Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-464/2022 05.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X30 qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X2 və vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbyacan Respublikasının vətəndaşı, subay, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, o, 13 iyun 2022-ci il tarixdə saat 23:41 dəqiqədə “B" kateqoriyalı süruculuk vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X21” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi ilə 70-80 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərim pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək ünvan 2 ünvanının qarşısında yolu sağdan sola doğru keçən piyada X10 idarə etdiyi “X21” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tin hissəsi ilə vurub ehtiyatsızlıqdan sonuncuya baş beyinin toxunmasına, yumşaq beyin qişası altına və yan mədəciklərinə qansızmalar, kəllə qapağı və əsası sümüklərin sınıqları, onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ-İİ boyun fəqərələrinin sınığı, təpə nahiyyəsinin qançırı, sol qaşın əzilmiş yarası, sol dirsək oynağının, solda qoltuqaltı xətt üzrə İX-X qabırğa səviyyəsinin, belin sol yarısını sol qalça tini nahiyyəsinə kimi əhatə edən, sol budun, sağ diz oynağının, sağ saidin, sol baldırın, sol içəri topuq nahiyyəsinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirərək yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X9 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “X20” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin rəsmi mülkiyyətcisi anası Kəmalə Ağa-zadədi, lakin həmin avtomobil ona məxsusdur və o həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində X17 küçəsi ilə avtomobili 70-80 km/saat sürətlə idarə edən zaman yolun hərəkət hissəsini sağ tərəfdən sol tərəfə keçmək istəyən sonradan adının Ayxan Səlimov olduğunu bildiyi şəxsi görmüşdür. O Ayxanı gördükdən dərhal sonra eyni anda avtomobilin səs siqnalından istifadə etmiş və ayagı ilə tormuz əyləcinə basaraq avtomobilini sol tərəfə qaçırtmışdır. Lakin Ayxan dayanmayaraq onun avtomobilinə tərəf qaçmış və o Ayxanı avtomobilinin qabaq sağ yan tərəfi ilə vurmuş, nəticədə Ayxan yerə yıxılmışdır. Bundan dərhal sonra idarə etdiyi avtomobili saxlayıb Ayxana yaxınlaşmışdır. Həmin vaxt Ayxan yerdə uzanmış vəziyyətdə olmuş və ondan qan axmışdır. O, həyəcanlı olduğundan xatırlamadığı şəxslər hadısə yerinə təcili tibbi yardım çağırmışlar. Bundan sonra hadisə yerinə həkimlər gəlmişlər və ona məlum olmuşdur ki, Ayxan aldığı xəsarətlər nəticəsinə vəfat etmişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsi törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X11 və onun nümayəndəsi X5 ilə dəfələrlə barışmağa cəhd göstərməsini, X6 ona qarşı maddi və mənəvi tələbinin olmamasını bildirib, ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində göstərilmiş X11 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 52-53-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Ayxan Səlimov onun balaca qardaşıdır. 26 fevral 2021-ci il tarixdə anası Mədinə ürək çatışmazlığından vəfat etmişdir. Onlara ana nənəsi Şahdəstə baxırmışdır. O, Türkiyə Respublikasının, Trabzon şəhərində “X25 Universitetində” Kompüter Mühəndisi fakültəsinin 2-ci kursunda təhsil alır. 23 may 2022-ci il tarixdə o, təhsili ilə əlaqədar Trabzona getmişdir. 14 iyun 2022-ci il tarixdə gecə saat 00:45 radələrində xatırlmadığı qohumu onun mobil telefonuna zəng edərək, nənəsi Şahdəstənin rəhmətə getdiyini və təcili Bakıya gəlməli olduğunu bildirmişdir. O, dərhal Bakıya təcili bilet sifariş vermiş və sosila şəbəkələr vastəsi ilə qardaşı Ayxan Səlimovun “Porsche” markalı avtomobil tərəfindən vurulduğunu və Ayxanın hadisə yerində keçindiyini öyrənmişdir. xx.xx.2022-ci il tarixdə qardaşını Qaradağ rayonu, Ələt qəsəbəsində anasının yanında Ayxanı dəfn etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X5 məhkəmə iclasında etdiyi çıxışı zamanı bildirmişdir ki, mərhum X15 onun övladıdır. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X8 onun övladıdır. Ağababa hazırda Türkiyə Respublikasının, Trabzon şəhərində “X25 Universitetində” təhsil aldığı üçün məhkəmə iclaslarında iştirak edə bilmir. Ayxan və o, Təqsirləndirilən şəxs ilə barışmamışlar. Yekun olaraq o Təqsirləndirilən şəxs həbs olunmağını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, M.Xiyabani 117 ünvanında yerləşən “Palmeros” restoranının qarşısında “Porsche Cayenne” markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil piyada keçidinin üzərində dayanmışdı və avtomobildən 5 metr irəlidə naməlum kişi meydi var idi. Yolun eni 12 metr, iki tərəflidir və bir tərəfin eni 6 metrdir. Yolun kənarlarında iaşə obyektləri var. Yolun kənarında səkinin eni 1 metrdir. Yolda naməlum kişi meydinə məxsus qana bənzər ləkələr var idi. Yolu düzünə qoşa xətt ayırır və yerdə piyada keçidi xətti var. Avtomobilin ön sağ farası qırılıb və kapot hissəsi əzilib. Bufer əzilmiş vəziyyətdədir. Avtomobil özü saz vəziyyətdədir və işə salına bilir. Avtomobil yolun yoxuş istiqamətində hərəkətdə olmuş və yol təxmini 02 faiz yoxuşdur. (i.v. 5-13) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/19694 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:26-da ayıq vəziyyətdə olmuşdur. (i.v. 15) “İfadənin yerində yoxlanılması haqqında” 14 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edib əyani şəkildə hadisə yerində təsvir etmişdir. (i.v. 20-26) Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında xx.xx.2021-ci il tarixli ƏN-V № 882143 etibarnamədən görünür ki, X16 “Porsche Cayenne” minik markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs xx.xx.2031-ci il tarixədək idarə etmək üçün etibar etmişdir. (i.v. 30) xx.xx.2021-ci il tarixli BA seriyalı 031062 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1,B” kateqoriyalı sürücüdür. (i.v. 32) “Video-görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Yasamal rayonu, M.Xiyabani 117 ünvanında yerləşən “Yağlama Mərkəzi-də olan müşahidə kameralarından götürülmüş xx.xx.2022-ci il tarixdə saat 23:41 radələrində olan video görüntülərə baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 23:41 radələrində Təqsirləndirilən şəxs özünə məxsus “X21” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, A.M,Şərifzadə küçəsindən Yeni Yasamal X17 küçəsi istiqamətində hərəkətdə olarkən X17 küçəsi 117 ünvanında yerləşən “Palmeras” restoranının qarşısında yolun hərəkət hissəsini sağ tərəfdən sol tərəfə iti yeriyişlə keçmək istəyən piyada X10 avtomobilin qabaq sağ yan hissəsi ilə vurması müəyyən edilmişdir. (i.v. 36) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X27 İdarəsinin 16 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci ildə (xx.xx.2031-ci ilədək etibarlı olan) BA 031062 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüquqnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (i.v. 37) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 22 iyun 2022-ci il tarixli qərardan görünür ki, X11 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 45) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13 X24 24 iyun 2022-ci il tarixli, 80 saylı ekspert rəyindən görünür ki, 1. X1 meyitinin məhkəmətibbi müayinəsi zamanı aşağıdaki xəsarətlər aşkar edildi: Baş beyin toxumasına, yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınıqları, onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ-İİ boyun fəqərələrinin sınığı, təpə nahiyəsinin qançırı, sol qaşın əzilmiş yarası, sol dirsək oynağının, solda qoltuqaltı xətt üzrə İX-X qabırğa səviyyəsinin, belin sol yarısını sol qalça tini nahiyəsinə kimi əhatə edən, sol budun, sağ diz oynağının, sağ saidin, sol baldırın, sol içəri topuq nahiyəsinin sıyrıqları.
2. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunduğu kimi hərəkətdə avtomaşınla velosipedin toqquşması nəticəsində avtomaşının hissələrinin və yer örtüyünün təsirindən törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. 3. X1 ölümünə səbəb - almış olduğu kəllə qapağı və əsası sümüklərinin və İ-İİ boyun fəqərələrinin sınıqları ilə müşayiət olunan baş beyin toxumasının və onurğa beyinin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən təqribən 8-12 saat əvvələ uyğun gəlir. 4. X4 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti ve narkotik maddələr aşkar edilməmişdir. (i.v. 59-64) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/2175 saylı, 25 avqust 2022-ci il tarixli rəyindən görünür ki, “X21” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin, 50-ci maddəsinin 1-ci hissəsinin hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 84-87) Zərərçəkmiş şəxs X11 tərəfindən xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir və ya mənəvi tələbi yoxdur. (i.v. 115) “Sübutların qiymətləndirilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu, Yasamal rayonu, M.Xiyabani 117 ünvanında yerləşən “Yağlama Mərkəzi”-də olan müşahidə kameralarından götürülmüş xx.xx.2022-ci il tarixdə saat 23:41 radələrində olan müddətdəki video görüntülər olan 1 (bir) ədəd “DVD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 1 (bir) ədəd “CD” diski maddi sübut 12 kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məxsus “X21” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2022-ci il tarixdə X3 RPİ-nin İş-nə ərizə ilə müraciət edərək ilə əlaqə saxlanmış “X21” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünə məxsus olduğunu və Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi olmadığından cinayət işi üzrə ziyan dəyməsi göstərilməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Cinayət işi üzrə ilkin materiallar, məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 119 saylı rəyi və və məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 25 avqust 2022-ci il tarixli 8/2175 saylı rəyi, Yasamal rayonu, M.Xiyabani 117 ünvanında yerləşən “Yağlama Mərkəzi”-də olan müşahidə kameralarından götürülmüş xx.xx.2022-ci il tarixdə saat 23:41 radələrində olan müddətdəki video görüntülər olan 1 (bir) ədəd “DVD” disk, ifadənin yerində yoxlanması protokolu və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 116-121) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “X29” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 41B, Blok A, mənzil 145-də yaşayır. 2018-ci ildən bu günədək yuxarıda göstərilən mənzildə yaşayır, yaşadığı müddətdə birgə yaşayış qaydalarına riayət edir və heç bir nöqsana yol verməmişdir. İctimaiyyət və qonşular arasında nüfuza malikdir, heç bir problem yaşanmamışdır, xoşxasiyyətli, gülərüz və vətənpərvər bir sakindir. (i.v. 72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 79) “Qətimkan tədbiri seçilməsi haqqında” 02 sentyabr 2022-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seşilmişdir. (i.v. 113) Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən hesablanmalı, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1). İş üzrə maddi sübut 01 ədəd CD və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbs olunduğu vaxtdan, yəni 05 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut 01 ədəd CD və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov