Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-465/2025 17.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Xocavənd rayonu, Tuğ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızldan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 06 yanvar 2025-ci il tarixdə, saat 02 radələrində "B1, B, C1, C" kateqoriyalı, BB252553 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi "X8" markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi ilə üzü X13 istiqamətdə 40-50 kilometr sürətlə hərəkətdə olarkən "X11" Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli və hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyib ehtiyyatsızlıqdan idarə etdiyi avtomobilin ön hissəsi ilə yolu soldan sağa doğru iti yerişlə keçməyə çalışan piyada Zərərçəkmiş şəxs vuraraq ona sağ iç topuq nahiyəsinin sınığı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 06 yanvar 2025-ci il tarixdə saat 01:30 radələrində taksi fəaliyyəti ilə məşğul olduğu və etibarnamə əsasında idarə etdiyi “X8 Hibrid MİNİK (hibrid) minik” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 3 saylı ASAN xidmət mərkəzi tərəfdən təxminən 40 km/saat sürətlə X13a gedən zaman ondan irəlidə bir nəfər qadının sol tərəfdən yolu keçdiyini görmüşdür. O, həmin qadının yolu keçərək səkidə dayanacağını düşünərək hərəkətinə davam etmişdir. Lakin həmin qadına çatmağa təxminən 20 metr qalmış qəflətən qadın dayanmayaraq yolu keçməyə davam etmiş, nəticədə onun idarə etdiyi avtomobilin sağ yan şüşəsi həmin qadının qoluna dəymiş və nəticədə həmin qadın yerə yıxılmışdır. O, dərhal avtomobili kənara çəkərək saxlamış və avtomobildən düşüb həmin qadına yaxınlaşmışdır. Bundan təxminən yarım saat sonra həmin qadının atası hadisə yerinə gəlmiş və o, hadisə barədə atasına da məlumat verdikdən sonra qadını və onun atasını götürüb Respublika klinik xəstəxanasına aparmışdır. Orada adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs müayinə etdikdən sonra onun sağ topuq nahiyəsində sınıq olması məlum olmuşdur. Səhərisi gün o, Polis İdarəsinə gələrək ifadə vermişdir. Bundan sonra o, bir müddət vurduğu xanımın müalicə xərclərini ödəmişdir. Hadisə onun ehtiyatsızlığı üzündən yox, piyada keçidi olmayan yerdə Fatimənin hərəkətini dayandırmadan yolu keçməsi nəticəsində baş vermişdir. Yekun məhkəmə iclasında özünü təqsirli bilərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tamamilə ödədiyini bildirmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə təxminən saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi ilə üzü X13 istiqamətində yolu keçməyə başlamışdır. Yolu keçməyə başlamazdan əvvəl onun hərəkət istiqamətinə nəzərən sağ tərəfdən bir avtomobilin yaxınlaşdığını görmüşdür. Lakin o, tələsdiyi üçün həmin avtomobilin ona yaxınlaşana kimi yolu keçə biləcəyini düşünmüşdür. Buna görə də, yolun hərəkət hissəsinə daxil olaraq yolu iti yerişlə keçməyə başlamışdır. Həmin vaxt o, avtomobilin yaxınlaşdığını görərək sağ əli ilə avtomobilə hərəkəti saxlaması üçün işarə etmiş, lakin həmin "X8" markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil gələrək sağ yan güzgüsü ilə onu vurmuşdur. O, aldığı zərbədən yerə yıxılmış və onun topuğunun üzərindən keçərək qarşıda avtomobil saxlamışdır. Onu vuran sürücü avtomobilindən düşərək onu öz avtomobilinin arxa sərnişin oturacağına qoyaraq xəstəxanaya aparmışdır. Orada sağ ayağında sınıq olduğu müəyyən edilmiş və müayinə olunduqdan sonra evə buraxılmışdır. Sürücü hadisədən sonra sadəcə bir neçə gün onunla maraqlanmış və bəzi dərmanlarını almışdır. Hazırda isə təqsirləndirilən şəxslə barışmış, ona dəymiş zərər tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı tarixdə saat 01-02 radələrində 3 saylı "ASAN” xidmət mərkəzindən X13 istiqamətində hərəkətdə olan zaman, irəlidə “X8 Hibrid (hibrid) minik” markalı avtomobilin önündən bir nəfər qadın keçdiyini və yerə yıxıldığını görmüşdür. Dərhal idarə etdiyi avtomobilin sükanını sağa çevirdiyi üçün avtomobil yolun kənarında qoyulmuş plastik zibil qutularına çırpılmışdır. O, avtomobildən aşağı düşdükdə sol zolaqda hərəkət edən "Toyota Fielder" markalı, **-UP-*** qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüzü ilə qadını vurduğunu bilmişdir. Bundan sonra hadisə yerində DİN-nin 102 çağrı mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 06 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi ilə üzü X13u istiqamətində baş vermişdir. Hadisənin növü: Piyada vurma. (i.v. 9-14) BB seriyalı 252553 nömrəli, 03 iyul 2023-cü il qeydiyyat tarixli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinə sahibdir. (i.v. 23) BA seriyalı 447655 nömrəli, 18 dekabr 2024-cü il qeydiyyat tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X8 Hibrid MİNİK” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. (i.v. 24) ƏN-Vİİ seriyalı 302627 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X6 “X8 Hibrid MİNİK” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı avtomobili 02 il 06 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixdən xx.xx.2027-ci il tarixədək sürücülük hüququ olduqda idarə etmək üçün Təqsirləndirilən şəxs etibar etmişdir. (i.v. 23) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 06 yanvar 2025-ci il tarixli 2/825 nömrəli protokolundan görünür ki Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş və alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (i.v. 26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X12 canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 09 yanvar 2025-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sağ iç topuq nahiyəsinin sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v. 35-36) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v. 44) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası” ilə bağlı 19 may 2025-ci il tarixli 8/877 nömrəli rəyindən görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində X8 Hibrid MİNİK markalı 77UP630 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X11» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 51-52) “İfadənin yerində yoxlanılması haqqında” 16 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. İfadənin yerində yoxlanılması ilə bağlı xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. (i.v. 68-71) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi X14 Şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-13-53/2-5132 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin mərkəzləşdirilmiş bazasının məlumatına əsasən 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BB seriyalı 252553 nömrəli, “B1, B, C1, C" kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı hər hansı bir məlumat qeydə alınmamışdır. (i.v. 77) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi” barədə 08 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 103-105) Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tərəfindən tamamilə ödənilmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “X11” Azərbaycan Respublikası Qanunun 50-cı maddəsinin 1-ci hissəsinin əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni zərərçəkmiş şəxsə vurulmuş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, CM-in 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Həmçinin, hazırki qərar qanuni qüvvəyə mindiyi gündən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat ekspertizaları üzrə 85 (səksən beş) manat aparılmış tədqiqatların dəyəri olaraq Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 265 (iki yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 265 (iki yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması ilə əlaqədar qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-465/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-465/2025
17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver