Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-456/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx xxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyatda olmaqla və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 iyun 2021-ci il tarixdə saat 18:50 radələrində ünvan 2 ünvanda yerləşən «GrandMart» ticarət mərkəzinin giriş hissəsində müvəqqəti saxlanc yeri sayılan dolabdan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus 15 manat dəyərində qara rəngli parça materialından olan noutbuk çantasını və həmin çantanın içərisində olan bir ədəd 1500 manat dəyərində boz rəngli, 15 laptop model, İntel Core İ3, ram 8GB, SSD 256 GB xüsusiyətli «HP» markalı notbuku cərəyan yükləyici (adaptor) ilə birlikdə və 10 manat dəyərində «Lenovo» markalı kompyuter siçanını gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1525 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 iyun 2021-ci il tarixdə saat 21:00 radələrində ünvan 3 ünvanında yerləşən «Bolmart» ticarət mərkəzinə giriş hissəsində müvəqqəti saxlanc yeri sayılan dolabdan vətəndaş Zərərçəkmiş şəxs3 məxsus bir ədəd Cin istehsallı qara rəngli qısa qol dəyəri 50 manat olan «Newyorker» markalı qadın köynəyini,bir ədəd Türkiyyə istehsallı qara rəngli dəyəri 30 manat olan belliyi (karset), bir ədəd ABŞ istehsallı, ELF modelli.qara rəngli dəyəri 60 manat olan tuşu, bir ədəd Fransa istehsallı, YSL modelli, dəyəri 40 manat olan tonal kremini, bir ədəd ABŞ istehsallı, dəyəri 30 manat olan kirşanı (pudra), bir ədəd ABŞ istehsallı, dəyəri 15 manat olan göz gölgəsini (Ten), bir ədəd ABŞ istehsallı dəyəri 15 manat olan ənliki (bronzer) və bir ədəd Türkiyyə istehsallı dəyəri 10 manat olan kosmetik çantanı gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 250 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 iyun 2021-ci il tarixdə saat 15:25 radələrində ünvan 4 ünvanında yerləşən «Bravo» ticarət mərkəzinin giriş hissəsində müvəqqəti saxlanc yeri sayılan dolabdan vətəndaş Zərərçəkmiş şəxs2 məxsus dəyəri 1800 manat olan bir ədəd «Lenovo» markalı, «İdeaPad»Gaming 3 15ARH05» modelli notbuku və bir ədəd 10 manat dəyərində «Samsunq A71» markalı mobil telefona məxsus yükləyicini (adapter) gizli olaraq talayıb zərərçəkmiş şəxsə cəmi 1810 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər 22 avqust 2014-cü il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il azadlıqdan məhrum edilərək 24 noyabr 2015-ci ildə cəzasının sonu ilə azad olunmuş, sonra 26 iyul 2016-cı il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə 07 (yeddi) ay 28 gün azadlıqdan məhrum edilmiş və 18 mart 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş və 29 iyul 2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikaksı CM-nin 234.1-ci maddəsi ilə 11 (on bir) ay 28 gün azadlıqdan məhrum edilmiş və 27 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 24 iyun 2021-cı il tarixdə fərdi iş tapmaq üçün Yasamal rayon ərazisində «Renesans palace» yaşayış kompleksinin yaxınlığına gəlmiş və su icmək üçün mağazaya daxil olmuşdur. Sonradan istintaq zamanı tanıdığı Zərərçəkmiş şəxs2 əlində ağ selofan kisə olduğunu görüb və Türkanın özünə məxsus əşyaları təxminən saat 15:25 radələrində mağazanın içərisində olan əl yüklərinin müvəqqəti saxlamaq üçün dolaba qoyduqdan sonra satış şöbələrinə getmiş ona görə də əlində olan sellofan paketi birini Türkanın əşyaları qoyduğu dolaba qoymuş və təxminən 2- 3 dəqiqə keçmiş əl yükü qoyulan dolablara yaxınlaşaraq Türkanın əl yükü qoyduğu dolabı açaraq özünə məxsus və Turkana məxsus sellofan paketləri götürərək mağazadan çıxmışdır. Mağazadan çıxdıqdan sonra 8 km qəsəbəsi adlanan iyerdə Turkana məxsus «Lenovo» markalı noutbuku və «Samsunq» mobil telefonun yükləyisini (adaptor) tanımadığı bir şəxsə 80 manata satmışdır. Oğurladığı əşyanı satdıqdan sonra 80 manat pulu özü üçün xərcləmişdir. Bundan başqa 04 iyun 2021-ci il tarixdə saat təxminən 18 radələrində oğurluq etmək məqsədilə Nəsimi rayonu, Səməd Vurğun küçəsi yaxınlığında yerləşən «AFF Mail» ticarət mərkəzinin birinci mərtəbəsinə daxil olmuş və oradakı «Grandmart» supermarketin girişində olan, müştərilərin əşyalarının saxlandığı dolablar olan yerə yaxınlaşaraq dolabların birinin içərisindən istintaqda tanıdığı Zərərçəkmiş şəxs1 məxsus içərisində kompyuter olan əl çantasının götürmüş vaə mağazadan çıxaraq «Qış parkı» adlanan yerə gələrək sellofana baxmış və sellofanın içərisində boz rəngli «HP» markalı noutbuk, 1 ədəd kompyuter siçanı və 1 ədəd noutbuk cərayan yükləyici (adopter) olduğunu müəyyən etdikdən sonra yenə də Nizami rayonu, 8-ci km bazarı yaxınlığına gələrək tanımadığı şəxsə 100 manata satmışdır. Bundan başqa 20 iyun 2021-cı il tarixdə təxminən saat 21:00 radələrində Səbail rayonu, ünvan 5 ünvanda yerləşən «Bolmart» ticarət mərkəzinə sərbəst daxil olaraq ticarət mərkəzindən vətəndaşların şəxsi əşyalarını saxladığı dolaba yaxınlaşaraq digər dolabın üzərində olan açarı çıxararaq içərisində sellofan paketi olan dolabı açmış, dolabdan sarı rəngdə sellofan paketi götürərək mağazadan çıxmışdır. Ticarət mərkəzindən aralandıqdan sonra sellofan paketin içərisinə baxmış və paketin içərisində bir qadın köynəyi, bir ədəd qadın karseti və bir ədəd dəst şəkilində kosmetik vasitələr olduğunu görmüş və oğurladığı əşyalar qadına aid olduğundan yaxınlıqdakı zibil qutusuna ataraq getmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, evli olmasını və 2 uşağının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 04 iyun 2021-ci il tarixdə saat təxminən 18:30 radələrində ünvan 6 ünvanda yerləşən «Grand Mart» ticarət mərkəzinə tanışı Şahid2 ilə daxil olaraq əlində olan və özünə məxsus noutbuku dolabların birinin içərisinə qoyaraq satış şöbələrinə getmiş və geri qayıtdıqda isə bir ədəd 1500 manat dəyərində boz rəngli, «HP» markalı notbuku cərəyan yükləyici (adaptor) ilə birlikdə və 10 manat dəyərində «Lenovo» markalı kompyuter siçanını oğurlandığını və ümumilikdə 1525 manat dəyərində əşyalarının oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır. Əşyalarının oğurlanması barədə Səbail rayon polis idarəsinin İŞ-də verdiyi ifadəsini təsdiq edir və bildirir ki, 20 iyun 2021-cı il tarixdə Səbail rayonu, ünvan 5 ünvanda yerləşən «Bolmart» ticarət mərkəzinə su almaq üçün daxil olmuş və əlində olan karton qutunu ticarət mərkəzinə giriş hissəsinin sağ tərəfində yerləşən dolaba qoymuşdur. Ticarət mərkəzini tərk etdikdən sonra şəxsi əşyaları yadından çıxararaq ticarət mərkəzində qalmış və 22 iyun 2021-cı il tarixdə əşyalarımı götürmək üçün mağazaya getmiş və əşyalarının yerində olmadığını aşkar etmişdir. Karton paketin içərisində bir ədəd qiyməti 50 manat olan «Newyorker» markalı Cin istehsallı, qara rəngli qısa qol qadın köynəyi, bir ədəd qiyməti 30 manat olan Türkiyə istehsallı qara rəngli bellik (karset) və kosmetik çantanın içərisində bir ədəd qiyməti 60 manat dəyərində ABŞ istehsallı, ELF modelli qara rəngli tuş, bir ədəd Fransa istehsallı qiyməti 40 manat olan YSL modelli tonal kremi, bir ədəd qiyməti 30 manat olan ABŞ istehsallı kirşan (pudra), bir ədəd ABŞ istehsallı qiyməti 15 manat olan göz gölkəsi (Ten), bir ədəd ABŞ istehsallı qiyməti 15 manat olan ənlik (bronzer) və bir ədəd Türkiyə istehsallı qiyməti 10 manat olan kosmetik çanta əşyaları oğurlandığını və cəmi 250 manat ziyan dəyməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda valideyinləri ilə bir yerdə yaşayır. 2021-ci ilin tədris ilini bitirib, Yasamal rayonunda Zahid Xəlilov küçəsində yerləşən «ABC» tədris kursuna biliyini artırmaq üçün dərslərə getmiş və dərslərini bitirdikdən sonra təxminən saat 15:10 radələrində kursdan çıxaraq evə gedərkən yol-üstü mağazaya girmiş və əlində olan «Lenova» markalı noutbuku saat 15:25 radələrində «Bravo» ticarət mərkəzinin daxilində olan dolaba qoyaraq satış şöbələrinə getmiş və geri qayıtdıqda əşyalarının dolabda olmadığını aşkar etmişdir. Bu zaman özü mağazada olan mühafizəçiyə oğurluq olması barədə bildirmiş və bir yerdə kameraya baxdıqda əynində qara şalvarı olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs oğurluq etməsini bildirmişdir. Oğurluq zamanı ona 1800 manat ziyan dəydiyini bildirmişdir. Sonradan bu rədə Yasamal RPİ-nin 28-ci PB-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 4 ilə yaxın olar ki, Grand MMX (bolmart) mağazalar şəbəkəsində nəzarət və təhlükəsizliyi xidmətində çalışır. 22 iyun 2021-ci il tarixdə təxminən saat 21:50 radələrində sonradan tanıdığı Zərərçəkmiş şəxs3 mağazaya gələrək bildirmişdir ki, 20 iyun 2021-cı il tarixdə dolaba qoydyğu karton paketin içərisində olan şəxsi əmlakı yerində yoxdur və təhlükəsizlik kamerasına baxmaq istəyir. Ona görə də mağaza rəhbərliyinə məruzə etmiş və rəhbərlik4 icazə verdikdən sonra Zərərçəkmiş şəxs3 ilə birlikdə videogörüntüyə baxarkən tanımadıqları şəxsin mağazaya daxil olmasını dolablara tərəf gəlmiş, bir qədər dolablara baxdıqdan sonra cibindən açar çıxararaq dolabı açmış və onun içərisində olan karton paketi götürərək getmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, halhazırda göstərdiyi ünvanda yaşayır, özü isə heç bir yerdə işləmir, Bakı Mühəndislik Universitetinin 4-cü kurs tələbəsidir. 04 iyun 2021-ci il tarixdə saat təxminən 18:30 radələrində ünvan 9 ünvanda yerləşən «Grand Mart» ticarət mərkəzinə tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə gəlmiş və hər ikisi özlərinə məxsus notbukları bir dolaba qoymuşlar. Təxminən 10 dəqiqə keçmiş alış-veriş etdikdən sonra notbukları götürmək istərkən Zərərçəkmiş şəxs1 məxsus HP markalı notbukun, notbuk çantasını və kompyutern siçanının oğurlandığını müəyyən etmişlər. Özünə məxsus notbukun ykerində olunduğunu müəyyən etmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 15.09.2021-ci il tarixli, 9/6286 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, «HP» markalı, 15 laptor model, İntel Core İ3, ram 8GB, SSD 256 GB xüsusiyətli notbukun istifadədə olması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin iyun ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 850,00 manat müəyyən olunur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 22.09.2021-ci il tarixli, 9/6304-9/5265 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, analoji malların texniki göstəricilərinə əsasən bir ədəd «Lenovo» markalı, «İdeaPad»Gaming 3 15ARH05» modelli notbukun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 850,00 manat müəyyən olunur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının 30.09.2021-ci il tarixli, 9/6434 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, analoji malların orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olara 2021-ci ilin ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 45,0 manat müəyyən edilir. Digər 5 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, istismar müddəti və s.) haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Təqsirləndirilən şəxs oğurluq əməllərinin törədilməsi zamanı marketlərin müşahidə kameralarında qeydə alındığı videoçəkiliş olan diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 27 iyul 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına əsasən F.Sultanov evli olmaqla 10.12.2012-ci il təvəllüdlü X3 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır.. Təqsirləndirilən şəxs barəsində 25.08.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23.08.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd CD formatında disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 23 avqust 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 150 manat (yüz əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış marketlərin təhlükəsizlik kameralarından götürülmüş videogörüntünün qeydə alındığı 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Dövlət ittihamçısı ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-456/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-456/2021
24.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver