Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-462/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Nümayəndə, tərcüməçi Mehin Əlihüseynlinin iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, R.Abdullayev küçəsi ev 12 mənzil 1-də qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ünvan 2 ünvanında yaşayan X2 məxsus elektron məlumat daşıyıcısı hesab edilən “UniBank" ASCyə aid 4098 5844 9288 4042 saylı bank kaıtının məlumatlarını sonuncunun xəbəri olmadan 2023-cü ilin dekabr ayında aralarında yaranmış dostluq münasibətlərindən suiistifadə etməklə özünə məxsus mobil telefonun yaddaşına köçürmüş və həmin münasibətlər pozulduqdan sonra xx.xx.2024-cü il tarixdə, saat 23:57 dəqiqədə müvəqqəti yaşadığı ünvan 3 ünvanında həmin məlumatlardan “Wolt” təbiqindən istifadə etməklə 512.49 (beş yüz on iki manat qırx doqquz qəpik) manat dəyərində qida və qeyri-qida məhsullarını sifariş edərək almış və nəticədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 512,49 (beş yüz on iki manat qırx doqquz qəpik) manat dəyərində maddi ziyan vurub oğurluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2023-cü ilin yay ayında “Tinder” internet sosial şəbəkəsində tanış olmuş və onunla dəfələrlə yaşadığı ünvanda görüşmüşlər. Aralarında dəfələrlə yaxınlıq olmuşdur. 2023-cü ilin dekabr ayının əvvəllərində Aleksandra 2 ədəd idman ayaqqabısı və 1 ədəd bot almış və razılaşmışlar ki, həmin ayaqqabıların pullarını qaytaracaqdır. Həmin ayaqqabıların dəyəri ümumilikdə 600 manat olmuşdur. Lakin o ayaqqabıların pulunu qaytarmamışdır. 2023-cü ilin dekabr ayında Aleksandr onun yaşadığı ünvana gəlmiş, Aleksandr ilə birlikdə içki sifariş edən zaman Aleksandra məxsus bank kart məlumatlarını yaddaşında saxlayaraq sonradan öz mobil telefonuna qeyd etmişdir. 2023-cü ilin dekabr ayında Aleksandrla mübahisələri olmuş və ayrılmışlar. Aleksandrla mübahisəli ayrıldıqları üçün və Aleksandr ona olan borcunu ödəmədiyi üçün xx.xx.2024-cü il tarixdə evdə olan zaman əvvəlcədən mobil telefonunda qeyd etdiyi Zərərçəkmiş şəxs məxsus 4098 5844 9288 4042 kodlu “Leo bank” hesab kartından “Volt” çatdırılma şirkətinə sifariş edərək ümumi 512.49 (beş yüz on İki manat 49 qəpik) məbləğində qida və qeyri qida məhsulları sifariş etmişdir. Bu hesabı qeyd etdiyi kimi Zərərçəkmiş şəxs məxsus pul kartından istifadə etməklə gizli yolla ödəmişdir. Bununla bağlı Zərərçəkmiş şəxs heçnə deməmiş, bundan başqa hər hansı bir oğurluq hadisəsi törətməmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağın olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını və ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, hazırda faktiki olaraq Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynova, ev 5/7, mənzil 345 ünvanında yaşayır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanda yaşayır. xx.xx.2024-cü il tarixə saat 23:57-də olan zaman telefonuna bilidiriş gəlmişdir ki “Leo Bank”a aid pul kartından 512.49 (beş yüz on iki manat qırx doqquz qəpik) manat pulunun “Wolt” tətbiqi vasitəsi ilə hesabından çıxarılmışdır. Belə olan halda ilk öncə "xxxx"a zəng edərək məlumat vermiş bu zaman bankdan ona bildirmişdirlər ki, polisə məlumat versin. Belə olan halda o, xx.xx.2024-cü il tarixdə saat 00:18 dəqiqədə DİN-in 102 xidməti zəng mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Müraciəti əsasında Yasamal RPİ 29-cu PŞ-də ərizə ilə müraciət edib izahat yazaraq bildirmişdir ki, ona məxsus olan üzərində 4098 5844 9288 4042 saylı “Leo Bank” tərəfindən verilmiş pul kartından 512 manat (beş yüz on iki) pulunun çıxarıldığını bildirmişdir. Pulunun kimin tərəfindən çıxarılması ilə bağlı məlumatının olmadığını qeyd etmişdir. İzahat yazan zaman 49 qəpiyin qeyd edilməli olduğunu bilmədiyi üçün sadəcə 512 manat pulunun oğurlandığını, 102 xidmətinə xx.xx.2024-cü il tarixdə məlumat verdiyi üçün izahat yazan zaman da pulunun oğurlandığını həmin tarixdə qeyd etdiyini bildirmişdir. Hazırda kartdan istifadə etmədiyim üçün harada olması ilə bağlı məlumatının olmadığını bildirmişdir. Bundan başqa X5 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yay ayında “Tinder” sosial şəbəkəsində tanımışdır. Onunla uzun müddət münasibətləri olmuşdur. Bir neçə dəfə Sara ilə birlikdə olan zaman öz telefonunda olan tətbiq vasitəsilə kartı ilə alış veriş etmişdir. Sonuncu dəfə Sara ilə 2023-cü ilin dekabr ayında görüşmüş və ondan ayrılmışdır. Ayrılanda isə sözlü mübahisələri olmuş, lakin düşünməmişdir ki, həmin mübahisəyə görə Sara ona bildirmədən kartından alış veriş edər. Hazırda Saranın onun kartından çıxardığı 512.49 (beş yüz on iki manat qırx doqquz qəpik) manat pulu Sara tərəfindən ona qaytarılmışdır. Hazırda onunla bağlı heç bir şikayəti və ya tələbi yoxdur. İfadəsinin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənildiyindən onunla barışmışdır, hazırda da onunla yaxın dostluq münasibətlərini davam etdirir və Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 fevral 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi il cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (İ/V. 01). "xxxx"ın xx.xx.2024-cü il tarixli 02685 nömrəli məktubuna əsasən, Zərərçəkmiş şəxs (FİN: xxxxxxx) məxsus 409858******4042 nömrəli kart üzrə xx.xx.2024-cü il tarixində 512.49 manat vəsait internet vasitəsilə məxaric edilmişdir. Bu məlumatlar barədə məlumatlar disk daşıyıcıda təqdim olunmuşdur. (İ/V. 34). Məhkəmə baxışı zamanı qeyd olunan bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı 20 aprel 2024-cü il tarixli "xxxx" ASC-dən ələ keçirilərək götürülmüş CD disk elektron maqnit daşıyıcısında olan məlumatlara baxış keçirmə haqqında protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan məlumatlara məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, «Zərərçəkmiş şəxs» adlanan faylda olan məlumatlara əsasən TRANZAKSİYA İD-**********16819230, ƏMƏLİYYAT TARİXİ xx.xx.2024 23:57:38, TRANZAKİSYANİN VALYUTASİ - AZN, MƏBLƏĞ 512.49, TƏSDİQ KODU 784091, İSTİNAD KODU **********67, ƏMƏLİYYATİN NÖVÜ - məxaric, TERMİNAL BANK - Pashabank, AÇİQLAMA - WOLT barədə məlumatlar qeyd olunmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 75). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri Suraxanı RPİ tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə başlanılmış cinayət işi xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən Suraxanı Rayon Məhkəməsi tərəfindən başlanılmış cinayət işi xitam edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir hesab edilir. (İ/V. 84-85). Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 73-cü maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilmiş və Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam edilmişdir. (İ/V. 87-89). “Sübutların qiymətləndirilməsi haqqında” 9 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ümumilikdə 512 manat olmasını bildirmişdir. Lakin ibtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhqiqata təqdim etdiyi qəbzə baxdıqdan sonra kartından 512.49 (beş yüz on iki manat qırx doqquz qəpik) manat pulunu oğurlanmasını və maddi ziyan dəyməsini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs dəymiş maddi ziyan 512.49 (beş yüz on iki manat qırx doqquz qəpik) manat olması nəzərə alınmışdır. Bundan əlavə "xxxx"ın xx.xx.2024-cü il tarixli 02685 nömrəli məktubuna əsasən, göndərilmiş bir ədəd disk maddi sübut kimi tanınmışdır. (İ/V. 90-95). Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi yazılı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam həcmdə qaytarmış və onlar arasında barışıq baş tutmuşdur. Buna görə də təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən, Təqsirləndirilən şəxs rəfiqəsinin övladları xx.xx.2011-ci il təvədlüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 qəyyum təyin edilmişdir. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, 1 ədəd CD disk, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, 1 ədəd CD disk, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, Mərkəz Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, zərərin tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə olunmasını və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda himayəsində iki azyaşlı uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə daha ağır cəzanın tətbiq edilməsi onun himayəsində olan iki azyaşlı uşaqların həyat tərzinə və dolanışıqlarına ciddi mənfi təsir göstərə bilər. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52- 1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - olaraq ünvan 5 ünvanı axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-462/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Kredo” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-462/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-462/2024
17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver