Məhkəmə qərarları › İş №1(004)-463/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-463/2024

01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-463/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi - Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Lerik rayonu, Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olmaqla ünvan 19də kirayə evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, xx xxxx 1996-cı ildə Lerik rayonu, Çayrud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, Lerik rayonu, Çayrud kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, T.Məmmədov küçəsi döngə 3 fərdi tikilidə kirayə evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3,177.2.3-2 və 177.2.4-cü maddələri ilə, təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3,177.2.3-2və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yeri hesab edilən quyuya qanunsuz olaraq daxil olub, dövlət əhəmiyyətli rabitə xətlərinə qanunsuz müdaxilə etməklə özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində ünvan 1 ünvanında yerləşən quyuların dəmir qapağını açıb qanunsuz daxil olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı Rabitə Xidməti Mərkəzinə məxsus dövlət əhəmiyyətli rabitə xəttindən hər metrəsinin qiyməti 10 manat olmaqla 380 metr olan 100x2 ölçülü, hər metrəsinin qiyməti 5 manat olmaqla 620 metr olan 50x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqilləri gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı Rabitə Xidməti Mərkəzinə 6900 (altı min doqquz yüz) manat miqdarında xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3,177.2.3-2və 177.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yeri hesab edilən quyuya qanunsuz olaraq daxil olub, dövlət əhəmiyyətli rabitə xətlərinə qanunsuz müdaxilə etməklə özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində ünvan 1 ünvanında yerləşən quyuların dəmir qapağını açıb qanunsuz daxil olaraq Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı Rabitə Xidməti Mərkəzinə məxsus dövlət əhəmiyyətli rabitə xəttindən hər metrəsinin qiyməti 10 manat olmaqla 380 metr olan 100x2 ölçülü, hər metrəsinin qiyməti 5 manat olmaqla 620 metr olan 50x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqilləri gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı Rabitə Xidməti Mərkəzinə 6900 (altı min doqquz yüz) manat miqdarında xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, O evlərdə fəhlə kimi çalışır və eleklirik işlərindən anlayışı var. Şəmsəddinlə işsiz olduqları üçün şəhərin müxtəlif yerlərində iş tapmaq məqsədilə gəzişmişlər, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Space televizyasımn yaxınlığından keçən zaman ustaların quyularda işlədiyini və orada naqil olduğunu görmüşlər. Elektirk işindən anlayışları olduğu üçün naqilləri görən zaman tərkibində mis olduğunu anlamışlar. Maddi sıxıntıları olduğu üçün qərara almışlar ki, gün təyin edib həmin naqilləri oğurlasınlar. xx.xx.2024-cü il tarixdə isə quyularda gördükləri naqilləri qəti olaraq oğurlamaq qərarına gəlmişlər. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Xanibəy oğlu ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Yeganə şadlıq sarayı ilə üzbəüz Nəsimi rayonu ərazisindən taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid3 zəng edərək olduğu ünvanı demiş və bildirmişdir ki, Yasamal rayonu ərazisində yerləşən “Space” televiziyasının inzibati binasının yaxınlığında rezin boru (şlanq) olduğunu, onu götürmək lazım olduğunu demişdir. Bundan başqa digər ünvanlara da gedəcəyini demiş və qarşılığında nə qədər pul istəyəcəyini demişdir. O, da 60 manat alacağını bildirmiş, biz də razılaşmışıq. xx.xx.2024-cü il tarixdə saat 17:15-də atdığı konum üzrə Vüsal idarə etdiyi Opel Astra markalı Az ** DP *** nömrə nişanlı avtomobili ilə gəlmişdir. O, Şəmsəddin və Vüsalla birlikdə xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində Yasamal rayonu ərazisində yerləşən “Space” televiziyasının inzibati binasının yaxınlığına gəlmişlər. Orada yaxın yaxın yerləşən 3 ədəd rabitə xətlərinin yerləşdiyi quyular vardır. O, Şəmsəddinlə avtomobildən düşmüş. Vüsal isə onları yolun kənarında gözləmişdir. Onlar Vüsaldan uzaqlaşmışlar, Vüsal onları görməmişdir. Şəmsəddinlə o, həmin quyuların dəmir qapağını açaraq oradan rabitə xətlərini kəsərək quyudan çıxardıqdan sonra bükmüşlər. Vüsal onunla Şəmsəddinin naqilləri kəsdiklərini görməmiş, naqilləri bükülmüş vəziyyətdə gətirmişlər, Vüsal əllərində yükü görüb avtomobilin baqajını açmış, naqillər rezin boruya oxşadığı üçün Vüsal onların naqil olduğundan şübhə etməmişdir. Sonra həmin naqillərlə birlikdə Vüsalın avtomobili vasitəsilə Xəzər rayonu Binə qəsəbəsinə getmişlər. Yolda olarkən Vüsalın kabel oğurladığımızdan məlumatı olmuşdur. Oraya getməkdə məqsədləri həmin naqillərin üzərində olan rezinləri yandırıb misləri əldə etmək olmuşdur. Vüsal onları Binə qəsəbəsində sovxoz deyilən ərazidə düşürdükdən sonra ona getməsini, lakin çox uzaqlaşmamağı demişdir. Bundan sonra onunla Şəmsəddin rezinləri yandırmağa başlamışlar. Yandırıb misləri əldə eldikdən sonra Şəmsəddinlə birlikdə torbaya yığmışlar və Vüsala zəng edib çağırmışlar. Vüsal gəldikdən sonra torbaları avtomobilə yükləmişlər və Şəmsəddin Binə də qaldığı üçün onunla gəlməmişdir. O, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Vüsalla birlikdə Yasamal rayonu Alatava adlanan əraziyə gələrək həmin misləri metal qəbulu mağazasına şəxsiyyət vəsiqəsi olmadan 600 manat qarşılığında satmışdır. Həmin puldan 60 manatını xidmət haqqı olaraq Vüsala vermişdir. Qalıq pulu isə Şəmsəddinlə aralarında bölmüşlər. Mağzaya ümumilikdə bir dəfə mis satmış. xx.xx.2024cü il tarixdə satdığı misdən başqa satış etməmişdir. Misi alan şəxs ondan mislərinin oğurluq olub olmadığını soruşmadığı üçün ona həmin mislərin oğurluq olmasını bildirməmişdir. Oğurladıqları naqillərin uzunluğunu bilməsə də, həmin uzunluqda olmadığına tam əmindir. Bundan başqa heç bir oğurluq hadisəsi törətməmişdir. Bu oğurluğu Şəmsddinlə əvvəlcədən planlaşdırıb eləmişlər. Etdiyi əməldən peşmandır. Dəymiş ziyanının 5828 manat 73 qəpik hissəsini Təqsirləndirilən şəxs2la Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı Xidmət Mərkəzinə ödəmişlər. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və və özünü müdafiə xarakterli ifadə verərək ittihamın mahiyyəti üzrə göstərmişdir ki, o, Lerik rayonu Çayrud kəndində qeydiyyatda olmaqla Xəzər rayonu Binə qəsəbəsi Toğrul Məmmədov küçəsi döngə 3 fərdi tikilidə ailəsi ilə yaşayır, himayəsində 1 azyaşlı qız övladı vardır, işsizdir. Ramillə işsiz olduqları üçün şəhərin müxtəlif yerlərində iş tapmaq məqsədilə gəzişmişlər. Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Space” televizyasının yaxınlığından keçən zaman ustaların quyularda işlədiyini və orda naqil olduğunu görmüşlər. Elektirk işindən anlayışları olduğu üçün naqilləri görən zaman tərkibində mis olduğunu anlamışlar. Maddi sıxıntıları olduğu üçün bundan sonra qərara almışdırlar ki, gün təyin edib həmin naqilləri oğurlasınlar . xx.xx.2024-cü il tarixdə isə qəti qərara gəlmişlər ki, quyularda gördükləri naqilləri oğurlasınlar. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Yeganə şadlıq sarayı ilə üzbəüz Nəsimi rayonu ərazisində olan zaman Ramil taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid3 zəng edərək olduqları ünvanı demiş və bildirmişdir ki, Yasamal rayonu ərazisində yerləşən “Space” televiziyasının inzibati binasının yaxınlığında rezin boru (şlanq) olduğunu, onu götürmək lazım olduğunu demişdir. Vüsal da razılaşmış və Ramilin dediyi vaxtda yəni xx.xx.2024-cü il tarixdə saat 17:15-də idarə etdiyi Opel Astra markalı Az ** DP *** nömrə nişanlı avtomobili ilə gəlmişdir. O, Ramil və Vüsal birlikdə xx.xx.2024-cü il tarixdə saat 17:40 radələrində Yasamal rayonu ərazisində yerləşən “Space” televiziyasının inzibati binasının yaxınlığına gəlmişlər. Orada yaxın-yaxın yerləşən 3 ədəd rabitə xətlərinin yerləşdiyi quyular olmuşdur. O. Ramillə avtomobildən düşmüş, Vüsal isə onların yolun kənarında gözləmişdir. O, Ramillə Vüsaldan uzaqlaşaraq naqilləri kəsəcəkləri həmin quyuların dəmir qapağını açaraq oradan rabitə xətlərinin kəsərək quyudan çıxarıb qatlayaraq yığmışlar. Daha sonra həmin naqilləri Vüsalın avtomobilinə yükləmişlər. Vüsal Ramil və onun naqilləri kəsdiklərini görməmişdir. Ramillə naqilləri gətirən zaman Vüsal avtomobilində əyləşmişmiş və avtomobildən düşərək baqajı açmış və Ramillə naqiləri baqaj yükləmişdir. Naqillər rezin boruya oxşadığına görə Vüsal onların naqil olduğunu anlamadan avtomobilinin baqajına yükləmişlər. Sonra həmin naqillərlə birlikdə Vüsalın avtomobili vasitəsilə Xəzər rayonu Binə qəsəbəsinə getmişlər. Yolda olarkən Vüsalın kabel oğurladığımızdan məlumatı olmuşdur. Oraya getməkdə məqsədləri həmin naqillərin üzərində olan rezinləri yandırıb misləri əldə etmək olmuşdur. Vüsal onları Binə qəsəbəsində sovxoz deyilən ərazidə düşürtdükdən sonra Ramil ona getməsini, lakin çox uzaqlaşmamasını demişdir. Bundan sonra özü Ramil rezinləri yandırmağa başlamışlar. Yandırıb misləri əldə etdikdən sonra Ramillə birlikdə torbaya yığmışlar. Ramil Vüsala zəng edib çağırmışdır. Vüsal gəldikdən sonra torbaları avtomobilə yükləmişlər və Ramillə Vüsal xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Yasamal rayonu Alatava adlanan əraziyə gələrək həmin misləri metal qəbulu mağazasına 600 manat qarşılığında salmışdır. Ramil həmin puldan 60 manatını xidmət haqqı olaraq Vüsal vermişdir. Qalıq pulu isə Ramillə aralarından bölmüşlər. Bundan başqa heç bir oğurluq hadisəsi törətməmişdir. Bu oğurluğu Ramillə əvvəlcədən planlaşdırıb etmişlər. Ramilin tanışı Vüsalı əvvəllər tanımamış, onu 26.02.24-cü il tarixdə ilk dəfə görmüşdür. Oğurluq etmək səbəbi maddi çətinliyi olduğu üçün etmişdir, etdiyi əməldən peşmandır. Dəymiş ziyanının 5828 manat 73 qəpik hissəsini Təqsirləndirilən şəxs1la Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı Xidmət Mərkəzinə ödəmişlər. Növbəti məhkəmə iclasında sahid Şahid3 ilə təqsirləndirilən şəxslər çarpaz dindirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər biri ayrılıqda Vüsalla xidmət haqqı olaraq 50 manata razılaşdıqlarını və Vüsalın kabel oğurlanmasından xəbəri olmadığını bildirdilər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 17məti Mərkəzinin hüquqşünası vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə işçilər tərəfindən müəyyən edilmişdir ki, ünvan 3 ünvanında yola paralel yerləşən hissədə 1 saylı Rabitə Xidməti Mərkəzinə məxsus rabitə kabellərinə xidmət edən quyulardan 2 ədəd TPP 50x2 tipli 620 metr və 2 ədəd TPP 100x2 tipli 380 metr, cəmi 1000 metr yeraltı rabitə kabelləri kəsici alətlərlə kəsilərək oğurlanmış və nəticədə dövlət təsərrüfatına maddi ziyan dəymişdir. xx.xx.2024-cü il tarixdə bununla bağlı mərkəzinin mühəndisi Şahid1 102 xidmətinə zəng etməklə və Yasamal RPİ 26-cı PB-yə ərizə yazmaqla məlumat vermişdir. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən araşdırma aparılaraq hadisə yerinə baxış keçirilmişdir. Həmçinin 1 saylı Rabitə Xidməti Mərkəzinin əməkdaşları tərəfindən TPP 50x2 tipli 620 metr və TPP 100x2 tipli 380 metr uzunluğunda rabitə kabelləri oğurlanması, oğurluq hadisəsi nəticəsində bərpa işləri ilə əlaqədar hər birinin qiyməti 11 manat 20 qəpik, cəmi 44 manat olan TPP50x2 üçün 4 ədəd b/başa mufta, hər birinin qiyməti 16 manat, cəmi 64 manat olan TPP 10x2 üçün 4 ədəd b/başa mufla, qiyməti 20 manat 41 qəpik olan 0,5 kg politlen gilza, hər bir metrəsinin qiyməti 41 qəpik ümumi qiyməti 8 manat olan 20 metr uzunluğunda şüşə lent, qiyməti 8 manat 8 qəpik olan 0,2 kq-nın qaynaq lenti, cəmi 146 manat 21 qəpik məbləğində material tələb olması, işlərin görülməsi və materialların alınması ilə bağlı əlavə dəyər vergisi 18 faiz olmaqla 889 manat 13 qəpik təşkil etməsi müəyyən edilmişdir, ümumilikdə oğurlanmış qeyd olunan miqdarda və tipdə kabellərin yenilərinin alınması, bərpa edilməsi və əlavə dəyər vergisi ilə birlikdə 5828 manat 73 qəpik təşkil etməsi müəyyən edilmişdir. Dəymiş ziyanla bağlı saxlanılan şəxslər tərəfindən vurulmuş ziyanın 3.200 manat hissəsi ödənilmişdir. İlkin araşdırma zamanı Şahid1 oğurlanmış rabitə kabellərinin ölçüsünü dəqiq bilmədiyindən qeyd olunan ünvandan təxminən 3.200 manat məbləğində 2 ədəd TPP 100x2 tipli təxminən 280 metr və 2 ədəd TPP 50x2 tipli təxminən 620 metr mis tərkibli rabitə kabelinin 2 ədəd TPP 100x2 tipli təxminən 280 metr uzunluğunda rabitə kabellərinin oğurlandığını göstərmişdir, lakin 1 saylı Rabitə Xidməti Mərkəzinin əməkdaşları tərəfindən tərəfindən tərtib edilmiş aktdan görünür ki, TPP 50x2 tipli 620 metr və TPP 100x2 tipli 380 metr uzunluğunda rabitə kabelləri oğurlanmışdır. Daha sonra zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2749 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində oğurlanmış naqillərin əlamətləri, xüsusiyyətləri və dəyəri dəqiq və aydın müəyyən edilib və bu səbəbdən də rəydə qeyd olunlara aid heç bir etiraz və əlavəsi yoxdur. Belə ki, xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında ünvan 5dən quyulardan oğlurlanmış 100x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqilin hər metrəsinin qiyməti 10 manat olmaqla 380 metrinin qiyməti 3800 manat, 50x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqil hər metrəsinin qiyməti 5 manat olmaqla 620 metrəsinin qiyməti 3100 manat, həmin oğurlanmış naqillərin ümumi dəyərinin 6900 manat müəyyən etməsinə aid heç bir etirazı yoxdur. Beləliklə, baş vermiş hadisə nəticəsində ünvan 4 ünvanında ünvan 6yulardan hər metrəsinin qiyməti 10 manat 380 metr uzunluğunda ümumi qiyməti 3800 manat olan 100x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli, hər metrəsinin qiyməti 5 manat 620 metr uzunluğunda ümumi qiyməti 3100 manat olan 50x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqillər, yəni ümumi dəyəri 6900 manat olan qeyd olunan naqillər oğurlanmışdır. Hazırda dəymiş ziyanla bağlı təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş ziyanın 5828 manat 73 qəpik hissəsi ödənilmişdir. Bununlada təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş ziyanı tamamılə ödəmiş və onlardan hec bir şikayət və tələblərinin olmadığınl bildirmişdir.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 17məti Mərkəzinin EATS-538/539-un xətt sexinin mühəndisi vəzifəsində işləyir. Telefon istifadəçilərinin sifarişlərindən məlum olmuşdur ki, xidmət etdiyi sahədə Yasamal rayonu ərazisində xətt sexində xx.xx.2024-cü il tarixdə saat 20:00radələrindən sonra telefon xətləri işləməmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ünvan 7 ünvanında yerləşən 1 saylı Rabitə Xidməti Mərkəzinin EATS-538/539-un xətt sexinin rabitə quyusuna baxış keçirilən zaman mis tərkibli rabitə kabelinin kəsilərək naməlum şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir, lakin dəqiq hesablama aparmadığından belə güman etmişdir ki, rabitə quyusundan təxminən 2 ədəd TPP 100x2 tipli təxminən 280 metr və 2 ədəd TPP 50x2 tipli təxminən 620 metr mis tərkibli rabitə kabellər oğurlanmışdır. Hadisə ilə bağlı xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng etməklə və Yasamal RPİ-nin 26-cı PB-nə ərizə yazmaqla müraciət edərək məlumat vermişdir. İlkin araşdırma zamanı hadisə ilə bağlı izahat yazarkən oğurlanmış rabitə kabellərinin hansı ölçüdə oğurlanmasını dəqiqləşdirmədən vurulmuş ziyanın təxminən 3200 manat miqdarında olmasını bildirmişdir. Həmçinin ilkin araşdıma zamanı onun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən rabitə kabellərinin oğurlandığı rabitə quyusunu göstərmişdir və hadisə yerinin fotoşəkili çəkilərək protokol tərtib edilmiş, daha sonra xx.xx.2024-cü il tarixdə 1 saylı Rabitə Xidmətinin Xüsusi Qurğuların istismarı şöbəsinin müdiri F.Məmmədov, EATS-538/539-un xətt qurğuları nəzarəti üzrə mühəndisi H.Zərgərli və onun iştirakı ilə ünvan 7 ünvanında yeraltı telekommunikasiya telefon quyusunda oğurlanmış rabitə xətlərinin ölçüsünü, tipini müəyyən etmək baxış və araşdırma apararaq müvafiq ziyan aktı tərtib etmişlər. Həmin zaman aşkar olmuşdur ki, həmin ərazidə yeraltı telekommunikasiya telefon quyusunda 300 metr uzunluğunda 1 ədəd TPP 50x2 tipli; 320 metr uzunluğunda 1 ədəd TPP 50x2 tipli; 140 metr metr uzunluğunda TPP 100X2, 240 metr uzunluğunda TPP 100X2 rabitə kabellərinin naməlum şəxs və ya şəxslər tərəfindən kəsilib aparılması, bərpası üçün TPP 100x2 üçün 4 ədəd b/başa mufta, TPP50x2 üçün 4 ədəd b/başa mufta, 0,5 kg politlen gilza, 20 metr şüşə lent, 0,2 kq qaynaq lent matierialları tələb olunması dəqiqləşdirildi və həmin aktı tərtib edib ünvan 17məti Mərkəzinə təhvil vermişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün ünvan 7 ünvanında yerləşən yeraltı rabitə quyusundan təxminən 130 metr uzunluğunda rabitə kabeli oğurlamasını göstərmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Qubadlı rayonu, Ballıqaya kəndində qeydiyyatda olmaqla ünvan 8 ünvanında valideynləri ilə yaşayır. Bolt tətbiqi vasitəsilə taksi sürücülüyü edir. Təqsirləndirilən şəxs1 onun tanışıdır, eyni məktəbdə oxumuşlar. xx.xx.2024-cü il tarixdə evdə olan zaman Ramil ona zəng edərək onu iş yerindən götürüb Yasamal rayonunda yerləşən “Space” televiziyasının yaxınlığına gedərək oradan rezin boru götürəcəyini, həmin ünvandan Xəzər rayonu, Binə qəsəbəsinə, oradan isə ola bilsinki Sumqayıt şəhərinə qayıdacaqlarını bildirərək ondan xidmət haqqını soruşmuşdur. 50 manata razılıq olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi Opel Astra markalı Az ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nəsimi rayonu ərazisinə Ramilin göndərdiyi məkana qeyd edilən ünvana gəlmiş və yolun kənarından Ramillə onun tanışı Şəmsəddini götürmüşdür. O, Şəmsəddini ilk dəfə orada görmüş və əvvəllər onu görməmişdir. Ramillə Şəmsəddin avtomobilə əyləşmişlər və onları Yasamal rayonu ərazisində yerləşən “Space” Televizyasının yaxınlığında yerləşən quyulara rezin boru (şlanq) qoyduqlarını, oğurlamasınlar deyə ora qoyduqlarını demişlər və oradan rezin borunu götürəcəklərini demişlər. Ramillə Şəmsəddinin dediyi ünvana gəlmişlər. Onlar avtomobildən düşmüşlər və o, yolun kənarında avtomobilini saxlayıb içərisində gözləmişdir. Ramillə Şəmsəddinin avtomobildən düşdükdən sonra ondan uzaqlaşmışlar, təxminən 30 dəqiqə sonra Ramillə Şəmsəddinin əllərində rezin boru ilə gəldiklərini görmüşdür. O, avtomobildən düşüb baqajı açmış, Ramillə Şəmsəddin avtomobilə rezin boruları yükləmişlər. Ramillə Şəmsəddin rezin boruları avtomobilə yüklədikdən sonra “Waze” naviqator tətbiqinə Binə univermaq ünvanını qeyd etmişdir. X7 rayonu, Binə qəsəbəsinə aparmışdır. Onları düşürtdükdən sonra ona yaxınlıqda olmağını tapşırmışlar. Onları düşürdükdən sonra avtomobili ilə mağazaya getmişdir və özünə yeməyə və içməyə bir şeylər alaraq avtomobilinə əyləşmişdir. Təxminən 35- 40 dəqiqə sonra Ramil ona zəng edərək çağırmışdır. O, yenidən onların yanına qayıtmışdır. Ramillə Şəmsəddin yenidən avtomobilə torbada yük qoyan zaman Ramildən yenə rezin boru olub olmadığını soruşmuşdur. Ramil boru olmadığını demişdir. Bundan sonra Ramillə birlikdə Yasamal rayonu, Alatava adlanan əraziyə gələrək yolun kənarında saxlayıb avtomobildə dayanmışdır. Ramil iki dəfəyə avtomobilə yığdığı torbaları düşürüb gəlmişdir. Ramilin avtomobildən düşdükdən sonra haraya girdiyini görməmişdir. Ramil avtomobilə əyləşdikdən sonra onu Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evlərinə aparıb 50 manat pul almışdır. Sonradan isə yaşadığı ünvana gəlmişdir. O, onların naqil oğurladığını bilməmiş, çünki ona quyulara bilərək rezin boru qoyduqlarını, quyuya qoymaqlarının səbəbini isə oğurlanmasının qarşısını almaq olduğunu demişdirlər. Buna görə də onların əməllərindən məlumatı olmamışdır. Polislər evinə gələndə məlumatı olub ki, həmin hadisə kabel oğurluğu imiş. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, ünvan 12 ünvanında qeydiyyatda olmaqla ünvan 13 ünvanında yaşayır. Şahid2 xx.xx.2024-cü il tarixdən onun işlətdiyi metal qırıntısı qəbulu məntəqəsində işləyir. xx.xx.2024-cü il tarixdə onun işçisi Rəfail adını sonradan Ramil kimi bildiyi şəxsdən 52 kiloqram mis qırıntısı qəbul edərək qarşılığında 540 manat pul vermişdir. Rəfail həmin mis qırıntıları qəbul edən zaman o, məntəqədə olmamışdır. xx.xx.2024-cü il tarixdə Rəfailin qəbul etdiyi mis qırıntılarını digər mis qırıntıları və digər metallarla birlikdə 27.02.224-cü il tarixdə metal əritmə zavoduna təhvil vermişdir. Bu səbəblə Ramil adlı şəxsin onun məntəqəsinə satdığı mis qırıntıları yoxdur. Rəfail həmin qırıntıların oğurluq olduğunu düşünmədiyi üçün qəbul etmişdir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı Şahid1 ünvan 14 ünvanında yerləşən quyudan rabitə kabellərinin oğurlanmasını bildirmiş, hadisə yerinə baxış keçirilən zaman foto çəkilmiş və heç bir əl-barmaq izləri aşkar edilməmişdir (i.v.9-10). “İfadələrin yerində yoxlanılması haqqında” 03 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə quyuların dəmir qapağını açaraq oradan rabitə xətlərini kəsərək quyudan çıxarıb gizli talayaraq oğurladığını bildirməklə əyani olaraq göstərməklə ifadəsində bildirdiyi halları və faktları təsdiq etmişdir (iv.83). “İfadələrin yerində yoxlanılması haqqında” 03 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 quyuların dəmir qapağını açaraq oradan rabitə xətlərini kəsərək quyudan çıxarıb gizli talayaraq oğurladığını bildirməklə əyani olaraq göstərməklə ifadəsində bildirdiyi halları və faktları təsdiq etmişdir (i.v.84). 1 saylı Rabitə Xidmətinin Xüsusi Qurğuların istismarı şöbəsinin müdiri F.Məmmədov, EATS-538/539-un xətt qurğuları nəzarəti üzrə mühəndisi H.Zərgərli və EATS-538/539-un xətt sexinin mühəndisi Şahid1 tərəfindən tərtib edilmiş “Telekomunikasiya şəbəkələrinin vasitə və qurğularının Mühafizə qaydalarının (TŞVQMQ) pozulması haqqında” 28 fevral 2024-cü il tarixli aktdan görünür ki, ünvan 15 ünvanında EATS- 538/539-un xidməti ərazisində xx.xx.2024-cü il tarixdə abunəçilərin dediklərinə görə axşam saatlarında telefon əlaqələri kəsilmişdir. Həmin məlumat daxil olduqdan sonra həmin ərazidə yeraltı telekommunikasiya telefon quyusunda kabellərin kəsilib götürülməsi aşkar olmuşdur. Göstərilən kabellər aşağıdakılardır. 1) Kabellər TPP 50x2-BS74-dən BŞ31-Ə birləşdirici xətt 2 ədəd( kabel TPP 50x2-300 metr; kabel TPP 50x2-320, 2) magistral 127-dən kabel TPP 100X2 140 mert, 3) “…….” kabel TPP 100X2-240 metr naməlum şəxs və ya şəxslər tərəfindən kəsilib aparılmışdır. Bərpası üçün TPP 100x2 üçün 4 ədəd b/başa mufta, TPP50x2 üçün üçün 4 ədəd b/başa mufta, 0,5 kg politlen gilza, 20 metr şüşə lent, 0,2 kq qaynaq lent matierialları tələb olunur (i.v.108). Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı RXM-in xidməti ərazisi olan, EATS-538/539 un xidməti ərazisində, ünvan 16 ünvanında naməlum şəxslər tərəfindən oğurlanması faktı üzrə rabitə qurğularına dəymiş zərərin qiymətləndirilməsi barədə smeta № 37/bərpa sənədindən görünür ki, oğurlanmış TPP 50x2 tipli kabelin һəг metrəsinin qiyməti 3 manat 30 qəpik, 620 metrəsinin qiyməti 2046 manat, TPP 10x2 tipli kabelin hər metrəsinin qiyməti 7 manat 23 qəpik, 380 metrəsinin qiyməti 2747,40 manat, ümumilikdə 4793,40 manat təşkil edir. Bərpa işləri ilə əlaqədar hər birinin qiyməti 11 manat 20 qəpik, cəmi 44 manat 4 ədəd TPP 10x2 üçün b/başa muftanın hər birinin qiyməti 16 manat, 4 ədədinin qiyməti 64 manat, 0,5 kg-nın politlen gilzanın qiyməti 20 manat 41 qəpik, şüşə lentin hər bir metrəsinin 41 qəpik 20 metrinin qiyməti 8 manat 20 qəpik, qaynaq lentinin 0,2 kq-nın qiyməti 8 manat 8 qəpik, cəmi 146 manat 21 qəpik təşkil edir, əlavə dəyər vergisi 18 faiz olmaqla 889 manat 13 qəpik təşkil edir, ümumilikdə oğurlanmış qeyd olunan miqdarda və tipdə kabellərin yenilərinin alınması, bərpa edilməsi və əlavə dəyər vergisi ilə birlikdə 5828 manat 73 qəpik təşkil etməsi müəyyən edilmişdir (i.v.109). XQİŞ-in müdiri Fəxrəddin Məmmədov, EATS-538/539-un xətt mühəndisi Şahid1, texniki nəzarətçi Hadıağa Zərgərli tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, Yasamal rayonu, M.Müşfiq küçəsi 14 ünvanında xx.xx.2024-cü il tarixində naməlum şəxs(lər) tərəfindən rabitə kabelləri kəsilərək oğurlanmış, həmin kabelləri bərpa etmək üçün Kabel TPP 50x2-300 metr, Kabel TPP 50x2-320 metr, Kabel TPP 100x2-140 metr, Kabel TPP 100x2-240 metr, B/başa mufta 50x2-4 ədəd, B/başa mufta 100x2-4 ədəd, polietilen gilza – 0,5 kq, şüşə lent – 20 metr, qaynaq lent – 0,2 kq materiallar tələb olunur (i.v.110). “Təqdim edilmiş pulların şikayətçiyə verilməsi üçün götürülməsi haqqında” 04 mart 2024-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi polis kapitanı X4 tərəfindən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanın 3.200 manatı sonuncuya ödənilməsi üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən istintaq orqanına təqdim etdiyi 100 manat nominallı əskinaslarla 3.200 manat pul vəsaitini zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil vermək üçün götürülmüşdür (i.v.111). “Naqil nümunələrinin götürülməsi və baxış keçirmə haqqında” 01 aprel 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən quyulardan oğurlanmış ünvan 17məti Mərkəzinə məxsus TPP 50x2 tipli və TPP 100x2 tipli rabitə naqilləri təqdim etmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi 2 ədəd rabitə xəttinə aid naqil nümunələrinə baxış keçirilərkən həmin naqillərin birinin 22 sm uzunluğunda 100x2 ölçülü, qara rəngli izolyasiyalı TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqil, digərinin isə 27 sm uzunluğunda 50x2 ölçülü qara rəngli izoliasiyalı TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqil parçaları olduğu müəyyən edilmiş, həmin 2 ədəd naqil nümunəsi iş üçün əhəmiyyətli olduğundan götürülərək qablaşdırılaraq möhürlınmişdir (i.v.180). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli 3-16-16/2-9/2749/2024 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən naqil nümulərinin istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 6900,00 manat müəyyən edilir, o cümlədən 380 metr uzunluğunda 100x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqil -3800,.. (380 metr x10 manat) manat, 620 metr uzunluğunda 50x2 ölçülü qara rəngli izoliasiyalı TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqil – 3100,00 (620metr x 5 manat) manat (i.v.199-202). Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı RXM-nin xx.xx.2024-cü il tarixli 3- 27/110/2/281-2024 saylı məktubundan görünür ki, hadisəni törədən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı RXM-nə vurulmuş ziyanın 5828 manat 73 qəpik hissəsi ödənilmiş və onların Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur (i.v.215- 216). “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri AR CM-nin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə tövsif edilməsi və onlara AR CM-nin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Azərbaycan Respublikası CMnin 180 və 186-cı maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Bakı Telefon Rabitəsi MMC-nin 1 saylı RXM-nə məxsus 2 ədəd, cəmi 380 metr 100x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqillərin və 2 ədəd cəmi 620 metr uzunluğunda 50x2 ölçülü, qara rəngli izoliasiyalı TPP tipli mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqillərin dəyəri məhkəmə-əmtəəşünaslıq ekpertizasının rəyi ilə müəyyən edilən qiymətlər real olduğundan əsas götürülməsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təqdim etdiyi 2 ədəd -100x2 ölçülü və 50x2 ölçülü qara rəngli izoliasiya TPP tipli, mis əsaslı ərintidən hazırlanmış çoxsimli naqil nümunələrinin maddi sübut kimi tanınması və saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”’na təhvil verilməsi qərara alınmışdır (iv.217-229). "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Hüquq məsləhətçisi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 23 avqust 2024-cü il tarixli ərizədən görünür ki, “icraatınızda olan 1(004)-463/2024 saylı cinayət işində təqsirləndirilənlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin xidməti ərazisi olan ünvan 4 ünvanında yola paralel hissədən 26 fevral 2024-cü il tarixində “əlbir olaraq” gizli talama yolu ilə rabitə kabellərinə xidmət edən quyulardan Mərkəzə məxsus 2 ədəd - TPP 50x2 tipli - 620 metr və 2 ədəd TPP 100x2 tipli - 380 metr - cəmi: 1000 metr yeraltı rabitə kabelləri kəsici alətlə kəsilərək oğurlanması müəyyən edilmiş və nəticədə dövlət təsərrüfatına ümumilikdə 5828,73 (beş bin səkkiz yüz iyirmi səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işinin gedişi zamanı oğurlanmış rabitə kabellərinin smeta dəyəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqsirləndirilənlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam ödənildiyindən onlara qarşı heç bir şikayət və tələbimiz yoxdur” məzmunlu olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrinin, iş materiallarında olan videogörüntülərin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 02 mart 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 02 mart 2024-cü il tarixdə, saat 15:30-da tutulmuşdur (i.v.37-38). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 02 mart 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 mart 2024-cü il tarixdə, saat 17:10-da tutulmuşdur ( i.v.62-63). Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 15 yanvar 2023-cü il təvəllüdlü (X2) övladı var (i.v.75). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 4(004)- 200/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.156-163). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 mart 2024-ci il tarixli, 4(004)-199/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o,dərhal məhkəmə zalından olunmuşdur.(iv.164-167) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 168-169). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 04 mart 2024-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.172-173). “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqdan yayındığı üçün barəsində axtarış elan edilərək o, tutulanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır (iv.195-196). “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 21 iyun 2024-cü il tarixində könüllü olaraq istintaqa gəldiyi üçün ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir (i.v. 204-205) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 16 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur (i.v.187) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onunların şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı (iş materiallarında görünür ki, 02 mart 2024cü il saat 17:10-da şübhəli şəxs qismində tutulmuş, 04 mart 2024-cü il saat 12:10 təqsirləndirilən şəxs qismində dindirməsi başa çatmış, təqsirləndirilən şəxsi həbsə almazdan əvvəl məhkəməyə təqdim edilən materiallara tanış etmək haqqında protokol xx.xx.2024-cü il saat 17:40-da başa çatmışdır və bundan sonra prokuror qarşısına həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxarılmış və prokuror tərəfindən vəsatətin müdafiə olunaraq təqdimatla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilmiş, bu isə şəxsin 48 saatdan artıq azadlığının məhdudlaşdırılmasının göstəricisidir), müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 18 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci 50 (əlli) manat təşkil edir, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 oğlu tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində saxlandığı (iş materiallarında görünür ki, 02 mart 2024-cü il saat 15:30-da şübhəli şəxs qismində tutulmuş, 04 mart 2024-cü il saat 11:00 təqsirləndirilən şəxs qismində dindirməsi başa çatmış, təqsirləndirilən şəxsi həbsə almazdan əvvəl məhkəməyə təqdim edilən materiallara tanış etmək haqqında protokol xx.xx.2024-cü il saat 16:40-da başa çatmışdır və bundan sonra prokuror qarşısına həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı çıxarılmış və prokuror tərəfindən vəsatətin müdafiə olunaraq təqdimatla təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edilmiş, bu isə şəxsin 48 saatdan artıq azadlığının məhdudlaşdırılmasının göstəricisidir), müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 19 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağına” təhvil verilmiş nümunələr ünvan 17məti Mərkəzinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 02 mart 2024-cü il tarixdən 04 mart 2024-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 mart 2024-cü il tarixdən 04 mart 2024-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağına” təhvil verilmiş nümunələr ünvan 17məti Mərkəzinə qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 240 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar