Məhkəmə qərarları › İş №1(004)-455/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-455/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-455/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsn, müdafiəçi 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs X4 iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X6 insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 09 iyun 2023-cü il tarixdə saat 23:25-də ünvan 3 ünvanın qarşısında Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb fiziki zor tətbiq etməklə sonuncunu qucaqlayıb onun sərbəst hərəkət imkanını məhdudlaşdıraraq sol qolunun altında saxladığı içərisində bir ədəd 50 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və beş ədəd 1 manatlıq olmaqla ümumilikdə 100 manat nağd pul, 55 manat dəyərində ağrıkəsici dərman peraparatları, 01 ədəd 35 manat dəyərində günəş eynəyi olan 20 manat dəyərində qara rəngli pul kisəsini dartıb aldıqdan sonra Zərərçəkmiş şəxs qarşı insan həyatı üçün təhlükəli olmayan zor tətbiq etməklə itələyib yerə yıxaraq ona sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən sağ saidin və sol dizin sıyrıqları kimi fiziki ağrılara səbəb olan bədən xəsarətləri yetirməklə hadisə yerindən uzaqlaşaraq, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 210 (iki yüz on) manat dəyərində əmlakı açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs E.R.Babayev ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Dəqiq tarix xatırlamasa da, 2022-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Həmin vaxtdan indiyə kimi müxtəlif yerlərdə fəhlə işləyərək özünü dolandırmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Qobustan qəsəbəsindən Bakı şəhərinə gəlmiş, bir qədər gəzib yeyib içdikdən sonra içkili olduğu üçün cibində olan pulunu və mobil telefonunu itirmişdir. Özünə gələn zaman pulu və əlaqə saxlmaq üçün telefonu olmadığına görə ailəsi ilə əlaqə saxlaya bilməyib yaşadığı Qobustan qəsəbəsinə qayıda bilməmişdir. O həmin günü küçədə qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə Yasamal rayonu 20 Yanvar dairəsi adlanan əraziyə gəlib orada tanımadığı şəxslərdən evinə qayıtmaq üçün pul istəsə də, heç kim ona köməklik etməmişdir. Bu səbəbdən o həmin gündə evə qayıda bilməyib avara şəkildə bütün günü küçələrdə gəzmişdir. Həmin gün nəhayət gecə saat 22 radələrində o, Yasamal rayonu, M.Həsənov küçəsinə gələrək orada Mansur adı ilə tanıdığı şəxsdən yaşadığı evə qayıtmaq üçün borc olaraq 20 manat pul istəsə də, Mansur ona pulunun olmadığını bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Mansurdan ayrılıb Müzəffər Həsənov küçəsi ilə gələn zaman həmin küçədə 94 ünvanının qarşısında bir nəfər yaşlı qadının əlində qara rəngli pul kisəsi ilə ondan qabaqda getdiyini görmüş, həmin vaxt qeyd olunan qadının yaşlı olmasını və ona müqavimət göstərə bilməyəcəyini düşünərək qərar vermişdir ki, qadının əlində olan qara rəngli pul kisəsini alıb qaçsın. Bu məqsədlə o, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra qəflətən arxadan həmin qadına yaxınlaşıb sonuncunun sol qolunun altında saxladığı qara rəngli pul kisəsini dartıb alaraq geriyə dönüb qaçmağa başlamışdır. Bu zaman həmin qadında onun arxasınca qaçaraq qışqırıb pul kisəsini geri tələb etmişdir. Həmin vaxt o qeyd olunan qadının arxasınca qaçmasına məhəl qoymadan Alatavanın içərisində ara küçələrlə əsas yola doğru qaçıb qadından uzaqlaşmışdır. O, həmin yerdən qaçıb uzaqlaşaraq pul kisəsini aldığı qadının ardınca gəlmədiyinə tam əmin olduqdan sonra Ə.Salamzadə küçəsində həmin pul kisəsini açıb baxan zaman içərisində bir ədəd 50 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd beş manatlıq və üç ədəd 1 manatlıq əskinaslarla ümumilikdə 78 manat pul olduğunu görmüşdür. O, dərhal həmin pulları götürərək pul kisəsinin içərisində olan digər əşyalara fikir vermədən həmin kisəni orada olan məişət tullantıları qutusunun arxasına ataraq qaçıb həmin yerdən uzaqlaşmışdır. O, qaçaraq Yasamal rayonu 20 Yanvar dairəsinə gəlib orada nömrəsini və markasını xatırlamadığı bir taksiyə əyləşib 5 manat pul müqabilində Qaradağ rayonu Lökbatan dairəsi adlanan yerə getmişdir. Oradan da 10 manat müqabilində yoldan təsadüfən keçən avtomobillərin birinə əyləşib yaşadığı Qobustan qəsəbəsinə getmişdir. Yerdə qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində o, yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 101 ünvanının yaxınlığında olan zaman Yasamal RPİnin 27-ci PB-nin əməkdaşları ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib polis bölməsinə gəlmiş və törətmiş olduğu cinayəti səmimi şəkildə etiraf edərək bu barədə izahat yazmışdır. O, Mansur adlı şəxsi ortaq tanışları vasitəsi ilə uzaqdan tanımışdır. Elədə səmimi münasibətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə də başqa bir tanışı olmadığı üçün hamıdan əli üzüldüyünə görə Yasamal rayonu, 1-ci Alatavada piyada gəzib axtaran zaman Mansuru küçədə görüb ona yaxınlaşmışdır. Mansurun anket məlumatlarını, ünvanını və əlaqə nömrəsini bilməmişdir. Əlavə olaraq bildirdi özünü yalnız CM 180.1-ci maddəsi ilə təqsirli bilir.Zərərçəkmiş xanımı arxadan qucaqlamamış və ona qarşı zor tətbiq etməmişdir. Özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın aradan qaldırılmasını və onunla barışıq əldə edilməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs E.R.Babayevin təqsirli olması özünün etirafı ilə yanaşı, zərərşəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, CD diskdə olan videogörüntülərlə və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində işdən çıxdıqdan sonra, həmin gün saat 23:30 radələrində Müzəffər Həsənov küçəsi 94 ünvanının qarşısı ilə yaşadığı evinə doğru piyada şəkildə gedərkən bir nəfər tanımadığı şəxs arxadan onu qucaqlayıb sıxaraq əlində olan qara rəngli pul kisəsini alıb sonuncunu özündən qabağa doğru bərk itələmişdir. O həmin şəxsin itələməsi nəticəsində tarazlığını itirərək yerə yıxılmışdır. Bu zaman dərhal yerdən qalxıb həmin şəxsin arxasınca qaçıb qışqıraraq dayanmasını və pul kisəsini geri qaytarmasını bildirmişdir. Lakin həmin kişi cinsli şəxs ondan çox cavan olduğu üçün surətlə qaçaraq oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs təxminən 40-50 metr həmin şəxsin arxasınca qaçıb pul kisəsini tələb etsə də, sonuncuya çata bilmədiyindən həmin şəxs onun arxasınca qışqırmağına məhəl qoymayaraq qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra o, yaşadığı evə gələrək oradan dərhal DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, daha sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək qeyd olunan hadisə ilə bağlı ərizə və izahatını almışdırlar. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanın qarşısında onu arxadan tutub sıxmaqla əlindən pul kisəsini alıb itələyərək yerə yıxan adamı tanımamışdır. Həmin şəxs ona arxadan yaxınlaşdığı üçün üzünü görməmiş və sonradan arxasınca qaçan zaman isə həmin şəxsi arxadan görmüşdür. Həmin vaxt qeyd olunan şəxs səsin çıxarmadığı üçün həmin şəxsin heç bir əlamətini bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanın qarşısında baş vermiş hadisə zamanı qeyd olunan şəxs ona arxadan yaxınlaşıb qucaqlayan zaman sonuncuya heç bir hədə qorxu gəlməmiş, heç səsinidə çıxarmamışdır. Həmin şəxs pul kisəsini əlindən aldıqdan sonra onu itələyib yerə yıxdığı üçün sağ qolunun dirsək hissəsi, sol qolu və hər iki diz nahiyəsindən xəsarət almış və bununla bağlı məhkəmə tibbi ekspert müayinəsindən keçmişdir. Baş vermiş hadisə vaxtı həmin şəxsin əynində güllü köynək olsa da, qaranlıq olduğu üçün o həmin şəxsin əynində olan digər geyim aksesuarlarını görə bilməmişdir. Həmin şəxs təxminən 20-25 yaşlarında, 165-170 sm hündürlükdə, arıq bədən quruluşlu bir qədər başı tüklü kişi cinsli cavan oğlan olmuşdur. Həmçinin həmin şəxsi arxadan görərsə qeyd etdiyi əlamətlərinə görə tanıya biləcəyini qeyd etmişdir. Hadisə baş verən zaman tanımadığı şəxs əlindən 20 manat dəyərində qara rəngli pul kisəsini alıb qaçmışdır. Həmin pul kisəsinin içərisində, bir ədəd 50 manatlıq, iki ədəd 20 manatlıq, bir ədəd 5 manatlıq və beş ədəd 1 manatlıq olmaqla ümumilikdə 100 manat nağd pulu, 55 manat dəyərində adlarını xatırlamadığı ağrıkəsici dərman vasitələri, 35 manat dəyərində günəş eynəyi və 01 ədəd özünə məxsus AZE № 15470106 seriyalı şəxsiyyət vəsiqəsi olmuşdur. Qeyd olunan hadisə nəticəsində ona ümumilikdə 210 manat maddi ziyan dəymişdir. xx.xx.2023cü il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanında baş verən hadisə vaxtı gecə saatları olduğundan həmin ünvanda o və əmlakını alıb qaçan şəxsdən başqa heç kim olmamışdır. Lakin o həmin şəxsin arxasınca qaçıb qışqıran zaman onun səsinə sonradan həmin məhəllədə yaşayan tanımadığı şəxslər çıxmışdır. Həmin hadisə vaxtı pul kisəsini alıb qaçan şəxsin yanında başqa bir şəxs olmamış, hətta o həmin şəxsin arxasınca qaçan zamanda ətrafda və sonradan onun yanına gələn başqa bir şəxs görməmişdir. Bundan əlavə zərərçəkmiş şəxs Ş.A.Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə ona dəymiş ziyanın tamamilə ödənilməsini, təqsirləndirilən şəxs E.R.Babayevə qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını göstərmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, E.R.Babayev həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 88-90-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, E.R.Babayev barəsində 12 iyun 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 93-95-ci vərəqələrində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 668 nömrəli rəyindən görünür ki, vət Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ saidin və sol dizin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəriatdə yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 112-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”X8 daxil olmuş xx.xx.2023-cü il tarixli, 9941 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan X6 arxiv məlumatına görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb. Cinayət işinin 111-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəz” X8 daxil olmuş xx.xx.2023-cü il tarixli, xx/xx-8626 nömrəli məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, X6 “Respublika Narkoloji Mərkəz”-də müalicədə olmayıb və qeydiyyatda yoxdur. Cinayət işinin 97, 106-107, 113-121-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən və hökmün surətindən görünür ki, E.R.Babayev Salyan rayon məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə həmin məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Salyan Rayon məhkəməsinin qərarına əsasən Azərbacan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmşdır. xx.xx.2022-ci ildə cəza müddətinin sona çatması ilə azad edilmişdir. Cinayət işinin 122-134-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin istintaqı zamanı Yasamal RPİ-nin 27-ci PB-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-53-2/2-8370 saylı məktuba əlavə edilmiş ünvan 3 ünvanın yaxınlığında quraşdırılmış müşahidə kameralarının xx.xx.2023-cü il tarixdə qeydə aldığı videogörüntülərin köçürüldüyü 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, baxış keçirilən CD diskdə 03 ədəd “Hadiseye gelis video 1”, “Hadise yerinden qacma video 2” və “Hadise yerinden uzaqlasma video 3” adlı fayllar vardır. “Hadiseye gelis video 1” adlı fayl açıldıqda 00:00:06 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 5 ünvanın yaxınlığında quraşdırılmış müşahidə kamerası ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2023-cü il tarixdə 23:23:33-dan başlayaraq ünvan 5 ünvanının yaxınlığındakı asfalt örtüklü ara küçəni bir istiqamətdə müşahidə edir. Videogörüntüyə baxış zamanı görüntünün 00:00:02ci saniyəsindən əynində rəngi tam olaraq seçilməyən güllü-güllü bəzəkləri olan qollu köynək geyinmiş X4 Yasamal rayonu M.Həsənov küçəsi ilə adi yerişlə hərəkət etməsi görünür. Faylda olan videogörüntünün sonunadək iş üçün qeyd edilənlərdən başqa əhəmiyyətli hal müşahidə edilmir. “Hadise yerinden qacma video 2” adlı fayl açıldıqda 00:00:07 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 5 ünvanın yaxınlığında quraşdırılmış başqa bir müşahidə kamerası ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2023cü il tarixdə saat 23:25:56-dan başlayaraq Bakı şəhəri Yasamal rayonu, M.Həsənov küçəsini bir istiqamətdə müşahidə edir. Videogörüntüyə baxış zamanı görüntünün 00:00:01-ci saniyəsindən X2 əlində qara rəngli pul kisəsi ilə surətlə qaçaraq kameranın müşahidə dairəsindən çıxdığı görünür. Faylda olan videogörüntünün sonunadək iş üçün qeyd edilənlərdən başqa əhəmiyyətli hal müşahidə edilmir. “Hadise yerinden uzaqlasma video 3” adlı fayl açıldıqda 00:00:08 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü ünvan 5 ünvanının yaxınlığında quraşdırılmış “Hadiseye gelis video 1” adlı faylı qeydə almış müşahidə kamerası ilə qeydə alınmışdır. Həmin müşahidə kamerası xx.xx.2023-cü il tarixdə saat 23:27:43-dən başlayaraq Bakı şəhəri Yasamal rayonu, M.Həsənov küçəsini bir istiqamətdə müşahidə edir. Videogörüntüyə baxış zamanı görüntünün 00:00:05-ci saniyəsindən X3 əlində qara rəngli pul kisəsi ilə surətlə qaçaraq onun hadisə yerinə gəlişini qeydə almış kameranın müşahidə dairəsindən çıxdığı görünür. Faylda olan videogörüntünün sonunadək iş üçün qeyd edilənlərdən başqa əhəmiyyətli hal müşahidə edilmir. Baxış keçirilən CD diskdə olan “Hadise yerinden qacma video 2” adlı fayla baxış keçirlən zaman X6 tərəfindən Zərərçəkmiş şəxs qarşı ünvan 3 ünvanında törədilmiş soyğunçuluq cinayətinin xx.xx.2023cü il tarixdə saat 23:25-də baş verdiyi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş ziyan E.R.Babayev tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxs E.R.Babayevin insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, CD disklərdə olan videogörüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs E.R.Babayevin əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa məhkəmə, E.R.Babayevin özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə deyl, həmin Məcəllənin 180.1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, həmin ifadə özünümüdafiə xarakteri daşımaqla işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs E.R.Babayevə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla E.R.Babayevə cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş zərərin aradan qaldırılmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, E.R.Babayevin əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, E.R. Babayev Salyan Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə Salyan Rayon məhkəməsinin qərarına əsasən Azərbacan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci ildə cəza müddətinin sona çatması ilə azad olunmasına baxmayaraq 09 iyun 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1 və 61.1.7-ci maddələrinə əsasən E.R.Babayevin əməlində cinayətlərin residivinin olmasını və cinayətin aşkar surətdə qoca vəziyyətdə olan şəxsə qarşı törədilməsi cəzanı ağırlaşdıran hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi E.R.Babayevin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, E.R.Babayev həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, E.R.Babayevin azadlığının faktiki olaraq 12 iyun 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs E.R.Babayevə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs E.R.Babayevin ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillri Y.C.Hüseynə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, E.R.Babayevə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillri Y.C.Hüseynə ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. E.R.Babayev barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. X5 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X7 ibtidai istintaq dövründə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. X4 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar