Məhkəmə qərarları › İş №1(004)-454/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-454/2025

10.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-454/2025 10.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində “həbs” qətimkan tədbirin seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə tiryək əldə edib üzərində saxlamaqla daşımışdir. Belə ki, o, satış məqsədi olmadan 16 aprel 2025-ci il tarixdə səhər saatlarında “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Salamat” adlı İran islam Respublikasının vətəndaşının “M10” ödəniş proqramında ***-***- **-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş hesabına 500 manat ödəmək vədi ilə həmin şəxsin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisinə qoyduğu xeyli miqdarda, 01 (bir) ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 395,0 qram narkotik vasitə qurudulmuş marixuananı və 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,10 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib saxlamaqla daşımış, 16 aprel 2025-ci il tarixdə saat 12:45-də Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq, Yasamal RPİ-nə dəvət edilmiş, Polis İdarəsinin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində olan xeyli miqdarda, 01 (bir) ədəd qara rəngli bağlamada təmiz çəkisi 395,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən xeyli miqdarda, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,10 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər dəfələrlə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Hal-hazırda heç bir narkotik vasitə və ya psixotrop maddə istifadəçisi deyil. xx.xx.2025-ci il tarixdə saat 12:45-də ünvan 4 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimli şəxs onlara yaxınlaşmışdır. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək, Yasamal rayon Polis İdarəsinə dəvət etmişdirlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Buna baxmayaraq o, polis əməkdaşlarının bu təklifinə etiraz etməmiş və onlarla birlikdə avtomobilə əyləşərək Polis İdarəsinə getmişdir. Orada olan zaman polis əməkdaşları ona icərisində narkotik vasitə olan iki büküm verib, ondan həmin bükümləri çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və guya tanımadığı şəxsdən aldığını bildirməyini tələb etdilər. O qorxduğu üçün onlara heç bir etiraz etməmiş və polis əməkdaşları tərəfindən ona təqdim olunmuş narkotik vasitələri götürmüşdür. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərinə şəxsi axtarış həyata keçirilmiş. Videoçəkiliş zamanı ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o sağ əlində olan daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, 01 ədəd qara rəngli bağlamada olan marixuananı və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş 01 ədəd ağ rəngli kağız bükümdə olan tiryəki masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitələri Suraxanı rayonu, Hövsan qəsəbəsində izah etdiyi yerdən 3 ay bundan öncə əvvəllər də narkotik vasitələr aldığı İran İslam Respublikasının vətəndaşı “Salamat” adlı şəxsdən 500 manata almış, öz istifadəsi üçün üzərində gəzdirmişdir. Polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitələri zərfə qoyub qablaşdırdılar. O həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 16 aprel 2025-ci il tarixdə Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə Yasamal RPİ-nin NMB-nin rəisi tərəfindən qərar qəbul edilərək ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 12:45-də ünvan 5 ünvanının qarşısında Tural Xanəlizadə ilə birlikdə bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və İlqar onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasina getməli olduğunu bildirib və onu avtomobillə ora gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra İlqar sağ əlində olan 01 ədəd qara rəngli bağlamada olan marixuananı və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümdə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq İlqar həmin bükülünün içərisində olan narkotik vasitələri Suraxanı rayonu, Hövsan qəsəbəsində izah etdiyi yerdən 3 ay bundan öncə əvvəllər də narkotik vasitələr aldığı İran İslam Respublikasının vətəndaşı “Salamat” adlı şəxsdən 500 manata aldığını bildirmişdir. Həmin narkotik vasitələr zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 79-81-ci vərəqlərində olan ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 16 aprel 2025-ci il tarixdə Yasamal RPİnin NMB-nə xx.xx.1996-cı il təvəllüdlü, Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Yasamal rayonu, A.Şaiq küçəsi, ev 122 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumat barədə Yasamal RPİ-nin rəhbərliyinə məruzə olunduqdan sonra Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, Şahid1 və onun iştirakından ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 aprel 2025-ci il tarixdə, saat 12:45-də ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini izah edib Yasamal RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyib, onlarla birlikdə Polis İdarəsinə yollanmışdır. Yasamal RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkil təqdim olunduqda sonuncu vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra vəkilin iştirakı ilə video çəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı sağ əlində saxladığı bir ədəd qara rəngli sellofan torbanın içərisindən bir ədəd bağlamanı və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və təqdim etdiyi bağlamanın içərisində “marixuana” kimi tanıdığı narkotik vasitənin olmasını, bir ədəd bükümün içərisində isə tiryək olmasını, həmin narkotik vasitələri 3 ay qabaq əvvəllər də narkotik vasitələr aldığı İİR-nın vətəndaşı olan “Salamat” adlı şəxsin +**********43 nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq sinuncuya M10 hesabı vasitəsilə həmin narkotik vasitələrin müqabilində 500 manat pul ödəyəcəyini vəd verdikdən sonra Suraxanı rayonu, Hövsan qəsəbəsində həmin “Salamat” adlı şəxsin ona izah etdiyi yerdən götürdüyünü bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bağlama açıldıqda içərisində yaşıl rəngli, bitki mənşəli, narkotik vasitə marixuana bənzər kütlə və 01 ədəd büküm açılıb içərisinə baxış keçirilən zaman isə içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən ağ kağız parçası çıxardaraq üzərində İİR-nın vətəndaşı “Salamat” adlı şəxsin adı və +**********43 nömrəsi olduğunu bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış və əynindəki cins şalvarın sağ yan balaca cibindən bir ədəd sarı rəngli alışqan aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bağlama, 01 ədəd büküm və bir ədəd kağız sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılmasına dair protokol tərtib edilərək şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. İlkin olaraq, Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş bir sıra zəruri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitə tiryəki öz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilsə də, narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə, saat 12:45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq, Yasamal RPİ-nin inzibati binasına dəvət edilmiş və 16 aprel 2025-ci il tarixdə, saat 14:20-dən etibarən vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofanın içərisində olan qara rəngli sellofan bükümü və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş və sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, bir ədəd bükümün içərisində isə narkotik maddə tiryək olmasını, həmin narkotik vasitələri əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı İİR-nın vətəndaşı kimi tanıdığı “Salamat” adlı şəxsdən 3 ay əvvəl sonuncunun +**********43 nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxlayıb onun M10 hesabına 500 manat pul göndərəcəyini vəd etdikdən sonra Salamat adlı şəxsin izah etdiyi yerdən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən götürdüyünü, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bir ədəd sellofan bağlam aaçıldıqda içərisində yaşıl rəngli ot kütləsi və bir ədəd bükümdə isə qara rəngli kütlə olması məlum olmuşdur. Sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən ağ kağız parçası çıxardaraq üzərində İİRnın vətəndaşı “Salamat” adlı şəxsin adı və +**********43 nömrəsi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, onun üzərindən bir ədəd sarı rəngli alışqan aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu 01 ədəd sellofan bağlama, narkotik vasitə tiryəkə bənzər maddənin olduğu 01 ədəd büküm və 01 ədəd kağız parçası sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri imzalarla təsdiq edildikdən sonra götürülmüşdür. (i.v. 43-44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli 7/592 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 395,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,10 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. (i.v. 52-55) “Diskə baxış keçirilməsi haqqında” 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və iki nəfər polis əməkdaşının iştirakları ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı sağ əlində saxladığı 01 ədəd qara rəngli sellofanın içərisində olan qara rəngli sellofan bükümü və əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir və sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını, bir ədəd bükümün içərisində isə narkotik maddə tiryək olmasını, həmin narkotik vasitələri əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığı İİR-nın vətəndaşı kimi tanıdığı “Salamat” adlı şəxsdən 3 ay əvvəl sonuncunun +**********43 nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxlayıb onun M10 hesabına 500 manat pul göndərəcəyini vəd etdikdən sonra Salamat adlı şəxsin izah etdiyi yerdən, yəni Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsindən götürdüyünü, həmin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etdiyini bildirir. Həmin bir ədəd sellofan bağlam aaçıldıqda içərisində yaşıl rəngli ot kütləsi və bir ədəd bükümdə isə qara rəngli kütlə olması məlum olur. Sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən ağ kağız parçası çıxardaraq üzərində İİR-nın vətəndaşı “Salamat” adlı şəxsin adı və +**********43 nömrəsi olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, onun üzərindən bir ədəd sarı rəngli alışqan aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddənin olduğu 01 ədəd sellofan bağlama, narkotik vasitə tiryəkə bənzər maddənin olduğu 01 ədəd büküm və 01 ədəd kağız parçası sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək üzəri imzalarla təsdiq edildikdən sontra götürülür. (i.v. 94) “Maddi sübut kimi tanıma haqqında” 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, bir ədəd qara rəngli sellofan bağlamada təmiz çəkisi 395,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın və bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 2,10 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatındakı qalıq 394,95 qram narkotik vasitə qurudulmuş marixuananın və 2,05 qram narkotik vasitə tiryəkin qərarla birlikdə, saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. (i.v. 95-96) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair xx.xx.2025-ci il tarixli 3748 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 108-109); “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2025-ci il tarixli qərardan görünür ki, baxış keçirilməsinə dair görüntülər olan 01 (bir) ədəd «DVD» disk sübut növü kimi tanınmalı və cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. (i.v. 131-139) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olduğu üçün narkotik vasitələrdən istifadə etmişdir. Onu narkotik vasitə istifadə etməyə heç kim məcbur etməmişdir. Təxminən 5 ildir ki, narkotik vasitələr qəbul etmişdir. 3 ay bundan öncə əvvəllər də narkotik vasitələr aldığı İran İslam Respublikasının vətəndaşı “Salamat” adlı şəxsin +**********43 nömrəli mobil telefon nömrəsi ilə əlaqə saxlayaraq sonuncuya “M10” hesabı vasitəsilə marixuana və tiryək narkotik vasitələrin müqabilində 500 manat pul ödəyəcəyini vəd verdikdən sonra onun Suraxanı rayonu, Hövsan qəsəbəsində izah etdiyi yerdən 01 ədəd qara sellofana bükülmüş narkotik vasitə marixuana və 01 ədəd ağ kağız bükümdə narkotik vasitə tiryək götürmüş və həmin narkotik vasitələrin müqabilində Salamat adlı şəxsə M10 hesabı vasitəsilə ödəyəcəyi 500 ödəməmişdir. xx.xx.2025-ci il tarixdə İslam Respublikasının vətəndaşı Salamat adlı şəxsdən əldə etdiyi narkotik vasitə marixuananı narkotik vasitə tiryəkə dəyişmək üçün üzərində götürmüşdür və saat 12:45də ünvan 4 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşlarını olduqları bildirib narkotik vasitələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu izah edərək onu Yasamal RPİ-nə dəvət etmişlər. O da etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə yollanmışdır. Yolda olarkən xidməti avtomobildə polis əməkdaşlarından birinin diqqəti onun üzərində olduğu üçün o, üzərində saxladığı, içərisində narkotik vasitə olan sağ əlində saxladığı 01 ədəd qara sellofan torbanın içərisində olan qara sellofana bükülmüş maddəni təqdim edərək bükülünün içərisindəki maddənin narkotik vasitə marixuana olmasını, bundan əlavə əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd bükümü özündən kənara atmaq imkanı olmamışdır. Yasamal rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların onun hüquqlarının müdafiə olunmasından ötrü vəkil dəvət olunaraq ona təqdim edilmişdir. Həmin vəkilə hüquqlarını müdafiə etməsinə heç bir etirazı olmadığını bildirmişdir. Sonra Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ildə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxs qismində tutma haqqında qərarla tanış edilmişdir. Bundan sonra polis əməkdaşları vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü şəkildə təqdim etməyini təklif etmişlər. O, artıq ifşa olunduğunu başa düşərək, sağ əlində saxladığı 01 ədəd qara sellofan torbanın içərisində olan qara sellofana bükülmüş maddəni təqdim edərək bükülünün içərisindəki maddənin narkotik vasitə marixuana olmasını, bundan əlavə əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ kağız büküm çıxardaraq bükümün içərisindəki maddənin tiryək olduğunu bildirmişdir. Daha sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibində saxladığı ağ kağız parçasını çıxardaraq üzərində İran İslam Respublikasının vətəndaşı Salamat adlı şəxsin adı və +**********43 mobil telefon nömrəsini bildirmişdir. Üzərinə baxış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan balaca cibindən sarı rəngli alışqan aşkar edilmişdir. Onun könüllü olaraq təqdim etdiyi sağ əlində saxladığı 01 ədəd qara sellofan torbanın içərisində olan qara sellofana bükülmüş narkotik vasitə marixuana, əynindəki qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ kağız bükümün içərisindəki tiryək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış, zərf və tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmış, üzərindən aşkar edilmiş bir ədəd kağız parçası da götürülmüş, ona məxsus sarı rəngli alışqan isə özünə qaytarılmışdır. Narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olsa da, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır və hazırda da məşğul deyildir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Polis İdarəsinə aparılarkən və Polis İdarəsində olarkən ona qarşı heç bir psixi və fiziki təzyiq olunmamışdır. Polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etməklə Yasamal RPİ-nə dəvət etmişlər. Yalnız həmin İdarənin inzibati binasında xidməti otaqların birində onun üzərinə vəkilin iştirakı və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Üzərindən aşkar edilən narkotik vasitədən başqa, yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və psixotrop maddə saxlamamışdır. Onun narkotik vasitə istifadə etməyi və üzərində narkotik vasitə marixuana və narkotik vasitə tiryək olmasını ailə üzvləri bilməmiş və o, bu barədə heç kimə deməmişdir. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi “Salamat” adlı İİR-nın ancaq +**********43 nömrəli mobil telefon nömrəsini və ***-***-**-** nömrəli “M10” hesab nömrəsini bilmiş, onun dəqiq adını və ünvanını, digər anket məlumatlarını bilməmişdir. (i.v. 74-77) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi, yəni onun saxlanılarkən üzərində narkotik vasitə qurudulmuş marixuana və tiryəkin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 109.1-ci qrafasına əsasən təmiz halda 05 qram qurudulmuş marixuana və 182-ci qrafasına əsasən təmiz halda 0.5 qram tiryək xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 395.0 qram və narkotik vasitə tiryəkin təmiz çəkisi 2.10 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “08” saylı qərarın 27ci bəndində göstərilmişdir ki, təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib-etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 32) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 4(004)-318/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 88-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Əliyev X2 Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə təqsirli bilinərək 01 il əməyə məcburi cəlb olunmaqla şərti cəzaya məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 111-113) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Əliyev X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 08 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs ağır cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 06 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2014-cü il və xx.xx.2023-cü il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən, yəni bundan əvvəl qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan, onun əməli CM-nin 18.2-ci maddəsinə müvafiq olaraq cinayətlərin təhlükəli residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Belə ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur». Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-ci maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 394.95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2.05 qram çəkidə narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 16 aprel 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 394.95 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 2.05 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 440 (dörd yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar