Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-454/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun X1 və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, təkrarən gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində nömrəsiz fərdi tikilidə yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 30-50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 80-100 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2020-ci ilin fevral ayının əvvəllərindən 2022-ci ilin yanvar ayının əvvəllərinədək olan müddət ərzində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 20-30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 100 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci ilin may ayının sonlarından 2022-ci ilin dekabr ayının əvvəllərinədək olan müddət ərzində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 105 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 30-50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 100-120 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin fevral ayının əvvəllərindən 2023-cü ilin mart ayının ortalarınadək olan müddət ərzində Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 30 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə 80 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəlidir və himayəsində bir uşağı var. “Kristal” adlı hoteldə işləyir və aylıq 900 manat əmək haqqı alır. Lakin həmin əmək haqqı onu maddi cəhətdən qane etmədiyindən tanışları olan qadınları pul müqabilində cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim edir və bunun müqabilində ona təxminən 20-50 manat pul qalır. Adətən tanışları ona məxsus mobil nömrəsinə zəng vurub cinsi əlaqədə olmaqları üçün qadın təşkil etməyini ondan xahiş etmişlər, o isə öz mobil telefonunda olan qadınların şəkillərini “Whatsapp” mobil tətbiqetməsi vasitəsilə həmin şəxslərə göndərmiş və müştəri bəyəndiyi qadının şəklini ona atdıqdan sonra o həmin qadınla əlaqə saxlayıb uyğun olduğu təqdirdə həmin qadını özünə məxsus “Hyundai Sonata” markalı ** ZP *** dövlət nömrə nişanlı avtomobil ilə müştərinin olduğu müxtəlif hotellərə aparmışdır. Müştərilərə təqdim etdiyi qadınlar 100-120 manat müqabilində cinsi əlaqədə olmuşlar və əldə etdikləri gəlirdən ona təxminən 20-50 manatını ona vermişlər. Müştəriyə təqdim etdiyi qadınlardan Zərərçəkmiş şəxs1 ilə Bakı şəhəri ərazisində yerləşən restoranların birində tanış olmuş, həmin vaxt İlhamə maddi cəhətdən sıxıntılarının olduğunu ona demişdir. Bu zaman o, İlhaməni pul müqabilində cinsi əlaqədə olması üçün tanıdığı müştərilərə təqdim edə biləcəyini demiş, İlhamə onunla razılaşdıqdan sonra o İlhaməni müxtəlif vaxtlarda 80-100 manat pul müqabilində müştəriyə təqdim etmişdir. İlhamə hər dəfə cinsi əlaqədə olduqdan sonra ona 20-30 manat miqdarında pul vermişdir. Eyni qaydada o Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 da müxtəlif vaxtlarda pul müqabilində cinsi əlaqədə olmaq üçün müştərilərə təqdim etmiş və bunun müqabilində 20-30 manat pul əldə etmişdir. Etdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o xatırlamadığı xanım tanışının vasitəsi ilə Təqsirləndirilən şəxs tanımışdır. Tanışlıq zaman o Pərvizə maddi vəziyyətinin pis olduğunu demişdir. Bu zaman Pərviz isə ona müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini demiş, o isə Pərvizin bu təklifi ilə razılaşmışdır. Təxminən 2018-ci ilin fevral ayının əvvəllərindən başlayaraq Pərviz müştərilərlə görüşməyi üçün onunla “Whtasapp” proqramı vastəsilə əlaqə saxlamağa başlamışdır. Bundan sonra Pərviz onu 70-80 manat pul müqabilində müştərilərinə təqdim etmiş və o əldə etdiyi gəlirdən 20-30 manat Pərvizə vermişdir. Adətən Pərviz onu öz avtomobili ilə müştərilərin olduğu məkana aparmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin yanvar ayının əvvələrində xatırlamadığı tanışı vasitəsilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıq zaman o Pərvizə maddi vəziyyətinin pis olduğunu demişdir. Bundan sonra Pərviz ona müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini demiş, o isə Pərvizin bu təklifi ilə razılaşmışdır. Bu zaman Pərvin onun telefon nömrəsini istəmiş o isə nömrəsini Pərvizə vermişdir. Bundan bir müddət sonra Pərviz ona “Whtasapp” proqramı vastəsi ilə zəng edərək ona mütəri tapdığını bildirib, onunla pul müqabilində cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin vaxt o Pərvizin bu təklifi ilə razilaşıb, həmin şəxslə görüşüb 80 manat müqabilində cinsi əlaqədə olmuş və əldə etdiyi gəlirdən 30 manat Pərvizə vermişdir. O Pərvizin vasitəsi ilə cəmi 2-3 dəfə müştəri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmuşdur. Adətən əldə etdiyi gəlirdən cəmi 20-30 manat Pərvizə vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi sürücüsü kimi tanışdır. Söypət zaman Pərviz ona pul müqabilində cinsi əlaqədə olması üçün müştəri təşkil edə biləcəyini demiş, o isə Pərvizin bu təklifi ilə razılaşmışdır. Bundan bir müddət sonra Pərviz ona “Whatsapp” proqramı vastəsi ilə zəng edərək oa mütəri oldunu bildirib, onunla pul müqabilində cinsi əlaqədə olmağı təklif etmişdir. Həmin vaxt o Pərvizin bu təklifi ilə razilaşıb, həmin şəxslə görüşüb 80 manat müqabilində cinsi əlaqədə olmuş və əldə etdiyi gəlirdən 30 manat Pərvizə vermişdir. Bundan sonrə bir necə dəfə o Pərvizin ona tapdığı müştərilərlə pul müqabilində cinsi əlaqədə olmuş və əldə etdiyi gəlirdən asılı olaraq Pərvizə 20-30 manat arası pul vermişdir. Adətən Pərviz onu öz avtomobili ilə müştərilərin olduğu məkana aparıb və orada onu gözləyib evinə qaytarmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin may əvvəllərində məclislərinin birində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Pərvizlə etdiyi söypət zamanı o maddi problemlərinin olduğunu demiş, Pərviz isə ona tanışları olan kişi müştərilərlə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş, o isə Pərvizin bu təklifi ilə razılaşmışdır. Bundan bir müddət sonra Pərviz ona “Whatsapp” proqramı vastəsi ilə zəng edərək ona mütəri oldunu bildirib, onunla pul müqabilində cinsi əlaqədə olmağı təklif etmişdir. O Pərvizin bu təklifi ilə razılaşıb həmin şəxslə pul müqabilində cinsi əlaqədə olmuşdur. Ümumilikdə 5-6 dəfə təxminən 100-150 manat müqabilində Pərvizin ona təkif etdiyi şəxslərlə cinsi əlaqədə olmuş və əldə etdiyi gəlirdən 30 manat Pərvizə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xatırmaladığı tanışı ona Təqsirləndirilən şəxs telefon nömrəsini verərək Pərvizin pul müqabilində cinsi əlaqədə olması üçün qadın təşkil edə biləcəyini demişdir. O heç vaxt Pərvizi görməmişdir. “Whatsapp” proqramı vastəsilə Pərvizlə əlaqə saxlayıb Pərvizdən ona pul müabilində cinsi əlaqədə olması üçün qız tapmağı xahiş etmişdir. Onun bu xahişinə cavab olaraq Pərviz ona müxtəlif qadınların şəkillərini göndəriş və o seçdiyi bir qadınla onu tanış etmişdir. Bundan sonra o 150 manat müqabilində həmin qadınla cinsi əlaqədə olmuşdur. Təxminən 5-6 dəfə o Pərvizin vasitəsi ilə tanış olduğu qadınlarla pul müqabilində cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 5-6 ildir tanıyır. Təxminən 2023-cü ilin qış aylarında Pərvizə zəng edərək pul müqabilində cinsi əlaqədə olmaq üçün qız təşkil etməsini xahiş etmiş. Onun bu xahişinə cavab olaraq Pərviz onu bir qadınla tanış etmiş və o həmin qadınla görüşüb pul müqabilində cinsi əlaqədə olmuşdur. O həmin qadına verdiyi puldan Pəzvizin xeyrinin olub-olmamasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xatırmaladığı taksi sürücüsü ona Təqsirləndirilən şəxs telefon nörəsini verərək Pərvizin pul müqabilində cinsi əlaqədə olması üçün qadın təşkil edə biləcəyini demişdir. Bundan sonra o Pərvizlə əlaqə saxlamağa calışmış, lakin Pərvizin telefon nömrəsinə zəng catmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olur. Xatırmaladığı tanışı ona Təqsirləndirilən şəxs telefon nörəsini verərək Pərvizin pul müqabilində cinsi əlaqədə olması üçün qız təşkil edə biləcəyini demişdir. O heç vaxt Pərvizi görməmişdir. Uzun müddət əvvəl “Whatsapp” proqramı vastəsilə Pərviznən əlaqə saxlayıb Pərvizdən ona pul müabilində cinsi əlaqədə olması üçün qadın tapmağını xahiş etmişdir. Onun bu xahişinə cavab olaraq Pərviz onu bir qadınla tanış etmiş və o həmin qadınla görüşüb 100 manat müqabilində cinsi əlaqədə olmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 182-ci vərəqində olan ifadəsində göstərmişdir ki, ***-***-**-** rəqəmli mobil telefon nömərsi onun adına olmaqla yanaşı onun istifadəsindədir. Təxminən bir ildir ki, həmin mobil telefon nömrəsini istifadə edir. Təqsirləndirilən şəxs özünü görməsədə Pərvizin qadınları fahişəliyə cəlb etdiyini bilmiş, Pərvizi təxminən 2023-cü yanvar ayının əvvəllərindən etibarən tanımış, həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermişdir. Pərvizin nömrəsini ona verən tanışı Pərvizin qadınları fahişəliyə cəlb etdiyini demişdir. Həmin vaxtdan Pərvizin nömrəsini özündə saxlamış, Pərvizlə ümumilikdə bir dəfə danışığı olmuşdur. O da elə 2023-cü ilin yanvar ayına təsadüf etmiş, o Pərvizlə anket məlumatlarında qeyd olunan ***-***-**-** rəqəmli mobil telefon nömrəsi ilə danışaraq Pərvizə bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Pərviz qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 150 manat olduğunu bildirmiş, bu zaman o Pərvizin təklifi ilə razılaşmamış, çünki Pərvizin qadınların qiymətini baha demişdir. Həmin vaxtdan etibarən Pərvizlə hər hansı bir əlaqəsi olmamışdır. O, Pərvizlə ümumilikdə bir dəfə danışmış, onda da Pərviz qadın üçün pul çox istədiyinə görə o Pərvizin təşkil etdiyi qadınla cinsi əlaqədə olmaqdan imtina etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 186-cı vərəqində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü görməsə də Pərvizin qadınları fahişəliyə cəlb etdiyini bilmiş, həmin şəxsin nömrəsini ona xatırlamadığı tanışı vermişdir. Pərvizin nömrəsini ona verən tanışı Pərvizin qadınları fahişəliyə cəlb etdiyini demişdir. Həmin vaxtdan Pərvizin nömrəsini özündə saxlamışdır. Təxminən 2023-cü ilin qış aylarında Pərviz ilə istifadəsində olan ***- ***-**-** rəqəmli mobil telefon nömrəsi ilə danışmış və Pərvizə bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Pərviz qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 100 manat olduğunu bildirmişdir. O isə maddi vəziyyəti aşağı olduğundan Pərvizlə razılaşmamış, həmin vaxtdan etibarən isə Pərvizlə hər hansı bir əlaqəsi olmamışdır. O, Təqsirləndirilən şəxs sizə cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınları tanımamış, həmin qadınların kim olduğunu bilməmiş, pul barədə sözləri düz gəlmədiyindən qızlar barəsində Pərvizdən heç bir şey soruşmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 166-cı vərəqində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü görməsə də Pərvizin qadınları fahişəliyə cəlb etdiyini bilmiş, Pərvizi təxminən 2018-ci ildən tanıyır. Həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermiş, Pərvizin nömrəsini ona verən şəxs Pərvizin qadınları fahişəliyə cəlb etdiyini bildirmiş, o həmin vaxtdan Pərvizin nömrəsini özündə saxlamış,təxminən 2018-ci ilin sonlarında dostu Vüsal adlı şəxslə bir məclisdə olduğu zaman onlar qərara gəlmişdir ki, istirahət etmək məqsədilə qadınla cinsi əlaqədə olsunlar. Bu zaman o Vüsalə bir nəfər tanışı vastəsilə iki qadın təşkil edə biləcəyini bildirmiş, Vüsal onunla razılaşmış və o Pərvizə anket məlumatlarında qeyd edilən ***-***-**-** rəqəmli mobil telefon nömrəsi ilə zəng etmiş və Pərvizə bildirmişdir ki, dostu ilə birlikdədir və cinsi əlaqədə olmaq üçün onlara iki nəfər qadın təşkil etsin. Pərviz qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 80 manat olduğunu bildirmiş, o Pərvizə razılıq vermiş, bundan sonra o Pərvizə qadınları Bakı şəhərində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmiş, bundan sonra iki nəfər adını xatırlamadığı qadınlar onların olduğu yerə gələrək onunla və dostu Vüsal ilə cinsi əlaqədə olmuşlar. Bunun müqabilində Vüsal həmin qadınlara 160 manat pul ödəmiş, bundan sonra hazırda adını xatırlamadığı tanışı 2023-cü ilin təxminən mart ayında onun mobil telefonu vasitəsilə Pərvizə zəng edib qız təşkil etməsini istəmiş, həmin şəxs Pərvizlə razılaşdıqdan sonra Pərvizin təşkil etdiyi qadınla görüşüb cinsi əlaqədə olmuşdur. Həmin vaxt o qızla görüşməmiş, dostu sadəcə onun telefonu ilə Pərvizə zəng edib özünə qız istəmişdir. Tanışının həmin qadına nə qədər pul verdiyini o bilməmiş, Həmin vaxtdan etibarən Pərvizlə onun hər hansı bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınları əvvəlcədən tanımamış, həmin qadınların anket məlumatları barədə onun hər hansı məlumatı yoxdur. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 170-ci vərəqində olan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü görməsə də Pərvizin qadınları fahişəliyə cəlb etdiyini bilmiş, Pərvizi təxminən 2023-cü ildən etibarən tanıyır. Həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermiş, Pərvizin nömrəsini ona verən şəxs Pərvizin qadınları fahişəliyə cəlb etdiyini bildirmiş, o həmin vaxtdan Pərvizin nömrəsini özündə saxlamış, birinci dəfə təxminən 2023-cü ilin yaz aylarında Pərviz ilə anket məlumatlarında qeyd edilən ***-***-**- ** mobil telefon nömrəsi ilə danışmışm və Pərvizə bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Pərviz qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 120 manat olduğunu bildirdikdə o Pərvizə razılıq vermişdir. Bundan sonra Pərviz ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, daha sonra isə o Pərvizə seçdiyi qadını Bakı şəhərində yerləşən adını hazırda xatırlamadığı otellərin birinə göndərməsini bildirmişdir. Bundan sonra bir nəfər adını xatırlamadığı qadın onun olduğu yerə gələrək onunla cinsi əlaqədə olmuş, bunun müqabilində o həmin qadına 120 manat pul ödəmişdir. Sonradan eyni qaydada Pərvizdən ona qadın şəkilləri göndəməsini xahiş etmiş, Pərviz də həmin qaydada ona qadın şəkilləri göndərmişdir. Sonradan iki-üç dəfə o Pərvizin göndərdiyi adını xatırlamadığı qızlarla Bakı şəhəri ərazisində yerləşən müxtəlif hotəllərdə cinsi əlaqədə olmuş, sonuncu dəfə Pərviz 2023-cü ilin may ayında ona cinsi əlaqədə olmaq üçün qadın təşkil etmişdir. Həmin vaxtdan etibarən Pərvizlə hər hansı bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs ona cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınları əvvəlcədən tanımamış, həmin qadınların anket məlumatları barədə onun hər hansı məlumatı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əşyanın götürülməsi haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs istintaq zərurəti ilə əlaqədar ona məxsus “Samsung A3” markalı mobil telefon götürülmüşdür. İstintaq zamanı qeyd olunan mobil telefonun yaddaşına keçirilən baxış zamanı aşağıdakılar müəyyən edilmişdir. (i.v. 85) “Mobil telefona baxış keçirilməsi barədə” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Mobil telefonun “Whatsapp” mobil tətibiqinin “söhbətlər” bölməsində adı “Nergiz Nabran” kimi qeyd edilmiş şəxs ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***- **-** rəqəmli mobil nömrəsinin sahibi ilə, adı “X8 Yoldawi” kimi qeyd edilmiş 999-93-66-66 rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***- **-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***-**-** rəqəmli mobil nömrəsinin sahibi ilə, ***-***- **-** rəqəmli mobil nömrəsinin sahibi ilə Təqsirləndirilən şəxs qadınları fahişəliyə cəlb etməsi barədə yazışmaları və bundan başqa mobil telefonun şəkillər bölməsinə baxış zamanı çoxsaylı qadın şəkillərinin olması müəyyən edilmişdir. (i.v. 136-159) Təqsirləndirilən şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut olan ona məxsus “Samsung A3” markalı mobil telefon aparatını məsul saxlanca qəbul etmişdir. (i.v. 160) “Sübutların qiymətləndirilməsi haqqında” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung A3” markalı mobil telefon maddi sübut əhəmiyyətinə malik olduğundan, maddi sübut kimi tanınaraq saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. (i.v. 210-219) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsindən başqa onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 243.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Məmmədov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 25-26) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli 1(005)- 26/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs 12 mart 2018-ci il tarixdən 14 mart 2018-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilmiş və üzərində qəti olaraq 3000 (üç min) manat cərimə cəzası saxlanılmışdır. (i.v. 31-46) “Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:15-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 96) “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və X5 azad edilməsi haqqında” 15 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin X5 azad edilmişdir. (i.v. 132-133) AA4355268 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. (i.v. 199) Azərbaycan Respublikası Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 iyul 2023-cü il tarixli 2771 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Binə qəsəbəsi, R.Səfərov küçəsi, ev 16B-də qeydiyyatdadır.(i.v. 200) Azərbaycan Respublikası Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 iyul 2023-cü il tarixli 5-12-6/2-439/2023 nömrəli arayışından xasiyyətnamədən görünür ki, Bakı şəhəri, Binə qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs barəsində Binə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə hər hansı xoşagəlməz hallar haqqında heç bir məlumat daxil olmamışdır. (i.v. 201) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan 19 fevral 2019-cu il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, etdiyi əməldən peşman olmasını, azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 243.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyasında nəzərdə ictimai işlər növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 iyul 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək ictimai işlər cəzasının 08 (səkkiz) saatına hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Samsung A3” markalı mobil telefonun təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət büdcəsin vəsaiti hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun X2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək barəsində 480 saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 13 iyul 2023cü il tarixdən 15 iyul 2023-cü il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü ictimai işlərin səkkiz saatına bərabər olmaq hesabı ilə hesablanmaqla 16 (on altı) saat ona təyin edilmiş ictimai işlər cəzasından çıxılsın və üzərində qəti olaraq 464 (dörd yüz altmış dörd) saat ictimai işlər cəzası saxlanılsın. İctimai işlər növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş ictimai işlər cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A3” markalı mobil telefonun zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-454/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-454/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver