Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-466/2021 21.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 5 saylı Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, ev 46-da qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynli küçəsi, ev 7, mənzil 20-də yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlamaqla saxtalaşdırma və satma cinayət əməlini törətmişdir. Belə ki, o, hüquq verən digər rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz hazırlayaraq saxtalaşdırıb satmaqla öhdəliyinin icrasından yayınmaq məqsədilə X12 müqaviləsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınmış “BMW 528 Xİ” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobili şifahi razılıq əsasında Şahid3, sonuncu isə 27 aprel 2021-ci il tarixdə Şahid2 satmış, Təqsirləndirilən şəxs "xxxx" MMC-yə olan borcunu ödəmədiyinə görə avtomobillə bağlı Şahid2 üçün MMC-dən etibarnamə ala bilmədiyindən ona istifadə edərək “BMW 528 Xİ” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün "xxxx" MMC-nin adından elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş, üzərindəki möhür əksi və imza "xxxx" MMC-yə məxsus eksperimental nümunələri ilə eynilik təşkil etməyən 01 iyun 2021-ci il tarixli nəqliyyat vasitəsini idarə etmə hüququ verən və rəsmi sənəd hesab edilən etibarnaməni 2021-ci ilin may ayının sonlarında yaşadığı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildə istifadə etdiyi “ASUS” markalı notebukunda qanunsuz hazırlamaqla saxtalaşdıraraq PDF sənəd (daşınan sənəd formatı) formasında istifadəsində olan telefonla “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Şahid2a göndərməklə satmışdır. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2020-ci il tarixdə maşın alveri ilə məşğul olan tanışı X3 "xxxx" MMC-yə məxsus “BMW 528 Xİ” markalı **- PL-*** qeydiyyat nişanlı avtomobil X12 müqaviləsinə əsasən almışdır. Həmin zaman avtomobil X5 adına lizinq müqaviləsində olsa da aylıq ödənişi ödəyərək şirkətdən öz adına avtomobili idarə etmək üçün etibarnamə almışdır. O Fəqana dəyəri 12 000 manat olan “Mercedes S” markalı avtomobili vermişdir. Həmin avtomobilin aylıq ödənişi 1000 manat olmaqla 17 ay krediti qalmışdır. “BMW 528 Xİ” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobilin isə aylıq ödənişi 1212,67 manat olmaqla 34 ayı qalmışdır. O avtomobili 2021ci ilin fevral ayına qədər idarə etmişdir. Təxminən 2021-ci ilin fevral ayında həmin avtomobili tanışı Şahid3 Ələkbər oğluna 7000 manata satmışdır. Həmin zaman avtomobilin bir aylıq gecikməsi olmuşdur. Həmin pulu o ödəməli olmuşdur. Buna görə də o Turqaya bildirmişdir ki, aylıq ödənişi ona ödəsin o da öz adından ödəsin. Belə ki, o hər dəfə aylıq ödənişi ödəyəndə keçən ayı ödəyəcəkmiş, Turqay da onunla razılaşmışdır. Həmçinin o maşını idarə etməyəcəyini müştəri tapan kimi satacağını bildirmişdir. Buna görə də onun adına şirkətdən etibarnamə almamışlar. Bundan sonra Turqay ona iki ayın ödənişini etmiş, o da həmin pulu şirkətə göndərməmişdir. Lakin yenə də onun bir aylıq gecikməsi və onun faizi qalmışdır. 2021-ci ilin aprel ayında Turqay onunla əlaqə saxlayaraq “BMW 528 Xİ” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobili Şahid2 adlı şəxsə satdığını onun adına etibarnamə vermək lazım olduğunu bildirmiş, sonra Seymur özü onunla əlaqə saxlamışdır. O bu barədə lizing şirkətində hazırda adını xatırlamadığı şəxslə danışdıqda avtomobilin banka bir aylıq gecikməsi və faizləri olduğunu həmin pulu ödənilməyəcəyi təqdirdə etibarnamə verilməyəcəyini bildirmişlər. O da Turqayla danışan zaman ona gecikmənin ödənildiyini heç bir problem olmadığını bildirmişdir. Buna görə də Turqayın yanında yalançı çıxmamağı üçün fikirləşmiş ki, özü lizing şirkətinin adından saxta etibarnamə hazırlayıb Seymura göndərsin. Belə ki, o törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etməmişdir. Hazırladığı sənəd elə də əhəmiyyətli sənəd olmadığını, həmin müddət ərzində borcunu ödəyəcəyini fikirləşmişdir. Buna görə də o yaşadığı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildə istifadə etdiyi “ASUS” markalı Notebook da internetdən lizing şirkətinin PDF formasında etibarnaməsini yükləmiş, Notebookda onu dəyişərək Şahid2 adına saxta etibarnamə düzəltmiş, həmin etibarnamə nümunəsi heç "xxxx" MMCnin nümunəsi də olmamışdır. Həmin sənədi PDF formasında telefonuna yükləmiş və bundan sonra həmin ünvanda “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə Şahid2 göndərmişdir. Bundan sonra avtomobili axtarışa verməmələri üçün 2021-ci ilin may ayının ortalarında Turqayla əlaqə saxlayaraq Seymura növbəti ayın ödənişini etmək lazım olduğunu deməsini bildirmişdir. Bundan sonra Turqay ona 1213 manat pul göndərmiş, o, həmin pulu da lizinq şirkətinin adını xatırlamadığı əməkdaşına ödəmişdir. Lakin Seymurun adına şirkətdən etibarnamə almaq üçün bir aylıq gecikməsi və onun faizini ödəyə bilməmişdir. Buna görədə o yenidən 2021-ci ilin may ayının sonlarında yaşadığı ünvan 1 ünvanında yerləşən 20 nömrəli mənzildə istifadə etdiyi “ASUS” markalı Notebook da birinci dəfə düzəltdiyi saxta etibarnamənin etibarlılıq müddətini 01 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixədək olan etibarnaməni Şahid2 “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə göndərmişdir. 2021-ci ilin iyun ayının sonlarında ona lizinq şirkətinin əməkdaşı zəng edərək avtomobilin gecikməsi olduğuna görə avtomobilin saxlanılaraq şirkətə gətirildiyini və Seymurun ona təqdim etdiyi saxta etibarnaməni şirkətin əməkdaşlarına təhvil verdiyini bildirmişdir. Onlar məsələni aydınlaşdırmaq üçün onu şirkətə dəvət etsələr də o qorxduğundan getməmişdir. Sonradan məlumatı olmuşdur ki, onlar onun barəsində müraciət etmişlər. Sonradan o, Şahid2lə əlaqə saxlamış və avtomobilə görə yaranmış borcu ona hissə-hissə ödəmiş və o avtomobilin borcunu ödəyərək şirkətdən öz adına etibarnamə almışdır. Həmin “ASUS” markalı Notebooku maddi sıxıntıları olduğundan Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 may” metrostansiyası yaxınlığında yerləşən kompüter və telefon satışı yerinə satmışdır. Şahid2 iki dəfə PDF formasında saxta sənəd göndərmiş, həmin sənədlərin heç biri onun telefonunda qalmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-nin hüquqlarının və qanuni mənafeyinin qorunması ona həvalə edilmişdir. 07 sentyabr 2020-ci il tarixdə "xxxx" MMC-yə məxsus “BMW 528 Xİ” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobil X12 müqaviləsinə əsasən 36 ay müddətinə illik 25 faiz olmaqla 30 500 manat kredit xətti açılmaqla X1. O avtomobili hazırda xatırlamadığı şəxsdən ilkin ödəniş etməklə almış, MMC sadəcə qalan məbləği maliyyələşdirilməsini həyata keçirmişdir. Rahib Həsənov ayda 1212,67 manat pul ödəməli olmuşdur. Təxminən iki ay avtomobil idarə edildikdən sonra 27 noyabr 2020-ci il tarixdə Rahib Həsənov ərizə ilə müraciət edərək avtomobili idarə etmək üçün X4 etibarnamə (yol vərəqəsi) verilməsini xahiş etmiş, onun xahişi nəzərə alınaraq həmin şəxsə etibarnamə verilmişdir. Bundan başqa 23 dekabr 2020-ci il tarixdə Rahib Həsənov yenidən ərizə ilə müraciət edərək avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs etibarnamə (yol vərəqəsi) verilməsini xahiş etmiş, onun xahişi nəzərə alınaraq həmin şəxsə etibarnamə verilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixdək qüvvədə olan etibarnamə verilmişdir. 2021-ci ilin aprel ayında lizinqə ödəniş edilmədiyi müəyyən edilmişdir. Buna görə də Rahib Həsənovla əlaqə saxladıqda o avtomobili Təqsirləndirilən şəxs şifahi razılıq əsasında satdığını qeyd etmiş, Təqsirləndirilən şəxs, avtomobili Şahid2 adlı şəxsə satdığını demi, Şahid2 isə telefonda avtomobilin gecikməsinin olmadığını, aylıq ödənişləri isə Təqsirləndirilən şəxs etdiyini və avtomobili idarə etmək üçün "xxxx" MMC-nin adından etibarnamə aldığını bildirmişdir. Ona həmin etibarnamə, yəni yol vərəqəsi və avtomobillə birlikdə şirkətə yaxınlaşmasını bildirmişlər. 2021-ci ilin iyun ayının sonlarında Şahid2 lizinq şirkətinin problemli kreditlər şöbəsinin əməkdaşları ilə birlikdə şirkətə yaxınlaşmış, onun sənədlərinə baxan zaman ona MMC-nin adından saxta etibarnamə verildiyini müəyyən edilmişdir. Seymur etibarnaməni Təqsirləndirilən şəxs tərəfindən ona PDF formasında “Whatsapp” ani mesajlaşma proqamı vasitəsilə göndərildiyini bildirmişdir. O özündə olan etibarnaməni və avtomobili onlara təhvil vermişdir. Onlar Təqsirləndirilən şəxsla əlaqə saxlayıb onu şirkətə dəvət etsə də İlkin gəlməkdən boyun qaçırmış, buna görə də onlar rəsmi qaydada hüquq-mühafizə orqanlarına müraciət etmişdirlər. Avtomobil təxminən bir ay MMC-nin dayancağında saxlanıldıqdan sonra Şahid2 avtomobilin bütün gecikmələrini ödəyərək idarə etmək üçün yenidən avtomobil üçün etibarnamə almışdır. Hadisə nəticəsində avtolizinq MMC-yə heç bir maddi ziyan dəyməmişdir. Həmin etibarnamə hüquq verən rəsmi sənəd hesab edilir, belə ki, etibarnamə şəxsə avtomobili idarə etmək hüququ verir. Etibarnamə MMC rəhbərinin imzası və MMC-nin möhürü ilə təsdiq edilir. İş üzrə şahidlərdən Şahid3 və Şahid2 məhkəməyə ayrı-ayrı teleqramlar ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, ibtidai istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs “BMW” markalı avtomobil almışdır. Arada bir İlkinin əlində ucuz avtomobil olanda onunla əlaqə saxlayaraq almaq istəyib istəmədiyini soruşmuşdur. Təxminən 2021- ci ilin fevral ayında İlkin onunla əlaqə saxlayaraq ucuz qiymətə “BMW 528 Xİ” markalı avtomobili dəyərindən çox ucuz satdığını, həmin avtomobilin "xxxx" MMC-yə məxsus olduğunu, ilkin olaraq 7000 manat, sonra aylığı 1212,67 manat olmaqla 32-33 ayı qaldığını bildirmişdir. Daha sonra avtomobilin bir və ya iki aylıq gecikməsi olduğunu, onu da onun verdiyi pul ilə ödəyəcəyini demişdir. O, İlkinə 7000 manat verərək avtomobili almış, ustalar maşına baxdıqda maşının yaxşı vəziyyətdə olmadığını bildirmiş, o da maşını qısa müddətdə sata bilməmişdir. Bir-iki ayın ödənişini də həmin müddətdə İlkinə şirkətə ödəməsi üçün ödəniş etmişdir. Avtomobili maşın alveri ilə məşğul olan şəxslərin vasitəsilə Şahid2 aldığı qiymətdən ucuz 5 000 manata, satsa da sonradan bilmiş ki, alverçilər avtomobili Seymura 6 800 manata satmışdır. Həmin zaman Seymura etibarnamə almaq üçün İlkinin nömrəsini vermiş, özü İlkinlə əlaqə saxlayaraq avtomobili Seymura satdığını, Seymurun ona zəng edəcəyini, onun adına etibarnamə verməsini bildirmişdir. İlkin də problem olmadığını bildirmişdir. Həmin zaman avtomobilin may ayı üçün də ödənişi də edilmişdir. Bundan sonra Seymur may ayının ödənişini İlkinə göndərmişdir. İlkin də ona etibarnamə göndərmişdir. Lakin o həmin etibarnamənin saxta olmasını bilməmişdir. O ümumiyyətlə İlkinin Seymura göndərdiyi etibarnaməni görməmişdir. Həmçinin o İlkindən avtomobili aldıqdan sonra idarə etməmişdir. Özünün idarə etdiyi avtomobili var. Aldığı avtomobili satılması üçün tanışının restoranın qarşısında saxlamış, üzərinə satılması barədə elan vurmuşdur. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 26 aprel 2021-ci ildə tanışı Şahid3 “BMW 528 Xİ” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobili almışdır. Həmin zaman Turqay avtomobilin "xxxx" MMC-də lizinqdə olduğunu bildirmişdir. O bildirmiş ki, X12 müqaviləsinə əsasən 28 ay müddətinə aylıq 1212,67 manat ödəniş etməlidir. İlkin ödəniş kimi Turqaya 6 800 manat pul ödəmişdir. Həmin zaman Turqay bildirmişdir ki, 2021-ci ilin may ayının ödənişi də edilmişdir. May ayının 28-də iyun ayının ödənişini etməlidir. O avtomobil üçün lizinq şirkətinə gedib etibarnamə almaq istədikdə Turqay ona Təqsirləndirilən şəxs mobil nömrəsini verərək lizinq şirkətinin işçisi olduğunu, ona “Whatsapp” ani mesajlaşma xidməti ilə əlaqə saxlamasını və etibarnaməni onun təşkil edəcəyini bildirmişdir. O da Turqayın verdiyi nömrə ilə əlaqə saxlamışdır. İlkin adlı şəxsə şəxsiyyət və sürücülük vəsiqələrinin surətini göndərmişdir. Bir neçə saat sonra ona PDF formasında etibarnamə göndərmişdir. Həmin etibarnamə imzalı və möhürlü sənəd olmuşdur. Həmin sənədi kserekopiya yerində rəngli formada çap etmişdir. Bundan sonra həmin sənəd əsasında avtomobili idarə etmişdir. 2021-ci ilin may ayının ortalarında Turqay onunla əlaqə saxlayaraq ödənişi etməsini bildirmiş, onun kart hesabına 1213 manat pul göndərmişdir. Bundan sonra İlkin yenidən ona 01 iyun 2021-ci il tarixdən 01 iyul 2021-ci il tarixdək etibarlı olan etibarnamə göndərmişdir. Eyni qaydada həmin etibarnaməni də kserosurətini çıxardaraq avtomobili onun əsasında idarə etmişdir. Birinci dəfə ona göndərdiyi etibarnaməni isə cırıb atmışdır. 2021-ci ilin iyun ayının sonlarında özünü Lizinq şirkətinin əməkdaşları kimi təqdim edən şəxs onunla əlaqə saxlayaraq avtomobilin gecikməsi olduğunu bildirmişdir. O da onlara heç bir gecikməsi olmadığını, aylıqları vaxtında ödədiyini, etibarnaməsi də olduğunu bildirmişdir. Həmin zaman onlara olduğu yeri, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən "xxxx" servisdə olduğunu demişdir. Şirkətin əməkdaşları ora gəlmişlər və onun etibarnaməsinə baxdıqdan sonra onu şirkətə dəvət etmişlər. Onlarla birlikdə şirkətə getmiş, həmin etibarnamə saxta olduğu, avtomobilin iki aylıq gecikməsi olduğu müəyyən edilmişdır. O da etibarnaməni İlkindən aldığını bildirmişdir. Həmin zaman onun yanında İlkinlə əlaqə saxlasalar da o İmişli rayonunda olduğunu bəhanə edərək gəlməmişdir. Bundan sonra Avtolizinq MMC-dən ona bu barədə hüquq mühafizə orqanlarına müraciət edəcəklərini bildirmişlər. Ona avtomobili dayanacağa təhvil verməsini istəmişlər. O da avtomobili təhvil vermişdir. Bir aydan sonra o avtomobil üçün yaranmış gecikməni və digər xərcləri ödəmiş və yenidən kredit xətti açaraq avtomobili götürmüşlər. Hadisə nəticəsində ona heç bir maddi ziyan dəyməmiş, heç kimdən şikayət və tələbi yoxdur. O, həmin etibarnamənin saxta olduğunu bilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 27 oktyabr 2021-ci il tarixli 5/1159 nömrəli rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 01.06.2021-ci il tarixli etibarnamənin surəti elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir. Tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 01.06.2021-ci il tarixli etibarnamənin surətində olan möhür əksinin təsviri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin möhrünün eksperimental əks nümunəsi ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 01.06.2021-ci il tarixli etibarnamənin surətində olan imzanın təsviri ekspertizaya təqdim edilmiş "xxxx" MMC-nin faksimile imzanın eksperimental əks nümunələri ilə eynilik təşkil etmir (cild 1, səh. 57-59). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 noyabr 2021-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə aşkar edilərək götürülmüş "xxxx" MMC-nin 01.06.2021-ci il tarixli etibarnamənin surəti xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, səh. 95-102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanlanmış 02 iyul 2021-ci il tarixli, 06/3260 nömrəli məktubundan aydın olur ki, "xxxx" MMC məxsus "BMW 528Xİ” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobil 07.09.2020-ci il tarixdə X12 Müqaviləsinə əsasən Naxçıvan MR, ünvan 2i ünvanında qeydiyyatda olan X6 təhvil verilərək, istifadəsinə verilmiş, Avtomobil üzrə kredit öhdəliyi vaxtında icra olunmaması səbəbindən sözügedən nəqliyyat vasitəsinin faktiki istifadəçisi etibarnamə (yol vərəqəsi) əsasında idarə edən vətəndaş Təqsirləndirilən şəxs olmasına baxmayaraq avtomobil "xxxx" MMCyə məlum olmayan şəxslərin istifadəsində olduğu müəyyən edilmiş, məsələnin araşdırılması üçün həmin şəxslər lizing şirkətinə dəvət olunaraq müəyyən edilmişdir ki, avtomobil hal-hazırda Şahid2 istifadəsindədir və ona "Avtolizinq” MMC-nin adından saxta etibarnamə təqdim edilmişdir (cild 1, səh. 7). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlər baxış keçirilməsi haqqında” 08 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən 02 iyul 2021-ci il tarixli, 06/3260 nömrəli məktubla göndərilmiş iş üzrə əhəmiyyət kəsb edən sənədlərə baxış keçirilmişdir. Baxış zamanı "xxxx" MMC-yə məxsus “BMW 528 Xİ” markalı **-PL-*** qeydiyyat nişanlı avtomobil 07 sentyabr 2020-ci il tarixli X12 müqaviləsinə əsasən X2. Lizingin məbləği 30.500 manat, aylıq ödəniş 1212,67 manat olmaqla 36 ay müddəti müəyyən edilmişdir. 27 noyabr 2020-ci il tarixdə Rahib Həsənovun ərizəsi əsasında həmin avtomobillə bağlı X4 etibarnamə verilmişdir. X9 ərizəsi əsasında 23 dekabr 2020 və 12 fevral 2021-ci il tarixlərdə Təqsirləndirilən şəxs etibarnamələr verilmişdir (cild 1, səh 67). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş İmişli Rayon İcra hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (cild cild 1, səh. 91). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş İmişli Rayon İcra hakimiyyəti başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 22 noyabr 2021-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs İmişli şəhəri Q.İsmayılzadə küçəsi 46 ünvanında qeydiyyatdadır (cild 1, səh. 92). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2021-ci il tarixli “başqa yerə getməmək haqqında iltizam” qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 120). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, səh 89). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 02.08.2012-ci il təvəllüdlü X8 adlı övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma -üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirini etiraf etməsini, eləcə də törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, himayəsində bir nəfər azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs oğlunun hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin 01.06.2021-ci il tarixli etibarnaməsinin surəti iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs oğlundan 62 (aıltmış iki) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 62 (altmış iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin 01.06.2021-ci il tarixli etibarnaməsinin surəti iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-466/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-466/2021
21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver