust ayında "İnstagram” sosial şəbəkəsində “X115'’ səhifəsinə rast gəlmiş, həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru Azər Əliyev adlı şəxs kimi təqdim etmişşəxs cavab vermişdir. Həmin şəxsdən oğlunun Türkiyədə təhsil alması məsələsi ilə maraqlandıqda Azər ona bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X88-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Ofisə getdikdə orada Azər Əliyev ona oğlunun X76 Samsun Universitetinin Memarlıq fakültəsində təhsil almasına dair təklif etdikdə onunla razılaşmışdır. Bundan sonra, xx.xx.2019-cu il tarixdə A.Əliyev onu ofisinə dəvət etmiş və oğlu ilə birlikdə gedib orada A.Əliyevlə müqavilə bağlamış, müqaviləyə əsasən A.Əliyevə 5000 manat pul ödənilməli idi. İlkin olaraq A.Əliyevə 2500 manat pul ödəmiş, həmin ödənişə oğlunun həmin universitetdə qeydiyyata alınması, yəni təhsil haqqı daxil idi. Bundan sonra, 2019cu ilin sentyabr ayının ortalarında oğlu Türkiyənin Samsun şəhərinə getmiş, həmin vaxt Azər ona bildirmişdir ki, oğlunun 3 ay müddətinə yataqxanada qalması üçün 650 manat pul ödəməlidir. Həmin pulu Azər Türkiyədə yaşayan nümayəndəsi Şahid4 göndərməli idi ki, sonuncu orada həmin məsələni həll etsin. Həmin 650 manat puldan əlavə Azər ondan universitetin illiyinə görə 400 manat pul istəmiş və bununla da Azərə 2019-cu ilin sentyabr ayının sonunda 1050 manat pul vermişdir. 2019-cu ilin oktyabr-noyabr aylarında Azər ona bildirmişdir ki, oğlunun sığortası və digər məsələləri ilə bağlı 'Türkiyəyə pul göndərilməlidir, ona Türkiyədəki nümayəndəsi olan Mehrinin xarici pasportunun şəklini yollamışdır ki, həmin pulları poçt vasitəsi ilə həmin şəxsin adına göndərsin. Həmin vaxtlarda Azərin Türkiyədə yaşadığı nümayəndəsi Şahid4 adma poçt vasitəsi ilə 3 dəfə ayrı-ayrı vaxtlarda 100 ABŞ dolları olmaqla ümumilikdə 300 ABŞ dolları pul göndərmişdir. 2020-ci ilin yanvar ayının əvvəli Azər ona zəng edib oğlunun universitetdəki ikinci yarımilliyinə görə ona 216 manat pul ödəməli olduğunu demiş, bundan sonra Azərin ofisinə gedərək orada onun köməkçisi işləyən Zibeydə adlı qıza həmin pulu vermişdir ki, Azərə çatdırsın. Bundan sonra, 2020-ci ilin yanvar ayında oğlunun təhsili ilə maraqlanmaq üçün özü Türkiyənin Samsun şəhərinə yollanmış və orada ona məlum olmuşdur ki, oğlu 6 ay ərzində heç bir dəfə də universitetə getməyib, ancaq yataqxanada qalmışdır. Azərlə əlaqə saxladıqda sonuncu bildirmişdir ki, ona vaxt versin, mart ayının 5-nə kimi oğlunu qeydiyyatdan keçirəcək, oğlu türk dilini öyrənməli olduğu üçün orada tədrisə qəbul olunmayıb, üzüdə Azərə inanmış, oğlu ilə birlikdə Azərbaycana qayıtmışdır. Bundan sonra, 2020-ci ilin fevral ayında oğlu ilə birlikdə yenidən Türkiyəyə getmiş, orada covid-19 pandemiyası başlayandan sonra özü Azərbaycana qayıtmış, oğlu isə orada qalmışdır. Həmin vaxt Mehriyə oğlunun türk dili kursuna görə 1500 türk lirəsi məbləğində pul göndərmişdir. Sonradan isə ona məlum olmuşdur ki, oğlu orada heç bir kursa getməmişdir, Azər onu aldadıb başqa istiqamətdə yönləndirmişdir. 2020-ci ilin mart ayında Azər bildirmişdir ki, oğlunun sığortasına görə Mehriyə 150 manat pul göndərmək lazımdır, həmin vaxt Mehri ilə əlaqə saxladıqda sonuncu əsəbiləşərək onun adına bir daha pul göndərməməyini xahiş etsə də, Azər ona dedikdən sonra o, pulun onun adına göndərilməsinə razı olmuşdur. Həmin pulu göndərmiş, 2020-ci ilin mart ayında Azərin hərəkətlərindən artıq şübhələnməyə başlamış, oğlunun təhsilinin gedişatı ilə birdə maraqlandıqda ona məlum olmuşdur ki, həmin vaxtadək oğlu hələ də qeyd edilən universitetdə qeydiyyata düşməmişdir. Bundan sonra, xx.xx.2020-ci ildə oğlu Azərbaycana qayıtmış və həmin vaxt pandemiya başlamışdır. Həmin müddət ərzində Azərlə bir neçə dəfə telefonla danışdıqda sonuncu ona söz vermişdir ki, oğlunun təhsil məsələsini yoluna qoyacaqdır. 2020-ci ilin iyul ayının ortalarında Azərdən xəbər gəlmədiyini görüb onun ofisinə baş çəkmiş, həmin vaxt onun ofisinin bağlı olduğunu, Azərin orada olmadığını aşkar etmişdir. Telefonla danışdıqda Azərdən verdiyi pulları geri tələb etməyə başlamış, Azər ona narahat olmamağını, universitet məsələsini həll edəcəyini bildirməyi davam etdirmişdir. Lakin Azərin artıq vədlərinə inanmadığından polisə şikayət etmək qərarına gəlmiş və ona məlum olmuşdur ki, ondan başqa bir neçə şəxs də Azərin vədlərinə aldanıb 27-ci PB-nə şikayət etmişdir. Azər adlı şəxsə ümumilikdə 3550 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2019-cu il tarixdə 2500 manat və 2019-cu ilin sentyabr ayında 1050 manat olmaqla oğlunun təhsili üçün vermişdir. Həmin pulları Azərə verərkən onun yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. Zibeydə həmin şəxsin katibəsi qismində çalışırdı. Həmçinin 2020-ci ilin yanvar ayında 216 manat pulu həmin Zibeydə adlı qıza vermişədir ki, həmin pulu Azərə çatdırsın. Şahid4 2019-cu ilin oktyabr-noyabr aylarında 300 ABŞ dolları pulu, 2020-ci ilin fevral-mart aylarında isə 1500 türk lirəsini poçt vasitəsi ilə göndərmişdir. 150 manat pulu isə oğluma göndərmişdir, Türkiyədə Mehriyə çatdırsın. Oğlu da həmin pulu Türkiyədə Mehriyə çatdırmışdır. Hadisə nəticəsində ona ümumilikdə 3916 manat, 300 ABŞ dolları və 1500 türk lirəsi məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və qanunvericiliyə uyğun cəzalandırılmasını xahiş etmişdir. Cinayət işi üzrə aşağıda adları qeyd olunan zərərçəkmiş şəxslər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər, bu səbəbdən məhkəmə iclasları bir necə dəfə təxirə salınmışdır lakin onlar məhkəmə iclaslarına gəlməmişdirlər.Cinayət işinin materiallarından da görünür ki, bir çox zərərçəkmiş şəxs hazırda ölkə xaricindədirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 2019-cu ildə Rusiya Federasiyasından deport olunmuş və işləri orada olduğuna görə tez bir zamanda deportu aradan qaldırıb Rusiyaya qayıtmalı idi. 2020-ci ilin əvvəlində “instaqram” sosial şəbəkəsində “X115” şirkətinin səhifəsinə rast gəlmiş və orada deportların götürülməsi ilə bağlı elan yerləşdirildiyini görmüşdür. Həmin şirkətlə əlaqə saxlamış və həmin vaxt ona özünü həmin şirkətin direktoru Azər Əliyev adlışəxs kimi təqdim edən şəxs deportun götürülməsi ilə bağlı köməklik göstərəcəyini bildirmişdir. Azər Əliyev onu şirkətin ofisinin yerləşdiyi “Caspian Business” Mərkəzinə dəvət etmiş və orada bildirmişdir ki, ümumi olaraq 1325 manat ödəniş müqabilində deport məsələsi və 1 illik oturum vizası da təşkil ediləcək. Həmin pulu hissə-hissə ödəməyə razılaşmış, 16 mart 2020-ci il tarixdə A.Əliyev ilə onun ofisində müqavilə bağlamış, 19 mart 2020-ci il tarixdə isə ona ofisində ilkin olaraq 625 manat pul ödəmiş və sonuncu qəbz tərtib edib həmin müqavilə ilə qəbzin surətlərini ona vermişdir. Bundan sonra, 21 iyul 2020-ci il tarixdə yenə də onun ofisinə gedib ona müqavilə üzrə qalan 700 manat pulu ödəmiş və bununla bağlı qəbz almışdır. Azər ona bir neçə gün sonra sənəd təqdim etməli idi ki, Rusiyaya gedərkən sərhəd keçidi məntəqəsində həmin sənədi təqdim etsin və ölkəyə giriş edə bilsin. Bundan bir neçə gün sonra həmin sənədi əldə etmək üçün A.Əliyevə zəng etməyə başlamış, lakin sonuncu hər dəfə telefonu götürmür, sonra isə nömrəni qara siyahıya atmışdır. Sonradan Azərin ofisinə gedəndə görmüşdür ki, ofis bağlıdır və o, orada yoxdur. Azəri ondan başqa bir sıra digər şəxslər də gözlədiyini görmüş, bundan sonra aldanıldığını başa düşmüş və bununla bağlı 27-ci PB-nə ərizə ilə müraciət etmişdir. Azər adlı şəxsə ümumilikdə 1325 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84’in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni 19 mart 2020-ci il tarixdə 625 manat və 21 iyul 2020-ci il tarixdə 700 manat olmaqla Rusiya Federasiyasında ona qoyulmuş deportu aradan qaldırmaq və oturum vizası almaq üçün vermişdir. Həmin pulu Azərə verərkən sonuncunun yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. Zibeydə həmin şəxsin katibəsi qismində çalışırmış. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs12 Bakı şəhəri Yasamal RPİ-nin İŞnə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 73). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, 2019-cu ilin dekabr ayının sonlarında “instaqram” sosial şəbəkəsində xaricdə təhsil proqramları ilə maraqlanmağa başladıqda orada “X115” səhifəsinə rast gəlmiş, həmin səhifə ilə əlaqə saxladıqda orada özünü ona həmin şirkətin direktoru Azər Əliyev adlı şəxs kimi təqdim edən şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlandıqda sonuncu ona bu proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84”də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Ofisə getdikdən sonra orada Azər Əliyev ona bildirmişdir ki, aralarında müqavilə bağlanmalı, müqavilə əsasında 600 ABŞ dolları pul ödəməklə şirkət tərəfindən qeydiyyata alınacaqdır və sonradan 700 ABŞ dolları ödəməklə ona ABŞ-na iş vizası düzəldiləcəkdir. Azər Əliyevin sözlərinə inanmış və bir neçə gün sonra, xx.xx.2019-cu il tarixdə həmin ofisə gedib Azərlə müqavilə bağlamışdır. Həmin müqavilə əsasında Azər ona 600 ABŞ dolları məbləğində ilkin ödəniş etmiş və sonuncu ona ödənişlə bağlı qəbz vermişdir. A.Əliyev bildirmişdir ki, həmin pul şirkətin ABŞ-da yerləşən mərkəzi ofisinə göndəriləcək və oradan ona iş təklifləri veriləcəkdir. Bundan sonra isə, viza və digər məsələlər həll olunacaqdır. Bundan bir müddət sonra xx.xx.2020-ci il tarixdə A.Əliyev onu və digər müştəriləri ofisə toplayaraq kurs keçmiş və həmin kurs zamanı bildirmişdir ki, bir həftə ərzində ABŞ-a iş və səyahət proqramı üzrə həmin ölkəyə iş vizasına görə qeydiyyat başlanılmalı, həmin məsələlərlə bağlı ödənişlərin bir həftə ərzində edilməli olduğunu demişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə həmin ofisə gələrək A.Əliyevə müqavilə üzrə qalan 700 ABŞ dolları pulu ödəmiş, Azər yenə də ona bununla bağlı qəbz vermişdir. Bundan sonra A.Əliyev bildirmişdir ki, 2020-ci ilin may ayının əvvəli ona ABŞ-na getmək üçün viza alınacaq. Lakin bir ay gözlədikdən sonra 2020-ci ilin mart ayında həmin ofisə getmiş və A.Əliyevə bildirmişdir ki, müqaviləni ləğv etmək istəyir. Həmin vaxt A.Əliyev razılaşaraq bildirmişdir ki, müqavilə üzrə ödənilmiş məbləği o, aprel ayında ona geri qaytaracaqdır. Bu məsələ iyun ayınadək uzanmış, ondan başqa müqaviləni ləğv etmiş digər şəxslər də ofisə gələrək narazılıq etməyə başlamışlar. Bundan sonra A.Əliyev hər kəsə bildirmişdir ki, 10 iyun 2020-ci il tarixdə saat 15:00-da o, şirkətin ofisində hər kəsin ilkin ödənişlərini qaytaracaq, qalan məbləği isə bir müddət sonra qaytaracaqdır. Azərin dediyi tarixdə və vaxtda özü və digəriləri ofisə gəlmiş, A.Əliyev söz verdiyi kimi, ilkin ödənişləri geri qaytarmış və bununla da ona verdiyi 600 ABŞ dolları pulunu almışdır. Lakin bundan sonra A.Əliyevdən heç bir xəbər çıxmamış, o heç kəsin telefonuna cavab verməmişdir. Artıq başa düşmüşdür ki, Azər onu aldadıb pulunu ələ keçirmişdir. Azər adlı şəxsə ümumilikdə 1300 ABŞ dolları pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2019-cu il tarixdə 600 ABŞ dolları və xx.xx.2020-ci il tarixdə 700 ABŞ dolları olmaqla iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün vermişdir. Həmin puldan Azər ona 600 ABŞ dolları pulunu geri qaytarmışdır. Həmin pulları verərkən A.Əliyevin yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 66). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X16 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2020-ci ilin fevral ayında “facebook” sosial şəbəkəsində xaricdə təhsil proqramları ilə maraqlanmağa başlamış və orada “X115” səhifəsinə rast gəlmişdir. Həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru Azər Əliyev adlışəxs kimi təqdim etmiş şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlanmış və sonuncu ona proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Orada A.Əliyev ilə söhbət etmiş və Azər ona 15 mart 2020-ci il tarixdə ofisə yaxınlaşmağını bildirmişdir. 15 mart 2020-ci il tarixdə həmin ofisə gəlib A.Əliyev ilə görüşmüş, onunla müqavilə bağlamış və müqaviləyə əsasən Azərə 1600 manat pul vermiş, sonuncu da ona ödənişlə bağlı qəbz vermişdir. A.Əliyev bildirmişdir ki, həmin pul şirkətin ABŞ-da yerləşən mərkəzi ofisinə göndəriləcək və oradan ona iş təklifləri veriləcək. Bundan sonra isə, viza və digər məsələlər həll olunacaq. Həmçinin A.Əliyev bildirmişdir ki, 2020-ci ilin may ayının əvvəli ona ABŞ-na getmək üçün viza alınacaq. Azərin dediyi tarixlərədək gözləmiş, viza ilə bağlı maraqlanmış, həmin vaxt A.Əliyev demişdir ki, covid-19 pandemiyasına görə viza verilmə məsələsi gecikdirilir və bunun həlli 2020-ci ilin iyun ayına qalmışdır. Lakin iyun ayının gəlib keçməsinə baxmayaraq məsələ yenə də həll olunmamış və A.Əliyev vaxt uzatmağa başlamışdır. Həmin vax A.Əliyevə bildirmişdir ki, proqramdan imtina edir və pulunu geri istəyir. Bundan sonra Azər onu 10 iyun 2020-ci il tarixdə ofisinə çağırmış və ona 300 ABŞ dolları pulu geri qaytararaq bildirmişdir ki, xx.xx.2020-ci il tarixinə kimi məsələ həll olunmasa pulu tam şəkildə geri qaytaracaq. Həmin vaxtadək gözləmiş, sonradan ona məlum olmuşdur ki, A.Əliyev işlədiyi ofisi bağlayıb və onunla heç bir əlaqə yaratmaq olmur. Bundan sonra başa düşmüşdür ki, Azər adlışəxs onu aldadıb pulunu ələ keçirmişdir. Azər adlışəxsə 1600 manat pulu verərkən yanlarında onun ofısindəş işləyən Zibeydə adlı qadın olmuşdur. Azər ona həmin puldan 300 ABŞ dolları geri qaytarmışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X16 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 67). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2020-ci ilin fevral ayının sonunda dostu Zərərçəkmiş şəxs11 ona bildirmişdir ki, sosial şəbəkələrdə xariedə iş və səyahətin təşkili proqramı ilə bağlı “X115” adlanan bir səhifəyə rast gəlibdir, bu proqram ilə maraqlanmağı təklif etmişdir. Həmin səhifə iləəlaqə saxlamış, orada özünü həmin şirkətin direktoru Azər Əliyev adlı şəxs kimi təqdim edən şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlanmış və sonuncu ona bu proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X87”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. 2020-ci ilin mart ayının əvvəlində həmin ofisə getmiş, orada Azər Əliyev ona bildirmişdir ki, bir həftə ərzində ilkin olaraq 1600 manat ödəyib qeydiyyatdan keçməlidir ki, təlim dərslərinə başlasın və sonrakı mərhələdə viza əldə edilməsi üçün təlimlər başlanacaq, o zaman da ayrıca ödəniş etməli olacaqdır. Azərlə razılaşdıqdan sonra 08 mart 2020-ci il tarixdə həmin ofisdə Azərlə aralarında müqavilə bağlanmış, müqaviləyə əsasən Azər Əliyevə 1600 manat pul ödəmiş və bu barədə qəbz almışdır. Bundan bir müddət sonra dərslər başlanmış, özü və digər müştərilər həmin ofisdə həftədə iki dəfə təlim dərslərinə getmişdirlər. Bir müddət sonra covid-19 pandemiyası başlanmış, sərhədlər bağlanmış və artıq bu proqramın həyata keçirilməsinə inanmışdır. Buna görə də A.Əliyevə bildirmişdir ki, müqaviləni pozub verdiyi pulu geri götürmək istəyir. Azər onu inandırmağa çalışsa da, sözündən çəkilməmiş və pulunu geri tələb etmişdir. Sonra Azər onu xx.xx.2020-ci il tarixdə ofisə dəvət etmiş və orada müqaviləni pozmuş, həmin vaxt A.Oliyev ona 300 ABŞ dolları pulu qaytararaq qalan 650 ABŞ dolları pulu 15 gün ərzində qaytaracağını bildirmişdir. 300 ABŞ dolları pulu qəbul edərək, qalan pulunu gözləmiş, bundan sonra A.Əliyev vaxt uzatmağa başlamış, bununla belə, bir müddət sonra o istifadə etdiyi mobil nömrələrini söndürmüş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Bu səbəbdən 27-ci PB-nəşikayət etmişdir. Azər adlı şəxsə ümumilikdə 1600 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində xx.xx.2020-ci il tarixdə iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün vermişdir. Həmin puldan Azər ona 300 ABŞ dolları qaytarmışdır. Pulları Azərə verərkən sonuncunun yanında katibəsi qismində çalışan Zibeydə adlı qadın olmuşdur. Ofisdə onlara təlimləri Ellada adlı qadın keçmişdir, sonuncu təxminən 30-35 yaşları arasında idi, ingilis və rus dillərini yaxşı bilirdi, təlimləri də həmin dillərdə keçirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs15 Bakı şəhəri Yasamal RPİ-nin İŞnə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 68). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin noyabr ayında Türkiyə Respublikasından deport olunmuşdur və işləri orada olduğuna görə tez bir zamanda deportu aradan qaldırıb Türkiyəyə qayıtmalı idi. 2019-cu ilin sonunda bir nəfər xatırlamadığı şəxs ona “Caspian Business” Mərkəzində yerləşən “X115” şirkətinə müraciət etməyini məsləhət görüb demişdir ki, həmin şirkət deport məsələlərini həll edir. Bununla maraqlanmaq üçün 2020-ci ilin yanvar ayının əvvəli həmin şirkətin ofisinə getmiş, orada ona özünü həmin şirkətin direktoru Azər Əliyev adlı şəxs kimi təqdim edən şəxs qəbul etmişdir. Həmin şəxsdən deportun götürülməsi ilə bağlı maraqlanmış və Azər adlı şəxs ona bununla bağlı köməklik göstərəcəyini bildirdi. Azər Əliyev ona bildirmişdir ki, ümumi olaraq 1200 manat ödəniş müqabilində deport məsələsi və 1 illik oturum vizası da təşkil ediləcək. Həmin pulu hissə-hissə ödəməyə razılaşmış, həmin tarixdə A.Əliyev ilə müqavilə bağlamış, ilkin olaraq 600 manat pul ödəmiş və Azər adlı şəxs qəbz təqdim etmişdir. Bundan sonra uzun müddət ondan xəbər çıxmamış, hər dəfə zəng etdikdə A.Əliyev bildirmişdir ki, pandemiyaya görə işlər dayanıb və ona xəbər edəcəkdir. 2020-ci ilin iyun ayının əvvəli A.Əliyev ona zəng edib bildirmişdir ki, ofisə gəlib pulun qalan hissəsini ödəsin. Azərə artıq inanmadığı üçün ona bildirmişdir ki, onun xidmətində maraqlı deyil, müqaviləni ləğv edib pulunu geri almaq istəyir. Azər də onu ofisə dəvət etmiş, orada Azərin verdiyi müqavilənin və qəbzin surətlərini ona qaytarmış, həmin müqaviləni ləğv etmişlər. Azər adlı şəxs həmin zaman bildirmişdir ki, 10 iyul 2020-ci il tarixində ofisə gəlib pulunu geri ala bilər. Azərin dediyi kimi həmin tarixdə ofisə getmiş, lakin pulunun ancaq bir hissəsini, yəni 300 manat pulu ala bilmişdir. Qalan 300 manat pulu isə o, 25 iyul tarixində qaytaracağını demişdir. 25 iyul 2020-ci il tarixdə yenidən onun ofisinə getmiş, lakin həmin vaxt ofisin bağlı olduğunu aşkar etmişdir. Azər adlı şəxsə 600 manat pulu verərkən yanlarında orada işləyən Zibeydə adlı qadın olmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən g örünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 74). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 İzzət oğlunun məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2018-ci ilin noyabr ayında Rusiya Federasiyasından deport olunmuş və işləri orada olduğuna görə tez bir zamanda deportu aradan qaldırıb Rusiyaya qayıtmalı idi. 2020-ci ilin yanvar ayının əvvəlində “instaqram” sosial şəbəkəsində “X115” şirkətinin səhifəsinə rast gəlmiş və orada deportların götürülməsi ilə bağlı elan yerləşdirilmişdir. Həmin şirkətlə əlaqə saxlamış və həmin vaxt ona özünü həmin şirkətin direktoru Azər Əliyev kimi təqdim etmiş şəxslə danışmışdır. Həmin şəxsdən deportun götürülməsi ilə bağlı maraqlandıqda Azər ona bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Azər Əliyev onu şirkətin ofisinin yerləşdiyi “Caspian Business” Mərkəzinə dəvət etmiş və ofisdə ona bildirmişdir ki. ümumi olaraq 800 manat ödəniş müqabilində deport məsələsi və İ illik oturum vizası da təşkil ediləcək. Həmin pulu hissə-hissə ödəməyə razılaşmış, 09 yanvar 2020-ci il tarixdə A.Əliyev ilə onun ofisində müqavilə bağlamış, ilkin olaraq 400 manat pul ödəmiş və Azər qəbz tərtib etmiş, həmçinin həmin müqavilə ilə qəbzin surətlərini ona vermişdir. Bundan sonra 03 mart 2020-ci il tarixdə yenə də onun ofisinə gedib Azərə müqavilə üzrə qalan 400 manat pulu ödəmiş, sonuncu da ona bununla bağlı qəbz vermişdir. Eyni zamanda Azər ona bir sənəd təqdim etmişdir ki, Rusiyaya gedərkən sərhəd keçidi məntəqəsində problemləri yaransa həmin sənədi təqdim etsin. Bununla da 2020-ci ilin mart ayının ortalarında Rusiyaya getmək istəyərkən sərhəd keçidi məntəqəsindən buraxılmamışdır. Bundan sonra A.Əliyevə bunu bildirdikdə sonuncu bəhanə gətirərək bildirmişdir ki, guya 10 gün gözləyib sonra gedə biləcəkdir. Bundan sonra uzun müddət ondan xəbər çıxmamış, hər dəfə zəng etdikdə A.Əliyev bildirmişdir ki, pandemiyaya görə işlər dayanıb və ona xəbər edəcəkdir. 2020-ci ilin iyul ayının əvvəli A.Əliyevə zəng edib bildirmişdir ki, onun verdiyi sənədin saxta olub-olmamasının sübutunu istəyir və bununla bağlı şirkətin ofisinə gəlmək istəyir. Azər isə 23 iyul 2020-ci il tarixində ofisdə olacağını demişdir. Həmin tarixdə onun ofisinə gedəndə görmüşdür ki, ofis bağlıdır və orada yoxdur. Bundan sonra aldanıldığını başa düşmüşdür. Azər adlı şəxsə ümumilikdə 800 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni 09 yanvar 2020-ci il tarixdə 400 manat və 03 mart 2020-ci il tarixdə 400 manat olmaqla Rusiya Federasiyasında ona qoyulmuş deportu aradan qaldırmaq və oturum vizası almaq üçün vermişdir, həmin zaman orada ofisdə işləyən Zibeydə adlı xanım olmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs16 İzzət oğlunun Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 71). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin sentyabr ayında ona məlum olmuşdur ki, özü və gəlini X6 Federasiyasından deport olunmuşlar. Orada yaşayan oğlu X10 yanına getmək lazım olduğuna görə tez bir zamanda deportu aradan qaldırıb Rusiyaya qayıtmalı idi. Təxminən 2020-ci ilin iyun ayında oğlu ona bildirmişdir ki, deportu aradan qaldırmaq üçün Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən “X84'in binasında olan “X115'' şirkətinə müraciət etsin. Onun dediyi kimi etmiş və həmin şirkətə yaxınlaşmışdır. Orada onu özünü həmin şirkətin direktoru kimi təqdim etmiş Azər Əliyev adlı şəxs qəbul etmiş, həmin şəxsdən deportun götürülməsi ilə bağlı maraqlandıqda Azər adlı şəxs bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə həmin ofisə getmiş, orada Azər Əliyev ona bildirmişdir ki, gəlini və özü üçün ümumi olaraq 2240 manat ödəniş müqabilində deport məsələsi və 1 illik oturum vizası da təşkil ediləcək. Həmin tarixdə A.Əliyevə 1119 manat pul ödəmiş və bu barədə qəbz almışdır. Pulun qalan hissəsini deport götürüldükdən sonra ödəyəcəyini bildirmişdir. Əlavə olaraq, gəlininin və özünün xarici pasportlarını və şəxsiyyət vəsiqələrini tərcümə etdirmək və notariusda təsdiqləmək üçün A.Əliyevə 100 manat pul vermişdir. Azər bildirmişdir ki, 20 günə məsələ həll ediləcək. Bundan sonra 20 gündən artıq vaxt keçmiş, ondan xəbər çıxmadıqda Azərin mobil nömrələri ilə əlaqə saxlamaq istəmiş, lakin nömrəli sönülü olmuşdur. Ona görə də 2020-ci ili avqust ayının ortasında onun ofisinə getmiş və orada ona məlum olmuşdur ki, A.Əliyev bir neçə həftə bundan əvvəl ofisi bağlayıb və oradan çıxıbdır. Bundan sonra aldanıldığını başa düşmüşdür. Azər adlı şəxsə həmin pulu verərkən A.Əliyevin yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. Zibeydə həmin şəxsin katibəsi qismində çalışırdı. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 69). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin noyabr ayında “instaqram” sosial şəbəkəsində “X115” səhifəsinə rast gəlmiş, orada xarici ölkələrə turist vizası verilməsinin təşkili elanı olmasını görüb həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru kimi təqdim edən Azər Əliyev adlı şəxs cavab vermişdir. Həmin şəxsə Kanadaya turist vizası əldə etmək istədiyini bildirmiş, Azər adlı şəxs də ona bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Ofisə getdikdə orada Azər Əliyev ilə söhbət zamanı sonuncu bildirmişdir ki, aralarında müqavilə bağlanacaq, müqavilə əsasında bu işin müqabilində ümumilikdə 8500 manat pul ödəməli olacaqdır. 18 dekabr 2019-cu il tarixdə həmin ofisə getmiş və A.Oliyevə ilə müqavilə bağlamış, ilkin olaraq ona 2000 manat pul vermiş, Azər isə qəbz tərtib edib surətini ona vermişdir. A.Əliyev bildirmişdir ki, viza hazır olanda məlumat veriləcək, həmin vaxt yenidən 2000 manat pul verməli olacaqdır. Qalan 4500 manat pulu isə Kanadaya gedəndən sonra həmin ölkədə ödəməli idi. A.Əliyevin dediyinə görə, viza məsələsi 1-2 aya həll olunmalı idi. Bundan sonra 2020-ci ilin mart ayında pandemiya başlanmış, lakin A.Əliyevdən heç bir xəbər gəlməmişdir. Fikirləşmişdir ki, pandemiyaya görə işlər ləngiyib, ona görə gözləmək qərarına gəlmişdir. Bir müddət sonra A.Əliyevin hərəkətlərindən şübhələnməyə başlamış, ona zəng edib işi ilə maraqlandıqda Azər bildirmişdir ki, pandemiya ilə bağlı viza verilməsi işləri hələ ki dayandırılmışdır. 2020-ci ilin iyul ayında A.Əliyev ilə görüşüb işinin nə yerdə olduğunu öyrənmək üçün onun ofisinə getmiş və “X89’in binasına gələndə ona bildirmişlər ki, A.Əliycv bir neçə gün əvvəl ofisi bağlayıb getmişdir. Bundan sonra digər şəxslərdən öyrənmişdir ki, A.Əliyev ondan əlavə başqa şəxsləri də aldadaraq pullarını ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 65). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X32 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, hazırda Bakı Mühəndislik Universitetinin ingilis dili və ədəbiyyat fakültəsinin 5-ci kurs tələbəsidir, heç bir yerdə işləmir. 2019-cu ilin dekabr ayının sonlarında “instaqram” sosial şəbəkəsində xaricdə təhsil proqramları ilə maraqlanmağa başlamış və orada “X115” səhifəsinə rast gəlmişdir. Həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru kimi təqdim edən Azər Əliyev adlışəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlandıqda Azər adlı şəxs ona bu proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X89’-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Ofisə getdikdən sonra orada Azər Əliyev ona bildirmişdir ki, onlar aralarında müqavilə bağlanmalı, müqavilə əsasında 500 ABŞ dolları pul ödəməklə şirkət tərəfindən qeydiyyata alınacaqdır və ABŞ-na iş vizası aldıqdan sonra 3100 ABŞ dolları ödəyəcəkdir. Həmçinin A.Əliyev bildirmişdir ki, həmin pul şirkətin ABŞ-da yerləşən mərkəzi ofisinə göndəriləcək və oradan ona iş təklifləri veriləcəkdir. Həmin vaxt aralarında müqavilə bağlanmış və müqavilənin surətini götürmüşdür. Bundan bir müddət sonra xx.xx.2020-ci il tarixdə A.Əliyev onu və digər müştəriləri ofisə toplayaraq kurs keçmiş və həmin kurs zamanı bildirmişdir ki, bir həftə ərzində ABŞ-na iş və səyahət proqramı üzrə həmin ölkəyə iş vizasına görə qeydiyyat başlanılmalı, həmin məsələlərlə bağlı ödənişlərin bir həftə ərzində edilməlidir. Buna görə də xx.xx.2020-ci il tarixdə həmin ofisə gələrək A.Əliyevə müqavilə üzrə ilkin olaraq 500 ABŞ dolları pulu ödəmiş, sonuncuda ona bununla bağlı qəbz vermişdir. Bundan sonra A.Əliyev bildirmişdir ki, 2020-ci ilin may ayının əvvəli ona ABŞ-na getmək üçün viza alınacaqdır. Lakin bir ay gözlədikdən sonra 2020-ci ilin mart ayında həmin ofisə getmiş və A.Əliyevə bildirmişdir ki, müqaviləni ləğv etmək istəyir. Həmin vaxt A.Əliyev razılaşaraq bildirmişdir ki, müqavilə üzrə ödənilmiş məbləği o, aprel ayında geri qaytaracaqdır. Bir qədər gözləmiş və bu məsələ iyun aymadək uzanmış, ondan başqa müqaviləni ləğv etmiş digər şəxslər də ofisə gələrək narazılıq etməyə başlamışlar. Bundan sonra Azər adlı şəxs ona bildirmişdir ki, 02 iyun 2020-ci il tarixdə o, şirkətin ofisində ilkin ödənişini qaytaracaqdır. Azərin dediyi tarixdə və vaxtda onun ofisinə gəlmiş və A.Əliyev ona verdiyi puldan 200 ABŞ dollar pulu qaytararaq bildirmişdir ki, qalan 300 ABŞ dolları pulu yaxın müddətdə qaytaracaqdır. Lakin bundan sonra A.Əliyevdən səs-soraq çıxmamış, o heç telefon zənglərinə cavab verməmişdir. Digər şəxslərdən məlum olmuşdur ki, Azər adlı şəxs bir çox adamı aldadaraq pullarını ələ keçirib və işlədiyi ofisini də bağlamışdır. Azər adlı həmin şəxsə ümumilikdə 500 ABŞ dolları pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84"in 7-ci mərtəbəsində “X115" şirkətinin ofisində xx.xx.2020-ci il tarixdə iş və səyahət proqramı üzrə ABŞ-na getmək üçün vermişdir, pulu verən zaman A.Əliyevin yanında ofisdə katibəçi kimi işləyən əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X32 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 70). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin may ayında oğlu Əli Türkiyədən deport edilmişdir. Məmin zamanlar sosial şəbəkədə “X115" adlı şirkətin yerləşdirdiyi elana rast gəlmiş və həmin elanda deportların götürülməsi ilə bağlı köməklik göstərilməsi təklif olunduğunu görmüşdür. Buna görə də həmin şirkət ilə əlaqə saxlamış, həmin səhifədə özünü şirkətin direktoru kimi təqdim etmiş Azər Əliyev adlı şəxs cavab vermişdir. Həmin şəxsdən oğlunun deportu ilə bağlı maraqlandıqda A.Əliyev onu ətraflı məlumat üçün “X85" binasında yerləşən ofisinə dəvət etmişdir. Həmin ofisə getmiş və X83 Türkiyədə olan deportunu 1300 manat pul müqabilində həll edəcəyini bildirmişdir. A.Əliyevlə razılaşdıqdan sonra 25 may 2020-ci il tarixdə oğlu Əliyə 250 manat pul vermişdir ki, aparıb A.Əliyevə versin, Əli də həmin pulu A.Əliyevin ofisində sonuncuya vermişdir və pulun verilməsi ilə bağlı qəbzi ona təqdim etmişdir. Bundan sonra Əlinin vasitəsilə A.Əliyevə 700 manat pul vermiş, həmin ödənişlə bağlı qəbzin surətini oğlu Əli ona gətirmişdir. Daha sonra isə xx.xx.2020-ci il tarixdə Əlinin vasitəsilə A.Əliyevə onun ofisində 350 manat pul vermiş, lakin bununla bağlı qəbz tərtib edilməmişdir. Bundan bir müddət sonra xx.xx.2020-ci il tarixdə A.Əliyev onu ofisə çağırmış, lakin ofisə getdikdə ofisin bağlı olduğunu və Azərin orada olmadığını aşkar etmişdir. Bundan sonra Azər Əliyev adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 1300 manat pulunun ələ keçirilməsini başa düşmüşdür. Qeyd olunan 1300 manat pul özünə məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs13 Bakı şəhəri Yasamal RPİ-nin İŞnə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 72). Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir və heç bir yerdə işləmir. 2020-ci ilin fevral ayında “facebook” sosial şəbəkəsində xaricdə təhsil proqramları ilə maraqlanmağa başlamış və orada “X115” səhifəsinə rast gəlmişdir. Həmin səhifə ilə əlaqə saxladıqda orada özünü ona həmin şirkətin direktoru Azər Oliyev kimi təqdim etmiş şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlandıqda Azər adlışəxs ona bu proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. İ ləmin ofisə getdikdə orada Azər Əliyev ona bildirmişdir ki, 06 mart 2020-ci il tarixi qeydiyyat üçün son tarixdir və həmin tarixdə onların aralarında müqavilə bağlanmalı, eləcə də müqavilə üzrə pulun bir hissəsi yəni, 1600 manat pul ödənilməlidir. Azər adlı şəxslə razılaşdıqdan sonra 06 mart 2020-ci il tarixdə təxminən saat 16 radələrində yenidən həmin ofisə getmiş və orada müqavilə bağlamış, Azər Əliyevə 1600 manat pul vermiş və sonuncu ona həmin ödənişlə bağlı qəbz vermişdir. Həmçinin A.Əliyev bildirmişdir ki, həmin pul şirkətin ABŞ-da yerləşən mərkəzi ofisinə göndəriləcək və oradan ona iş təklifləri veriləcək, bundan sonra viza və digər məsələlər həll olunacaqdır. Bundan bir müddət sonra A.Əliyev onunla əlaqə saxlayaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixinədək qalan ödəniş edilməlidir ki, viza verilməsi məsələsi həll olunsun. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə həmin ofisə gedərək qalan 1600 manat pulu A.Əliyevə ödəmiş, buna görə sonuncu ona yenə də qəbz vermişdir. Bundan sonra A.Əliyev bildirmişdir ki, 2020-ci ilin may ayının əvvəli ona ABŞ-na getmək üçün viza alınacaq. Azərin dediyi tarixlərdə viza ilə bağlı maraqlanmış, həmin vaxt A.Əliyev demişdir ki, Covid-19 pandemiyasına görə viza verilmə məsələsi gecikdirilir və bunun həlli 2020-ci ilin iyun ayına qaldı. Lakin iyun ayının gəlib keçməsinə baxmayaraq məsələ yenə də həll olunmadı və A.Əliyev vaxtı uzatmağa başlamışdır. Həmin vaxt A.Əliyevə bildirmişdir ki, proqramdan imtina edir və pulunu geri qaytarsın. Azər isə ona bildirmişdir ki, xx.xx.2020-ci il tarixinə kimi məsələ həll olunmasa pulu geri qaytaracaq. Bir qədər gözlədikdən sonra ona məlum olmuşdur ki, A.Əliyev işlədiyi ofisi bağlayıb və onunla heç bir əlaqə yaratmaq olmur. Azər adlı şəxsə ümumilikdə 3200 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2020-ci il tarixdə 1600 manat və xx.xx.2020-ci il tarixdə 1600 manat olmaqla iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün vermişdir. A.Əliyevə həmin pulları verərkən yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. Zibeydə həmin şəxsin katibəsi qismində çalışırdı. Həmçinin xx.xx.2020-ci il tarixdə onunla birlikdə həmin ofisə tələbə yoldaşı X28 da getmişdir və o, da ABŞ-da iş və səyahət proqramına görə A.Əliyev ilə müqavilə bağlayaraq sonuncuya 1600 manat pul ödəyib qəbz almışdır. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X14 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, Azərbaycan Pedaqoji Universitetində “Tarix və coğrafiya” fakültəsinin dekan müavini işləyir. 2018-ci ildə qızı X49 orta məktəbi bitirdikdən sonra 2019-cu ilin yay aylarında ali təhsil müəssisəsinə qəbul olunmaq üçün imtahan vermiş, lakin istədiyi fakültəyə lazımi bal toplaya bilməmişdir. Bundan sonra yoldaşı X1 Türkiyədə təhsil alması məsələsi ilə maraqlanmağa başlamış və internet şəbəkəsində bununla bağlı proqramlarla maraqlanmışdır. Həmin vaxt yəni, 2019-cu ilin iyul ayında yoldaşı “İnstagram” sosial şəbəkəsində “X115” səhifəsinə rast gəlmiş, həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru kimi təqdim edən Azər Əliyev adlı şəxs cavab vermişdir. Gülcahan həmin şəxsdən qızı Fatimənin Türkiyədə təhsil alması məsələsi ilə maraqlandıqda A.Əliyev yoldaşına bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84'-də yerləşdiyini demiş və yoldaşını ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Yoldaşı da qızı Fatimə ilə birlikdə həmin ofisə getmiş, orada Azər Əliyev ona X31 Universitetinin Tibb fakültəsində təhsil almasına dair təklif etmişdir. Bundan sonra yoldaşı ona bu barədə bildirmiş, A.Əliyev ilə ofisində söhbət etdiyini demişdir. Yoldaşının danışığından özü də A.Əliyevin bu təkliflərinə inanmış, xx.xx.2019-cu il tarixdə yoldaşı qızı ilə birlikdə onun ofisinə gedib orada müqavilə bağlamışdır. Həmin tarixdə A.Əliyev yoldaşından beh kimi 1000 manat pul götürmüş, həmin pulu özü yoldaşına vermişdir ki, birdən lazım olar. Bundan sonra 19 avqust 2019-cu il tarixdə həmin şəxs yoldaşını yenə də ofisinə dəvət etmiş, universitetə ödənilməsi üçün 6000 manat pu lazım olduğunu demişdir. Həmin məbləğdə pulu aparıb A.Əliyevə onun ofisində vermiş, A.Əliyev bununla bağlı yoldaşının adına qəbz tərtib edib ona vermişdir. Növbəti gün yəni, 20 avqust 2019-cu il tarixdə A.Əliyev ofisində xx.xx.2019-cu il tarixdə yoldaşından götürdüyü 1000 manat pula aid qəbzi tərtib edib yoldaşına vermişdir. Bundan bir müddət sonra, təxminən 2019-cu ilin avqust ayının sonunda A.Əliyev yoldaşına bildirmişdir ki, universitetin təhsil haqqısı üçün 2800 manat pul ödənilməlidir, yoldaşı da ona bunu bildirdikdə Gülcahan vasitəsilə A.Əliyevə həmin pulu göndərmişdir. 2019-cu ilin sentyabr ayında A.Əliyev qızının təhsili ilə bağlı bütün məsələlərin həll olunduğunu bildirmiş, bundan sonra da Gülcahan qızı ilə birlikdə Kocaeli Univesitctinin yerləşdiyi Türkiyənin İzmit şəhərinə getmişlər. Orada qızı 3-4 ay müddətində boş-boşuna qalmış, həmin universitetdə qəbul edilməmişdir. Bunun səbəbini A.Əliyevdən soruşanda o bəhanələr gətirməyə başlamış və bildirdi ki, həmin universiteti Samsun şəhərində yerləşən “Ondokuz Mayıs” Universitetinə dəyişdirə bilər, bunun üçün isə əlavə 7000 manat pul ödənilməli olacaq. 2020-ci ilin yanvar ayında A.Əliyevin ofisində sonuncuya 7000 manat pul vermiş, həmin ödənişlə bağlı qəbzi A.Əliyev xx.xx.2020-ci il tarixdə yoldaşının özünə vermişdir. Bundan sonra qızı 2020-ci ilin yanvar ayından may ayınadək Samsun şəhərində qalmış, lakin pandemiya başlandığından qızı Azərbaycana qayıtmış təhsil məsələsi isə həll olunmamış kimi yarımçıq qalmışdır. Həmçinin qızı Türkiyədə qaldığı müddət ərzində onun təxminən 5000 manat xərci çıxmışır. Bundan sonra Azər Əliyev yenə vaxt uzatmağa başlamış, işin alınacağını bildirmişdir. 2020-ci ilin oktyabr ayının əvvəlində yenə də Azərlə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda Azər həmin vaxt bildirmişdir ki, qızının təhsil məsələsi alınmır, ona vaxt verməyini istəmiş və verdiyi pulu geri qaytaracağına söz vermişdir. Bir müddət Azəri gözləmiş, bir dəfə də əlaqə saxlayan zaman Azər ona bildirmişdir ki, hələ də pulu düzəldə bilməyib. Azərdən şikayət edəcəyini dedikdə sonuncu bildirmişdir ki, şikayət edəcəyi təqdirdə pulunu geri qaytarmayacaq. Azər adlı şəxsə ümumilikdə 16800 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2019-cu il tarixdə yoldaşı vasitəsi ilə 1000 manat, xx.xx.2019-cu il tarixdə şəxsən 6000 manat, 2019cu ilin avqust ayının sonunda yoldaşı vasitəsi ilə 2800 manat və 2020-ci ilin yanvar ayında şəxsən 7000 manat qızının Türkiyədə təhsili üçün vermişdir. Pulları verən zaman ofisdə işləyən Zibeydə adlı xanım olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2018-ci ilin oktyabr ayında Türkiyə Respublikasından deport olunmuş və işləri orada olduğuna görə tez bir zamanda deportu aradan qaldırıb Türkiyəyə qayıtmalı idi. 2019-cu ilin noyabr ayında “instaqram” sosial şəbəkəsində “X115” səhifəsinə rast gəlmiş, həmin səhifədə elanlara baxmış və elanların birində deportların götürülməsi ilə bağlı təkliflər olduğunu görüb həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru kimi təqdim edən Azər Əliyev adlı şəxs cavab vermişdir. Həmin şəxsdən deportun götürülməsi ilə bağlı maraqlanmış və Azər adlı şəxs ona bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X89-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. xx.xx.2019-cu il tarixdə həmin ofisə getmiş, orada Azər Əliyev ona bildirmişdir ki, ümumi olaraq 3500 manat ödəniş müqabilində deport məsələsi və 1 illik oturum vizası da təşkil ediləcək. Həmin tarixdə A.Əliyevə 1750 manat pul ödəmiş və bu barədə qəbz almışdır. Həmçinin müqavilə ilə Azər adlı şəxs onu tanış etmiş, həmin müqavilə ilə qəbzin onda qalacağını bildirmişdir. 2020-ci ilin yanvar ayında A.Əliyev onu yenidən ofisinə dəvət edib bildirmişdir ki, işi ilə bağlı əlavə sənədlər tərtib edilməlidir, buna görə 200 manat pul verməlidir. Azərə inanaraq ofisində ona 200 manat pul vermiş, lakin bununla bağlı heç bir qəbz verməmişdir. Bundan sonra uzun müddət ondan xəbər çıxmamış, hər dəfə zəng etdikdə A.Əliyev bildirmişdir ki. pandemiyaya görə işlər dayanıb və ona xəbər edəcəkdir. 2020-ci ilin iyun ayında A.Əliyev ona zəng edib bildirmişdir ki, ofisə gəlib pulun qalan hissəsini, yəni 1870 manat pulu ödəsin. Həmin vaxt övladı əməliyyat olunmalı idi və maddi vəziyyəti yaxşı deyildi. Buna görə də A.Əliyevə bildirmişdir ki, həmin pulu ödəyə bilməyəcəkdir, müqaviləni ləğv etməyi və verdiyi pulu geri qaytarmasım xahiş etmişdir. Azər isə ona hədə-qorxu gələrək bildirmişdir ki, onun işi ilə bağlı artıq bütün işləri görüb, pulu qaytarmayacaqdır və pulun qalan hissəsini verməyəcəyi halda onu məhkəməyə verəcəkdir. Azərin sözlərinə inandığından ona 20 iyul 2020-ci il tarixdə ofisində 1870 manat pul vermişdir. Azər 07 avqust 2020-ci il tarixdə viza hazır olacağını, həmin tarixdə onun ofisinə gəlib biletini götürə bilərəcəyini demişdir. Azərin dediyi tarixdə həmin ofisə getmiş, ofisin bağlı olduğunu və orada heç kəsin olmadığını görmüşdür. A.Əliyevin mobil nömrəsi ilə əlaqə saxladıqda telefonun sönlü olduğunu bilmişdir. Bundan sonra aldanıldığını başa düşüb ərizə ilə müraciət etmişdir. Azər adlı həmin şəxsə ümumilikdə 3820 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X91'-in 7-ci mərtəbəsində “X115'’ şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2019-cu il tarixdə 1750 manat, 2020-ci ilin yanvar ayında 200 manat və xx.xx.2020-ci il tarixdə 1870 manat olmaqla Türkiyədə ona qoyulmuş deportu aradan qaldırmaq üçün vermişdir. Həmin pulu verərkən A.Əliyevin yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. Zibeydə həmin şəxsin katibəsi qismində çalışırdı. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X94 məhkəməyə teleqram vuraraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2020-ci ilin fevral ayında “instaqram” sosial şəbəkəsində xaricdə təhsil proqramları ilə maraqlanmağa başlamış və orada “X115” səhifəsinə rast gəlmişdir. Həmin səhifə ilə əlaqə saxlamış, orada özünü həmin şirkətin direktoru kimi təqdim etmiş Azər Əliyev adlı şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlanmış və sonuncu ona bu proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. xx.xx.2020- ci il tarixdə həmin ofisə getmiş, orada müqavilə bağlamışlar. Bundan sonra 09 mart 2020-ci il tarixdə yenidən həmin ofisə getmiş, orada Azər Əliyevə 1600 manat pul vermiş və sonuncu ona ödənişlə bağlı qəbz vermişdir. A.Əliyev bildirmişdir ki, həmin pul şirkətin ABŞ-da yerləşən mərkəzi ofisinə göndəriləcək və oradan ona iş təklifləri veriləcəkdir. Bundan sonra isə, viza və digər məsələlər həll olunacaq. Bundan bir müddət sonra A.Əliyev onunla əlaqə saxlayaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixinədək qalan ödəniş edilməlidir ki, viza verilməsi məsələsi həll olunsun. xx.xx.2020-ci il tarixdə həmin ofisə gedərək qalan 1660 manat pulu A.Əliyevə ödəmiş, buna görə Azər adlı şəxs ona yenidən qəbz vermişdir. Bundan sonra A.Əliyev bildirmişdir ki, 2020-ci ilin may ayının əvvəli ona ABŞ-na getmək üçün viza alınacaq. Azərin dediyi tarixlərdə viza ilə bağlı maraqlanmış, həmin vaxt A.Əliyev demişdir ki, covid-19 pandemiyasına görə viza verilmə məsələsi gecikdirilir və bunun həlli 2020-ci ilin iyun ayına qalmışdır. Lakin iyun ayının gəlib keçməsinə baxmayaraq məsələ yenə də həll olunmamış və A.Əliyev vaxt uzatmağa başlamışdır. Həmin vaxt A.Əliyevə bildirmişdir ki, proqramdan imtina edir və pulunu geri istəyir. Azər isə bildirmişdir ki, xx.xx.2020-ci il tarixinə kimi məsələ həll olunmasa pulu geri qaytaracaq. Sonradan ona məlum olmuşdur ki, A.Əliyev işlədiyi ofisi bağlayıb və onunla heç bir əlaqə yaratmaq olmur. Azər adlı şəxsə ümumilikdə 3260 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2020-ci il tarixdə 1600 manat və xx.xx.2020-ci il tarixdə 1660 manat olmaqla iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün vermişdir. Həmin zaman orada A.Əliyevin yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X56 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin dekabr ayının əvvəlində “instaqram” sosial şəbəkəsində xaricdə iş və səyahətin təşkili proqramı ilə bağlı “X115” adlanan bir səhifəyə rast gəlmişdir. Həmin səhifə ilə əlaqə saxlamış, orada ona özünü həmin şirkətin direktoru kimi təqdim etmiş Azər Əliyev adlı şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlandıqda sonuncu ona bu proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84’-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Həmin ofisə getdikdə orada Azər Əliyev ona bildirmişdir ki, bir həllə ərzində ilkin olaraq 1666 manat ödəyib qeydiyyatdan keçməlidir ki, təlim dərslərinə başlasın və sonrakı mərhələdə viza əldə edilməsi üçün təlimlər başlanacaq, o zaman da ayrıca ödəniş etməli olacaqdır. 2019-cu ilin dekabr ayının sonlarında həmin ofisdə A.Əliyev ilə aralarında müqavilə bağlanmış, müqaviləyə əsasən Azər Əliyevə 1666 manat pul ödəmiş və ona qəbz təqdim edilmişdir. Bundan bir müddət sonra dərslər başlanmış, özü və digər müştərilər həmin ofisdə həftədə iki dəfə təlim dərslərinə getmişlər. 2020-ci ilin mart ayının əvvəli A.Əliyevə onun ofisində müqavilə üzrə olan ödənişin qalan hissəsini, yəni 1666 manat pulu ödəmişdir. Bir müddət sonra covid-19 pandemiyası başlanmış, sərhədlər bağlanmış və artıq bu proqramın həyata keçirilməsinə inanmamışdır. Buna görə də A.Əliyevə bildirmişdir ki, müqaviləni pozub verdiyi pulu geri götürmək istəyir. Azər də onu inandırmağa çalışsa da, sözündən çəkilməmiş və pulunu geri tələb etmişdir. Sonra Azər onu iyun ayının əvvəlində ofisə dəvət etmiş və orada müqaviləni ləğv etmiş, həmin vaxt A.Əliyev ona bildirmişdir ki, 2 həftə ərzində verdiyi pul geri qaytarılacaqdır. 2 həftə gözləmiş, bundan sonra A.Əliyev vaxt uzatmağa başlamışdır. Bununla belə, bir müddət sonra Azər adlı şəxs istifadə etdiyi mobil nömrələrini söndürmüş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Azər adlı şəxsə ümumilikdə 3332 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni 2019- cu ilin dekabr ayının sonlarında 1666 manat və 2020-ci ilin mart ayının əvvəlində 1666 manat olmaqla iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün vermişdir, həmin zaman A.Əliyevin yanında bir nəfər əvvəllər tanımadığı ofisdə katibəsi kimi işləyən Zibcydə adlı qadın olmuşdur. Təlimləri isə onlara Ellada adlı qadın keçmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X58 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, həyat yoldaşı X50 Azərbaycan Pedaqoji Universiteti bitirdikdən sonra, xaricdə təhsilini davam etdirmək istəmişdir. Buna görə də 2020-ci ilin iyun ayının əvvəlində “instaqram” sosial şəbəkəsində “X115” səhifəsini tapmış, həmin səhifədə xaricdə təhsil ilə əlaqədar proqramlar təşkil olunduğunu görmüşdür. Zeynəb isə ona bildirmişdir ki, təhsilini Türkiyənin İstanbul şəhərindəki universitetlərin birində davam etdirmək istəyir. Həmin səhifə ilə əlaqə saxlamış və orada ona özünü həmin şirkətin direktoru kimi təqdim etmiş Azər Əliyev adlı şəxs cavab vermişdir. Həmin şəxsdən yoldaşının Türkiyənin İstanbul şəhərindəki universitetlərin birində təhsil proqramları ilə maraqlanmış və A.Əliyev yoldaşına bununla bağlı köməklik göstərəcəyini bildirmiş, onu ətraflı söhbət etmək üçün şirtkəin “X84”-də yerləşən ofisinə dəvət etmişdir. Bundan sonra Zeynəblə birlikdə həmin ofisə getmiş, orada Azər Əliyev ona Türkiyənin İstanbul Universitetində təhsil almasına dair təklif etmişdir. Həmin təkli İlə özü və həyata yoldaşı razılaşmış, həmin ofisdə A.Əliyev ilə müqavilə bağlamışlar. Müqaviləyə əsasən yoldaşının təhsilinə görə ilkin olaraq 1800 manat xidmət haqqı ödənilməli idi. 03 iyul 2020-ci il tarixdə yoldaşı Zeynəb ilə birlikdə yenidən həmin ofisə getmiş və orada A.Əliyevə 1800 manat pul vermiş və Zeynəbin adma tərtib edilmiş ödəniş qəbzini götürmüşdür. Bundan başqa Azər adlı şəxs Zeynəbin həmin universitetə qəbulu ilə bağlı türk dilində sənədləri və universitetə aid tələbə vəsiqəsi vermişdir. Həmçinin həmin zaman bildirmişdir ki, onun, Zeynəbin və övladları üçün Türkiyəyə biletlər artıq bron edilib və ödənilib. Bundan sonra Azər adlı şəxs bildirmişdir ki, 28 avqust 2020-ci il tarixdən 10 sentyabr 2020-ci il tarixinədək müddət ərzində yoldaşı Türkiyəyə getməli olacaqdır. Bundan təxminən bir həftə sonra Zibeydə adlı qadın ona zəng edərək bildirmişdir ki, A.Əliyev Türkiyəyə biletlər üçün əlavə xərclər çəkmişdir, həmin xərclərin ödənilməsini xahiş etmişdir. Həmin zaman həmin ofisə gedib Zibeydəyə 1100 manat pul vermişdir. Əlavə olaraq A.Əliyev ona kod təqdim etmişdir ki, həmin kod ilə universitetin internet səhifəsində yoldaşının qəbul olunub-olunmamasını yoxlaya bilsin. İyul ayının sonlarında İstanbul Universitetinin internet səhifəsinə daxil olub A.Əliyevin verdiyi kodu daxil edəndə görmüşdür ki, həmin koda dair orada heç bir məlumat yoxdur. Bunu aydınlaşdırmaq üçün Azərə zəng etmiş, lakin onun mobil nömrəsi sönülü olmuşdur. Sonra Azərin ofisinə getmiş, lakin binanın girişində ona demişdirlər ki, A.Əliyev bir müddət əvvəl ofisini bağlamışdır. Həmin vaxt başa düşmüşdür ki, Azər adlı şəxs onu aldatmışdır. Azər adlı həmin şəxsə ümumilikdə 2900 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2020-ci il tarixdə 1800 manat və xx.xx.2020-ci il tarixdə 1100 manat olmaqla həyat yoldaşının Türkiyədə təhsili və özünün, həyat yoldaşının və övladının Türkiyəyə gediş bileti üçün vermişdir. Pulları verən zaman ofisdə Azərin yanında katibəçi kimi işləmiş Zibeydə adlı qadın olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X9 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, qızı X63 11 illik orta təhsilini bitirdikdən sonra avropa ölkələrinin birində ali təhsil almaq istədiyini bildirmişdir. Bununla bağlı internet vasitəsilə sosial şəbəkələrdə xaricdə təhsil proqramları ilə maraqlanmış və 2020-ci ilinn aprel ayında "İnstagram" sosial şəbəkəsində "X115" MMC şirkətinə rast gəlmişdir. Həmin səhifədə özünü həmin şirkətin icraçı direktoru Azər Əliyev kimi təqdim etmiş şəxs ona cavab vermişdir. Həmin şəxslə söhbət zamanı onu ətraflı məlumat üçün ünvan 5 ünvanda yerləşən "X84"in binasında yerləşən ofisinə dəvət etmişdir. xx.xx.2020-ci il tarixdə övladları Zümrüd və Mikayıl ilə birlikdə həmin ofisə getmiş və Azər Əliyevlə görüşmüşdür. Görüş zamanı həmin şəxs ona avropada yerləşən bir neçə ali təhsil müəssisələrini sadalamış və Macarıstan Respublikasının Budapeşt şəhərində yerləşən "PECS" universitetini seçmişdir. Bundan sonra A.Əliyev ona müqavilə bağlamaq lazım olduğunu bildirirək, şərtlərini izah etmişdir. Eyni zamanda A.Əliyev bildirmişdir ki, PECS universitetində qeydiyyatdan keçmək üçün 1350 manat, həmçinin Budapeşt şəhərində qarşılanma, depozit, oturum icazəsi, DHL Express ilə göndərmə və yataqxanada yerləşdirmək üçün ümumilikdə 1216 manat, bilet üçün isə 882 manat məbləğində pul ödənilməlidir. Həmin şərtlərlə razılaşmış və xx.xx.2020-ci il tarixdə A.Əliyevlə qızı Zümrüd arasında müqavilə bağlanmışdır. Həmin vaxt Azər adlı şəxsə ofisində 1350 manat pul vermişdir. Bundan başqa xx.xx.2020-cci il tarixdə həmin ofisdə A.Əliyevə 1216 manat, daha sonra isə xx.xx.2020-ci il tarixdə həmin ofisdə 882 manat pul vermişdir. A.Əliyev bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 17 radələrində onun ofisində PECS universitetinə qəbul olunan abiturientlərlə hazırlıq görüşü keçiriləcəkdir və həmin vaxtda qızı ofisə gəlməlidir. Lakin qeyd olunan vaxt qızı Zümrüd ilə həmin ofisə getdikdə ofisin bağlı olduğunu görmüşdür. Bundan sonra A.Əliyev ilə əlaqə saxlaya bilmədikdə başa düşmüşdür ki, sonuncu onun etibarından sui-istifadə edib ümumilikdə 3448 manat pulunu ələ keçirmişdir. Həmin pulları A.Əliyevə verən zaman ofisində texniki işlərini görən Zibeydə adlı qadın olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X11 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2020-ci ilin fevral ayında “instaqram” sosial şəbəkəsində “X115” səhifəsinə rast gəlmiş, həmin səhifədə elanlara baxdıqda görmüşdür ki, orada ABŞ-da təhsil proqramları təklif olunur. Həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru Azər Əliyev adlı şəxs kimi təqdim etmiş şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da təhsil ilə bağlı maraqlandıqda Azər adlı şəxs ona bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Ofisə getdikdən sonra Azər Əliyev ona ABŞ-da fəaliyyət göstərən bir neçə universitet təklif etmiş və həmin universitetlərin arasından ABŞın San-Fransisko şəhərində yerləşən Univercity of Art universitetini seçmişdir. Azər Əliyev ona bildirmişdir ki, həmin universitetdə təhsil haqqı illik 22400 ABŞ dolları təşkil edir. Əlavə olaraq, sənədlərinin hazırlanmasına və səfirliyə təqdim olunmasına görə 1870 manat pul ödəməli idi. Azərlə razılaşdıqdan sonra 07 may 2020-ci il tarixdə təkrarən həmin ofisə gedərək A.Əliyev ilə görüşmüş, orada aralarında müqavilə bağlanmış və müqaviləyəəsasən 22400 ABŞ dolları pulun ilkin olaraq 30% məbləğini, yəni 6854 ABŞ dolları pul ödəməli idi. Bundan sonra 11 may 2020-ci il tarixdə yenidən həmin ofisə getmiş və orada A.Əliyevə 6854 ABŞ dolları pul ödəmiş, Azər isə ona həmin ödənişlə bağlı qəbz vermişdir. Bundan sonra Azər onu bir müddət gözlətdirmiş, müxtəlif bəhanələr gətirməklə universitetə qəbul məsələsini uzatmışdır. 2020-ci ilin iyul ayının əvvəlində Azər mobil telefon vasitəsi ilə Univercity of Art universitetinə qəbul olunmağı ilə bağlı sənədin şəklini göndərmiş, həmin vaxt artıq Azərin hərəkətlərindən şübhələnməyə başladığından həmin universitetə zəng edib qəbulu ilə bağlı maraqlanmış, Azərin ona göndərdiyi sənəd barədə məlumat verdikdə oradan bildirilmişdir ki, həmin sənəd saxtadır, universitetəonun adına heç bir təhsil haqqı ödənilməyibdir. Bundan sonra Azərə zəng edib bunu bildirmiş və ona ödədiyi pulu geri istəmişdir. Azər telefon danışığı zamanı bildirmişdir ki, hər bir ödənişi etmişdir və universitet ona yalnış məlumat verir, lakin Azərə inanmadığından pulu geri istəmişdir. Azər ona bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə ofisə gəlib pulunu geri ala bilər. Azərin dediyi tarixdə həmin ofisə getmiş və orada ona məlum olmuşdur ki, A.Əliyev işlədiyi ofisi bağlayıb və onunla heç bir əlaqə yaratmaq olmur. Azər adlı şəxsə pulu verərkən A.Əliyeviıı yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. Zibeydə həmin şəxsin katibəsi qismində çalışırdı. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2020-ci ilin fevral ayının əvvəlində “instaqram” sosial şəbəkəsində xaricdə iş və səyahətin təşkili proqramı ilə bağlı “X115” adlanan bir səhifəyə rast gəlmiş, həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru Azər Əliyev kimi təqdim etmiş şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlandıqda Azər adlı şəxs ona bu proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X87”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Qeyd olunan ofisdə Azər Əliyev ona bildirmişdir ki, bir həftə ərzində ilkin olaraq 1666 manat ödəyib qeydiyyatdan keçməlidir ki, təlim dərslərinə başlasın və sonrakı mərhələdə viza əldə edilməsi üçün təlimlər başlanacaq, o zaman da ayrıca ödəniş etməli olacaqdır. Azərlə razılaşdıqdan sonra 17 fevral 2020- ci il tarixdə həmin ofisdə aralarında müqavilə bağlanmış, müqaviləyə əsasən Azər Əliyevə 1666 manat pul ödəmiş və bu barədə qəbz almışdır. Bu proqramla bağlı dostu Zərərçəkmiş şəxs15 də məlumat vermişdir, o da sonradan həmin ofisə gedib A.Əliyev ilə tanış olmuşdur. Bundan bir müddət sonra dərslər başlanmış, özü və digər müştərilər həmin ofisdə həftədə iki dəfə təlim dərslərinə getmişlər. Bir müddət sonra covid-19 pandemiyası başlanmış, sərhədlər bağlandığından artıq bu proqramın həyata keçirilməsinə inanmamışdır. Buna görə də A.Əliyevə bildirmişdir ki, müqaviləni pozub verdiyi pulu geri götürmək istəyir. xx.xx.2020- ci il tarixdə Azər onu ofisə dəvət edib ona 300 ABŞ dolları pulu qaytararaq qalan 650 ABŞ dolları pulu 15- 20 gün ərzində qaytaracağını bildirmişdir. Daha sonra A.Əliyev vaxt uzatmağa başlamış, sonra istifadə etdiyi mobil nömrələrini söndürmüşdür. Azər adlı şəxsə ümumilikdə 1666 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84”-in 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində xx.xx.2020-ci il tarixdə iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün vermişdir. Həmin pulu verərkən A.Əliyevin yanında bir nəfər əvvəllər tanımadığı Zibeydə adlı qadın olmuşdur. Azər adlı şəxs həmin puldan ona 300 ABŞ dolları qaytarmış, qalan pulunu qaytarmamışdır. Təlimləri onlara ingilis və rus dillərini yaxşı bilən Ellada adlı qadın keçmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, rezidentura dərəcəsi olmadığından həmin dərəcəni Türkiyədə almaq qərarına gəlmişdir. 2020-ci ilin fevral ayında “instaqram” sosial şəbəkəsində “X115” səhifəsinə rast gəlmişdir. Həmin səhifədə elanlara baxmış və görmüşdür ki, orada Türkiyədə tibb üzrə təhsil proqramları təklif olunur. Həmin səhifə ilə əlaqə saxlamış, orada ona özünü həmin şirkətin direktoru kimi Azər Əliyev adlı şəxs cavab vermişdir. Həmin şəxsdən Türkiyədə uzmanlıq təhsili almaq istədiyini bildirmiş və bununla bağlı proqramla maraqlandıqda Azər adlı şəxs ona bununla bağlı köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X84”-də yerləşdiyini demiş və onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Ofisə getdikdə Azər Əliyev ona bildirmişdir ki, uzmanlıq təhsili almaq üçün qeydiyyatdan keçmək və sair məsələlərin həlli üçün 15000 manat pul ödənilməlidir. Həmin pulun 15 faizini, yəni 3000 manat məbləğində olan hissəsini ya fevral ayının sonunda, ya da ki may ayında ödəmək lazımdır. Azərlə razılaşdıqdan sonra 13 may 2020-ci il tarixdə həmin ofisə getmiş və orada A.Əliyev ilə müqavilə bağlamış, ona ilkin olaraq 2000 manat pul ödəmiş, sonuncu isəona həmin ödənişlə bağlı qəbz vermişdir. Bundan sonra 16 iyun və 30 iyun tarixlərində yenidən həmin ofisə gedərək orada A.Oliyevə ümumilikdə 1000 manat pul vermiş, həmin ödənişlərlə bağlı Azər ona qəbzlər vermişdir. Sonra Azər onu bir müddət gözlətdirmişdir, müxtəlif bəhanələr gətirməklə Türkiyəyə uzmanlıq dərəcəsi almaq məsələsini uzatmışdır. 2020-ci ilin iyul ayında Azər ona bildirmişdir ki, artıq Türkiyəyə bileti hazırdır, ayın ortasına qalan məsələlər də həll olunacaqdır. 2020-ci ilin iyul ayının ortalarında işi ilə maraqlanmaq üçün dəfələrlə ona zəng etsə də, Azər telefonunu götürməmiş və ya söndürmüşdür. Buna görə də onun işlədiyi ofisə getmiş, orada məlum olmuşdur ki, Azər adlı şəxs ofisi bağlamışdır. Azər adlı şəxsə ümumilikdə 3000 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84’Mn 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2020-ci il tarixdə 2000 manat, 16 iyun 2020-ci il tarixdə 500 manat və 30 iyun 2020-ci il tarixdə 500 manat olmaqla Türkiyədə uzmanlıq dərəcəsini almaq üçün vermişdir, həmin pulları verərkən A.Əliyevin yanında ofisdə katibəçi kimi işləyən Zibeydə adlı qadın olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin dekabr ayının əvvəlində “instaqram” sosial şəbəkəsində xaricdə iş və səyahətin təşkili proqramı ilə bağlı “X115” adlanan bir səhifəyə rast gəlmiş, həmin səhifə ilə əlaqə saxladıqda orada ona özünü həmin şirkətin direktoru kimi təqdim edən Azər Əliyev adlı şəxs cavab vermişdir. Həmin şəxsdən ABŞ-da iş və səyahət proqramı ilə bağlı maraqlandıqda Azər adlı şəxs ona bu proqram çərçivəsində ABŞ-a göndərilməkdə köməklik göstərəcəyini bildirmişdir. Bundan sonra həmin şəxs şirkətin ofisinin “X89’-də yerləşdiyini deyib onu ətraflı söhbət etmək üçün ofisə dəvət etmişdir. Ofisə getdikdə Azər Əliyev ona bildirmişdir ki, ümumilikdə 2000 ABŞ dolları pul ödəməklə həmin proqram həyata keçiriləcəkdir, ilkin olaraq 1105 manat ödəyib qeydiyyatdan keçməlidir ki, təlim dərslərinə başlasın və sonrakı mərhələdə viza əldə edilməsi üçün təlimlər başlanacaq, o zaman da ayrıca ödəniş etməli olacaqdır. Azərlə razılaşmış və 30 dekabr 2019-cu il tarixdə həmin ofisdə A.Əliyev ilə aralarında müqavilə bağlanmış, müqaviləyə əsasən Azər Əliyevə 1105 manat pul ödəmiş vəona Azər tərəfindən qəbz təqdim edilmişdir. Bundan bir müddət sonra dərslər başlanmış, özü və digər müştərilər həmin ofisdə həftədə iki dəfə təlim dərslərinə getmişlər. Bundan sonra, 24 fevral 2020-ci il tarixdə A.Əliyevə onun ofisində müqavilə üzrə yənidən 1105 manat pulu ödəmişdir. Bir müddət sonra covid-19 pandemiyası başlanmış, sərhədlər bağlanmış və artıq bu proqramın həyata keçirilməsinə inanmamışdır. Buna görə də 2020-ci ilin aprel ayında A.Əliyevə bildirmişdir ki, müqaviləni ləğv edib verdiyi pulu geri götürmək istəyir. Azər adlı şəxs 2020-ci ilin iyun ayının əvvəlində onu ofisə dəvət etmişdir ki, müqaviləni ləğv etsin, lakin həmin vaxt pandemiyaya görə Bakı şəhərinə giriş-çıxış bağlı olduğundan gedə bilməmişdir. Bununla belə, bir müddət sonra Azər istifadə etdiyi mobil nömrələrini söndürmüş və onunla əlaqə saxlamaq mümkün olmamışdır. Sonra isə digər şəxslərdən öyrənmişdir ki, A.Əliyev hamını aldadıb və heç kimin işini görməyib, pulları da geri qaytarmayıbdır. Azər adlı şəxsə ümumilikdə 2210 manat pulu Yasamal rayonu C.Cabbarlı küçəsi 44A ünvanında yerləşən “X84’Mn 7-ci mərtəbəsində “X115” şirkətinin ofisində hissə-hissə, yəni xx.xx.2019-cu il tarixdə 1105 manat və xx.xx.2020-ci il tarixdə 1105 manat olmaqla iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün vermişdir, pulu verərkən yanlarında ofisdə katibəçi kimi işləyən Zibeydə adlı qadın olmuşdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin iyun ayında “Facebook” sosial şəbəkəsində “X115” MMC şirkətinə rast gəlmiş, həmin şirkət xarici ölkələrə vizanın təşkil edilməsi ilə məşğul olması qeyd edilmişdir. Həmin şirkətin direktoru kimi özünü təqdim etmiş Azər Əliyev adlı şəxslə tanış olduqdan sonra ona bildirmişdir ki, Kanadaya iş vizası almaq istəyir. Azər adlı şəxs də ona köməklik edəcəyini bildirərək bir sıra sənədlər hazırlanmalı olduğunu bildirmiş və deyilən sənədləri, şəxsiyyət vəsiqəsini, xarici pasportunu, övladlarının və həyat yoldaşının pasportlarını, eləcə də torpaq və ev sənədlərini ingilis dilinə tərcümə olunmuş və notarial surətdə təsdiq edilmiş qaydada hazırladıqdan sonra xx.xx.2019-cu il tarixdə A.Əliyev ilə Səbail rayonu Həsən Seyidbəyli küçəsində yerləşən binanın zirzəmisində olan “X115” MMC-nin ofisində görüşmüşdür. Orada sənədlərini təqdim etmiş və Azərlə müqavilə bağlamışlar. Müqaviləyə əsasən Kanadaya viza almaq üçün 5000 ABŞ dolları pul ödəməli idi. Lakin həmin vaxt A.Əliyevə heç bir məbləğdə pul ödəməmişdir. Bundan təxminən 1 ay sonra A.Əliyev ona zəng edib bildirmişdir ki, ofisini “X84’in binasına köçürüb. 2019-cu ilin avqust ayının sonlarında onun təzə ofisinə getmiş və orada A.Əliyev həmin ofisdə 30 nəfərə yaxın şəxsin iştirakı ilə iclas keçirmiş, viza məsələləri ilə bağlı ümumi məlumat vermişdir. Təxminən 2019-cu ilin sentyabr-oktyabr aylarında onun və digər şəxslərin viza ilə bağlı müraciətlərinə imtina cavabı gəlmişdir. Həmin vaxt A.Əliyev onlara bildirmişdir ki, kimə ki imtina cavabı gəlmişdirsə, həmin şəxslər təkrar müraciət edə bilərlər. 2020-ci ilin yanvar ayının sonlarında təkrar müraciət edərkən həmin şəxs artıq ondan və digər şəxslərdən viza üçün rüsum istəməyə başlamışdır. Bundan sonra artıq hazırlaşırdı ki, ona düşən məbləği gedib A.Əliyevə ödəsin, lakin qəfildən ondan şübhələnməyə başlamış və fikrini dəyişmişdir. Bundan sonra həmin şəxslə əlaqə saxlamamışdır. Bir neçə gün bundan əvvəl isə 27-ci FB-nə dəvət olunmuş və orada ona məlum olmuşdur ki, həmin A.Əliyev adlışəxs əslində Təqsirləndirilən şəxsdur və o, bir sıra şəxslərə qarşı dələduzluq etmişdir və polis tərəfindən axtarılır. “X84’Mn binasında yerləşən ofisini isə o, onun dından “X54” şirkəti ilə icarə müqaviləsi bağlamaqla icarə əsasında işlədirmiş. Təqsirləndirilən şəxs icarə müqaviləsini onun sənədlərindən istifadə edərək bağlamışdır. Bu məsələlərdən əvvəlcə heç bir xəbəri olmamış, bunların hamısı yalnız polis bölməsində olarkən məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən heç bir maddi ziyan dəyməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin may ayında Türkiyədən deport edilmişdir. Anası Zərərçəkmiş şəxs13 sosial şəbəkədə “X115” adlışirkətin yerləşdirdiyi elana rast gəlmişdir və həmin elanda deportların götürülməsi ilə bağlı köməklik göstərilməsi təklif olunmuşdur. Buna görə də anası həmin şirkət iləəlaqə saxlayıb özünü şirkətin direktoru kimi təqdim etmiş Azər Əliyev adlı şəxslə danışmış, həmin şəxs anasını “X88'də yerləşən ofisə dəvət etmişdir. Anası Vəfa gedib ofisdə onunla söhbət etmiş və Azər anasına bildirmişdir ki, onun deportunu 1300 manat pula həll edəcəkdir. Anası Vəfa da razılaşmış, bundan sonra, 25 may 2020-ci il tarixdə 250 manat pulu A.Əliyevə onun ofisində vermiş vəöz adına tərtib edilmiş qəbz almışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə A.Əliyevə onun ofisində 700 manat pul vermiş, həmin ödənişlə bağlı qəbzin surətini almışdır. Daha sonra isə xx.xx.2020-ci il tarixdə A.Əliyevə onun ofisində 350 manat pul vermiş, lakin bununla bağlı qəbz tərtib edilməmişdir. Bundan bir müddət sonra, xx.xx.2020- ci il tarixdə A.Əliyev anası Vəfanı ofisə çağırmış, lakin anası ora getdikdə ofisin bağlı olduğunu və Azərin orada olmadığını aşkar etmişdir. A.Əliyevə ümumilikdə 1300 manat pul vermiş, həmin pul anası Vəfaya məxsus olmuşdur, sadəcə olaraq anası Vəfa həmin pulu Azərə özünün vasitəsilə vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 qızının məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2020-ci ilin fevral ayında Nəbihə adlı rəfiqəsi ona bildirmişdir ki, onun işlədiyi “Caspian Business5' Mərkəzinin 7-ci mərtəbəsində Azər Əliyev adlı bir şirkət direktoru tanışı var, sonuncu xaricdə təhsil almaq istəyən şəxslər üçün ingilis dili kurslarını təşkil etmək istəyir, Azər ona təklif etmişdir ki, bununla bağlı maraqlansın. Həmin vaxt razılığını bildirmiş, Nəbihə ona A.Əliyevin əlaqə nömrəsini vermiş və sonuncu ilə əlaqə saxlayaraq tanış olmuşdur. Azər adlı şəxs “X11555 şirkətinin direktoru olduğunu bildirərək işlə bağlı ətraflı söhbət etmək üçün onu “Caspian Business’5 Mərkəzinin 7-ci mərtəbəsində yerləşən ofisinə dəvət etmişdir. Həmin ofisə gedib orada onunla görüşmüş, görüş zamanı Azər adlışəxs ona bildirmişdir ki, “Work and travcl” proqramı üzrə xarici ölkələrə göndəriləcək şəxslərə ingilis dili kursları keçmək lazımdır, bunun müqabilində ona hər 10 nəfər tələbəyə görə 750 manat məbləğində pul ödəniləcəkdir. Azərlə razılaşdıqdan sonra 2020-ci ilin fevral ayının sonundan həmin ofisdə kurslar keçməyə başlamış, hər həftə A.Əliyev ona söz verdiyi 750 manat pulu hissə-hissə ödəmişdir. Bir ayın tamamında, yəni 2020-ci ilin mart ayının sonunda 750 manat pul ona tamamilə ödənilmişdir. Bundan bir müddət sonra pandemiya ilə əlaqədar tələbələrin sayı azalmağa başlamış, bəziləri A.Əliyev ilə müqaviləsini pozub artıq kurslara gəlməmişdir. 2020-ci ilin aprel ayının əvvəli ölkə üzrə artıq karantin elan edildiyindən dərslər qadağan edilmiş və özü də buna görə A.Əliyev ilə danışdıqda, sonuncu ona bildirmişdir ki, kurslara hələ ki ehtiyac yoxdur. Buna görə də bir daha həmin ofisə getməmiş, sonradan A.Əliyev onu yenə kurs keçməyə çağırsa da, öz işləri olduğundan A.Əİiyevin təklifindən imtina etmişdir. Bundan bir müddət sonra ona məlum olmuşdur ki, A.Əliyev bir sıra şəxsləri xaricə göndərmək adı ilə aldadaraq pullarını ələ keçirmişdir. Həmin ofisdə bir nəfər Zibeydə adlı qız var olmuş, A.Əliyev üçün kargüzarlıq işlərinə baxmış, başqa heç kim olmamışdır. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin avqust ayınadək Avrasiya Hospitalda tibb bacısı işləmişdir. 2019-cu ilin avqust ayında xaricdə təhsillə bağlı elanlarla maraqlanmış, sosial şəbəkədə “X11555” səhifəsini görmüş, gün təyin edib Səbail rayonu Həsən Seyidbəyli küçəsində yerləşən binanın zirzəmisində olan ofisdə onu Şahid5 qarşılamış və özünü Əliyev Azər kimi təqdim etmiş Təqsirləndirilən şəxs yanına aparmışdır. Ofisdə oturub xaricdə təhsillə bağlı suallarını verməyə başlamış, Təqsirləndirilən şəxs da hansı şəhərə və fakültəyə istəsə qəbulun ola biləcəyi, ancaq fakültə və şəhərə görə ödənişlərin fərqli olduğunu demişdir. Necə qarantiya verirsiniz ki, 100 faiz qəbul mümkün olacaq deyə soruşduğunda isə Təqsirləndirilən şəxs bildirmişdir ki, 10 ildir ki, bu işlə məşğuldur, hər universitetdə onun tanıdığı müəllimlər vardır. X45 şəhərində yerləşən Namık Kemal Universitetinin Diş həkimliyi fakültəsində təhsil almaq qərarına gəlmiş, bunun üçün Təqsirləndirilən şəxs ondan 7000 manat pul alacağını demişdir. Ona bu məbləği verməyə gücü çatmayacağını bildirmiş, yenə uzun söhbətdən sonra Anar bildirmişdir ki, ondan 3500 manat alar, “bu işdən onun şirkətinə xeyir qalmasa da olar” sözlərini demişdir. Qərara gəlmişdir ki, həmin pulu 2 dəfəyə ödəyəcəkdir. Bu minvalla xx.xx.2019- cu il tarixdə həmin ofisdə Təqsirləndirilən şəxs 2100 manat, xx.xx.2019-cu il tarixdə isə 1400 manat pul ödəmişdir. Həmin zaman onun katibəsi olan Zibeydə və işçisi Fərid adlı şəxs yan otaqda idilər. Bundan bir neçə gün sonra atestatı, 9,10,11-ci sinif illik qiymətləri olan transkripti, tibb kollecinin diplomunu və xarici pasportunu təsdiqlədib, bir neçə gün sonra təkrar ofisə getmişdir. Sənədləri təhvil verdikdən sonra Təqsirləndirilən şəxs iclas edəcəyini, tələbələri özü Türkiyəyə yola salacağını bildirmişdir. xx.xx.2019-cu il tarixdə Xətai rayonunda yerləşən Dəmirçi plazanm zirzəmi qatında yerləşən zalda iclas keçirilmiş və xx.xx.2019- cu il tarixdə bütün tələbələr özünü nümayəndə kimi təqdim etmiş İsmayıl adlı şəxs ilə birlikdə avtobusa əyləşib Türkiyəyə yola düşmüşlər. xx.xx.2019-cu il tarixdə Türkiyənin Samsun şəhərində avtobusdan bütün tələbələr İsmayılın təkidi ilə endirilmiş, etiraz etsələr də hər tələbənin yanında başqabaşqa şəhərlərə göndərəcək nümayəndəsinin və büdcəsinin olmadığını, nə deyəcəksə tabe olmalarını, “kim istəmirsə pulunu gəlsin alsın, sizinlə vaxt itirə bilmərəm” kimi cümlələr qurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs zəng edərək bildirmişdir ki, onu Təkirdağa göndərsin, sənədlərini də İsmayıldan alsın, gedib öz işini özü həll etsin. Azər isə Samsun şəhərindəki “On dokuz mayıs” universitetinin daha prestijli universitet olduğunu, daha sonra istəsə ikinci semestrdən özü oraya keçid edə biləcəyini demişdir. Daha sonra İsmayıl onu və bir neçə digər tələbəni Samsun universitetinə Sağlık bilimləri fakültəsinə qeydiyyat etdirmiş, yenə etiraz edəndə İsmayıl bildirmişdir ki, müvəqqəti oturum icazəsi almaq üçün tələbə kimi burada qəbul alınacaq ki, biz deportasiya olunmasınlar. X123 universitetinin “ok kontenjan” (əlavə qəbul) sənəd qəbulu oktyabr ayının 10-da nəticələnəcək. Nəticələr bəlli olduqdan sonra Samsun universitetindəki qeydi silib Ondokuz Mayıs universitetinə qeydiyyatı olacaq və dərslərə başlayacaqdır. Oktyabr ayında özü və digər tələbələr TÖMER, yəni türk dilində imtahan vermək üçün universitetə göndərilmiş, çünki həmin imtahanın uğurlu nəticəsi barədə sertifikatı olmayan xarici tələbələr dərsə başlaya bilmir. Bəzi tələbələrin imtahan ödəniş pulunu Təqsirləndirilən şəxs qarşılasa da bəziləri həmin pulu özləri ödəmişdirlər. Yaşda böyük olduğundan tələbələrin imtahan ödənişini özü etmiş və imtahana girmişlər. Bəzi tələbələr imtahandan lazımi nəticəni əldə edə bilmədikləri üçün 1 il əlavə türkcə oxuyacaqları üçün qəbul nəticələri və universitet qeydiyyatı gələn ilə qaldığım Təqsirləndirilən şəxs bildirmişdir. 18.000 türk lirəsi məbləğində olan illik təhsil haqqını ödəmək istədiyini bildirdikdə Təqsirləndirilən şəxs demişdir ki, “ sənin yarımillik təhsil haqqını, yəni 9000 türk lirəsini şirkət olaraq biz ödədik və istəmirik geri qaytarasan, çünki 13-14 tələbəyə orada göz-qulaq olursan, bu elə bizim şirkət nümayəndəsinə ödədiyimiz məbləğdən də azdır”. Bunu qəbul edə bilməyəcəyini desə də, Anar təkid etmiş və birinci yarım ilin təhsil haqqını ondan almamışdır. Noyabr ayının əvvəllərindən etibarən Anara təkid etməyə və niyə dərsə başlamadığını soruşmuş, sonuncu isə bildirmişdir ki, digər tələbələr universitetə şikayət edib, orada işləyən tələbə qəbul işləri ilə məşğul olan məmurlar işin üstünə ciddi düşdükləri üçün universitetdə işləyən və sənədlərin qəbulunu təşkil edən müəllim sənədləri təsdiqlədə bilmir vəşəxsən özü gəlib onların tələbə biletlərini alacaqdır. 06 yanvar 2020- ci il tarixdə Anar tələbə biletini aldığını və ona təhvil verəcəyini bildirmiş, həmin zaman artıq Azərbaycana qayıtmışdır. İkinci semestr üçün Türkiyəyə gedəndə artıq tələbə bileti özündə idi (sonradan mənə məlum olmuşdur ki, həmin tələbə bileti saxtadır) və Təqsirləndirilən şəxs ondan 9000 türk lirəsi yəni 3000 manat pul istəmişdir ki, tələbə biletini almaq üçün onun yarımillik ödənişini etmişdir. Özü də 2020-ci ilin iyul ayında 9000 türk lirəsi ödənişini Təqsirləndirilən şəxs çatdırılması üçün “Vestern Yunion” pul köçürmə sistemi vasitəsi ilə Şahid5 adına göndərmişdir. Ondan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, 800 manat borcu olduğundan universitetə qeydiyyatı olunmayacaqdır. Yenidən Şahid5 adma 800 manat pul göndərmiş, bütün bunlardan əlavə 2020-ci ilin yanvar ayında Bakı şəhərində olarkən Yasamal rayonunda yerləşən “Caspian Plaza”-mn 7-ci mərtəbəsində olan ofisdə Təqsirləndirilən şəxs ilə görüşmüş, həmin vaxt sonuncu ona “Work and TraveT’, yəni iş və səyahət proqramı üzrə ABŞ-a getmək təklifini etmiş və bunun üçün 2000 ABŞ dolları ödəniş ediləcəyini bildirmişdir. Bu təklif ona maraqlı gəlmiş və razılaşmışdır. Yanvar ayının sonlarında həmin ofisdə Təqsirləndirilən şəxs ilə görüşərək ona 2000 ABŞ dolları məbləğində pul vermişdir. Bundan əlavə Təqsirləndirilən şəxs onu digər tələbələrin İzmir, Ankara və İstanbul şəhərlərindəki universitetlərə qeydiyyat işlərini və qeydiyyatı silinən tələbələrin geri qaytarılan təhsil haqqını alıb Bakıya poçt vasitəsi ilə göndərmək üçün də yönləndirmişdir. Çünki orada olan tələbələrin hamısı yaşda ondan kiçik idilər, buna görə də Təqsirləndirilən şəxs ona bildirmişdir ki, yaşda onlardan böyük olduğundan ona güvənir. Hətta oradakı tələbələrdən olan Yusifziya Göyçayskinin təhsil haqqını universitetə deyil, Şahid5 adına göndərməyini istəmişdir. Bunun səbəbini soruşanda isə şirkətin hesabından təhsil haqqı ödəndiyini, indi isə geri qaytarılmalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ondan ayrı-ayrı vaxtlarda ümumilikdə 10700 manat pul almışdır. Ondokuz Mayıs universitetindəı təhsil almaq üçün ona ümumilikdə 4300 manat və 9000 türk lirəsi məbləğində pul vermiş, həmin puldan 2100 manat xx.xx.2019-cu il tarixdə və 1400 manat xx.xx.2019-cu il tarixdə onun rəhbəri olduğu “X115” şirkətinin əvvəllər Səbail rayonu Həsən Seyidbəyli küçəsində yerləşən binanın zirzəmisində yerləşmiş ofisində, 9000 türk lirəsi və 800 manat pulu isə 2020-ci ilin iyul ayında Türkiyədən poçt ilə Şahid5 adına göndərmişdir. Bundan əlavə, 2020-ci ilin yanvar ayında “Work and Travel”, yəni iş və səyahət proqramı üzrə ABŞ-a getmək üçün Təqsirləndirilən şəxs sonuncunun Yasamal rayonunda yerləşən “Caspian Plaza”-nın 7-ci mərtəbəsində olan ofisində 2000 ABŞ dolları pul vermişdir. Təqsirləndirilən şəxs ona Türkiyədə olan zaman tələbələri yönləndirmək üçün hər hansı məbləğdə pul verməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən məlum olmuşdur ki, 2019-cu ilin aprel ayında internet səhifələrinin birində iş axtaran zaman orada “X115" adlı şirkətin iş elanına rast gəlmiş, həmin elanda şirkətin ofisinə xidmət işlərinə baxan qadın işçi axtarıldığını görmüşdür. Digər iş elanlarında ona görəçətin olan müxtəlif tələblər olduğundan qərara gəlmişdir ki, “X115" adlı şirkət ilə əlaqə saxlasın. Həmin zaman özünü həmin şirkətin rəhbəri kimi təqdim etmiş Azər Əliyev adlı şəxs onu ofisinə dəvət etmişdir. Bundan sonra Səbail rayonu Həsən Seyidbəyli küçəsində yerləşən binanın zirzəmisində yerləşən “X115" şirkətinin ofisinə getmiş, orada Azər Əliyev ilə söhbət etmiş və sonuncu ona görəcəyi işləri izah etmiş, onunla əmək müqaviləsi bağlamışdır. Bir neçə gün sonra orada işləməyə başlamışdır. İş fəaliyyəti ofisə gələn müştəriləri qarşılamaq, Azər Əliyevə və müştərilərinə çay gətirib-aparmaq, lazım olanda sənədləri çap etmək, kserosurətləri çıxarmaq və s. ibarət idi. Buna görə Azər Əliyev ona hər ay 200-300 manat maaş verirdi. Həmin vaxt ona məlum olmuşdur ki, A.Əliyevin iş fəaliyyəti insanlara xaricdə təhsil ilə bağlı məsələlərin həllində, xarici ölkələrə iş və digər vizaların əldə edilməsində və xarici ölkələr tərəfindən qoyulmuş deport siyahısından çıxarılmasına köməklik göstərilməsindən ibarətdir. Lakin A.Əliyev onu öz işlərinə yaxın buraxmırdı, hətta əmr şəkilində danışaraq nəyi tapşırdısa onu etməyini tələb edirdi, öz maaşını az qala yalvararaq almış, hər dəfə vaxtı gələndə A.Əliyevin yadına salmışdır ki, maaşının vaxtıdır. 2019-cu ilin avqust ayında həmin şirkətin ofisi “X67 7-ci mərtəbəsinə köçürülmüş, bununla belə 2020-ci ilin yanvar ayınadək həmin ofisdə işləmiş, yanvar ayından sonra isə ofısdəki işi ilə universitet təhsilini uzlaşdıra bilmədiyindən ofisə demək olar ki, getməmiş, arada bir gedib özünə aid əşyaları götürmüşdür. 2020-ci ilin mart ayından sonra A.Əliyev pandemiyaya görə ofisi bağlamış və ona bildirmişdir ki, ofisə getməsin. Bir müddət sonra is A.Əliyevə demişdir ki, ya ona verəcəyi maaşı versin, ya da ki, bunun əvəzində onun üçün xaricdə təhsil məsələsində köməklik etsin. A.Əliyev də razılaşaraq onu İstanbul universitetinə qəbul olunmaqda kömək edəcəyini bildirmiş və ona üzərində möhür olan müvafiq sənədlər vermişdir ki, Türkiyəyə gedəndə onları universitetə təqdim etsin. xx.xx.2020-ci il tarixdə hava yolları ilə İstanbul şəhərinə getmiş, orada ona məlum olmuşdur ki, A.Əliyevin ona verdiyi sənədlər saxtadır, onların hər hansı bir hüquqi qüvvəsi yoxdur. Bundan sonra Türkiyədə qalmış, müəyyən işlərlə məşğul olaraq özünü dolandırmışdır. Valideynlərinə demişdir ki, guya təhsil ilə əlaqədar Türkiyədədir. Sonradan orada onun üçün həyat çətinləşmiş və Azərbaycana qayıtmaq qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında hava yolları ilə Bakı şəhərinə qayıdarkən H.Əliyev adına X68 dövlət sərhəd xidməti tərəfindən saxlanılmış, həmin vaxt ona məlum olmuşdur ki, Yasamal RPt-nin İstintaq şöbəsi tərəfindən onun barəsində sərhədkeçmə məhdudiyyəti qoyulmuşdur. Sonra polisə təhvil verilmiş, həmin vaxt ona izah edilmişdir ki, əslində Təqsirləndirilən şəxs olan Azər Əliyev adlı şəxs öz şirkətində çoxlu sayda şəxslərə qarşı dələduzluq etmişdir, bu səbəbdən özü şübhə altına alındığından barəsində qeyd etdiyi məhdudiyyət qoyulmuşdur. Anara işə və ya universitetə qəbul ilə bağlı pul verməmişdir. Həmçinin Anarın adından heç kimdən pul almamış, qeyd etdiyi kimi, Təqsirləndirilən şəxs onu şirkətin işlərinə cəlb etməmiş, orada xidmətçi kimi işləmişdir. Həmçinin orada işlədiyi müddət ərzində bəzi müştərilər ona gətirib konvert vermiş, ancaq içində nə olduğunu bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ofisdə olmurdu, ona görə ona demişdir ki, konverti götürsün və onun kabinetinə qoysun. Konvertə açıb baxmağı qadağan etmişdir və içərisində sənəd oldğunu demişdir. Fikrincə zərərçəkmiş şəxslər Anara onun yanında nağd pul verdiklərini dedikdə həmin konvertlərin içində verdiklərini nəzərdə tutmuşudurlar. Xatırladığına görə bir dəfə Təqsirləndirilən şəxs onun adına poçtla pul göndərildiyini demişdir, ona görə birlikdə “Caspian Plaza"nın yaxınlığında olan poçt məntəqəsinə getmişlər, Təqsirləndirilən şəxs onun vəsiqəsini təqdim edərək pulu özü götürmüşdür. Həmin ofisdə işləyəndə köhnə iş yerindən maaş üçün verilmiş öz adına olan “Access Bank"a məxsus bank kartını Təqsirləndirilən şəxs ondan götürmüşdür ki, şirkətin reklamına aid maliyyə məsələlərini həmin kart vasitəsi ilə həll etsin. Lakin həmin karta haradan və kim tərəfindən pul köçürülməsi barədə məlumatı olmamışdır. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 28 avqust 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs16, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs15, E.Əzimlinin, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, N.İsayevin, K.Şərifovanın və digər ümumilikdə 28 nəfər şəxsin onlara qarşı dəlduzluq edilməsi faktı ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (Cild 2, İ/V. 1-2). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır. (Cild 4, İ/V. 133-141). “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və axtarış elan edilməsi haqqında” 03 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə istintaq edilən ********* saylı cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (Cild 4, İ/V. 142-148). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-268/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə (qiyabi) həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu vaxtdan hesablanması nəzərdə tutulmuşdur. (Cild 4, İ/V. 178-186). “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnterpolun Milli Mərkəzi Bürosu”nun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilərək beynəlxalq axtarışda olan xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ekstradisiya məqsədilə Şimali Makedoniya Respublikasının Skopye X68 saxlanılmışdır. (Cild 4, İ/V. 201). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-623/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. (Cild 4, İ/V. 243-247). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-674/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və onun müddəti xx.xx.2022-ci il tarixə kimi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-694/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 21 oktyabr 2022-ci il tarixə kimi müəyyən edilmişdir. “Cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. (Cild 1, İ/V. 8-14). “230090294 saylı cinayət işindən ********* saylı cinayət işinin ayrılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində və həmçinin Şahid4 və Şahid5 həmin cinayətlərdə iştirakına hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılaraq Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X37 icraatına qəbul edilmişdir. (Cild 1, İ/V. 1-5). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat şübhəli şəxs Təqsirləndirilən şəxs tapılıb istintaqa təhvil verilənədək dayandırılmışdır. (Cild 1, İ/V. 76). “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (saat 16:50 dəqiqədən) ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, İ/V. 80-81). “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, İ/V. 85-89). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-578/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, İ/V. 93-99). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-712/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay müddətinə, yəni 22 dekabr 2023-cü ilədək uzadılmışdır. (Cild 1, İ/V. 102-107). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 1, İ/V. 255). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (Cild 1, İ/V. 260). “Cinayət işi üzrə icraatın digər cinayət işinə birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat ********* saylı cinayət işinə birləşdirilmiş və sonuncu nömrə altında istintaqın davam etdirilməsi qərara alınmışdır. (Cild 1, İ/V. 263-264). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-163/2012 saylı, xx.xx.2012-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. (Cild 2, İ/V. 239-255). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-147/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 3, İ/V. 100-112). “Cinayət işi üzrə icraatın dayandırılması barədə qərarın ləğv edilməsi və icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. (Cild 5, İ/V. 163-164). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 5, İ/V. 198- 200). “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Şahid5, Şahid4, Şahid3 qızının, İsmayıl və Fərid adlı şəxslərin əməllərində Azərbaycan Respublikası CM- nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibi olmadığından, barələrində həmin maddələr ilə cinayət təqibi rədd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 oğlu X3 Respublikasının Ondokuz Mayıs Samsun Universitetinin Memarlıq fakültəsinə qəbul edilməsinə və orada təhsil almasına köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 3550 manat pulunu, X38 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq 3150 manat pulunu, Zərərçəkmiş şəxs2 iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq 2210 manat pulunu, X39 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına və orada oturum vizası alacağına dair yalan vəd verib aldadaraq 1500 manat pulunu, X7 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına və orada oturum vizası alacağına dair yalan vəd verib aldadaraq, ümumilikdə 1885 manat pulunu, Zərərçəkmiş şəxs11 iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq 1666 manat pulunu, Zərərçəkmiş şəxs14 X21 Univercity of Art universitetinə qəbul edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 11651 manat 80 qəpik təşkil edən 6854 ABŞ dolları pulunu. Zərərçəkmiş şəxs9 Türkiyə Respublikasında ali təhsil müəssisələrinin birində uzmanlıq dərəcəsinin alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 3000 manat pulunu, X80 bacısı X65 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq 1500 manat pulunu, X40 Türkiyə Respublikasına ona qadağa qoyulması ilə bağlı, Şahid4 isə Türkiyə Respublikasına universitetə qəbul edilib təhsil alınmasına köməklik göstərilməsi ilə bağlı pullarını ələ keçirməsi faktları üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə eləcə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4, X51, X72, X4, X106ma qarşı törətdiyi dələduzluq əməlləri zamanı onlardan alınmış pul məbləğlərinin müəyyən hissələrini onlara işçisi kimi təqdim etdiyi Şahid4 və Şahid5 vasitəsi ilə ələ keçirməsi faktları üzrə Şahid4 və Şahid5 əməllərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 32.5, 178.2.2 və 32.5, 178.2.4-cü maddələri ilə cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması üçün müvafiq qərar qəbul edilsin. (Cild 5, İ/V. 214-270). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 6, İ/V. 11-16). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-308/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna qaytarılmışdır. (Cild 6, İ/V. 177-185). 230090886 nömrəli cinayət işi üzrə “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamın məzmununda dəyişiklik və əlavələr edilərək ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində ********* №-li cinayət işi üzrə həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hesabında Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs X18 qızı Röyanın Samsun şəhərində yerləşən 19 Mayıs universitetinin tibb fakultəsinə qəbul etdirəcəyini vəd edərək ümumilikdə 40000 manat pulunu ələ keçirməsi, Şahid4 Türkiyə Respublikasına universitetə qəbul edilib təhsil alınmasına köməklik göstərilməsi ilə bağlı 10700 manat pullarını ələ keçirməsi, X40 Türkiyə Respublikasına getməyə qoyulmuş qadağanı götürdəcəyi adı ilə 300 manat pulunu alması, X106ma Türkiyə Respublikasının ali təhsil müəssisəsinə qəbul edilməsində və orada təhsil ahnasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 1630 manat pulunu ələ keçirməsi, X38 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq 3150 manat, X39 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına vəd verib aldadaraq 1500 manat, X7 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq 1885 manat, X74 iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq 3332 manat, X12 iş və səyahət proqramı üzrə X30 göndərəcəyinə dair yalan vəd verib aldadaraq 1600 manat, X52 Kanada Respublikasına gedə bilməsi üçün iş vizası alınmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq 2000 manat, X96 bacısı X65 Türkiyə Respublikasına girişinə qoyulmuş qadağanı aradan qaldıracağına dair yalan vəd verib aldadaraq 1500 manat pulunu ələ keçirməsi, X5 Türkiyə Respublikasına universitetə qəbul edilib təhsil alınmasına köməklik göstərilməsi adı ilə 11 500 manat pulunu ələ keçirməsi faktları üzrə zərərçəkmiş şəxslər hazırda xarici ölkələrdə olmaqla zəruri istinttaq hərəktlərinin keçirilməsində iştirak etmələri mümkün olmadığından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin materiallarından ayrıca cinayət işi ayrılması üçün müvafiq qərar qəbul edilməsi qərara alınmışdır. (Cild 7, İ/V. 1-41). “Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması barədə” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* sayı cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* №-li cinayət işi ayrılaraq Bakı şəhəri Yasamal RPİ-nin müstəntiqi Ramil Vəliyevin icraatına qəbul edilmişdir. (Cild 7, İ/V. 43-44). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (Cild 7, İ/V. 54-59). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş protokollardan görünür ki, zərərçəkmiş şəxslər X53, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, X48, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs15 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişlər. (Cild 5 İ/V. 17-20, 21-23, 25-27, 28-30, 31-33, 40-42, 43-45, 46-48, 53-57). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs13 Bakı şəhəri Yasamal RPİ-nin İŞnə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 72). İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X32 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 70).Eyni zamanda məhkəmə istintaqı zamanı məhkəməyə elektron poçt vasitəsi ilə müraciət edərək ifadəsini təsdiq etdiyini, ölkə xaricində olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 65). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 69). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs16 İzzət oğlunun Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 71). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 74). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs15 Bakı şəhəri Yasamal RPİ-nin İŞnə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 68). İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X16 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 67). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 66). İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, iş üzrə dəymiş ziyan 76051 manat 80 qəpik təşkil edir, 32200 manat məbləğində pul vəsaiti ödənilmişdir. (7-ci Cild, İ/V. ). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs12 Bakı şəhəri Yasamal RPİ-nin İŞnə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi zərər tamamilə ödənilmişdir, buna görə də ondan heç bir şikayət və tələbi yoxdur. (5-ci Cild, İ/V. 73). İş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 1(101)1263/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X41, X8, X42, X19, X29 qarşı eyni üsulla cinayət əməli törətmişdir, sonradan Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə qarşı vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Eyni zamanda həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs özünü zərərçəkmiş şəxslərə Əliyev Azər kimi təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiysının 1(103)512/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 1(101)1263/2024 saylı hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəymiş ziyanı tamamilə ödədiyindən CM 73-1.3-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 109764 saylı vəsiqənin və ******* saylı Ambulator kitabçadan çıxarışın surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X81 ikinci qrup ümumi xəstəlikdən əlilliyi olan şəxsdir, habelə “qara ciyər serruzu dekompensasiya mərhələsi ağır dərəcə aktiv faza” xəstəliyi diaqnozu vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-490/2024 saylı, xx.xx.2024i il tarixli qərarından görünür ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsin gətirdiyi dəlillərə münasibətdə məhkəmə xüsusən qeyd etməyi zəruri hesab edir ki, həm məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin, həm də ifadələri elan edilərək tədqiq edilmiş digər zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri xüsusatlar onu təsdiq edir ki, Təqsirləndirilən şəxs ona müraciət edən zərərçəkmiş şəxslərə özünü Azər Əliyev kimi təqdim etmişdir və ittiham aktında qeyd edilmiş pul məbləğlərini sözügedən məqsədlərlə onlardan almışdır. Həmçinin üzləşdirmə istintaq hərəkəti aparılan zaman və məhkəmə istintaqı zamanı da iştirak edən zərərçəkmiş şəxslər bu xüsusatı Təqsirləndirilən şəxs üzünə qarşı bir daha bildirmişlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 1(101)1263/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X41, X8, X42, X19, X29 qarşı eyni üsulla yəni internet informasiya ehtiyatlarında yaratdığı “X115” internet saytı və sosial şəbəkələrdə özünü xaricdə təhsil üzrə məsləhətçi, ekspert kimi xarici dövlətlərin ali təhsil müəssisələri, xaricdə təhsil şirkətləri və mərkəzləri ilə uzun müddət davamlı əməkdaşlıq edən, bu sahədə geniş təcrübəyə, rəsmi işgüzar əlaqələrə malik etibarlı tərəfdaş və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan, dövlət reyestrinə daxil edilməyən “X115” təhsil şirkətinin icraçı direktoru “Azər Əliyev” kimi təqdim edərək müştəri kimi ona müraciət etmiş şəxslərə müəyyən xidmət haqqı müqabilində müxtəlif xarici ölkələrin ali təhsil müəssisələrinə imtahan vermədən yalnız attestatla tələbə qəbul etdirəcəyinə, xaricdə təhsil üçün şirkət tərəfindən göndərilən tələbələrin gedəcəyi ökələrdə qarşılanma və yerləşdirilmə xidmətləri ilə təmin ediləcəyinə, müştərilərin öz vəsaitləri hesabına yataqxana və təhsil haqqı xərclərinin ödənişinin həyata keçiriləcəyinə dair yalan vəd verməklə” cinayət əməli törətmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs həmin hökmdən apellyasiya şikayəti verərək verərək ittiham üzrə ümumi ziyanı tam ödədiyini və ziyanın 50% məbləğində dövlət büdcəsinə ödəniş edildiyini, lakin birinci instansiya məhkəməsi tərəfindən həmin halın nəzərə alınmadığını göstərərək apellyasiya şikayətinin təmin edilməsini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini və cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)512/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 1(101)1263/2024 saylı hökmü ləğv edilmiş və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından, onlara dəymiş ziyanı tamamilə ödədiyindən CM 73- 1.3-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən bəzilərinə qarşı vurulmuş zərəri tamamilə ödəməsini, onlarla barışmasını, himayəsində olan atasının ikinci qrup əlilliyi olan şəxs olmasını, həmçinin atasının “qara ciyər serruzu dekompensasiya mərhələsi ağır dərəcə aktiv faza” xəstəliyinin olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən bəzi cinayət epizodlarını törədən vaxt, konkret olaraq zərərçəkmiş şəxs X24 qarşı 02 və 19 avqust 2019-cu il tarixdə, Zərərçəkmiş şəxs4 qarşı 28 avqust 2019-cu il tarixdə və Zərərçəkmiş şəxs5 qarşı 18 dekabr 2019-cu il tarixdə cinyət əməli törədilən vaxt Təqsirləndirilən şəxs üzərində ödənilməmiş məhkumluğu olmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır və onun cəzasını ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən təqsirləndirilən şəxsi xarakterizə edən halları da nəzərə alır. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər iki Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmışdır və bir dəfə də CM-nin 178.3.2-ci maddəsi ilə barəsində ittiham hökmü çıxarılmışıdr (sonradan CM-nin 73-1.3-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyətindən azad edilmişdir). Təqsirləndirilən şəxs hazırda da Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə ittiham olunması onu göstərir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayət törətdiyi üçün hazırda onda kriminal meyillik qalmaqdadır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu ümumilikdə 05 ay 03 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli onun hazırkı cinayət işi üzrə (hazırlıq iclasında) barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 1(004)-490/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 23 avqust 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş hüquqi yardımla bağlı vaxta görə dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 550 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla 05 ay 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət nəticəsində onlara vurulmuş ziyan ödənilməyən zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 550 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-45/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-45/2025
29.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver