Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-458/2021 13.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X1, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkili X9, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, telefon dükanında satıcı işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 rayon Məhkəməsinin 26.08.2021ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan adam öldürmüşdür. Belə ki, o, 02.08.2021-ci il tarixdə saat 00:15 radələrində idman məşqlərindən sonra dostu Şahid1 ilə ünvan 4 ünvanında yerləşən “Grandmart” marketə girib alış-veriş etdikdən sonra həmin marketin qarşısında, səkidə əyləşib telefonla danışan zaman həmin gün saat 00:50 radələrində kəskin alkoqol sərxoşluğu vəziyyətində və əlində də spirtli içki olan, əvvəllər tanımadığı X7 onlara yaxınlaşaraq onun qoluna edilmiş dini inancları əks etdirən tatuaja (döyməyə) baxıb istehza etməklə nalayiq ifadələr işlətmiş, sərxoş olduğunu başa düşdüyündən H.Daşdəmirovun onlardan kənarlaşmasını tələb etmiş, lakin sonuncu həmin hərəkətlərini davam etdirərək onun özünü, şərəf və ləyaqətini alçaldan nalayiq söz və ifadələrlə söyməklə ağır təhqir etdiyindən aralarında qısa müddətli mübahisə yaranmış və mübahisə zamanı əsəbləşərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək kəskin alkoqol sərxoşluğu vəziyyətində olduğunundan, həmçinin özünün də idmançı olmaqla fiziki cəhətdən ondan güclü olmasını nəzərə almayaraq H.Daşdəmirovun müvazinətini saxlaya bilməyəcəyini qabaqcadan görməli olduğu və görə biləcəyi halda bunlara cinayətkarcasına etinasız yanaşmaqla Haşım Daşdəmirovun sifət nahiyəsindən qəsdən bir dəfə əli ilə yumruq zərbəsi endirmiş, zərbənin təsirindən sonuncu bərk səthli, metlax örtüklü yerə arxası üstə yıxılaraq baş beyin toxumasının əzilməsi ilə müşayiət olunmuş sağ gicgahənsə sümüyünün sınığı kimi dərəcəsinə görə sağlamlığa ağır zərər vuran və ölümünə səbəb olan həyat üçün təhlükəli xəsarət almış və sonrakı günlərdə həmin ağır kəllə beyin travmasından baş vermiş ağırlaşma, yəni baş beynin irinli meningiti və beyin ödemi nəticəsində 23.08.2021-ci il tarixdə “X30" X31 ölmüş, bu hərəkətləri ilə H.Daşdəmirovu ehtiyatsızlıqdan öldürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə kirayədə təxminən 6 il olar ki, Yasamal rayonu ərazisində yaşamış, “28 May” metrostansiyasının yaxınlığında telefon satış dükanında satıcı işləmiş, bundan başqa 8 il peşəkar qaydada qaydasız döyüşlə məşğul olmuşdur. Həftədə 3 dəfə olmaqla hazırda “Həzi Aslanov” metrostansiyasının yaxınlığında axşamlar saat 21 radələrindən saat 23-24 radələrinədək idmanla məşğul olmuş, daha sonra taksi ilə yaşadığı evə gəlmişdir. Dost münasibətində olduğu Şahid1 ilə 01.08.2021-ci il tarixdə saat 23:30 radələrində taksi ilə “Nizami” metrostansiyasının yaxınlığına, “Beş mərtəbə” adlanan yerə gəlmiş, əvvəlcədən Fuadla telefonla əlaqə saxlayıb orada görüşüb piyada onların yaxınlıqda yerləşən evlərinə getmiş, bundan qabaq isə Yasamal rayonu Ş.Qurbanov 19 ünvanında, yolun kənarında yerləşən “Grandmart” adlı marketdən evə bazarlıq etmişlər. 02.08.2021-ci il tarix saat 00:15 radələrində marketə girib evə lazım olan bazarlığı etdikdən sonra 02.08.2021-ci il tarixdə saat 00:35 radələrində Fuadla birlikdə marketdən çıxıb qarşıdakı səkinin üstündə əyləşmiş, həmin vaxt onun əynində ağ rəngli ayağı nisbətən qısa idman şalvarı, qara rəngli köynək, Fuadda isə boz rəngli qısaqol köynək və qara rəngli şalvar olmuşdur. O, əyləşdikdən sonra özünə məxsus mobil telefonla “watsap” proqramı vasitəsi ilə söhbət etmiş, Fuad da yanında oturmuşdur. Bu vaxt onların əvvəllər tanımadığı, təxminən 30 yaşında, əynində göy rəngli şalvar və köynək olan bir nəfər spirtli içki sərxoşluğu hiss olunan tərzdə və əlində “Go” adlı spirtli içki dəmir bankası olan şəxs yaxınlaşaraq onun telefonuna boylanmış, həmin şəxsdən uzaqlaşmasını istədikdə sonuncu ona getməyəcəyini, ürəyinin istədiyi yerdə dayanacağını bildirmiş, Fuadla namaz qılan olduqlarını, əlində spirtli içki ilə yanlarında dayanmamasını xahiş etsələr də, həmin şəxs onlara məhəl qoymaraq qollarında “tatu” olduğunu demiş və onu nalayiq ifadələrlə təhqir edərək “bu nədi, blyat, bu nə qılıncdı, bu nə namazdı” demişdir. Belə ki, onun sol və sağ əlində, həmçinin Fuadın sağ qolunda “tatu” vardır və qısaqol köynəkdə açıq görünürdü. Oğlana əsəbləşib ayağa qalxmış, Fuad onu saxlamaq istəsə də əsəbi olduğundan həmin şəxsi sol əli ilə sifət nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Yumruq zərbəsi dəyən kimi həmin şəxs arxası üstə yerə yıxılmış, yerə yıxılan şəxs yerdə uzanıqlı vəziyyətdə də onu nalayiq ifadələrlə təhqir etmişdir. Onun yerə yıxılmasını görüb, sərxoş olduğuna görə öz əşyalarını yerdən götürüb Şamil Əzizbəyov küçəsi ilə üzü yuxarı, öz evlərinə tərəf gedib oradan uzaqlaşmışlar. Onlar həmin şəxsə ciddi nəsə baş vermədiyini fikirləşib, orada olan hər hansı şəxsə heç nə demədən və X32, həmçinin polisə hər hansı məlumat vermədən uzaqlaşmışlar. Sonrakı günlərdə də yumruqla vurduğu şəxsdən hər hansı xəbər çıxmadığından ciddi nəsə baş vermədiyini fikirləşmişdir. Sonradan baş vermiş hadisə ilə bağlı X5 vuran şəxsin axtarıldığını öyrənmiş və həmin gün 27-ci PB-nə gedib hadisə barədə məlumat verdikdə H.Daşdəmirovun 23.08.2021-ci il tarixdə ölməsini bilmişdir. Yasamal rayonu Ş.Qurbanov 19 ünvanında, yolun kənarında yerləşən “Grandmart” adlı marketin qarşısında baş vermiş hadisəni özündə əks etdirən 02.08.2021-ci il tarix saat 00:53 radələrini əks etdirən videogörüntülərə baxmış, videoda olan və yerdə əyləşən şəxsdən biri o, digəri dostu Fuaddır. Ayaqüstə olan şəxs isə onunla nalayiq danışan və sonradan onun yumruqla vurduğu şəxsdir. Onun və dostu Şahid1 X7 ilə hər hansı ədavət və ya düşmənçilikləri olmamış, həmin şəxsi ilk dəfə görmüş, onu nalayiq ifadələrlə təhqir etdiyi üçün cəzalandırmaq məqsədi ilə yumruqla vurmuş, öldürmək və ya başqa mənfi fikri olmamışdır. İlk dəfə cinayət törətməsini, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X6 ifadəsində göstərmişdir ki, o, ailədə 2 qardaş 2 bacı olmuş, 1989-cu il təvəllüdlü qardaşı Haşım Daşdəmirov evli olmaqla ata yurdunda bacısı Şahid3 və ailəsi ilə birlikdə yaşamış, Haşım Abşeron rayonu Xırdalan şəhərində avtoyuma məntəqəsində maşın yuyan işləməklə ailəsinə baxmışdır. Qardaşı Haşımın məhkumluğu olmamış, bir az əsəbiliyi olmuş, ən mənfi cəhəti aradabir spirtli içki içməsi, içki içdikdə isə özündə olmamaqla söyüş söyməsi, dava salması olmuşdur. Bir neçə dəfə içkili halda dava salmış, içkili olmadığı vaxtlarda isə sakit olmuş, heç kəslə işi olmazmış. Haşım hər gün işə gedibgəlmiş, təxminən 22-23 radələrində evdə olmuş, istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Təxminən 21-22 avqust tarixlərində qardaşı Haşımın vəziyyəti kəskin pisləşmiş və ağırlaşmışdır. Ev şəraitində ona bacısı tərəfindən tibbi yardım göstərilmiş, ancaq, xeyri olmamış, başının ağrıdığını bildirmişdir. 23.08.2021-ci il tarixdə saat 10 radələrində Haşımı 3 saylı şəhər poliklinikasına aparmış, orada vəziyyətinin ağır olduğuna görə X32la 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Həmin xəstəxanada da Haşımın başını və digər orqanlarını rentgen və KT müayinəsi edərək başında maye su və çirk olduğunu bildirilmiş, həkimlər tərəfindən reanimasiya otağına yerləşdirmişlər. Saat 21 radələrində qardaşı Haşım Daşdəmirovun artıq öldüyünü bildirmişlər. Sonradan müəyyən olunmuşdur ki, qardaşı Haşım Daşdəmirov 02.08.2021-ci il tarixdə Yasamal rayonu ərazisində 2 nəfər şəxslə mübahisə etmiş və onu vurmuşlar. Bacısı Şahid3 ilə danışdıqda ona demişdir ki, 01 avqust 2021-ci il tarixdə axşam radələrində Haşıma zəng vurduqda gələcəyini bildirsə də həmin günü evə gəlməmiş, 02.08.2021-ci il tarixdə saat 08 radələrində evə gəlmiş, gələndə Şahid3 onun sol qulağının qanlı olduğunu görmüş və təmizləmişdir. Həmçinin, Haşımın sağ gözünün altında göyərmə olmuşdur. Haşımdan nə olduğunu soruşduqda Şahid3 yıxıldığını bildirmiş, hər hansı şəxslə dava-dalaşının olması, döyülməsi barədə heç nə deməmişdir. Gecəni işlədiyi yerdə, ad günündə olduğunu demişdir. Onu çox sorğu-sual etdikdə yıxıldığını, ondan əl çəkməsini tələb etmişdir. Haşım başının ağrıdığını bildirib işə getməmiş, uzanmışdır. Haşımla söhbət zamanı gecə yıxıldığını, onu polislər görərək X32 maşınına mindirdiklərini, səhər ayıldıqda “Koroğlu” metrostansiyasının yaxınlığında parkda olduğunu demişdir. 2 gün evdə qaldıqdan sonra işə getmiş, başında hər hansı xəsarət və ya qan olmamış, ancaq, ağrılarının olduğunu bildirmişdir. Haşım həftə içi 5 gün Abşeron rayonu Xırdalan şəhərində avtoyuma məntəqəsində işi olmuş, növbəti həftənin şənbə və bazar günü evdə olarkən başının ağrıdığını, ağrıdan dözə bilmədiyini dedikdə ona ağrıkəsici dərmanlar vurmuş, lakin həkimə və ya X32a müraciət etməmişdir. Şahid3gil Haşımın yıxıldığını və qorxduğunu fikirləşmiş və onu “Papanin” qəsəbəsində olan qorxu götürmə yeri olan evə aparmışlar. Təxminən 21-22 avqust tarixlərində Haşımın vəziyyəti kəskin pisləşmiş və ağırlaşmış, sonra isə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01.08.2021-ci il tarixdə saat 23:30 radələrində əvvəllər idmanla və telefon dükanında satıcılıqla məşğul olan dostu Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb “Nizami” metrostansiyasının yaxınlığında görüşüb piyada yaxınlıqda yerləşən Əbilgilin evilərinə getmiş, bundan qabaq isə Əbil Yasamal rayonu Ş.Qurbanov 19 ünvanında, yolun kənarında yerləşən “Grandmart” adlı marketdən evə bazarlıq etmişdir. 02.08.2021-ci il tarix saat 00:15 radələrində marketə girib evə lazım olan bazarlığı etdikdən sonra 02.08.2021-ci il tarixdə saat 00:35 radələrində Fuadla birlikdə marketdən çıxıb qarşıdakı səkinin üstündə əyləşmiş, həmin vaxt Əbilin əynində ağ rəngli ayağı nisbətən qısa idman şalvarı, qara rəngli köynək, onda isə boz rəngli qısaqol köynək və qara rəngli şalvar olmuşdur. Əbil əyləşdikdən sonra özünə məxsus mobil telefonla “watsap” proqramı vasitəsi ilə söhbət etmiş, o da yanında oturmuşdur. Bu vaxt onların əvvəllər tanımadığı, təxminən 30 yaşında, əynində göy rəngli şalvar və köynək olan bir nəfər spirtli içki sərxoşluğu hiss olunan tərzdə və əlində “Go” adlı spirtli içki dəmir bankası olan şəxs yaxınlaşaraq Əbilin telefonuna boylanmış, Əbil həmin şəxsdən uzaqlaşmasını istədikdə sonuncu ona getməyəcəyini, ürəyinin istədiyi yerdə dayanacağını bildirmiş, namaz qılan olduqlarını, əlində spirtli içki ilə yanlarında dayanmamasını xahiş etsələr də, həmin şəxs onlara məhəl qoymaraq qollarında “tatu” olduğunu demiş və onu nalayiq ifadələrlə təhqir edərək “bu nədi, blyat, bu nə qılıncdı, bu nə namazdı” demişdir. Belə ki, Əbilin sol və sağ əlində, həmçinin onun sağ qolunda “tatu” vardır və qısaqol köynəkdə açıq görünür. Əbil oğlana əsəbləşib ayağa qalxmış, onu saxlamaq istəsə də Əbil əsəbi olduğundan həmin şəxsi sol əli ilə sifət nahiyəsindən yumruqla bir dəfə vurmuşdur. Yumruq zərbəsi dəyən kimi həmin şəxs arxası üstə yerə yıxılmış, yerə yıxılan şəxs yerdə uzanıqlı vəziyyətdə də Əbili nalayiq ifadələrlə təhqir etmişdir. Onun yerə yıxılmasını görüb, sərxoş olduğuna görə öz əşyalarını yerdən götürüb Şamil Əzizbəyov küçəsi ilə üzü yuxarı, Əbilin evinə tərəf gedib oradan uzaqlaşmışlar. Onlar həmin şəxsə ciddi nəsə baş vermədiyini fikirləşib, orada olan hər hansı şəxsə heç nə demədən və X32, həmçinin polisə hər hansı məlumat vermədən uzaqlaşmışlar. Sonrakı günlərdə də Əbilin yumruqla vurduğu şəxsdən hər hansı xəbər çıxmadığından ciddi nəsə baş vermədiyini fikirləşmişdir. Onun və dostu Təqsirləndirilən şəxs X7 ilə hər hansı ədavət və ya düşmənçilikləri olmamış, həmin şəxsi ilk dəfə görmüş, Əbili nalayiq ifadələrlə təhqir etdiyi üçün cəzalandırmaq məqsədi ilə yumruqla vurmuş, öldürmək və ya başqa mənfi fikri olmamışdır. Əlavə olaraq Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən vaxt X7 Əbilə yaxınlaşaraq əlində olan telefona boylanan zaman ondan qolunda olan tatiurovkaların mənasını soruşduqda ona əlində içki şüşəsinin olduğunu deyib uzaq durmasını bildirmiş, həmin şəxs Əbilə qayıdaraq “mən harada duracağımı sizdən soruşmayacam ki, bu nə qılıncdı blət, bu nə namazdı, bu nə nakolkadı, guya siz götünüzə başınıza yaxmaqla guya bizdən fərqlisiniz” dedikdə o, həmin şəxsə “çıx get buradan” demişdir. H.Daşdəmirov isə içkini Əbilə uzadıb içməyi təklif etmiş, ona uzaqlaşmasını bildirdikdə həmin şəxs dinlərini ağır söyüşlə təhqir eləmiş, namaza və qolunda olan qılınca da ağır söyüşlərlə təhqiramiz ifadə işlətmişdir. “O nə dindarlıqdı” deyib, bütün dindarların anasını söymüş, onların qəhbə olduğunu deyib və “sizin də ananız qəhbədir” ifadəsini işlətdikdə Əbil dözməyib ayağa qalxıb onu itələmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə saat 01 radələrində xalası oğlu Haşım Daşdəmirov ona öz nömrəsindən zəng edərək özünün “Nizami” metrostanasiyasının yaxınlığında olduğunu, birlikdə şəhərdə gəzmək istədiyini demiş, həmin vaxt onun bərk içkili olduğu hiss olunmuşdur. O da Haşıma Maştağada olduğunu, şəhərə gəlməyə pulunun olmadığını deyib getməmişdir. Haşım da buna görə zarafata ona söymüşdür. Təxminən 10 dəqiqədən sonra Haşımdan yenə zəng gəlmiş, ancaq nə qədər “alo,alo” desə də cavab verməmiş, deyəsən telefonunun hansısa düyməsi özü istəmədən basılı qalıb ona zəng gəlmişdir. O, telefonda Haşımın kiminləsə söhbət etdiyini, söhbət etdiyi şəxsə Haşım “çək zibilini buradan” demişdir. Orada olan hansısa şəxs isə Haşıma “bir az mədəniyyətlə” danış ifadəsini işlətmiş, Haşım da həmin şəxsə “sənə dedim çək zibilinini burdan, eşitmirsən dalbayov” ifadəsini işlədir. Bu vaxt mübahisə düşmüş, kimsə başqa şəxs də mübahisəyə qoşulmuş, birdən sanki telefon əldən yerə düşən kimi olmuş və səs 10 saniyədən sonra kəsilmişdir. Həmin söhbətlərdən başqa ifadələr eşitməmişdir. Bundan sonra konturu olmadığı üçün heç Haşıma təkrar zəng vurmamış, heç kimə də heç nə deməmişdir. Ümumiyyətlə, Haşım içkili olanda hamıya ilişən bir adam olmuş deyə heç kimə məlumat verməmiş, Haşıma da nəsə olduğunu fikirləşməmişdir. 02.08.2021-ci il tarixdə günorta radələrində Haşımın bacısı Şahid3 zəng vurduqda ona Haşımın evdə olduğunu, yatdığını, demişdir. Həmin gündən sonra başı işə qarışdığından Haşımı görməmiş, telefonla da danışmamışdır. 23.08.2021-ci il tarixdə axşam saatlarında xalası oğlu Haşım Daşdəmirovun vəziyyətinin pisləşdiyini və aparıldığı 3 saylı Şəhər xəstəxanasında öldüyünü öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daşdəmirova Şahid3 ifadəsində göstərmişdir ki, 01 avqust 2021-ci il tarixdə axşam radələrində Haşıma zəng vurduqda gələcəyini bildirsə də,o həmin günü evə gəlməmiş, 02.08.2021-ci il tarixdə saat 08 radələrində evə gəlmiş, gələndə onun sol qulağının qanlı olduğunu görmüş və təmizləmişdir. Həmçinin, Haşımın sağ gözünün altında göyərmə olmuşdur. Haşımdan nə olduğunu soruşduqda ona yıxıldığını bildirmiş, hər hansı şəxslə dava-dalaşının olması, döyülməsi barədə heç nə deməmişdir. Gecəni işlədiyi yerdə, ad günündə olduğunu demişdir. Onu çox sorğu-sual etdikdə yıxıldığını, ondan əl çəkməsini tələb etmişdir. Haşım başının ağrıdığını bildirib işə getməmiş, uzanmışdır. Haşımla söhbət zamanı gecə yıxıldığını, onu polislər görərək X32 maşınına mindirdiklərini, səhər ayıldıqda “Koroğlu” metrostansiyasının yaxınlığında parkda olduğunu demişdir. 2 gün evdə qaldıqdan sonra işə getmiş, başında hər hansı xəsarət və ya qan olmamış, ancaq, ağrılarının olduğunu bildirmişdir. Haşım həftə içi 5 gün Abşeron rayonu Xırdalan şəhərində avtoyuma məntəqəsində işi olmuş, növbəti həftənin şənbə və bazar günü evdə olarkən başının ağrıdığını, ağrıdan dözə bilmədiyini dedikdə ona ağrıkəsici dərmanlar vurmuş, lakin həkimə və ya X32a müraciət etməmişdir. O, Haşımın yıxıldığını və qorxduğunu fikirləşmiş və onu “Papanin” qəsəbəsində olan qorxu götürmə yeri olan evə aparmışlar. Təxminən 21- 22 avqust tarixlərində qardaşı Haşımın vəziyyəti kəskin pisləşmiş və ağırlaşmışdır. Ev şəraitində ona tərəfindən tibbi yardım göstərilmiş, ancaq, xeyri olmamış, başının ağrıdığını bildirmişdir. 23.08.2021-ci il tarixdə saat 10 radələrində Haşımı 3 saylı şəhər poliklinikasına aparmış, orada vəziyyətinin ağır olduğuna görə X32la 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Həmin xəstəxanada da Haşımın başını və digər orqanlarını rentgen və KT müayinəsi edərək başında maye su və çirk olduğunu bildirmiş, həkimlər tərəfindən reanimasiya otağına yerləşdirmişlər. Saat 21 radələrində qardaşı Haşım Daşdəmirovun artıq öldüyünü bildirmişlər. Sonradan müəyyən olunmuşdur ki, qardaşı Haşım Daşdəmirov 02.08.2021-ci il tarixdə Yasamal rayonu ərazisində 2 nəfər şəxslə mübahisə etmiş və onu vurmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə saat 01-02 radələrində bir nəfər şəxsin Yasamal rayonu Nizami metrostansiyasının yaxınlığında, “Grandmart” marketin qarşısında yıxıldığı barədə məlumat daxil olmuş və həmin çağırış əsasında o, stansiyanın avtomaşını ilə dərhal həmin yerə getmişdir. Oraya getdikdə ətrafda çox sayda insanlar və 3 nəfər polis geyimində olan şəxslər olmuş, xəstəyə yaxınlaşdıqda oturaq vəziyyətdə, huşu özündə, saturasiyası 98, təzyiqi 120/80, sərxoş vəziyyətdə olmuşdur. Ona verilən sullara düzgün cavab verməmiş, gah yıxıldığını, gah da vurulduğunu demişdir. Həmin vaxt üst-başı qan olmaqla başının ənsə və təpə nahiyələrində qan gəlmişdir. Xəstəni dərhal polislə birlikdə TTYS avtomobilinə otuzdurmuş və 3 saylı ŞKX-dan yer almışlar. Xəstənin şikayəti başından və ürək bulanmasından olmuş, TTYS avtomobilində ona tibbi yardım göstərərək ağrıkəsici iynə vurmuş, yarasını təmizləyərək aseptik sarğı qoymuş və uzandırmışlar. Saat 01:40-da onu 3 saylı ŞKX-nin qəbul şöbəsinə təcili olaraq çatdırmış, xəstə ilə söhbət zamanı adının Daşdəmirov Haşım olduğunu, ünvan 6 ünvanında yaşadığını, bir qız övladının və həyat yoldaşının olduğunu, sərxoş olduğunu demişdir. Onun üzərində olan telefonla kiməsə zəng vurmaq istəmiş, lakin kodu açılmadığından alınmamışdır. 3 saylı ŞKX-da avtomobildən düşəndə xəstə qaçmaq istəmiş və xəstəxananı istəmədiyini, evə getmək istədiyini demişdir. Onlar qəbula həkim çağırmış və xəstəni təhvil verib çıxmışlar. Qəbul şöbəsində tibb bacısı xəstənin başına baxaraq qanın gəldiyi yeri tapmağa çalışmış, çıxdığından xəstəyə göstərilən növbəti yardımları görməmişdir. Ancaq, xəstə xəstəxanada səs-küy yaradaraq orada qalmaq istəmədiyini, evə getmək istədiyini demişdir. Bundan sonra, 27-ci PB-nə Daşdəmirov Haşımın barəsində kəskin alkoqol sərxoşluğu və başın təpə nahiyəsində kəsilmiş yarasının olması barədə məlumat vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 1998-ci ildən 3 saylı Şəhər Klinik Xəstəxanasında Uşaq Travmo-ortopediya şöbəsində həkim işləyir. 02.08.2021-ci il tarixdə saat 01:40-da 8 saylı X32 tərəfindən 1989-cu il təvəllüdlü X7 qəbul şöbəsinə gətirilmiş, gətirilərkən vəziyyəti orta-ağır və huşu aydın olmuşdur. TTYS-nın həkiminin sözünə görə, xəstəni küçədən götürmüşlər. Xəstədə kəskin alkoqol sərxoşluğu müəyyən olunmuş, həmçinin ənsə nahiyəsində kəsilmiş yara qeyd olunmuşdur. Xəstə küçədə yıxıldığını qeyd etmiş, ona təklif olunan yaranın cərrahi işlənməsi və tikiş qoyulmasına qəti surətdə etiraz etmiş, həkimə yarasının bitişəcəyini söyləmiş və yalnız sarğı qoyulmasını tələb etmişdir. Bundan sonra xəstəyə yara antiseptiklərlə işlənib aseptik sarğı qoyulmuş, xəstə ona təklif olunan stasionar müalicədən qəti imtina edib evə buraxılmasını tələb etmişdir. Ona görə də, xəstəyə yaşadığı ərazi üzrə ambulator müalicə alması məsləhət görülmüş, bu barədə qəbul şöbəsinə müraciət edən xəstələrin qeydiyyat jurnalına 71-ci sırada qeydiyyat aparılmışdır. X10 barəsində müvafiq olaraq DİN, o cümlədən Yasamal rayon Polis İdarəsinin 27-ci PB-nə “***-***-**-**” nömrəsinə məlumat verilmişdir. O, sonradan öyrənmişdir ki, həmin xəstə təxminən 21-22 gündən sonra elə müraciət etdiyi 3 saylı ŞKX-da vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25.08.2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. cild İ i v. 112-116 İş üzrə təyin edilmiş təkrar məhkəmə-tibbi ekspertizasına əsasən Səhiyyə Nazirliyi “MTE və PA” ETT Birliyi X21 verilmiş 15 noyabr 2021-ci il tarixli T 278/2021 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü X2 adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir: Mərhum H.A.Daşdəmirovun meyitinin müayinəsi zamanı baş beyində irinli meningit, beyin ödemi, sağ gicgah-ənsə sümüyünün birləşmə nahiyəsində tikişlərin aralanması, ənsə nahiyəsində kəsilmiş yara, baş beyinin əzilməsi müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər bərk küt əşyaların təsirindən törənmiş, yetirilmiş yumruq zərbəsindən sonra öz boyu hündürlüyündən yıxılarkən ənsə nahiyəsinin zərblə geniş bərk səthə dəyməsi nəticəsində yaranmışdır və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Yetirilən xəsarətlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Mərhum H.A.Daşdəmirovun ənsə nahiyəsində qeyd edilən kəsilmiş yara yumruq zərbəsinin təsirindən yarana bilməzdi. Bu xəsarət hər-hansı tinli əşyanın təsirindən yaranmışdır. Mərhum H.A.Daşdəmirovun ölümünə səbəb yetirilmiş ağır kəllə-beyin travmasından baş vermiş ağırlaşma-baş beynin irinli meningiti və beyin ödemi olmuşdur. Mərhum H.A.Daşdəmirovun ölümü 23.08.2021-ci ildə, saat 20.55-də Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi “X30" X23 baş vermişdir. Kəllə-beyin travmasının xarakterik xüsusiyyətləri nəzərə alınaraq “işıqlı dövr” adlanan müddət ərzində vətəndaş H.A.Daşdəmirovun 02.08.2021-ci ildən 23.08.2021-ci ilə qədər sağ qalma ehtimalı olmuşdur. Baş beyin toxuması zədələndiyindən və bununla bağlı müalicə tədbirləri həyata keçirilmədiyindən beyin əziyi iltihablaşaraq irinli meningitlə fəsadlaşmış və arzuolunmaz sonluq baş vermişdir. Mərhum H.A.Daşdəmirovun 02.08.2021-ci ildə Tibb müəssisəsinə müraciəti zamanı ənsə nahiyəsinin kəsilmiş yarasından başqa digər xəsarət olması xəstə tam müayinə olunmadığından aşkar edilməmişdir. Təqdim edilən tibbi karta və meyitin ekspertizası zamanı mərhum H.A.Daşdəmirovun sağlığında hər-hansı xəsarətdən əziyyət çəkməsini təqdim edən əlamətlər və patomorfoloji dəyişikliklər qeyd edilməmişdir. Meyitin müayinəsi zamanı götürülmüş biomaterialların məhkəmə-kimyəvi tədqiqatı nəticəsində etil spirti, hər-hansı zəhərləyici və güclü təsiredici maddələr aşkar edilməmişdir. cild İİ i v. 36-41 İş üzrə təyin edilmiş məhkəmə linqvistik ekspertizasına əsasən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 15 noyabr 2021-ci il tarixli 4/1601 saylı rəyindən görünür ki, X2 hadisə baş verən vaxt Təqsirləndirilən şəxs dediyi və təqsirləndirilən şəxs tərəfindən göstərilmiş ifadələr yönəldiyi şəxsin şərəf və ləyaqətini alçaldan söz və ifadələr hesab olunur. Həmin ifadələr kəskin nalayiq məzmunlu olmaqla ağır təhqir hesab edilir. cild İİ i v. 43-47 İş üzrə təyin edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına əsasən Səhiyyə Nazirliyi Məhkəmə X8 X31n verilmiş 29 oktyabr 2021-ci il tarixli 2532 saylı rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırmışdır.Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə saat 00:50 radələrində cinayət hadisəsini törədən zaman, hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri qeyd edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Ə.X. Məcidov törətdiyi əməllər barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırki psixi əziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxs özünə qarşı hörmət tələb etmək, emosionallıq, tənqidə və təhqirə qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik (psixi-emosional gərginlik, kəskin stress, affekt, güclü həyəcan, aqressiya, nevrotik hal və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. İş materiallarına əlavə edilmiş, baş vermiş hadisəni özündə əks etdirən videogörüntülərdə Təqsirləndirilən şəxs hadisəni törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt) olması müşahidə olunmadı. cild İİ i v. 30-34 Tanınmaya təqdim edilmə haqqında 25.08.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.09.1989-cu il təvəllüdlü X2 meyitinin fotoşəkilləri təqdim olunduqda Təqsirləndirilən şəxs meyitin fotoşəkillərinə baxıb təqdim edilmiş fotoşəkildəki meyitin 02.08.2021-ci il tarix saat 00:50 radələrində Yasamal rayonu Ş.Qurbanov 19 ünvanında, yolun kənarında yerləşən “Grandmart” marketin qarşısında onlara yaxınlaşan və mübahisə zamanı onun yumruqla vurduğu şəxsə aid olduğunu, onu sifət nahiyəsindən tanıdığını bildirmişdir. cild İ i v. 73-75 İstintaq zamanı Bakı Şəhər Təcili və X15 Stansiyasından daxil olmuş 05.11.2021ci il tarixli məktubdan görünür ki, 02.08.2021-ci il tarixdə saat 00:58-də “103” xidmətinə Yasamal rayonu Ş.Qurbanov küçəsi, “Nizami” metrostansiyasının yaxınlığında Haşım Daşdəmirovun (32 yaş) adına “halı” pis səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 8 saylı bölmənin həkimi Afər Süleymanova icra edərək, xəstə Haşım Daşdəmirova “başın ənsə nahiyəsinin kəsilmiş yarası, alkohol sərxoşluğu” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərdikdən sonra 3 saylı Şəhər Kliniki xəstəxanasına hospitalizasiya etmişdir. cild İİ i v. 29 İstintaq zamanı Tibbi Ərazi Bölməsinin İdarəetmə Birliyi “X30" X21 verilmiş 24.08.2021-ci il tarixli arayışdan görünür ki, X7 02.08.2021-ci il tarixdə saat 01:40-da “Ənsə nahiyyəsinin kəsilmiş yarası, kəskin alkohol sərxoşluğu” diaqnozu ilə təcili yardım maşınında küçədən gətirilmişdir. Ona ambulator yardım göstərilmişdir. cild İ i v. 39 Cinayət işinin materiallarına əlavə edilmiş “X30" X24 qəbul şöbəsinə müraciət edən xəstələrin qeydiyyat jurnalının müvafiq səhifələrinin surətlərindən görünür ki, 71 sıra nömrəsində qeyd edilmiş xəstə 07.09.1989-cu il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan X7 02.08.2021-ci il tarixdə saat 01:40-da Ənsə nahiyyəsinin kəsilmiş yarası, kəskin alkohol sərxoşluğu” diaqnozu ilə qəbul şöbəsinə daxil olmuş, onun yarası təmizlənmiş, aseptik sarğı qoyulmuş, ancaq xəstə stasionar müalicədən imtina etmiş, bu barədə ***-***-**-** nömrəsi vasitəsi ilə Yasamal RPİ-nin 27-ci PB-nə məlumat verilmişdir. cild İİ i v. 7-10 İş üzrə "xxxx" MMC-dən rayon prokurorluğuna daxil olmuş iş üzrə zərərçəkmiş şəxs X2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə üzrə 01 iyun 2021-ci il tarixdən 26 avqust 2021-ci il tarixədək daxil olan və çıxan zənglər və əhatə dairəsinin olduğu 01 ədəd CD diskə baxış keçirilməsi haqqında 21.09.2021-ci il tarixli protokoldan görünür ki,. 02.08.2021-ci il tarixdə saat 00:38-də 055 *** ** ** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng olunduğu və 26 saniyə danışıq olduğu, həmçinin yenə saay 00:44də həmin ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən zəng olunduğu və 25 saniyə danışıq olduğu müəyyən edildi. İstintaq zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə X2 hadisədən az əvvəl telefonla danışdığı xalası oğlu Şahid2 məxsusdur. 02.08.2021-ci il tarix saat 00:45-00:55 radələri arasında, yəni hadisənin baş verdiyi vaxt ***-***-**-** saylı mobil nömrə “Yasamal rayonu, Şixəli Qurbanov küçəsi 19, Life Market” anten dairəsində olmuşdur cild İ i v.201-203 Yasamal RPİ-dən 18.11.2021-ci il tarixli məktubla daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statisika İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. cild İİ i v. 75 Cinayət işinə əlavə edilmiş AA0882366 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19.11.2018-ci il təvəllüdlü X16 adlı 1 azyaşlı uşaq vardır. cild İ i v. 101-102 Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 daxil olmuş 09.10.2021-ci il tarixli, 1/1579 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə olunmamışdır. cild İ i v. 172 Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəz” X21 daxil olmuş 10.09.2021-ci il tarixli, 3059 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada qeydiyyatda yoxdur cild İ i v.209 Sübutların qiymətləndirilməsi haqqında 15.11.2021-ci il tarixli qərardan görünür ki, 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. cild İİ i v. 48-64 Cinayət işinə əlavə edilmiş zərəçəkmiş şəxs X2 hüquqi varisi X6, bacısı Daşdəmirova Şahid3 və həyat yoldaşı X12 tərəfindən Yasamal rayon prokurorluğuna ünvanlanmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət, iddia və tələbləri olmamaqla onun tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilmişdir. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, CD diski açıldıqda içərisində 2 ədəd videogörüntü vardır. VİD- 20210824-WA0009 adlı 1-ci videogörüntü 31 saniyə olmaqla Yasamal rayonu Ş.Qurbanov 19 ünvanında yerləşən “Grandmart” adlı marketin qarşısını əhatə edir. Həmin görüntüdə 2 nəfər, əynində ağ rəngli şalvar və qara rəngli köynək olan oğlanla əynində olan paltarların rəngi bilinməyən oğlanın yolunun kənarında, işıqforun yanında oturduqları müşahidə edilir. Həmin vaxt bir nəfər ayaq üstə olan həmin oturaq vəziyyətdə olan 2 nəfərlə söhbət edir. Bir neçə saniyə sonra oturaq vəziyyətdə olan şəxslərin hər ikisi ayağa qalxır, onlardan biri, yəni əynində olan paltarların rəngi seçilməyən şəxs əynində ağ rəngli şalvar və qara rəngli köynək olan oğlanı saxlamağa çalışsa da sonuncu yumruq zərbəsi ilə əvvəlcədən ayaqüstə olan şəxsi vurduqdan sonra zərbə alan həmin şəxs yerə arxası üstə yıxılır, digər şəxslər isə oradan əşyalarını götürüb uzaqlaşırlar. Bununla da videogörüntü başa çatır. CD diskdə olan VİD-20210824-WA0014 adlı 2-ci videogörüntüyə baxdıqda müəyyən olundu ki, 12 saniyə olmaqla Yasamal rayonu Ş.Qurbanov 19 ünvanında yerləşən “Grandmart” adlı marketin qarşısını, həmçinin, həmin küçə ilə kəsişən küçənin görüntülərini əks etdirir. Videogörüntüdə tarixin 02.08.2021-ci il saat 00:53 olduğu müəyyən edilir. Həmin vaxt əynində göy rəngli cins şalvar və göy rəngli qısaqol köynək olan, əlində isə şüşə içki olan və ayaqüstə olan şəxsin oturaq vəziyyətdə olan 2 nəfər, əynində ağ rəngli şalvar və qara rəngli köynək olan oğlanla əynində qara rəngli şalvar və ağ rəngli qısaqol köynək olan şəxslərlə söhbət etdiyi müşahidə edilir. Bu vaxt əynində əynində ağ rəngli şalvar və qara rəngli köynək olan oğlanın ayağa qalxdığı, onunla birlikdə oturan şəxsin isə onun əlindən tutduğu görünür. Bu vaxt qəflətən əynində ağ rəngli şalvar və qara rəngli köynək olan oğlanın sol əli ilə əynində göy rəngli cins şalvar və göy rəngli qısaqol köynək olan, əlində isə şüşə içki olan və əvvəlcədən ayaqüstə olan şəxsə sifət nahiyəsindən yumruq zərbəsi vurması və zərbə alan şəxsin yerə arxası üstə metlax örtüklü yerə yıxılması müşahidə edilir. Bundan sonra isə həmin iki nəfər şəxsin öz əşyalarını götürərək oradan uzaqlaşmaları görünür. Videogörüntüdə olan şəxslər arasında başqa hər hansı dava-dalaş, mübahisə müşahidə olunmur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ailəli olmaqla himayəsində 1 azyaşlı uşağının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10— 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdən hökmün çıxarıldığı 13 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün müddətin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş” başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 avqust 2021-ci il tarixdən hökmün çıxarıldığı 13 dekabr 2021-ci il tarixədək, yəni 03 (üç) ay 18 (səkkiz) gün həbsdə olma müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X11, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-458/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-458/2021
13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver