Məhkəmə qərarları › İş №1(004)-458/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-458/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-458/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbir seçilərək hazırda Azərbaycna Respublikası ƏN-nin PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narktoik vasitə heroin əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış və 17 yanvar 2025-ci il tarixdə saat 00:55-də Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanında yerləşən “Axundov” bağının qarşısında saxlanılaraq Səbail RPİ-nin 9-cu PŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,468 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış və 16 aprel 2025-ci il tarixdə saat 12:50-də Yasamal RPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi 174 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,468 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittiham olunduğu Bakı şəhəri Səbail rayonu ərazisində olan epizod üzrə özünü təqsirli bilmir. Belə ki, həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır, ümumiyyətlə onu ittiham aktında qeyd edilən yerdən deyil yaşadığı mənzildən apardıqlarını bildirmişdir. Lakin Bakı şəhəri Yasamal rayonu ərazisində olan epizod üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. İfadəsinin sonunda Bakı şəhəri Səbail rayonu ərazisində olan epizod üzrə ona bəraət verilməsini və qalan hissədə isə onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən, həmiçinin barəsində qətimkan tədbiri seçilməsi ilə əlaqədar vəsatətə baxılarkən məhkəmə qarşısında verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 16 yanvar 2025-ci il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin (kakos) almışdır. O, həmin bükümü əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyub gizlədərək istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 17 yanvar 2025-ci il il tarixdə saat 00:55 radələrində o, cibindəki narkotik vasitə olan heroin ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, Axundov Bağının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onun narkotik vasitə istifadəçisi olduğundan şübhələndiklərini bildirib onu Səbail RPİ-nin 9cu PB-nə dəvət etmiş və birlikdə bölmənin inzibati binasına gəlmişdirlər. Orada üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə ediləcəyi və dövlət hesabına ona Səyyarə Əliyeva adlı vəkilin müdafiəçi təyin edildiyi barədə məlumat verilmişdir. O, heç bir etiraz etməmişdir. Polis idarəsinin inzibati binasının otaqlarından birində iştirakçıların və vəkilin iştirakı ilə onun üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə keçirmişdirlər. Baxış keçirilən zaman o, özü əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içində narkotik vasitə olan heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Sorğu zamanı içində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü 16 yanvar 2025-ci il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka adlanan ərazidə adını bilmədiyi lakin üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata manata aldığını və üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə olan “heroin” zərfə qablaşdırılmış zərfin üzərinə o, da imza etmişdir. Bundan başqa 16 aprel 2025-ci il tarixdə səhər saat 10 radələrində Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” adlanan ərazidən üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat qarşılığında bir bükümdə psixotrop maddə olan metamferamin almışdır. O, həmin bükümdə olan psixotorop maddə olan metamfetamini istifadə etmək məqsədi ilə əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Bundan sonra o, gün ərzində şəxsi işləri ilə məşğul olmuşdur. Həmin gün yəni 16 aprel 2025-ci il tarixdə saat 12:50-də ünvan 5 ünvanın qarşısında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini göstərib özlərini təqdim etmişdirlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib məni Yasamal RPİ-nə dəvət etmişdirlər. O, etiraz etməyin əhəmiyyətsiz olduğunu başa düşdüyündən polis şöbəsinə getməyə razılıq vermiş və polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nə gəlmişdir. Bundan sonra ona izah olunmuşdur ki, üzərinə şəxsi axtarış keçiriləcəkdir. Xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və müdafiəçinin iştirakı olmaqla video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı o, həmin bükümdə olan psixotrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Nəsimi rayonunda yerləşən “kubinka” adlanan ərazidən üzdən tanıdığı anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra ondan aşkar edilmiş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır, qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o, müdafiəçi və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosseslərdə müdafiəçi iştirak etmişdir. Beləliklə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narktoik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımasında təqsiri tam sübuta yetirildi. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1987-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrinin saxlanması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə Yasamal RPİ-nin NMB-nin kiçik inspektoru Şahid2 ilə birlikdə 16 aprel 2025-ci il tarixdə saat 12:50 radələrində ünvan 6 ünvanda olan zaman zahiri görünüşü Təqsirləndirilən şəxs bənziyən şəxsə yaxınlaşıb vəsiqələrini göstərərək özlərini təqdim etmişdirlər. Bundan sonra onlar həmin şəxsi üstünə şəxsi axtarış keçirilməsi məqsədi ilə Yasamal RPİ-nə dəvət etmiş və o, onlarla birlikdə polis idarəsinə getməyə razılıq vermişdir. Polis idarəsində onlara məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bundan sonra Təqsirləndirilən şəxs polis idarəsinin xidməti otaqların birinə yerləşdirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs hüquqları izah olunmaqla vəkilin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya olub olmaması soruşulmuş. Həmin vaxtı Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellofan büküm içərisində ağ rəngli kristal formalı maddəni çıxardaraq təqdim etmişdir. Həmin bükümün içərsində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin aşkar olunmuş kütlə içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in möhürü ilə möhürlənmiş, zərfin üzəri isə şübhəli şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. Həmin aşkar olunmuş maddə nədən ibarət olduğunu və haradan, nə məqsədlə əldə etdiyi sual edildikdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetamini özünə məxsus olduğunu, həmin maddəni Nəsimi rayonu “kubinka” adlanan ərazidən anket məlumatlarının bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində gəzdirdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 eyni məzmunda ifadə verərək Şahid1 göstərdiyi halları və faktları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkklili Şahid4 ifadəsində göstərmişdir ki, O, Bakı şəhər Səbail RPİ-nin 9-cu polis bölməsində cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 17 yanvar 2025-ci il tarixdə Səbail RPİ-nin 9-cu polis bölməsinə Samir adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi və istifadəsi və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət başında ifşa edilməsi, yaxalanması, narkotik vasitələrin və cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zərurəti ilə əlaqədar Səbail RPİ-nin 9-cu polis bölməsinin baş əməliyyat müvəkkili Şahid3 iştirakı və rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Samir adlı şəxsin zahiri əlamətləri barədə təlimatlandırldıqdan sonra həmin tarixdə saat 00:55 radələrində Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən M.F.Axundov bağının qarşısında şəxsiyyəti müəyyən etdikləri xx.xx.1987-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatida olmaqla yaşayan Təqsirləndirilən şəxs özlərini təqdim etməklə saxlanılaraq narkotik vasitələrin qanunsuz əldə edilməsi və özündə saxlaması və daşınmasında şübhəli olduğunu bildirilərək üzərilərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparalması üçün saat 01:00 radələrində 9-cu polis bölməsinin inzibati binasına gətirilmişdir. İstintaq hərəkəti başlanıldığı zaman təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansısa bir əşyanın olmasının və varsa təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının göy rəngli cins şalvarın sağ yan cibindən çıxartdığı 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Bükümü açıldıqdan sonra içərisində tünd qəhvəyi rəngli, toz kristal şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Sonra şəxsin üzərinə şəxsi axtarış keçirələrkən digər heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik maddə «kokos» olduğunu və həmin maddəni saxlanıldığından bir qədər əvvəl Bakı şəhərinin «Kubinka» adlanan ərazidə tanımadığı şəxsdən 10 manat müqabilində özünün istifadəsi üçün aldığın bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddə qablaşdırılaraq möhürlənmişdir Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, o da eyni məzmunda ifadə verərək digər Şahid4 göstərdiyi halları və faktları eynilə təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail RPİ-nin 9-cu PŞ-nin təhqiqatçısı Toğrul Əsgərli tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 99). “Cinayət işinin başlanması haqqında” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). “Şübhəli şəxsin tutulması haqqında” 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 00:55 dəqiqədən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şühəli şəxs qismində tutulmuşdur. (İ/V. 114). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi barədə ” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət təmin edilməmişdir. (İ/V. 16-165). “Qətimkan tədbiri seçmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 166-168). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2, Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid3, Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə maddənin narkotik vasitə heroin olduğunu, bu maddəni anket məlumatlarının bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 166 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. (İ/V. 125- 126). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17 yanvar 2025-ci il tarixli şəxsi axtarış aparılması və götürmə aparılçası barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, həmin görüntülərdən müəyyən edilir ki, Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasında təhqiqatçı, polis baş leytenantı, X8 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2, Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid3, Səbail RPİ-nin 9-cu PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə maddənin narkotik vasitə heroin olduğunu, bu maddəni anket məlumatlarının bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 166 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddəbr aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2025-ci il tarixli 3-16-16/2-6/229/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 166 dairəvi möhür əksi olan, “Saxlanılan şəxs X.Samir” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,256 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin təmiz çəkisi - 0,256 qr, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq - 0,206 qram. (İ/V. 138-142). “Şübhəli şəxsin tutulması haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 12:50 dəqiqədən) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şühəli şəxs qismində tutulmuşdur. (İ/V. 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4, Yasamal RPİnin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gösəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə maddənin psixotrop maddə metamfetamin olduğunu, bu maddəni Nəsimi rayonu “Kubinka” adlanan ərazidən anket məlumatlarının bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:50 radələrində polis əməkdaşları tərəfindən ünvan 8 ünvanının qarşısında saxlanılmışdır.Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi. (İ/V. 33-34). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 16 aprel 2025-ci il tarixli şəxsi axtarış aparılması və götürmə aparılçası barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, həmin görüntülərdən müəyyən edilir ki, Yasamal RPİ-nin inzibati binasında təhqiqatçı, polis kapitanı, X5 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X4, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetləri təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gösəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim edərək həmin bükümdə maddənin psixotrop maddə metamfetamin olduğunu, bu maddəni Nəsimi rayonu “Kubinka” adlanan ərazidən anket məlumatlarının bilmədiyi şəxsdən 10 manat pul müqabilində aldığını, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 12:50 radələrində polis əməkdaşları tərəfindən ünvan 8 ünvanının qarşısında saxlanılmışdır.Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olan 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi.but əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli 4(004)- 315/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 78-82). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 aprel 2025-ci il tarixli 6/1417 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Azərbaycan Respublikası DİN Zərflər üçün № 42” dairəvi möhür əksi, “ Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfədki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,468 qram ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi - 0,468 qr, - tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq - 0,418 qram. (İ/V. 40-44). “Cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin müstəntiqi Sərxan Ramazanov tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ********* nömrəli işə birləşdirilmiş və cinayət işinin istintaqı sonuncu nömrə altında davam etdirilmişdir. (İ/V. 96-97). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsin Ambulator X1 xx.xx.2025-ci il tarixli, 3970 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMNİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (İ/V. 206-207). “Sübutların qiymətləndirilməsi haqqında” 8 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus təmiz çəkiləri 0,256 qram narkotik vasitə heroin və 0,468 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,206 qram narkotik vasitə heroin və 0,418 qram psixotrop maddə metamfetamin məhkəmənin yekun hökmünədək saxlanması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 02 ədəd DVD-R formatındakı disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İ/V.98-104). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. (İ/V. 89-92). Müdafiə tərəfinin təqdim etdiyi CD diskdə olan video görüntüyə baxış keçirilmiş və orada olan görüntülərdən məlum olur ki, günün qaranlıq saatında mülki geyimdə olan bir neçə şəxs çoxmənzilli yaşayış binasının dəhlizində hərəkət edirlər, onların üzləri dəqiq görsənmir, onların cinayət işində adları keçən şəxslərdən (şahidlər, təqsirləndirilən şəxs) olmasını müəyyən etmək olmur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdarda narktoik vasitə heroin xeyli miqdarda əldə edib üzərində saxlaması özünün məhkəmə istintaqı zamanı qismən etirafı, ibtidai istintaq zamanı etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə haqqında protokolla və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin və heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində-sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə; ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə; xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məlum olduğu kimi Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. İş materiallarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 06 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.3cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı əməlləri məhkumluğu ödənilməmiş halda törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir və Azərbaycan Respublikasının CM-nin 18-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halı və cinayətlərin təkrar törədilməsi ona təyin olunacaq cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxsə cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdən 18 yanvar 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs oğlundan 179 (bir yüz yetmiş doqquz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,206 qram narkotik vasitə heroin və 0,418 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-458/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdən 18 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını “ciddi rejimli” cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsdan 179 (bir yüz yetmiş doqquz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,206 qram narkotik vasitə heroin və 0,418 qram psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 440 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar