Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-452/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Qobustan rayonunun Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Qobustan rayonu Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Koroğlu küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə 14 yanvar 2025-ci il tarixdə saat 23:50 radələrində Bakı şəhəri, Yasamal rayonu, X10, 8 ünvanında yerləşən “Uzundərə” restoranının yanındakı avtobus dayanacağında “Hornet” adlı sosial şəbəkə vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs məxsus üzərində 10 (on) manat dəyərində mobil telefon üzlüyü və 10 (on) manat dəyərində ***-***-**-** saylı GSM nömrə olan 900 (doqquz yüz) manat dəyərində "Samsung” markalı, “Galaxy A55” modelli, **********78704 İMEİ kodlu mobil telefonu və mobil telefonun üzlüyünün altındakı məzənnə dəyəri həmin tarixdə 170 manat olan 100 ABŞ dolları nağd pulu açıq talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 1090 (bir min doxsan) manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qobustan rayonu, Ərəbşalbaş Ə/D, Ərəbşalbaş kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Koroğlu küçəsi, nömrəsiz fərdi yaşayış evində yaşayır. 2025-ci ilin yanvar ayında Türkiyə Respublikasına işləmək üçün getmək istəmiş, lakin bilet almaq üçün pulu olmamış, bunun üçün pul axtarmışdır. İstifadəsində ***-***-**-** saylı mobil telefon nömrəsi olmuşdur. 14 yanvar 2025-ci il tarixdə “Hornet” adlı sosial şəbəkə vasitəsilə “Mahir” adlı şəxslə tanış olmuş, ona adının “Vüsal” olduğunu bildirmişdir. Mahir adlı şəxslə bir müddət yazışdıqdan sonra aralarında dostluq münasibətləri yaranmış və görüşmək barədə razılığa gəlmişlər. Məqsədi də həmin şəxslə görüşərkən əlindəki mobil telefonu alıb qaçmaq və satıb pul əldə etmək olmuşdur. 14 yanvar 2025-ci il tarixdə saat 22 radələrində “Şamaxinka” deyilən ərazidə “Meşə Park” da Mahir adlı şəxslə görüşmüş və onunla söhbət edə-edə Bakı şəhəri, Yasamal rayonu, X9 yerləşən “Uzundərə” restoranının qarşısındakı avtobus dayanacağına gəlib çatmışlar. Yol boyu piyada hərəkət edərkən Mahirlə ümumi söhbətlər etmişlər. Avtobus dayanacağında olarkən Mahir evə getmək üçün taksi sifariş etmişdir. Mahirin “Samsung” markalı, “Galaxy A55” modelli mobil telefonu olmuş, Mahir mobil telefonu istifadə edərkən o, telefonun üz ekran parolunun nə olduğunu bilmişdir. Düşünmüşdür ki, danışmaq adı ilə həmin mobil telefonu Mahirdən istəsin və sonra da qaçsın. Həmin məqsədlə Mahir adlı şəxsə mobil telefonla zəng etmək istədiyini deyərək, telefonu ona verməsini xahiş etmişdir. Mahir də könüllü şəkildə öz telefonunu ona uzatmışdır. O, mobil telefonu alıb ilk öncə telefona baxaraq geri addımlamış, Mahir onun üstünə gəldikdə isə qaçmışdır. Mahir də onun arxasınca qaçmağa başlamış və arxadan ondan mobil telefonunu qaytarmasını tələb etmişdir. O, daha sürətlə qaçdığı və orada olan məhəllədəki küçələrə daxil olduğu üçün Mahir adlı şəxs onu saxlaya bilməmişdir. O, həmin gecə yaşadığı evə getmişdir. Mobil telefonu taladıqdan sonra telefonun üzərindəki üzlüyü və GSM nömrəni çıxarıb hazırda xatırlamadığı yerə tullamışdır. Mobil telefonla üzlüyün arasında olan 100 ABŞ dolları pulu da götürmüşdür. Səhəri günü, yəni 15 yanvar 2025-ci il tarixdə saat 12 radələrində Mahirin telefonunu özü ilə götürmüş, “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən “Velatrek” ticarət mərkəzinə getmişdir. Orada telefon satılan və təmir olunan mağazalardan birinə girib, həmin telefonu satmaq istədiyimi bildirmişdir. Adını bilmədiyi mağazanı işlədən telefona baxmış və həmin telefona 200 manat pul verə biləcəyini demişdir. O da həmin qiymətlə razılaşmış və mobil telefonu 200 manata satmışdır. Alıcı mobil telefonun kimə məxsus olduğunu soruşduqda öz telefonu olduğunu, ehtiyacı olduğundan satdığını bildirmişdir. O, şəxsiyyət vəsiqəsini təqdim etmiş və alıcı şəxsiyyət vəsiqəsinin kserosurətini çıxararaq ona mobil telefonu satması ilə bağlı qeyd etdirmiş və imzalatdırmışdır. Sonra isə ona 200 manat pul vermişdir. 16 yanvar 2025ci il tarixdə təyyarə ilə Türkiyə Respublikasına getmiş və orada Aksarayda tikintidə işə düzəlib işləməyə başlamışdır. Lakin 3 aylıq müvəqqəti yaşamaq müddəti bitdiyi üçün yenidən Azərbaycan Respublikasına qayıtmalı olmuşdur. 28 aprel 2025-ci il tarixdə təyyarə ilə Türkiyə Respublikasından Bakı şəhərinə gəlmiş, hava limanında sərhəd keçid məntəqəsində onu saxlamışlar. Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin əməkdaşları onu oradan götürüb gətirmişlər. Mobil telefonu alıb qaçarkən Mahir adlı şəxsə zor tətbiq etməmiş, zor tətbiq etməklə hədələməmiş, Mahiri vurub xəsarət yetirməmişdir. İfadəsinin sonunda ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilməsi halını, törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə vurulmuş zərəri tamamilə ödəməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın seçilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 14 yanvar 2025-ci il tarixdə “Hornet” adlı sosial şəbəkə vasitəsilə bir nəfər kişi cinsindən olan şəxslə tanış olmuş, həmin şəxs ona adının “Vüsal” oluğunu bildirmişdir. Həmin şəxslə bir müddət yazışdıqdan sonra aralarında dostluq münasibətləri yaranmış və özünü “Vüsal” kimi təqdim edən şəxs ona görüşməyi təklif etmişdir. O da razılaşmış və həmin tarixdə saat 22 radələrində “Şamaxinka” deyilən ərazidə “Meşə Park” da həmin şəxslə görüşmüşdür. Özünü ona “Vüsal” kimi təqdim edən şəxslə söhbət edə-edə X10un Bakı şəhəri, Yasamal rayonu ərazisindən keçən “Uzundərə” restoranının qarşısındakı avtobus dayanacağına gəlib çatmışlar. Dayanacaqda olarkən o, evə getmək üçün taksi sifariş etmişdir. Taksinin gəlişini gözləyən vaxt adını ona “Vüsal” kimi təqdim edən şəxs əlində tutduğu mobil telefonuna baxmışdır. Düşünmüşdür ki, həmin şəxs maraq üçün onun telefonuna baxır. Bu zaman “Vüsal” adı ilə özünü ona təqdim edən şəxs mobil telefonu danışmaq üçün ondan istəmiş, o da razılaşıb mobil telefonu uzadanda həmin şəxs mobil telefonu qəfildən onun əlindən almış və mobil telefona baxmağa başlayaraq ondan addımlayaraq uzaqlaşmışdır. Həmin şəxsin etdiyi hərəkət ona qəribə gəlmiş, ona tərəf getdiyi zaman həmin şəxs qaçmışdır. O, həmin şəxsin arxası ilə qaçıb mobil telefonunu qaytarmasını tələb etmiş, lakin qeyd olunan şəxs daha sürətlə qaçdığı üçün onu saxlaya bilməmiş və həmin şəxs ətrafda olan məhəllədəki küçələrdən birinə daxil olaraq gözdən itmişdir. O, telefonunu talayan həmin şəxsi tapa bilməmiş və ona görə də, birbaşa Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 28-ci polis şöbəsinə gedərək, baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmişdir. Talanmış mobil telefonu “Samsung” markalı, “Galaxy A55” modelli olmuşdur, krem rəngli olmaqla 2024-cü ilin dekabr ayında “Umiko” onlayın vasitəsilə 1000 manata almışdır. Telefonun İMEİ kodu **********78704-dür. Telefon bir nömrəli olmuş, üzərində 055-796-18- 40 saylı GSM nömrə olmuşdur. Hadisədən sonra mobil nömrəsinə zəng çatmamışdır. Düşünmüşdür ki, mobil telefonunu talayan şəxs nömrəni çıxarıb tullamışdır. İş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 iyun 2025-ci il tarixli 128 saylı rəyi ilə razı olduğunu və ona vurulmuş maddi ziyanın 1090 manat kimi qəbul edilməsini bildirmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir və onunla barışmışdır. Hər hansı şikayət və tələbil yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 28 aprel 2025ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlamışdır. (İ/V. 1). “Cinayət etməkdə şübhə edilən şəxsin tutulması haqqında” 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, X4 28 aprel 2025-ci il tarixdə (saat 19:15) şübhəli şəxs qismində tutulmuşdur. (İ/V.35). “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 29 aprel 2025-ci il tarixli protokoldan görünür ki, X5 3 (üç) nəfər xarici əlaməti və geyimi ilə kəskin fərqlənməyən şəxlərlə birlikdə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs təqdim edilmiş şəxslərin içərisindən Təqsirləndirilən şəxs göstərərək özünü “Vüsal” kimi təqdim edib 14 yanvar 2025-ci il tarixdə ona məxsus mobil telefonu və digər əşyalarını talayan şəxs olduğunu bildirmişdir. (İ/V. 56-57). Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi saytından əldə edilmiş məlumata əsasən 14 yanvar 2025-ci il tarixə 1 ABŞ dollarının azərbaycan manatına qarşı rəsmi məzənnəsi 1,7000 manat müəyyən edilmişdir. (İ/V. 60-61). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, X2 Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (İ/V. 62-63). 30 aprel 2025-ci il tarixdə təqsirləndirilən şəxs X1 barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılsa da Yasamal rayon prokuroru tərəfindən vəsatət təmin edilmədiyindən təqsirləndirilən şəxs Fərid Zərbalıyev barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 76-83). “İfadənin yerində yoxlanılması haqqında” 03 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən istintaq hərəkəti keçirilən zaman Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 3007 ünvanında yerləşən “Real Telekom” adlı mağazanı göstərərək Zərərçəkmiş şəxs taladığı mobil telefonu həmin mağazaya satdığını bildirmişdir. (İ/V. 87-88). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 92). Məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 iyun 2025-ci il tarixli 128 saylı rəyindən görünür ki, 2024-cü ilin dekabr ayında 1000 manata alınmaqla, həmin tarixdə istifadə edilməyə başlanılmış “Samsung” markalı, “Galaxy A 55” modelli mobil telefonun köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə 14 yanvar 2025-ci il tarixə olan təqribi qiyməti 900 (doqquz yüz) manat, mobil telefon üzlüyünün qiyməti isə 10,00 (on) manat məbləğində müəyyən edilir. ***-***-**-** saylı GSM nömrənin nəzəri hesablama yolu ilə 14 yanvar 2025-ci il tarixə olan təqribi qiyməti 10,00 (on) manat məbləğində müəyyən edilir. (İ/V. 108-112). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş zərər tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır və hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokol və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilərkən nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefonu talamaq üçün həmin əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə sonuncunu aldadıb zəng etmək adı ilə mobil telefonunu ələ keçirdikdən sonra həmin yerdən aralaşıb getmək istəyərkən zərərçəkmiş şəxs onun hərəkətini anlayıb mobil telefonu geri qaytarmasını tələb etdikdə oradan qaçıb uzaqlaşmaqla Zərərçəkmiş şəxs əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarından görünür ki, təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, ilk dəfədir cinayət məsuliyyətinə cəlb edilməsi halını, zərərçəkimş şəxslə barışmasını, ona vurulmuş ziyanın tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Koroğlu küçəsi fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxsnın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək, vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxsnın cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxsnın müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-452/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 30 saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 30 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 aprel 2025-ci il tarixdən 30 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi Koroğlu küçəsində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-452/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-452/2025
01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver