Məhkəmə qərarları › İş №1(004)-457/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-457/2021

22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-457/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkuluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, 14 avqust 2021-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən X6 yaxınlığında məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq bir ədəd bükümdə təmiz çəkisi 1.008 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 21 avqust 2021-ci il tarixdə, saat 11:00-da Yasamal RPİ-nin 26-cı PB-nin və Yasamal RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq PB-nin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,008 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 08.06.2018-ci il tarixdə Bakı Şəhəri Yasamal Rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum edilmiş, 28.02.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. 14.08.2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən X4rşısında adını, soyadını və yaşadığı ünvanı bilmədiyi şəxsdən bir ədəd gümüşü rəngli siqaret kağızı ilə sellofana bükülmüş psixotrop maddə olan metamfetamini 20 manata almışdır. Psixotrop maddə olan metamfetamini cibinə qoyub özü istifadə etmək üçün saxlamışdır. 21 avqust 2021-ci il tarixdə, saat 11 radələrində ünvan 4 ünvanın qarşısından tanışı Şahid3 ilə birlikdə gedərkən post patrul xidmətinin əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim edərək Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşlarını çağırmışlar, sonuncular gəldikdən sonra onları 26-cı PB-nə dəvət etmişlər və onlar polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş, vəkilin, polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən video çəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı üzərində hər hansı qanunsuz əşyanın olduğu halda könüllü təqdim etməsi təklif edildikdə o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı ilə sellofana bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Bundan sonra bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalamış və narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə əmliyyalat müvəkkili vəzifəsində işləyir. 21 avqust 2021-ci il tarixdə, saat 11 radələrində İdarənin PPXB-nün əməkdaşları tərəfindən Yasamal rayonu, M.Müşviq küçəsində iki nəfər şəxin şübhəli olması bildirilmişdir. Həmin ərazidə xidmət aparan Şahid1la ilə deyilən ünvana gəlmiş və orada polis serjantları Şahid4, Şahid5 və iki nəfər şəxsi görmüşdür. Polis əməkdaşları onlara bildirmişdir ki, həmin iki nəfər şəxsə yaxınlaşmışlar və onlardan özlərini təqdim etməsini xahiş elmişlər, lakin həmin şəxslər özlərini təqdim etməkdən imtina edərək oradan uzaqlaşmağa cəhd etmişlər. Bundan sonra onlar həmin şəxsləri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etməmiş və onları polis bölməsinə gətirmişlər. Polis Bölməsində həmin şəxslərin 1977-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs və 1969-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Şahid3 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Bu barədə dərhal raport yazılmış və polis bölməsinin rəisinə məruzə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət olunmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilərək könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma və sellofana bükülmüş ağ rəngli kristall formalı maddəni təqdim edərək edərək həmin maddəni 2021-ci ilin avqust ayının 14-də saat 12 radələrində X4rşısında tanımadığı şəxsdən hədiyyə olaraq aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş maddəyə baxış keçirilərək müyyən olunmuşdur ki, bükümün içərisində ağ rəngli kristall şəkilli narkotik vasiyə bənzər maddə vardır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş və iştirtakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, baxışda iştirak edənlər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Yasamal RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri işləyir. 21 avqust 2021-ci il tarixdə 1-ci Patrul sahəsi 4 saylı marşurutda xidmət aparmışdır. Həmin vaxt iş yoldaşı polis serjantı Şahid5 də xidmətdə olmuşdur. Saat 11 radələrində ünvan 5 ünvanda yerləşən yaşayış binasının qarşısından keçən zaman iki nəfər şəxsin dayanmasını və özlərini şübhəli aparmasını görmüşlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlardan nə üçün dayanmalarını soruşmuşlar və özlərini təqdim etmələrini xahiş etmişlər. Lakin həmin şəxslər özlərini təqdim etməkdən imtina edib onlardan yayınmaq istəmişlər. Bundan sonra həmin ərazidə olan Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə bu barədə bildirmişlər və bir neçə dəqiqə sonra əraziyə 26-cı PB-nin əməliyyat müvəkkili Şahid1 və sahə inspektoru Şahid2 gəlmişdir. Şahid1 və Şahid2 həmin şəxslərə xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra həmin şəxsləri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etməmiş və onları polis bölməsinə gətirmişlər. Polis Bölməsində həmin şəxslərin 1977-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs və 1969-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Şahid3 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Bu barədə dərhal raport yazılmış və polis bölməsinin rəisinə məruzə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma və sellofana bükülmüş bir ədəd ağ rəngli kristall formalı maddəni təqdim edərək edərək həmin maddəni 2021-ci ilin avqust ayının 14-də saat 12 radələrində X4rşısında tanımadığı şəxsdən hədiyyə olaraq almasını və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Aşkar edilmiş maddəyə baxış keçirilmiş və müyyən olunmuşdur ki, bükümün içərisində ağ rəngli kristall şəkilli narkotik vasiyə bənzər maddə vardır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərini üzəri zərflər üçün olan 170 nömrəli möhür ilə möhürlənmiş və iştirtakçılar tərəfindən imzalanmışdır. Rüfət Əsgərlinin üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra bu barədə protokol tərtib olunmuş, baxışda iştirak edən şəxslər imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində Şahid4la eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 110-112-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Yasamal RPİ-nin 26-cı PB-nin cinayət axtarış üzrə əmliyyalat müvəkkili vəzifəsində işləyir. 21 avqust 2021-ci il tarixdə, saat 11 radələrində İdarənin PPXB-nün əməkdaşları tərəfindən Yasamal rayonu, M.Müşviq küçəsində iki nəfər şəxin şübhəli olması bildirilmişdir. Həmin ərazidə xidmət aparan Şahid2 ilə deyilən ünvana gəlmiş və orada polis serjantları Şahid4, Şahid5 və iki nəfər şəxsi görmüşdür. Polis əməkdaşları onlara bildirmişdir ki, həmin iki nəfər şəxsə yaxınlaşmışlar və onlardan özlərini təqdim etməsini xahiş elmişlər, lakin həmin şəxslər özlərini təqdim etməkdən imtina edərək oradan uzaqlaşmağa cəhd etmişlər. Bundan sonra onlar həmin şəxsləri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxslər də etiraz etməmiş və onları polis bölməsinə gətirmişlər. Polis Bölməsində həmin şəxslərin 1977-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs və 1969-cu il təvəllüdlü, Bakı şəhərində anadan olmuş Şahid3 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə vardır. Bu barədə dərhal raport yazılmış və polis bölməsinin rəisinə məruzə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət olunmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmış və axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilərək könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma və sellofana bükülmüş ağ rəngli kristall formalı maddəni təqdim edərək edərək həmin maddəni 2021-ci ilin avqust ayının 14-də saat 12 radələrində X4rşısında tanımadığı şəxsdən hədiyyə olaraq aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar edilmiş maddəyə baxış keçirilərək müyyən olunmuşdur ki, bükümün içərisində ağ rəngli kristall şəkilli narkotik vasiyə bənzər maddə vardır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, möhür ilə möhürlənmiş və iştirtakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş, baxışda iştirak edənlər tərəfindən imzalanmışdır”. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 116-118-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o “rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi işlərlə məşğul olub ailəsini dolandırır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, onunla tanışdır. O, mütəmadi olaraq boş vaxtlarında Rüfətlə görüşür və söhbət edir. O, Rüfəti normal bir şəxs kimi tanıyır, onun yanında hər hansı formada qeyri-etik hərəkət etməmiş, kiminləsə mübahisə etməmişdir. 21 avqust 2021-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxaraq şəhərə getmiş və işlərini həll etdikdən sonra tanışı Rüfətlə görüşmüşdür. Saat təxminən 11 olardı ki, Rüfətlə piyada ünvan 6 ünvanın qarşısından keçmişlər. Həmin vaxt iki nəfər polis formasında şəxs onlara yaxınlaşmış və xidməti vəsiqələrini göstərib Yasamal RPİ-nin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları onları sorğu sual etməyə başlamışdır. Bu zaman Rüfət hərəkət etməyə başladıqda polis əməkdaşı ondan nə üçün yayınmasını və verilən sualları cavablandırmağını soruşmuşdur. O, isə heç nə deməmişdir. Bundan sonra polis əməkdaşı olduqları yerə polis əməkdaşları çağırmış və iki nəfər polis gəlmişdir. Həmin şəxslər xidməti vəsiqələrini göstərib Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onları 26-cı PB-yə dəvət etmi, o və Rüfət də etiraz etməyib polis bölməsinə getmişlər. Polis Bölməsində onun izahatı alınmış və getməsi bildirilmişdir. Bundan sonra o, polis bölməsindən çıxmış və evə getmişdir. Sonradan eşitmişdir ki, Rüfətin üzərindən narkotik maddə aşkar edilmiş və onu həbs etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 11 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş etməklə baxış keçirilən zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına və sellofana bükülmüş bir ədəd ağ rəngli kristall formalı maddəni təqdim edərək edərək həmin maddə 2021-ci ilin avqust ayının 14-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən X4rşısında tanımadığı şəxsdən hədiyyə olaraq almasını və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Aşkar edilmiş maddəyə baxış keçirilmiş və müyyən olunmuşdur ki. bükümün içərisində ağ rəngli kristall şəkilli maddə vardır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri zərflər üçün olan 170 nömrəli möhür ilə möhürlənmiş və iştirtakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. (i.v. 32-34) Məhkəmə kimyəvi ekspertizasının 21 avqust 2021-ci il tarixli, 6/3636 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Təqsirləndirilən şəxs" Yazısı olan zərfdəki l (bir) ədəd bükümdə təmiz çəkisi 1.008 qram ağ rəngli krisatallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v. 41-46) X2 Tibbi Yoxlama Komissiyasının 02 oktyabr 2021-ci il tarixli, 3747 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. (i.v. 134-135) “Video görüntüyə baxış keçirilməsi haqqında” 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd layıl vardır, fayılda olan videogörüntü 21 avqust 2021-ci tarixdə çəkilmiş, çəkilmiş videoçəkilişdən görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasının içərisində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu heç bir etiraz etməyərək özü könüllü olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma və sellofana bükülmüş bir ədəd ağ rəngli kristall formalı maddəni təqdim edərək edərək həmin maddə 2021-ci ilin avqust ayının 14-də saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən X4rşısında tanımadığı şəxsdən hədiyyə olaraq almasını və şəxsi istifadəsi üçün üzərində gəzdirməsini bildirmişdir. Aşkar edilmiş maddəyə baxış keçirilmiş və müyyən olunmuşdur ki. bükümün içərisində ağ rəngli kristall şəkilli maddə vardır. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri zərflər üçün olan 170 nömrəli möhür ilə möhürlənmiş və iştirtakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilmir. (i.v. 72) “Sübutların qiymətləndirilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə ümumi təmiz çəkisi 1,008 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0.958 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman çəkilmiş özündə videogörünütləri əks etdirən bir ədəd DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 136-151,172) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs etirafedici ifadəsi şahidlərin ifadələri, ekspert rəyi, maddi sübutlarla, habelə məhkəmədə tədqiq edilərək araşdırılmış protokollarla tam təsdiq olunduğuna görə, məhkəmə sadalananları və təqsirləndirilən şəxsin ifadəsini iş üzrə ittihamın həlli üçün kifayət edən sübut növləri kimi qəbu edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin metafetaminin təmiz çəkisi 1.008 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 21 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 23) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23.08.2021-ci il tarixli 4(004)-479/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 21 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 70-71) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 08.06.2018-ci il tarixli, 1(004)-207/2018 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (i.v. 132-133) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs 28 fevral 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. CM-nin 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.958 qram qalıq çəkisi olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 21 avqust 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş psixotrop maddə metamfetaminin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 21 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ooğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.958 qram olan psixotrop maddə olan metamfetamin məhv edilsin. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs ooğluna göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Mərkəz Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar