Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-453/2024 03.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Seyidovun sədrliyi, Pərvin Asif oğlu Ələsgərovun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov 184 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, X24 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş 1 (bir) ədəd bükümdə satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,726 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” adlanan yerdə qanunsuz olaraq əldə edib özündə saxlayaraq ünvan 3 ünvanına daşımış, 08 iyul 2023-cü il tarixdə saat 09:20-də Yasamal RPİ-nin 29-cu Poliş Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Yasamal rayonu, Xaqan Dadaşov 184 ünvanında saxlanılaraq ünvan 6 yerləşən Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən üzəri dəri materialdan hazırlanmış eynək qabının içərisində 1 (bir) ədəd gümüşü rəngli siqaret sellofanına bükülmüş bükümdə təmiz çəkisi 0,701 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin və bir ədəd 1 ml-lik şpris, içərisində 0.5 ml. həcmdə qəhvəyi rəngli maye olan kustar üsulla hazırlanış heroin məhlulu və həmin məhlulda təmiz çəkisi 0,025 qram olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, X24 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş 1 (bir) ədəd bükümdə satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımış, həmin tarixdə saat 13:30-da Yasamal RPİ-nin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat - axtarış tədbirləri nəticəsində yaşadığı Yasamal rayonu, Xaqan Dadaşov 184 ünvanında saxlanılaraq ünvan 8amal RPİ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi-axtarış və götürmə keçirilərkən əynindəki olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,352 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, X24 04 aprel 2024-cü il tarixdə səhər saatlarında şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış 1 (bir) ədəd bükümdə satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0,485 qram narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonu “Kubinka” adlanan ərazidə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq ünvan 10 ünvanına daşımış, həmin tarixdə saat 16:20-də Yasamal RPİ-nin X5 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 10 ünvanında saxlanılaraq ünvan 8amal RPİ-nin inzibati binasına gətirilərək, üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,485 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, bir neçə ildir narkotik vasitə “heroin”i qəbul etmişdir. Hər dəfə narkotik vasitəni ayrı-ayrı şəxslərdən alıb qəbul etdiyini demişdir. Kəllə-beyin travması ilə əlaqədar Maştağa qəsəbəsində ruhi-əsəb xəstəxanasında 2010cu ildə müalicə aldığını, travması ilə bağlı 3-cü qrup əlil olduğunu, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşadığını, mütəmadi olaraq narkotik vasitələrdən şəxsi istehlakı üçün istifadə etdiyini, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, özünün vərəm xəstəliyi ilə bağlı Vərəm Dispanserində qeydiyyatda olduğunu bildirmişdir. 04 aprel 2024cü il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan yerə gedərək orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ona narkotik vasitə tapmasını xahiş etdiyini bildirmişdir. Həmin şəxs ona 20 manat qarşılığında narkotik vasitə olan “heroin” satmış və o, aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmin tarixdə saat 16:20 radələrində Yasamal rayonu H.Cavid prospekti 87 ünvanının qarşısında tanışları İntiqam, Hikmət və Elvin ilə birlikdə dayanan zaman özlərini polis əməkdaşı kimi təqdim edən iki nəfər polis əməkdaşı onlara yaxınlaşarq özlərini təqdim etdiklərini və X7 özünü təqdim edilməsini bildirildikdə, o, özünü təqdim etdiyini bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı barəsində məlumat olduğunu, haqqında əməliyyat işinin olmasını, İntiqama hüquq və vəzifələri izah edildikdən sonra, onların şəxsiyəti ilə maraqlandıqlarını və narkotik vasitə qəbul edilməsindən şübhələnərək İntiqamı və onları birlikdə Yasamal RPİ-nə dəvət etdiklərini bildirmişdir. Onlar da həmin polis əməkdaşlarının təklifi ilə Yasamal RPİ-nə getdiklərini bildirmişdir. İdarənin xidməti otaqlarının birində tədqiqatçı tərəfindən ona hüquq və vəzifələrinin izah edildiyini və şübhəli şəxs qismində tutulmağı barədə qərar tərtib olunduğunu demişdir. Hüquqlarının müdafiəsi ilə bağlı onun xahişi ilə dövlət hesabına müdafiəçi təyin edildiyini və təqdim edilmiş vəkil X2 iştirakı ilə üzərinə video çəkilişlə şəxsi-axtarış keçirilməsinə dair qərarla tanış olduğunu demişdir. O, üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi-axtarışın keçirilməsi başlanıldığını bildirmişdir. Şəxsi-axtarış keçirilməzdən öncə təhdqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya varsa onları könüllü surətdə təqdim edilməsi təklif edildiyini bildirmişdir. O, da əynində olan göy rəngli şalvarın sağ yan cibində öz istifadəsi üçün içərisində narkotik vasitə heroin kimi tanıdığı maddə olan bükülünü təqdim etdiyini bildirmişdir. Polis əməkdaşları təqdim edilmiş bükümün açıldığını və içərisində heroin kimi tanıdığı narkotik vasitəni, içərisində mobil nömrə olmayan bir ədəd təzəcə aldığı “Huawei” markalı mobil telefon, sağ yan cibindən bir ədəd alışqan və 40 manat pul aşkar olunduğunu bildirmişdir. Sorğu zamanı aşkar edilmiş maddə heroin kimi tanıdığı kokos olduğunu və ona məxsus olduğunu və həmçinin digər əşyalar və pulun da özünə məxsus olduğunu demişdir. Qeyd olunanlardan savayı onda başqa heç nə aşkarlanmadığını bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək, iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərf möhürlə möhürləndiyini, bu baradə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və digər şəxslər tərəfindən imzalanaraq ona həmin maddənin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyini bildirildiyini demişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını bildirmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini 04 aprel 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. O, həmin narkotik vasitəni özü qəbul etməsi məqsədi ilə üzərində saxladığını demişdir. O, narkotik vasitəni satan şəxsi yalnız üzdən tanıdığını və anket məlumatları barədə heç nə deyə bilməyəcəyini, təxminən 30-35 yaşları olduğunu, qarayanız, arıq bədən quruluşlu, üzü saqqallı olduğunu, adını və digər məlumatlarını bilmədiyini bildirmişdir. Ona özü üçün qəbul etməkdən ötrü heroin lazım olduqda, o, həmin yerə getdiyini onunla yaxud digər tanımadığı şəxslə orada görüşdüyünü, nağd şəkildə pulunu verdiyini, bir büküm heroin aldığını bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən X9, X25 və Elvin adlı şəxsin həmin vaxtı üzərində narkotik vasitə olmasından məlumatı olmadığını bildirmişdir. Eləcə də onun onların üzərində narkotik vasitə və yaxud psixotrop maddə olub-olmamasından xəbəri olmadığını demişdir. O, təzəcə görüşdüyünü, onlara bu zaman polis əməkdaşları yaxınlaşdığını bildirmişdir. Onların narkotik vasitələr qəbul etdiyini bildiyini demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindən başqa haradasa hər hansı bir növ narkotik vasitə saxlamadığını demişdir. Ona narkotik lazım olanda bir büküm aldığını və üzərində saxladığını demişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını demişdir. 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında narkotik vasitə əldə etmək məqsədilə Bakı şəhəri, “Kubinka” adlanan yerə getdiyini, orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən ona narkotik vasitə tapmasını xahiş etdiyini bildirmişdir. Həmin şəxsin ona 10 manat qarşılığında narkotik vasitə olan “heroin” satdığını bildirmişdir. Aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxladığını demişdir. 13 yanvar 2024-cü il saat 13:30-də yaşadığı Yasamal rayonu, X.Dadaşov 184 ünvanının qarşısında iki nəfər polis əməkdaşının ona yaxınlaşdığını, özlərini təqdim etdiklərini və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirdiyini, hüquq və vəzifələrini izah etdikdən sonra onu Yasamal RPİ-nə dəvət etdiklərini bildirmişdir. İdarənin xidməti otaqlarının birində təhdqiqatçı tərəfindən onun xahişi ilə hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi ilə təmin olunduğunu, şübhəli şəxs qismində tutulduğunu bildirmişdir. Ona təqdim edilmiş vəkil X4 iştirakı ilə üzərinə şəxsi-axtarış və götürmə keçirilməsinə dair qərarla tanış edildiyini və heç bir etirazının olmadığını, şəxsi-axtarışın keçirilməsinə başlanıldığını bildirmişdir. Şəxsi axtarış başlanılmazdan əvvəl ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya varsa onları könüllü olaraq təqdim edilməsinin təklif olunduğu bildirilmişdir. O da əynində olan tünd boz rəngli idman şalvarın sağ yan cibində öz istifadəsi üçün 1 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin kimi tanıdığı maddəni təqdim etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim edilmiş bükümü açdıqlarını və içərisində heroin kimi tanıdığı narkotik vasitəni aşkar etdiklərini bildirmişdir. Sorğu zamanı aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitə heroin olduğunu və ona məxsus olduğunu demişdir. Ondan aşkar edilmiş narkotik maddəni təhdqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərfin möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və digər şəxslər tərəfindən imzalandığını və ona tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyini bildirmişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını demişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə üzdən tanıdığı, 04 aprel 2024-cü il tarixdə adını bilmədiyi şəxsdən almış olduğu narkotiki şəxsi istifadəsi üçün 10 manata aldığını demişdir. O, həmin narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində gəzdirdiyini, lazım olanda istifadə edəcəyini bildirmişdir. 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində narkotik vasitə əldə etmək məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan yerə gedərək orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özünə narkotik vasitə tapmasını xahiş etdiyini bildirmişdir. Həmin şəxsin ona 20 manat qarşılığında narkotik vasitə olan “heroin” satdığını bildirmişdir. Aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxladığını demişdir. 08 iyul 2023-cü il saat 09:20-də yaşadığı Yasamal rayonu, X.Dadaşov 184 ünvanınında olarkən narkotik vasitəni hazırlayıb istifadə etmək istəyərkən dörd nəfər polis əməkdaşı anidən mənzilə daxil olaraq əvvəlcə mənzilə baxış keçirilməsi üçün Yasamal rayon məhkəməsinin 19 iyun 2023-cü il tarixli qərarı ona təqdim etdiklərini demişdir. Şübhəli şəxs qismində tutulmağına dair qərarla tanış edildiyini bildirmişdir. Təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra onun xahişi ilə hüquqlarının müdafiəsi ilə bağlı dövlət hesabına müdafiəçi ilə təmin olunduğunu və ona narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə onlarda əməliyyat işinin olmasını bildirildiyini demişdir. Vəkilinin və onun iştirakı ilə evə baxış keçirildiyini, polis əməkdaşları evə baxış keçirsələr də qanunsuz saxlanılan hər hansı bir əşya aşkar edilmədiyini və bu barədə protokol tərtib olunduğunu, protokolun oxunulduqdan sonra onun doğruluğu iştirakçılar və onun tərəfindən imzalandığını, sonra onu 29-cu PŞ-nə dəvət etdiklərini bildirmişdir. Daha sonra həmin polis əməkdaşlarının təklifi ilə vəkili ilə birlikdə 29-cu PŞ-nə gəldiklərini, şöbənin xidməti otaqlarının birində tədqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra vəkil X3 iştirakı ilə üzərinə şəxsi-axtarış keçirilməsinə dair qərarla və şübhəli şəxs qismində tutulmağı ilə bağlı protokolla tanış edildiyini bildirmişdir. O, üzərinə video çəkilişlə şəxsi axtarışın keçirilməsinə etiraz etmədiyini və bundan sonra şəxsi-axtarışın keçirilməsinə başlanıldığını bildirmişdir. Tədqiqatçı tərəfindən ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya varsa onların könüllü surətdə təqdim edilməsinin təklif olunduğunu bildirmişdir. O da əynində olan boz rəngli idman şalvarın sağ yan cibində öz istifadəsi üçün üzəri dəri materialdan hazırlanmış eynək qabının içərisində saxladığı 1 (bir) ədəd gümüşü rəngli siqaret sellofanına bükülmüş narkotik vasitə heroin kimi tanıdığı maddəni və iki ədəd 1ml., birinin içərisində maye olan, digəri isə boş olan şprisi təqdim etdiyini demişdir. Polis əməkdaşları tərəfindən təqdim edilmiş bükümün açıldığını və içərisində heroin kimi tanıdığı narkotik vasitənin aşkar edildiyini bildirmişdir. Sorğu zamanı aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitə olduğunu və özünə məxsus olduğunu bildirmişdir. Ondan aşkar edilmiş narkotik maddə və iki ədəd şpris polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərfin möhürlə möhürlənərək bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və digər iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi ona bildirildiyini demişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını demişdir. Narkotik vasitə-heroini 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını, şprisləri isə aptekdən aldığını demişdir. Həmin gün tutulmazdan əvvəl evdə o, heroinin bir hissəsini məhlulda hazırladığını, ineksiya yolu ilə bədəninə qəbul etməyə hazırlaşdığını bildirmişdir. Polis əməkdaşları evə qəfil girdikdə o, tez həmin narkotik bükümünü eynək qabının içərisinə yerləşdirdiyini şprislərlə birlikdə cibinə qoyduğunu demişdir. Ona narkotik vasitə satmış şəxsin əlaqə telefonu və digər anket məlumatlar barədə heç bir məlumatı olmadığını, həmin şəxsin cavan yaşlarında, orta boylu, qarayanız bir şəxs olduğunu, başqa heç bir məlumatı olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindən və şprislərdən savayı başqa heç nə olmadığını bildirmişdir. O, heç vaxt narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmadığını demişdir. O, narkotik vasitə aludəçisi olduğunu və mütəmadi olaraq narkotik vasitəni ineksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş mobil nömrəsi olmayan işlənmiş köhnə “Huawei” markalı mobil telefonu isə o, 04 aprel 2024-cü il tarixdə 100 manata tanımadığı bir şəxsdən “20 yanvar” dairəsində aldığını, səhəri günü ona mobil nömrə alıb istifadə edəcəyini, bundan əvvəl isə mobil telefonu olmadığını və mobil telefondan istifadə etmədiyini, bu səbəbdən də mobil telefonun üzərində mobil nömrə olmadığını bildirmişdir. Yuxarıda qeyd olunan tarixlərdə polis əməkdaşları tərəfindən saxlanılarkən, polisə götürülərkən, üzərinə şəxsi-axtarış keçirilərkən ona qarşı heç bir təzyiq və zor göstərilmədiyini bildirmişdir. Xəstəliyi, azyaşlı övladının olmasını nəzərə alaraq ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin X6 əməliyyat müvəkili vəzifəsində xidmət etmişdir. 2024-cü il 13 yanvar tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi ev 184-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olduğu barədə Yasamal RPİ-nin NMB-nə mötəbər və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğunu bilirmişdir. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı RPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyi bildirilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin və onun, NMB-nin əməliyyat müvəkkili Şahid1, NMB-nin kiçik əməliyyat müvəkkili X15 ibarət əməliyyat qrupu yaradıldığı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmasında şübhəli olması ilə bağlı 13 yanvar 2024-cü il tarixdə saat 13:00 radələrində 13:30-dək olan müddət ərzində keçirilmiş tədbir zamanı ünvan 14 ünvanına kimi olan ərazidə Təqsirləndirilən şəxs saxlanıldığı, ona özlərini təqdim etdiklərini, ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması haqqında əməliyyat işinin olması bildirilmişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nə dəvət edildiyi bildirilmişdir. O, təklifi qəbul etdikdən sonra birlikdə Yasamal RPİ-nin NMB-nə gəldiklərini, həmin şəxsin şəxsiyyəti tam müəyyən edildikdən sonra bu barədə rəhbərliyə məruzə edildiyini bildirmişdir. Daha sonra həmin şəxslə bağlı müvafiq araşdırma aparılmasından ötrü araşdırma təhqiqatçıya həvalə edildiyini demişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edildiyini, ona hüquq və vəzifələri izah olunduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçiriləcəyi bildirildiyini, o və vəkili ilə birlikdə qərarla tanış olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzrərinə şəxsi-axtarışın keçirilməsinə etiraz etmədiyini sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi-axtarışa başlanıldığını bildirmişdir. Şəxsi-axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsi təklif olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarın sağ yan cibində içərisində narkotik vasitə heroin kimi bildirdiyi maddə olan bükülünü təqdim etdiyini, təhqiqatçı tərəfindən təqdim edilmiş bükümün açıldığını və içərisində qəhvəyi rəngli maddə kütləsi aşkar olunduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin heroin kimi tanıdığı kokos olduğunu və ona məxsus olmasını bildirmişdir. Qeyd olunandan savayı ondan başqa heç nə aşkarlanmadığını demişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərf möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və digər şəxslər tərəfindən imzalanaraq ona həmin maddənin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyini bildirildiyini demişdir. Keçirilən bütün prosesslər video çəkilişlə qeydə alındığını, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirdiyini demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təziq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin X6 əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 2024-cü il 13 yanvar tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi ev 184də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olduğu barədə Yasamal RPİ-nin NMB-nə mötəbər və qərəsiz mənbədən əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı RPİ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyi bildirilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin və onun, NMB-nin baş əməliyyat müvəkkili X18, NMBnin kiçik əməliyyat müvəkkili X15 ibarət əməliyyat qrupu yaradıldığı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olmasında şübhəli olması ilə bağlı 13 yanvar 2024-cü il tarixdə saat 13:00 radələrində 13:30-dək olan müddət ərzində keçirilmiş tədbir zamanı ünvan 14 ünvanına kimi olan ərazidə Təqsirləndirilən şəxs saxlanıldığı, ona özlərini təqdim etdiklərini, ona hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğul olması haqqında əməliyyat işinin olması bildirilmişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nə dəvət edildiyi bildirilmişdir. O, təklifi qəbul etdikdən sonra birlikdə Yasamal RPİ-nin NMB-nə gəldiklərini, həmin şəxsin şəxsiyyəti tam müəyyən edildikdən sonra bu barədə rəhbərliyə məruzə edildiyini bildirmişdir. Daha sonra həmin şəxslə bağlı müvafiq araşdırma aparılmasından ötrü araşdırmanın təhqiqatçıya həvalə edildiyini demişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldıqdan sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edildiyini, ona hüquq və vəzifələrinin izah olunduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçiriləcəyi bildirildiyini, o və vəkili ilə birlikdə qərarla tanış olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzrərinə şəxsi-axtarışın keçirilməsinə etiraz etmədiyini, sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi-axtarışa başlanıldığını bildirmişdir. Şəxsi-axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsinin təklif olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli idman şalvarın sağ yan cibində içərisində narkotik vasitə heroin kimi bildirdiyi maddə olan bükülünü təqdim etdiyini, təhqiqatçı tərəfindən təqdim edilmiş bükümün açıldığını və içərisində qəhvəyi rəngli maddə kütləsi aşkar olunduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin heroin kimi tanıdığı kokos olduğunu və ona məxsus olmasını bildirmişdir. Qeyd olunandan savayı ondan başqa heç nə aşkarlanmadığını demişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərfin möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərfin onun və digər şəxslər tərəfindən imzalanaraq ona həmin maddənin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyini bildirildiyini demişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini 13 yanvar 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən “Kubinka" adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirdiyini demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyini bildirmişdir. Bundan sonra İntiqam Abdullazadənin narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və dövriyyəsi ilə məşğul olmasında şübhəli olması ilə bağlı 04 aprel 2024-cü il tarixdə saat 15-50 radələrində saat 16-20-dək olan müddət ərzində keçirilmiş tədbir zamanı ünvan 15 ünvanına kimi olan ərazidə İntiqam Abdullazadə və onunla birlikdə olan sonradan şəxsiyyətləri müəyyənləşdirilmiş X11, Təqsirləndirilən şəxs və X1, onlara özlərini təqdim etdiklərini, onlara hüquq və vəzifələri izah edildikdən sonra İntiqam Əliyevə onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında əməliyyat işinin olması bildirildiyini demişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu və onunla olan şəxsləri Yasamal RPİ-nə dəvət edildiyini, həmin şəxslər təklifi qəbul etdikdən sonra onlarla birlikdə Yasamal RPİ-nin NMB-nə gəldiklərini bildirmişdir. Həmin şəxslərin şəxsiyyəti tam müəyyən edildikdən sonra bu barədə rəhbərliyə məruzə edildiyini, daha sonra həmin şəxslərlə bağlı da müvafiq araşdırma aparılmasından ötrü araşdırmanın təhqiqatçıya həvalə edildiyini demişdir. İntiqamın və onunla olan digər şəxslərin narkotik vasitə qəbul etməsində müəyyən şübhələr yarandığından onların barəsində ayrı-ayrılıqda araşdırılmanın başlanıldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığını və sonra onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin edildiyini, ona hüquq və vəzifələrinin izah olunduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildiyi, onun və vəkilin qərarla tanış olunduğunu bildirmişdir. O, buna etiraz etmədikdən sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarışa başlanıldığını, şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsinin təklif olunduğunu demişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində içərisində narkotik vasitə heroin kimi tanıdığı maddə olan bükülünü təqdim etdiyini, təhqiqatçı tərəfindən təqdim edilmiş bükümün açıldığını və içərisində qəhvəyi rəngli maddə kütləsi, içərisində mobil nömrə olmayan bir ədəd “Huawei” markalı mobil telefon, sağ yan cibindən isə bir ədəd alışqan və 40 manat pul aşkar edildiyini demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin heroin kimi tanıdığı ”kokos“ olduğunu və ona məxsus olmasını bildirdiyini demişdir. Digər əşyalar və pul onun özünə qaytarıldığını, qeyd olunanlardan savayı ondan başqa heç nə aşkarlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərfin möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərfin iştirakçılar tərəfindən imzalanaraq ona tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildiyini demişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini 04 aprel 2024-cü il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün aldığını bildirdiyini demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 2023-cü il 08 iyul tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi ev 184-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə mötəbər və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyini bildirmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin və onun, CA üzrə baş əməliyyat müvəkkili Şahid3, CA üzrə əməliyyat müvəkkili Şahid6, CA kiçik inspektoru Şahid4 ibarət əməliyyat qrupu yaradıldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi məqsədi ilə Yasamal rayon məhkəməsinin qərarı əsasında 08 iyul 2023-cü il tarixdə onun yaşadığı ünvana gəldiklərini, mənzilə daxil olaraq özlərini təqdim etməklə yanaşı məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs tanış etdiklərini, təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutularaq, onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin olunduğunu, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması haqqında əməliyyat işinin olması barədə məlumat verildiyini demişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etmədiyini və baxış zamanı evdə hər hansı bir qanunsuz saxlanılan əşya aşkar olunmadığını, bu barədə təhqiqatçı tərəfindən müvafiq qaydada protokol tərtib edildiyini, protokolun oxunulduğunu və iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından, yəni evdə ailə üzvlərinin və kənar şəxslərin daxil olması ilə bağlı o, müdafiəçisi ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-ə dəvət edildiyini, o, təklifi qəbul etdikdən sonra birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəldiklərini, bu barədə PŞ-nin rəhbərliyinə məruzə olunduğunu, daha sonra həmin şəxslə bağlı müvafiq araşdırma aparılması başlanıldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçiriləcəyi bildirildiyini, o və vəkili ilə birlikdə qərarla tanış olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsiaxtarışın keçirilməsinə etiraz etmədiyini, sonra müdafiəçinin və onların iştirakı ilə şəxsiaxtarışa başlanıldığını demişdir. Şəxsi-axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsi təklif olunduğunu demişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarın sağ yan cibində üzəri dəri materialdan hazırlanmış eynək qabının içərisində saxladığı narkotik vasitə heroin kimi bildirdiyi maddə olan bükülünü və və iki ədəd 1ml birinin içərisində maye olan, digəri isə boş olan şprisi təqdim etdiyini demişdir, təhqiqatçı tərəfindən təqdim edilmiş bükümün açıldığını və içərisində qəhvəyi rəngli maddə kütləsi aşkar olunduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin heroin kimi tanıdığı kokos olduğunu və ona məxsus olmasını demişdir. Qeyd olunandan savayı ondan başqa heç nə aşkarlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə və iki ədəd şpris təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərfin möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və digər şəxslər tərəfindən imzalanaraq ona həmin maddənin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildiyini demişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi- axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış Bölməsində baş əməliyyat müvəkili vəzifəsində xidmət etmişdir. 2023-cü il 8 iyul tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi ev 184-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə mötəbər və qərəsiz mənbədən əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyini bildirmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin və onun, CA üzrə baş əməliyyat müvəkkili Şahid5, CA üzrə əməliyyat müvəkkili Şahid6, CA kiçik inspektoru Şahid4 ibarət əməliyyat qrupu yaradıldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi məqsədi ilə Yasamal rayon məhkəməsinin qərarı əsasında 08 iyul 2023-cü il tarixdə onun yaşadığı ünvana gəldiklərini, mənzilə daxil olaraq özlərini təqdim etməklə yanaşı məhkmənin qərarı ilə Təqsirləndirilən şəxs tanış etdiklərini, təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutularaq, onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin olunduğunu, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması haqqında əməliyyat işinin olması barədə məlumat verildiyini demişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etmədiyini və baxış zamanı evdə hər hansı bir qanunsuz saxlanılan əşya aşkar olunmadığını, bu barədə təhqiqatçı tərəfindən müvafiq qaydada protokol tərtib edildiyini, protokolun oxunulduğunu və iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nin 29cu PŞ-ə dəvət edildiyi bildirilmişdir. O, təklifi qəbul etdikdən sonra birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəldiklərini, bu barədə rəhbərliyə məruzə edildiyini bildirmişdir. Daha sonra həmin şəxslə bağlı da müvafiq araşdırma aparılmasından ötrü araşdırmanın təhqiqatçıya həvalə edildiyini bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçiriləcəyi bildirildiyini, o və vəkili ilə birlikdə qərarla tanış olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi-axtarışın keçirilməsinə etiraz etmədiyini, sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi-axtarışa başlanıldığını demişdir. Şəxsi-axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsi təklif olunduğunu demişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarın sağ yan cibində üzəri dəri materialdan hazırlanmış eynək qabının içərisində saxladığı narkotik vasitə heroin kimi bildirdiyi maddə olan bükülünü və iki ədəd 1ml birinin içərisində maye olan, digəri isə boş olan şprisi təqdim etdiyini demişdir, təhqiqatçı tərəfindən təqdim edilmiş bükümün açıldığını və içərisində qəhvəyi rəngli maddə kütləsi aşkar olunduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin heroin kimi tanıdığı kokos olduğunu və ona məxsus olmasını demişdir. Qeyd olunandan savayı ondan başqa heç nə aşkarlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə və iki ədəd şpris təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərfin möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərfin onun və digər şəxslər tərəfindən imzalanaraq ona həmin maddənin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildiyini demişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi- axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkili vəzifəsində xidmət etmişdir. 2023-cü il 08 iyul tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi ev 184-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə mötəbər və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyini bildirmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin və onun, CA üzrə baş əməliyyat müvəkkili Şahid5, CA üzrə baş əməliyyat müvəkkili Şahid3, CA kiçik inspektoru Şahid4 ibarət əməliyyat qrupu yaradıldığı bildirilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi məqsədi ilə Yasamal rayon məhkəməsinin qərarı əsasında 08 iyul 2023-cü il tarixdə onun yaşadığı ünvana gəldiklərini, mənzilə daxil olaraq özlərini təqdim etməklə yanaşı məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs tanış etdiklərini, təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutularaq, onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin olunduğunu, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında əməliyyat işinin olması barədə məlumat verildiyini demişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etmədiyini və baxış zamanı evdə hər hansı bir qanunsuz saxlanılan əşya aşkar olunmadığını, bu barədə təhqiqatçı tərəfindən müvafiq qaydada protokol tərtib edildiyini, protokolun oxunulduğunu və iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nin 29cu PŞ-ə dəvət edildiyi bildirilmişdir. O, təklifi qəbul etdikdən sonra birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəldiklərini, bu barədə rəhbərliyə məruzə edildiyini bildirmişdir. Daha sonra həmin şəxslə bağlı da müvafiq araşdırma aparılmasından ötrü araşdırmanın təhqiqatçıya həvalə edildiyi bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçiriləcəyi bildirildiyini, o və vəkili ilə birlikdə qərarla tanış olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs video çəkilişlə üzərinə şəxsi-axtarışın keçirilməsinə etiraz etmədiyini, sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi-axtarışa başlanıldığını demişdir. Şəxsi-axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsi təklif olunduğunu demişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarın sağ yan cibində üzəri dəri materialdan hazırlanmış eynək qabının içərisində saxladığı narkotik vasitə heroin kimi bildirdiyi maddə olan bükülünü və iki ədəd 1ml birinin içərisində maye olan, digəri isə boş olan şprisi təqdim etdiyini demişdir, təhqiqatçı tərəfindən təqdim edilmiş bükümün açıldığını və içərisində qəhvəyi rəngli maddə kütləsi aşkar olunduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin heroin kimi tanıdığı kokos olduğunu və ona məxsus olmasını demişdir. Qeyd olunandan savayı ondan başqa heç nə aşkarlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə və iki ədəd şpris təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərfin möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərfin onun və digər şəxslər tərəfindən imzalanaraq ona həmin maddənin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildiyini demişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka“ adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi-axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyni bildirmişdir. Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 29-cu PŞ-nin Cinayət Axtarış Bölməsində kiçik inspektor vəzifəsində xidmət etmişdir. 2023-cü il 08 iyul tarixdə Bakı şəhəri, Yasamal rayonu, Xaqan Dadaşov küçəsi ev 184-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə mötəbər və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Bu məlumatın yoxlanılması məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, həmin şəxsin yaxalanmasından ötrü və digər zəruri halların dərhal yoxlanılmasını həyata keçirməkdən ötrü əməliyyat tədbirinin icrasına dair qərar qəbul edilməsi ilə bağlı RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edildiyini bildirmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan adi təhqiqat üsulları vasitəsi ilə zəruri məlumatların alınması və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin və onun, CA üzrə baş əməliyyat müvəkkili Şahid5, CA üzrə baş əməliyyat müvəkkili Şahid3, CA üzrə əməliyyat müvəkkili Şahid6 ibarət əməliyyat qrupu yaradıldığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi məqsədi ilə Yasamal rayon məhkəməsinin qərarı əsasında 08 iyul 2023-cü il tarixdə onun yaşadığı ünvana gəldiklərini, mənzilə daxil olaraq özlərini təqdim etməklə yanaşı məhkəmənin qərarı ilə Təqsirləndirilən şəxs tanış etdiklərini, təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində tutularaq, onun hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin olunduğunu, müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması haqqında əməliyyat işinin olması barədə məlumat verildiyini demişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etiraz etmədiyini və baxış zamanı evdə hər hansı bir qanunsuz saxlanılan əşya aşkar olunmadığını, bu barədə təhqiqatçı tərəfindən müvafiq qaydada protokol tərtib edildiyini, protokolun oxunulduğunu və iştirakçılar tərəfindən imzalandığını bildirmişdir. Daha sonra həmin yerdə onun üzərinə şəxsi-axtarış keçirilməsi üçün şərait olmadığından onu Yasamal RPİ-nin 29cu PŞ-ə dəvət edildiyi bildirilmişdir. O, təklifi qəbul etdikdən sonra birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gəldiklərini, bu barədə rəhbərliyə məruzə edildiyini bildirmişdir. Daha sonra həmin şəxslə bağlı da müvafiq araşdırma aparılmasından ötrü araşdırmanın təhqiqatçıya həvalə edildiyini bildirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçiriləcəyi bildirildiyini, o və vəkili ilə birlikdə qərarla tanış olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi-axtarışın keçirilməsinə etiraz etmədiyini, sonra müdafiəçinin və onların iştirakı ilə şəxsi-axtarışa başlanıldığını demişdir. Şəxsi-axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir əşya varsa onu könüllü olaraq təqdim edilməsi təklif olunduğunu demişdir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarın sağ yan cibində üzəri dəri materialdan hazırlanmış eynək qabının içərisində saxladığı narkotik vasitə heroin kimi bildirdiyi maddə olan bükülünü və iki ədəd 1ml birinin içərisində maye olan, digəri isə boş olan şprisi təqdim etdiyini demişdir, təhqiqatçı tərəfindən təqdim edilmiş bükümün açıldığını və içərisində qəhvəyi rəngli maddə kütləsi aşkar olunduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş maddənin heroin kimi tanıdığı kokos olduğunu və ona məxsus olmasını demişdir. Qeyd olunandan savayı ondan başqa heç nə aşkarlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddə və iki ədəd şpris təhqiqatçı tərəfindən götürülərək iştirakçıların iştirakı ilə boş zərfə qoyularaq qablaşdırıldığını, qablaşdırılmış zərf möhürlə möhürləndiyini, bu barədə protokol tərtib edildiyini, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və digər şəxslər tərəfindən imzalanaraq ona həmin maddənin tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirildiyini demişdir. Keçirilən bütün proseslərin video çəkilişlə qeydə alındığını, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan narkotik vasitə heroini 07 iyul 2023-cü il tarixdə saat 19 radələrində Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka" adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manata aldığını demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi- axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən dəri materialdan hazırlanmış eynək qabının içərisindən gümüşü siqaret sellofanına bükülmüş bükülünü və 2 ədəd 1-nin içərisində maye olan şprisi təqdim etmiş, həmin bükülü açıldıqda içərisindən boz qəhvəyi rəngli, kristal-toz şəkilli, spesifik iyə malik olan narkotik maddə heroinə (kokosa) bənzər maddələr aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli sellofan içliyinə torbasına bükülmüş bükülünün içərisində olan maddə narkotik vasitə olan heroin olduğunu, bu narkotik maddəni xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. 08 iyul 2023-cü il tarixdə saat 09:20-də ünvan 17 ünvanında mənzilin içərisində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin sellofanına bükülmüş, içərisində narkotik vasitə olan heroinə bənzər maddə olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (cild 1, i.v.197-198). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2023-cü il tarixli, 3-16- 16/2-6/3686 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №169” dairəvi möhür əksi, ”(imza) İbrahimov ”” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,701 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsülla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd 1 ml-lik şprisin içərisindəki 0,5 ml həcmində qəhvəyi rəngli maye kustar üsulla hazırlanmış heroin məhluludur və həmin məhlulda heroinin təmiz çəkisi 0,025 qramdır. Heroinin ümumi təmiz çəkisi 0,726 qramdır (cild 1, i.v. 205-209). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 11 dekabr 2023-cü il tarixli, 8106 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( cild 1, i.v.247-248). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 5(004)-600/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 18 ünvana daxil olunması və baxış keçirilməsinə icazə verilmişdir (cild 1, i.v.169). “Mənzilə baxışın aparılması haqqında” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 184 ünvanına baxış keçirilmiş, baxış zamanı mənzildə Təqsirləndirilən şəxs yaşadığı evin 1 otaqdan ibarət olmaqla köhnə tikili olması, mənzilin içərisinə daxil olduqda sol tərəfdə qəhvəyi rəngli şkaf yerləşdirilmiş, şkafdan sağda isə Təqsirləndirilən şəxs yatdığı yataq dəsti, evin orta hissəsində isə 1 ədəd dairəvi stol və kreslo qoyulduğu, əməkdaşlar və Təqsirləndirilən şəxs iştirakı ilə evdə yerləşən əşyalara tərəflərindən baxış keçirilsə də evdə qanunla qadağan edilmişhər hansı əşya və ya predmet, habelə narkotik vasitə və sair əşya aşkar edilməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs üzərinə evdə şərait olmadığından, yəni evdə ailə üzvülərinin və kənar şəxslərin giriş-çıxışı olduğundan şəxsi-axtarış keçirilməsi mümkün olmamış və bu səbəbdən sonuncu müdafiəçisi ilə birlikdə Yasamal Rpi-nin 29-cu PŞ-nə dəvət edilmişdir (cild 1, i.v.189-190). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü sürətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş maddəni çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olduğunu, həmin narkotik vasitəni 13 yanvar 2024-cü il tarixdə səhər radələrində “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul ödəyərək aldığını bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş bükülüyə baxış keçirilən zaman içərisində tünd qəhvəyi rəngli, toz şəklində, spesifik qoxuya malik narkotik vasitə hesab olunan heroinə bənzər maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdıırlıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı bundan başqa cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi (cild 1, i.v.115-116). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/216 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №42...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddə; - imza, ...dörd -imza, tərtib etdi: Ə.Məmmədov - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi – 0,352 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, i.v.122-126). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək hansı səbəbə Polis İdarəsinə gətirildiyi üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaı və sənədləri könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd ağ rəngli sellofana bükülmüş öz dediyinə görə içərisində “kakos” deyilən narkotik vasitə heroin olan bükülünü çıxarıb könüllü təqdim etmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibində saxladığı və çıxarıb təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünün içərisində toz şəkilli qəhvəyi rəngli maddə öz dediyinə görə “kakos” adlanan narkotik vasitə olan heroin vardır. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, bu gün, xx.xx.2024-cü il tarixdə saat 16:20-də Yasamal rayonu, H.Cavid prospekti 87 ünvanda olarkən özlərini polis əməkdaşları kimi təqdim etmiş mülki geyimli şəxslər tərəfindən saxlanılmış və Yasamal RPİ-yə gətirmişdirlər. Polis İdarəsində olan zaman Təqsirləndirilən şəxs ilə söhbət zamanı Əli bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir və hal-hazırda da üzərində narkotik vasitə vardır. Təqsirləndirilən şəxs əyninə geyindiyi göy rəngli şalvarın sağ yan cibindən çıxarıb təqdim etdiyi bükülünün içərisindəki maddənin nədən ibarət olması barədə sual verilərkən, sonuncu bildirmişdir ki, təqdim etdiyi bir ədəd bükülünün içərisindəki qəhvəyi rəngli toz şəkilli maddə “kakos” adlanan narkotik vasitədir. Təqsirləndirilən şəxs bildirdi ki, həmin maddəni xx.xx.2024-cü il tarixdə Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi, əvvəllər də həmin şəxsdən narkotik vasitələr aldığı İran İslam Respublikası vətəndaşından öz şəxsi istifadəsi üçün alaraq sonradan istifadə etmək üçün üzərində saxlamışdır. Bu gün saat 16:20-də Yasamal rayonu, H.Cavid prospekti 87 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd alışqan və 40 manatlıq pul əskinasını çıxarıb təqdim etmişdir. Mobil telefon təhqiqatçı tərəfindən götürülmüş və 40 manat pul əskinası, 01 ədəd alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. Bundan sonra şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə hərəkəti keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən digər hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü zərfə qoyularaq qablaşdırılmış, DİN-in zərflər üçün olan 42 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i.v.32-34). “Mobil telefona baxış keçirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş “Huaweii” markalı mobil telefona baxış keçirilmiş, mobil telefona baxış keçirilən zaman həmin telefonun qara rəngli sensorlu və normal vəziyyətdə olduğu, mobil telefonun daxilində mobil nömrənin olmadığı müəyyən edilmiş və Təqsirləndirilən şəxs həmin telefonu tutulmazdan bir qədər əvvəl “20 Yanvar” ərazisindən tanımadığı şəxsdən mobil nömrəsiz aldığını və mobil nömrənin ümumiyyətlə olmadığını qeyd etmişdir. Mobil telefona baxış keçirilən zaman təhqiqat üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (cild 1, i.v.39). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1864 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 42...” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs aşkar olunmuş kütlə; - imza, ..üç imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi- 0,485 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (cild 1, i.v.41-45). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 31 may 2024-cü il tarixli, 1585 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində keçirilmiş kəllə beyin travması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur( cild 2, i.v.130-133). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2024-cü il tarixli, 3-16-16/2-6/3079 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR ƏN MEM-nin “Tədqiqat Obyekti № 68” ştamp əksləri olan MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərində: “Ekspert rəyi N6/216...HK-066/1-2... Yasamal RPİ-nin TŞ..Təqsirləndirilən şəxs...yazısı və imza” və “Tədqiqat Obyekti № 68” ştamp əksi “Ekspert rəyi N6/864...486... Yasamal RPİ-nin TŞ...Təqsirləndirilən şəxs...yazısı və imza”, yazı olan “Tədqiqat obyekti № 59” “Ekspert rəyi n6/3686...9803... Yasamal RPİ-nin TŞ..Təqsirləndirilən şəxs...yazısı və imza” əlavələri olan 03 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə öz aralarında eynilik təşkil etmirlər. - bir ədəd 1 ml-lik şpris içərisində 0,025 qram olan heroin məhlul halında olduğu üçün digər toz şəkilli heroinlərlə eyni olub-olmamasını müəyyən etmək mümkün deyildir (cild 2, i.v.135-138). “Sübutların qiymətləndirilməsi haqqında” 02 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə əhatə olunduğu nəzərə alınmaqla, ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ilkin ittihamlara əlavələr və düzəlişlər edilməklə yenidən ittiham elan olunması və barəsində seçilmiş “Polis nəzarəti altına vermə” qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsi və bu barədə materialın ayrılaraq ibtidai araşdırmaya prosessual - rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi məqsədilə cinayət işindən materialın ayrılaraq Yasamal RPİ- nin 29-cu PŞ-nə göndərilməsi, təhqiqat araşdırması zamanı Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi-axtarış və götürmə keçirilməsi ilə bağlı görüntülərin onun şəxsi - axtarış və götürmə protokolunda qeyd olunanları tam və dolğun olaraq əks etdirildiyini, şəxsi axtarışın və götürmə zamanı qanun pozuntusuna yol verilmədiyi nəzərə alınaraq, həmin 03 ədəd video diskin iş üzrə mühüm əhəmiyyət kəsb edildiyi nəzərə alınmaqla yanaşı sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs ifadələri, çoxsaylı şahid ifadələri, məhkəmə kimyəvi, narkoloji, psixiatrik ekspertiza rəyləri, şəxsi-axtarış və götürməyə dair protokollar, maddi sübutlar, şəxsi-axtarış və götürməyə dair videoçəklişi özündə əks etdirən 03 DVD diskinə köçürülmüş görüntülər və digər istintaq sənədləri mühüm əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs CM-nin 234-cü maddəsinin “Qeyd” hissəsinin şamil olunmamasının nəzərə alınması, istintaq zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə öz müdafiəsi üçün dəlil və vəsatət irəli sürmədiyinin nəzərə alınması, 19 iyun 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Yasamal rayon məhkəməsinin hakimi X8 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 20 ünvana daxil olunması və evə baxış keçirilməsinə icazə verilməsinə dair qərarın nəzərə alınması, 15 yanvar 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında Yasamal rayon məhkəməsinin hakimi X16 tərəfindən Bakı şəhəri Yasamal rayon Polis idarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X18 tərəfindən qəbul edilmiş 13 yanvar 2024-cü il tarixli dair qərarın qanuni hesab edilməsinin nəzərə alınması, Yasamal rayon məhkəməsinin hakimi Günel Əkbərli tərəfindən Yasamal RPİ-nin NMB- nin əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş 04 aprel 2024-cü il tarixli əməliyyat-axtarış təbirlərinin keçirilməsinə dair qərarın qanuniliyinin yoxlanılması məsləsinə baxılmadan geri qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda üzərinə şəxsi- axtarış və götürmə keçirilərkən ondan aşkar edilib götürülmüş təmiz çəkiləri 0,485 qram, 0.352, 0.701 qram və 1 (bir) ədəd 1 ml-lik şpirisin içərisindəki 0.5 ml həcmində qəhvəyi rəngli maye kustar üsulla hazırlanmış məhlulda təmiz çəkisi 0.025 qram, ümumilkdə ümumi təmiz, çəkisi 0.726 qram olan narkotik vasitə heroin və şprislər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi, cinayətin predmeti olduğu nəzərə alınmaqla maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, iş üzrə məhkəmə-kimyəvi ekspertizasının tədqiqatından sonra narkotik vasitə heroinin qalımış 0,282, 0,415 və 0,631 qram çəkidə qalıqları və şprislər təqsirləndirilən şəxslə onun müdafiəçisi cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilməsi, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təkrar cinayət törətməsi və cinayətlərin residivinə yol verməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməsi qərara alınmışdır (cild 2, i.v.141-164). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, müvafiq ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” 09 iyul 2023-cü il tarixli qərardan görünür ki, material üzrə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v.160). “Şübhəli şəxsin tutulması haqqında” 08 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə, saat 09:20-dən tutulmuş hesab edilmişdir (cild 1, i.v.194). “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Kamran Namazovun vəsatətinin təmin edilməməsi və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır (cild 1, i.v.230-232). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (cild 1, i.v.233 -234). “X29” MMC-nin xx.xx.2023-cü il tarixli №211 arayışından görünür ki Təqsirləndirilən şəxs “hər iki ağ ciyərin infiltrativ vərəmi diaqnozu ilə müayinə və müalicə almışdır.Xəstəlik ağır gedişli olduğu üçün bundan sonrada uzun müddətli davamlı və ixtisaslaşmış müalicəyə ehtiyacı var.(İ cild 149) “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 08 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkdiyindən və müalicə aldığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işinin icraatı dayandırılmışdır (cild 1, i.v.237-238). “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, hazırda iş üzrə bir sıra istintaq hərəkətlərinin icrası ilə bağlı ********* saylı cinayət işinin dayandırılmış icraatı təzələnmiş və icraata qəbul edilmişdir (cild 1, i.v.240-241). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkdiyindən və müalicə aldığını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işinin icraatı dayandırılmışdır (cild 1, i.v.250-251). “X29” MMC-nin xx.xx.2023-cü il tarixli, 211 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “hər iki ağ ciyərin infiltrativ vərəmi diaqnozu ilə müayinə və müalicə almışdır.Xəstəlik ağır gedişli olduğu üçün bundan sonra da uzun müddətli davamlı və ixtisaslaşmış müalicəyə ehtiyacı vardır (cild 1, i.v.149) “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” 14 yanvar 2024-cü il tarixli qərardan görünür ki, material üzrə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v.82). “Şübhəli olan şəxsin tutulması haqqında” 13 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2024-cü il tarixdə, saat 13:30-dan tutulmuş hesab edilmişdir (cild 1, i.v.110). Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 5(004)- 37/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X18 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, i.v.133). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Kamran Namazovun 15 yanvar 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində digər qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİnin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır (cild 1, i.v.150-151). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.152-153). “Cinayət işi başlamaq və icraata qəbul edilməsi haqqında” 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, material üzrə AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (cild 1, i.v.1). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə, saat 16:20dən tutulmuş hesab edilmişdir (cild 1, i.v.29). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİnin İŞ-nin müstəntiqi, polis kapitanı Kamran Namazovun 06 aprel 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən dərhal azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsinin təmin edilməsi qərara alınmışdır (cild 1, i.v.72-73). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 06 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, 74-75). “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 07 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs tərəfindən törədildiyini nəzərə alaraq, onun barəsində olan ********* saylı cinayət işi, onun haqqında istintaq edilən ********* saylı cinayət işinə birləşdirilməsi və cinayət işləri ********* saylı cinayət işinin nömrəsi altında istintaqı davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v.78-79). “Cinayət işinin təzələnməsi və cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” 14 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini nəzərə alaraq, onun barəsində olan ********* saylı cinayət işinin icraatının təzələnməsi və ********* saylı cinayət işinin ********* saylı cinayət işinə birləşdirilməsi və cinayət işlərinin sonuncu nömrə altında istintaqı davam etdirilməsi qərara alınmışdır (cild 1, i.v.156-157). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 16 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmişdir (cild 2, i.v.3-4). Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X19 adında övladı vardır (cild 2, i.v.6). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs hazırda vərəm xəstəliyindən müalicə aldığından onunla bağlı istintaq hərəkətlərinin icra edilməsi mümkün olmadığından o, sağalanadək ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (cild 2, i.v.7-8). “Cinayət işinin icraata qəbul edilməsi və dayandırılmış icraatın təzələnməsi haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilmiş və iş üzrə dayandırılmış icraat təzələnmişdir (cild 2, i.v.11-12). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən AR CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə 09 ay 20 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1, 67.1, 68.1.1-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 03 ay 03 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmış və qeydiyyatdan çıxarılmışdır (cild 2, i.v.107-109). Bakı Ağır Cinayətlər məhkəməsinin 30 dekabr 2011-ci il tarixli, 1(101)-1080/2011 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib, əmlakı müsadirə olunmamaqla 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (cild 2, i.v.110-114). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-169/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 1(004)- 267/2019 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 09 (doqquz) ay 21 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 04 (dörd) ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmuşdur (cild 2, i.v.116-124). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 1(004)- 453/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli protokoluna və xx.xx.2024-cü il tarixli məktubuna əsasən axtarışda olan Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə saat 10:45-də saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-cü il təvəllüdlü X19 adında övladı vardır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs AR CM-nin müxtəlif maddələri ilə müxtəlif vaxtlarda dəfələrlə məhkum olunmasını onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi və məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını isə onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını və vərəm xəstəsi olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin və cinayətlərin təkrar törədilməsi olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi nəzərə alınır, 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin “14” iyun 2024-cü il qərarında qeyd edilmişdir ki, CM-in 234.4.2-ci maddəsi ilə həmin Məcəllənin məhz 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, yəni narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi CM-in 234-cü maddəsində nəzərdə tutulmadığından, əvvəllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsində göstərilən cinayəti törətmiş şəxs tərəfindən eyni əməllərin törədilməsi CM-in 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Belə hallarda satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda və ya külli miqdarda və ya xüsusilə külli miqdarda bir neçə dəfə əldə etmə, saxlama, daşıma, emal etmə, hazırlama əməli hər bir əməldə narkotik vasitənin (psixotrop maddənin) miqdarı xeyli miqdar olduqda - CM-in 234.1-ci maddəsi, külli miqdar olduqda – CM-in 234.1-1-ci maddəsi, xüsusilə külli miqdar olduqda – CM-in 234.4-1-ci maddəsi ilə tövsif olunmalı, CM-in 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin təkrar törədilməsi isə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünə məxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hal, cəzasını ağırlaşdıran halların olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ( hər iki ağ ciyərin infiltrativ vərəmi xəstəliyinin olmasını, narkotik vasitələrin miqdarlarının az olmasını) islah olunmasına və ailəsinin (yetkinlik yaşına çatmayan övladının olmasını) həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmasının mümkün olmadığını, təqsirkarın şəxsiyyətini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğundan ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM- 65.2.) nəzərə alınmalı, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə icraatı dövründə həbsə alınması üçün tutulduğu tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut- narkotik vasitə olan heroin, 1 ədəd şpris və içərisində qalıq qalan məhlul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 08 iyul 2023-cü il tarixdən 10 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, həmçinin 13 yanvar 2024-cü il tarixdən 15 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət və 04 aprel 2024-cü il tarixdən 06 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün müddət, ümumilikdə isə 06 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 01 il 05 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin saxlancına verilmiş 0,631 qram, 0,282 qram və 0,415 qram çəkidə heroin, 1 ədəd şpris və içərisində qalıq qalan məhlul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 03 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 390 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-453/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-453/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver