Məhkəmə qərarları › İş №1(004)-453/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-453/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-453/2023 07.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, xüsusi ittihamçı X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçılar X1 və X2 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 və X6 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şikayət onunla əsaslandırılmışdır ki, daha əvvəl prokurorluq və DİN-ə etdikləri müraciət xx.xx.2023-cü il tarixli, 17/3555-23 nömrəli məktubla baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmiş və tərəflərindən daha sonra məsələni araşdıran DİN-in Yasamal RPİ-nin 26-cı PB-sinə ərizə ilə müraciət olunmuş və faktiki olaraq həmin vaxt kimliyi onlara məlum olmayan şəxslər tərəfindən qızı Fatimə Şıxəliyevaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148 və 148-1-ci maddəsi ilə əhatə olunan cinayət əməlinin törədilməsi istintaq orqanının diqqətinə çatdırılmışdır. Lakin buna baxmayaraq, Yasamal RPİ-nin 26-cı PB-sinin rəisinin cinayətprosessual qanunvericiliyin tələblərinə zidd olaraq tərtib etdiyi xx.xx.2023-cii il tarixli, 1/2- 2-41xx/xx/2023 nömrəli məktubu ilə müraciətimizdə qeyd edilən xususatların guya mülki xarakterli olması və şikayətləri ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməyimiz tövsiyə olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıda qeyd edilən maddələrinə əsasən, qanunverici tərəfindən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət cəzası təhdidi altında qadağan edilmiş əməldir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsində göstərilən cinayətə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə həyata keçirilir. Belə ki, şəxsiyyəti hələ ilkin şikayət etdikləri zaman bizə məlum olmayan şəxslər “instagram” sosial şəbəkəsi üzərindən onun qızını, oğlunu və onu təhqir edib, şəraf və ləyaqətini, habelə işgüzar nüfuzunu alçaldaraq sonuncunun heç bir əlaqəsinin olmadığı, uzun müddətdir boşandığı həyat yoldaşının həqiqətdə olmayan borcunu ödəməsini tələb edirlər. Belə ki, həmin şəxslər instagram sosial şəbəkəsində istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair məlumatlar gizlədilmiş saxta profil və ya hesablardan istifadə edərək ilk öncə qızıma atasının həqiqətdə mövcud olmayan borcunu ödəməsini tələb etmiş, bununla əlaqədar köməklik göstərməyəcəyi təqdirdə onu təhdid, habelə şərəf və ləyaqətini alçaldan ifadələrlə təhqir etmişlər. Qızına məxsus şəxsi profilinə privat.99 saxta profilindən yazılmış və göndərilmiş bir neçə ədəd səs yazısını hazırki şikayətinə əlavə edərək, həmin şəxslərin elə öz səs yazılarında bu halın birinci dəfə olmamasını, saxta profillər vasitəsilə dəfələrlə qızıma yazaraq onu təqib edib, təhqir etmələrini etiraf etmələrini də diqqətinizə çatdırmaq istəmişdir. Bundan başqa qeyd edilməlidir ki, həmin şəxslərin hərəkətləri yalnız bununla kifayətlənməmiş, habelə qızının uzun müddətdir DJ olaraq fəaliyyət göstərdiyi BƏƏ-nin Dubai şəhərində yerləşən Jumeirah hotelinin rəsmi təsdiq olunmuş və yüz mindən çox istifadəçi izləyicisi olan instagram sosial şəbəkə hesabının paylaşımlarının istifadəçilər üçün açıq olan şərh bölməsində də yazaraq, qızını təhdid etmiş və onun şərəf ləyaqətini alçaldan formada təhqir etmiş, habelə bununla da onun işgüzar nüfuzunu alçatmışlar (qeyd edilənləri təsdiq edən mobil telefonun ekran görüntüləri fotoşəkildə əlavə edilir). Daha sonra qeyd edilməlidir ki, əvvəlki şikayət ərizələri üzrə Yasamal RPİ-nin 26-cı PB-sinin təhqiqatçısı tərəfindən araşdırma aparılan zaman yuxarıda qeyd edilən hərəkətləri törətmiş şəxsin şəxsiyyəti aşkarlanaraq, həmin şəxsin Behbudova Lalə və anası olması müəyyən edilmişdir. O cümlədən araşdırma zamanı həmin şəxs öz izahatlarında yuxarıda qeyd etdiyim bütün cinayət əməllərinin məhz özü və anası tərəfindən törədilmiş olmasını etiraf etmişdir. Göründüyü kimi təqdim etdikləri məlumatlar əsasında cinayətin törədilməsi faktı kifayət qədər dəlillərdə təsdiqini tapmaqla yanaşı, cinayət əməlini törətmiş şəxsin kimliyi də müəyyən edilmiş, sonuncunun barəsində cinayət təqibini istisna edən hallar isə olmamışdır. Sosial şəbəkələrdə yalan məlumat yaymaqla onları təhqir etmişdir, işgüzar nüfuzlarına ciddi zərər vurmuşdur. Yüzminlərlə kütləsi olan instagram səhifəsində böhtan, yalan məlumatlar yaymaqla cinayət əməli törətmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X6 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X5 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, L.Behbudova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X9 bildirmişdir ki, onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayət əsassızdır və heç bir hüquq qaydasına əsaslanmamışdır. Şikayət vermiş şəxslər X3 və X6 şikayət ərizəsində doğulduqları illəri, məşğuliyyətlərini və vəzifələrini göstərməmişlər. Həmçinin, şikayət vermiş şəxslər X3 və X2 şikayətlərində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin harada, nə vaxt və necə törədilməsi göstərilməmiş və əsaslandırılmamış, eləcə də şikayət ərizəsində şikayətin məhkəməyə müraciət edilmə tarixi yazılmamış, anket məlumatlarımı təsdiq edən hər hansı bir sənəd qoşma olaraq şikayət ərizəsinə əlavə edilməmişdir. Bundan başqa şikayət vermiş şəxslər X3 və X6 ərizələrində onun ata adını səhv qeyd etmişdirlər. Ata adı Mamay deyil, Mənafdır. Həmin səhv texniki səhv olaraq qiymətləndirilə bilməz. Eləcə də şikayət vermiş şəxslər X3 və X6 şikayət ərizəsində onun yaşadığı ünvanı dəqiq göstərməmişlər, yaşadığı mənzil şikayət ərizəsində səhv göstərilmişdir. Şikayət vermiş X6 şikayət ərizəsində qızına məxsus şəxsi profilinə privat.99 saxta profildən səs yazılarının və təhqirlərin yazılması göstərilmişdir. “İnstagram” sosial şəbəkəsində qeydiyyata düşmüş privat.99 profilinin kimə məxsus olması barədə aidiyyəti orqanlara sorğu verərək cavab almamışlar və şikayət ərizəsində də həmin xüsusat naməlum qalmışdır. Yəni ona aid olması sübut olunmamışdır. Beləliklə, onun barəsində verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər xüsusi ittihamçı X1 vəkili və nümayəndəsi Müdafiəçi məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı narahatlıq keçirməyi səbəbindən müayinə olunması ilə bağlı Türkiyə Respublikasına səfər etdiyini və buna görə də məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmişdir. Məhkəmə onun iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdirş Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir və aşağıdakılara əsasən şikayətin məzmununa aid Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Məlum olduğu kimi həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında şıkayətin məzmununun CPM-nin yuxarıda qeyd edilən tələblərinə uyğunluğu ilə bağlı məhkəmə bildirir ki, xüsusi ittiham barədə şikayət ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, həmin şikayət tərtib edilərkən CPM-nin 293.3.1, 293.3.2, 293.3.4, 293.3.5-ci və 293.3.6-cı maddələrinin tələblərinə tam riayət edilməmişdir. Belə ki, şikayət verilmiş şəxsin məşğuliyyət növü, vəzifəsi, eləcə də şikayətin verildiyi tarix (il, ay, gün) və yer, cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin atasının adı və rəsmi sənədlərə əsaslanan yaşayış yeri, cinayətin törədilmə hallarını hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Digər tərəfdən məhkəmə qeyd edir ki, şikayətdə şəxsin CM-nin 147, 148-ci və 148-1ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması xahiş edilsə də, nəzərə alınmalıdır ki, CM-nin 147-ci maddəsinin 2 tövsifedici əlaməti vardır, 147.1 və 147.2-ci maddələr. Şikayətçi şikayətində məhz CM-nin 147.1 və ya 147.2-ci maddələrindən hansı ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını dəqiq göstərməmişdir. Halbuki, CPM-nin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) şikayətdə göstərilməlidir. Məhkəmə qeyd edir ki, elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, X5 daimi qeydiyyat ünvanı Ağdam rayonu Qaradağlı kəndidir. Lakin xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmiş şəxslər həmin şəxsin Bakı şəhəri Yasamal rayonu ərazisində yaşaması ilə bağlı rəsmi sənəd məhkəməyə təqdim etməmişdirlər. Bundan başqa məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk növbədə, şikayətçilər X3 və X6 tərəfindən məhkəməyə verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iki birgə şikayət vermiş şəxsə qarşı ayrı-ayrılıqda konkret olaraq hansı cinayət əməllərinin törədilməsi dəqiq qeyd edilməmişdir. Şikayətdə şəxsin CM-nin 147, 148-ci və ya 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilməsinə baxmayaraq, Lalə Behbudovanın törətmiş olduğu istinad edilən hansı əməllərinin CM-nin 147, 148-ci və ya 148-1-ci maddələrinin tərkibinin yaratdığı və onların hər birinə qarşı məhs hansı əməlin törədildiyi konkretləşdirilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsində qeyd edilmiş hər bir maddə üzrə dəqiq olaraq X4 qarşı hansı əməlin törədilməsi əsaslandırılmamışdır, ərizədə istinad olunan cinayətlərin törədilməsinə dair (ayrı-ayrılıqda) dəlillərini təsdiq edən sübutlar əlavə olunmamışdır, şikayətçilər sadəcə ümumi xarakterli ifadələrdən istifadə etmişdirlər. Həmçinin, xüsusi ittiham qaydasında şikayətçilər tərəfindən digər bir qüsura da yol verilmişdir. Qanunun tələbinə əsasən barəsində şikayət verilmiş şəxsin ad, soyad və ata adı düzgün göstərilməli olduğu halda, şikayət vermiş şəxslər tərəfindən məhkəməyə ünvanlanmış ərizədə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin adı səhv olaraq X10 olaraq göstərilmişdir. Yalnız araşdırma nəticəsində məhkəmə tərəfindən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin X9 olması müəyyən edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs barəsində şikayət verdiyi şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsində daha bir xətaya yol vermişdir. Belə ki, şikayət vermiş şəxslər tərəfindən X5 barəsində hansı cəza növünün tətbiq edilməli olduğu qeyd edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər qanunvericliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. Digər tərəfdən xüsusi ittiham qaydasında şıkayətin məzmununun CPM-nin tələblərinə uyğunluğu ilə bağlı məhkəmə qeyd edir ki, həmin şikayət tərtib edilərkən CPM-nin 293.3.1ci və 293.3.6-cı maddələrinin tələblərinə tam riayət edilməmişdir. Belə ki, şikayət verilmiş şəxsin məşğuliyyət növü, vəzifəsi, eləcə də şikayətin verildiyi yer, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş tam göstərilməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 göstərilmiş 05 (beş) iş saatı həcmində hüquqi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 və X2 X9 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Nümayəndə vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 30 (otuz) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar