Məhkəmə qərarları › İş №1(004)-463/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-463/2022

20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-463/2022 20.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 və onun vəkili Qanuni nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin müdafiəçiləri 4 saylı Vəkil Bürosunun vəkilləri X6, X4 və X7 iştirakları ilə, X11, X3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X11, X3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19 iyun 2019-cu il tarixdə qonşuları, həmçinin qohumu X18 və X3 övladları X19 yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi Gənclər şəhərciyində yerləşən mənzilinin eyvanından yıxılmış və o onu təsadüfən həmin vəziyyətdə görərək təcili xəstəxanaya çatdırmışdır. Kənan xəstəxanaya çatdırıldıqdan 2 saat sonra aldığı xəsarətlərədən vəfat etmişdir. Kənanın valideynləri də onunla birgə xəstəxanada idilər. Hadisədən müəyyən vaxt keçdikdən sonra o, Musayev Elşən, X9 və X17 tərəfindən şər və böhtanlara məruz qalmışdır. Onlar onu Kənanın ölümündə təqsirkar hesab edirlər. X12 bacısının nəvəsidir, yəni təqsirləndirilən şəxslər onun qohumlarıdır. Onlar həmişə mehriban olmuşlar, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Buna baxmayaraq X18 və X1 ölümündən bir neçə ay sonra prokurorluğa və digər dövlət orqanlarına ərizə ilə müraciət onu xüsusi ilə ağır cinayətdə ittiham edib Kənan Musayevin ölümünü onun üstünə ataraq qeyd etmişdilər ki, bu hadisə güya onun, Məlahət Xudiyevanın təşkilatçılığı ilə törədilmişdir. Bundan sonra prokurorluqda və daxili işlər orqanında uzun müddət araşdırmalar aparılmış, dəfələrlə onun və digər şəxslərin izahatları alınmışdır. Bir neçə dəfə Baş Prokurorluq internet səhifəsində bununla bağlı açıqlamalar vermişdir. X2 və X3 onu xüsusi ilə ağır cinayət törətməkdə ittiham etməklərinə baxmayaraq, ədalət araşdırmalar nəticəsində haqq öz yerini tapmış onun bu hadisə ilə heç bir əlaqəsi olmadığı tam olaraq sübuta yetirilmişdir. Bütün bunlarla yanaşı həmin şəxslərin tərəfindən ailəsi və özü təhqir və şiddətə məruz qalmaqda davam etmişlər. Sonuncu dəfə döyüldükdən sonra o "102" qaynar xəttinə və yazılı ərizə ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Rövşən Şəhkərəmov tərəfindən aparılmış araşdırma zamanı əməldə cinayət tərkibi olmadığından xx.xx.2019-cu il tarixli qərarla material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyəti üzrə göndərilmiş və bu barədə onq rəsmi məlumat verilmişdir. Bundan narazı qalan təqsirləndirilən şəxslər milyonlarla insanın hər gün maraqla baxdığı ARB televiziya kanalında efirə gedən "Səni Axtarıram" verilişinə qatılaraq, onu milyonların qarşısında uşaqlarının qatili adlandırmış, aylarla davam edən silsilə verilişlərdə onun üzünə qatil olduğunu deməklə onu teleməkanda etmədiyi əmələ görə günahlandırmışlar. Hətta verilişin aparıcısı onlara konkret suallarla müraciət etdikdə belə onlar konkret olaraq, həmin ölüm hadisəsini onun tərəfindən təşkil olundğunu bildirmişlər. O, bu hərəkətlərinə görə cavab verməli olacaqları barədə xəbərdarlıq etsə də, onlar bu əməllərindən əl çəkməmiş və onu demək olar ki, 2022-ci ilin fevral ayından iyul ayının sonunadək davam edən və onun da iştirak etdiyi verilişlərdə milyonların qarışısında xüsusi ilə ağır cinayətdə ittiham etməkdə davam etmişlər. Bununla onlar bütün xalqın qarşısında onun şərəf və ləyaqətini alçaltmış, onu tanıyan işanların gözündə nüfuzdan salmışlar. Halbuki, onun uşağın ölümündə heç bir təqsiri yoxdur. Əgər belə bir şey olmuş olsaydı barəsində tədbir görülmüş olardı. Buna baxmayaraq, təqsirləndirilən şəxslər X18 və X9 və X17 ona televiziya efirində şər və böhtan atmaqda davam etmişlər və ona qədər də dediklərindən dönməmişlər. Qeyd olunanlar "Səni Axtarıram" verilişinin “YouTube”-dakı kanalında da yerləşdirilmiş və yüz minlərlə insan tərəfindən izlənilmişdir. Həmin kardlar tərəfindən video disk formasında təqdim olunur. Həmin video sübutlardan təqsirləndirilən şəxslər X18 və X9 və X8 ayrı-ayrılıqda müxtəlif vaxtlarda teleefirdə veriliş zamanı ona qarşı xüsusi ilə ağır cinayətdə ittiham etməklə necə şər və böhtan dedikləri əksini tapmışdır. Onlar onun uşağın ölümünün sifarişçisi olduğunu efirdən dəfəflərlə söyləmişlər. Əlavə olunuş video diskdəki “Səni axtarıram” verilişinin xx.xx.2022-ci il tarixli verilişinin 1:40:40-cı saniyəsində, xx.xx.2022-ci il tarixli verilişin 1:45-ci dəqiqəsində, xx.xx.2022-ci il tarixli verilişin 12:20-dən 12:30-a dək, 2:03:02-ci saniyədə və digər verilişlərdə də təqsirləndirilən şəxslərin ona böhtan atması əksini tapmışdır. İkinci diskdə isə X8 onu efirdə necə israrla qatil adlandırması əksini tapmışdır. Həmin video “Youtube”-da yerləşdirilmiş və yüzminlərlə izlənməsi vardır. Sözü gedən sübutları istənilən vaxt “Youtube” sossial şəbəkəsində yazmaqla baxmaq da olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinə əsasən tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə maddəsində nəzərdə tutulan xuliqanlıq niyyəti ilə adam öldürmə kimi qiymətləndirilir və on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalabdırılır. Beləliklə təqsirləndirilən şəxslər X18, X9 və X17 təqsirləndirilirlər ondan ötrü ki, onlar “ARB” telekanalında hər gün efirə gedən "Səni Axtarıram" verilişində 2022-ci ilin fevral ayından - iyul ayınadək olan müddətdə onu övladlarının qatili və sifarişçisi olduğu barədə əsassız ittihamları dəfələrlə təkrarlamaqla ona qarşı şər və böhtan atmış, onun şərəf, ləyaqətini və nüfuzunu qəsdən alçaltmışlar. Bununla da onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2ci maddəsində nəzərədə tutuan cinayət əməlini törətmişlər. Odur ki, X11, X3 və X8 CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib, iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmaları, həmçinin “ARB” telekanılının “Səni Axtarıram” verilişində ona şər atdıqlarını etiraf edərək ondan üzr istəmələri, şərəf və ləyaqətini alçaltdıqlarına görə ona vurulmuş mənəvi zərər olaraq, təqsirləndirilən şəxslərin hər birindən 2000 (iki min) manat təzminatın onun xeyrinə tutulması barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X14 və onun vəkili Qanuni nümayəndə şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X11 vəkili X15 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 vəkili X13 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 vəkili X16 xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət baxılması üçün məhkəmə aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarında olan vergi ödəyicilərinin məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva, ev 93-dür. (VÖEN: **********) Hüquqi ünvan dedikdə isə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli, 3 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Xüsusi ittiham qaydasında şikayətlərə məhkəmədə baxılması aidiyyəti CPM-nin 74.1-74-4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyatı üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: X11, X3 və X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmalarına dair X5 xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş materiallar baxılması üçün məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar