Məhkəmə qərarları › İş №1(004)-46/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-46/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-46/2022 01.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ saat 12:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, ortaixtisas təhsilli, əvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühəndisi vəzifəsində işləyən, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, sifarişçi "xxxx" MMC, baş podratçı "xxxx" QSC və subpodratçı "xxxx" MMC arasında bağlanmış 09.06.2021-ci il tarixli «Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması» barədə üçtərəfli müqaviləyə uyğun olaraq sifarişçinin verdiyi layihə əsasında "xxxx" MMC ilə aralarında bağlanmış 10.02.2020-ci il tarixli və hazırda qüvvədə olan əmək müqaviləsinə əsasən həmin MMC-nin mühəndisi qismində texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A saylı yaşayış binasında aparılan fasad-təmir (rekonstruksiya) işlərinin icrasına rəhbərlik etdiyi zaman «Mühəndis (tikinti üzrə mühəndis)»in vəzifə təlimatının 7-ci bəndinin və «İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və istehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın B2.3.7-ci bəndinin tələblərinə əsasən həmin binanın fasadına kondisioner mühərriklərinin quraşdırılması işinin təhlükəsiz aparılması məqsədilə əmək şəraitinin yoxlanılması və aşkar edilən çatışmazlıqların ləğvi üçün sahəyə müntəzəm olaraq xüsusi baxış keçirilməklə müvafiq texniki xarektirli tədbirlərin görülməsini, konkret olaraq iş sahəsində olan elektrik xətlərinin gərginlik altından çıxarılmasını təmin etməli olduğu halda, vəzifəsindən irəli gələn öhdəlikləri icra etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərməklə həmin binanın fasadına kondisioner mühərriklərinin quraşdırılması işlərinin icrası zamanı əmək şəraitin yoxlanılması və aşkar edilən çatışmamazlıqların ləğvi üçün sahəyə müntəzəm olaraq xüsusi baxış keçirməyib müvafiq texniki xarakterli tədbirlər görməmiş, konkret olaraq iş sahəsində olan elektrik xətlərinin gərginlik altından çıxarılmasını təmin etməyərək texniki təhlükəsizlik və əməyin mühafizəsinin müvafiq qaydalarını pozmuş, nəticədə onun tabeçiliyində karotçu işləyən X9 25 avqust 2021-ci il tarixdə saat 17 radələrində ünvan 1 ünvanının fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılması işlərini icra edərkən elektrik naqillərinə toxunması nəticəsində yüksək gərginlikli elektrik cərəyanının onu vurması səbəbindən hadisə yerində ölmüş, beləliklə onun texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 10 fevral 2020-ci il tarixdən rəsmi qaydada əmək müqaviləsi bağlamaqla "xxxx" MMC-də mühəndis vəzifəsində işləyir, vəzifə təlimatı sahənin istehsal-təsərrüfat fəaliyyətinə rəhbərlik etməkdən, briqadir və ustalara rəhbərlik etməkdən, onlara icra üçün tapşırıqları müəyyən etməkdən, onların fəaliyyətini əlaqələndirərək buna nəzarət etməkdən, təhlükəsizlik texnikası üzrə nəzarətedici orqanların göstərişlərinin yerinə yetirilməsini təşkil etməkdən, sahədə müntəzəm olaraq xüsusi baxış keçirməklə fəhlələrin əmək şəraitini yoxlamaq və aşkar edilən çatışmazlıqların ləğvi üçün tədbirlər görməkdən və s.-dan ibarət olmuşdur. 09 iyun 2021-ci il tarixdə sifarişçi "xxxx" MMC, baş podratçı "xxxx" QSC və subpodratçı "xxxx" MMC arasında üçtərəfli müqavilə bağlanaraq Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların təmiri işlərinin yerinə yetirilməsi işlədiyi şirkətin öhdəliyinə götürülmüş, həmin müqaviləyə əsasən görüləcək işlərdən biri də sifarişçi şirkət tərəfindən verilmiş layihə əsasında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A saylı binada fasad-təmir (rekonstruksiya) işlərinin aparılmasından ibarət olmuşdur. Vəzifə təlimatına və daxili qaydalara əsasən hər gün həmin binada müvafiq işlərin görülməsinə başlamazdan əvvəl binanın həyətində işçilərlə birlikdə toplantı keçirmiş, işçilərə gündəlik olaraq görüləcək işləri sadalayaraq onlar arasında iş bölgüsü aparmış, SƏTƏM üzrə baş məsləhətçi Şahid3 isə görüləcək işlərlə bağlı işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini tapşıraraq müvafiq təlimatlarını verib bununla bağlı jurnala imza etmişdir. Bundan sonra iş prosesi başlamış və hər bir işçi iş bölgüsünə uyğun olaraq öz vəzifələrini icra etmiş, özü də müntəzəm olaraq hər bir işçiyə baş çəkməklə onların işlərinə nəzarəti həyata keçirmişdir. Hadisənin baş verdiyi 25 avqust 2021-ci il tarixdə səhər saat 08 radələrində həmişə olduğu kimi həmin binanın həyətində toplantı keçirərək işçilər arasında iş bölgüsü aparmış, iş bölgüsünə əsasən kartoçu X9 və Şahid1 vəzifə təlimatlarına uyğun olaraq binanın fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılmasından (montaj işlərinin aparılmasından) ötrü karot və kəsmə alətlərindən istifadə edərək kəsmə, dəlmə işlərinin yerinə yetirilməsi və həmin mühərriklərin kondisioner yuvasına yerləşdirilməsi işlərinin icrası həvalə edilmiş, bununla bağlı Şahid3 də onlara görüləcək həmin işlərlə bağlı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini tapşıraraq müvafiq təlimatlarını verib bununla bağlı jurnala imza etmişdir. Belə ki, həmin binada fasad-təmir işlərinə başlamazdan əvvəl binanın fasad hissəsində quraşdırılmış hər bir kondisioner mühərriki işçilər tərəfindən sökülərək (demontaj edilərək) mənzillərə yerləşdirilmiş, fasadtəmir işləri başa çatdıqdan sonra isə layihəyə uyğun olaraq həmin mühərriklərin binanın fasad hissəsində quraşdırılmış kondisioner yuvasına yerləşdirilməsi nəzərdə tutulmuşdur. İş bölgüsünə uyğun olaraq verilmiş təlimatlardan sonra hər bir işçi kimi Ceyhun Paşayev və Şahid1 də onlara həvalə edilmiş işləri icra etməyə başlamış, həmin gün özü müxtəlif vaxt aralığında onların işlədikləri mənzillərə gedərək işlərinə nəzarət edib öz göstərişlərini vermiş, lakin hadisədən əvvəl digər işçilərin işinə nəzarət etdiyi üçün hadisənin baş verdiyi 30 saylı mənzilə onların işlərinə nəzarət üçün gedə bilməmişdir. Həmin gün saat təxminən 15 radələrində binanın həyətində olarkən yuxarı mərtəbələrin birindən səs küy gəldiyini eşidib təcili şəkildə yuxarı qalxmış, səs-küyün binanın 6-cı mərtəbəsində yerləşən 30 saylı mənzildən gəldiyini eşidib birbaşa həmin mənzilə daxil olmuş, onun ardınca Şahid3 və hazırda xatırlamadığı digər işçilər də mənzilə daxil olmuşlar. Bu zaman Ceyhun Paşayevin mənzilin qonaq otağında döşəmənin üzərində kürəyi üstə uzadılmış vəziyyətdə olduğunu, Şahid1 və mənzil sahibi Şahid2 Ceyhunun üzünə su vuraraq onu ayıltmağa çalışdıqlarını görmüşdür. Yaxınlaşaraq nə baş verdiyini maraqlandıqda Bəhruz Ceyhunu elektrik cərəyanının vurduğunu bildirmiş, baş vermiş hadisə ilə əlaqədar həyəcanlı olduğu üçün ona artıq suallar verməmişdir. Həmin vaxt Ceyhunun gözləri açıq vəziyyətdə, sanki şokda olmuş, huşu aydın olmamış və heç nə danışa bilməmişdir. Bu zaman ev sahibi təcili yardımla əlaqə saxlayıb hadisə yerinə gəlmələrini demiş, özləri isə Ceyhunu evdə olan xalçanın üzərinə qoyaraq hava alması üçün köməkli şəkildə həyətə düşürmüşlər. Qısa müddət ərzində hadisə yerinə təcili yardım briqadası gəlib Ceyhunu həyətdə müayinə edərək onun öldüyünü bildirmişdir. Bir müddət sonra da polis və prokurorluq orqanı əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş və Ceyhunun meyitini daxili müayinə edilməsi üçün morqa göndərmişlər. Sonradan Şahid1 hadisənin baş vermə şəraitini maraqlandıqda o, özünün mənzilin daxilində, Ceyhunun isə mənzilin çöl fasad hissəsində quraşdırılmış dəmir konstruksiyanın üzərində dayanmaqla həmin mənzilə aid kondisioner mühərriklərini kondisioner yuvasına yerləşdirmək üçün karot və kəsmə alətlərindən istifadə edərək kəsmə, dəlmə işlərini apardığını, həmin vaxt Ceyhunun bilmədiyi səbəbdən qəfil halının pisləşdiyini, bu səbəbdən ev sahibi ilə birlikdə onu mənzilin içinə salaraq ayıltmağa çalışdığını, lakin sinə nahiyəsində elektrik nişanəsi izlərini gördüyündən onu elektrik cərəyanının vurduğunu bildiyini demişdir. Lakin işə başlamazdan əvvəl özü işçilər arasında iş bölgüsü aparıb onları təlimatlandırarkən Ceyhun Paşayev və Şahid1 işlərin icrası zamanı gərginlik altında işləyə bilən alətlərdən istifadə etdikləri vaxt istisna olmaqla, digər vaxtlarda elektrik xətlərinin gərginlik altından çıxarılmasını tapşırmış və əvvəlcədən müvafiq qaydada izolyasiya olunmasına baxmayaraq, avadanlıqların elektrin naqillərinə toxunmamaları barədə xəbərdarlıq etmişdir. Belə ki, karotçu C.Paşayevlə Şahid1 vəzifəsi kondisioner mühərriklərini mənzillərin fasad hissəsində quraşdırılmış kondisioner yuvasına yerləşdirməkdən ibarət olmuş, bundan sonra həmin mühərriklərin elektrik naqillərinin kondisionerin elektrik naqillərinə birləşdirilərək işlək vəziyyətə gətirilməsi vəzifəsi isə elektriklərə həvalə edilmişdir. C.Paşayevin ola bilsin ki, hadisənin baş verdiyi vaxt kondisioner mühərikinin elektrik naqilinə özbaşına müdaxilə etməsi nəticəsində elektrik cərəyanının onu vurduğunu düşünür və bu səbəbdən baş vermiş hadisə ilə bağlı özünü təqsirli bilmir. Eyni zamanda o bildirmişdir ki, mərhum X6 ailəsinə işlədiyi şirkət tərəfindən təqribən 46500 manat məbləğində (onun iki banka olan kreditləri tam bağlanmış, dəfn mərasimləri xərcləri, qəbr daşının düzəldilməsi və digər xərclər) pul ödənilərək maddi yardım edilmişdir. Məhkəmə baxışı zamanı işlədiyi şirkət tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə əlavə olaraq 5000 manat təklif edilmiş, lakin sonuncu həmin məbləğlə razılaşmamışdır. Həmçinin o, zərərçəkmiş şəxsin hüquqi varisinin əlavə olaraq 50000 manat mənəvi zərər tələb etdiyini, lakin həmin məbləği ödəmək üçün imkanının olmadığını bildirmişdir. Göstərilənlərə əsasən, onun barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Ceyhun Paşayev 7 yanvar 2020-ci il tarixdə "xxxx" MMC ilə əmək müqaviləsi bağlayaraq rəsmi qaydada karotçu vəzifəsinə qəbul edilmiş və baş vermiş bədbəxt hadisəyədək həmin vəzifədə işləmişdir. Hadisənin baş verdiyi 25 avqust 2021-ci il tarixdə səhər saat 08 radələrində Ceyhun Paşayev işə getmiş, həmin gün saat 17 radələrində onun adını xatırlamadığı iş yoldaşı zəng vuraraq Ceyhunun iş prosesi zamanı elektrik cərəyanının onu vurması nəticəsində öldüyünü və Respublika Klinik Xəstəxanasının yaxınlığında yerləşən morqa gəlməyini bildirmiş, özü də yaxınlarına bu barədə məlumat verib onlarla birlikdə morqa getmişdir. C.Paşayevin meyiti daxili müayinə edildikdən sonra onlara təhvil verilmiş və onun meyitini Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. "xxxx" MMC-nin rəhbərliyi tərəfindən Ceyhun Paşayevin yas mərasiminə, məzar daşına çəkilməli xərclər qarşılanmış, bundan əlavə sonuncunun 3.500 (üç min beş yüz) manat məbləğində kredit borcu ödənilərək bağlanılmışdır. Ümumilikdə mərhum ərinin işlədiyi "xxxx" MMC tərəfindən onlara təxminən 46500 manat məbləğində maddi ziyan ödənildiyini, buna baxmayaraq, əlavə olaraq həmin MMC-dən mənəvi kompensasiya qismində 50000 manat məbləğində pul tələb etdiyini, çünki himayəsində olan azyaşlı uşağının gələcək maddi təminatının qarşılanmalı olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, bununla bağlı gələcəkdə “Archico MMC”-yə qarşı mülki qaydada məhkəməyə müraciət edəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 07 yanvar 2020-ci il tarixdən rəsmi qaydada əmək müqaviləsi bağlamaqla "Archico” MMC-də karotçu işləyir, vəzifə təlimatı dəmir-beton kontruksiyalar (divar, döşəmə və s.) üzərində karot və kəsmə alətlərindən istifadə edərək kəsmə, dəlmə, qırma işlərinin aparılması, avadanlıqların quraşdırılması və s.-dan ibarətdir. 25 avqust 2021 -ci il tarixdə səhər saat 08 radələrində həmişə olduğu kimi mühəndis Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A saylı binanın həyətində toplantı keçirərək işçilər arasında iş bölgüsü aparmış, iş bölgüsünə əsasən o və digər kartoçu X7 vəzifə təlimatlarına uyğun olaraq binanın fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılmasından (montaj işlərinin aparılmasından) ötrü karot və kəsmə alətlərindən istifadə edərək kəsmə, dəlmə işlərinin yerinə yetirilməsi və həmin mühərriklərin kondisioner yuvasına yerləşdirilməsi həvalə edilmiş, bununla bağlı SƏTƏM üzrə baş məsləhətçi Şahid3 də hər ikisinə görüləcək həmin işlərlə bağlı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini tapşıraraq müvafiq təlimatlarını verib bununla bağlı jurnala imza etdirmişdir. Belə ki, həmin binada fasad-təmir işlərinə başlamazdan əvvəl binanın fasad hissəsində quraşdırılmış hər bir kondisioner mühərriki özü də daxil olmaqla karotçu işləyən digər iş yoldaşları tərəfindən sökülərək (demontaj edilərək) mənzillərə yerləşdirilmiş, fasad-təmir işləri başa çatdıqdan sonra isə layihəyə uyğun olaraq həmin mühərriklərin binanın fasad hissəsində quraşdırılmış kondisioner yuvasına yerləşdirilməsi nəzərdə tutulmuşdur. Bundan sonra hər bir işçi kimi o və Ceyhun Paşayev onlara tapşırılmış həmin işləri icra etməyə başlamışlar. Həmin gün Təqsirləndirilən şəxs və Şahid3 müxtəlif vaxt aralığında onların işlədiyi mənzillərə gələrək işlərinə nəzarət edib öz göstərişlərini vermiş, lakin hadisə baş verməmişdən əvvəl hadisənin baş verdiyi 30 saylı mənzilə işlərinə nəzarət üçün onların heç biri gəlməmişdir. Belə ki, həmin gün saat təxminən 15 radələrində iş bölgüsünə uyğun olaraq Ceyhun Paşayevlə birlikdə 30 saylı mənzilə gəlmiş, mənzildə ev sahibi Şahid2 başqa heç kim olmamışdır. Ev sahibinə binada fasad-təmir işlərinə başlamazdan əvvəl onlar tərəfindən sökülərək mənzilə yerləşdirilmiş kondisioner mühərriklərini binanın fasad hissəsində quraşdırılmış kondisioner yuvasına yerləşdirmək üçün gəldiklərini bildirmiş, ev sahibi onları evə dəvət etdikdən sonra dəhlizdən sol tərəfdə yerləşən qonaq otağına daxil olaraq gətirdikləri alət və avadanlıqları döşəmənin üzərinə qoyub iş bölgüsünü Ceyhunla aralarında qərarlaşdırmışlar. Razılığa əsasən Ceyhun pəncərədən binanın bayır tərəfinə keçib dəmir konstruksiyaların üzərində dayanmaqla kondisioner mühərriklərini kondisioner yuvasına yerləşdirməli, özü də mənzilin daxilində, pəncərənin əks tərəfində dayanıb Ceyhunun tələb etdiyi alət və avadanlıqları ona verməklə köməklik göstərməli olmuşdur. Belə ki, həmin mənzilə aid olan əvvəlcədən sökülmüş 3 (üç) ədəd kondisioner mühərrikinin mənzilin fasad hissəsində quraşdırılmış dəmir konstruksiyanın üzərindəki kondisioner yuvasına yerləşdirilməsi nəzərdə tutulmuş, özü növbə ilə iki kondisioner mühərrikini evin daxilindən Ceyhuna vermiş, o, da həmin mühərrikləri dəmir konstruksiyanın sağ və sol tərəflərinə qoymaqla orta hissədə rahat işləməsi üçün özünə şərait yaratmişdır. İş prosesinin gedişində ev sahibi Şahid2 qonaq otağının giriş hissəsində olan divanda oturub mobil telefonu ilə məşğul olmuş və bir neçə dəfə nəyə isə ehtiyacları olacağı təqdirdə ona məlumat vermələrini demişdir. Həmin vaxt Ceyhun ilk növbədə drellə (burğu aləti) dəmir materialdan olan kondisioner yuvasında dəliklər açaraq kondisioner mühərriklərini həmin yuvaya yerləşdirmək üçün hazır vəziyyətə gətirmiş, daha sonra dreli ona qaytarıb digər alətləri tələb etmiş, özü də onun tələb etdiyi alətləri vermişdir. Hadisənin baş verdiyi vaxtdan az əvvəl Ceyhun arxası ona tərəf olmaqla dəmir konstruksiyanın üzərində oturub sağ hissəsinə qoyduğu kondisioner mühərriki ilə məşğul olmuş, özü isə həmin vaxt artıq istifadəsinə ehtiyac olmayacağını bildiyi alətləri qutularına yığıb zərurət yarana biləcək digər alətləri isə yerə düzməklə məşğul olduğundan həmin vaxt Ceyhunun konkret olaraq hansı işlə məşğul olduğunu görməmişdir. Bu zaman qəfil Ceyhunun qıc olduğunu və titrəməyə başladığını görüb ilk öncə onda qıcolma yarandığını düşünərək yıxılmaması üçün paltarından tutmuş və qışqıraraq ev sahibi Şahid2 kömək istəmiş, o, da dərhal yerindən qalxıb onlara tərəf gəlmiş, Ceyhunun dilinin qatlandığını düşünüb ev sahibinə təcili şəkildə qaşıq gətirməsini bildirmişdir. O, da dərhal mətbəxə keçib qaşıq götürərək yenidən qonaq otağına qayıtmış, bu zaman Ceyhunu tutub saxlaya bilmədiyi üçün ev sahibinə ayaqlarından yapışmasını tapşırmışdır. Mənzilin daxilində durmaqla Ceyhunu fasad hissədə quraşdırılmış dəmir konstruksiyanın üzərinə uzadıb onun bu vəziyyətdə təhlükəsiz olduğuna, yəni yıxıla bilməyəcəyinə əmin olduqdan sonra onu buraxaraq pəncərədən çıxıb fasad hissədə olan dəmir konstruksiya tərəfə keçmiş, orada dayanaraq Ceyhunu qucaqlayıb ev sahibinə tərəf vermiş, sonuncu da onunla köməkli şəkildə Ceyhunu pəncərədən otağa keçirib döşəmənin üzərinə uzatmışdır. Bundan sonra özü də evə daxil olub ev sahibi ilə birlikdə Ceyhunun üzünə su vuraraq onu ayıltmağa çalışmış, həmin vaxt Ceyhunun dili qatlanmamış, lakin gözləri açıq vəziyyətdə, sanki şokda olmuş, huşu aydın olmamış, danışa bilməmişdir. Özü onun döş qəfəsi nahiyəsində yanıq izi olduğunu görüb hadisə vaxtı da titrədiyini, sanki qıc olduğunu xatırlayaraq Ceyhunu elektrik cərəyanının vurduğunu bilmiş, bu zaman Təqsirləndirilən şəxs, Şahid3 və hazırda xatırlamadığı bir neçə iş yoldaşı da səs-küy eşidib evə daxil olmuş və Ceyhunun hərəkətsiz vəziyyətdə döşəmənin üzərində uzadıldığını görüb nə baş verdiyini soruşmuş, özü də Ceyhunu elektrik cərəyanının vurduğunu bildirmişdir. Həmin vaxt ev sahibi təcili yardımla əlaqə saxlayıb hadisə yerinə gəlmələrini demiş, özləri isə Ceyhunu evdə olan xalçanın üzərinə qoyaraq hava alması üçün köməkli şəkildə həyətə düşürmüşlər. Qısa müddət ərzində hadisə yerinə təcili yardım briqadası gəlib Ceyhunu həyətdə müayinə edərək onun öldüyünü bildirmişlər. Bir müddət sonra da polis və prokurorluq orqanı əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmiş və Ceyhunun meyitini daxili müayinə edilməsi üçün morqa göndərmişlər. Həmin işlərin görülməsi zamanı Ceyhun Paşayev gərginlik altında işləyə bilən hər hansı alətdən istifadə etməmiş, habelə kondisionerin işlək vəziyyətə gətirilməsindən ötrü elektrik naqillərinin quraşdırılması işlərini icra etməmiş və onlara belə göstəriş də verilməmişdir. Belə ki, onlar sadəcə kondisioner mühərrikinin kondisioner yuvasına yerləşdirilərək bərkidilməsi işlərini icra etmiş, kondisionerin işlək vəziyyətə gətirilməsi işlərinin icrası isə elektriklərə həvalə edilmişdir. Bu səbəbdən Ceyhunun təsadüfən kondisioner mühərrikinin elektrik naqillərinə toxunması nəticəsində onu elektrik cərəyanının vurduğunu düşünür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə yeri olan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A saylı binanın 30 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Yaşadığı binanın fasad hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına təmir edilməsilə əlaqədar işçilər fasad-təmir işlərinə başlamazdan əvvəl həmin mənzilin bayır tərəfində, yəni fasad hissəsində quraşdırılmış 3 (üç) ədəd kondisioner mühərriklərini müvəqqəti sökərək mənzilin daxilinə qoymuş və fasad işləri yekunlaşdıqdan sonra kondisioner mühərriklərini yerinə quraşdıracaqlarını bildirmişlər. 25 avqust 2021-ci il tarixdə saat təxminən 15 radələrində tək evdə olduğu zaman sonradan adlarının X9 və Şahid1 olduğunu bildiyi işçilər qapını döyərək binada fasad işlərinin yekunlaşması ilə əlaqədar olaraq, əvvəlcədən sökdükləri 3 (üç) ədəd kondisioner mühərriklərini yenidən layihə üzrə binanın fasadında quraşdırılmış kondisioner yuvalarına yerləşdirməli olduqlarını bildirmiş, özü də onların hər ikisini evə dəvət etmişdir. Bundan sonra onlar əllərindəki çanta və müxtəlif avadanlıqlarla birlikdə evin soldan ikinci otaq olan qonaq otağına daxil olmuş, bu zaman Ceyhun Paşayev pəncərədən çıxaraq binanın bayır hissəsində, yəni fasadında quraşdırılmış dəmir konstruksiyanın üzərinə çıxmış, Şahid1 isə evin içində qalaraq köməkli şəkildə işləməyə başlamışlar. Həmin vaxt onların nəyə isə ehtiyacı ola biləcəyi təqdirdə ona məlumat vermələrini deyib otağı tərk etməmişdir. Bu zaman artıq 2 (iki) ədəd kondisioner yuvası Bəhruz tərəfindən Ceyhuna verilərək sonuncunun olduğu dəmir konstruksiyanın üzərinə qoyulmuş, özü mobil telefonu ilə məşğul olduğundan onlara baxmadığı üçün konkret olaraq kimin nə işlə məşğul olmasını görməmişdir. Bir qədər sonra Bəhruz Ceyhunu səsləyərək qışqırmağa başlamış, səsi eşidən kimi yerindən qalxıb onlara tərəf getmiş, bu zaman Bəhruz başını pəncərədən çıxarıb hərəkətsiz vəziyyətdə olan Ceyhunu hər iki əli ilə tutaraq ona təcili şəkildə qaşıq gətirməsini bildirmişdir. Özü də dərhal mətbəxə keçib qaşıq götürərək yenidən həmin otağa qayıtmış, bu zaman Ceyhundan tutduğu üçün Bəhruzun da pəncərədən bayıra tərəf ayaqlarının döşəmədən kəsildiyini görüb dərhal onun ayaqlarından yapışmışdır. Bəhruz Ceyhunu dəmir konstruksiyanın üzərinə təhlükəsiz vəziyyətdə uzatdıqdan sonra pəncərədən çıxıb konstruksiyanın üzərində dayanaraq Ceyhunu qucaqlayıb ona tərəf vermiş, özü də Bəhruzla köməkli şəkildə Ceyhunu pəncərədən otağa keçirib döşəmənin üzərinə uzatmışdır. Bəhruzla birlikdə Ceyhunun üzünə su vuraraq onu ayıltmağa çalışmış, həmin vaxt Ceyhunun dili qatlanmamış, lakin gözləri açıq vəziyyətdə, sanki şokda olmuş, huşu aydın olmamış, danışa bilməmişdir. Bu zaman onların saylarını dəqiq bilmədiyi və əvvəllər tanımadığı bir neçə nəfər iş yoldaşları da binanın aşağısında hadisəni görüb və səs-küy eşidib evə daxil olmuş və Ceyhunu döşəmənin üzərində uzadılmış vəziyyətdə görüb Bəhruzdan nə baş verdiyini soruşmuş, sonuncu da Ceyhunu elektrik cərəyanının vurduğunu bildirmişdir. Özü həmin vaxtadək Ceyhunu elektrik cərəyanının vurmasından məlumatsız olmuş, bundan sonra dərhal təcili yardımla əlaqə saxlayıb hadisə yerinə gəlmələrini bildirmişdir. Bu zaman iş yoldaşları Ceyhunu evdə olan xalçanın üzərinə qoyaraq hava alması üçün köməkli şəkildə həyətə düşürmüş, daha sonra hadisə yerinə təcili yardım briqadası gəlib Ceyhunu həyətdə müayinə edərək öldüyünü bildirmişlər. Bir müddət sonra da polis və prokurorluq orqanı əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmiş və Ceyhunun meyitini daxili müayinə edilməsi üçün morqa göndərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 19 fevral 2019-cu il tarixdən rəsmi qaydada əmək müqaviləsi bağlamaqla "xxxx" MMC-də SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) üzrə baş məsləhətçi vəzifəsində işləyir, vəzifə təlimatı iş yerində əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl olunmasına nəzarət etməkdən və s.-dan ibarət olmuşdur. 09 iyun 2021-ci il tarixdə sifarişçi "xxxx" MMC, baş podratçı "xxxx" QSC və subpodratçı "xxxx" MMC arasında üçtərəfli müqavilə bağlanaraq Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların təmiri işlərinin yerinə yetirilməsi işlədiyi şirkətin öhdəliyinə götürülmüş, həmin müqaviləyə əsasən görüləcək işlərdən biri də sifarişçi şirkət tərəfindən verilmiş layihə əsasında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A saylı binada fasad-təmir (rekonstruksiya) işlərinin aparılmasından ibarət olmuşdur. Vəzifə təlimatına və daxili qaydalara əsasən hər gün həmin binada müvafiq işlərin görülməsinə başlamazdan əvvəl binanın həyətində işçilərlə birlikdə toplantı keçirilmiş, mühəndis Təqsirləndirilən şəxs işçilərə gündəlik olaraq görüləcək işləri sadalayaraq onlar arasında iş bölgüsü aparmış, özü isə görüləcək işlərlə bağlı işçilərə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini tapşıraraq müvafiq təlimatlarını verib bununla bağlı jurnala imza etdirmişdir. Bundan sonra iş prosesi başlamış və hər bir işçi iş bögüsünə uyğun olaraq öz vəzifələrini icra etmişdir. Hadisənin baş verdiyi 25 avqust 2021 -ci il tarixdə səhər saat 08 radələrində də həmişə olduğu kimi binanın həyətində toplantı keçirilərək işçilər arasında iş bölgüsü aparılmış, mühəndis Təqsirləndirilən şəxs tərəfindən iş bölgüsünə əsasən kartoçu X9 və Şahid1 vəzifə təlimatlarına uyğun olaraq binanın fasad hissəsində kondisioner mühərriklərinin quraşdırılmasından (montaj işlərinin aparılmasından) ötrü karot və kəsmə alətlərindən istifadə edərək kəsmə, dəlmə işlərinin yerinə yetirilməsi və həmin mühərriklərin kondisioner yuvasına yerləşdirilməsi işlərinin icrası həvalə edilmiş, bununla bağlı özü də onlara görüləcək həmin işlərlə bağlı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini tapşıraraq müvafiq təlimatlarını verib bununla bağlı jurnala imza etdirmişdir. Belə ki, həmin binada fasad-təmir işlərinə başlamazdan əvvəl binanın fasad hissəsində quraşdırılmış hər bir kondisioner mühərriki işçilər tərəfindən sökülərək (demontaj edilərək) mənzillərə yerləşdirilmiş, fasadtəmir işləri başa çatdıqdan sonra isə layihəyə uyğun olaraq həmin mühərriklərin binanın fasad hissəsində quraşdırılmış kondisioner yuvasına yerləşdirilməsi nəzərdə tutulmuşdur. İş bölgüsünə uyğun olaraq verilmiş təlimatlardan sonra hər bir işçi kimi Ceyhun Paşayev və Şahid1 də onlara həvalə edilmiş işləri icra etməyə başlamışdır. Həmin gün saat təxminən 15 radələrində binanın həyətində olarkən yuxarı mərtəbələrin birindən səs-küy gəldiyini eşidib təcili şəkildə yuxarı qalxmış, səs-küyün binanın 6-cı mərtəbəsində yerləşən 30 saylı mənzildən gəldiyini eşidib mühəndis Təqsirləndirilən şəxsla birlikdə birbaşa həmin mənzilə daxil olmuş, onun ardınca hazırda xatırlamadığı digər işçilər də mənzilə daxil olmuşlar. Bu zaman Ceyhun Paşayevin mənzilin qonaq otağında döşəmənin üzərində kürəyi üstə uzadılmış vəziyyətdə olduğunu, Şahid1 və mənzil sahibinin Ceyhunun üzünə su vuraraq onu ayıltmağa çalışdıqlarını gördüyündən nə baş verdiyini maraqlanmış, Bəhruz da Ceyhunu elektrik cərəyanının vurduğunu bildirmişdir. Həmin vaxt Ceyhunun gözləri açıq vəziyyətdə, sanki şokda olmuş, huşu aydın olmamış, heç nə danışa bilməmişdir. Bu zaman ev sahibi təcili yardımla əlaqə saxlayıb hadisə yerinə gəlmələrini demiş, özləri isə Ceyhunu evdə olan xalçanın üzərinə qoyaraq hava alması üçün köməkli şəkildə həyətə düşürmüşlər. Bundan sonra dərhal "xxxx" MMC-nin direktorunun əməyin mühafizəsi və texniki-təhlükəsizlik üzrə müavini Şahid4 mobil telefonuna zəng vuraraq Ceyhun Paşayevi elektrik cərəyanının vurduğunu və vəziyyətinin ağır olduğunu demiş, sonuncu da bu xəbəri eşitdikdən dərhal sonra hadisə yerinə gəlmişdir. Qısa müddət ərzində təcili yardım briqadası da gəlib Ceyhunu həyətdə müayinə edərək onun öldüyünü bildirmiş, polis və prokurorluq orqanı əməkdaşları isə hadisə yerinə baxış keçirərək Ceyhunun meyitini daxili müayinə edilməsi üçün morqa göndərmişlər. Sonradan Şahid1 hadisənin baş vermə şəraitini maraqlandıqda sonuncu özünün mənzilin daxilində, Ceyhunun isə mənzilin çöl fasad hissəsində quraşdırılmış dəmir konstruksiyanın üzərində dayanmaqla həmin mənzilə aid kondisioner mühərriklərini kondisioner yuvasına yerləşdirmək üçün karot və kəsmə alətlərindən istifadə edərək kəsmə, dəlmə işlərini apardığını, həmin vaxt Ceyhunun bilmədiyi səbəbdən qəfil halının pisləşdiyini, bu səbəbdən ev sahibi ilə birlikdə onu mənzilin içinə salaraq ayıltmağa çalışdığını, lakin sinə nahiyəsində elektrik nişanəsi izlərini gördüyündən onu elektrik cərəyanının vurduğunu bildiyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 və müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Archiko MMC-də elektrik vəzifəsində çalışan Sədi Mukhaev, Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadələr vermişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin Yasamal rayon şöbəsindən verilmiş 26.08.2021-ci il tarixli, 100 saylı rəyi ilə təsdiq olunur ki, vət. X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində döş qəfəsinin ön səthində orta elektrik nişanələrindən başqa hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Bu xəsarətlər həyatidir, elektrik nişanələri yüksək gərginlik çərəyinin yerli təsirindən əmələ gəlmişdir, törənmə müddəti ölümün baş verdiyi vaxtdan az əvvələ uyğundur. Vət. X6 ölümünə səbəb yüksək gərginlik elektrik cərəyanın təsiri olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən təxminən 16-22 saat əvvələ uyğun gəlir. Vət. X6 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 1, səh. 142-147). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.11.2021-ci il tarixli 10/4348 saylı rəyi ilə təsdiq olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən 75A saylı yaşayış binasının fasadına kondisioner mühərrikinin quraşdırılması işinin təhlükəsiz aparılması üçün iş sahəsində olan elektrik xətlərinin gərginlik altından çıxarılmaması baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və istehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın B2.3.7-Cİ bəndinin və “Mühəndis (tikinti üzrə mühəndis)”in vəzifə təlimatının 7-ci bəndinin tələbləri pozulmuşdur. “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və istehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın B2.3.7-Cİ bəndinin tələblərinin pozulması baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqədə olmuşdur. Belə ki, həmin bəndin tələblərinə əsasən elektrik keçiricilərində, yalnız həmin keçiricilərdə gərginliyi çıxarıldıqdan sonra işləməyə icazə verilir. İş materialında olan məlumatlara əsasən kondisionerin quraşdırılması zamanı elektrik xətləri gərginlikdən açılmamışdır. Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində yerləşən 75A saylı yaşayış binasının fasadına kondisioner mühərrikinin quraşdırılması işinin təhlükəsiz aparılması məqsədilə əmək şəraitin yoxlanılması və aşkar edilən çatışmamazlıqların ləğvi üçün sahəyə müntəzəm olaraq xüsusi baxış keçirilməklə müvafiq texniki xarakterli tədbirlərin görülməsini, konkret olaraq iş sahəsində olan elektrik xətlərinin gərginlik altından çıxarılmasını təmin etmədiyinə görə vəzifə təlimatının 7-ci bəndinin və “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və istehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın B2.3.7-Cİ bəndinin tələbləri "ArchiCO” MMC-də mühəndis (tikinti üzrə mühəndis) vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur (cild 1, səh. 183-187). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 avqust 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanıdır. Həmin mənzilə baxış keçirilərkən müəyyən olundu ki, mənzil 9 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşir. Mənzil 4 otaqdan ibarətdir, təmirlidir. Mənzilə daxil olduqda, sol tərəfdən 2-ci yaşayış otağının pəncərəsinin qarşısında binanın fasasadına bərkidilmiş uzunluğu 3,4 metr, eni 0,6 metr, hündürlüyü 0,7 metr olan metal konstruksiya vardır. Həmin metal konstruksiya kondisionerlərin mühərriklərinin saxlanılması üçün nəzərdə tutulmuşdur. Baxış zamanı metal konstiruksiyanın sağ və sol tərəflərində 2 ədəd kondisionerin mühərrikinin olduğu müəyyən edildi. Sol tərəfdəki mühərrik elektrik xəttinə qoşulmuş haldadır. Sağ tərəfdəki mühərrik isə qoşulmamışdır. Otağın daxilində 1 ədəd kondisionerin mühərriki vardır. Həmçinin mühərrikin ətrafında elektrik alətləri - yapışqan lent və s. vardır. Baxışda iştirak edən mənzil sahibi Şahid2 bildirdiyinə görə pəncərənin qarşısındakı metal konstruksiyanın üzərində mənzilin kondisionerlərinin mühərrikləri yerləşdirilir. Şahid2 hadisənin Ceyhun Paşayevin qeyd olunan metal konstruksiyanın üzərində kondisionerin mühərrikini quraşdıran zaman baş verdiyini qeyd etdi. Baxış zamanı elektrik kabelinin sonluğunun açıq halda metal konstruksiyanın üzərində olduğu müəyyən edildi və naqilin sonluğu üzərində hər hansı qoruyucu vasitə - elektrik gərginliyi keçirməyən lent (izolyasiya lenti) və ya qalıqları aşkar edilməmişdir (cild 1, səh. 4-11). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC vergi orqanları tərəfindən 16.12.2010-cu il tarixdə ********** VÖEN nömrəsi ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2ixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə 088154 seriya nömrəli müddətsiz və hazırda qüvvədə olan lisenziya verilərək tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verilmişdir. Sifarişçi "xxxx" MMC, baş podratçı "xxxx" QSC və subpodratçı "xxxx" MMC arasında bağlanmış 09.06.2021-ci il tarixli «Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması» barədə üçtərəfli müqaviləyə uyğun olaraq sifarişçinin verdiyi layihə və müqavilədə nəzərdə tutulmuş digər şərtlər əsasında Bakı şəhəri üzrə dövlət mənzil fonduna aid binaların təmiri "xxxx" MMC-nin öhdəliyinə verilmişdir. "xxxx" MMC ilə X9 arasında 07.01.2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq karotçu vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC ilə Təqsirləndirilən şəxs arasında 10.02.2020-ci il tarixdə əmək müqaviləsi bağlanaraq mühəndis vəzifəsinə təyin edilmişdir (cild 1, səh. 33-129). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15.11.2021-ci il və 20.11.2021-ci il tarixli tələbnamələrdən görünür ki, X9 və Təqsirləndirilən şəxs əvvəllər məhkumluqları barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1, səh. 181-182; 211-212). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Respublika Psixiatriya xəstəxanasının 10.11.2021-ci il tarixli, 9534 nömrəli və 23.11.2021-ci il tarixli, 1048 nömrəli arayışlarına əsasən X9 və Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanaya müraciət etmədikləri, həmin xəstəxanada qeydiyyatda olmadıqları müəyyən olunmuşdur (cild 1, səh. 190-191; 218). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 2 nömrəli X3 20.11.2021-ci il tarixli, 1/2002 nömrəli və 23.11.2021-ci il tarixli, 1/2062 nömrəli arayışlarına əsasən X9 və Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanaya müraciət etmədikləri, həmin xəstəxanada qeydiyyatda olmadıqları müəyyən olunmuşdur (cild 1, səh. 210; 217). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Narkoloji dispanserinin 10.11.2021-ci il tarixli, 3741 nömrəli və 22.11.2021-ci il tarixli, 3955 nömrəli arayışlarına əsasən X9 və Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanaya müraciət etmədikləri, həmin xəstəxanada qeydiyyatda olmadıqları müəyyən olunmuşdur (cild 1. Səh. 180; 213). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Çuxur Qəbələ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 19.11.2021-ci il tarixli, 367 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X11, 30.04.2019-cu il təvəllüdlü qızı X10 və 12.04.2020-ci il təvəllüdlü X12 ilə 10 birlikdə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yerindən mübət xarakterizə olunur (cild 1, 101-102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Mingəçevir şəhəri 9 saylı MİS-dən verilmiş 16.11.2021 -ci il tarixli, 909 nömrəli arayış və eyni tarixli, 55 nömrəli xasiyyətnamə ilə müəyyən edilir ki, X2 şəhəri, Təbriz küçəsi, ev 3, mənzil 19 ünvanında qeydiyyatda olmuş və yaşadığı müddət ərzində yaşayış yerindən mübət xarakterizə olunmuşdur (cild 1, səh. 219-220). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Archico MMC tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli 06/22 nömrəli arayışdan məlum olur ki, "xxxx" MMC-nin əməkdaşı olmuş X6 25.08.2021-ci il tarixdə iş yerində bəxbəxt hadisə nəticəsində dünyasını dəyişməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən onun ailəsinə maddi və mənəvi zərərin qarşılığı olaraq maddi yardım edilmiş, şirkətin rəhbər heyəti və əmək kollektivi tərəfindən mərhumun ailəsinə mənəvi dəstək və ehtiram göstərilərək dəfn və məclis mərasimləri təşkil edilərək orada iştirak edilmişdir. "xxxx" MMC ilə "xxxx" ASC sığorta şirkəti arasında bağlanmış müqaviləyə əsasən tərəfindən X9 41.080 AZN həcmində sığorta edilmiş, baş vermiş hadisə ilə əlaqədar "xxxx" Sığorta şirkəti zərərçəkmişin ailəsinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq 28.556 AZN həcmində sığorta ödənişi həyata keçirmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən ümumilikdə 3500 AZN olmaqla, "xxxx" ASC-yə olan 1400 AZN borcu və "xxxx" ASC-yə olan 2100 AZN borcu tam ödənilmişdir, (zərərçəkmiş şəxsin hüquqi varisi ittiham aktında öz ifadəsi ilə təsdiq etmişdir) Bundan başqa X6 vəfatı ilə bağlı keçirilmiş 3, 7 və 40 mərasimləri, dəfn, dəfn üçün torpaq sahəsinin ayrılması, zərərçəkmişin ailəsinə gündəlik ərzaq məhsullarının alınması, zərərçəkmişin ailəsi tərəfindən seçilmiş qara mərmərdən olan başdaşının qoyulması üçün ümumilikdə "xxxx" MMC tərəfindən 10.900 AZN həcmində xərclər çəkilmişdir. Bundan başqa "xxxx" MMC tərəfindən X1 ayının əmək haqqı və sonuncu haqq hesabı olaraq 550 AZN həcmində pul onun əmək haqqı kartına, vəfatı ilə əlaqədar kompensasiya olaraq 2700 AZN həcmində pul C.Paşayevin həyat yoldaşının bank hesabına ödənilmişdir. Bundan başqa dəfn üçün dövlət tərəfindən birdəfəlik müavinətin verilməsi və ailə başçısını itirməyə görə ailə üzvünə və uşağa onun 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) yetkinlik yaşına çatanadək müavinətlərin verilməsi üçün sənədlərin toplanılmasına əməli köməklik göstərilmiş, müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeyd edilən müavinətlər təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, M.Azrə, M.Sədi tərəfindən tərtib olunmuş “Bakı Şəhəri Yasamal rayonu, Moskva prospekti 75-75A ünvanında 9 mərtəbəli yaşayış binasının çöl fasadlarında mövcud olan təmir işləri ilə əlaqədər elektrik işlərinin yerinə yetrilməsinə dair” aktdan görünür ki, Archico MMC tikinti üzrə mühəndis Təqsirləndirilən şəxs,texniki təhlükəsizlik üzrə mühəndis Şahid3,elektrik Muxayev Sədinin iştirakı ilə 75 A binanın fasadında və aynəbəndlərində olan müxtəlif markalı kondisonerlərin cəmiyyətin elektrikləri tərəfindən açılaraq yeni layhiə uyğun uzadılaraq uc hissəsi izolyasiya sarğısı edilərərk bağlanmışdır.Yeni quraşdırılacaq kondisonerlerin quraşdırılması tam başa çatdiqdan sonra cəmiyyətin elektrikləri tərəfindən qoşulacaqdır.Hər bir kondisoner xətdə qoşulub vətəndaşa təhvil veriləcəkdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 30.04.2019-cu il təvəllüdlü X10, 12.04.2020-ci il təvəllüdlü X12 adlı övladları vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində 23 noyabr 2021-ci il tarixdən “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 249-250). Azərbaycan Reaspublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə ittiham elan olunmayan şəxslər barəsində işə baxmaq səlahiyyətinə malik deyildir. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən yalnız Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə ittiham verilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin, nümayəndəsinin və vəkilinin qeyd etdiyi hallara dair müxtəlif və çoxsaylı istintaq hərəkətləri aparılmaqla araşdırılmış, 19 noyabr 2021-ci il tarixdə qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 222.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, qüvvədə olan əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin mühəndisi qismində texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75A saylı yaşayış binasında aparılan fasad-təmir (rekonstruksiya) işlərinin icrasına rəhbərlik etdiyi zaman «Mühəndis (tikinti üzrə mühəndis)»in vəzifə təlimatının 7-ci bəndinin və «İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və istehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın B2.3.7-ci bəndinin tələblərinə əsasən həmin binanın fasadına kondisioner mühərriklərinin quraşdırılması işinin təhlükəsiz aparılması məqsədilə əmək şəraitinin yoxlanılması və aşkar edilən çatışmazlıqların ləğvi üçün sahəyə müntəzəm olaraq xüsusi baxış keçirilməklə müvafiq texniki xarektirli tədbirlərin görülməsini, konkret olaraq iş sahəsində olan elektrik xətlərinin gərginlik altından çıxarılmasını təmin etməli idi. Lakin o, vəzifəsindən irəli gələn öhdəlikləri icra etməyərək öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək cinayətkarcasına etinasızlıq göstərməklə həmin binanın fasadına kondisioner mühərriklərinin quraşdırılması işlərinin icrası zamanı əmək şəraitin yoxlanılması və aşkar edilən çatışmamazlıqların ləğvi üçün sahəyə müntəzəm olaraq xüsusi baxış keçirməyib müvafiq texniki xarakterli tədbirlər görməmiş, konkret olaraq iş sahəsində olan elektrik xətlərinin gərginlik altından çıxarılmasını təmin etməyərək texniki təhlükəsizlik və əməyin mühafizəsinin müvafiq qaydalarını pozmuşdur. Bu halın özü təqsirləndirilən şəxsin texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını pozması faktını təsdiq edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa—iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Həmin məcəllənin 162.2-ci maddəsinə əsasən bu eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin məcəllənin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər. Həmin məcəllənin 70.5ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə və iş yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını (CM-59.2), zərəçəkmiş tərəfə 46500 manat məbləğində maddi ziyanın ödənilməsini (CM-59.1.14), əlavə olaraq zərəçəkmiş tərəfə 5000 manat məbləğində pulun ödənilməsinə cəhd edilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq dövlət və özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində yetkinlik yaşına çatmayan iki övladının, eləcə də ahıl yaşda ata və anasının onun himayəsində olmasını, cinayət nəticəsində Təqsirləndirilən şəxs işlədiyi "xxxx" MMC tərəfindən 46500 manat məbləğində maddi ziyanın ödənilməsini, bundan əlavə işədiyi MMC tərəfindən zərərçəkmiş şəxsin hüquqi varisinə əlavə olaraq 5000 manat məbləğində maddi ziyan ödəməyə cəhd edilməsini, şəxsiyyətini müsbət səciyyələndirən digər halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq dövlət və özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməli, məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması mümkün hesab edilib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X13 oğlunun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 dekabr 2021-ci il tarixli, 1(004)-465/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 7 (yeddi) iş saatına bərabər hesab edilərək, göstərilmiş 7 (yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X13 oğlunun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, ona 1 (bir) il müddətinə tikinti sahəsində təşkilatsərəncamverici vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (bir yüz) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 42 (qırx iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar