Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-452/2024 01.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Babayeva Nərgiz Çingiz qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08 iyul 2024-cü il tarixdə saat 05:00 radələrində yaşadığı ünvan 1 ünvanında arvadı Zərərçəkmiş şəxs qısqançlıq ilə bağlı ona iradını bildirməsi səbəbindən aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qəsdən arvadı Zərərçəkmiş şəxs sifət və bədəninin müxtəlif nahiyələrinə hər iki əlləri ilə vurub ona sağ gicgah nahiyəsinin sıyrığı, sağ gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sağ göz yuvası nahiyəsinin qançırı, sağ almacıq nahiyəsinin şişkinlik halında əzilməsi, sağ bazunun, sağ saidin və sağ dirsək oynağı nahiyəsinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş və birgə nikahlarından 2018-ci ildə bir oğlan övladları dünyaya gəlib. Hər bir ailədə olduğu kimi onlarında ailəsində müəyyən söz-söhbətlər olub. Son vaxtlar işlədiyi işlə əlaqədar olaraq evə gecə saatlarında gəlməyi, həmçinin sosial şəbəkələrdən canlı yayımdan istifadə etməyi ilə əlaqədar olaraq arvadı Zərərçəkmiş şəxs buna qısqanmış və söz-söhbətlər yaranmışdır. xx.xx.2024-cü il tarixdə işdə olan zaman yenə də canlı yayım açmışdı və ondan xəbərsiz Hürü bu canlı yayımı izləmişdi. Saat 05:00 radələrində evə gəlmiş və o, Hürüyə nə səbəbə sosial şəbəkəyə girərək onu izlədiyini soruşmuş və Hürü onunla kobud danışaraq mübahisə etməyə başlamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs yataqda uzanmışdı və Hürünün ona qarşı söylədiyi sözlərdən əsəbləşib əli ilə onun sağ göz nahiyəsinə vurmuşdur. Daha sonra Hürünün sakitləşmədiyini görüb qolundan da tutub möhkəm sıxmışdır. Hürü qışqıraraq anasını çağırmış, anası gələrək onu otaqdan çıxardıb digər otağa keçirmişdi. Hal-hazırda etdiyi hərəkətə görə peşmandır. Onlar arasında olan mübahisə və dava-dalaş yaşadıqları ünvan 1 ünvanında yataq otağında baş vermişdir və həmin vaxt evdə az yaşlı övladı və anası Şərqiyyə Çələbiyeva olmuşdur. O əli ilə Hürünün sağ göz nahiyəsinə bir dəfə vuraraq xəsarət yetirmişdir, sonradan onu sağ qolundan tutaraq möhkəm sıxaraq da xəsarət yetirmişdir. Yekun olaraq, etdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs həyat yoldaşı Təqsirləndirilən şəxs qarşı ifadə vermək istəmədiyini bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş X1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 50-51-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2013-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və birgə nikahdan 2018-ci ildə bir oğlan övladları dünyaya gəlibdir. Onlar ailə həyatı qurduğu gündən birlikdə yaşamışlar. Hər bir ailədə olduğu kimi onlarında ailəsində müəyyən sözsöhbətlər olub və o onlara böyük kimi öz öyüd-nəsiyyətini vermişdir. xx.xx.2024-cü il taridə səhər saat təxminən 05-30 radələrində evdə olan zaman Xəzri ilə Hürünün öz otaqlarında mübahisə və dava-dalaş səslərini eşitmişdir. O tez yataqdan qalxaraq onların otağına girdikdə Xəzrinin Hürünü əlləri ilə vurduğunu görmüşdür. O, Xəzrinin qarşısına keçərək onu otaqdan çıxardıb qapını bağlamışdır. Sonradan ona məlum olmuşdur ki, Hürü baş vermiş dava-dalaşla bağlı polisə məlumat veribdir. Onların arasında əvvəllər sözlə mübahisələr olsada heç vaxt dava-dalaşları olmayıb, belə bir hadisə ilk dəfə baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: “Baxış keçirilməsi haqqında” 08 iyul 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, yəni Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək yüngül dərəcəli bədən xəsarəti yetirdiyi yer ünvan 1 ünvanında yerləşən evin yataq otağıdır. Baxış keçirilən zaman Zərərçəkmiş şəxs hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin ünvanda döyüldüyünü bildirmişdir. (i.v. 11-15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 08 iyul 2024-cü il tarixli, 708 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü vət.Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilomiş xəsarətlər-sağ gicgah nahiyəsinin sıyrığı, sağ gözün konyuktiva qişası altına qansızma ilə müşayiət olunan sağ göz yuvası nahiyəsinin qançırı, sağ almacıq nahiyəsinin şişkinlik halında əzilməsi, sağ bazunun, sağ saidin və sağ dirsək oynağı nahiyəsinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməs inkar olunur. (i.v. 16-18) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 iyul 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 52) Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs ilə barışıb. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onun dəymiş ziyan ödənilmişdir, ona qaşı şikayət və tələbi yoxdur və onlar artıq barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. (9 noyabr 2017-ci il tarixdən yeni məzmunda verilmiş formada) Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin yeddinci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu bəndinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən (2014cü il tarixədək qüvvədə olan) ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və Cinayət Məcəlləsinin tələblərindəndə göründüyü kimi yalnız vətəndaşın vəziyyətini yüngülləşdirən aktların geriyə qüvvəsi vardır. Hazır ki, halda Təqsirləndirilən şəxs tərəfindən 2014-cü ildə eyni əməlin törədilməsinə baxmayaraq cinayət törətmiş şəxsin vəziyyətini ağırlaşdıran aktların geriyə qüvvəsi olmadığından onun barəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq edilməsi qanunamüvafiqdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qizı ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur həmçinin məhkəmə məsrəfləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Bakı Şəhəri 27 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-452/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-452/2024
01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver