Məhkəmə qərarları › İş №1(004)-462/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-462/2022

27.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-462/2022 27.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1992-ci il tarixində Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri 6-cı MKR, ev 8, mənzil 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş işin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, idarə etdiyi Volkswagen Passat markalı 77CY293 dövlət qeydiyyat nişanlı avtomobili ilə 24 08 2022-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində “Qurda Qapısı" restoranı istiqamətində 30 km/saat sürətlə hərəkətdə olarkən ünvan 3 ünvanın qarşısında, “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 54-cü maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda həmin istiqamətin hərəkət hissəsindəki piyadalara yolu keçməyə imkan verməli, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, keçidə yaxınlaşarkən sürəti yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymamaq üçün lazımınca azaltmalı, piyada keçidə daxil olmuşdursa nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda göstərilən qanun normalarına əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, piyada zolağı ilə yolu sol tərəfdən sağ tərəfə keçən piyada 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin ikinci zolağının ortasına doğru hərəkət edərkən onu avtomobilin ön hissəsi ilə vurmaqla, Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan sağda qasıq sümüyünün sinfizdə yerdəyişməyən qapalı sınığı, baş beyin silkələnməsi, sol əl və barmaqları sağ saidin, sifətin sol yarısının sıyrılmış yaraları, sağ budun və çanağın sağ yarısının qançırları kimi ümumlıkdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə avtomobili ilə hərəkətini davam etdirib Yasamal rayon Məhkəməsinin qarşısında yerləşən piyada zolağına çatmağına 30-40 metr məsafə qalmış piyada zolağında insanların hərəkət etdiyini görmüşdür. Piyada zolağına çatan zaman sol yan tərəfində avtomobil hərəkətdə olduğundan yolun sol tərəfindən piyadanın yola daxil olmasını görməmiş və bu zaman piyada zolağında hərəkətdə olan piyada bir anda onun idarə etdiyi avtomobilin qarşısına keçmişdir. O, həmin anda avtomobilini tormozlamış, lakin avtomobili dayanmamışdır. Bu zaman avtomobilinin ön tərəfi ilə Yasamal rayon Məhkəməsinin qarşısından “Kapital Bank ASC istiqamətində hərəkətdə olan piyadanı avtomobilinin ön tərəfi ilə vurmuşdur. Piyada zərbənin təsirindən yolun sağ kənarında dayanmış avtomobilə dəyib yerə yıxılmışdır. O. dərhal avtomobilini saxlayıb avtomobilindən yerə düşmüşdür. O, avtomobilindən yerə düşən zaman piyada ayaq üstə durmuşdur. Ətrafa insanlar toplaşmış, piyada xanımın səhhəti ilə maraqlanıb insanların köməkliyi ilə avtomobilinə əyləşdirmişdir. Həmin vaxt o, hadisədən qorxduğu üçün həyəcanlı olduğundan ətrafda olan tanımadığı bir nəfər şəxs avtomobilinin sükanı arxasına əyləşib avtomobili idarə etməyi təklif etmiş, o, buna razılıq vermişdir. Həmin şəxs onun avtomobilini idarə edib X6rşısına gedib avtomobili orada saxlamışdır. O, xəsarət alan xanımı dərhal xəstəxananın içərisinə aparmış, həkimlər həmin xanıma tibbi yardım göstərmişdir. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, taksidən piyada zolağının üzərində düşüb, yolu qarşı tərəfə "xxxx" ASC istiqamətində hərəkət etmişdir. Yolun üzü Bakı şəhər DYPİ istiqamətində olan hərəkət zolağını keçib yolun əks istiqamətli hərəkət zolağının birinci hərəkət zolağını keçib yolun ikinci hərəkət zolağına daxil olan zaman Təqsirləndirilən şəxs idarə etdiyi Volkswagen Passat markalı 77CY293 dövlət qeydiyyat nişanlı avtomobilin ön tərəfi ilə onun sağ yan tərəfindən vurmuşdur. Zərbənin təsirindən o, yolun sağ kənarında dayanmış avtomobilə çırpılıb yerə yıxılıb çoxsayılı bədən xəsarətləri almışdır. O, ayağa qalxmış, ətrafda olan şəxslər yaxınlaşmışdır. Bu zaman avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ona yaxınlaşaraq onu avtomobilə əyləşdirib xəstəxanaya aparmışdır. İfadəsinin sonunda, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş materialın içində olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəmə- Tibbi Ekspertiza və X4 Publik hüquqi Şəxsin Yasamal rayon şöbəsinin 278 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs adına təqdim olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər - sağda qasıq sümüyünün sinfızdə yerdəyişməyən qapalı sınığı, baş beyin silkələnməsi, sol əl və barmaqları, sağ saidin, sifətin sol yarısının sıyrılmış yaraları, sağ budun və çanağın sağ yarısının qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş materialın içində olan və məhkəmə istintaqında tədqiq edilmiş Məhkəməyol-nəqliyyat hadisələri ekspertizasının 8/2334 nömrəli rəyi ilə təsdiq olunur ki, Volkswagen Passat markalı 77CY293 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarix, saat 09:42dən 09:46-dək olan müddət əks edilmiş görüntüdə Volkswagen Passat markalı avtomobilin M Müşfiq küçəsi ilə Bakı şəhər BPl-nin DYPİ istiqamətindən “Qurd Qapısı" istiqamətinə yolun ikinci zolağı ilə hərəkətini davam etdirərək, görüntünün 09:43:24-cü saniyəsində M.Müşfiq küçəsi 1C ünvanının qarşısında yerləşən piyada zolağında üzü Yasamal rayon məhkəməsi istiqamətindən “Kapital Bank" ASC tərəfə piyada hərəkətdə olan qadını yolun üzü "Qurd Qapısı” restoranı istiqamətində olan ikinci zolağına daxil olarkən Volkswagen Passat markalı avtomobilin ön tərəfi ilə həmin qadını vurması əks olunmuşdur. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş materialın içində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin, 2/28010 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 10:55-də sərxoşluq vəziyyətinin ayıq olduğu göstərilmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş materialın içində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 26 08.2022-ci il tarixli, 36-24984H-3222 nömrəli arayışından məlum olur ki, xx xxxxxxx 1992- ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu olmadığı göstərilmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş materialın içində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 8130 nömrəli məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs “Respublika Psixiatriya Xəstəxanası" Publik Hüquqi şəxsində müalicədə olmadığı göstərilmişdir. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş materialın içində olan və məhkəmə istintaqında tədqiq edilmiş, DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 110068-1222 nömrəli məktubundan, DİNin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarından məlum olur ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30.07 2022-cı il tarixdə (xx.xx.2022-ci il tarixədək etibarlı olan) BD 033896 nömrəli “B kateqoriyalı sürücülük vəsiqəsi verildiyi \/ə Təqsirləndirilən şəxs sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı bir məlumatın qeyd olunmadığı göstərilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs vəsatət verərək, böyük ictimai təhlükə törətməyən cinayət törətdiyinə, zərərçəkmiş şəxslə barışdığına və vurulmuş zərəri tamamilə ödədiyinə görə onu cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində ittiham irəli sürülmüş şəxsin müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs vəsatətini müdafiə edərək, barəsində ittiham irəli sürülmüş şəxsi cinayət məsuliyyətindən azad etməyi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Zərərçəkmiş şəxs məhkəmədə vəsatət verərək, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, X.Həşimovanın cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Dövlət ittihamçısı X.Haşimovanın barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını tədqiq edərək, barəsində ittiham irəli sürülmüş şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduqlarına görə təmin edilməlidirlər, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin qeydinə əsasən,həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmişdir. Hal-hazırda o, zərərçəkmişlə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CPM-nin 40.2 və 40.2.2-ci maddələrinə əsasən,şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş halda- cinayət əməlini törətmiş şəxs zərər çəkmiş şəxslə barışıq əldə etdikdə təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən,məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs yazılı vəsatətindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət işi üzrə icraata xitam verilməsinə razıdır. Bundan başqa, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli, 816-VQD saylı Qanunu ilə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş şəxsin zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsi ilə yanaşı, onun əməlinin inzibati məsuliyyətə səbəb olub-olmaması məsələsi araşdırılmalıdır. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına məhkəmədə baxılan zaman X.Haşimovanın əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində əzərdə tutulmuş hər hansı bir inzibati xəta tərkibinin əlaməti müəyyən olunmamışdır. İş materiallarından görünür ki, istər ibtidai araşdırma, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, barəsində ittiham irəli sürülmüş şəxs Təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1,197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə, cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 210 (iki yüz on) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar