Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-46/2021 12.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X11 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1990-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli şəhəri, R.Məmmədov küçəsi, ev 32 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx 1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri, Aydın Məmmədov küçəsi, ev 16, mənzil 41-də pasport qeydiyyatında olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə, saat 23:50 radələrində, taksi kimi idarə etdiyi «Dongfeng» markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına bir qədər əvvəl Abşeron rayonu «Xırdalan dairəsi» adlanan ərazidən sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs xahişinə əsasən onu Xırdalan şəhərinə deyil, birlikdə aldadıb Bakı Dairəvi Avtomobil yolunun Yasamal rayonu ərazisindən keçən kənar hərəkət hissəsinin Biləcəri qəsəbəsi istiqamətində olan sağ kənarında, X5 (MİDA) yaxınlığında yerləşən avtobus dayanacağının ərazisinə gətirib, orada avtomobili dayandırdıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən avtomobildə qarşı sağ oturacaqda əyləşmiş Təqsirləndirilən şəxs2 sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutmuş, o isə Zərərçəkmiş şəxs əlində olan 1 ədəd 300 manat dəyərində «X22 8 Neptune Blue» markalı, üzərində 1 ədəd 2 manat dəyərində ***-***-**-** saylı «xxxx» MMC şəbəkəsində istifadə edilən və 1 ədəd 10 manat dəyərində ***-***-**-** saylı «xxxx» MMC şəbəkəsində istifadə edilən nömrə kartları olan mobil telefonu əlindən almış, bundan sonra o, avtomobilin arxa sol qapısını açaraq sağ ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs bədəninin sol hissəsinə vurmuş. Təqsirləndirilən şəxs2 isə avtomobilin arxa sağ qapısını açıb Zərərçəkmiş şəxs əlindən tutub avtomobidən düşürmüş, bundan sonra o, Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindən 45 manat pulunu götürüb insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun cemi 357 manat dəyərində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə, saat 23:50 radələrində, Təqsirləndirilən şəxs1 taksi kimi idarə etdiyi «Dongfeng» markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına bir qədər əvvəl Abşeron rayonu «Xırdalan dairəsi» adlanan ərazidən sərnişin kimi əyləşmiş Zərərçəkmiş şəxs xahişinə əsasən onu Xırdalan şəhərinə deyil, birlikdə aldadıb Bakı Dairəvi Avtomobil yolunun Yasamal rayonu ərazisindən keçən kənar hərəkət hissəsinin Biləcəri qəsəbəsi istiqamətində olan sağ kənarında, X5 (MİDA) yaxınlığında yerləşən avtobus dayanacağının ərazisinə gətirib, orada avtomobili dayandırdıqdan sonra aralarında olan cinayətkar razılığa əsasən o, avtomobildə qarşı sağ oturacaqda əyləşdiyi yerdən sağ əli ilə Zərərçəkmiş şəxs boğaz nahiyəsindən tutmuş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs əlində olan 1 ədəd 300 manat dəyərində «X22 8 Neptune Blue» markalı, üzərində 1 ədəd 2 manat dəyərində ***-***-**-** saylı «xxxx» MMC şəbəkəsində istifadə edilən və 1 ədəd 10 manat dəyərində ***-***-**-** saylı «xxxx» MMC şəbəkəsində istifadə edilən nömrə kartları olan mobil telefonu əlindən almış, bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilin arxa sol qapısını açaraq sağ ayaq zərbəsi ilə Zərərçəkmiş şəxs bədəninin sol hissəsinə vurmuş, o isə avtomobilin arxa sağ qapısını açıb Zərərçəkmiş şəxs əlindən tutub avtomobidən düşürmüş, bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əynində olan şalvarın arxa sağ cibindən 45 manat pulunu götürüb insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sonuncunun cəmi 357 manat dəyərində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, uşaq vaxtlarından valideynləri boşandığı üçün o, bəzən İmişli şəhərində anasının yanında, bəzən isə Rusiya Federasiyasında atasının yanında qalmışdır. Yetkinlik yaşına çatdıqdan sonra isə o, sərbəst olaraq işləməyə və özünü maddi cəhətdən təmin etməyə başlamışdır. Son 1 ildir ki, o, Bakı şəhərində müxtəlif ünvanlarda kirayəşin kimi yaşamış və fərdi olaraq minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, tutulana qədər son 2 ayda özü «Dongfeng» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək gündəlik 25 manat olmaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin o, həbs edilməmişdən bir neçə ay əvvəl Bakı şəhərində, «Nur» çörək zavodunda fəhlə kimi işləyərkən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və sonuncu ilə dostluq münasibətləri yaranmışdır. Son vaxtlar Məhəmməd də onunla eyni evdə kirayəşin kimi yaşamışdır. Belə ki, Məhəmmədin ailəsi Mingəçevir şəhərində yaşadığı üçün onlar birlikdə Bakı şəhərində kirayədə yaşamışlar. O, və Məhəmməd adətən boş vaxtlarını birlikdə keçirmişlər. xx xxxx 2020-ci il tarixdə saat təxminən 22 və ya 23 radələrində o və Məhəmməd idarə etdiyi qeyd edilən avtomobillə birlikdə Bakı şəhərindən Abşeron rayonu Masazır qəsəbəsinə getmiş, avtomobildə olan sərnişin müştərini düşürüb geri qayıtmaq üçün Xırdalan dairəsi istiqamətinə gəlib orada «20 Yanvar» dairəsinə getmək üçün müştəri səsləmişdir. Bu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs «20 Yanvar» dairəsi adlanan əraziyə getmək üçün ona yaxınlaşmış və yol pulu 1 manat müqabilində o, sonuncunu ünvana aparmaqla bağlı razılaşmışdır. Həmin vaxt Məhəmməd də avtomobildə olmuşdur. Rəşad adlı şəxsin sərxoş vəziyyətdə olması açıq şəkildə hiss olunmuşdur. Həmçinin Rəşadın əlində «Jaquar» adlı içki qutusu olmuşdur. Həmin vaxt Rəşad arxa oturacaqda əyləşmişdir. Bu zaman Məhəmməd avtomobildən enərək dükandan su və ya siqaret alıb geri qayıtmışdır. Sonra o, əlavə müştəri olmadığını görüb avtomobili «Xırdalan» dairəsindən Bakı şəhəri «20 Yanvar» dairəsi istiqamətində idarə etməyə başlamışdır. Həmin vaxt onlar Rəşadın yatdığını görüb, sonuncunu oyadaraq «20 Yanvar» dairəsinə yaxınlaşdıqlarını bildirdikdə sonuncu ona bu dəfə «Yasamala» gedəcəyini bildirmişdir. Bunun üçün o, avtomobilin hərəkətini Bakı KDY istiqamətində davam etdirmişdir. O bir qədər qarşıya doğru hərəkət edib xatırlamadığı yerdən geri dönərək KDY-un əks hərəkət zolağına daxil olmuşdur. Bu zaman Rəşad yenidən yatdığı üçün o, yolun sağ kənarında dayanıb avtomobildən aşağı düşmüş və Rəşadın əyləşdiyi arxa qapını açıb onu «silkəliyərək» oyadıb, qolundan tutaraq avtomobildən aşağı düşürüb artıq Yasamal ərazisində olduğunu bildirmişdir. Həmin vaxt Rəşad ona mobil telefonunun avtomobildə qaldığını bildirmiş, o isə avtomobilə nəzər salıb, avtomobildə hər-hansı bir mobil telefon və ya kənar əşya qalmadığını bildirmişdir. Sonra Rəşad həmin yerdə qalmış və o, Məhəmmədlə oranı tərk etmişdir. Sonradan, yəni növbəti gün o, avtomobildə arxa oturağağın aşağısından bir ədəd «X22 8 Neptune Blue» markalı mobil telefon tapmış, həmin mobil telefonun Rəşad adlı müştəriyə məxsus olduğunu bilmişdir. Lakin mobil telefonun enerjisi olmadığından o, Rəşadı tapa bilməyəcəyini düşünüb mobil telefonu özündə saxlamışdır. Həmin mobil telefon göy rəngli gövdəli olmaqla işlənmiş vəziyyətdə olmuşdur. O, mobil telefonu avtomobildən tapması ilə bağlı Məhəmmədə heç bir məlumat verməmişdir. Həmin ərəfədə, o, anasını görmək üçün İmişli şəhərinə getmiş və qeyd edilən mobil telefonu haradan əldə etməsi barədə anasına hərhansı bir məlumat vermədən saxlamaq üçün anası İlhaməyə vermişdir. Əlavə olaraq o, ifadəsində göstərmişdir ki, istintaqa vermiş olduğu əvvəlki ifadələrində səhvən Məhəmmədi tanımadığını və müştəri qismində yoldan avtomobilə mindirdiyini, hadisə vaxtı sonuncunun avtomobildə olmadığını bildirmişdir. Belə ki, onun bu cür ifadə verməkdə məqsədi Məhəmmədi müdafiə etmək olmuşdur. Həmçinin o, ifadəsində əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ona və Məhəmmədə qarşı yalan ifadə verərək, guya hadisə vaxtı onların zor tətbiq etdiyini, əlindən mobil telefonunu və 45 manat pulunu zorla aldıqlarını, avtomobildən zor tətbiq edərək düşürüb hadisə yerini tərk etdiklərini bildirmişdir. Əsl həqiqətdə hadisə vaxtı nə o, nə də ki, Məhəmməd Rəşada qarşı zor tətbiq etməmiş və ya sonuncunun üzərindən hər-hansı bir əşya və ya pul götürməmişlər. Rəşad sərxoş olduğu üçün mobil telefonunu avtomobildə unutmuş və qərəzli olaraq onlara qarşı həqiqətə uyğun olmayan ifadələr vermişdir. Yeni ailə qurmasını, arvadının Ukraina vətəndaşı olmasını, Azərbaycanda ondan başqa heç kimi tanımadığını, buna görə də sahibsiz qalmasını, özünün hepanin C xəstəliyinin olmasını nəzərə almağı, həmçinin cinayət törətmədiyini nəzərə alaraq ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, faktiki olaraq Mingəçevir şəhərində pasport qeydiyyatında olsa da fərdi qaydada Bakı şəhərində müxtəlif sahələrdə çalışdığı üçün Bakı şəhərində kirayədə yaşamışdır. O, faktiki olaraq rəsmi şəkildə subaydır. Lakin onun Aygün Məmmədova adlı qadınla nikahından 3 övladı vardır. O, həbs edilməmişdən bir neçə ay əvvəl Bakı şəhərində, «Nur» çörək zavodunda fəhlə kimi işləyərkən Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və onların dostluq münasibətləri yaranmışdır. Son vaxtlar Allahqulu da onunla eyni evdə kirayəşin kimi yaşamışdır. Həmçinin tutulmamışdan əvvəl Allahqulu «Dongfeng» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək gündəlik 25 manat olmaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, və Allahqulu adətən boş vaxtlarını birlikdə keçirmişlər. xx xxxx 2020-ci il tarixdə saat təxminən 22 və ya 23 radələrində o, və Allahqulu sonuncunun idarə etdiyi qeyd edilən avtomobillə birlikdə Bakı şəhərindən Abşeron rayonu Masazır qəsəbəsinə getmişlər. Həmin vaxt onlar avtomobildə olan sərnişin müştərini düşürüb geri qayıtmaq üçün Xırdalan darəsi istiqamətinə gəlmiş və orada Allahqulu «20 Yanvar» dairəsinə getmək üçün müştəri səsləmişdir. Bu zaman adını sonradan bildiyi Zərərçəkmiş şəxs adlı şəxs «20 Yanvar» dairəsi adlanan əraziyə getmək üçün avtomobilə yaxınlaşmış və yol pulu 1 manat müqabilində Allahqulu onu ünvana aparmaqla bağlı razılaşmışdır. Bu zaman o, da avtomobildə qarşı sağ oturacaqda əyləşmişdir. Rəşad adlı şəxsin sərxoş vəziyyətdə olması açıq şəkildə hiss olunmuş və sonuncunun əlində «Jaquar» adlı içki qutusu olmuşdur. Həmin vaxt Rəşad arxa oturacaqda əyləşmişdir. Bu zaman o, avtomobildən enərək dükandan su və ya siqaret alıb geri qayıtmış, Rəşad isə qarşı sağ oturacağın boş olduğunu düşünüb yerini qarşı sağ oturacağa dəyişmək istədikdə Allahqulu ondan arxa oturacaqda əyləşməsini xahiş etmişdir. Sonra Allahqulu əlavə müştəri olmadığını görüb avtomobili «Xırdalan» dairəsindən Bakı şəhəri «20 Yanvar» dairəsi istiqamətində idarə etməyə başlamışdır. Həmin vaxt onlar Rəşadın yatdığını hiss etmiş və sonuncunu oyadıb «20 Yanvar» dairəsinə yaxınlaşacaqlarını bildirdikdə Rəşad onlara bu dəfə «Yasamala» gedəcəyini bildirmişdir. Bunun üçün Allahqulu avtomobilin hərəkətini Bakı KDY istiqamətində davam etdirmişdir. Allahqulu bir qədər qarşıya doğru hərəkət edib xatırlamadığı yerdən dönərək KDY-un əks hərəkət zolağına daxil olmuş, bu zaman Rəşad yenidən yatdığı üçün Allahqulu yolun sağ kənarında dayanıb avtomobildən aşağı düşüb Rəşadın əyləşdiyi arxa qapını açaraq onu «silkəliyib» oyatmış, həmçinin qolundan tutaraq avtomobildən aşağı düşürtmüşdür. Allahqulu bu zaman Rəşada artıq Yasamal ərazisində olduğunu bildirmişdir. Həmin vaxt Rəşad Allahquluya mobil telefonunun avtomobildə qaldığını bildirdiyi üçün sonuncu avtomobilin salonunun arxa işığını yandırıb avtomobilin salonunu nəzərdən keçirmiş və Rəşada avtomobildə hər-hansı bir mobil telefon və ya kənar əşya qalmadığını bildirmişdir. O isə həmin vaxt ümumiyyətlə avtomobildən düşməmiş və ya yerini dəyişməmişdir. Sonra Rəşad həmin yerdə qalmış, o və Allahqulu isə avtomobillə oranı tərk etmişlər. İbtidai istintaq zamanı ona məlum olmuşdur ki, Allahqulu hadisədən bir gün sonra avtomobilin arxa oturacağından bir ədəd «X22 8 Neptune Blue» markalı mobil telefon tapmış və həmin mobil telefonu saxlamaq üçün İmişli rayonunda yaşayan anasına vermişdir. Bu barədə Allahqulu ona qabaqcadan və ya sonradan hər-hansı bir məlumat verməmişdir. Allahqulunun avtomobildən tapdığı mobil telefonun Rəşada məxsus olması ona məlum olmuşdur. Əlavə olaraq ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ona və Allahquluya qarşı yalan ifadə verərək, guya hadisə vaxtı ona zor tətbiq etdiklərini, əlindən mobil telefonunu və 45 manat pulunu zorla aldıqlarını və avtomobildən zor tətbiq edərək düşürüb hadisə yerini tərk etdiklərini bildirmişdir. Hadisə vaxtı nə o, nədə ki, Allahqulu Rəşada qarşı zor tətbiq etməmiş və ya sonuncunun üzərindən hər-hansı bir əşya və ya pul götürməmişlər. Rəşad sərxoş olduğu üçün mobil telefonunu avtomobildə unutmuş və qərəzli olaraq onlara qarşı həqiqətə uyğun olmayan ifadələr vermişdir. Hadisə vaxtı Rəşad Xırdalan şəhərinə deyil, əvvəlcə «20 Yanvar» dairəsinə, avtomobildə olarkən isə Yasamal rayonu ərazisinə getmək istədiyini bildirmişdir. Allahqulu Rəşada onun DYP-nin Ekoloji postunda düşəcəyi ilə bağlı heç bir söz deməmişdir. Ailə olmasını, 3 uşağının olmasını, özhünün ağ ciyər vərəmi xəstəliyinin olmasını, arvadının xərçəng xəstəsi olmasını nəzərə alaraq, həmçinin cinayət törətmədiyini nəzərə alaraq ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, müxtəlif ünvanlarda yerləşən kafelərdə ofisiant işləməklə özünü maddi cəhətdən təmin etmişdir. Son bir ildə, o cümlədən halhazırda o, Bakı şəhəri Binəqədi rayonu, Xırdalan dairəsi adlanan ərazinin yaxınlığında yerləşən kafedə ofisiant kimi fəaliyyət göstərməkdədir. İşlədiyi kafe ölkə ərazisində qüvvədə olan karantin rejimi qaydalarına uyğun olaraq sifariş əsasında fəaliyyət göstərmişdir. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 23 radələrində o, işdən çıxıb tək olaraq piyada Xırdalan dairəsi adlanan əraziyə getmiş və evinə yola düşmək qərarına gəlmişdir. Bu vaxt o, həmin yerdə yerləşən dükandan spirtli pivə içkisi alıb içmişdir. O, sərxoş olmadığı üçün hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Sonra o, dükandan bir ədəd «jaquare» adlı enerji içkisi alıb evə getmək üçün nəqliyyat vasitəsi axtaran vaxt yolun sağ kənar hissəsində qara rəngli, marka və modelini xatırlamadığı minik avtomobilinin üzü Bakı şəhəri istiqamətində dayanması onun diqqətini cəlb etmişdir. O, taksi axtaran vaxt qeyd edilən avtomobilin sürücü oturacağında əyləşmiş kişi cinsli şəxs açıq pəncərədən ona səslənmiş və Azərbaycan dilində hansı istiqamətdə getmək istədiyini soruşmuşdur. O isə həmin şəxsə Xırdalan şəhərinə getmək istədiyini bildirmişdir. Həmin sürücü ona avtomobilə əyləş dedikdə, o ilk olaraq avtomobildə arxa oturacaqda əyləşmişdir. Bu vaxt qarşı sağ oturacaqda əyləşmiş tanımadığı digər bir şəxs avtomobildən düşdükdə o, arxa oturacaqdan düşüb avtomobildə qabaq sağ oturacaqda əyləşmək istəmiş, lakin sürücü ona düşüb avtomobildə arxa oturacaqda əyləşməsini bildirmişdir. Digər sərnişin avtomobildə qarşı sağ oturacaqda əyləşmişdir. Bu zaman sürücü ona digər sərnişini bir qədər qarşıda - DİN-in DYP-nin Ekoloji postunun yaxınlığında düşürüb, sonra onu Xırdalan şəhərinə aparacağını bildirmişdir. O, etiraz etməmiş və qabaqcadan sürücüyə yol pulu kimi 1 manat verəcəyini bildirmişdir. Bundan sonra sürücü avtomobili yerindən tərpədərək sürətlə hərəkət edib, qeyd edilən DYP postunun yanında keçərək dayanmadan, irəli, yəni «Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalı»nın da kənarından keçib avtomobili sağa - sonradan bildiyi Bakı KDY istiqamətində hərəkət etdirmişdir. Sürücü DYP postunun yaxınlığında avtomobili saxlamadıqda, o, sürücüdən hara getdiklərini soruşmuş, sürücü isə cavabında ona gözləməsini bildirmişdir. Sürücü təxminən 5-6 dəqiqə avtomobili eyni qaydada idarə etmiş və Bakı şəhəri KDY-da geri qayıtmaq üçün dövrə edib əks hərəkət yolunun sağ kənarında əl əyləcini çəkib dayanmışdır. Avtomobil dayanan vaxt qarşı sağ oturacaqda əyləşmiş şəxs oturduğu vəziyyətdə arxaya çevrilib sağ əli ilə onun boğazından tutub səsini çıxarmamasını bildirmişdir. Bu zaman sürücü isə onun əlindən içərisində ***-***-**-** və ***-***-**-** saylı nömrə kartları olan «X22 8 Neptune Blue» markalı mobil telefonunu dartıb almışdır. Bundan sonra sürücü avtomobildən düşüb arxa sol qapını açmış, həmçinin qabaq sağ oturacaqda əyləşən şəxs də avtomobildən enib arxa sağ qapını açmışdır. Sürücü sağ ayaq zərbəsi ilə onun bədəninin sol hissəsindən vurmuş, digər şəxs isə onun sağ qolundan yapışıb onu avtomobildən aşağı düşürmüşdür. O, yerdə uzanıqlı vəziyyətdə olarkən sürücü sükanı arxasında əşyləşmiş şəxs onun əynində olan cins şalvarının arxa sağ cibindən 45 manat pulunu götürmüşdür. Bundan sonra həmin şəxslər dərhal avtomobildə hərəsi öz yerində əyləşib Biləcəri-Xırdalan istiqamətində oranı tərk etmişdirlər. Hadisə vaxtı həmin şəxslərin əlində və ya üzərində hər-hansı bir alət, predmet və ya silah olmamışdır. Hadisə zamanı qeyd edilən şəxslər onu öldürməklə və ya digər şəkildə zərər vurmaqla hədələməmişlər. Qeyd edilən şəxslər onun əlindən və üzərindən mobil telefonunu, pulunu götürərək kifayətlənmişlər. Hadisə vaxtı yaxın ətrafda heç kəs olmamışdır. Bundan sonra o, hadisə yerindən keçən digər markasını və qeydiyyat nişanını xatırlamadığı avtomobilə «əl etmiş», avtomobili saxlayan kişi cinsli şəxsdən onu «20 Yanvar» ərazisinə aparmasını xahiş etmişdir. Sonra o, «20 Yanvar» dairəsinə, oradanda digər avtomobillə evinə getmişdir. Növbəti gün o, baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Binəqədi RPİ-nin 40-cı PB-ya müraciət etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə vaxtı mobil telefonunun üzərində olan ***-***-**-** saylı nömrə faktiki olaraq ona məxsus olsa da, atası Söhrab Bəbişovun adınadır. Digər nömrə, yəni ***-***-**-** saylı nömrə isə faktiki olaraq özünə məxsus olmaqla tanışı Kəmalə Bədəlovanın adınadır. Hadisə vaxtı o, hər-hansı bir xəsarət almamış və ona qarşı tətbiq edilən zor həyatı və sağlamlığı üçün təhlükəli olmamışdır. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır, onların cəzalanmasını istəmir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 onun oğludur. Allahqulunun iki yaşı olarkən o, əri Abbasdan boşanmış və Allahqulu onun himayəsində yaşamışdır. Lakin bəzən keçmiş əri Abbas oğlu Allahqulunu uşaq vaxtlarında özü ilə birlikdə yaşamaq üçün bir neçə aylıq X1 şəhərinə aparmışdır. Allahqulu yetkinlik yaşına çatdıqdan sonra əsasən Rusiya Federasiyasında və Ukrayna Respublikasında yaşamışdır. Son bir ildə Allahqulu yaşamaq üçün Azərbaycan Respublikasına gəlmişdir. Belə ki, Allahqulu ara-sıra İmişli şəhərinə ona «baş çəkmək» üçün gəlib-getmişdir. Əsasən Allahqulu Bakı şəhərində müxtəlif ünvanlarda kirayəşin kimi yaşamışdır. Sonuncu dəfə Allahqulu 2020-ci ilin iyun ayının son günlərində, ona «baş çəkmək» üçün İmişli rayonuna gəlmişdir. Bu zaman o, Allahqulunun icarə əsasında götürdüyü avtomobillə taksi fəaliyyəti ilə məşğul olmasını onun özündən eşitmişdir. Allahqulu həmin vaxt İmişli şəhərinə markasını və qeydiyyat nişanını bilmədiyi avtomobillə gəlmiş və ona həmin avtomobili icarəyə götürüb Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Həmçinin həmin vaxt Allahqulu ona saxlamaq üçün 1 ədəd «X22 8 Neptune Blue» markalı, göy rəngli gövdəsi olan, işlənmiş olduğu bilinən mobil telefon verib, ondan həmin mobil telefonu saxlamasını, əgər zərurət olarsa mobil telefonu götürəcəyini bildirmişdir. O isə Allahquludan həmin mobil telefonu haradan almasını soruşduqda, sonuncu mobil telefonu müvəqqəti işlətmək üçün ona verdiyini qeyd etmiş, bu barədə ona əlavə heç bir məlumat verməmişdir. Bu zaman mobil telefonun üzərində hər-hansı bir nömrə kartı olmamışdır. Sonra bir gecə Allahqulu İmişli şəhərində onun evində qalıb, növbəti gün Bakı şəhərinə yola düşmüşdür. Bu hadisədən 2 və ya 3 gün sonra ona zəng edən Binəqədi RPİ-nin əməkdaşları onda bir ədəd «X22 8 Neptune Blue» markalı mobil telefon olduğunu və həmin mobil telefonu özü ilə birlikdə Binəqədi RPİ-yə gətirməsini xahiş etmişlər. O, da polisin tələbinə əsasən həmin mobil telefonu özü ilə götürüb Binəqədi RPİ-nin İŞ-yə gəlmiş və orada göstərilən mobil telefonu baş müstəntiq Kamran Əliyevə protokol əsasında hal şahidlərinin iştirakı ilə təqdim etmişdir. Həmçinin həmin vaxt ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə Allahqulu və onun tanışı, əvvəllər tanımadığı Məhəmməd adlı şəxs müştəri qismində Allahqulunun avtomobilinə əyləşmiş tanımadığı şəxsə qarşı soyğunçuluq edərək 45 manat pulunu və qeyd edilən 1 ədəd «X22 8 Neptune Blue» markalı mobil telefonunu ələ keçirdiklərinə görə tutulmuşlar. O, isə öz növbəsində şifahi olaraq polis əməkdaşlarına baş verən hadisədən məlumatsız olduğunu bildirmişdir. Əlavə olaraq ifadəsində həmin mobil telefonu ümumiyyətlə işlətmədiyini, Allahqulu və Məhəmmədin kiməsə qarşı soyğunçuluq etdiklərindən məlumatsız olduğunu bildirmişdir. İş üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 628 nömrəli rəyinə əsasən 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində hər-hansı bir xəsarət izi aşkar olunmamışdır. İş üzrə təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 1579 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Emasional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə yaşlanndan əsəbi, hövsələsiz olması, əsəbi gərginliklər zamanı kəsmələrlə özünə xəsarətlər yetirməsi, hərbi çağınş zamanı AR SN-nin Respublika Psixiatriya Xəstəxanasına göndərilərək onda «Şəxsiyyətin emosional davamsız tipli pozuntusu, özünükəsmələrdə» diaqnozunun müəyyən edilməsi, hazırkı müayinə zamanı onda müəyyən edilən əsəbiliyi, emosional qeyri-stabilliyi, əhvalının dəyişkənliyi və s.) sübut edir. Cinayət işinin materiallarının və hazırkı psixiatrik müayinənin nəticələrinin hərtərəfli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yoxlanılan şəxsdə müəyyən edilən Emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidannda olmuşdur, buna görə də ona ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə təyin edilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 1629 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər-hansı bir psixi xəstəliyini əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 22-ci maddəsinin təsiri altına düşmür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 9/2419 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd «X22 8 Neptune Blue» markalı mobil telefonun satış üçün kompleksləşməsinə daxil edilən aksesuariarın olmamasını və istifadə olması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 300,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər onlara qarşı elan edilmiş ittihamda özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 180.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəzası nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxslərə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2002-ci il təvəllüdlü X8, xx.xx.2003-cü il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı övladları vardır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-ci il tarixdə Ukrayna vətəndaşı X6 ilə nikaha daxil olmuşlar. İş materiallarında olan “Məhkəmə psixiatrik ekspertizası” X20 Şəxsin 1579 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs1Abbas oğlunda “Emosional davamsız tip şəxsiyyət pozuntusu” aşkar edilir. İş materiallarında olan “Məhkəmə psixiatrik ekspertizası” X20 Şəxsin 1629 saylı, xx.xx.2020-ci il tarixli rəyində qeyd edilmişdir ki, X12 əvvəllər vərəm xəstəliyindən müalicə almışdır. İş materiallarında olan X4 arvadı X2 aid xx.xx.2019-cu il tarixli Ultrasəs Müayinəyə aid tibbi sənəddən görünür ki, sağ süd vəzisinin bayır yuxarı kuadratında ölçüləri 1 x 9, 1 x 8, 2,1 x 1,8 sm olan bir biriylə birləşmiş düyünlər (hipoqarışıq) təyin olunur. Sağ süd vəzifəsnin yuxarı yuxarı içəri kuadrantında ölçüsü 1 x 6 sm olan kistoz düyün təyin olunur. Sol süd vəzisinin bayır yuxarı kuadrantında ölçüsü 1 x 6 sm olan kistoz düyün təyin olunur. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, onlarla barışmasını, Təqsirləndirilən şəxs2 ailəli olmasını, 3 övladının olmasını, onlardan 2-nin yetkinlik yaşına çatmamasını, arvadının yuxarıda qeyd edilən xəstəliyinin olmasını, Təqsirləndirilən şəxs1 ailəli olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs1 ibtidai istinta dövründə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə həbsdən azad edilmişdir, həmin vaxtadək 02 gün həbsdə qalmışdır. Sonradan Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut olan bir ədəd «X22 8 Neptune Blue» markalı mobil telefon saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 28 gün (iki il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan bir ədəd «X22 8 Neptune Blue» markalı mobil telefon zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 100 manata (yüz manat) görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 50 (əlli) manat və Təqsirləndirilən şəxs2 50 (əlli) manat məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili X3 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-46/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-46/2021
12.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver