Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-465/2023 23.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək, tamah məqsədilə fiziki şəxslərin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmiş, eləcə də aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə X2 Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməsini bildikdən sonra, sonuncunun arvadı- Zərərçəkmiş şəxs pul vəsaitlərini tamah məqsədilə ələ keçirmək üçün özbaşına özünü ona vəzifəli şəxs kimi təqdim edərək guya DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı olan Fərid Əliyev oduğunu, geniş səlahiyyətlərə və əlaqələrə malik vəzifədə işlədiyini bildirib, Zərərçəkmiş şəxs Orxan Məmmədovun həbsdən azad edilməsini təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada müraciətinin araşdırılması imkanından istifadə etməkdə ifadə olunan qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətləri ilə özü barəsində yaratdığı inam və etibardan sui-istifadə edərək, törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqa ziddliyini, bu əməlin törədilməsi ilə zərərçəkmişə maddi ziyan vuracağına səbəb olacaq ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək, sonuncunun əmlakını ələ keçirməyə yönəlmiş bilavasitə niyyətlə hərəkət edərək, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə Orxan Məmmədovun həbsdən azad edilməsi məsələsinin həlli üçün pul verilməsinin zəruri olduğunu bildirməklə Zərərçəkmiş şəxs ayrı-ayrı vaxtlarda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Siyəzən şəhər poçtamtı vasitəsilə özünə göndərdiyi müxtəlif məbləğlərdə, o cümlədən, 24 iyun 2020-ci il tarixdə Siyəzən şəhər poçtamtı vasitəsi ilə öz adına 200 manat, 26 iyun 2020-ci il tarixdə Siyəzən şəhər poçtamtı vasitəsi ilə 1000 manat, 02 iyul 2020-ci il tarixdə Siyəzən şəhər poçtamtı vasitəsi ilə tanışı Şahid1 adına 2978 manat, 22 iyul 2020-ci il tarixdə Siyəzən şəhər poçtamtı vasitəsi ilə sonuncunun adına 2481 manat, 07 sentyabr 2020-ci il tarixdə Siyəzən şəhər poçtamtı vasitəsi ilə tanışı Şahid2 adına 500 manat köçürtdürməklə, həmin pulları 2020-ci ilin iyun- sentyabr aylarında şəxsən çıxarmaqla, daha sonra tamah niyyətini davam etdirərək, həmin dövrdə Zərərçəkmiş şəxs Orxan Məmmədovun işinə məhkəmədə köməklik edəcəyini yalandan vəd verərək, bu məsələnin həlli üçün 08 sentyabr 2020-ci il tarixdə artıq Orxan Məmmədovun barəsindəki cinayət işi üzrə istintaqın başa çatması və cinayət işi üzrə məhkəmə tərəfindən sonuncuya yüngül cəza təyin edilməsi üçün hakimə vermək bəhanəsi ilə Zərərçəkmiş şəxs əlavə olaraq 7500 manat pul istəmiş, həmin vaxt sonuncunun uşaqları ilə yaşadığı və ərinə, eyni zamanda qohumlarına məxsus ünvan 2 ünvanındakı evi satdırmaqla əldə edilmiş puldan 7500 manatını, ümumilikdə 14.659,00 manat məbləğində pul vəsaitini vahid niyyətlə əvəzsiz surətdə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etmiş, həmçinin həmin əməli ilə özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə fiziki şəxslərin qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Şamaxı şəhəri 5 saylı orta məktəbdə idman müəllim işləmiş, sonradan 2020-ci ilin sentyabr ayında Türkiyə Respublikasında fabrikdə işləmək üçün getmiş, 2023-cü ilin may ayında Bakıya qayıtmışdır. Zərərçəkmiş şəxs ilə 2020-ci ilin iyun ayında “Facebook” sosial şəbəkəsində tanış olmuş. özünü ona Fərid Əliyev kimi təqdim etmiş, Aynurla ilkin söhbət zamanı onun həyat yoldaşı Orxan Məmmədovun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu və hazırda onun barəsində cinayət işinin istintaqı aparıldığını bilmişdir. Aynur həyat yoldaşının işinə köməklik olunması və onun tez zamanda azadlığa buraxılmasını istəmiş, həmin zamanlar pula ehtiyacı olduğundan onda Aynurun pulunu ələ keçirmək niyyəti yaranmışdır. Aynura barəsində həbs qətimkan tədbiri seçilmiş ərinin cinayət işinə məhkəmə baxışı zamanı bəraət hökmü verilməsi üçün 15.000 manat pul tələb olunduğunu, həmin pulla Orxana vəkil tutaraq prosesə nəzarət edəcəyi və vəzifədə işləyən yaxın qohumlarının vasitəsi ilə məhkəmədə hakimlə danışıb Orxan Məmmədovun bəraət alması məsələsini həll edəcəyini yalandan söz vermişdir. Daha sonra Aynur onun barəsində əri Orxana və onun ailə üzvlərinə məlumat vermiş, Orxanın ailə üzvləri ona inanaraq Orxanın azadlığa buraxılması məsələsi ilə məşğul olmasını xahiş etmiş, 15 min manatı verməyə razılaşmışlar. Həmçinin, Aynur və Orxanın ailə üzvlərinə onun barəsində heç kimə deməməyi tapşırmışdır. 2020-ci ilin iyun-sentyabr aylarında Aynur ona 14,659.00 manat pulu hissə-hissə vermiş, belə ki, 24 iyun 2020-ci il tarixdə Siyəzən şəhər poçtamtı vasitəsi ilə öz adına 200 manat, 26 iyun 2020-ci il tarixdə 1000 manat, 02 iyul 2020-ci il tarixdə Siyəzən şəhər poçtamtı vasitəsi ilə tanışı Şahid1 adına 2,978.00 manat, 22 iyul 2020-ci il tarixdə sonuncunun adına 2,481.00 manat, 07 sentyabr 2020-ci il tarixdə digər tanışı Şahid2 adına 500,00 manat köçürtdürməklə ələ keçirmiş, özünü təqdim etdiyi F.Əliyev adına pulu köçürməməsinin səbəbini polis əməkdaşı olduğu ilə izah etmişdir. Şahid1 pulun güya avtomobilini satması nəticəsində göndərildiyini izah etmiş, Şahid2 isə üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün pulun ona göndərilməsini xahiş etmiş, onların adına gələn pulları tam şəkildə özü əldə etmişdir.Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Aynurla Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti Azərbaycan Nəşriyyatı binasının yaxınlığında görüşmüş və Aynur ona qalıq 7.500 manat pulu şəxsən vermişdir. Zərərçəkmiş şəxs həyat yoldaşı Orxan Məmmədovun həbsdən azad olunması məsələsinin həll edilməsi məqsədi ilə ona ümumilikdə 14,659.00 manat pul vermiş, lakin Aynurdan aldığı pul müqabilində onun həyat yoldaşı Orxan Məmmədovun həbsdən azadlığa buraxılması məsələsi ilə bağlı heç bir iş görməmiş, aldığı pulları öz şəxsi ehtiyaclarına sərf etmişdir. Sonra isə Aynurla əlaqəni kəsmiş, xx.xx.2020-ci il tarixdə işləmək üçün Türkiyəyə getmiş, xx.xx.2023-cü il tarixdə geri qayıtmışdır. Aynurun ona verilmiş 14,659.00 manat pulu şəxsi qızıl-zinət əşyalarını və Siyəzən şəhərindəki evlərinin satılması yolu ilə əldə edilməsindən məlumatlı olmuşdur. Əlavə suala cavab olaraq bildirdi ki, polis formasında fotoşəkili o ele belə çəkdirmişdir, özünü polis əməkdaşı kimi təqdim etməmişdir. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və və əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə X6 ilə evlənmiş, həmin evlilikdən 2 azyaşlı övladı vardır. Orxan xx.xx.2020-ci il tarixdə narkotik vasitələrin kultivasiyası və yetirişdirilməsi cinayətində təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilmişdir. Orxanın həbsindən 2-3 gün sonra onun işi ilə maraqlanmaq üçün Bakı şəhərinə gəlmiş, Bakı şəhərini yaxşı tanımadığı və mindiyi taksi sürücüsünə dəqiq məlumat verə bilmədiyi üçün taksi sürücüsü onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmaq əvəzinə Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısına aparmış, məhkəmənin giriş qapısında dayanan polis əməkdaşlarına yaxınlaşıb Orxan Məmmədovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulduğunu və onun işi ilə maraqlanmaq istədiyini bildirmiş,ona işin məhkəmə olubolmaması maraqlanıldıqdan sonra məlumat veriləcəyi deyilmiş, o da məhkəmə binasının qarşısında yerləşən parkda əyləşib gözləmişdir. Təxminən 5 dəqiqə sonra bir nəfər tanımadığı oğlan yaxınlaşıb özünü Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Fərid Əliyev kimi təqdim etmiş, həmin şəxs onun polislərlə danışdığını eşidərək yaxınlaşmış, ərinin işinə kömək etmək məqsədini öyrəndikdən sonra 3-4 ay ərzində ərinin azadlığa buraxılması məsələsini həll edə biləcəyini demişdir. Belə ki, özünü Fərid Əliyev kimi təqdim edən əslində isə Təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili işlədiyi üçün istintaqın və məhkəmənin gedişindən yaxşı anlayışı olduğunu, eyni zamanda vəzifədə işləyən yaxın qohumları olduğunu və həmin qohumlarının vasitəsi ilə Orxana məhkəmədə bərat verdirəcəyini demiş, Orxana vəkil tutacağını, məhkəmə baxışı zamanı hakimdən xahiş etdirib Orxanı buraxdıracağına onu əmin etmiş, ərinin tutulana qədər işlədiyi Siyəzən şəhərindəki "xxxx" MMC-də nəzarətçi işinə qayıda biləcəyini də demişdir. Həmin şəxsdən işləri necə aparacağı və hakimlə necə danışacağı soruşduqda o, vəkil tutacağını və vəkilin vasitəsi ilə istintaqda işləri öz bildiyi istiqamətdə aparacağını, sonra isə vəzifədə işləyən qohumları vasitəsi ilə hakimlə danışacağını, Orxana bəraət alacağını və bu işin həll olunmasında heç bir problem yaranmayacağını təkrarlamış, lakin bu işdən heç kimin məlumatlı olmamasını, yoxsa işə problem yaranacağı barədə onu tənbehləmiş, Orxanın azadlığa buraxılması üçün pul lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs hansı məbləğdə pul lazım olduğunu soruşduqda, heyvanları və qızıl-zinət əşyalarını satdıqdan sonra ona 3-4 min manat pul verə biləcəyini demiş, sonuncu həmin pulun az olduğunu, ən azı 15.000 manat pul lazım olduğunu demişdir. Bu məsələni qohumları ilə danışdıqdan sonra məlumat verəcəyini deyərək Təqsirləndirilən şəxs mobil nömrəsini qeyd etmiş və həmin gün də Siyəzən şəhərinə qayıdaraq qayınanasına Bakı şəhərində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında təsadüfən Fərid Əliyev adlı şəxslə görüşdüyümü, həmin şəxsin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işlədiyini və X7 azadlığa buraxılması məsələsini 15 min manat müqabilində həll edə biləcəyini demiş, qayınanası həmin məbləğdə pulu düzəltmək üçün onun əri ilə yaşadığı evi satmalı olduqlarını demiş, həmin gün İstintaq Təcridxanasında saxlanılan Orxana da məlumat verrmiş, sonuncu evin satılaraq 15 min manat pulun həmin şəxsə verilməsinə razılıq vermişdir. Amma Orxan həmin şəxsin birdən polis əməkdaşı olmayıb onları aldada biləcəyindən ehtiyyat etmiş, Fərid Əliyevlə bu barədə danışıb xidməti vəsiqəsinin fotoşəklini istədikdə sonuncu vəsiqəsinin şəkilini göndərə bilməyəcəyini demiş, polis formasında olan iki foto şəkilini ona göndərmiş, polis formasında Fəridi görüb polis əməkdaşı olduğuna inanmışdır. Bundan sonra özünü Fərid Əliyev kimi təqdim edən şəxsə zəng edib qohumları və əri Orxanla danışdığını və yaşadıqları evi satıb Orxanın azadlığa buraxılması məsələsinin həll edilməsi ilə bağlı ona 15.000 manat pul verəcəklərini xəbər vermiş, sonuncu indidən işi görməyə başlamaq lazım olduğunu və tez zamanda 1.000 manat pul verilməsini istəmiş, hələ heç nə sata bilmədiyini, pulu olmadığını dedikdə Fərid ilkin olaraq 200 manat göndərilməsinə razılaşmış, xx.xx.2020-ci il tarixdə 200 manat pulu Siyəzən şəhərindən poçt vasitəsi ilə özünü Fərid Əliyev kimi təqdim edən şəxsin verdiyi başqa bir şəxsin, yəni Təqsirləndirilən şəxs adına göndərmiş, F. Əliyev bunu özünün polis əməkdaşı olduğundan öz adına pul göndərilə bilməyəcəyi ilə izah etmişdir. Bundan sonra evi tez zamanda sata bilmədiyi üçün heyvanlarını satmış, poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə yenidən Təqsirləndirilən şəxs adına 1.000 manat pul göndərmişdir. 3-4 gün sonra özünü Fərid Əliyev kimi təqdim edən şəxs əlaqə saxlayaraq Orxanın işi ilə bağlı 3.000 manat pul istəmiş, məcbur olub qızıl əşyalarını satmış, həmin pulu sonuncunun qeyd etdiyi Şahid1 adına xx.xx.2020-ci il tarixdə Siyəzən şəhərində poçt vasitəsi ilə 2.978,00 manat pul göndərmişdir. Fərid Əliyev sonrakı günlərdə onunla tez-tez əlaqə saxlayıb işlərin qaydasında getdiyini, tutduğu vəkilin bütün işlərdə iştirak edib işləri Orxanın xeyrinə apardığını və heç nədən narahat olmamağı demiş, bir müddət sonra F.Əliyev Orxanın işi ilə bağlı 2.500 manat pul istəmiş, o da borc alaraq xx.xx.2020-ci il tarixdə Fərid Əliyevin tapşırığı ilə Siyəzən şəhərindən poçt vasitəsi ilə Şahid1 adına 2.481 manat pul göndərmiş, Fərid hər danışıqlarında narahat olmamağı, işlərin qaydasında olduğunu demişdir. Orxan və qaynanası bilsə də, digər hər kəsdən bu məsələni Fəridin tapşığı ilə gizlətmişdir. Daha sonra Orxan və uşaqları ilə yaşadığı ünvan 3 ünvanında yerləşən evlərini satmış, əldə etdiyi 30.000 manat pulun bir hissəsi ilə borclarını bağlamış, xx.xx.2020-ci ildə Fərid Əliyev ona zəng edib Orxanın barəsində aparılan cinayət işinin baş çatdığını və 2-3 günə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyini və təcili olaraq işlə bağlı ona 500 manat pul verilməli olduğunu demiş, həmin gün də Fərid Əliyevin tapşırığı ilə 500 manat pulu onun dediyi şəxsin, yəni Şahid2 adına göndərmişdir. Fərid Əliyev daha sonra əlaqə saxlayıb pulu aldığını bildirmiş, eyni zamanda qalıq 7.500,00 manat pulu isə 2-3 gündən sonra nağd şəkildə Bakı şəhərində verməsini tapşırmışdır. xx.xx.2020-ci il tarixdə Siyəzən şəhərindən Bakı şəhərinə gəlmiş, günorta saatlarında Fərid Əliyevlə görüşərək 7.500 manat pulu ona vermiş, həmin vaxt yanında qardaşı Elgün Həmidov olmuş, lakin hazırda Türkiyə Respublikasındadır. Fərid Əliyev həmin pulu xx.xx.2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində Orxan Məmmədov barəsində baş tutacaq məhkəmə prosesi ilə bağlı hakimə verəcəyini və Orxanın bəraət hökmü ilə azadlığa buraxılacağını demişdir. Orxana da xx.xx.2020-ci ildə məhkəmə olacağı və azadlığa buraxılacağını demiş, Orxan işinin məhkəməyə getmədiyi barədə dedikdə narahat olmuş, Fərid Əliyevlə danışmış, sonuncu narahat olmamağı, xx.xx.2020-ci il tarixdə azadlığa buraxılacağını demişdir. Lakin həmin tarixdə Orxanla danışdıqda məhkəməyə aparılmadığını demiş, Fəridə zəng etmiş, sonuncu anasının xəstə olması və onu Dağıstana aparacağını demiş, ertəsi gün yenə Fəridə zəng etdikdə sonuncu anasının öldüyünü bildirib ona kobud cavab vermiş, növbəti günlərdə isə artıq zəng çatmamışdır. Bundan sonra yaxın qohumlarıma məlumat vermiş və Fərid Əliyev adlı şəxsin onları aldatdığını demiş, Fərid Əliyevin mobil telefon nömrəsini və onun barəsində bildiyi bütün məlumatları qohumlarına vermiş, qohumları maraqlandıqda F.Əliyev adlı şəxsin əslində Təqsirləndirilən şəxs olduğu, polis əməkdaşı olmadığı və Türkiyə Respublikasına getdiyini öyrənmişlər. X12 Bakı Ağrı Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-1143/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs ərinin azad olunması üçün verdiyi pulu əri və uşaqları ilə yeganə yaşayış yerləri olan ünvan 4 ünvanını və digər əşyalarını sataraq vermiş, hazırda 13 və 11 yaşlı oğlan uşaqları ilə evsiz qalmış və Bakı şəhərində müxtəluif ünvanlarda müvəqqəti məskunlaşmışdır. Elminin özünü vəzifəli şəxs kimi təqdim etməsinə, xidməti polis formasında şəkillərinə inanaraq ona pul vermişdir. Təqsirləndirilən şəxs şikayətçi olmaqla pulunu tələb etmiş, sonuncu ona vurduğu ziyandan hər hansı məbləğ geri ödəməmişdir. Əlavə olaraq bildirdi ki, ona və ailəsinə 14659 manat və poçtla pulun göndərilməsi çəkilən 73 manat 50 qəpik maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildə X8 evlənmiş, birgə nikahdan 2 azyaşlı uşaqları vardır. Onlar Siyəzən şəhəri Mikayıl Müşfiq küçəsi ev 10 ünvanında Orxanın babasından miras qalmış evdə yaşamışlar. 2020-ci ilin iyun ayından Orxan Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə həbs edilmişdir. Aynur Orxanın həbsdən azad olunmasına çalışmışdır. 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs və Orxanın anası evin satılmasını təklif etmiş, Bakıdan ev alacaqlarını demişlər. xx.xx.2020-ci il tarixdə həmin ev Siyəzəndə notariusda bütün pay sahibləri paylarından imtina etməklə 30 min manata satılmış, 30 min manatı Şahid4 ona vermiş, o da pulu Aynura vermişdir ki, Bakıdan ev alsın. Bir müddət sonra öyrənmişdir ki, Aynur pulun bir hissəsini Orxanı həbsdən azad etdirmək üçün bir nəfərə vermiş, Bakıdan ev ala bilməmişdir. Həmin ərəfələrdə bir nəfər şəxs ona zəng edərək narahat olmamağı, Orxanı həbsdən, cəzadan azad etdirəcəyini, evə qayıdacağını demiş, lakin həmin şəxsin mobil nömrəsi, adı, vəzifəsi barədə hər hansı məlumatı olmamışdır. Orxan barəsində ittihamedici məhkəmə hökmü çıxdıqda başa düşmüşdür ki, Aynur aldadılıb, Aynur özü də aldadıldığını, pulunun ələ keçirildiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2018-ci ilin yay aylarında tanış olmuş, həmin vaxt Elmin özünü Ümid adı ilə təqdim etmişdir. Elminlə 2020-ci ilin sonlarınadək qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamış, 2020-ci ilin sonlarında birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və həmin vaxt Ümidin əsl adının Elmin olmasını bilmişdir. Təxminən bir il müddətində birlikdə Türkiyədə yaşamış, orada yaşadığları müddətdə münasibətləri korlandığı üçün Elmindən ayrılaraq yaşadığı Mingəçevir şəhərinə qayıtmışdır. Həmin vaxtdan Elminlə heç bir əlaqəsi və münasibəti olmamışdır. Zərərçəkmiş şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. 2020-ci ildə dəqiq xatırlamadığı tarixlərdə Elmin iki dəfə onun adına pul göndərtmiş və poçta gedib pulları götürüb bütövlükdə Elminə vermişdir. Elmin pulları avtomobilin satması ilə əsaslandırmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sonuncunun əri X5 həbsdən azad etmdirməsinə kömək edəcəyinə dair vəd verməsi barədə heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər polis əməkdaşı olduğunu demiş, lakin Elmini heç vaxt polis xidməti geyim formasında görməmiş və sonuncu işləməsi ilə bağlı olaraq heç bir vəsiqə göstərməmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs taksi sürücüsü olduğundan təxminən 2020-ci ildə müştəri kimi tanımışdır. Həmin ərafələrdə Elmin şəxsiyyət vəsiqəsinin üzərində olmamasını bildirərək poçt vasitəsi ilə göndəriləcək pulun onun adına göndərilməsini xahiş etmiş, o da buna etiraz etməmiş və göndərilmiş 500 manat pulu götürərək Elminə vermişdir. Həmin vaxtdan sonra onu görməmiş və sonuncu ilə heç bir əlaqəsi və münasibəti olmamışdır. Zərərçəkmiş şəxs tanımamış, onunla heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Orxan Məmmədov qardaşı oğludur, Zərərçəkmiş şəxs isə onun arvadıdır. Orxanla Aynur məktəb dövründən bir-birlərini sevib evlənmiş, münasibətləri mehriban olmuş, birgə nikahdan 2 azyaşlı uşaqları var və ünvan 6 ünvan Orxana məxsus olmamış, o və digər ailə üzvlərinin birgə mülkiyyəti olmuşdur. Atası öldükdən sonra orada qardaşı oğlu Orxan Məmmədov, arvadı Aynur, uşaqları yaşamış, həmin evdə olan payından Orxanın xeyrinə imtina etmiş, çünki Orxanın evi olmamışdır. 2020-ci ilin iyun ayından Orxan Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə həbs edilmişdir. 2020-ci ilin avqust ayından sonlarından Zərərçəkmiş şəxs və Orxanın anası Siyəzən şəhəri Mikayıl Müşfiq küçəsi ev 10 ünvanının təcili satılmasında təkid etmiş, güya Aynurgilin ünvan 7larla razılaşaraq evdə olan payından notarial qaydada imtina etmiş və həmin ev xx.xx.2020-ci il tarixdə notarial qaydada pay sahibləri paylarından imtina etməklə 30 min manata satılmışdır. 30 min manatı Aynurun atası İsmayıla vermiş, daha sonra onların həmin pul ilə nə etməsi, pulu hara xərcləmələri barədə məlumatı olmamışdır. Daha sonra öyrənmişdir ki, həmin evin pulunun bir hissəsi Orxanın həbsdən azad olunması üçün kiməsə verilmişdir. Hazırda Aynur evsiz qalıb, övladları ilə Bakıda kirayələrdə, rəfiqəsi, qohumlarıgildə müvəqqəti məskunlaşmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cild 01, iş vər. 98-102 Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı Mirata Seyidov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli «tədqiqat üçün nümunələrin götürülməsi barədə» protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə 200 manat, xx.xx.2020-ci il tarixdə 1.000,00 manat, Şahid1 xx.xx.2020-ci il tarixdə 2.978,00 manat, xx.xx.2020-ci il tarixdə 2.481,00 manat, Şahid2 xx.xx.2020-ci il tarixdə 500 manat, cəmi göndərdiyi 7.159,00 manat pulun 06 vərəqədə qəbzləri və Təqsirləndirilən şəxs polis formasında olan 02 ədəd fotoşəkilləri götürülməklə cinayət işinə əlavə edilmişdir. Cild 01, iş vər. 22-28 Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi tərfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatına xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. Cild 01, iş vər. 148-149 Cinayət işinə əlavə edilmiş ünvan 2 ünvanının satılması ilə bağlı “AZ-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi”-sinin surətindən görünür ki, Orxan Məmmədov, anası, qardaşı və digər qohumları həmin mənzilə olan paylarından imtina etmiş və həmin mənzil xx.xx.2023-cü il tarixdə satılmışdır. Cild 01, iş vər. 18-23 Cinayət işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 1(101)-1143/2020 saylı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(105)-368/2021 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-1143/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cild 01, iş vər. 104-115 Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 10932 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan xəstəxanada müalicə almamışdır. Cild 02, iş vər. 63 Cinayət işinə əlavə edilmiş AZ-İ №360144 saylı və AZ-İ №908957 saylı “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 vardır. Cild 02, iş vər. 62 Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddələsi ilə təqsirli bilməməsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə baxışı zamanı verdikləri ifadələri və digər iş materialları ilə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli olması öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və əvvəllər məhkum edilməməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 03 iyun 2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 ( yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-465/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-465/2023
23.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver